Məhkəmə qərarları › İş №1(102)-3112/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3112/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3112/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 2 63.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2025-ci il tarixli, 1(103)1917/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1980-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühafizəçi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Quşçuluq massivi, “AAAF Park” yaşayış kompleksində yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 18 avqust 2023-cü il tarixdə saat 17 radəl ərində etibarnamə əsasında idarə etdiyi və texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C220 CDİ” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt-Pirşağı avtomobil yolunda Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Binəqədi rayonu ərazisinə aid olan hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinn 1-ci bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və 1.1 üfüqü nişanlanma xəttini (bütöv ağ xətti) kəsib keçmək qadağan olduğu halda və onun həmin maddələrin tələ blərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin maddələrin tələblərini pozaraq, qarşıdan əks istiqamətdə X7 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını nəzərə almalı, idarə etdiyi avtomobili ilə üfüqü nişanlanma xəttini kəsib keçmək qadağan olduğu halda kəsib keçərək qarşıdan əks istiqamətdə düzünə hərəkətdə olan “Toyota Prius” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə avtomobildə olan sərnişinlər - Qanuni nümayəndə sol sağrı nahiyəsinin qançırı kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət, Şahid1 sol bazu nahiyyəsinin sıyrığı, sağ bud nahiyəsinin qançırları kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarətlər və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün sınığı kimi sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli xəsarətlər yetirməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X13) 23 yanvar 2025ci il tarixli 1(001)-79/2025 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması hökm edilmiş, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hazırkı hökmlə müəyyən edilmiş müddətə şamil edilməsi, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə tərəfindən Məhkum qarşı verilmiş mülki iddia baxılmamış saxlanılması, mülki iddianın verilməsi üçün ödənilmiş 180 manat dövlət rüsumunun geri qaytarılması, zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında yenidən iddia vermək hüququnun olması izah edilmiş, hökmlə həmçinin məhkəmə xərcləri və digər məsələlər də həll edilmişdir.

4. Hökmdən Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X14 və X5 ibraət məhkəmə tərkibində)18 mart 2025-ci il tarixli 1(103)-700/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hökmün apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, hökmdən “Verilmiş mülki iddia baxılmamış saxlanılsın. Mülki iddianın verilməsi üçün **********66 saylı mədaxil qəbzi ilə ödənilmiş 180,00 manat dövlət rüsumu geri qaytarılsın. Zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında yenidən iddia vermək hüququnun olması izah edilsin” müddəalarının xaric edilməsi, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni nümayəndə mülki iddiasının qismən təmin olunması, iş üzrə mülki cavabdeh Məhkum maddi ziyana görə 5000 (beş min) manatın, mənəvi ziyana görə 2000 (iki min) manatın, həmçinin ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun alınaraq Qanuni nümayəndə verilməsi, iddianın qalan hissədə təmin olunmaması, hökmün verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qərardan məhkum və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və mülki iddiaçı Qanuni Nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayətləri verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2025-ci il tarixli 1(103)700/2025 nömrəli qərarından Məhkum və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - mülki iddiaçı Qanuni Nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayətləri verilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: X1 (sədrlik edən v ə məruzəçi), X15 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində) 26 avqust 2025-ci il tarixli, 1(102)-1670/2025 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - mülki iddiaçı Qanuni Nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, qərarın məhkumun kassasiya şikayətinə münasibətdə mülki iddiaya aid hissədə ləğv edilərək, cinayət işinin həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılması qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X8 və X3 ibraət məhkəmə tərkibində) 22 oktyabr 2025-ci il tarixli, 1(103)1917/2025 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi - mülki iddiaçı Qanu ni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 1(001)-79/2025 saylı hökmünün mülki iddianın baxılmamış saxlanılmasına aid hissədə dəyişdirilməsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - mülki iddiaçı Qanuni nümayəndə mülki iddiasının mənəvi ziyana aid hissədə qismən təmin edilməsi, Məhkum mənəvi zərərin əvəzi olaraq 2000 manatın tutularaq zərərçəkmiş şəxsin şəxsin qanuni nümayəndəsi - mülki iddiaçı Qanuni nümayəndə ödənilməsi, hökmün qalan hissələrdə, o cümlədən mülki iddiaya münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

11. Məhkum kassasiya şi kayətində cinayət işinin faktiki hallarına, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəyə istinadlar edərək qeyd etmişdir ki, apellyasiya məhkəməsi mülki iddianın qismən təmin edilməsi hissəsində yalnışlığa yol vermişdir. Belə ki, onun səhhətində problemlərinin olması, zərərçəkmiş şəxsə ödənişlər etməsi nəzərə alınmamışdır. Həmçinin şikayətində qeyd etmişdir ki, maddi imkanı olmadığından məhkəmə prosesləri zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməsə də, hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı hər hansı şikayət və tələbi yoxdur.

12. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oru c qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin (bundan sonra mətndə: “Azərbaycan Respublikası CPM-in”) 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegi yasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2025-ci il tarixli, 1(103)-1917/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Məhkəmə kolleg iyası iş üzrə mülki iddianın həllinə aid hissədə apelyasiya məhkəməsinin qərarının qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunubolunmamasına münasibət bildirməyi zəruri hesab edir.

19. Ədalət prinsipinin tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

20. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmü şəxsin müvafiq maddə ilə təqsirli bilinməsi və ona təyin edilmiş cəzaya dair hiss ədə apellyasiya instansiyası məhkəməsinin qərarı ilə qanuni qüvvəyə minmişdir. Hazırkı kassasiya icraatının predmetini isə apellyasiya instansiyası məhkəməsinin qərarının mülki iddianın qismən təmin edilməsinə dair hissəsi təşkil edir.

21. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.

22. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

23. Həmin Məcəllənin 179.3-cü maddəsin ə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

24. Habelə həmin Məcəllənin 181.1-ci, 181.1.1-ci və 181.2-ci maddələrinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır və bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir e dilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini və mənəvi ziyanın ödənilməsini tələb edə bilər.

25. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.

26. Mülki iddialarla bağlı “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarında göstərilmişdir ki, “Mülki iddia cinayət əməli nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə zərər vurmuş şəxsə və ya onun əməlinə görə üzərinə maddi məsuliyyət qoyula biləcək şəxsə yönəlmiş tələbdir. Mülki iddia maddi məsuliyyətin realizə vasitəsidir. Mülki iddianın predmetini iddiaçının təqsirləndirilən şəxsə (mülki cavab dehə) qarşı ona vurulmuş maddi və qeyri-maddi ziyanın ödənilməsi ilə bağlı müraciətdir. Bu zaman cinayətin törədilməsi, maddi və qeyri-maddi ziyanın vurulması, eləcə də əməl ilə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulan maddi ziyan üzrə xərclərin ödənilməsi tələbinə dair mülki iddiaya baxarkən məhkəmələr vurulmuş ziyanın məbləğini mülki iddiaçı tərəfindən təqdim edilmiş sübutların məcmusuna (qəbzlər, arayışlar, müvafiq çıxarışlar və s.) əsasən müəyyən etməlidir. 27. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 71-ci bəndində göstərilmişdir ki, “məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008- ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilm əsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir.

28. Qərarın 72-ci bəndinə əsasən, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə məhkəmə əsaslandığı moti vləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. 29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiya tsızlıq) vəəmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın baş qa dəlillərlə sübuta ehtiyacı olmur.

30. Qərarın 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan hüquqları və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər.

31. İşin faktiki hallarından görünür ki, 18 avqust 2023-cü il tarixdə baş vermiş hadisə zamanı xx xxxx 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs dörd yaşı yenicə tama m olmuşdur. Azyaşlı Zərərçəkmiş şəxs 18 avqust 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağ bud sümüyünün sınığı ilə fiziki xəsarət almış, hadisə zamanı avtomobilin içərisində ailə üzvlərinin də xəsarət alması ilə güclü qorxu və şok vəziyyəti yaşamışdır, hadisə Zərərçəkmiş şəxs fiziki və mənəvi vəziyyətinə müəyyən dərəcədə mənfi təsir göstərmişdir. Bununla da Məhkum zərərçəkmiş şəxsə xəsarət yetirməklə, həm də ona mənəvi iztirab vermişdir.

32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti formal xarakter daşıyır və konkret hüquqi dəlillərlə əsaslandırılmamışdır. Belə ki, kassasiya şikayətinin məzmunundan görünür ki, məhkum dəlillərə istinad etmədən xəstə və işsiz olduğunu, maddi vəziyyəti ilə əlaqədar zərərçəkm iş şəxslə məhkəmə baxışı dövründə barışıq əldə edə bilmədiyini, lakin onlara maddi yardım göstərdiyini, habelə zərərçəkmiş şəxsin hazırda ona qarşı şikayətinin olmadığını və dəymiş zərərin tam ödənildiyini bildirmişdir. Lakin cinayət işi materiallarında tərəflər arasında barışığın əldə olunmasını təsdiq edən hər hansı mötəbər sübuta rast gəlinmir. Göründüyü kimi kassasiya şikayətində məhkum ümumi şəkildə sadalanan halları qeyd etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətində məhkəmənin araşdıraraq hüquqi qiymət verdiyi halları təkzib edən hər hansı yeni və ya əhəmiyyətli dəlil təqdim olunmamışdır.

33. Məhkum cəza təyin edilərkən, həmçinin zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilərkən, apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir.

34. Təsvir olunanlar məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416-cı maddəsində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətlərinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

35. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq və apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətini əsassız hesab edərək, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2025-ci il tarixli, 1(103)1917/2025 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir.

36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulm uş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2025-ci il tarixli, 1(103)-1917/2025 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar