Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-302/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X13, bəraət almış şəxs X14, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X7 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın xx xxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Süleyman Ağayev) 1(008)441/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1967-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvələr məhkum olunmamış, Ağsu şəhəri H.Əliyev küçəsi ev 128 A-da qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkm əklə cəzaçəkmə müddətinin əvvəlinin müəssisədə qeydiyyat alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanması qərara alınmışdır. Hökmlə həmçinin iş üzrə mülki iddia tələbi qismən təmin edilməklə X11 və “xxxx” MMC-dən müştərək qaydada maddi ziyan olmaqla 4000 (dörd min) manat, əldə çıxmış fayda olan 1500 (min beş yüz) manat və mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat olmaqla, cəmi 7500 (yeddi min beş yüz) manat miqdarında pulun Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İşin halları: İttihama əsasən Məhkum xx xxxxxx 2019-cu il tarixdə, saat 12-30-da X8 adına qeydiyyata alınmış 49 nömrəli marşrut xətti üzrə işləyən «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtob usla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsi ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq sərnişinləri yalnız nəqliyyat vasitəsini tam dayandırdıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda bu tələblərə əməl etməyərək, «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu qapısı açıq vəziyyətdə idarə etməklə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yerləşən «Ştutqart» avtomobil ehtiyat hissələri mağazasının yaxınlığında olan yolda qarşı istiqamətdə hərəkətdə olan X16 idarə etdiyi «Opel» markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində onun ehtiyatsızlığından idarə etdiyi avtobusun bağlanmamış qabaq qapısından çölə yıxılmış sərnişin Zərərçəkmiş şəxs sol diz oynağında medial menskin arxa buynuzunun yırtığı, təpə-ənsə nahiyəsinin dərialtı hematoması və sağ diz oynağı nahiyəsinin qançırı xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Qədim Babayevdən ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)441/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə aidiyyəti olmadığından təqsirsiz hesab edilmiş, ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə bəraət verilmiş, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, Zərərçəkmiş şəxs mülki iddia tələbi təmin edilməmiş, məhkum və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən və mülki cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs tərəfindən bəraət almış şəxs Məhkum aid hissədə verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin. Kassa siya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs onunla əsaslandırır ki, məhkəmənin qərarı obyektiv olaraq çıxarılmamış, maddi və prosessual hüquq normaları ilə əsaslandırılmamış, CPM-nin 139-cu maddəsinə zidd, qanuni və əsaslı deyildir. Belə ki, hadisə zamanı həkim onun xəsarət almasını müəyyən edərək, sol diz oynağında ağrıları, təpə-ənsə nahiyəsinin dərialtı hematoması və sağ diz oynağı nahiyəsinin qançırı müəyyən edərək, onun sol ayağıma gips qoymuşdur. Sonra onu evə buraxmışlar. Lakin, evdə vəziyyəti ağırlaşdığına görə “Medika Hospital” Xəstəxanasına müraciət etmişdir. Ayağında xx.xx.2019-cu il tarixdə spinal anesteziya altında “Artroskopik menskektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Hələ də sağlamlığı bərpa olunmayıb. Müalicə davam etdirilir. Sol ayağı açılmır. Buna görə də fizoterapiya müalicəsi də aparılır. Nəticəsi yaxşı olmasa təkrar əməliyyat olunacağam. Başına gələn bu hadisə ilə əlaqədar bütün xərclərimi özü ödəmiş, bir hissəsini də borc almışdır. Lakin, cavabdehlər ona heç bir köməklik göstərməmişlər. Hadisə günündən sonra işləyə bilmir. Həmin vaxtdan əmək haqqından da məhrum olunmuşdur. Birinci instansiya məhkəməsi hadisələri hərtərəfli və obyektiv araşdırmış və düzgün nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə baxmayaraq Zərərçəkmiş şəxs həmin xəsarəti onun avtobusun bağlanmamış qabaq qapısından çölə yıxılması nəticəsində alması, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1147 saylı rəyi, məhk əmə-yol-nəqliyyatı hadisələri ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 24854 saylı rəyi və digər istintaq materialları ilə öz təsdiqini tapır, onun bu hərəkəti isə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə edilməklə, özünü müdafiə xarakteri daşıyır. Lakin apellyasiya instansiyası məhkəmə istintaqı tamamilə qanunsuz və cinayət prosessual qanunverciliyin tələblərinin kobud şəkildə pozulması şəklində aparılmışdır ki, mənə aid olmayan, səsləndirmədiyim cümlə və cavablar məqsədli şəkildə iclas protokoluna daxil edilmişdir. Necə ola bilər ki, mən istintaqda, birinci instansiya məhkəməsində mən qeyd edim ki, xəsarəti qapının açıq olması səbəbindən almışam, daha sonra apellyasiya instansiya məhkəməsində iltizama imza etməklə, cinayət məsuliyyəti barədə xəbərdar edilməklə yanaşı ifadəmi də yişim və göstərim ki, mən xəsarəti yalnız avtobusun içərisində almışam, avtobusdan kənarda heç bir xəsarət almamışam. Bu hər bir hakim və peşəkar hüquqşünasa aydın olan məsələdir ki, burada məhkəmənin zərərçəkmiş tərəflə bir məqsədi olmuş, mənim hüquqi savadsızlığımdan, vəkillə təmsil olunmamağımdan istifadə edib məhkəmə zalında verdiyim cavabları və ifadəni tam fərqli şəkildə iclas protokoluna daxil etmişlər ki, bu da yolverilməzdir. Burada iki şahidin ifadələri arasında ziddiyyətli məqamların olduğu görünsə də məhkəmə bu məqamları aydınlaşdırmamışdır.Bu ziddiyyətlər onu göstərir ki, bir hadisə üzrə şahidlər obyektiv ifadə verməmişlər və baş vermiş hadisədə tək üst-üstə düşən məqam isə yalnız avtobusun qapılarının bağlı vəziyyətdə olması olmuşdur. Necə ola bilər ki, avtobusda bu qədər xə sarət alan insanlar, üzərinə qan sıçramış körpə və digər yadda qalan anlar unudulmuş və yalnız avtobusun qapılarının bağlı olması məqamı anbaan yadda qalmışdır. Həqiqətə nail olunmasından ötrü məhkəmə şahidlərin ziddiyyətli ifadələri arasında çarpaz dindirmə aparmalı, doğrulan ortaya çıxarmalı idi, bunu etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, məhkəmə hərtərəfli və obyektiv araşdırma aparmamış, ziddiyyətli sübutlara söykənməklə mövqe formalaşdırmışdır. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən və sübutlar qiymətləndirilərkən mühüm bir məqam onun diqqətindən qaçmışdır. Belə ki, məhkəmə baş vermiş yol nəqliyyat hadisəsində təqsirləndirilən şəxsin qapıların bağlı vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini müəyyən etməklə mənim xəsarət almağı ma onun səbəbkar olmadığı, mənim xəsarət almağımın avtobusun sürücüsü ilə səbəbliəlaqənin olmaması qənaətinə gəlmişdir. Bunun üçün yalnız məhkəmə iclasında dindirilmiş, hadisədə iştirakçılığı şübhə doğuran, sonradan kəşf edilmiş şahid ifadələrinə istinad edilmişdir. Sözsüz ki, mənim baş vermiş yol-nəqliyyat hadisəsi ilə xəsarət almağım mübahisə edilmir. Sadəcə olaraq mübahisə edilən mənim aldığım xəsarətdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmaması, daha dəqiq desək, onun avtobusu qapıları açıq vəziyyətdə idarə etməsinin müəyyən olunub-olunmaması ilə bağlıdır. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən digər hal isə avtobusun sürücüsü tərəfindən onun marşrut xəttinə qeyri-saz vəziyyətdə, təhlükəsizlik kəmərləri olmadan çıxarılması halıdır ki, məhkəmə tərəfindən hala hüquqi qiymət verilməmiş, bu əhəmiyyət kəsb edən hal ümumiyyətlə araşdırılmamışdır. Halbuki, həm təqsirləndirilən şəxsin ifadəsi, həm cavabdeh təşkilatın nümayəndəsinin mövqeyi, həm də ekspert rəyi ilə müəyyən olunmuşdur ki, avtobus marşrut xəttinə sərnişinlər üçün təhlükəsizlik kəmərləri olmadan buraxılmış, sürücü bu idarə etdiyi avtobusda çatışmamazlığı bilə-bilə avtobusu marşrut xəttinə salmış, ictimai nəqliyyatın təhlükəsizliyi qaydalarını pozmuşdur. Halbuki, nəqliyyat vasitəsinin təhlükəsizlik kəməri olmadan idarə edilməsi yol hərəkəti qaydalarının pozulması sayılır. Həm bu pozuntunun və də qapılar açıq vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsinin nəticəsidir ki, mən baş vermiş toqquşma nəticəsində oturacaqdan yerə atılmış, yıxılmış, daha sonra isə avtobusdan kənara düşmüşəm. Əgər nəqliyyat vasitəsi təhülkəsizlik kəməri ilə təchiz edilmiş olsaydı və mən həmin kəmərdən istifadə etməsəydim, bu zaman mənim xəsarət almağımda avtobus sürücüsünün heç bir məsuliyyət və təqsiri olmazdı. Halbuki, mən təhlükəsizlik kəmərindən istifadə etsəydim qapıların açıq olmasından asılı olmayaraq toqquşmanın təsirindən mən oturacaqdan yıxılmaz və xəsarət də almazdım. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi bu vacib halı araşdırmamış, əlavə avtotexniki ekspertiza təyin etməklə qapalı və iş üçün əhəmiyyətli sualları aydınlaşdırmamış, heç bir əsaslandırma aparmadan təqsirləndirilən şəxsin baş vermiş hadisəyə aidiyyətinin olmaması müəyyən olunmuşdur. Burada məsuliyyət birbaşa həm nəqliyyat vasitəsini idarə edən şəxsin, həm də nəqliyyat vasitəsinin mülkiyyətçisinin üzərinə düşür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs kassasiya şikayətinin başlıca dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum bəraət verilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə verilmiş ittiham üzrə Məhkum əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Apell yasiya instansiyası məhkəməsi belə nəticəyə gələrkən, iş materiallarında olan və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun şəkildə tədqiq edilmiş iş üzrə digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, ibtidai və məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəylərinə, maddi sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Apellyasiya instansiya məhkəməsində dindirilmiş Məhkum özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ibtidai istintaq zam anı verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq isə göstərmişdir ki, o təxminən 18 il olar ki, avtobus idarə edir. Onun BD kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, təxminən il yarım olar ki, «xxxx» MMC-də sürücü işləyir. Həmin MMC-də hazırda sürücü işləməsi ilə bağlı 49 saylı marşrut xətti üzrə fiziki şəxs X8 adına qeydiyyata alınmış «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu yol vərəqəsi əsasında idarə edir. lşlədiyi marşrut xətti «Sabunçu» dairəsindən başlayaraq metronun 28 may stansiyası istiqamətində bitir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 12-30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan içərisində sərnişin olan «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusla Bakı şəhəri Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətindən üzü Bakı metropolitenin «Neftçilər» stansiyası istiqamətində saatda 40 km surətlə hərəkət edərkən qarşıda hərəkət etdiyi istiqamətdə yüksək surətlə hərəkət edən «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobilin onun hərəkət istiqamətimə girməsini gördükdə o, həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtobusa tormozlama edib yolun sağ tərəfinə çəksə də, həmin avtomobil onun idarə etdiyi avtobusun qabaq sol tərəfindən vuraraq toqquşması nəticəsində üzü aşağı Bakıxanov qəsəbəsi istiqamətindən üzü metronun «Neftçilər» stansiyası istiqamətində yerini dəyişmişdir. Hadisə nəticəsində o, avtobusda xəsarət alan sərnişinlərə köməklik göstərmiş və hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Sonradan hadisə yerinə təcili yardım avtomaşınları gəlmiş lər. Ona hadisə yerində sonradan məlum olmuşdur ki, «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtobusla toqquşmazdan əvvəl eyni zamanda «Honda CRV» markalı ** GA *** nömrə nişanlı avtomobili arxa sol təkərindən və qanadından vuraraq toqquşmuşdur. Baş vermiş hadisə zamanı o xəsarət almamışdır. İdarə etdiyi avtobusla «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobillə toqquşması ani vaxt ərzində baş vermiş və həmin vaxtı sərnişinlərdən qapıdan çölə yıxılan olmamışdır. Hadisə baş verənə qədər idarə etdiyi avtobusun hər iki sərnişin qapısı bağlı olmuşdur. Yalnız hadisə, yəni avtomobillər toqquşduqdan və avtobus dayandıqdan sonra sərnişinlərin tələbi ilə qapını açmışdır. Belə ki, sərnişinlər toqquşmadan sonra avtobusun içərisinə tüstü daxil olduğundan uca s əslə ondan qapıları açmasını tələb edirdilər ki, həm tüstü onları boğmasın, həm də avtobusdan düşə bilsinlər. Hadisə vaxtı Zərərçəkmiş şəxs dəqiq harada əyləşməsinə fikir verməsə də, zərərçəkmiş şəxsin özünün və şahidlərin deməsindən bilmişdir ki, sonuncu qabaqda əyləşmişdir. İdarə etdiyi avtobus “xxxx” MMCyə məxsus olmaqla, 2012-ci ildə istehsal olunmuşdur və texniki təchizatında kondisioner sistemi olmamaqla yanaşı, sərnişinlər üçün oturacaqlarda təhlükəsizlik kəmərləri yoxdur. Hadisə vaxtı idarə etdiyi avtobusda sərnişinlərdən ayaq üstə dayanan şəxs olmamışdır. Son olaraq çıxışında qeyd etmişdir ki, onun baş vermiş hadisədə və zərərçəkmiş şəxsin xəsarət almasında heç bir təqsiri yoxdur və bu səbəbdən barəsində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəs i ilə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində və verilmiş suallara cavab olaraq göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə qardaşının ad günü olmuş, qəza baş verən zaman o və iki uşağı da «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusda sərnişin olmuşlar. Hadisədən qabaq əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan və məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs ondan bir qədər öndəki oturacaqda əyləşmişdir. Dəqiq xatırlamadığı saatda üzü metronun Neftçilər stansiyası istiqamətində qalxarkən, anidən yol-nəqliyyat hadisəsi baş vermiş və avtobusla toqquşma olmuşdur. Hadisə baş verən zaman avtobus güclü zərbə aldığından avtobusda toz-torpaq qalxmış, sərnişin olaraq onlar elə zənn etmişlər ki, avtobus alışmışdır. Ona görə də avtobusdakı sərnişinlər sürücüyə qışqırmışlar ki, qapını açsın. Bundan sonra, yəni hadisə baş verdikdən sonra sürücü öndəki sərnişin qapısını açmışdır. Hadisə vaxtı qapı bağlı olmuşdur, belə ki, həmin vaxt avtobusda onun yanında uşaqları da olmuş, o bir ana kimi uşaqlarının təhlükəsizliyi baxımından avtobus hərəkətdə olarkən hər şeyə diqqət etmişdir. Hadisədən sonra sərnişinlərin neçə dəqiqəyə yerə düşdüklərini dəqiq bilməsə də, sərnişinlərdən heç kəs xəsarətlə yerə düşürdülməmiş, hər kəs avtobusdan özü addımlayaraq düşmüşdür. Hadisədən qabaq və hadisə zamanı avtobusda ayaq üstə sərnişin olmamışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs qapıdan yıxılmasını şahidi olmamış, eyni zamanda sərnişinlər avtobusdan düşdükdən sonra heç kimi, eləcə də Zərərçəkmiş şəxs yerdə uzanıqlı şəkildə görməmişdir. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində və verilmiş suallara cavab olaraq göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə qızı X15 və nəvəsi ilə birlikdə «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusda sərnişin olmaqla “8-ci kilometr” adı ilə tanınan bazara getmişdir. Dəqiq xatırlamadığı saatda Bakıxanov qəsəbəsindən üzü Neftçilər metrostansiyası istiqamətində yoxuşu qalxarkən, qəfildən oturduğu yerdən yuxarı tullanmışdır. O, maşının təkərinin yuxarı səthində yerləşən oturacaqda oturduğuna görə əvvəlcə avtobusun təkərinin partladığını zənn etdiyindən, avtobusun qəzaya uğradığını bilməmişdir. Hadisə vaxtı onun qucağında səkkiz aylıq nəvəsi olmuş, qəzadan ani olaraq sonra görmüş ki, nəvəsi onun qucağından yerə yıxılmışdır. O dərhal özünü nəvəsinin üstünə atmışdır ki, nəvəsinin üstünə çıxan olmasın. Həmin vaxt nəvəsinin üzərində qan izləri görüb qorxsa da, avtobusda olan sərnişinlərdən bir nəfər tanımadığı şəxs ona demişdir ki, narahat olmasın nəvəsinin üstünə tökülən qan onun qanıdır. Həmin vaxt avtobusda o da daxil olmaqla hər kəs həyəcanlanmış və sərnişinlər qışqıraraq avtobusdan düşə bilmələri üçün sürücüdən qapını açmasını tələb etmişlər. Onların bu tələbindən sonra sürücü avtomobilin ön qapısını açmış və sərnişinlər avtobusdan düşmüşlər. Hadisə vaxtı qızı X15 avtobusda arxa sıralarda əyləşmişdir. Zərbənin təsirindən avtobusun arxa sərnişin qapısı açılmamış, sərnişinlər qabaq qapıdan düşmüşlər. Onun özü baş vermiş hadisə nəticəsində sinə nahiyəsindən xəsarət almış və i stintaq zamanı məhkəmə-tibbi ekspertiza tədqiqatından da keçmişdir. Şahidi olduğu yolnəqliyyat hadisəsinin “Youtube” internet portalında görüntüsü var, həmin görüntülərdə onların həmin avtobusda olduqları görünür. Hadisə vaxtı avtobusun sərnişinlər üçün nəzərdə tutulmuş hər iki qapısı bağlı olmuş, avtobusda ayaq üstə sərnişin olmamışdır. Avtobusun ön qapısı açıldıqdan sonra o, nəvəsi ilə birlikdə avtobusdan düşmüş, ondan sonra da sərnişinlərdən avtobusdan düşənlər olmuşdur. Avtobusda ön sərnişin qapısı açıldıqdan sonra basa-bas olmamış, sərnişinlər təmkinlə avtobusdan düşmüşlər. Avtobusdan yerə düşərkən, hadisə baş verənədək tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs yerdə görməmişdir. Hadisədən sonra sinə nahiyəsində ağrılar hiss etdiyindən 3 saylı ŞKX-ya müraciət etm iş və orada olarkən Zərərçəkmiş şəxs xərəkdə uzanıqlı vəziyyətdə görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ondan körpə nəvəsinin necə olması barədə soruşmuşdur. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində və verilmiş suallara cavab olaraq göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə anası X5 və körpə qızı ilə birlikdə «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusda sərnişin olaraq “8-ci kilometr” adı ilə tanına bazara getmişlər. Avtobusda anası qabaq sıralardakı oturacaqda oturmuş, o isə körpə qızını anasına verib, bir qədər arxa sırada oturmuşdur. Dəqiq xatırlamadığı saatda Bakıxanov qəsəbəsindən üzü Neftçilər metrostansiyası istiqamətində yoxuşu qalxarkən qarşı tərəfdən hərəkətdə olan Opel markalı avtomobilin üzərilərinə gəldiyini görüb qışqırmaq istəsə də, anasının qorxacağını düşünüb sonunculara tərəf qaçmaq istəyərkən qəza baş vermiş və avtobusun ön hissəsi göyə qalxaraq yerə düşmüş, avtobusun qalxması ilə eyni vaxtda zərbənin təsirindən sərnişinlər də oturduqları yerlərindən yuxarı atılmışlar. Həmin vaxt anasına çatdıqda uşağı yerdə olmuş, anası da körpənin üstünə doğru uzanıqlı olmuşdur. Bundan sonra körpəni yerdən götürmüşdür. Həmin vaxt avtobusun salonuna tüstü dolmaqda olmuş, sərnişinlər isə qapılar bağlı olduğundan qışqıraraq sürücüdən qapıları açmasını tələb etmişlər. Bundan sonra sürücü avtobusun qabaq qapısını açmış və sərnişinlər avtobusdan aşağı düşmüşlər. Hadisədən sonra o, anası və övladı ilə birlikdə yaşadıqları evə getmiş, anası sinəsində ağrılar hiss etdiyindən müayinə olunmaq üçün “Sabunçu” xəstəxanasına getmişlər. Hə min vaxt xəstəxanada olarkən, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs da olmuş və sonuncu ondan körpə övladının necə olması barədə maraqlanmışdır. Bir daha bildirir ki, hadisə vaxtı avtobusun qapıları bağlı olmuş və yalnız sərnişinlərin tələbindən sonra sürücü avtobusun qapılarını açmışdır. Hətta həmin vaxt sürücü hər iki qapını açmağa çalışsa da avtobusun arxa qapısı zərbənin təsirindən yaranmış nasazlıq səbəbindən açılmamış, bütün sərnişinlər bir-bir ön sərnişin qapısından avtobusu tərk etmişlər. Avtobusdan düşdükdən sonra yerdə xəsarət almış vəziyyətdə heç kimi görməmiş, eyni zamanda Zərərçəkmiş şəxs da yerdə uzanıqlı vəziyyətdə görməmişdir. O, Zərərçəkmiş şəxs hadisədən əvvəl avtobusa ön sərnişin qapısından minərkən solda birinci oturacaqda görmüş, həmin vaxt həmin oturacaq da bir toppuş xanımın əyləşməsi onun diqqətini çəkmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1147 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol diz oynağında medial menskin arxa buynuzunun yırtığı, təpəənsə nahiyəsinin dərialtı hematoması və sağ diz oynağı nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 02.08..2019-cu il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtobusdan yerə yıxılması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.(cild 01, iş vər. 114-116) Məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 11T/S saylı rəyindən görünür ki, X2 dö ş qəfəsinin sağ yarısının əzilməsi müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir. Qərarda göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (cild 01, iş vər. 117-118) Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli, 21626 nömrəli ekspert rəyindən görünür ki, Opel Astra markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X19 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə - hərəkət üçün təhlükə yaranan anda «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusun toqquşma yerindən 35 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Məhkum toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqıqdna” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusun toqquşma yerindən 35 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Məhkum toqquşmanın qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmuşdur. (cild 01, iş vər. 122-125) “İstintaq eksperimentinin keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Məhkum iştirakı ilə xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hadisənin baş vermə şəraitinin dəqiqləşdirilməsi üçün istintaq eksperimenti keçirilmiş və nəticədə hərəkət üçün təhlükə yaranan anda «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusun toqquşma yerindən 32,5 (otuz iki tam onda beş) metr məsafədə olması müəyyən edilmişdir. (cild 01, iş vər 127-129) Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 24854 saylı rəyindən görünür ki, sürücü Məhkum «Daewoo» markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtobusu qapısı açıq vəziyyətdə hərəkət etdirdiyindən onun hə rəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin toqquşma nəticəsində sərnişinin «Daewoo» markalı avtobusun açıq vəziyyətdə olan qapısından yıxılması nəzərə alınmaqla sürücü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla sərnişinin avtobusun açıq vəziyyətdə olan qapısından yıxılması arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətin aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı və ya məhkəmə tərəfindən qiymət verilə bilər. (cild 01, iş vər. 140-143) İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ek spertizasının xx xxxxxxx 2019cu il tarixli 24854 saylı rəyindən də görünür ki, toqquşma nəticəsində sərnişinin «Daewoo» markalı avtobusun açıq vəziyyətdə olan qapısından yıxılması nəzərə alınmaqla sürücü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 56cı maddəsinin 8-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla sərnişinin avtobusun açıq vəziyyətdə olan qapısından yıxılması arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid olmaması qeyd olunmuşdur. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli, 21626 nömrəli ekspert rəyindən və “İstintaq eksperimentinin keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocə dvəldən göründüyü kimi, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə - hərəkət üçün təhlükə yaranan anda «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusun toqquşma yerindən 35 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Məhkum toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır ki, müvafiq istintaq eksperimenti keçirilməsi nəticəsindəhərəkət üçün təhlükə yaranan anda «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusun toqquşma yerindən 32,5 (otuz iki tam onda beş) metr məsafədə olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1147 saylı rəyi isə, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin ekspertiza tədqiqatının təyin olunmasına dair qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtobusdan yerə yıxılması nəticəsində törənə biləcəyi ehtimalına əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamı n sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırıb Məhkum əməlində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi nəzərdə tutulan cinayət tərkibi olmadığından, bəraət üçün isə kifayət etməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsir sizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 138.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin hökmünü ləğv edərək, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmü çıxarması mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafi q olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının Məhkum dair hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd oluna nlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı Məhkum aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-302/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-302/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver