Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-228/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyab r 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.E.Xəlilov) Məhkum (xxxx xxxx 1958-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan,XX80nı vəkili işləmiş, ünvan3ndə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 05 avqust 2019-cu il tarixdən hesablanması qər ara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər F.G.Zeynallı və M.Ə.Rzayevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum XX80nın vəkili vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədi ilə X3 məhkəmədə olan mülki işdə hüquqi yardım göstərdikdən sonra sonuncunun etibarından sui-istifadə edib yenidən hüquqi yardım göstərəcəyinə yalan vəd verib aldadaraq vahid qəsdlə 2016-cı ilin sentyabr ayında XX80nın qarşısında 1000 (min) manat, 2016-cı ilin oktyabr ayında XXX99nin qarşısında küçədə 1900 (min doqquz yüz) manat, 2016-cı ilin dekabr ayında XXX88nın yaxınlığında 2500 (iki min beş yüz) manat, 2017-ci ilin fevral ayında XX80nın qarşısında 250 (iki yüz əlli) manat, 2017-ci ilin oktyabr ayında ünvan6 ərazisində yerləşən XX77 kafesinin qarşısında 700 (yeddi yüz) manat, yenə 2017-ci ilin noyabr ayında ünvan6 ərazisində yerləşən XX77 kafesinin qarşısında 500 (beş yüz) manat, 2018-ci ilin fevral ayında ünvan6 ərazisində yerləşən XX77 kafesinin qarşısında 680 (altı yüz səksən) manat alıb 100 manat XX80nın kassasına, qalan pulları ələ keçirə rək ümumilikdə zərərçəkmiş şəxs XXX87ya 7680 (yeddi min altı yüz səksən) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən XX80nın vəkili vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib işin Ali Məhkəmədə baxılacağını və buna görə hüquqi yardım göstərəcəyini yalan vəd verib aldadaraq vahid qəsdlə 28 iyul 2018-ci il tarixdə ünvan6 ərazisində yerləşən XX77nin qarşısında 1500 (min beş yüz) manat, 30 iyul 2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin yaxınlığında 300 (üç yüz) manat, 02 avqust 2018-ci il tarixdə ünvan6 ərazisində yerləşən XX77 kafesinin qarşısında 600 (altı yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2400 (iki min dörd yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, zərərçəkmiş şəxslər XXX87nı və Zərərçəkmiş şəxs2 aldatmamış, onların etibarından sui-istifadə etməmiş, əvəzsiz olaraq onların pul vəsatilərini ələ keçirməmiş, aralarında bağlanmış müvafiq müqavilələrə (tapşırığa) əsasən həmin şəxslərə onlardan aldığı pul məbləğlərinin müqabilində hüquqi yardım göstərmişdir. Həmçinin o,XXX87adan ittihamda göstərilən miqdarda deyil, cəmi 4000 manat məbləğində təxminən 2 il 6 ay müddətində göstərdiyi hüquqi xidmətlərə görə pul almışdır. Məhkum hesab edir ki, onun vəkil kimi hüquqi yardım göstərilməsi barədə müqaviələrədə zərərçəkmiş şəxslərdən aldığı pul məbləğlərini tam olaraq göstərməməsi (o, həmin məbləğləri əvəzsiz olaraq ələ keçirmədiyindən) dələduzluq cinayətinin deyil, vergidən yayınma cinayətinin tərkibini yaradır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qrarının ləğv edilmsini, əməlində dələduzluq cinayətinin tərkibi olmadığı üçün cinayət işi üzrə icraata xitam verilmsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı ma ddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əməlində cinayət tərkibi olmadığı halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş dələduzluq cinayətini törətməkdə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya t ələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi və həmin əməllərə görə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4cü maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərində gətirdiyi Məhkum Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxslər XXX87nın və Zərərçəkmiş şəxs2, Şahid3 ifadələri, sənədlər, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır). Məhkəmənin qənaətinə görə Məhkum hərəkətlərində ona isnad edilən cinayətin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur. Apellyasiya məhkəməsinin şərh olunan məsələlər üzrə gəldiyi nəticələr müdafiəçinin apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı mad dələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum cəza təyin olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətini səciyyələndirən hallardan, o cümlədən o nun məcburi köçkün olması, yaşlı olması və “hipertonik kriz” xəstəliyindən əziyyət çəkməsi kimi cəzanı yüngülləşdirən halların olmasından, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış etməklə Məhkum təqsirli bilindiyi maddələrlə 2 il 6 ay (sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin ən aşağı həddinə yaxın) müddətə cəza etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gö zləmişlər. Odur ki, məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.0.2 və 416.0.6-cı maddələrində, eləcə də 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsası kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda gö stərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-228/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-228/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver