Məhkəmə qərarları › İş №1(102)-2474/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2474/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2474/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 2024-cü il 5 iyun tarixli, 1(105)-273/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: Aynur Rzayeva (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Hafiz Əliyevdən ibarət tərkibdə) 2024-cü il 13 fevral tarixli, 1(124)-168/2024 nömrəli hökmü ilə, xx xxxxxx 2002-ci il tarixdə Quba rayonu Adur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayonu Aşağı Atuc kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkilməsinin əvvəlinin 2023-cü il 7 fevral tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənə qədər dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayevdən ibarət tərkibdə) 2024-cü il 5 iyun tarixli, 1(105)-273/2024 nömrəli qərarı ilə hökm dəyişdirilmiş, Məhkum əməli CM-in 29,120.1 -ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif e dilmiş, Məhkum CM-in 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə, Məhkum 2023-cü il 6 fevral tarixində saat 22 radələrində Quba rayonu, Aşağı Atuc kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədə olarkən Zərərçəkmiş şəxs onu arvadı Şahid1 ilə sevgi münasibətində olmasını iddia etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlini cibinə atması nəticəsində onu öldürəcəyini və ya alçaldıcı hərəkət edə biləcəyini ehtimal edərək onu öldürmək qərarına gəlib bu məqsədlə əvvəlcədən üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bir ədəd məişət təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib sonuncuya döş qəfəsinin ön səthində döşyanı xətt üzrə bir yerdə, döş qəfəsinin sol tərəfindən məmə xətti üzrə Vİ qabırğa səviyyəsində bir yerdə olmaqla döş boşluğuna nüfuz edən 2 yerdə, qarının ön divarında xəncərvari çıxıntı səviyyəsində sağda bir yerdə, göbəkdən aşağıda sağda və solda hərəsində bir yerdə olmaqla qarın boşluğuna keçərək müvafiq olaraq mədə, qaraciyər və nazik bağırsağın divarının zədələnməsi ilə nəticələnən 3 yerdə deşilmiş-kəsilmiş yaralar kimi həyat üçün təhlükə törətdiklərindən 5 sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti, sifətində sağda, sağ və sol qulaq seyvanında, boynunda sağda, sağ əlin ovuc sahə sində və arxa səthində, sağ və sol çiyin sahəsində hərəsində bir yerdə deşilmişkəsilmiş yaralar olmaqla dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədən 8 yüngül dərəcəli bədən xəsarəti olmaqla, ümumilikdə 13 bədən xəsarəti yetirdikdən sonra sonuncunun zərbələrin təsirindən öləcəyini yəqinləşdirməsi və sonuncu dəfə övladını görmək istəməsi səbəbindən ona ölümündən əvvəl bu şəraiti yaratmaq üçün əlavə zərbələr endirməmiş, Zərərçəkmiş şəxs vaxtında Quba rayon mərkəzi xəstəxanasına çatdırılaraq ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən bilavasitə cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmusu ilə inkar olunan Məhkum özünü müdafiə xarakterli verdiyi qismən etirafedici ifadəsi məhkəmə kollegiyası tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmiş, hansıki iş materiallarında olan ekspert-rəyləri və digər mötəbər sübutlar əsassız olaraq nəzərə alınmamışdır. Bundan fərqli o laraq ibtidai istintaq zamanı Məhkum ifadəsində Hikməd Ağayevə 13 dəfə bıçaqla zərbə endirdikdən sonra Hikmətin öləcəyini düşündüyündən əlavə zərbələr endirmədiyini və həmçinin Zərərçəkmiş şəxs sonuncu dəfə övladını görmək istəməsi səbəbindən əlavə zərbələr endirməyərək övladını görməsinə şərait yaratmasını bildirmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum ifadəsini tam təsdiq edərək hadisənin qısa məzmununu danışmışdır. İşdə olan sübutların təhlilindən göründüyü kimi Məhkum şəxsi münasibətlər zəminində zərər çəkmiş Hikmət Hacıyevə bıçaqla 13 ədəd bədən xəsarəti yetirərək (xəsarətlərdən 5-i sağlamlığa ağır zərər vurmaya xarakterik olmuşdur) sonuncunun ölməsi üçün bütün akti v hərəkətləri yerinə yetirmiş, Zərərçəkmiş şəxs tam halsız vəziyyətə düşdükdən sonra ona bıçaqla xəsarət yetirməni dayandırmışdır. Məhkəmə kollegiyasının yanlış qiymətləndirməsi də ondan ibarət olmuşdur ki, Məhkum zərər çəkmiş Hikmət Hacıyevə çoxsaylı bıçaq xəsarətləri yetirmiş olsa da, onu öldürmək üçün imkanı olduğu halda sonuncuya yenidən bıçaqla xəsarət yetirməmiş, əksinə sonuncunun xahişi ilə təcili yardıma zəng etmiş, onunla hətta söhbət etmişdir. Hansıki, təqsirləndirilən şəxsə verilmiş ittihamın da məzmunundan göründüyü kimi, zərər çəkmiş Zərərçəkmiş şəxs vaxtında Quba rayon mərkəzi xəstəxanasına çatdırılaraq ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olmuşdur ki, bu da Məhkum bilavasitə cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən ası lı olmayan səbəbdən başa çatdırmama kimi qiymətləndirilməlidir. Başqa sözlə, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs ölməsi üçün əlində olan bütün imkanlardan tam istifadə etmiş, zərərçəkmişin ölməsi zaman məsələsi olduğunu özü də dərk etmişdir. Sadəcə məsuliyyətdən yayınmaq üçün ifadəsində zərər çəkmişə 13 bıçaq zərbəsi deyil, (məhkəmə tibbi ekspert rəyi ilə təsdiqlənmiş fakt olmasına baxmayaraq) sadəcə 6-7 bıçaq zərbəsi vurduğunu bildirmişdir. Hansıki, Məhkum ibtidai istintaq zamanı vermiş oİduğu ifadəsində, Zərərçəkmiş şəxs 13 dəfə bıçaqla zərbə endirdikdən sonra Hikmətin öləcəyini düşündüyündən əlavə zərbələr endirmədiyini və Zərərçəkmiş şəxs sonuncu dəfə övladını görmək istəməsi səbəbindən əlavə zərbələr vurmayaraq övladını görməsinə şərait yaratdığını bildirmişdir. Məhkəmə kollegiyası əm əli tövsif edərkən bu incə məqama diqqət yetirməmiş, həmçinin zərər çəkmiş Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən sonuncunun həyatının xilas olması faktını düzgün dəyərləndirməmişdir. Məhkum yetirmiş olduğu bir və ya iki ağır bədən xəsarətindən də zərərçəkmişin ölməsi mümkün idi. Təcrübədə də kifayət qədər bu kimi hallar olmuşdur. Həmçinin, məhkəmə kollegiyası da öz növbəsində verilmiş ittihamın məzmununa diqqət yetirməmiş, zərər çəkmişin vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas edilməsi faktını düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002- ci il tarixli qərarı baxımından da əsassız və qanunsuz olmuşdur. Belə ki, adı çəkilən qərarda göstərilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İşin faktiki halları ilə də tam sübuta yetirilmişdir ki, Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxs 13 bıçaq zərbəsi endirdikdən sonra onun xəstəxanaya aparılması üçün hərə hansı bir təşəbbüs göstərməmiş, soyuqanlılıqla hadisə yerindən bir başa evlərinə getmiş və baş vermiş hadisə barədə ailə üzvlərinə məlumat vermişdir. Bu da, hadisədən sonra Məhkum hərəkətlərinin zərər çəkmişin həyatının xilas olmasına yönəlməməsini təsdiq edən başqa bir faktdır. Yuxanda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi hallan müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarlarının tələblərini yerinə yetirməmiş, Məhkum törətdiyi cinayətə q anunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş və nəticədə onun əməlini CM-in 29, 120.1 -ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, müdafiə tərəfi olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-273/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə razı deyillər. Zərərçəkmiş şəxslə Məhkum arasında baş vermiş bədbəxt hadisə onun çox gənc olmasından, qarşısındakı real təhlükədən insanın özünü qorumaq üçün təbii, ani reaksiyasından, zərərçək miş şəxsin əsassız ittihamından və s. səbəblərdən baş vermişdir. Yəni, Məhkum cinayət əməlini törətmək niyyəti qətiyyən olmamış, sadəcə anidən düşdüyü şərait səbəbi ilə zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Cəza təyin edilərkən bütün bu qeyd edilənlər nəzərə alınmalı idi. Lakin cəza təyin edilərkən Məhkum xeyrinə olan onun yaşı, şəxsiyyəti, insani keyfiyyətləri, ilk dəfə olaraq cinayət törətməsi, səmimi şəkildə hadisəni etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, kifayət qədər islah olunması, zərərçəkmiş şəxslə barışması kimi xüsusatlar tam olaraq nəzərə alınmamışdır. Cəzanın müddətinin çox olması islah olunmuş 22 yaşında gənc bir şəxsin gələcəyinə mənfi təsir edir. Belə ki, Məhkum cəzaçəkmə müəssisəsində olması onun cəmiyyətdən daha uzun müddət uzaq qalmasına, cəzaçəkmə müəssissəsindən çıxdıqdan sonra cəmiyyətə çox gec adaptasiya olmasına, bir gənc olaraq özünü inkişaf etdirmək imkanından məhrum olmasına səbəb olacaqdır. Nəzərə alınmalı idi ki, 22 yaşında gənc bır insanın karyera planları, gələcəkdə reallaşdırmaq istədiyi arzuları vardır. O, azadlığa çıxan zaman 25-26 yaşı olacaq və bir çox planını gerçəkləşdirmək üçün gecikəcəkdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2024-cü il tarixli qərarının təyin edilmiş cəzanın növünə aid hissədə dəyişdirilməsini və məhkuma azadlıqdan məhrumetmə növündə olmayan cəza növü təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protes tinin təmin olunmasını və Məhkum CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini əsassız hesab etdiyini və təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apel lyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin tövsifini mübahisləndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.2-ci maddələrinə nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Müdafiəşi kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiya sı kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ple numunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəm ə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin tövsifini mübahisələndirərək əməlin CM-in 29, 120.1-ci maddəsindən CM-in 126-cı maddəsinə tövsifinin işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olmadığını bildirmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlini tövsif edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hadisə baş verməsinə kimi qeyd edilən hərəkətlər zərərçəkmiş şəxsin niyyət və təşəbbüsü ilə başlanmışdır. Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsin onu öldürmək niyyətinin olsaydı öldürmək üçün real imkana malik olduğunu, onu öldürə biləcəyini, lakin xəsarət yetirməyi özü dayandırdığını, onu öldürmədiyin i bildirmişdir. Zərərçəkmiş şəxsə bıçaq xəsarəti yetirildikdən sonra zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs tövlədə samanlığın üzərində oturaraq söhbət etmişlər, zərərçəkmiş şəxsin təklifi əsasında “103” xidmətinə zəng edərək təcili tibbi yardım çağırılmış, sonradan zərərçəkmiş şəxsin təklifinə əsasən də zəng edərək həmin çağırışı ləğv etmişdir. Tövlədən çıxandan sonrada həyətdə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə uşağı ilə görüşmək istədiyini bildirmiş, oradan da evə getmişdir. Qeyd edilən xüsusatlar bilavasitə təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin ifadələri əsasında müəyyən edilmiş, həmin hadisəni bilavasitə heç bir şahid görməmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndərilən şəxs zərərçəkmiş şəxsdə tövlədə bıçağının olduğunu mübahisələndirsə də, iş materiallarında bila vasitə bıçağın olması müəyyən edilmir. Ancaq tədqiq edilmiş sübutların müqayisəli təhlili təqsirləndirilən şəxsin ifadəsinin reallığı ehtiva etdiyi qənaətini formalaşdırır. Tövlədə bıçağın olması ibtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid1 ifadəsi ilə müəyyən edilir. Həmçinin zərərçəkmiş şəxs də tövlədə həmişə ot kəsmək üçün bıçaq olduğunu, ot üzərində olan bıçaqla arasında məsafə çox yaxın olduğunu və əli ilə onu götürə bilmək imkanının olduğunu bildirmişdir. Həmin bıçağın sanitar qovşağa atıldığı təqsirləndirilən şəxs tərəfindən bildirilsə də, ittiham tərəfi sanitar qovşağa baxışı tam keçirməməsi, ehtimal əsasında bıçağın olmadığını ittiham tərəfi müəyyən etsə də, ittiham üzrə ehtimalın təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması nı nəzərə almamışdır. Qeyd edilənlər üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası hesab edir ki, tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin öldürməyə cəhd etməsi qənaətinə gəlməsi mümkünsüzdür. Cinayət etməyə cəhddə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamalıdır, yəni şəxsin iradəsindən asılı olmadan baş verməlidir. Lakin iş materialları ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyəti olsaydı, onu başa çatdırmaq üçün real imkan və şəraitinin olduğu müəyyən edilir. Bu isə ittiham üzrə əməlin düzgün tövsif edilmədiyini, gəlinən nəticənin işin faktiki hallarını əks etdirməməklə, əməlin tövsif edilməli olması qənaətini qaçılmaz ed ir. Kassasiya instansiyası məhkəməsi əməlin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyasının mövqeyi CM-in 29-cu maddəsinin əlamətləri ilə tam üst-üstə düşür. İttiham orqanı və birinci instansiya məhkəməsi məhkumun əməlini tövsif edərkən CM-in 29-cu maddəsinin imperativ tələblərini nəzərə almamış, məhkumun əməlinin tövsifində açıq-aşkar yanlışlığa yol vermişlər. Belə ki, CM-in 29-cu maddəsində sadə dildə yazılmışdır ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhdin, adətən, üç obyektiv əlaməti fərqləndirilir. Birincisi, əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Cinayət etməyə cəhdin ikinci obyektiv əlaməti əməlin başa çatmamasında ifadə olunur. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Sonuncu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması, şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa satdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Hazırki cinayət işinin faktiki hallarında görünür ki, Məhkum hərəkətlərini tamamilə öz iradəsinə uyğun olaraq dayandırmışdır. Zərərçəkmiş şəxsi öldürməkdən ibarət olan niyyətini həyata keçirməyə Məhkum maneə olan heç bir şəxs, qüvvə olmamış, hadisə baş verməmiş, o, zərərçəkmiş şəxsi öldürməkdən könüllü şəkildə imtina etmişdir. Belə ki, məhkumun belə bir niyyəti olmuş olsa idi, həmin niyyətini həyata keçirmək, reallaşdırmaq üçün məhkunun vaxtı, imkanı, qüvvəsi olmuş, lakin məhkuma zərərçəkmiş şəxsin ölməsindən ibarət bir nəticə lazım olmadığı üçün məhkum bu nəticəyə könüllü şəkildə nail olmamışdır. Cinayət etməyə cəhdin mövcud olmasını əsaslandırarkən ittiham tərəfinin və birinci instansiya məhkəməsinin istinad etdiyi faklar aşağıdakı kimi sıralandırılmışdır:

1. Məhkumun zərərçəkmiş şəxsin zərbələrin təsirindən öləcəyini yəqinləşdirməsi;

2. Zərərçəkmiş şəxsin sonuncu dəfə övladını görmək istəməsi səbəbindən ona ölümündən əvvəl bu şəraiti yaratmaq üçün əlavə zərbələr endirməməsi;

3. Zərərçəkmiş şəxsin va xtında xəstəxanaya çatdırılaraq ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi. Cinayət etməyə cəhd yalnız o zaman yaranır ki, cinayət əməli və həmin əməlin yarada biləcəyi nəticə cinayət törədən şəxsin iradəsindən asılı olmayan səbəbdən baş vermir. Lakin hazırkı işin hallarından görünür ki, məhkumun iradəsinə tam uyğun olaraq zərərçəkmiş şəxsin həyatı xilas edilir və məhkumun iradəsindən kənar heç bir hadisə baş vermir. Yəni məhkum zərərçəkmiş şəxsi öldürmək istəsəydi bunu asanlıqla edə bilərdi və bu zaman məhkuma heç kim mane olmurdu. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassızdır və apellyasiya instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kassasiya şikayətinin dəlillərinə münasibət b ildirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğun olmaqla qanuni və ədalətlidir. Eyni zamanda, məhkumun islah edilməsinə kömək edə biləcək növ və həddədir. Bu səbəbdən təyin edilmiş cəzanın yüngülləşdirilməsi, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi, eləcə də də məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli, 1(105)-273/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar