Məhkəmə qərarları › İş №1(102)-2380/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2380/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2380/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Əkrəm Qəhrəmanov) 04 may 2023cü il tarixli 1(003)-33/2023 nömrəli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Yeni kənd küçəsi ev 18-də qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı şəhəri Xəzər Rayo n Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun şübhəli şəxs qismində 11 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixə qədər saxlanıldığı 2 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxla nılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən bağ evinə hasardan keçməklə qanunsuz olaraq daxil olub evin qonaq otağından 1 ədəd 100 manat qiymətində dəmir sobanı və 1 ədəd 30 manat qiymətində çarpayını, evin mətbəx otağından 1 ədəd 50 manat qiymətində dəmir sobanı və 1 ədəd 80 manat qiymətində soyuducu mühərrikini, həmçinin 1 metri 2 m anat olmaqla ümumi qiyməti 200 manat olan 100 metr uzunluğunda evin bütün elektrik naqillərini, evin həyətindən 1 ədəd 50 manat qiymətində su mühərrikini, 1 ədəd 50 manat qiymətində su quyusunun üzərində olan dəmir barmaqlığı və 1 metri 5 manat olmaqla ümumi uzunluğu 50 metr olan 250 manat qiymətində talvarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 810 (səkkiz yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 aprel 2022-ci il tarixdə, gecə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz bağ evinə hasardan keçməklə qanunsuz olaraq daxil olub evin plastik pəncərəsini güc tətbiq edib açmaqla içəri girmiş, daha sonra evin yataq otağının plas tik qapısının kilidini güc tətbiq edib sındırmaqla oradan 1 ədəd 350 manat qiymətində su nasosunu, 1 metri 5 manat olmaqla 50 metr uzunluğunda, ümumi qiyməti 250 manat olan 4 fazalı elektrik naqilini və 60 manat qiymətində olan qab-qacaq dəstini, həmçinin evin həyətindən 1 ədədi 7 manat olmaqla ümumi qiyməti 70 manat olan 10 ədəd dəmir borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 aprel 2022-ci il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus, ünvan 2 ünvanında yerləşən bağ evinin həyətinə hasardan keçməklə qanunsuz olaraq daxil olub orada olan qarajın qapısının açıq olmasından istifadə edərək oradan 1 ədədi 150 manat olmaqla ümumi qiyməti 300 manat olan 2 ədəd plastik pəncərəni, 1 ədədi 120 manat olmaqla ümumi qiyməti 240 manat olan 2 ədəd plastik qapını, 1 metri 5 manat olmaqla ümumi qiyməti 1.000 manat olan 200 metr uzunluğunda dəmir borunu, 1 metri 2 manat olmaqla ümumi qiyməti 140 manat olan 70 metr uzunluğunda elektrik kabelini, 1 ədədi 35 manat olmaqla ümumi qiyməti 70 manat olan 2 ədəd projektoru, 1 ədədi 250 manat olmaqla ümumi qiyməti 500 manat olan 2 ədəd antik dəmir çarpayını, 1 ədəd 120 manat qiymətində olan dəmir masanı, 1 kv metri 5 manat olmaqla 60 kv metrlik, ümumi qiyməti 300 manat olan döşəmə tametlərini və 1 metri 4 manat olmaqla ümumi qiyməti 120 manat olan 30 metr uzunluğunda rezin su borusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2.790 (iki min yeddi yüz dox san) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 aprel 2022-ci il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus, Türkan qəsəbəsi, ev 172A ünvanında yerləşən bağ evinə hasardan keçməklə qanunsuz olaraq daxil olub oradan 1 ədəd 200 manat qiymətində olan evin giriş qapısını, 1 ədəd 200 manat qiymətində evin mətbəx otağının qapısını, yataq otağından 1 ədəd 50 manat qiymətində manqalı, 1 ədəd 250 manat qiymətində mis samovarı, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat olan 2 ədəd dəmir çarpayını, 1 ədəd 100 manat qiymətində “BK-250” markalı kondisioneri, 1 ədəd 100 manat qiymətində su nasosunu, evin həyətindən 1 ədəd 50 manat qiymətində olan su quyusunun dəmir qapağını, 1 ədəd 200 ma nat qiymətində olan evin digər dəmir qapısını və evin həyətində olan hamam otağının 200 manat qiymətində olan 1 ədəd dəmir qapısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1.450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 15 avqust 2023-cü il tarixli 1(103)-1422/2023 nömrəli qərarı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 1(003)-33/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2023-cü il tarixli 1(103)-1422/2023 nömrəl i qərarının dəyişdirilməsini və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona elan edilmiş ittiham üzrə zərərçəkmiş şəxslərin heç birini tanımamış, onlarla ədavəti olmayıb. Bu oğurluq cinayəti əməlini polis əməkdaşları məcbur edərək onun törətmədiyi əməli boynuna qoymuşlar. Məhkəmələr ona cəza təyin edərkən himayəsində yaşlı xəstə anasının və 1 azyaşlı övladının olmasını nəzərə almayaraq təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində cəza təyin etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasi ya instansiyası məhkəməsinin qərarı cəza təyini hissəsində dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəti cəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayəti ndə əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassatorun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından görünür ki, hazırkı hökm və qərarla Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müdd ətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən işin hal ları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmü ilə razılaşıb hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə cinayətlərin törədilməsinə görə məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəzanı həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab etmək olmaz. Ona görə də, məhkəmə kollegiyası kassasiya ş ikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsində səhvə yol vermişdir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən düzgün olaraq nəticəyə gəlmişdir ki, Məhkum qəti cəza cinayətlərin məcmusu üzrə, yəni hazırkı cinayət işi üzrə törədilmiş cinayətlərə görə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təyin edilməlidir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi cinayətlərin məcmusu üzrə qəti cəza təyin edərkən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasını tam deyil, məhkumun həmin iş üzrə həbsdə və ev dustaqlığında saxlanılan müddəti cəzadan çıxdıqdan sonra onun üzərində çəkilməsi üçün saxlanılmış azadlıqdan məhrum etmə cəzasının 2 il 1 ay 28 gün müddətini toplamışdır. Halbuki, Azərbaycan Respublikası CM-in 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza hər bir cinayət görə ayrılıqda təyin edilmiş cəzaların tamamilə və ya qismən toplanması yolu ilə müəyyən edilir. CM-in 66.5-ci maddəsində nəzərdə tutulmuş halda isə birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum cinayətlərin məcmusu üzrə qəti cəza təyin edərkən CM-in 66-cı maddəsinin normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə məhkumun apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin hökmü dəyişdirmədən saxlayaraq həmin səhvi təkrarlamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayətlərin məcmusu üzrə qəti cəza təyin edərkən hazırkı cinayət işi üzrə törədilmiş cinayətlərə görə ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti cəza təyin edilməli, hazırkı hökmə qədər onun tər əfindən birinci hökmü üzrə çəkilmiş, o cümlədən həbsdə və ev dustaqlığında olduğu müddət qəti cəzaya hesablanılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarı Məhkum qəti cəzanın təyin edilməsi hissəsində qanuni hesab etmir və kassasiya şikayətinin cəzanın düzgün təyin edilməməsi dəlili ilə qismən razılaşır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2023-cü il tarixli, 1(103)-1422/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 1(003)33/2023 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü üzrə çəkilmiş 1 (bir) il 26 (iyirmi altı) gün müddət qəti cəzaya hesablanmaqla Məhkum üzərində çəkilməsi üçün 2 (iki) il 11 (on bir) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar