Məhkəmə qərarları › İş №1(102)-2334/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2334/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2334/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs X7 və onun müdafiəçisi Həsənov İbarət Əhəd oğlunun iştirakları ilə, Lənkəran R ayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2024-cü il tarixli hökmü ilə isə ona CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı3 Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Pənahov Anar Elman oğlu) X15, 13 yanvar 1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbay can Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 93.2-ci maddəsinə əsasən onun barəsində cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbirin tətbiq edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X15 2023-cü ilin yanvar ayında Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satı ş məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd şəffaf sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,173 qram; 0,218 qram; 0,179 qram; 0,216 qram, ümumi təmiz çəkisi 0,786 qram olan psixotrop maddə metanfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 07 yanvar 2023-ci il tarixdə saat 22:00-də Lənkəran ŞRPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında olan otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə psixotrop maddə olan metanfetamin, əynindəki şalvarının sağ cibindən psixotrop maddələrin satışında vasitə k imi istifadə etdiyi işlək vəziyyətdə üzərində metanfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli hökmündən Bəraət almış şəxsun müdafiəçisi İ.Ə.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə) 8 may 2024-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, Bəraət almış şəxsa qarşı CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilmədiyinə görə sonuncuya bər aət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 356.5-ci maddəsinə əsasən ona qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, tutulması, həbsdə saxlanılması, məhkəməyə verilməsi və ona cəza təyin edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində C PM-in bir sıra normalarına, Bəraət almış şəxsa qarşı irəli sürülmüş ittihama, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və Bəraət almış şəxsun təqsirsizliyi barədə hökmün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamçısının ehtimallar üzərində qurulmuş mövqeyinə görə, Bəraət almış şəxsun cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin onun tərəfindən törədilməsi bəraət almış şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, maddi sübutlarla və iş üzrə toplanmış digər sübutlarla təsdiq edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış bu sübutlara heç bir əhəmiyyət vermədən, Bəraət almış şəxsun məhkəmə iclaslarında özünümüdafiə xarakterli və işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək, onun təqsirliliyinin sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişdir. Bəraət almış şəxsa qarşı pol is əməkdaşları tərəfindən zor tətbiq edilməsinə dair onun göstərdiklərinə gəldikdə isə, bu fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış və müəyyən edilmişdir ki, onun Lənkəran ŞRPŞ-in əməkdaşları tərəfindən qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara və döyülərək işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmamış, ona görə də bu xüsusatlar üzrə cinayət işinin başlanması 27 iyun 2023-cü il tarixli qərarla CPM-in 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara deyil, Bəraət almış şəxsun yanlış və biri digərinə zidd olan ifadələrinə əsaslanaraq, onun təqsirliliyinin sübuta yetirilməməsi haqda əsassız bəraət hökmü çıxarmışdır. Şərh olunan dəlillərə əsaslanaraq Dövlət ittihamçısı3 Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının həmin 8 may 2024-cü il tarixli hökmündən verdiyi kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, Dövlət ittihamçısı3 həmin protestində apellyasiya instansiyası məhkəməsinin Bəraət almış şəxsa qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiyini, həmin məhkəmənin çıxardığı 8 may 2024-cü il tarixli bəraət hökmünün əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək həmin hökmün ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Dövlət ittihamçısı3 kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddə sinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyini n tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kolleg iyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınmas ı və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsind ə təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilm əsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkr et əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayə tkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətl ərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub- olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri il ə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin q eyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-n 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və oby ektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalar dan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissəl ərinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-n 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şü bhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl e dilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM -in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqd a; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilm əsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdiril ir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutla rın elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan az ad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakim əsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldı ğı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müda fiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahid lərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “cid di səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından i rəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bəraət almış şəxsun cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü m addəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2036-cıil tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndl ərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında təd qiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının qeyd olunan prosessual normaları n tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və cinayət işinə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclaslarında tam həcmdə araşdırılmış, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası çıxardığı və kassasiya qaydasında mübahisələndirilən hökmdə məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək Bəraət almış şəxsun ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırmalar zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, işə apellyasiya qaydasında baxılarkən isə cinayət prosesi iştirakçıları, o cümlədən Dövlət ittihamçısı3 Bəraət almış şəxsun təqsirli olması barədə nəticəyə gəlmək üçün başqa sübutların araşdırılması barədə vəsatətlərlə çıxış etmədiklərindən apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarında araşdırılmış sübutların Bəraət almış şəxsa bəraət verilməsi üçün kifayə t etməsi barədə yekun qənaətə gəlmişdir. Hərçənd, məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən kassasiya protestinin müəllifi ittihamda göstərilən halların təsdiq edilməsinə dəlalət edən hər hansı əlavə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına, o, cümlədən Bəraət almış şəxsun müdafiə hüququnun pozulma sına yol verilməklə əldə edilmişdir. Belə olan halda məhkəmə kollegiyası Bəraət almış şəxsun barəsində bəraət hökmü çıxarmış apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, Dövlət ittihamçısı3 həmin məhkəmə tərəfindən çıxarılmış hökmdə yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin yekun məhkəmə aktının əsasına qoyulmuş, bundan əvvəl isə birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutla rın qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən dövlət ittihamçısının razılaşmadığı və özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirdiyi, bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göst ərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası həmin məhkəmənin işin faktiki hallarının müəyyən edilməsinə dair həm cinayət işinin materiallarında olan, həm də 8 may 2024-cü il tarixli hökmdə istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutlara hazırki qərarda da istinad edib təhlil etməyi zəruri sayır. Belə ki, iş üzrə toplanmış ilkin sənədlərə əsasən 7 yanvar 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə Bəraət almış şəxsun narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması ba rədə əməliyyat məlumatı daxil olmuş (Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 7 yanvar 2023-cü il tarixli raportu), həmin məlumatın yoxlanılması məqsədilə adı çəkilən polis əməkdaşı tərəfindən eyni tarixdə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, həmin qərarın surətinin isə 48 saat ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına göstərilən qərarın Lənkəran rayon prokuroruna və Lənkəran Rayon Məhkəməsinə göndərilməsi barədə 7 yanvar 2023-cü il tarixli müvafiq olaraq 154-0345-11123 və 154-0456-1123 saylı müşaiyət məktubları əlavə olunsa da, həmin qərarın və onun əsasında toplanmış ilkin materialların (məktublara heç bir material əlavə olunmamışdır) birinci instansiya məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında yoxlanılması iş materialları ilə müəyyən edilməmişdir. Halbuki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən isə görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İV hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbir ləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixl Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olara q, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növ bəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və eht iyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbayca n Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıq da cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymə tləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi v ə ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə a lmaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 7 yanvar 2023-cü il tarixli qərarın və onun əsasında toplanmış ilkin materialların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından bu qərar əsasında toplanmış sübutlar da Bəraət almış şəxsa qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Daha sonra əməliyyat müvəkkili Şahid1 Lənkəran ŞRPŞ-nin rəisinə ünvanladığı 7 yanvar 2023-cü il tarixli digər raportundan görün ür ki, həmin raportda keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsində, üzərində saxlamasında, daşımasında və satmasında şübhədi bilinən, 13 yanvar 1982-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Bəraət almış şəxsun həmin tarixdə saat 22.00-da Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilməsi göstərilmiş və onun paltarında, əşyalarında və bədənində olması ehtimal olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müfaviq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İ ş materiallarının təhlili göstərir ki, Bəraət almış şəxs saxlanılaraq Lənkəran ŞRPŞnə gətirildikdən sonra həmin Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X5 tərəfindən şübhəli şəxsin tutulması barədə 7 yanvar 2023-cü il tarixli qərar qəbul edilmiş və Bəraət almış şəxsa əvvəlcədən hüquqları, həmçinin müdafiəçiyə malik olmaq hüququ izah edilmədən, o, eyni tarixli, 88/1 nömrəsi ilə qeyd alınmış protokolla saat 22.30da CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və yalnız bundan sonra ona müvafiq olaraq şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişin verilməsi haqqında 88/3 nömrəsi ilə qeydiyyatdan keçirilmiş 7 yanvar 2023-cü il tarixli protokol tərtib edilmiş, onun maddi imkanı olmaması səbəbindən hüquqlarının müdafiə olunması üçün d övlət hesabına müdafiəçi ilə təmin olunması barədə ərizəsi alınmış, daha sonra 88/4 nömrəsi ilə qeydə alınmış protokolla ona vəkillərin siyahısı təqdim olunmuş və o, eyni tarixli protokolda onun hüquqlarının Lənkəran rayon Vəkil Bürosunun vəkili Hüseynov İntiqam Ələskər oğlu tərəfindən müdafiə olunmasını istəməsini bildirmiş, təhqiqatçı müdafiəçinin dəvət edilməsi haqqında qərar qəbul etmiş və 88/5 nömrəsi ilə qeyd alınmış 7 yanvar 2023-cü il tarixli protokolla həmin vəkil şübhəli şəxsə təqdim olunmuşdur. Bütün bu sənədlərdən və onların qeydə alınması ardıcıllığından belə nəticə hasil olur ki, Bəraət almış şəxsun müdafiə hüququ o, şübhəli şəxs qismində tutularkən deyil, yalnız bundan sonra təmin olunmuş, yəni o, müdafiəçinin iştirakı olmadan tutulmuş, müdafiəçi İ.Ə.Hüseynov da istintaq hər əkətlərinin aparılmasında yalnız sonradan iştirak etmiş və burada diqqəti cəlb edən məqamlardan biri də odur ki, sonuncu şübhəli şəxs qismində tutulmuş şəxsə yuxarıda göstərilən 88/5 nömrəsi qeydə alınmış protokolla təqdim olunsa da, o, buna qədər tərtib olunmuş prosessual sənədləri də iştirakçı kimi yalnız sonradan imzalamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün qeyd olunan hallar Bəraət almış şəxsun şübhəli şəxs qismində tutularkən müdafiə hüququnun kobud şəkildə pozulmasına dəlalət etməklə yanaşı həmçinin yuxarıda göstərilən prosessual sənədlərin də təhqiqatçı tərəfindən sonradan tərtib edilməsi barədə fikir yürüdülməsi üçün əsas yaradır. Halbuki, imperativ xarakter daşıyan CPM-in 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmçinin 92.4.6-cı maddəsində təsbit edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxs tutularkən və ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən - bu Məcəllənin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda cinayət prosesində müdafiəçinin iştirakı həmin andan təmin olunur: Cinayət işinin materiallarından eləcə də görünən odur ki, Bəraət almış şəxs yuxarıda göstərilən pozuntularla şübhəli şəxs qismində tutulduqdan sonra bu haqda tərtib edilmiş protokola əsasən 7 yanvar 2023-cü il tarixdə saat 22.50-dən saat 23.20-dək təhqiqatçı X5 tərəfindən Lənkəran RŞPŞ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və müdafiəçi İ.Ə.Hüseynovun iştirakları ilə onun şəxsi axtarış aparılmış, bundan əvvəl Bəraət almış şəxsa üzərində hər hansı qanunla qadağan edilmiş əşya, predmet və s.varsa təqdim olunması təklif edilmiş, o, da göy rəngli gödəkçəsinin sol yan cibindən şəffaf selofanda olan dörd ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan əlavə Bəraət almış şəxs göy rəngli şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Bəraət almış şəxsun təqdim etdiyi dörd bükümdə yerləşdirilmiş kütlə elektron tərəzidə çəkilərək onun ümumi çəkisinin 1,19 qram olması müəyyən edilmiş və bükümlər və elektron tərəzi zərfə qablaşdırılaraq zərfin üzəri DİN-nin 135 saylı möhü rü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suala cavab olaraq isə Bəraət almış şəxs üzərindən aşkar edilərək götürülmüş 4 bükümdəki metamfetaminə bənzər kütləni 7 yanvar 2023-cü il tarixdə öz istifadəsi üçün alıb saxlamasını, elektron tərəzini isə psixotrop maddə alarkən çəkidə aldatmasınlar deyə üzərində gəzdirməsini bildirmişdir. Bu istintaq hərəkətinin aparılması haqqında protokola görə, təsvir edilənlər Lənkəran ŞRPŞ-nin sahə rəisi Şahid2 tərəfindən məlum olmayan qurğu və ya texniki vasitə ilə aparılmış videoçəkilişlə qeydə alınmış, videogörüntülər isə protokola əlavə olunması üçün DVD diskə köçürülmüşdür. Əvvəla, məhkəmə kollegiyası qeyd olunan istintaq hərəkətinin də prosessual hüquq normalarının tələblərinin pozulması ilə aparılmasını onda görür ki, Bəra ət almış şəxsun üzərində şəxsi axtarış aparılmazdan əvvəl həm ona, həm də digər iştirakçılara bununla bağlı hüquq və vəzifələri izah edilməmiş, digər tərəfdən isə bu istintaq hərəkətinin aparılmasında Bəraət almış şəxsu saxlayaraq təhqiqat orqanına təhvil vermiş polis əməkdaşlarının iştiraklarının hansı zərurətdən irəli gəlməsinə təhqiqatçı tərtib etdiyi protokolda heç bir izah verməmişdir. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, CPM-in 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer (digər şəxslər barəsində belə məlumatlar 07 yanvar 2023-cü il tarixli protokolda əks etdirilməmişdir); 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (təhlil edilən protokoldan bunların Bəraət almış şəxsa izah edilməsi görünmür);... 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd (Bəraət almış şəxsun üzərində şəxsi axtarışın aparılması bunlardan hansından istifadə olunmasını müəyyən etmək mümkün olmur). CPM-in 247.4-cü maddəsində axtarış və götürmə protokolunun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə verilməsi nəzərdə tutulsa da, hazırki iş üzrə bu istintaq hərəkətinin aparılması haqqında 7 yanvar 2023-cü il tarixli protokolun Bəraət almış şəxsa və onun müdafiəçisinə verilməsi təmin edilməmişdir. Bundan başqa, 7 yanvar 2023-cü il tarixli protokolda həmin istintaq hərəkətini əks etdirən videogörüntülərin DVD diskə köçürələrək protokola əlavə olunması göstərilsə də, məhkəməyədək icraat zamanı bu videogörüntülərə baxış keçirilməmiş, bu diskin zədəli olması səbəbindən isə apellyasiya icraatı zamanı həmin videogörüntülərin tədqiq edilməsi, videogörüntülər üzrə məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi mümkün olmamış, (iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli 3-16-16/4/248/2024 saylı məlumatı), işə birinci instansiya məhkəməsində baxılarkən isə müəyyən edilmişdir ki, diskdə yazılan videogörüntülər 8 yanvar 2023-cü il tarixdə aparılmış videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, həmin materiallara 7 yanvar 2023-cü il tarixli Bəraət almış şəxsun adından kompyuter vasitəsilə çap olunmuş alınması vaxtı göstərilməyən izahat əlavə edilmiş və həmin izahata görə, Bəraət almış şəxs ilkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdə, o cümlədən şəxsi axtarışın və götürmənin aparılması haqqında 7 yanvar 2023-cü il tarixli protokolda əksini tapmış halları təsdiq edərək onun üzərindən aşkar edilmiş 4 bükümdə psixotrop m addə olan metamfetamini 7 yanvar 2023-cü il tarixdə şəxsi istifadəsi üçün 25 manata Lənkəran şəhərində, Böyük Bazar ətrafındakı ərazidə tanmadığı şəxsdən aldığını, polis əməkdaşları tərəfindən həmin tarixdə Lənkəran şəhəri, A.Bağırov küçəsində saxlanıldığını və Lənkəran RŞPŞ-nə aparılmasını, orada müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsini, üzərindən 4 bükümdə metamfetaminin və elektron tərəzinin aşkar edilərək götürülməsini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməməsini bildirmişdir. Yalnız 9 yanvar 2023-cü il tarixdə Bəraət almış şəxs saat 11.20-dən 12.00-dək, yəni tutma protokoluna əsasən tutulduqdan 36 saat sonra şübhəli şəxs qismində dindirilmişdir ki, bu halda da ibtidai araşdırma orqanı tərəfindən prosessual qanunvericiliyinin tələblərinin pozulm asına yol verilmişdir. Belə qənaət ondan irəli gəlir ki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Həmin ifadələrində, habelə 9 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Bəraət almış şəxs ilkin izahatında göstərdiklərini, saxlanılması yeri istisna olmaqla, təkrarlamış və israrla bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni o, şəxsi istifadəsi üçün əldə etmiş, həmin maddəni satmaq niyyəti izləməmiş, həm belə maddələrin, həm də narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İstər bu ifadələrlə, istərsə iş üzrə toplanmış başqa sübutlarla Bəraət almış şəxsun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının, eləcə də əldə edərək üzərində saxladığı və daşıdığı iddia olunan metamfetamini satmaq niyyəti izləməsinin təsdiq edilməməsinə, digər tərəfdən isə kassasiya protesti müəllifinin məhz həmin ifadələri mötəbər sübutlardan biri kimi qiymətləndirməsinə baxmayaraq, sonuncu apellyasiya şikayətinə məhkəmə baxışı iclasında naməlum səbəbdən Bəraət almış şəxsun əməlinin bu ifadələrə uyğun tövsif edilməsi barədə təşəbbüslə çıxış etməmiş və sonuncunun barəsində birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını təklif etmişdir. Halbuki, həm birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında, həm də apellyasiya icraatı zamanı araşdırılmış və əlavə olaraq əldə edilmiş sübutlarla Bəraət almış şəxsun psixotrop maddəni qanunsuz olaraq satış məqs ədi olmadan əldə edərək gəzdirməsi və saxlaması, həm də ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Belə ki, həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında Bəraət almış şəxs özünü ona CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 7 yanvar 2023-cü il tarixdə axşam saat 22 radələrində o, yaşadığı binanın yaxınlığında olan başqa bir binanın girişində oğurluq etmək üçün boru kəsərkən post-patrul xidmətinin əməkdaşları onu aşkar etmiş və buna görə onu Lənkəran ŞRPŞ-nə aparmışlar. Bu tarixdən 8 yanvar 2023-cü il tarixə keçən gecə polis əməkdaşları onu Polis Şöbəsinin binasında boş otaqlardan birində saxlamış, otağın qapısı açıq olduğuna görə o, sərbəst şəkildə ayaq yoluna da gedə bilmişdir. Növbəti gün, yəni 8 yanvar 2023-cü il tarixdə saat 11-12 radələrində əməliyyat müvəkkili Şahid1 onun tutulmasının səbəbləri ilə maraqlanmışdır. Sonuncunun verdiyi suallara cavab olaraq o, bildirmişdir ki, yaşadığı yerə yaxın olan binanın girişində boru kəsərkən tutulmuş, borunu həmin binada yaşayan X2nın deməsinə görə kəsmək istəmişdir. Bundan sonra Şahid1 X2ya zəng edərək ondan bu halın həqiqətə uyğun olub-olmamasını soruşmuş, sonuncu da belə bir göstəriş verməməsini bildirmişdir. Bundan sonra Şahid1 masanın üzərinə bükümlər qoyub həmin bükümlərdə olan narkotik vasitənin ona məxsus olmasının etiraf etməsini tələb etmiş, o, isə buna etirazını bildirərək əvvəllər narkotik vasitələrdən istifadə etməsini, lakin hazırda belə hərəkətə yol verməm əsini bildirsə də, Şahid1 onun üzərinə bundan da çox narkotik vasitə qoyub onu daha ağır maddə ilə məsuliyyətə cəlb etdirəcəyi ilə hədələmiş, o, da bu hədənin təsiri altında onun tələbini yerinə yetirməyə məcbur olaraq ibtidai araşdırma zamanı, o cümlədən şəxsi axtarış zamanı sonuncunun verdiyi, sonradan məlum olduğu kimi, psixotrop maddə olan metamfetaminin və elektron tərəzinin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Bundan əlavə, Bəraət almış şəxs ifadələrində qeyd etmişdir ki, o, xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etmir və narkomaniya xəstəliyindən əzab çəkmədiyinə görə bu xəstəlikdən məcburi müalicəyə ehtiyacı yoxdur, bunun əksinə olan məhkəmə-narkoloji ekspertizasının rəyi düzgün deyil, çünki ibtidai araşdırma zamanı o, ümumiyyətlə belə ekspertizadan keçirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin çıxardığı və kassasiya qaydasında mübahisələndirilən 8 may 2024-cü il tarixli hökmdən göründüyü kimi, həmin məhkəmə əsaslı olaraq Bəraət almış şəxsun məhkəmə iclaslarında kifayət qədər təsdiq edilməyən, onun tərəfindən ibtidai araşdırma zamanı verdiyi ifadələrini, habelə əksəriyyəti prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilmiş sübutları onun təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul etməkdən imtina etmiş və bu zaman həm də aşağıda göstərilənlərə də əməl etmişdir. Məhkəmə korllegiyası qeyd etməyi zəruri bilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qə naətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestində Bəraət almış şəxsun məhkəmə iclasında ətraflı olaraq verdiyi ifadələrinin yolverilməz sübut olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüqüqudur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci madddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun məhkəmə aktı qəbul edərkən əsas sübut növlərindən biri kimi Bəraət almış şəxsun məhkəmə iclaslarında verdiyi ifadələrini qəbul etməsində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-c ü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etməyərək bununla bağlı da kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış bir çox sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə Bəraət almış şəxsa qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən bəzi sübutların prosesual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. Bəraət almış şəxsun ardıcıl olaraq verdiyi ifadələrin fövqündə isə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri onun xeyrinə həll edən apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə düzgün nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, onun məhz məhkəmə iclaslarında verdiyi ifadələrini yekun 8 may 2023-cü il tarixli hökmün əsasına qoymuşdur. Bəraət almış şəxsun bu ifadələrinin digər sübutlarla müqayisəli təhlili göstərir ki, onun saxlanıldıqdan sonra həqiqətən təhqiqat və ibtidai araşdırma zamanı prosessual qanunvericiliyinin normalarının, eyni zamanda bəraət almış şəxsin müdafiə hüqununun pozulması barədə məhkəmə iclasında göstərdikləri araşdırılmış başqa sübutlarla da təsdiq olunur. Cinayət işinin materiallarından görünür ki, Bəraət almış şəxsun məhkəmə iclasında verdiyi ifadələrinin yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən müdafiəçinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X2 göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. 8 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng gəlmiş və danışan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək Bəraət almış şəxs adlı qonşusu olan şəxsə binada boru kəsməsi barədə göstəriş verib-vermədiyini soruşmuş, o, isə Bəraət almış şəxsa belə bir göstəriş vermədiyini bildirmişdir. O, mobil telefonuna hansı nömrədən zəng vurulmasını unutsa da, dəqiq xatırlayır ki, ona zəng edən polis əməkdaşı idi və o, məhz Bəraət almış şəxs barədə onu sorğu-sual etmişdir. Şahid X2 ifadələrində həmçinin qeyd etmişdir ki, Şahid1 ona zəng etməsinin səbəbini guya onun oğlunun tutulması ilə əlaqələndirsə də, onun oğlu həmin hadisədən 4 ay əvvəl məhkum olunmuşdur və sonuncu ilə bağlı hər hansı məlumatın əldə edilməsi üçün zərurət olmamışdır. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təkrarən dindirilmiş Şahid1 göstərmişdir ki, Bəraət almış şəxsun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun icraatına daxil olmuş əməliyyat məlumatına əsasən sonuncu 7 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkət edərkən saxlanılmış və Lənkəran RŞPŞ-nə aparılmışdır (Bəraət almış şəxs öz ifadələrində bu faktı inkar edərək göstərilən tarixdə Şahid1 və adları ittiham aktında göstərilən polis əməkdaşları deyil, post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir). Bundan başqa, Şahid1 ifadələrində 8 yanvar 2023-cü il tarixdə X2ya zəng etməsini təsdiq etməsə də, eyni zamanda bu halın baş verib-verməməsinin xatırlmadığını bildirmiş, həmçinin qeyd etmişdir ki, əgər o, X2ya həqiqətən zəng etmişdirsə, bu zəng sonuncunun oğlu ilə bağlı olmuşdur (X2 bu halı təkzib etmiş və ona zəng etmiş polis əməkdaşının yalnız Bəraət almış şəxsla bağlı ona suallar verdiyini göstərmişdir). İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən Bəraət almış şəxsun ifadələri ilə yanaşı şahid X2nın da ifadələrinin yoxlanılması məqsədilə "xxxx" MMC-yə müvafiq qərarla sorğu verilmiş və həmin MMC-dən məhkəməyə təqdim olunmuş məlumatlarla müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi Şahid1, ***-***-**-** mobil telefon nömrəsi isə X2 adına qeydə alınmışdır. 8 yanvar 2023-cü il tarixdə saat 10:31-də Şahid1 adına olan ***-***-**-** nömrədən X2nın adına olan ***-***-**-** nömrəyə zəng edilmiş və 92 saniyə müddətində danışıq aparılmışdır. Bundan başqa, Bəraət alm ış şəxsun üzərində şəxsin axtarışın 7 yanvar 2023-cü il tarixdə deyil, 8 yanvar 2023-cü il tarixdə aparılması barədə də onun ifadələri yoxlanılmış və bu hal da təsdiq olunmuş (həmin hala dair sübutlara hökmdə istinad edilmişdir), bu istintaq hərəkətini aparmış Lənkəran ŞRPŞ-nin təhqiqatçısı X5 isə işin faktiki halları ilə tərtib edilmiş sənədlər və videogörüntülər arasında ziddiyyətlərin səbəbini belə izah etmişdir ki, Bəraət almış şəxs 07 yanvar 2023-cü il tarixdə saat 23 radələrində polis şöbəsinə gətirilmiş və yarım saat sonra onun üzərində şəxsi axtarış aparılmış, bu istintaq hərəkətinin gedişatı mobil telefon vasitəsilə videoqeydiyyata alınmış, bir gün sonra (istintaq hərəkətinin aparılması haqqında protokola görə, həmin gün-m.k.), yəni 8 yanvar 2023-cü il tarixdə videogörüntülər tele fondan CD diskə köçürülmüş və ola bilsin ki, çəkilişin canlı gedişində onun 8 yanvar 2023-cü il tarixdə aparılmasının qeyd edilməsi bununla bağlıdır. Qeyd olunanlardan əlavə, məhkəmə kollegiyası vurğulayır ki, həm Şahid1 7 yanvar 2023-cü il tarixli raportunda, həm də bu raportla əlaqədar tərtib edilmiş digər prosessual sənədlərdə Bəraət almış şəxsun narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olması, bu haqda məlumatın isə qərəzli və etibarlı mənbədən daxil olması göstərilsə də, bunu təsdiq edən sübutlar təhqiqat orqanı tərəfindən ibtidai araşdırma orqanına, istintaq orqanı tərəfindən isə məhkəmələrə təqdim olunmamış, bu məlumatla bağlı Lənkəran RŞPŞ-də əməliyyat işi açılmamış, kassasiya protestində də bu kimi mötəbər sübutlara is tinad edilməmişdir. Halbuki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Həmin Qanunun 16-cı maddəsinin Vİİ hissəsinə əsasən isə, hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Qeyd olunmalıdır ki, ibtidai araşdırma zamanı əməliyyat-axta rış fəaliyyətini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına cavabda da Bəraət almış şəxsa qarşı irəli sürülmüş ittihamda göstərilən xüsusatların mötəbər sübutlara əsasən təsdiq olunması göstərilməmişdir (əməliyyat müvəkkili Şahid1 22 fevral 2023-cü il tarixli raportu). Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, işə mahiyyəti üzrə məhkəmələrdə baxılarkən Bəraət almış şəxsun ifadələrində göstərdiyi daha bir xüsusatın – onun 7 yanvar 2023-cü il tarixdə saxlanılaraq Polis Şöbəsinə gətirildikdən sonra orada otaqların birində 8 yanvar 2023-cü il tarixədək saxlanılmasının və yalnız həmin tarixdə üzərində şəxsi axtarışının aparılmasının yoxlanılması üçün məhkəmələr Bəraət almış şəxsun Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsinin vaxtını müəyyən etmək məqsəd ilə həmin yerdə aparılan qeydiyyat kitabını araşdırmaq üçün bu kitabın məhkəmələrə göndərilməsini dəfələrlə tələb etsələr də, bununla bağlı verilmiş sorğulara cavab olaraq Polis Şöbəsindən göstərilən kitabın kvartalda bir dəfə yenilənməsi, yanvar ayına aid olan belə kitabın isə məhv edilməsi göstərilmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən xüsusatların yoxlanılması üçün verilmiş növbəti sorğuya əsasən məhkəməyə göndərilən 18 dekabr 2023-cü il tarixli 96/2-36904/23 saylı cavab məktubunda Bəraət almış şəxsun 8 yanvar 2023-cü il tarixdə saat 00.30 radələrində Lənkəran RŞPŞ-nin müvəqqəti saxlama yerinə daxil olması göstərilmişdir. Müvəqqəti saxlama yerində aparılan qeydiyyat kitabının yoxluğunda bu məlumatın həqiqiliyi məhkəmə kollegiyasında şübhə doğurur ona görə ki, göstərilən məktubda məlumatın mənbəyinə istinad olunmamış və bu halı təsdiq edən başqa sübutlar da əldə edilməmişdir. Götərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, həm ittiham aktında və birinci instansiya məhkəməsinin ittiham hökmündə, həm də kassasiya protestində Bəraət almış şəxsun ona qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübutlardan biri kimi onun saxlanılmasında iştirak etmələri göstərilən Lənkəran RŞPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrinə istina olunsa da, sonuncuların öz fəaliyyətləri barədə ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlalo ğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli Qərarlardə, həmçinin bir sıra digər Qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzər yetirildikdə müəyyən olunur ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3, ittiham aktına və digər prosessual sənədlərə əsasən Bəraət almış şəxsun saxlanılaraq polis şöbəsinə gətirilməsində, onun üzərin də şəxsi axtarışının aparılmasında iştirak etmələri barədə şahid kimi ifadələr vеrmişlər və ibtidai araşdırma orqanı ilə yanaşı birinci instansiya məhkəməsi də Bəraət almış şəxsun təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərlərindən qaçırmışlar ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, bəraət almış şəxsin isə ona istinad olunan psixotrop maddəni nə vaxt, kimdən əldə etməsinin, hansı müddətdə saxlamasının və daşımasının, habelə onun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan başqa halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmişdir. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda apellyasiya instansiyası məhkəməsinin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmasını haqlı hesab edir və qeyd edir ki, Bəraət almış şəxsun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq Bəraət almış şəxsa elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə mötəbər nəticəyə gəlmiş və haqlı olaraq ona bu əsasla bəraət verilməsini mümkün bilmişdir ki, məhkəmə kollegiyası da həmin məhkəmənin bu nəticəsi razılaşır. Həmçinin məhkəmə kollegiyası hesab edir k, Bəraət almış şəxsun CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda həmin məhkəmənin iş üzrə gəldiyi nəti cə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində bu nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntuların yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən iş üzrə gəldiyi nəticəni təsdiq edən bütün sübutların tədqiq edildiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125-ci maddəsində göstərilən yolverilməz sübutl ardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Bəraət almış şəxsa təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Dövlət ittihamçısı3 kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasl ara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi haqda isə bəraət almış şəxs Bəraət almış şəxsun və onun müdafiəçisi İ.Ə.Həsənovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Bəraət almış şəxsa CM-in 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar