Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2570/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlunun iştirakları ilə, xx xxxx 1993-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, xxxx qeydiyyatda olan və yaşayan, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli, 1(106)-236/2023 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(099)-521/2022 nömrəli hökmü ilə (hakimlər N.N.Hüseynov (sədrlik edən), N.F.Quliyev və A.Ə.Musayev) Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəll ənin 69.3-cü maddəsinə əsasən 16 aprel 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 12 (on iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə cəzasını çəkməsi himayəsindəki 22 oktyabr 2022-ci il təvəllüdlü oğlunun 14 yaşına çatmasınadək, yəni 22 oktyabr 2036-cı il tarixə kimi təxirə salınmış, habelə üzərinə azyaşlı uşağına qayğı göstərmək və onun tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulması, göstərilən davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Astara rayon İcra və probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Həmçinin həmin hökmlə X5 da CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum X5 apellyasiya şikayəti, dövlət ittihamçısı Nəhmətov Rahim Nəhmətulla oğlu isə apellyasiya protesti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarı ilə (hakimlər İ.Q.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və K.S.Bəşirov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum1 və X5 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdirlər ona görə ki, o, qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib aralarında olan razılaşmaya əsasən satış məqsədi ilə Məhkum1 X2dən 2022-ci ilin yanvar ayında qanunsuz olaraq əldə etdiyi 0,584 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda -5,477 qram narkotik vasitə olan heroini özü ilə yaşadığı ünvan 1ində daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2022-ci il tarixdə saat 07:45 radələrində yaşadığı evin yaxınlığında küçədə saxlanıldıqdan sonra həmin gün saat 09:17 radələrində yaşadığı evində keçirilən axtarış zamanı ev in ikinci mərtəbəsində yerləşən ona məxsus yataq otağında dolabda üzərində «JOYS» sözləri yazılmış dəmir qabın içərisindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: -0,319 qr; -0,265 qram olmaqla ümumi təmiz çəkisi -0,584 qram olan narkotik vasitə qurudulmuş marixuana və «ARAXİS» sözləri yazılmış dəmir qutunun içərisindən 31 ədəd bükümdə ümumi təmiz çəkisi -5,477 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan və qanuni əsaslar müəyyən etmədən Məhkum1 şəxsiyyətini, təqsirli bilindiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini xarakterizə edən halla rın ziddinə olaraq Məhkum1 barəsində isə Cinayət Məcəlləsinin 79-cu maddəsini tətbiq etməklə sonuncuya münasibətdə isə azyaşlı uşağı ön dörd yaşına çatanadək hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının icrasını təxirə salmışdır. Kassasiya protestində CM-in 79-cu maddəsinin əsassız olaraq tətbiq edildiyini göstərən xüsusatlar kimi əlavə olaraq Məhkum1 cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasına, habelə bu və digər cəzanı yüngülləşdirən halların məcmusunun düzgün olmayaraq müstəsna hallar kimi qiymətləndirilməsinə istinad olunur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum1 və onun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu dövlət ittihamçısının kassasiya protestinə qarşı etirazda göstərmişdir ki, hüquqularını müdafiə etdiyi şəxs Məhkum1 övladının səhhətində ciddi problemlər mövcud olduğundan, o təcili olaraq müalicə olunmalı və bununla belə uşağın ana qayğısına ehtiyacı vardır. Qeyd olunanlara əsasən, müdafiəçi O.M.Məmmədli kassasiya protestinə etiraz edir, kassasiya protestinin təmin edilməməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instan siyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını i sə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edib qiymətləndirmədən, yəni əsassız və qanunsuz olaraq Məhkum1 barəsində isə Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edildiyi iddia etməklə, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Res publikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində diqqət etdikdə müəyyən olunur ki, protest müəllifi Məhkum1 əməlinin hüquqi tövsifi və sonuncuya təyin edilmiş cəza ilə razılaşmaqla, sonuncuya münasibətdə CM-nin 79-cu maddəsində nəzərdə tutulmuş cəzasının çəkilməsi təxirə salınması kimi güzəştli in stitutun tətbiq edilməsini mübahisləndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Cinayət Məcəlləsinin 79.3.-cü maddəsində əsasən uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsin dən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir Cinayət Məcəlləsinin 79.4 və 79.5-ci maddələrinə əsasən cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, həmçinin cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Şübhəsiz ki, məhkəmələr tərəfindən qeyd olunan güzəştli institut tətbiq edilərkən törədil miş cinayətin bilavasitə obyektinə, əməlinin ictimai təhlükəliyinə diqqət edilməli, həmçinin məhkumun şəxsiyyəti, onun cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti bütövlükdə kompleks şəkilində nəzərdən keçirilməli və sadalanmış hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq baxımından qiymətləndirilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə CM-nin 79.1-ci maddəsində dəyişikliklər edilənə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 10 fevral 2012-ci il tarixdə “Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” qəbul edilmiş Qərarda göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Qərarda həmçinin göstərilir ki, cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz (hazırda on dörd) yaşına ça tmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Göründüyü kimi bu institutun təyinatı məhkum edilmiş şəxsə münasibətdə Cinayət Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə yanaşı, azyaşlı uşağın ailəs inin qorunub saxlanması, öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, yəni uşağın hüquq və mənafelərinin təmin edilməsidir. Qeyd olunan məqsədlər, xüsusilə uşağın hüquqlarının təmin edilməsinə olan ictimai maraq Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilən təqsirkar şəxsin nə dərəcədə buna hazır olduğu, o cümlədən şəxsiyyəti, həyat şəraiti, uşağa münasibəti ətraflı araşdırılmalı, təqsirli bilindiyi cinayətin törədilmə halları da nəzərdən qaçırılmamalıdır. Bu mülahizələrə nəzərən aşağı instansiya məhkəmələrini Məhkum1 barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair yekun məhkəmə aktlarına baxdıqda aydın olur ki, məhkəmələr bu institutun tətbiq edilməsinin zərururiliyini və Məhkum1 azyaşlı uşağı n hüquqlarını təmin etməyə hazır olmasını, yəni sonuncunun həyat şəraitini, uşağın tərbiyə edilməsi, qayğıya olan tələbatını təmin etmək iqtidarında olması kifayət qədər araşdırmışlar. Belə ki, birinci instansiya məhkəməsi Məhkum1 hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmədiyini, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını, sonuncunun övladının qeyri rəsmi nikahdan doğulduğunu, hazırkı vaxtda atalığının müəyyən olunmadığını və yenidoğulmuş uşağının yalnız onun himayəsində olduğunu, yenidoğulmuş uşağının səhhətində doğulduğu vaxtdan problemlər olduğunu, neantoloq müayinəsi zamanı yenidoğulmuşda "Diabetik fetopatiya. Dölün bətndaxili hipoksiyası. Yenidoğulmuşun qıcolması” diaqnozu müəyyən edildiyini, bu səbəblə ixtisaslı müalicə üçün x adına X11 İnstitutunda müalicə aldığını, Məhkum1 yaşayış yeri üzrə normal xarakterizə edildiyini, xüsusilə də yenidoğulmuş uşağın 22 oktyabr 2022-ci il təvəllüdlü olmaqla südəmər olduğuna görə ana qayğısına daha çox ehtiyacının olduğunu xüsusilə nəzərə almaqla onun barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsini tətbiq etməklə təyin olunmuş cəzanın çəkilməsini təxirə salmışdır. Apellyasiya məhkəmə isə birinci instansiya məhkəməsinin diqqətindən yayınmış məhkum edilmiş şəxsin əmək fəaliyyəti və uşağa layiqli həyat şəraiti təmin edən daimi yaşayış yeri olmasının aydınlaşdırılması, məhkumun yaşayış yeri üzrə uşağın normal həyat şəraitinin, tərbiyəsinin və məişətinin təmin edilməsinin mümkünlüyünün araşdırılması üçün icra hakimiyyətinin qəyyumluq və himayə orqanının müvafiq rəyinin alınması üçün müvafiq tədbirlər görərək bəhs olunan məsələlər üzrə rəy verilməsi ilə bağlı Astara Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırıq belə vermişdir. Astara Rayon İcra Hakimiyyətinin «Qəyyumluq və himayə» komissiyasının 01 may 2023-cü il tarixli 5-35/2-241/2023 nömrəli rəyindən görünür ki, Məhkum1 komissiya iclasında dinlənilmiş və onun həyat şəraiti ilə tanış olmaqdan ötrü yaşadığı ünvana baxış keçirilmişdir. Məlum olmuşdur ki, Məhkum1 ünvan 1ində qeydiyyatda olmasına baxmayaraq, 22 oktyabr 2022-ci il təvəllüdlü övladı X6 ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışdır. O, övladını təkbaşına və anasının maddi yardımı ilə böyüdür. Məhkum1 mənzil-məişət şəraiti azyaşlı uşağın böyüməsi üçün qənaətbəxşdir. Məhkum1 2021-ci ildə X9 "İngilis dili” ixtisası üzrə bitirmişdir. 2018-ci ilin mart ayından iyul ayına qəd ər ünvan 1 1 nömrəli tam orta məktəbdə kitabxana müdiri vəzifəsində işləmişdir. Məhkum1 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsindən ötrü Astara Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə yazılı müraciət etmişdir. Apellyasiya məhkəməsi qeyd olunan güzəştli institutun tətbiq edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış hallardan, həmçinin özünün (Astara Rayon İcra Hakimiyyətinin «Qəyyumluq və himayə» komissiyasının 01 may 2023-cü il tarixli 5-35/2241/2023 nömrəli rəyi əsasında) müəyyən etdiyi, o cümlədən Məhkum1 himayəsində olan bir azyaşlı uşağına valideyn qayğısı göstərməsini, təlim və tərbiyəsi ilə məşğul olmasını, onun saxlanılması üçün mənzil və maddi imkanının olması kimi hallardan çıxış edərək, birinci instansiya məhkəməsinin hökmündə n Cinayət Məcəlləsinin 79-cu maddəsinin müddəalarının xaric edilməsinin - azyaşlı uşağın faktiki olaraq zəruri valideyn qayğısı və tərbiyəsindən məhrum olunması, həmçinin cinayət qanunvericiliyinin humanizm prinsipinin pozulması ilə nəticələnməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, aşağı instansiya məhkəmələrinin Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının təxirə salınması ilə bağlı yekun qənaətləri - cinayət qanunvericiliyində bu institutunun tətbiqini şərtləndirən humanizm prinsipi uzlaşan nəticə kimi çıxış etməklə yanaşı, baxılan işdə məhkəmələr tərəfindən natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum1 təyin edilmiş cəzanın çəkilməsinin Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən onun 22 oktyabr 2022-ci il tarixdə doğulmuş övladı X3 14 yaşına çatana qədər təxirə salınması ilə bağlı qənaətləri yuxarıda sadalanmış cinayət – hüquqi normaların tələblərinə cavab verməklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olduğundan, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti bu hissədə də rədd edilməlidir. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya prote sti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək qərara alır ki, dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Məhkum1 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli, 1(106)236/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli, 1(106)-236/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2570/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2570/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver