Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-234/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X7 və məhkum X4 müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisi X11 və nümayəndəsi X15 tərəfindən birgə verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim – E.İsayev) 22 iyun 2017-ci il tarixli hökmü ilə xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 may 2017-ci il tarixdən hesablanmışd ır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 11 oktyabr 2009-cu il tarixdən vətəndaş nikahı ilə ər-arvad münasibətində birlikdə yaşadığı, 6 aylıq qızları X2ə və 6 yaşlı qızları X3ə qulluq etməli olduğundan işləyə bilmədiyinə görə müstəqil gəlir mənbəyi olmadığından ondan maddi cəhətdən asılı olmuş X9 24 fevral 2017-ci il tarixdə saat 12:00 radələrində yaşadıqları ünvan 2 ünvanında qayçı ilə vuraraq hər iki əl və sağ bud nahiyələrinin səthi deşilmişkəsilmiş yaralardan, ayaq zərbələri vuraraq sağ baldırın qançırından ibarət sağlamlığın pozulmasına səbəb olmayan xəsarətlər yetirməklə, 24 fevral 2017-ci il tarixdən 05 may 2017-ci il tarixədək dəfələrlə müxtəlif bəhanələrlə əsassız münaqişələr yaradaraq onu söyüb-təhqi r etməklə, anasının qeyri-azərbaycanlı olmasının alçaldıcı hal olduğunu, onun, anasının və bacılarının fahişəliklə məşğul olduqlarını deməklə, habelə 05 may 2017-ci il tarixdə saat 15:00 radələrində həmin mənzildə qonaq olan İran İslam Respublikasının vətəndaşı X17 gözləri qarşısında X6nın internet vasitəsilə oğlanlarla dostluq etməsini bəhanə edib başına yumruqla, üzünə şillə ilə vurub qohum və qonşuları arasında rüsvay etmək məqsədi ilə saçlarını qayçı ilə dibindən kəsməklə amansız rəftar edərək ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırdığından 05.05.2017-ci ildə, saat 15:00 radələrində X12 yaşadıqları mənzilin eyvanına çıxıb özünü öldürmək məqsədi ilə eyvandan yerə atmaq istəyərkən o, sonuncunun ayağından tutub saxlayaraq X5in özünü öldürməsinin qarşısını alm ış, bununla da o, X6nın amansız rəftar etmə, ləyaqətinin mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bundan başqa, o, 05 may 2017-ci il tarixdən 15 may 2017-ci il tarixədək təkrarən ondan maddi cəhətdən asılı olmuş X6ya qarşı amansız rəftar etmə, mütəmadi olaraq ləyaqətini alçaltma hərəkətlərini davam etdirməklə 2017-ci ilin təxminən 10-12 may tarixlərində yaşadıqları ünvan 2-də X6nın gizlin mobil telefon işlətməsini bilib, həmin mobil telefon cihazını yerə vurub sındırmaqla və ona sol bazunun orta üçdə-birinin ön səthinin, sağ saidin yuxarı üçdə-birinin arxa-bayır səthinin, hər iki diz oynağı nahiyəsinin ön səthlərinin, sağ budun orta üçdə-birinin bayır səthinin qançırlardan ibarət sağlamlığın pozulmasına səbəb olmayan xəsarətlər yetirməklə, habelə yenidən dəfələrlə müxtəlif bəhanələrlə əsassız münaqişələr yaradaraq onu söyüb-təhqir etməklə, anasının qeyriazərbaycanlı olmasının alçaldıcı hal olduğunu, onun, anasının və bacılarının fahişəliklə məşğul olduqlarını deməklə, yaşadıqları mənzildən bayıra çıxmasına qadağalar qoymaqla amansız rəftar edərək ləyaqətini mütəmadi olaraq alçaltmış, 15 may 2017-ci ildə saat 15 radələrində “metamfetamin” adlı psixotrop maddə qəbul etdikdən sonra yaşadığı mənzildə X6nın telefonla internet şəbəkəsinə daxil olaraq guya başqa kişilərlə danışıb onu aldatdığını bəhanə edərək ona çoxsaylı zərbələr vurub döymüş, anası X7 onun hərəkətlərinin qarşısını ala bilmədiyinə görə polis çağırmaq məqsədilə zəng etmək istədikdə telefon xəttini qırıb ev telefonu cihazını sındırmış, bundan sonra onun qanunsuz hərəkətləri nətic əsində özünü öldürmə həddinə çatan X6 özünü öldürmək məqsədilə yaşadığı mənzilin eyvanından özünü yerə ataraq hadisə yerində ölmüş, bununla da o, X6 ilə amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə təkrarən özünü öldürmə həddinə çatdırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əmir Bayramov (sədrlik edən və məruzəçi), Əflatun Qasımov və Namiq Məmmədovdan ibarət tərkibdə) 13 sentyabr 2018-ci il tarixli qərarı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X16 tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Tə qsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilsin, həmçinin həmin qərarından narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X11 və nümayəndəsi X15 birgə verdikləri kassasiya şikayətində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam araşdırma aparılmamış, işin faktiki halları nəzərə alınmadan qərar çıxarılmışdır. Belə ki, cinayət işi üzrə icraatın materiallarında şahid qismində dindirilmiş İran İslam Respublikası vətəndaşı olan X10un tərcüməçi vasitəsilə ifadəsi alınmış, sonuncuya Azərbaycan dilini hansı səviyyədə bilməsi, onun Azərbaycan dilində olan danışıqları hansı həddə başa düşməsi sualı verilməmişdir. X10 öz ifadəsində təqsirləndirilən şəxslə zərərçəkmiş X6 arasında olan mübahisələri təsvir etmiş, onlar arasında gedən mübahisələrin mətnini öz ifadəsində qeyd etmişdir. Bundan başqa iş üzrə icraatın materiallarında X11in əvvəllər zərərçəkmiş X6ya qarşı amansız rəftar etməsi, onun sağlamlığına fiziki zor tətbiq etməsi ilə bağlı hallara istinad edilmiş, həmi n hallar barədə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində araşdırma aparılmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 53.0.9-cu maddələrinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat rədd edilmişdir. Bundan başqa X11 apellyasiya instansiya məhkəməsində öz ifadəsində zərərçəkmiş şəxsin ayaq nahiyyəsində olan xəsarətlərin bacısı X12 ilə aralarında yaranmış mübahisə zamanı əmələ gəlməsini göstərmiş, lakin həmin xüsusat məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa apellyasiya instansiya məhkəməsinin qərarında zərərçəkmiş şəxsin X11dən maddi asılı olması göstərilmiş, lakin məhkəmə tərəfindən X6nın dəfələrlə ərinin xəbəri olmadan evdən getməsi, aylarla ərinin və ailə üzvlərinin xəbəri olmadan başqa yerlərdə olması nəzərə alınmamışdır. Be lə ki, sonuncunun faktiki olaraq X11dən heç bir maddi asılılığı olmamışdır. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin hüquqi varisi X13 onunla əsaslandırır ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən işin nəticələri üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, sübutlar tədqiq edilməmiş və cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Bununla bağlı işin faktiki hallarına istinad edərək zərərçəkmişin hüquqi varisi qismində məhkəmədə iştirak edərkən məhkəmə istintaqı zamanı AR CPM-nin 318.2maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcüdluğu və hadisədə iştirakçı olan X7nin da məsuliyyətə cəlb olunması barədə vəsatətlər təqdim olunmuş, lakin məhkəmə əsassız olaraq vəsatəti təmin etməm işdir. Cinayət işinin hallarına görə X6nın özünü mənzilin balkonundan atması obyektivliyi əks etdirmir. Belə ki, iş materiallarına olan ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxs X6 heç bir psixi xəstəlikdən əziyyət çəkməyib. Sağlam düşünmək iqtidarında olmuş, iş üzrə sübutlar məhkəmə istintaqında düzgün tədqiq olunmadığından, hadisəyə obyektiv hüquqi qiymət verilməmişdir. Hadisədə birbaşa təqsirli sayılan X7 şübhəli şəxs kimi deyil, şahid qismində dindirilmişdir. X7 törədilən cinayətdə iştirakçı olduğundan onun barəsində heç bir məsuliyyət müəyyən olunmamışdır Hadisə yerində olan iş üçün vacib olan izlər və dəlillər lazımi qaydada tədqiq olunmayıb, məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması aparılmamış, işik faktiki halları araşdırılmamış, nəticədə cinayət qanunun norması düzgün t ətbiq edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bil məz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hökm və qərarda göstərmişdir. Məhkəmə kollegiyası məhkumun əməlinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubli kası CM-in 125-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkumun barəsində cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həm çinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun CM-in 125-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası CM-in 125-ci maddəsinə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəfta r etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma cinayət məsuliyyətinə səbəb olur. Qeyd edilən maddənin dispozisiyasından aydın olur ki, sözügedən maddə ilə hər hansı şəxsin (təqsirkarın) cinayət məsuliyyətinə cəlb olunması üçün özünü öldürmək istəyən şəxsin (öz həyatına qəsd edən şəxsin) özünü öldürməyə hazırlıq görməsi, özünü öldürəcəyi ilə bağlı fikir bildirməsi kifayət etmir. Bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün konkret müəyyən olunmuş hərəkət və həmin hərəkətlə birbaşa səbəbli əlaqəli olaraq nəticə baş verməlidir. Yəni özünə qəsd edən şəxs etdiyi hərəkət nəticəsində ya ölməli, ya da bu hərəkət nəticəsində xəsarət almalıdır və bu zaman zərərçəkmiş şəxs tərəfindən özünə hər hansı xəsar ətin yetirməsi deyil, onun özünü öldürmək niyyətinin olması müəyyən olunmalıdır. Qeyd edilənlərdən də göründüyü kimi, sözügedən cinayət tərkibi maddi tərkibli cinayətdir və zərərçəkmiş şəxsin özünü öldürdüyü, yaxud özünü öldürməyə cəhd etdiyi andan başa çatmış sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddənin dispozisiyasından həmçinin göründüyü kimi, sözü gedən maddə ilə cinayət məsuliyyətinin yaranması üçün iki spesifik əlamətin eyni anda mövcud olması zəruridir:- birincisi, zərərçəkmiş şəxs təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmalıdır; - ikincisi isə təqsirkar ondan maddi, xidməti və ya sair cəhətdən asılı olan zərərçəkmiş şəxslə amansız rəftar etməli, onun ləyaqətini mütəmadi olaraq alçaltmalı, ona hədə-qorxu gəlməlidir ki, bunun nəticəsi olaraq, yəni bu hərəkətlərdən qaynaqlanaraq, həmin hərəkətlərin səbəbli əlaqəsi nəticəsində zərərçəkmiş şəxs özünü öldürmə həddinə çataraq özünə qəsd etmiş olsun. Hər iki əlamətin mahiyyəti ondan ibarətdir ki, zərərçəkmiş şəxs maddənin dispozisiyasında qeyd edildiyi kimi maddi, xidməti və sair cəhətdən təqsirkardan elə bir formada asılı vəziyyətdə olmalıdır ki, təqsirkarın dediklərini, göstərişlərini yerinə yetirmək məcburiyyətində qalsın, onun sözündən çıxa bilməsin. Belə ki, maddi cəhətdən asılılıq özünü onda göstərir ki, bu zaman zərərçəkmiş şəxs təqsirkarın tam və ya qismən himayəsində olur, ondan maddi yardım alır və s. Xidməti asılılıq dedikdə isə işçinin müdiriyyətdən, tabeçilikdə olan şəxsin rəisdən asılılığı başa düşülür. Sair asılılıq dedikdə isə maddi və xidməti asılılıq istisna olmaq la, bütün digər asılılıqlar, məsələn müəllim tələbə arasında olan asılılıq və s. başa düşülür. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları, yəni məhkum zərərçəkmiş şəxs X6nı özünü öldürmə həddinə çatdırmasını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İş material larından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, müdafiəçini kassasiya şikayətinin dəlilləri əsassızdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 kassasiya şikayətinin başlıca dəlili həm ibtidai istintaq zamanı, həm də məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi nəticəsin də Təqsirləndirilən şəxs əməlinin yüngül maddə ilə tövsif olunması və onun anası X1 cinayət məsuliyyətinə cəlb olunmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkumun əməlinin tövsifinin qanuni və əsaslı olması barədə məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərkən münasibət bildirilmişdir. Məhkum Təqsirləndirilən şəxs daha ağır ittihamın verilməsi və onun anası S.Baxşıyevanın cinayət məsuliyyətinə cəlb olunması məsələləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmı ş qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. İşdən görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə ittiham verilərək cinayət işi məhkəməyə göndərilmişdir. Belə olan halda məhkəmə yuxarıda qeyd edilmiş qanunun normasına görə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə ona verilmiş ittiham daxilində baxmaq hüququna malikdir, məhkəmənin təqsirləndirilən şəxsə verilmiş ittihamı ağırlaşdırmaq, yaxud genişləndirmək səlahiyyəti yoxdur. Həmçinin X7yə ittiham verilməmiş və onun barəsində cinayət işi məhkəməyə göndərilməmişdir. Məhkəmənin də ittiham irəli sürülməmiş şəxslərin barəsində qərar qəbul etmək səlahiyyəti yoxdur. İşdən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi vəsatət verərək X1in əməllərində cinayət tərkibi olduğunu bildirməklə onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə görə vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. İşin materiallarında olan birinci instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X13ün cinayət işi üzrə digər şəxslərin (X7) cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətini təmin etməmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu mə sələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 20178-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-234/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-234/2019
12.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver