Məhkəmə qərarları › İş №1(102)-301/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-301/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-301/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun iştirakı ilə, Baki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 20 20-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar Mikayılov (sədrlik edən və məruzəçi), Əliövsəd Abasov və Mahmud Ağalarovdan ibarət tərkibdə) 1(101)-873/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəza sı, CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun iş üzrə ibtidai istintaq zamanı tutularaq saxlandığı cəmi - 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olun muşdur ona görə ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş, habelə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmiş, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Belə ki, Məhkum xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb sonuncunun sahibi olduğu Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 70 ünvanında yerləşən “Papa Cinema” adlı kinoklubun 1 nömrəli otağına gəlmiş, Zərərçəkmiş şəxs1 “onun yaxını olduğu xanımla münasibət saxlamaqda” günahlandıraraq təhqiramiz ifadələrlə söy müş, Zərərçəkmiş şəxs1 həmin söyüşləri ona qaytarmasını bəhanə edərək əsaslı səbəb olmadan kinoklubun içində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxsin üzərinə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə kinoklubda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib, öz şəxsiyyətini kinoklubda olan digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, istirahət hüquqlarını pozmaqla xuliqanlıq niyyəti ilə qəsdən əvvəlcədən özü ilə gətirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq ona döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dö ş qəfəsinin daxili arteriyasının sağ şaxəsinin zədələnməsi və hemotoraksla müşayiət olunan deşilmiş- kəsilmiş yarası xəsarəti, sağ bazu oynağı nahiyəsinin üst-bayır səthinin deşilmişkəsilmiş yarası, sağ əlin ovuc səthinin İİ, İİİ, İV barmaqları bükən səthi və dərin vətərlərin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarasından ibarət ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuş, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs qismində onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 qəsdən əli ilə bərkdən itələməsindən ibarət zor tətbiq etməsi nəticəsində birlikdə yerə yıxılmaları zamanı əlində olan bıçağın Zərərçəkmiş şəxs2 sağ ayaq nahiyəsinə batma sı nəticəsində Zərərçəkmiş şəxs2 sol bud nahiyəsinin cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlərinin yetirilməsi ilə nəticələnən hərəkətləri ilə qərəzli xuliqanlıq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzovdan ibarət tərkibdə) 1(103)-354/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Məmmədov Zaur Məm mədağa oğlu verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Zaur Məmmədov onunla əsaslandırır ki, hazırki iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən gəlinmiş hüquqi nəticə qeyri-obyektiv olmaqla, mötəbər sübutlarla təsdiqini tapmamışdır. Belə ki, Məhkum iş üzrə verdiyi ifadələr işin faktiki halları ilə uzlaşdığı halda məhkəmələr tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və cinayət qanunvericiliyinin normaları düzgün tətbiq olunmamaqla Məhkum törətdiyi cinayət əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayəti hansı məqsədlə törətməsi müəyyən edilməli və bu təkzibedilməz sübutlarla təsdiqlənməlidir. Lakin 1-ci və apellyasiya instansiya məhkəmələri bunu müəyyən etməmiş və mötəbər olmayan sübutlara əsaslanaraq Məhkum zərərçəkmiş şəxsə guya xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirmək və silah qismində istifadə olunan əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətlərini törətməsi qənaətinə gəlməklə barəsində ittiham hökmü çıxarmışdır. İşin obyektiv araşdırılması ilə açıq şəkildə müəyyən olunur ki, baş vermiş hadisə səbəbsiz yerə deyil, məhz zərərçəkmiş şəxsin özünün q anunazidd hərəkətləri nəticəsində baş vermiş və hadisə zamanı xuliqanlıq cinayətinin əlamətlərini özündə əks etdirən, yəni ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verilməmişdir. Bu səbəbdən müdafiə tərəfi məhkəmənin tövsiflə bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə mülahizələrə əsaslanmaqla törədilmiş cinayət əməlinin tövsifində yanlışlığa yol vermişdir.Zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman qanunazidd əməli, yəni Məhkum təhqir etməsi və ona birinci olaraq sifət nahiyəsinə zərbə endirməsi, məhz bundan sonra Məhkum onu bıçaqla vurması onun özünün ifadəsi, habelə iş üzrə digər zərərçəkmiş şəxs olan Sabir Tarıverdiyevin ifadəsi ilə tam təsdiqini tapır. Dalaşma və ya münaqişə zəminində qəsdən sağlamlığa ağır zərərvurmanın xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmadan fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir. Əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsirkarın həmin şəxsə qəsdən ağır xəsarət yetirməsi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayətin obyektiv cəhəti nöqteyi nəzərindən iş materiallarından da görünür ki, hadisə qapalı otaq şəraitində baş vermiş, hadisə yerində isə Məhkum və zərərçəkmiş şəxslərdən başqa heç kim olmamış, həmçinin başqa şəxslər in narahatçılığına səbəb olma halı müəyyən edilməmişdir. Belə olan halda Məhkum əlavə olaraq xuliqanlıq hərəkətləri ilə bağlı, yəni Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham verilməsi tamamilə qanunvericiliyn tələblərinə ziddir və ona həmin maddə ilə bəraət verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəzaya gəldikdə isə müdafiə tərəfi hesab edir ki, cəza təyini zamanı da Cinayət Qanununun ədalətlilik və humanizm prinsiplərinə dair normaları tamamilə pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Məhkum cinayət əməllərini qismən etiraf etməsini, boşanmış olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs2lə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını hö kmdə formal olaraq sadalamış, lakin həmin halları heç də nəzərə almayaraq ona həddindən artıq ağır cəza təyin etmişdir. Halbuki qeyd olunan yüngülləşdirici hallardan başqa Məhkum himayəsində bir azyaşlı uşağından başqa həm də, yaşlı və yataq xəstəsi olan atası, həmçinin xəstə anası və bacısı vardır. Məhkum həbs oldunduqdan sonra isə onlar köməksiz vəziyyətdə qalmışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmu suna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, CM-in 221.3-cü maddəsi ilə ittiham verilməsi tamamilə qanunvericiliyin tələblərinə zidd olduğundan, ona həmin maddə ilə bəraət verilməlidir. Bununla bağlı məhkəm ə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi üçün qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma baş verməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmalıdır. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb sonuncunun sahibi olduğu Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 70 ünvanında yerlə şən “Papa Cinema” adlı kinoklubun 1 nömrəli otağına gəlmiş, Zərərçəkmiş şəxs1 “onun yaxını olduğu xanımla münasibət saxlamaqda” günahlandıraraq təhqiramiz ifadələrlə söymüş, Zərərçəkmiş şəxs1 həmin söyüşləri ona qaytarmasını bəhanə edərək əsaslı səbəb olmadan kinoklubun içində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxsin üzərinə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə kinoklubda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib, öz şəxsiyyətini kinoklubda olan digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, istirahət hüquqlarını pozmaqla xuliqanlıq niyyəti ilə qəsdən əvvəlcədən özü ilə gətirdiyi sil ah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq ona döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən, döş qəfəsinin daxili arteriyasının sağ şaxəsinin zədələnməsi və hemotoraksla müşayiət olunan deşilmiş- kəsilmiş yarası xəsarəti, sağ bazu oynağı nahiyəsinin üst-bayır səthinin deşilmişkəsilmiş yarası, sağ əlin ovuc səthinin İİ, İİİ, İV barmaqları bükən səthi və dərin vətərlərin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarasından ibarət ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuş, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs qismində onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 qəsdən əli ilə bərkdən itələməsindən ibarət zor tətbiq etməsi nəticəsində birlikdə yerə yıxılmaları zamanı əlində olan bıçağın Zərərçəkmiş şəxs2 sağ ayaq nahiyəsinə batması nəticəsində Zərərçəkmiş şəxs2 sol bud nahiyəsinin cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlərinin yetirilməsi ilə nəticələnən hərəkətləri ilə qərəzli xuliqanlıq etmişdir. Məhkum elan olunmuş ittiham üzrə özünün təqsirli bilməsə də onun qeyd olunan əməli törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspertiza rəyi ilə və işin digər materialları ilə tam təsdiq edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə tərcüməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2 004-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. İşdən göründüyü kimi, həm Məhkum, həm də Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişlər ki, hadisədən qabaq onların arasında heç bir mübahisə olmamış, işin materialları i lə də onların arasında dava-dalaşın, yaxud mübahisənin olmasına dəlalət edən heç bir sübut yoxdur. Belə olan halda Məhkum Zərərçəkmiş şəxs1 bıçaq ilə vuraraq ona ağır dərəcəli xəsarət yetirməsi üçün heç bir əsaslı səbəb mövcud olmamışdır. Heç bir səbəb olmadan sağlamlığa ağır xəsarət yetirmə hərəkəti isə xuliqanlıq niyyəti əhatə olunur. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azə rbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə ittiham verilmiş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq düzgün olaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxsin əməlinin tövsifini müəyyən edərkən cinayət qanunun normalarına riayət etmişlər və təqsirləndirilən şəxsin əməlinin C M-in 126.1-ci maddəsinə tövsif olunması və CM-in 221.3cü maddəsi ilə bəraət verilməsi üçün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A LİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar