Məhkəmə qərarları › İş №1(102)-2477/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2477/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2477/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 2024-cü il 10 iyul tarixli, 1(103)-955/2024 nömrəli qərarından məhkumun Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X14 (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Samir Əliyevdən ibarət tərkibdə),xx.xx.2024-cü il tarixli, (101)-719/2024 nömrəli hökmü ilə 10 avqust 1992-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu Hökməli qəsəbəsində qeydiyyatda olub, Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi, ev 41, mənzil 60-da yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, X3 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulm uş cinayəti törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X15 (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimovdan ibarət tərkibdə) 2024-cü il 10 iyul tarixli, 1(103)-955/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,905 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ün van 1 ünvanının yaxınlığına daşımış, Məhkum qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 3 may 2023-cü il tarixdə saat 17.40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib orada xidməti otaqların birində saat 19.40-dan etibarən Məhkum üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə üzərində saxladığı bir ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 5,905 qram olan kustar üsulla haz ırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı qismən etirafedici ifadə verməsinə baxmayaraq Məhkum məhkəmə araşdırması zamanı ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə rədd etmiş, hələ saxlanıldığından ay yarım əvvəl Rusiya Federasiyasından deport edilərək Azərbaycan Respublikasına qayıdarkən hava limanında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması, onunla İdarədə Rusiyadan deport edilməsi ilə əlaqədar profilaktik söhbətlər edilməsi, həmin İdarənin əməkdaşları tərəfindən görüşə dəvət olunması, lakin görüşə getməyərək görüşün başqa vaxta keçirilməsi ni təklif etməsi nəticəsində onun hazırkı cinayət işi ilə cəzalandırılması barədə ətraflı ifadə vermişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əsasən psixoloji təsirə məruz qalmış, onun hər bir halda cinayət məsuliyyətinə cəlb ediləcəyi və bu məsuliyyətin nisbətən yüngül olması üçün verilmiş ittihamı qəbul etməsinin məqsədəuyğun olması bildirilmiş, Məhkum da yaranmış vəziyyətdə məcbur qalıb yalandan psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadəyə imza atmışdır. Təqsirləndirilən şəxs Məhkum məhz məhkəmə araşdırması zamanı verdiyi ifadə hazırkı cinayət işi üzrə qanuni və əsaslı məhkəmə aktının çıxarılması üçün əsas götürülməli idi. Onun birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində aparılmış araşdırma zamanı verdiyi ifadələrdə heç bir ziddiyy ət olmamış, hadisələrin xronoloji ardıcıllığı barədə dəqiq məlumatları əks etdirmiş, məhkəmə iclaslarının gedişində cinayət prosesi tərəflərinin verdiyi suallar Məhkum tərəfindən onun verdiyi ifadənin bütün xüsusatlarına müvafiq olaraq heç bir sual və ziddiyyət yaratmadan cavablandırılmışdır. Eyni zamanda məhkəmə araşdırmasının gedişi zamanı müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi rəsmi sənədlərdə əks olunmuş məlumatlar da Məhkum məhkəmə araşdırması zamanı verdiyi ifadələrin həqiqiliyinə dəlalət edir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-38-16/2-11083/23 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Məhkum xx.xx.2023-cü il tarixdə dövlət sərhədindən hərəkəti zamanı Azərbaycan Resp ublikası Daxili İşlər Nazirliyi tərəfindən İAMAS-ın məhdudiyyət altsistemində “Saxla” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədində saxlanılaraq polis əməkdaşlarına təhvil verilmişdir. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən verilmiş xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə etibarlı olmuş AA0250450 seriya və nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, Məhkum ümumi qaydada özünə məxsus ümumvətəndaş pasportundan istifadə etməklə deyil, məhz deport edilmiş vətəndaşlara verilən qayıdış şəhadətnaməsi əsasında Rusiya Federasiyasını xx.xx.2023- ciı il tarixdə tərk etmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-44-1/2-28721 nömrəli məktubundan görünür ki, üzərində “Saxla”statusu olan vətəndaş Dünyamın Məhərrəmli xx.xx.2023- cii il tarixdə 2 saylı “ASAN” Xidmət Mərkəzində saxlanılaraq ərazi aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təlıvil verilmiş, eləcə də həmin gün Dünyamın Məhərrəmlinin iltizamı alınaraq sərbəst buraxılmışdır. Qeyd edilən sənədlər Məhkum məhkəmə araşdırması zamanı verdiyi ifadəsində qeyd etdiyi Rusiya Federasiyasından deport edilərək Azərbaycan Respublikasına gəldiyi andan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin davamlı nəzarətində olması və məhz bunun nəticəsində saxlanılaraq ona qarşı ona məxsus olmayan psixotrop maddənin əldə edilərək daşıması ittihamının verilməsi ilə bağlı xüsusatı təsdiq edir. Digər tərəfdən Məhkum “Saxla” status altında olmas ı, polis şöbəsində polisin çağırışlarına vaxtında gələcəyi ilə bağlı yazılı iltizam verməsi şəraitində qanunsuz olaraq psixotrop maddə əldə edərək daşıması inandırıcı deyil. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Məhkum saat 17.40-da saxlanılsa da, onun üzərində şəxsi axtarışın aparılmasına saat 19.40-da başlanmışdır. İki saatlıq uzun müddət ərzində Məhkum polisin nəzarəti altında olmuşdur ki, bu müddət onun məhkəmə araşdırması zamanı verdiyi ifadəsində bildirdiyi kimi polisin psixoloji təsirinə məruz qalaraq etmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi üçün kifayət etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi bu halla bağlı qeyd edir ki, saxlanma ilə axtarış arasındakı olan vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı ortaya legitim narahatlıqlar çıxa rır, belə ki, bu vaxt ərzində şəxs tamamilə polisin nəzarəti altında olur (Layıcov Azərbaycana qarşı iş üzrə 2014-cü il tarixli Qərar, bənd 69). Birinci instansiya məhkəməsi Məhkum məhkəmə araşdırması zamanı verdiyi ifadələrə tənqidi yanaşmışdır. Bakı Apellyasiya Məhkəməsi də hökmü dəyişdirmədən qüvvədə saxladığı üçün bu qənaəti təkrarlamış olmuşdur. Halbuki, həmin ifadələrə tənqidi yanaşılması üçün heç bir xüsusat mövcud deyil. Məhkəmələr cinayət- prosessual qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum həmin prosessual statusda verdiyi ifadəsindəki xüsusatları dəqiqləşdirilərək müəyyən etməli, yəni yoxlamalı idilər. Bu məhkəmələr tərəfindən ümumiyyətlə həyata keçirilməyib. Hazırkı cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə araşdırmasının gedişində verdiyi ifadələr bir-birindən fərqlidir. Onun məhkəmə araşdırması zamanı verdiyi eyni məzmunlu, ardıcıl, ziddiyyət və suallar yaratmayan ifadələrində əks olunmuş faktlar və hallar, başqa sözlə desək ifadələrin məzmunu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq təhlil edilməmiş və yoxlanılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da hazırkı şikayətlə mübahisələndirilən Qərarında hansı əsas(lar)a görə həmin ifadələrə tənqidi yanaşdığını, həmin ifadələrdəki hansı məlumat və xüsusatların ziddiyyətli olduğunu göstərməmişdir. Bu səbəbdən və aşağıda qeyd ediləcək digər dəlillərə görə Məhkum iş üzrə məhkəmə araşdırması zamanı vermiş olduğu ifadələr mötəbər sübut növü kimi qiymətləndirilməli olduğu halda b u məhkəmələr tərəfindən təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiyası məhkəməsinin nümayiş etdirdiyi yanaşmanı davam etdirərək polis əməkdaşları olan şahidlərin ifadələrini mötəbər sübut növü kimi qiymətləndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hazırkı şikayətlə mübahisələndirilən qərarının məzmunundan görünür ki, əlavə şahid qismində dindirilmiş Amil İmanlının ifadələri cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə zidd olaraq ümumiyyətlə qiymətləndirilməmiş, hətta ifadənin məzmunu qərarda verilməyərək şərh edilmədən kənarda saxlanılmışdır. Məhkum məhkəmə araşdırması zamanı ibtidai istintaqda narkotik vasitə və psixotrop maddələrin qəbul edilməsi ilə bağlı ifadəsini də təkzib etmiş və könüllü olaraq heç vaxt narkotik vasitə, habelə psixotrop maddə istifadə etmədiyini bildirmişdir. Müdafiə tərəfinin əldə edərək məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 18-1-3/2- 3102/2023 nömrəli məktubdan görünür ki, vətəndaş Məhkum xx.xx.2023-cü il tarixində ******* müraciət nömrəsi ilə qan donoru kimi könüllü qan vermişdir. Verilmiş qan müvafiq test yoxlamalarından keçmiş, infeksiyalara görə yoxlanılmış və istifadə üçün yararlı olduğu müəyyən edilərək sertifikatlaşdırılmışdır. Bundan sonra xx.xx.2023-ciı il tarixdə Respublika Klinik Xəstəxanasının Patoloji Hamiləlik şöbəsində müalicə alan xəstəyə köçürülmüşdür, xəstədə heç bir ağırlaş ma baş verməmişdir. Göründüyü kimi iş materiallarında Məhkum ona istinad edilən cinayət əməlini törətməsinə dəlalət edən heç bir mötəbər, ziddiyyət doğurmayan və təkzib edilməyən sübut mövcud deyil. Bu da onun təqsirinin sübuta yetirilmədiyini göstərir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 1(103)-955/2024 saylı qərarının ləğv edilməsi və Məhkum qarşı cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şi kayətinin təmin olunmamasını və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyul tarixli, 1(103)-955/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan R espublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olun ması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə istər birinci instansiya məhkəməsində baxılarkən, istərsə də müdafiə tərəfinin apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsində baxılarkən Məhkum ədalətli məhkəmə araşdırması hüququ pozulmuş, hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmamış, müdafiə tərəfinin bəraət dəlilləri sadalanmış, lakin həmin dəlillərə əsaslandırılmış qiymət verilməmiş, konstitusion prinsip olan hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılrlar tələbinə əməl edilməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, polis əməkdaşlarına Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş və qərara alınmışdır ki, onun yaşayış yerlərinə dərhal baxış keçirilsin. (Bax: cild 1, i.v.6-7) Məhkum yaşadığı dəqiq ünvan polis əməkdaşlarına məl um olmasına baxmayaraq onun yaşadığı ünvana baxış keçirilməmiş, lakin baxış keçirilməməsinin səbəbləri barədə əməliyyatçılara heç bir sual verilməmiş, bu mühüm məsələ məhkəmə qiymətləndirməsindən kənarda qalmışdır. Eyni zamanda, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində işə baxılarkən Məhkum tərcüməsi təyin edilmiş, bütün prosessual sənədlərin surətləri rus dilinə tərcümə edilərək cinayət işinin materiallarına əlavə edilmiş və bu da onunla əsaslandırılmışdır ki, o, rus dilində təhsil almışdır. Halbuki cinayət işinin materillarından da görünür ki, Məhkum Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır və Azərbaycan dilində sərbəst danışır. Belə ki, onun üzərinə baxış keçirilərkən çəkilmiş videodan da görünür ki, Məhkum bütün danışıqları sərbəst başa düşür və özü də sərbəst Azərbaycan dilində danışır, eyni zamanda, tərcüməçi kimi təqdim edilən şəxs də kənarda oturub və çəkiliş zamanı tərcüməçinin yardımından bir dəfə də olsa istifadə edilmir. Avropa Məhkəməsinin müəyyən etdiyi digər şərtə görə, pulsuz tərcüməçi xidmətlərindən istifadə hüququ müstəsna olaraq yalnız əcnəbi təqsirləndirilən şəxsin məhkəmədə istifadə edilən dili başa düşmədiyi və ya həmin dildə danışmadığı hallarda tətbiq edilir (Baytar Türkiyəyə qarşı, № 45440/04, § 49, 14 oktyabr 2014-cü il). Bu dili başa düşən təqsirləndirilən şəxs ona müdafiəsini digər dildə, o cümlədən mənsub olduğu etnik azlığın dilində həyata keçirməsinə yardım edən tərcüməçi xidmətlərinin təmin edilməsini tələb edə bilməz (Lagerblom İsveçə qarşı, № 26891/95, § 62, 19 yanvar 2003-cü il). Burada məhkəmə kollegiyası qeyd etməyi xüsusilə vacib hesab edir ki, 30 ildən artıq müddətdə müstəqilliyini yaşayan Azərbaycan Respublikasının vətəndaşının tərcüməçi ilə təmin edilməsinə dair çıxarılan qərarlar istənilən halda qanuni və əsaslı qəbul edilə bilməz. Təsadüfi deyil ki, 30 sentyabr 1998-ci il tarixli, 527-İQ nömrəli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-ci maddəsinin 1-ci paraqrafında göstərilən istisnasız qaydaya görə, Azərbaycan Respublikasının vətəndaşlığına ölkə ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haq qında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs qəbul edilə bilər. Qanunvericinin belə bir normanın müəyyən etməsi onu ehtiva edir ki, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün əcnəbinin Dövlət dilinin bilməsi mütləq şərtdirsə, Respublika ərazisində anadan olmuş, daimi yaşamış, dövlət orqanlarında yaxud özəl sektorda çalışmış, ölkə daxilində istənilən dildə təhsil almasından asılı olmayaraq tədris tələblərinə görə ən azından Azərbaycan dilinin əsaslarını təmin edən dərs kursunu bitirmiş Azərbaycan Respublikası vətəndaşının Dövlət dilinin bilməsi faktı prima facie (əksini təsqdiqləyən mötəbər sübur yoxdursa) mübahisəsiz hal kimi qəbul edilməli, buna görə Azərbaycan dilini bilmədiyinə görə tərcüməçi ilə təmin edilməsi istəyində olan belə şəxsin xahişinin təmininə bir qayda olaraq yol verilməməldir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Azərbaycan dilinə sərbəst bilən bir şəxsə tərcüməsi təyin edən istintaq orqanının və birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmir. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş Məhkum üzərinə baxış keçirilməsinə dair video diskdəki məlumatlardan görünür ki, şəxsin üzərinə baxış keçirilərkən məhkumun hüquqlarını müdafiə etməli olan vəkil də iştirak edir, vəkil həmin vaxt məhkuma təqdim olunur və etiraz məsələsi müzakirə edilir, müdafiəçi qismində iştirak edən vəkil baxış keçirilərkən müşahidəçi qismində iştirak edir, məhkuma müdafiə edəcək heç bir hərəkət etmir, məhkuma heç bir sual vermir, öz müdafiə funksiyalarını icra etmir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətənd aş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 19.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qan unauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi i lə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bə rabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. Həmçinin hazırki işin hallarından və videodiskdən görünür ki, Məhkum müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamadan istintaq hərəkətlərinin həyata keçirilməsinə cəlb edilmiş, bununla da onun hüquqları bir daha məhrumiyyətə məruz qalmışdır. Belə ki, cinayət işinin materiallarında müdafiə hüququnun əsas elementlərindən biri olan şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmasına dair heç bir sübut mövcud deyil. CPM-in 90.7.8-ci və 91.5.8-ci maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ v ardır. Bu hüququ təmin etmək və bu hüququn reallaşdırmasını praktiki olaraq təmin etmək təhqiqat və istintaq orqanlarının vəzifəsidir. Həmin məsələ istər daxili Qanunvericilikdə, istərsə də Avropa Məhkəməsinin qərarlarında kifayət qədər geniş şərh edilmiş və həmin pozuntu Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir. Avropa Məhkəməsi Saxnovski Rusiyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkili ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Müştərilər və vəkillər arasındakı münasibətlər üzərində səciyyəvi və ya birbaşa hər hansı məhdudiyyət təqsirləndirilən şəxsin malik olduğu effektiv hüquqi ya rdım hüququna əngəl yaratmamalıdır (§ 102). İştirakçı Dövlətlərdən yalnız vəkil təqsirləndirilən şəxsin maraqlarını açıq-aşkar səmərəsiz təmsil etdikdə və ya sadəcə bu səmərəsizlik onun diqqətinə çatdırıldıqda müdaxilə etmək tələb olunur (Kamasinksi Avstriyaya qarşı, § 65; İmbrioskia İsveçrəyə qarşı, § 41; Daud Portuqaliyaya qarşı, § 38). Vəkil təqsirləndirilən şəxs üçün hərəkət etmədikdə (Artiko İtaliyaya qarşı, §§ 33, 36), yaxud vəkil əsas prosessual tələblərə əməl etmədikdə (tələblərə riayət olunmama düşünülmüş müdafiə taktikası və ya arqumentasiyanın yetərsizliyi hesab oluna bilmədikdə) Dövlətin məsuliyyəti yaranır (Czekalla Portuqaliyaya qarşı, §§ 65, 71). Həmçinin Məhkəmə X4rşı iş üzrə qərarında göstərmişdir ki, müştərisi ilə məsləhətləşmə apara və ondan nəzarət altında olmadan məxfi təlimatlar ala bilmədikdə, hüquqşünasın yardımı yararlılığını əhəmiyyətli dərəcədə itirir Həmçinin CPM-in 92.9.2-ci maddəsinə əsasən müdafiəçinin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi vacib hesab edir ki, formal olaraq istintaq hərəkətləri aparılarkən müdafiəçinin iştirak etməsi və cinayət işinin materiallarında olan sənədlərin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə tərtib olunması müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə yüksək keyfiyyətli hüququ yardım göstərildiyini deməyə əsas vermir, əksinə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin edilməsi məqsədi ilə müdafiəçinin prosesdə iştirakı açıq görülməli, müdafiəçinin təqsir ləndirilən şəxsin mənafeyinə uygun bir hərəkət etməsi, müdafiəni səylə və səmərəli həyata keçirdiyi açıqaydın görünməlidir. Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177). Təqsirləndirilən şəxsə təmin edilən "imkana" vəkillə məs ləhətləşmə imkanı da daxildir (Kempbell və X9rşı, § 99; Qoddi İtaliyaya qarşı, § 31). Təqsirləndirilən şəxsə vəkili ilə məsləhətləşmək imkanın verilməsi müdafiənin hazırlanması üçün fundamental əhəmiyyət daşıyır (Bonzi İsveçrəyə qarşı (qər); Kan Avstriyaya qarşı, § 52). 6-cı maddənin 3(b) yarımbəndi Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi çərçivəsində hüquqi yardım hüququ ilə üst-üstə düşür (məsələn, bax: Lanz Avstriyaya qarşı, §§ 50-53; Öcalan Türkiyəyə qarşı [BP], § 148; Trepaşkin Rusiyaya qarşı (№ 2), §§ 159-168). 6-cı maddənin 3(c) yarımbəndi 6-cı maddənin 1-ci bəndi çərçivəsində ədalətli məhkəmə araşdırılması hüququnun müəyyən aspektlərini əhatə edir (Korreya de Matos Portuqaliyaya qarşı (qər.); Fuçer Fransaya qarşı, § 30). Bu yarımbənd təqsirləndirilən şəxsə qarşı məhkəmə icr aatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən keçirilməsinin qarşısını alır (Pakelli Almaniyaya qarşı, § 84). O, üç ayrıca hüququ ehtiva edir: özünü şəxsən müdafiə etmək, özünü seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə etmək və müəyyən şərtlər çərçivəsində pulsuz hüquqi yardımın təmin edilməsi (Pakelli Almaniyaya qarşı, § 31). Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir (Salduz Türkiyəyə qarşı [BP], § 51). Bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır (Dayanan Türkiyəyə qarşı, § 31). Ümumiyyətlə, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli ş əkildə iştirak hüququna təkcə icraatda iştirak deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir (Lagerblom İsveçə qarşı, § 49; Qalstyan Ermənistana qarşı, § 89). Eynilə, ərizəçinin vəkilinin iştirakı öz-özlüyündə təqsirləndirilən şəxsin iştirak etməməsini kompensasiya edə bilməz (Zana Türkiyəyə qarşı [BP], § 72) X10rşı və Pelladoa Niderlanda qarşı iş üzrə qərarlarında Məhkəmə qeyd etmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Buna görə də, Məhkəmənin rolu, prinsip etibarilə, müəyyən növ sübutların - məsələn, milli qanunvericiliyə görə qeyri-qanuni əldə edilmiş sübutun mümkün olub-olmadığını müəyyən etməkdən deyildir. Cavab verilməli olan sual bütövlük də məhkəmə icraatının, o cümlədən sübutun əldə edilmə üsulunun ədalətli olub-olmamadığıdır. Bura iddia olunan qanunsuzluğun, başqa Konvensiya hüququnun pozulması halında müəyyən edilmiş pozuntunun xarakterinin nəzərə alınması daxildir (X12rşı, § 34; P.G. və C.H. Birləşmiş Krallığa qarşı, § 76; X7rşı, § 42). Bütövlükdə məhkəmə icraatının ədalətli olub-olmadığının müəyyən edilməsi zamanı həmçinin müdafiə hüquqlarına riayət edilib-edilmədiyi nəzərə alınmalıdır. Xüsusən, ərizəçiyə sübutun həqiqiliyinə və istifadəsinə qarşı etiraz etmək imkanının verilibverilmədiyi mütləq yoxlanmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, onun əldə edildiyi şərait və bu şəraitin sübutun etibarlılığına və səhihliyinə kölgə salıb-salmadığı mütləq nəzərə alınmalıdır. Əldə edilmiş sübut başqa materialla dəstəklənmədi kdə, ədalətlilik problemi mütləq surətdə ortaya çıxmasa da, qeyd edilə bilər ki, sübut çox güclü olduqda və etibarlı olmamaq riski daşımadıqda, dəstəkləyici sübuta olan ehtiyac da müvafiq olaraq zəif olur (Bıkov Rusiyaya qarşı [BP], § 89; Yalloh Almaniyaya qarşı [BP], § 96). Bununla əlaqədar olaraq, Məhkəmə sözügedən sübutun məhkəmə icraatının nəticəsi üçün həlledici olub-olmadığına da əhəmiyyət verir (Gefgen Almaniyaya qarşı). Lakin məhkəmələr tərəfindən Məhkum ibtidai istintaq zamanı yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilib-edilməməsi araşdırılmamış, bu məsləyə hüquqi qiymət verilməmişdir. Bundan əlavə, məhkəmələr polis şahidlərin ifadələrinə istinad etməklə Məhkum etmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kim i, şahid qismində dindirilən polis əməkdaşları istintaq zamanı vermiş olduqları ifadələrdə sərbəst şəkildə ifadə verərkən göstərmişlər ki, Məhkum ilə müdafiəçisinə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmışdır. Həmin şahidlər məhkəmədə dindirilərkən bununla bağlı heç bir məlumat verməmişlər. Polis əməkdaşlarının istintaq zamanı vermiş olduğu ifadə Məhkum üzərinə baxış keçirilməsinə dair videodisklə ziddiyyət təşkil edir. Lakin məhkəmələr şahid ifadələrinin mötəbərliyi baxımından bu məsələyə heç bir münasibət bildirməmiş, bu məsələ məhkəmə qiymətləndirməsindən kənarda qalmışdır. Bununla bərabər Məhkum məhkəmədə ifadə verərkən göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən xalası oğlu Amin İmanlı da onun yanında olmuşdur. Amin İmanlı apellyasiya instansiyası məhkəm əsi tərəfindən dindirilmiş və bu faktı təsdiq etmişdir. Polis əməkdaşları isə ifadə verərək tutularkən Məhkum tək olduğunu bildirmişlər. Lakin bu ziddiyyətli məqam da məhkəmələrin diqqətindən kənarda qalmış, apellyasiya məhkəməsi qərarında A.İmanlının ifadəsini əks etdirsə də, lakin bu ifadəyə heç bir münasibət bildirməmiş, hansı məqsədlə həmin şahidi dindirməsi, hansı məqsədlə həmin ifadəni qəbul etdiyi qərarında əks etdirməsi, hansı səbəbdən bu ifadəyə heç bir münasibət bildirməməsi anlaşılan deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cü il tarixli qərarında polis şahidlərlə bağlı göstərilmişdir: “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkə mə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın g örünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir (bax: 26-cı bənd). Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi (yuxarıda 61-ci bəndə bax). Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır.” İşə baxılarkən məhkəmə tərəfindən Presedent hüququnun bu tələbləri də nəzərə alınmamışdır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Məhkum Rusiyadan Azərbaycana gələrkən “saxla” komandası ilə saxlanılaraq polis əməkdaşlarına təhvil verilmiş və özünün deməsinə görə iki gün polisdə s axlanılmış, sonradan yenə də şəxsiyyət vəsiqəsi alarkən polis əməkdaşları tərəfindən yenidən saxlanılmışdır. Lakin işin bu halı da məhkəmələr tərəfindən araşdırılmamış, Məhkum barəsində hansı səbəbdən “saxla” komandasının verilməsinə aydınlıq gətirilməmisdir. Eyni zamanda, cinayət işinin materiallarına əlavə edilmiş “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” publik hüquqi şəxsin direktor müavini tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 18-1-1/2-3102/2023 nömrəli məktubdan görünür ki, vətəndaş Məhkum xx.xx.2023-cü il tarixində ******* müraciət nömrəsi ilə qan donoru kimi könüllü qan vermişdir. Verilmiş qan müvafiq test yoxlamalarından keçmiş, infeksiyalara görə yoxlanılmış və istifadə üçün yararlı olduğu müəyyən edilərək, sertifikatlaşdırılmışdır. Bundan sonra xx.xx.3023-cü il tarixində RKX-nin Pataloji Hamiləlik şöbəsində müalicə alan xəstəyə köçürülmüşdür. Transfuziya zamanı xəstədə heç bir ağırlaşma baş verməmişdir. (bax cild 2, i.v. 170). Məhkum qan verdikdən 2 gün sonra polis əməkdaşları tərəfindən saxlanılır, müayinə olunur və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 4 may 2023-cü il tarixli 2636 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Məhkum psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, donor kimi qan verən şəxs iki gün keçməmiş narkoman olmuş, lakin bu məsələ də apellyasiya instansiyası məhkəməs i tərəfindən araşdırılmamışdır. Yuxarıda sadalanan çoxsaylı pozuntular apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli məhkəmə qərarı kimi qəbul edilməsini istisna edir. Məhkəmə kollegiyası sübutların qiymətləndirilməsi, qərarların əsaslandırılması və ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna müraciət edilməsini zəruri hesab edir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əs asən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X13rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübu tların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyul tarixli, 1(103)-955/2024 nömrəli qərarı Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar