Məhkəmə qərarları › İş №1(102)-235/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-235/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-235/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi X7 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X13 (sədrlik edən), X11 və X5 ibarət tərkibdə) 04 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 23 iyun 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 7 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(100)-17/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Rusiya Federasiyası, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koksovıy qəsəbəsi, Qornospasatelnaya küçəsi, ev 13, mənzil 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış X4 və sonuncunun qeyri-rəsmi ər-arvad münasibətində olmaqla birgə yaşadığı həmin şəhər sakini Zərərçəkmiş şəxs Vladimiroviçlə arasındakı tanışlıq mün asibəti ilə əlaqədar mütəmadi olaraq ünsüyyəti olmasına görə həmin ünvanda sonunculara məxsus qızıl-zinət və digər qiymətli əşyaların olmasını bilib, tamah məqsədilə YA.Boyevanın və Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda olan özgənin əmlakını ələ keçirmə niyyətilə sonuncunun evdə olmamasından, eləcə də YA.Boyevanın evdə tək olmasından istifadə edib, həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla, sağlamlığına ağır zərər vurmaqla basqın edib, qəsdən həyatdan məhrum etməklə öldürüb əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə istintaqa dəqiq məlum olmayan tarixlərdə, yəni 03-04 noyabr 2016-cı il tarixlərində, təxminən səhər saatlarında onların yaşadığı Rusiya Federasiyası, Rostov vilayəti, Belaya Kalitva rayonu, Koksovıy qəsəbəsi, Qornospasatelnaya küçəsi, ev 13, mənzil 1 ünvanına gedi b yaşayış sahəsinə hüquqamüvafiq qaydada, yəni tanışlığa görə şəxsi münasibətlərindən istifadə edərək daxil olaraq, özgənin əmlakını ələ keçirmə məqsədini həyata keçirmək üçün evdə tək olan YA.Boyevanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, YA.Boyevaya məxsus qiymətli əşyaları açıq talamaq üçün həmin qiymətli əşyaların yerini sonuncudan öyrənib, əşyaları həmin yerdə olmasına əmin olduqdan sonra, məişət əşyası olan evdəki ütünün elektrik naqilini kəsib, həmin əşyanı silah qismində istifadə etməklə zərərçəkmiş şəxsin boğazına keçirib boğaraq, YA.Boyevaya həyat üçün təhlükəli olan, məcmu halda sağlamlığa ağır xəsarət yetirməsi, eləcə də zərərçəkmiş şəxsin hadisə yerində ölməsinin bilavasitə səbəbi olan mexaniki asfiksiya kompleksinin inkişaf etməsi ilə müşa yiət olunan, yəni sağ ikən boynun sağ tərəfdən ön yan səthi üzrə dərinin dərin qatlarına qansızma, dilaltı sümüyün sağ böyük buynuzunun natamam sınığı və qalxanabənzər qığırdağın hər iki böyük buynuzunun sınığı xəsarətləri yetirməklə onu quldurluqla əlaqədar qəsdən həyatdan məhrum etməklə öldürdükdən sonra yaşayış sahəsində saxlanılan YA.Boyevaya məxsus qara rəngli korpusu olan, 73,89 manat dəyərində 1 (bir) ədəd "Samsung G-1 mini” markalı mobil telefon, 760,84 manat dəyərində 1 (bir) ədəd "HP” markalı dizüstü kompyuter, 585 əyar 206,02 manat dəyərində 1 (bir) ədəd əyilmiş qızıl üzük, 585 əyar 412.4 manat dəyərində üzərində çiçək təsvirli işləmələri olan 1 (bir) ədəd qızıl üzük; 585 əyar 549,38 manat dəyərində üzərində çiçək təsvirli işləmələri olan 1 (bir) ədəd qızıl üzük, 585 əyar 412.4 manat dəyərində üzərində çəhrayı rəngli yarıqiymətli daş olan 1 (bir) ədəd qızıl üzük; 585 əyar 274,69 manat dəyərində 1 (bir) ədəd qızıl nişan üzüyü; 585 əyar 412,04 manat dəyərində 1 (bir) ədəd geniş ajurlu qızıl üzük; 0.4 sm enində 549,38 manat dəyərində 1 (bir) ədəd qızıl boyunbağı; 892,74 manat dəyərində üzərinə əkizlər bürcünün təsviri işlənmiş 1 (bir) ədəd qızıl kulon; 585 əyar 0.3 sm enində 412,04 manat dəyərində 1 (bir) ədəd geniş qızıl boyunbağı; 206,02 manat dəyərində üzərində Məsihin çarmıxa çəkilmiş təsviri olan 1 (bir) ədəd ajurlu xaçı, yəni YA.Boyevanın cəmi 5161,28 manat dəyərində əmlakını, o cümlədən həmin yaşayış sahəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus 56,78 manat dəyərində 1 (bir) ədəd kapyuşonlu, tünd boz rəngli kişi gödəkcəsi, 111,33 manat dəyərində 1 (bir) ədə d bej rəngli "Adidas” markalı kişi gödəkcəsi, 110,73 manat dəyərində 1( bir) ədəd qırmızı bolon gödəkcəsi və 39,65 manat dəyərində 1 (bir) ədəd qara rəngli kişi çəkmələrini, yəni Zərərçəkmiş şəxs cəmi 318,49 manat dəyərində əmlakını talayıb ümumilikdə 5479,77 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət hadisəsinin, yəni onun xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etməsi və, zərərçəkmiş qadını boğmaqla quldurluqla əlaqədar qəsdən öldürməsi iş materialları ilə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi Məhkum 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən CM-in 12.5-ci maddəsinə və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi ya rdım və hüquqi münasibətlər haqqında» Konvensiyanın cinayət təqibinin həyata keçirilməsi bölməsinin 3-cü bəndinə əsaslanıb Rusiya Federasiyasının CM-in müvafiq maddələrinin sanksiyasını tətbiq etməklə Azərbaycan Respublikası CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan cəzalardan da az cəza təyin etmiş və bunu yuxarıda qeyd edilən normalarla, habelə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması kimi cəzasını yüngülləşdirən halın olması və ağırlaşdıran halın olmaması ilə əlaqələndirmişdir. Apellyasiya məhkəməsinin məhkəmə kollegiyası də həmin mövqe ilə razılaşmışdır. Halbuki, məhkəmələr cəza təyin edərkən cinayətin motivini, məqsədini, törədilmə üsulunu, həmin cinayətin birbaşa qəsdlə törədilməsini, cinayətkar niyyətin sonadək həyata keçirilməsini, Məhkum həm ibtida i, həm də məhkəmə istintaqı zamanı qeyri-səmimi ifadələr verərək törətdiyi əməli etiraf etməyib islah olunma yolunda olmadığını göstərməklə həmin əmələ münasibətini nəzərə almamışlar. Məhkum tərəfindən törədilən, CM-in 120-ci maddəsində nəzərdə tutulan cinayət həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilməklə, obyektini başqa şəxsin həyatı təşkil edir. CM-in 181-ci maddəsində nəzərdə tutulan cinayətin əsas obyekti mülkiyyət münasibətləri, əlavə obyekt isə şəxsin sağlamlığıdır. Hər iki əməl xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, törədilmə üsulu da nəzərə alınsa, birmənalı şəkildə qeyd etmək mümkündür ki, Məhkum öz cinayətkar niyyətini sonadək həyata keçirməklə birbaşa qəsdlə, başqa şəxslər in həyatını qoruyan ictimai münasibətlərə qəsd edən, xüsusilə ağır cinayətlər kateqoriyasına aid cinayət əməli törətmiş, məhkəmə isə sadalanan halların Məhkum şəxsiyyətinin kifayət qədər yüksək təhlükəli olmasına dəlalət etməsini, həmin cinayətin qadın olan zərərçəkmiş şəxsə qarşı təhlükəli üsulla törədilməsini, sadalanan halların Məhkum təqsirli bilindiyi cinayət əməllərinə görə 12 il müddətə azadlıqdan məhrum etmədən ibarət deyil, maddənin sanksiyası üzrə daha ağır cəza təyin edilməsini şərtləndirdiyini nəzərə almamış, sonuncuya onun tərəfindən törədilən cinayətlərin ağırlığına və şəxsiyyətinə uyğun olmayan, yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etmişdir. Bununla da, məhkəmənin Məhkum təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, islah təsirinin yetərli olmaması səbəbi ndən həmin cəza gələcəkdə həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə, qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum yüngül cəza təyin etməklə cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, apellyasiya məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum edilməsinə dair cin ayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 7 iyul 2022-ci il tarixli qərarını ləğv edərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərli liyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaq ədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çək mişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın ş əxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cina yət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret ha lda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının CM-nin 12.5-ci maddəsinə əsasən CM-nin 12.1 -ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza ərazisində cinyət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın cinayət təqibinin həyata keçirilməsi bölməsinin 3-cü bəndində göstərilir ki, sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçi rilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət m əsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət qanun u normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Azərbaycan Respublikası CM-nin 120.2.11-ci maddəsində on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzaları, həmin məcəllənin 181.3.3-cü maddəsində isə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin "v” bəndinə əsasən quldurluq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşd ur. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "z” bəndinə əsasən quldurluqla əlaqədar qəsdən adam öldürmə 8-ci ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası və ya ölüm cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Rusiya Federasiyasının Cinayət qanununun yuxarıda qeyd edilən normalarında təqsirləndirilən şəxsin təqsirli bildiyi maddələr üzrə azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin Azərbaycan Respublikası Cinayət Məcəlləsində təsbit edilmiş eyni normalar üzrə müəyyən edilən azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az olduğunu nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən Məhkum cəza təyin edilərkən Rusiya Federasiyasının Cinayət qanununun tələbləri nəzərə alınmalıdır. Göstərilən mə hkəmə həmin mövqeyini "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqe baxımındanda düzgün hesab etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət qanunvericiliyinin Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini, eləcə də təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş cəzasını yüngülləşdirən halları, cinayətin xarakterini və törədilmə üsulunu nəzərə almış və Məhkum CM-in 120.2.11-ci maddəsi ilə 11 il, CM-in 181.3.3-cü maddəsi ilə 10 il, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməkdə ədalətli nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkum olunmuş şəxsin şəxsiyyətini, törədilən cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almadan ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasının həddində yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişlər. Məhkəmə kollegiyası Məhkum cəzanın məqsədini təmin etməyən aşağı həddə cəza təyin etmək barədə kassasiya protestinin dəlilləri ilə razılaşaq hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, cəza tədbirinin həddinin müəyyən edilməsinə təsir göstərə bilən işin hallarını tam a raşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara düzgün hüquqi qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmənin məhkuma cəza təyininə dair qənaəti kifayət qədər əsaslandırəlmamışdır. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, məhkumun təqsirli bilindiyi cinayət əməli az ağır və ya ağır cinayət deyil, CM-in 15.5-ci maddəsinə əsasən, həyat və sağlamlıq əleyhinə olan xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Qeyd olunanları nəzərə almadan məhkuma yüngül cəza təyin edilməsi onu göstərir ki, bu qaydada, yəni Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən cəzanın müəyyən edilməsinə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasının həddində təyin edilmiş cəza islah təsiri baxımından yetərli hesab edilə bi lməz. Aşağı instansiyası məhkəmələri tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı tələbləri kifayət qədər nəzərə alınmamış və yüngül cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşlar. Birinci instansiya məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində aşağı həddə cəzanın təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlməmişdir və əsassız olaraq Məhkum azadlıqdan məhrumetmə cəzasını sanksiya həddində aşağı həddə təyin etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşsa da, bu barədə qən aətini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, yuxarıda qeyd edilən halları ətraflı araşdırmadan Məhkum təyin edilmiş cəzanı ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsaslı hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirka rın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, s eçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzasının həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun deyil və onun islah olunması məqsədinə cavab vermir. CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyün ə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 426.1.21-ci ( məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 7 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar