Məhkəmə qərarları › İş №1(102)-2220/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2220/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2220/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və təqsirləndirilən şəxs Məhkum iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tari xli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 259.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Bədəlov Ərzuman Şakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Sultanov Cavid Rizvan oğlu) Məhkum, 1 iyul 1979-cu il tarixdə Ağdaş rayonunun Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ev li, əvvəllər Ağdaş Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli hökmü ilə CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinin tələbinə uyğun olaraq həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 02 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Ağdaş rayonunun Ağzıbir kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, CM-nin 259.2.1-ci maddəsi ilə təqsirli bil inərək, həmin Məcəllənin 75.1.1 -ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmamışdır. Hökmlə həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin mülki iddiası təmin edilərək Məhkum maddi ziyanın dəyəri olan 7878,35 manat məbləğində pulun tutularaq zərər çəkmiş hüquqi şəxsin – mülki iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum meşə fonduna daxil olan ağacları qanunsuz kəsməsi (götürülməsi) ilə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 21-24 noyabr 2020-ci il tarixləri ərzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional Me şə Təsərrüfatı Mərkəzinə aid olan, Ağdaş rayon, Ağzıbir kəndi ərazisində yerləşən, Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayının 2-ci və 10-cu kvartalında olan 20 ədəd, 16 sm diametrli, 120,00 manat dəyərində, yaş qarağac ağaclarını, 10 ədəd, 20 sm diametrli, 70,00 manat dəyərində, yaş qarağac ağaclarını, 11 ədəd, 24 sm diametrli, 110,00 manat dəyərində, yaş qarağac ağaclarını, 14 ədəd, 28 sm diametrli, 154,00 manat dəyərində, yaş qarağac ağaclarını, 5 ədəd, 32 sm diametrli, 75,00 manat dəyərində, yaş qarağac ağaclarını, 14 ədəd, 28 sm diametrli, 154,00 manat dəyərində, yaş qarağac ağaclarını, 4 ədəd, 16 sm diametrli, 24,00 manat dəyərində, yaş tut ağaclarını, 3 ədəd, 20 sm diametrli, 21,00 manat dəyərində, yaş qovaq ağaclarını, 3 ədəd, 32 sm diametrli, 45,00 manat dəyərində, yaş qovaq ağa clarını, 6 ədəd, 40 sm diametrli, 132,00 manat dəyərində, yaş qovaq ağaclarını, 4 ədəd, 48 sm diametrli, 160,00 manat dəyərində, yaş qovaq ağaclarını, 5 ədəd, 52 sm diametrli, 250,00 manat dəyərində, yaş qovaq ağaclarını, 4 ədəd, 60 sm diametrli, 1256,00 manat dəyərində, yaş qovaq ağaclarını, 2 ədəd, 72 sm diametrli, 1424,00 manat dəyərində, yaş qovaq ağaclarını, ümumilikdə 94 ədəd, yuxarıda qeyd olunan diametrlərdə, 4222,01 manat dəyərində yaş qarağac, tut və qovaq ağaclarını, aidiyyəti dövlət orqanının müvafiq icazəsi olmadan, vahid niyyətlə, qanunsuz olaraq, qəsdən mühərrikli mişarla kəsib, təbiətə ümumilikdə 4222,01 manat olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 15-16 dekabr 2020-ci il tarixləri ərzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirl iyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinə aid olan, Ağdaş rayon, Ağzıbir kəndi ərazisində yerləşən, Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayının 2-ci və 10-cu kvartalında olan 1 ədəd, 32 sm diametrli, 15,00 manat dəyərində, yaş qarağac ağacını, 3 ədəd, 20 sm diametrli, 21,00 manat dəyərində, yaş tut ağaclarını, 4 ədəd, 24 sm diametrli, 40,00 manat dəyərində, yaş tut ağaclarını, 2 ədəd, 28 sm diametrli, 22,00 manat dəyərində, yaş tut ağaclarını, 4 ədəd, 24 sm diametrli, 40,00 manat dəyərində, yaş qovaq ağaclarını, 2 ədəd, 32 sm diametrli, 30,00 manat dəyərində, yaş qovaq ağaclarının, 1 ədəd, 36 sm diametrli, 18,00 manat dəyərində, yaş qovaq ağacını, 3 ədəd, 40 sm diametrli, 66,00 manat dəyərində, yaş qovaq ağaclarını, 1 ədəd, 44 sm diametrli, 33, 00 manat dəyərində, yaş qovaq ağaclarını, 3 ədəd, 52 sm diametrli, 150,00 manat dəyərində, yaş tut ağaclarını, 1 ədəd, 60 sm diametrli, 50,00 manat dəyərində, yaş qovaq ağaclarını, 1 ədəd, 84 sm diametrli, 50,00 manat dəyərində yaş qovaq ağacı, 1 ədəd, 100 sm diametrli, 50,00 manat dəyərində, yaş qovaq ağaclarını, 8 sm diametrli, 264,00 manat dəyərində yaş qovaq ağacının işliyinin 32 sm diametrli, 1056,00 manat dəyərində, yaş qovaq ağacının işliyini, 48 sm diametrli, 1634,00 manat dəyərində, yaş qovaq ağacının işliyini, ümumilikdə 27 ədəd, yuxarıda qeyd olunan diametrlərdə, 585,00 manat dəyərində yaş qarağac, tut və qovaq ağaclarını və yaş qovaq ağaclarının 3656,34 manat dəyərində işliklərini, aidiyyəti dövlət orqanının müvafiq icazəsi olmadan, vahid niyyətlə, qanunsuz olaraq, qəsdən mühər rikli mişarla kəsib, təbiətə ümumilikdə 3656,34 manat olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 6 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Ə.Ş.Bədəlov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya b axışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasını Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, o cümlədən Məhkum ifadələrinə və onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi Ə.Ş.Bədəlov həmin şikayətini onunla əsaslandırmışdır ki, barəsində ibtidai araşdırma orqanı tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs barəsində qərəzli istintaq aparılmış, işin hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, Ağdaş Rayon Məkəməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da eyni nöqsanlara yol vermişlər. Məhkum dəfələrlə ifadələrində ona qarşı irəli sürülmüş ittihamda göstərilən sayda ağacların onun tərəfindən kəsilmədiyini göstərməsinə baxmayaraq buna əhəmiyyət verilməmiş, müstəntiq tərəfindən ağacların kəsildiyi əraziyə onun iştirakı ilə baxış keçirilməmiş, həmin ərazidə qeyd edilən sayda və ölçüdə ağacların kəsilməsi müəyyən edilməmiş, uzun müddət süründürməçiliyə yol verilmiş, ağacların Məhkum tərəfindən kəsilməsi sübut olunmadığı üçün dəfələrlə cinayət işi üzrə icraat dayandırılaraq təzələnmiş, cinayət işi müxtəlif müstəntiqlərin icraatında olmuşdur. Məhkum məhkəmə iclasında da ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsini inkar etmiş və yalnız altı ədəd ağacın onun tərəfindən kəsilməsini, onları odun kimi istifadə etmək məcburiyətində qalmas ını etiraf etmiş, lakin məhkəmələr iş üzrə yekun məhkəmə aktları qəbul edərkən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə tənqidi yanaşmamış, bu ifadələrdəki ziddiyyətlərə hüquqi qiymət verməmiş, hökm və qərar qəbul edərkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini göstərməmişlər. Həm ibtidai istintaqı aparan orqanı, həm də işə baxan Ağdaş Rayon Məhkəməsi sübutların araşdırılmasında kobud qanun pozuntularına yol vermiş, müdafiə tərəfinin çoxsaylı sübutlarının tədqiqindən əsassız imtina etmiş və araşdırmamışdır. Ağdaş Rayon Məhkəməsi Məhkum təqsirliliyi barədə nəticəyə gələrkən istintaq orqanının topladığı qondarma sübutlara hansı səbəblərdən üstünlük verməsini öz hökmündə göstərməmişdir. Şəki Apellyasiya Məhkəməsi isə işin fa ktiki hallarını hərtərəfli və obyektiv araşdırmadan Məhkum apelyasiya şikayətini təmin etməmiş və Ağdaş Rayon Məhkəməsinin qanunsuz və əsassız hökmünü dəyişdirilmədən saxlamışdır. Ona görə də hesab edir ki, Məhkum əməlində CM-nin 259.2.1-ci maddəsinin tərkibi olmadığından onun həmin maddə ilə təqsirli bilinməsi, həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmaması, mülki iddianın təmin edilməsi və ondan 7878,35 manat məbləğində pulun tutularaq Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Odur ki, qeyd olunanları nəzərə al araq müdafiəçi Ə.Ş.Bədəlov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Ə.Ş.Bədəlov və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə təqsirləndirilən şəxsin müdafiəçisi Ə.Ş.Bədəlovun və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi Ə.Ş.Bədəlovun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və Məhkum əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinmişdir. Bununla da, müdafiəçi Ə.Ş.Bədəlov apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tə ləbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Ə.Ş.Bədəlovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Koll egiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fa ktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutlar ın araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı mad dəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bunda sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izaşlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarını n borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədil məsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsas ən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiiq edilməsi məqsədilə bu və ya digər sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təq dim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şə xs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü v ə bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azər baycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsir siz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə m əsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifə lərin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilə n şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinay ət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət ver mək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər proses sual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şə xs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzi b etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxılarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək, yaxud da təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-nin bu və ya digər maddəsini xaric etmək hüququna da malikdirlər o şərtlə ki, bu haqda nəticə cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Təsadüfi deyil ki, məhkəmələrin bununla bağlı səlahiyyətləri həmçinin CPM-nin 318.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı i rəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadis ənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçıs ının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlmə yə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşa ğıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasınd a baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan R espublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həm in qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Az ərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qə rarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən təqsirləndirilən şə xsin hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri həmin nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 124, 143-146-cı maddələrinin tələblərinə u yğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş sübutlara əsasən müəyyən edilmiş və kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılma sı zamanı yolverilməz sübutlardan istifadə etməmiş, bütün sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayəti törətməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Cinayət işinin materiallarından görünür ki, iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış bütün sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldığından apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsindən verilmiş apellyasiya şikayətinə şikayətinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmasını mümkün bilərək bununla bağlı heç bir qanun pozuntusuna yol verməmiş, digər tərəfdən isə istər ittiham, istərsə də müdafiə tərəfi apellyasiya icraatı zamanı əlavə sübutlarını məhkəməyə təqdim etməmiş və belə sübutların araşdırılması barədə vəsatətlər qaldırmamışlar. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, həmin aktları qəbul edərkən və gəldikləri nəticələri əsaslandırarkən məhkəmələr öz nəticələrini ehtimallarla deyil, mötəbər sübutlar üzərində qurmuş, digər tərəfdən isə Məhkum qismən etirafedici ifadələrinə tənqidi yanaşaraq hökmün və kassasiya qaydasında mübahisələndirilən 06 fevral 2024-cü il tarixli qərarın əsas ına zərər çəkmiş şəxsin nümayəndəsinin, çoxsaylı şahidlərin ifadələri, Məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən növdə və sayda ağacların kəsilməsinə və odun vəziyyətinə gətirilməsinə dair tərtib edilmiş aktları, bu aktlara əlavə edilmiş fotoşəkillərdəki görüntüləri, maddi sübutları, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokolları, məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərini və sübut əhəmiyyətli sənədləri qoymuşlar. Göstərilən sübutların hamısı həm Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin 6 fevral 2024-cü il tarixli qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası hazırki qərarında həmin sübutların təkrarən təsvirinə ehtiyac görmür, eyni zamanda, kas sasiya şikayətində tələb edildiyi kimi, iş üzrə əlavə araşdırmanın aparılmasını və bunun üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının göstərilən qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını məqsədə uyğun hesab etmir. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən edilmiş faktiki halları CM-nin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün dispozitiv əlamətləri ilə tam uzlaşdığından Məhkum həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və sonradan onun bu maddə ilə təqsirli bilinməsi cinayət qanunu normalarının tələblərinə də tam uyğundur və bu halda istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr Məhkum əməlinə münasibətdə maddi hüquq normalarının tətbiqində heç bir pozuntuya yol verməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, toplanmış və araşdırılmış sübutlarla təsdiq olunan Məhkum törətdiyi əməllər təhlil edildikdə, bu əməllərin CM-nin 259.2.1-ci maddəsində (CM-nin 259.1-ci maddəsi ilə birgə) nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti ilə uzlaşdığı görünür. Belə ki, CM-nin 259.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 295.2.1-ci maddəsinin tələblərinə görə, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurmaqla təkrarən törədilməsi bu əməli törətmiş şəxsin CM-nin 259.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar işə mahiyyəti ü zrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416.1-ci maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Buna görə kollegiya hesab edir ki, Məhkum müdafiəçisi Ə.Ş.Bədəlovun kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və bu dəlillər Məhkum cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaq ətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə də tam şəkildə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin olunması barədə təqsirləndirilən şəxs Məhkum, həmin şikayətin təmin olunmaması haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçi Ə.Ş.Bədəlovun kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 259.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə və CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti nə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə, CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar