Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2158/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil İsayev Samir Nadir oğlunun, Zərərçəkmiş hüquqi şəxs Biləsuvar Rayon İcra Hakimiyyə tinin nümayəndəsi Nuriyev Qurban Xanəli oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarından müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli 1(099)-19/2022 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1958-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, XXX vəzifəsində işləmiş, XXX evdə qeydiyyatda olan və XXX yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2020-ci il tarixdən hesablanması, iş üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin verdiyi 3.206.475 (üç milyon iki yüz altı min dörd yüz yetmiş beş ) manat 72 (yetmiş iki) qəpik məbləğində olan mülki iddianın təmin edilməsi, həmin məbləğdə pulun ondan alınıb Biləsuvar Rayon İcra Hakimiyyətinin hesabına keçirilməsi, iş üzrə “X36” MMC-nin 125.161 manat (yüz iyirmi beş min yüz altmış bir) manat 40 (qırx) qəpik məbləğində olan mülki iddianın təmin edilməsi, həmin məbləğdə pulun ondan alınıb “X36” MMC-nin hesabına keçir ilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş: X4 adına rəsmiləşdirilmiş 454.000 manat dəyərində Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10 saylı evin, 30 və 31 saylı birləşmiş yaşayış mənzilləri (reyestr nömrəsi **********30-05301-093009; **********30-05301-093008, qeydiyyat nömrəsi **********; **********; qeydiyyat tarixi xx.xx.2015-ci il), 62.000 manat dəyərində “Audi A8” markalı **-MM-*** qeydiyyat nişanlı avtomobil (buraxılış ili-2015) və 574.000 manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı evin, 141 saylı mənzili (reyestr nömrəsi **********93-05301-093096, qeydiyyat tarixi xx.xx.2012-ci il), həmçinin iş üzrə maddi sübut olan və hazırda DTX-nin Maliyyə idarəsində saxlan ılan 29 aprel 2020-ci il tarixdə Məhkum üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş - ümumilikdə 2600 (iki min altı yüz) manat və 100 (yüz) ABŞ dollarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1, 99-2 və 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmiş, o cümlədən maddi sübutlar və iş üzrə məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi - vəkil Əliyev Musa İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi C.Yusifovun apellyasiya şikayətinə digər m üdafiəçi İsayev Samir Nadir oğlu tərəfindən verilmiş əlavəyə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət məhkəmə tərkibində) 19 dekabr 2022-cü il tarixli 1(106)-510/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə Cinayət-Prossesual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, ona təyin olunmuş əsas və əlavə cəzalar, yəni Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaql a, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplan ılmaqla, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1, 99-2 və 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması müəyyən edilmiş və hökmdə sahibinin adı səhvən “X19” kimi göstərilmiş “Audi A8” markalı **-MM-*** qeydiyyat nişanlı avtomobilin sahibinin soyadı, adı və atasının adı “X10” kimi qəbul edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən sa xlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarından müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi Əliyev Musa İsa oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi Əliyev Musa İsa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarı əmlak müsadirəsi hissəsində əsassızdır, qanunun tələblərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsi hökmlə xüsusi müsadirə olunan əmlakların, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxalıyev küçəsi, ev 20, mənzil 141-in CMnin 99-1-ci maddəsinin hansı bəndin də nəzərdə tutulan əmlaklara aid olduğunu müəyyən etməmiş və qiymət verməmiş, apellyasiya instansiyası da onun mövqeyi ilə razılaşmışdır. Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxalıyev küçəsi, ev 20, mənzil 141 cinayət törədilərkən istifadə edilən alət və vasitə deyil, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərə aid deyil, həmin əmlakın cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi olmasını təsdiq edən hər hansı bir dəlil yoxdur. Apellyasiya məhkəməsi şikayətini təmin etməməsini onunla əsaslandırmışdır ki, Məhkum cinayət əməllərini törətdiyi dövr 2012-ci il in yanvar ayından 2020-ci ilin aprel ayına kimi olan dövrü əhatə edir, qeyd olunan mənzil də 2012-ci ildə alınmışdır. Lakin, cinayət işinin materiallarından da görünür ki, Məhkum oğlu X 2007-ci ildə MTK ilə müqavilə bağlamaqla həmin mənzili almış və dəyərini MTK-ya tam ödəmişdir. Müqavilə və maliyyə arayışı cinayət işinin materiallarında vardır. Sadəcə olaraq mənzil onun adına DƏDRX-də 2012-ci ildə qeydiyyata alınmışdır. Eyni zamanda Məhkum verilmiş ittihamdan göründüyü kimi, 2012-ci ildə yalnız bir epizoda görə, yəni 2000 manatı rüşvət qismində almağa görə məhkum olunmuşdur. Onun həmin ildə cinayət yolu ilə başqa pul vəsaiti və ya əmlak əldə etməsi müəyyən olunmamışdır. Belə olan halda, Məhkum cinayəti törətməmişdən əvvəl onun oğlu tərəfindən qanuni yolla əldə edilmiş mənzilin cinayət yol u ilə əldə olunmuş pul vəsaiti hesabına alınması və X-in adına rəsmiləşdirilməsi barədə məhkəmənin qərarı absurddur. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Məhkum barəsində 19 dekabr 2022-ci il tarixli qərarını xüsusi müsadirəyə aid hissədə dəyişdirməklə X2 birgə paylı mülkiyyətində olan ünvan 1 ünvanında 141 saylı mənzili xüsusi müsadirə edilən əmlakların siyahısından çıxarılması və həmin mənzil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nuriyev Qurban Xanəli oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi İsayev Samir Nadir oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər və nümayəndə tərəfindən verilmiş kass asiya şikayətlərində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143 -146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il t arixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əl də olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta ye tirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını, həmçinin maddi hüququn tətbiqində səhvə yol verib-vermədiyini yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasi ya şikayətində irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi və ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və nümayəndənin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bununla belə kassasiya məhkəmə kollegiyası mübahisələndirilən əmlakın əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi ilə bağlı məhkəmələrin səhv nəticəyə gəlməsi barədə kassasiya şikayətində göstərilən dəlillərə qiymət verərək aşağıdakıları qeyd edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əm laka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digə r üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndiri lmiş hissəsi müsadirə edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarıxli № 15 saylı Qərarında qeyd edilən məsələlərin geniş izahı verilərək göstərilmişdir ki, “CM-nin 99-1.1-ci maddəsində göstərilən yalnız cinayət prosesində müəyyən olunmuş (məsələn, maddi sübut kimi tanınmış) əmlakın deyil, həmin əmlakı (məsələn, oğurlanmış əmlakı) onun istifadə edilməsi, özgəninkiləşdirilməsi və s. səbəblərdən aşkar etmək mümkün olmadıqda ona bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus digər əmlakın (bu əmlakın nədən ibarət olmasından və kimdə olmasından asılı olmayaraq) müsadirə edilməsini təmin etmək üçün cinayət-prosessual qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə və bunun nəticəsi kimi şəxsin cinayət yolu ilə əldə etdiyi gəlirlər dən məhrum edilməməsinə cinayət mühakimə icraatının məqsədləri ilə bir araya sığmayan hal kimi baxılmalı, cinayət təqibi orqanının təqsirləndirilən şəxsə məxsus digər əmlakın müəyyən edilməsi və üzərinə həbs qoyulması üçün kifayət qədər səy göstərməməsi onun bu məsələdə fəaliyyətsizliyi kimi qiymətləndiriməli və məhkəmə tərəfindən belə hallara xüsusi qərar çıxarılmaqla münasibət bildirilməlidir. Həmçinin, belə hallarda məhkəmə əmlakın xüsusi müsadirəsini təmin etmək üçün müvafiq tədbirlər görməli, o cümlədən təqsirləndirilən şəxsə məxsus müsadirə edilməsi nəzərdə tutulmuş başqa əmlakın üzərinə həbs qoymalı, həmin əmlakın dəyəri ilə istifadə edilmiş, özgəninkiləşdirilmiş və ya sair səbəbdən dövlət nəfinə alına bilinməyən əmlakın dəyəri arasında bərabərliyi gözləmək üçün zəruri olduğu hallar da müsadirə olunmalı əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin etməlidir. Azərbaycan Respublikası CPM-in 346.1.18, 346.1.19-cu maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə digər məsələlərlə yanaşı, həmçinin “cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığını”, habelə “hansı əmlakın xüsusi müsadirə edilməli olduğunu” müzakirə etməli, CPM-in 353.4.12-ci maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısını göstərməlidir. Xüsusi müsadirənin tətbiq edilməsini nəzərdə tutan ittiham hökmünün, eləcə də bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam veri lməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində xüsusi müsadirənin zəruriliyi, o cümlədən əmlakın cinayətin törədilməsi zamanı alət və vasitə kimi istifadə olunması (başa çatmayan cinayətlər üzrə isə bu qisimdə istifadə olunmaq üçün nəzərdə tutulması), cinayət yolu ilə əldə edilməsi və yaxud həmin əmlak hesabına əldə edilmiş gəlir olması, cinayət yolu ilə əldə olunmuş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və yaxud hər hansı başqa üsulla tam və ya qismən çevrildiyi əmlak və yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayət birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak olması müvafiq, o cümlədən əmlakın ayrı-ayrılıqda və ümumi dəyərini ə ks etdirən sübutlar gətirilməklə əsaslandırılmalıdır. Xüsusi müsadirə üzrə məsələlər həll edilərkən cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunmuş, lakin qanuni sahibinə qaytarılmalı olan əmlakın, eləcə də cinayət yolu ilə əldə olunsa da (həmin əmlak hesabına əldə edilmiş gəlir olsa da), qanuni sahibinə qaytarılmalı olan əmlakın müsadirəsini istisna edən müvafiq olaraq CM-in 991.1.1 və 99-1.1.2-ci maddələrinin müddəaları nəzərdən qaçırılmamalıdır. Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinin tələbinə görə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş, özgəninkiləşdirilməklə və yaxud hər hansı başqa əsasla digər şəxsin (şəxslərin) mülkiyyətinə keçmiş əmlak, əgər bu şəxs vicdanlı əldə edəndirsə, yəni əldə edərkən əmlakın cinayətin alət və vasitəsi olduğunu, cinayət yolu ilə əldə ed ildiyini (o cümlədən, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına artırılmış və yaxud çevrilmiş əmlak olduğunu) bilmirdisə və bilməli deyildisə, müsadirə edilə bilməz. Azərbaycan Respublikası CM-nin 99-1.3-cü maddəsinin ikinci cümləsi təfsir edilərkən onu nəzərə almaq lazımdır ki, həmin müddəada “vicdanlı əldə edən” dedikdə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı cinayəti törətmiş şəxsdən və yaxud onun tapşırığı ilə digər şəxsdən hədiyyə kimi və yaxud öz dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə edən şəxsi deyil, daha sonra əldə edən vicdanlı alıcı başa düşülür. Odur ki, xüsusi müsadirə belə vicdanlı sahiblərin hüquqlarına xələl gətirdikdə, tətbiq edilə bilməz. Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinin mənasına görə (burada CM-in 99-1.1ci maddəsində göstərilənlərə aid olan özgəninkiləşdirilmiş və yaxud hər hansı digər səbəbdən başqasına verilmiş əmlakın müsadirəsi nəzərdə tutulduğu üçün) özgəninkiləşdirmə nəticəsində və yaxud başqa əsasla digər şəxsin sahibliyinə keçmiş, o cümlədən onun mülkiyyəti kimi rəsmiləşdirilmiş əmlak barəsində də (vicdanlı əldə edən istisna olmaqla) xüsusi müsadirə tətbiq edilə, müvafiq olaraq da xüsusi müsadirənin təmini tədbiri kimi CPM-in XXXİİ fəsillinin normalarına əməl edilməklə həmin əmlakın üzərinə həbs qoyula bilər. Odur ki, CPM-in 248.2-ci maddəsinin “həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur” müddəası CM-in 99-1.3-cü maddəsi ilə yalnız təqsirləndirilən şəxsin və yaxud onun hərəkətlərinə görə üzə rinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin deyil, həm də digər vicdanlı əldə edən hesab edilməyən şəxslərin də adına rəsmiləşdirilmiş əmlakın müsadirəsinə yol verildiyi nəzərə alınmaqla təfsir edilməlidir. Məhkəmə kollegiyası xüsusi müsadirəyə dair sadalanan normaların tələblərini, həmçinin müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərarın qanuni və əsaslandırılmış olmasını zəruri edən qanunçuluq prinsipini nəzərə alaraq qeyd edilənləri kassasiya şikayətinin dəlilləri və apellyasiya məhkəməsinin qərarı ilə birlikdə təhlil edərkən aydın olur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkum barəsində (mübahisə predmeti olan əmlak üzrə) xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilərkən Azər baycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinin göstərişləri nəzərə alaraq, xüsusi müsadirə edilməli olan pul vəsaitlərinin miqdarına və əmlakların əldə edilmə zamanına dair araşdırma apararaq, vəsaitlərin həmin maddənin təsiri altına düşüb – düşməməsini müəyyən edərək xüsusi müsadirə tətbiq etmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə iş üzrə vurulmuş ziyanın ödənilməsini, məhkəməyədək və məhkəmə icraatı zamanı verilə biləcək mümkün mülki iddianı və xüsusi əmlak müsadirəsini təmin etmək məqsədilə Məhkum məxsus 1.090.000 manat dəyərində əmlakların üzərinə həbs qoyulması zərurəti yarandığından X11 adına rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən yaşayış evinin (Daşınmaz Əmlakın Dö vlət Reyestr nömrəsi **********93-05301-093096, orta bazar dəyəri - 574.000 (beş yüz yetmiş dörd min) manat) üzərinə həbs qoyulmuşdur. (cild 32, səh.16-17). ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 273.2 kv.m sahədən ibarət yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən 26 iyul 2012-ci il tarixdə X11 adına reyestr qeydiyyatına alınmışdır. (cild 33, səh.132) Həmin əmlak üzrə maliyyə arayışı cinayət işinin materiallarında aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(011)-977/2021 nömrəli qətnaməsi ilə X20 qızı ilə X19 arasında 23 noyabr 2007-ci il tarixdə Bakı şəhəri Səadət sarayında (Bakı Nikah evi) bağlanmış v ə 4085 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X8 anaları X2 himayəsində qalması müəyyən edilmiş, cavabdeh X9 xx.xx.2008ci il təvəllüdlü X18, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X20 qızına verilməsi qət edilmişdir. (cild 31, səh.280-283). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövl ət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********93-05301-093096 olan Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 20 saylı evin 169.3 kv.m yaşayış sahəsi, 104 kv.m yardımçı sahəsi olmaqla ümumi sahəsi 273.3 kv.m olan 141-ci mənzili xüsusi mülkiyyət hüququ əsasında tam payda X15 məxsusdur. Kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli tədqiq edən məhkəmə kollegiyası ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 273.2 kv.m sahədən ibarət yaşayış evinin cinayət əməlləri törədilən dövrdə əldə edildiyi və real sahibinin Məhkum olmasına əsas verir. Bu səbəbdən də, apellyasiya məhkəməsi əsaslı olaraq Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20 ünvanında yerləşən 141 nömrəli mənzilin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinə əsasən müsadirə edilməsi barədə nəticənin qanuni olmasına dair qərara gəlmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən əmlak müsadirəsinin qeyri-qanuni və əsassız olmasına dair dəlillər eyni məzmunda apellyasiya şikayətində də qeyd edilmiş, apellyasiya məhkəmə kollegiyası həmin dəlillər üzrə tam araşdırma apararaq qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyild ir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ünvan 1 ünvanında 141 saylı mənzilin xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsi əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş ünvan 1 ünvanında 141 saylı mənzili xüsusi müsa dirə edilən əmlakların siyahısından çıxarılması və həmin mənzil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayəti
Məhkəmə qərarları › İş №1(102)-2158/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2158/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver