Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-307/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının xxx xxx xxxx-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xxx xxx xxx-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.E.Kamranov) Məhkum (xx xxxxxx 1980-cı ildə ünvan4nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi qaydada sahibkarlıqla məşğul olan, ünvan3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-dək yaşayış yerin i tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrasına nəzarətin Məhkum daimi yaşayış yeri üzrə XXXX75nə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxx xxx xxxx-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) Məhk um müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xxx xxx xxx-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxx xxx xxxx-cu il tarixliqərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən, Məhkum ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, xxx xxx xxx-cu il tarixdə X2 ünvan5, X15 küçəsi, ünvan6 ünvanında yerləşən qeyri-yaşayış sahəsini alaraq təmir edib həmin ünvanda 2019-cu ilin mart ayının əvvəlindən Azərbaycan Respublikasının qanunvericiyli ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyərək fərdi sahibkar qismində XXX 85 adlı kafesini işlədərkən kafenin sahibi kimi vəzifəli şəxs olmaqla səhlənkarlıq edib işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək özü və kafedə şifahi razılıq əsasında dönərçi kimi işləyən X7 tərəfindən kafedə gigiyena normalarının tələblərinə düzgün riayət olunmasına, dezinfeksiya işlərinin həyata keçirilməsinə, qida maddələrinin termiki emal gördükdən sonra sürətlə soyudulmasına və soyuducuda saxlanılmasına, işçi heyətin şəxsi gigiyena qaydalarına əməl edilməsinə nəzarət etməmiş və həmin pozuntuları aradan qaldırmamış, bunun nəticəsində kafedə dönərin hazırlanmasında istifadə edilən toyuq ətində “S.aureus” (“Staphylococcus aureus”) bakteriyaları əmələ gəlmiş və həmin toyuq ətini 13 mart 2019-cu il tarixdə saat 12:30 radələrindən başlayaraq dönərdə satılması nəticəsində həmin dönərləri alan X6 peroral (a ğız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran, Zərərçəkmiş şəxs6 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran, X4 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran, Zərərçəkmiş şəxs7 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran, Zərərçəkmiş şəxs1 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən, Zərərç əkmiş şəxs3 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən, X5 peroral (ağız vasitəsilə) qəbul edilmiş heyvan və bitki mənşəli qida məhsullarından sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər alaraq zəhərlənmişlər, bununla da Məhkum öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək ağır nəticələrə səbəb olan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum dövlət orqanlarında rəsmən qeydiyyata alınmadan XXX 85 kafesini işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ndan, yəni Cinayət Məcəlləsinin 314-cü maddəsinin dispozisiyası ilə ehtiva olunan xüsusi subyekt – vəzifəli şəxs sayılmadığından, eləcə də kafedən aldıqları dönərlərdən zəhərlənən dörd nəfər zərərçəkmiş şəxsin sağlamılığına yüngül zərər, üç nəfər zərərçəkmişin sağlamlığına isə dərəcəsi təyin edilməyən zərər vurulduğundan, yəni Məhkum ehtiyatsızlığı ağır nəticələrə səbəb olmadığından, o, məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində əsassız və qanunsuz olaraq (əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xxx xxx xxxx-cu il tarixli qərarının ləğv edilməsini, Məhku m barəsində cinayət işi üzrə icraata əməlində cinayət tərkibinin olmaması əsası ilə xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsi ndə kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində əməllərində səhlənkarlıq cinayətinin tərkib əlamətləri müəyyən olunmadığı, o cümlədən vəzifəli şəxs sayılmaığı və onun ehtiyatsızlığı ağır nəticələrə səbəb olmadığı halda Məhkum əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya instansiy ası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.6-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xxx xxx xxxx-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irə li gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli qərarının işığında birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Posessual Məcəllə sinin 143-46-cı maddələrinə müvafiq surətdə tədqiq edib, həqiqi məzmunlarına uyğun olaraq qiymətləndirildiyi sübutlara əsasən müəyyən etdiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı halları nəzərdən keçirdikdə, onlar müvafiq vergi orqanında qeydiyyadan keçməsə də, XXX 85 kafesini əldə edib işlətməklə hüquqi şəxs yartamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu üzdən dönərlərin hazırlanmasına və satışına, işə götürməklə bu funksiyaları həyata keçirmək vəzifəsi ilə yüklədiyi kafenin işçisinə münasibətdə hüquqi əhəmiyyət kəsb edən hərəkətləri yerinə yetirməli, o cümlədən müştərilərə satılan dönərlərin keyfiyyətinə nəzarət etməli olan Məhkum Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyekti kimi qiymətləndirməyə əsas verir. Odur ki, məhkəmə heyəti müdafiəçinin Məhkum səhlənkarlığa görə cinayət məsuliyyətininə cəlb olunmasının ümumiyyətlə əsassız və qanunsuz olaması barədə dəlili ilə razılaşmır. Lakin, Məhkum əməlinə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində cinayəti ağırlaşdıran hal qismində nəzərdə tutulmuş “əməlin ağır nəticəyə səbəb olması” əlamətinin şamil edilməsinin mübahisələndirilməsinə gəldikdə, məhkəmə kollegiyası bu hissədə aşağıda gətirilən dəlillərə görə müdafiəçinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiyasına əsasən (əsas tərkibi nəzərdə tutan Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə birlikdə götürülməklə), bu maddə ilə cinayət məsuliyyəti səhlənkarlıq “ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” yaranır. Məhkəmə hey ətinin fikrincə Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiyasında “zərərçəkmiş şəxsin ölümü” və “digər ağır nəticələr” eyni sanksiyaya səbəb olan alternativ nəticələr kimi təsbit edildiyindən, “digər ağır nəticələr” insan ölümü ilə müqayisəyə gələ biləcək ağırlıqda olmalıdır. Bu cür nəticəyə səbəb olmayan hallar isə, o cümlədən hazırki işdə olduğu kimi bir neçə şəxsin sağlamlığına ehtiyatsızlıqdan yüngül və yaxud az ağır zərərin vurulması Cinayət Məcəlləsinin 314.1-ci maddəsində göstərilən “mühüm zərər” əlaməti ilə əhatə olunan əməllər kimi şərh edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1 və 314.2-ci maddələrinin sanksiyalarının həmin Məcəllənin digər uyğun (qəsdin ehtiyatsızlıq formasında törədilən cinayətləri nəzərdə tutan) maddələrinin sanksiyaları, eləcə də Rusiya Federasiyasının Cinayət Məcəlləsinin səhlənkarlıq cinayətini təsbit edən 293-cü maddəsi ilə müqayisəsi də bu mülahizənin düzgün olduğunu göstərir. Belə ki, Cinayət Məcəlləsinin 314.1-ci maddəsində göstərilən mühüm zərərin vurulmasına səbəb olan (böyük ictimai təhlükə tötəməyən cinayət kimi təsnif edilən) səhlənkarlıq “min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərə tutulmuşdu r. Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə cinayətlər” bölməsində və yaxud “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər” fəslində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərin vurulması cinayət xarakterli əməl kimi nəzərdə tutulmamışdır. Cinayət Məcəlləsinin “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər” fəslində, məsələn 262.1, 263.1-ci maddələrdə göstərilən ehtiyatsızlıqdan istər bir, istərsə də bir neçə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurluması ilə nəticələnən əməllərə görə müəyyən edilən sanksiyalar (böyük ictimai təhlükə törətməyən cinayətlərə müvafiq şəkildə tərtib edilməklə) daha çox Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin sanksiyası, 262.1-1, 26 3.1-1-ci maddələrində nəzərdə tutulmuş ehtiyatsızlıqdan sağlamlığa ağır zərərin vurulması ilə nəticələnən əməllərə görə müəyyən eilən sanksiyalar isə (az ağır cinayətlərə müvafiq şəkildə tərtib edilməklə) daha çox Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyası ilə uyğunluq təşkil edir. Əmək mühafizəsi qayadalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 162-ci maddəsində isə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulmasının ehtiyatsızlıqdan insan sağlamlığına nəinki az ağır, hətta ağır zərərin vurulmasına səbəb olmasına görə “iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə” cəzaları nəzərdə tutulmuş, yəni bu əməllər də böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilmişlər. Xüsusi subyekt olması tələb olunmayan hallarda da şəxsin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması (onların sayından asılı olmayaraq) Cinayət Məcəlləsinin 131-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunmaqla “min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə” ilə cəzalandırılır. Maraqlıdır ki, “İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma” cinayətini təsbit edən Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxsin hətta, Cinayət Məcəlləsinin 314-cü maddəsində olduğu kimi işə vicdansız və ya laqeyd münasibəti, yəni ehtiyatsızlığı üzündən deyil, bilə-bilə (birbaşa qəsdlə) pis keyfiyyətli məhsulları istehsal etməsi, satışa buraxması, satması, keyfiyyətsizliyini gizlətməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına nəinki az ağır, hətta ağır zərərin vurlumasına səbəb olduğu hallarda belə “on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə” cəzaları ilə cəzalandırılmaqla böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilirlər. Aydındır ki, Cinayət Məcəlləsinin müddəalarına aralarında məntiqi bağlılıq olan normalar sistemi kimi yanaşıb, onları bir-biri ilə əlqələndirməklə və qanunvericinin iradəsini rəhbər tutmaqla nəzərdən keçirdikdə, qeydiyyatdan keçmədən fərdi sahibkarlıqla məşğul olan Məhkum işə laqeyd münasibəti nəticəsində, yəni bilmədən (ehtiyatsızlıqdan) pis keyfiyyətli toyuq ətindən hazırlanmış dönərləri satışa buraxmasını və bunun Cinayət Məcəlləsinin 200.3-cü maddəsində göstərilənlərdən daha yüngül nəticələrə (dörd nəfərin sağlamlığına yüngül, üç nəfərin sağlamlığına dərəcəsi təyin edilməyən zərərin vurulmasına) səbəb olmasını CM-in 200.3-cü maddəsində göstərilən (təqsirin qarışıq formasında törədilən) cinayətdən daha ağır, ictimai təhlükəliliyi daha yüksək cinayət kimi nəzərdən keçmək mümkün deyil. Əks halda şəxsin ictimai təhlükəliliyi daha az olan əmələ görə daha ağır cə zalandırılmaq ehtimalı, onu ictimai təhlükəliliyi (ağırlığı) daha yüksək, lakin cəzası daha yüngül olan cinayəti törətməyə sövq edən (daha ağır cinayətin törədilməsini “sərfəli” edən) faktor rolunu oynaya bilər. Məhkum səhlənkarlığının səbəb olduğu ictimai təhlükəli nəticələri (keyfiyyətsiz dönərlərdən zəhərlənmiş zərərçəkmiş şəxslərdən dörd nəfərin sağlamlığına yüngül zərərin, üç nəfərin sağlamlığına dərəcəsi təyin edilməyən zərərin vurulmasını) yuxarıda təsvir edilən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin digər normaları, o cümlədən 162-ci maddəsi ilə (həmin madələrdə nəzərdə tutulmuş cinayətlər və sanskiyalarla) müqayisə etdikdə isə Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin sanksiyasının sağlamlığa yüngül və dərəcəsi təyin edilməyən zərər vurma kimi ictimai-təhlükəli nəticələri və ümumil ikdə əməlin ağırlığını kifayət qədər əhatə etdiyi aydın görünür. Rusiya Federasiyasının Cinayət Məcəlləsində də (293-cü maddəsinin əvvəlki redaksiyasında) səhlənkarlıq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314cü maddəsində olduğu kimi təsbit edilmiş, o cümlədən mühüm (əhəmiyyətli) zərərin vurulması ilə nəticələnən səhlənkarlıq maddənin birinci hissəsində, zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq isə daha ağır cəzaya səbəb olan əməl kimi maddənin ikinci hissəsində nəzərdə tutulmuşdu. Baxmayaraq ki, maddənin əvvəlki redaksiyası dövründə də hüquq ədəbiyyatında fiziki zərər aspektində “digər ağır nəticələr” dedikdə, ehtiyatsızlıqdan ağır zərərin nəzərdə tutulduğu qeyd olunurdu, sonrakı dövrdə həmin norma, o cümlədən “digər ağır nəticə” ifadəsi daha dəqiq formulə edilmiş və RF Cinayət Məcəlləsinin 293-cü maddəsinin 2-ci bəndində səhlənkarlığın zərərçəkmiş şəxsin ölümünə səbəb olması və ya (müstəsna olaraq) sağlamlığına ağır zərərin vurulması eyni bir dispozisiyada cinayəti ağırlaşdıran tövsifedici əlamət kimi nəzərdə tutulmuş, beləliklə istər bir, istərsə də bir neçə şəxsin sağlamlığına ehtiyatsızlıqdan digər ağırlıqda (yəni az ağr və yüngül) zərərin vurlması maddənin birinci bəndində “vətəndaşın hüquqlarının və qanuni mənafelərinin mühüm (əhəmiyyətli) pozuntusu” ifadəsi ilə əhatə olunan sadə səhlənkarlığın ictimai təhlükəli nəticəsi kimi təsbit edilmişdir. Yuxarıda gətirilən dəlillərə görə məhkəmə kollegiyası hesab edir ki, səhlənkarlığın hətta bir neçə şəxsin sağlamlığına yüngül və ya az ağır zərərin vurulması ilə nəticələnmiş hallarını insan ölümü ilə nəticələnmiş əməllə eyniləşdirməklə cinayətin “digər ağır ağır nəticəyə səbəb olması” kimi təfsir etməyə qanuni əsas yoxdur. Bunlar Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş “mühüm zərər” əlaməti ilə əhatə olunan nəticələr kimi qiymətləndirilməlidir. Odur ki, şərh edilən hissədə müdafiəçinin kassasiya şikayəti əsaslı müraciət kimi qiymətləndirilməli, məhkəmələr əməlin hüquqi tövsifində səhvə, yəni Cinayət-Prosessual Məcəllənin 416.0.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiklərindən, mübahisələndirilən qərar və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə Məhkum ehtiyatsızlıqdan zərərçəkmişlərdən dörd nəfərin sağlamlığına yüngül, üç nəfərin sağlamlığına dərəcəsi təyin edilməyən zərərin vurulması ilə nəticələnmiş səhlənkarlığı Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən 314.1-ci maddəsinə tövsif edilməli və Məhkum cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, şəxsiyyəti, o cümlədən iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin sanksiyası daxilində - azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan məsələlər üzrə müəyyən edilmiş hallardan, habelə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərindən və Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş ədalət prinsipinin tələblərindən çıxış edərək, Məhkum 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaş dırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətənin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xxx xxx xxxx-cu il tarixli qərarı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xxx xxx xxx-cu il tarixli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xxx xxx xxxx-cu il tarixli qərarı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xxx xxx xxx-cu il tarixli hökmü dəyişdirilsin, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən həmin Məcəllənin 314.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xxx xxx xxxx-cu il tarixli qərarı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xxx xxx xxx-cu il tarixli hökmü qalan hissələrdə, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasını müşayiət edən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xxx xxx xxx-cu il tarixli hökmü ilə Məhkum üzərinə qoyulmuş vəzifələr dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-307/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-307/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver