Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3131/2025 21.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X3 iştirakı ilə, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, hakimlər X1 və X4 ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə, ## ######## 1983-cü ildə Cəlilabad rayonunun Çünzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu Çünzəli kəndində qeydiyyatda olub, Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması, ## ###### 1992-ci ildə Cəlilabad rayonunun Hamarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Cəlilabad rayonunun Çünzəli kəndində qeydiyyatda olmaqla Xəzər rayonu Buzovna qəsəbəsi yeni sahə adlanan ərazidə yerləşən ünvansız evdə yaşayan məhkum2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, eyni zamanda onun CM-in 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 15 (on beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 02 (iki) il 01 (bir) ay azadlığın məhdudlaşdırılması cəzasının təyin edilmiş cəza müddətinə daxil edilməsi, təyin edilmiş cəza müddəti bitdiyinə görə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Məhkəmənin hökmü ilə həmçinin maddi sübut və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti üzrə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər X5 və X9 ibarət tərkibdə) ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və ya kassasiya protestinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Işin halları: Hökmə görə, məhkum1 digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək külli miqdarda psixotrop maddə və narkotik vasitələri digər şəxsin Lerik şəhərinin ərazisində gizlətdiyi yerdən götürərək satış məqsədi ilə sonuncunun dediyi yerə çatdırdıqdan sonra bunun müqabilində 1500 manat qazanc alacağı vədi ilə razılaşaraq ## ###### 2024-cü il tarixdə saat 20 radələrində Lerik şəhərində fəaliyyət göstərən “Lerik Hotel”in yerləşdiyi “Şınbır” adlanan ərazisində qoyulan və istifadə olunmayan köşkün yaxınlığındakı daşın dibində gizlədilən qara rəngdə idman çantasının içərisində 2939,0 qram külli miqdarda narkotik vasitə qrudulmuş marixuana, 96,430 qram külli miqdarda narkotik vasitə heroin və 97,588 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla cinayətdən xəbərsiz məhkum2 idarə etdiyi “BMW” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı istiqamətə daşımış, ## ###### 2024-cü il tarixdə saat 20:00-da Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərində daşıdığı çanta ilə saxlanılaraq Şöbənin inzibati binasına gətirildikdən sonra həmin tarixdə saat 20:20-dən saat 20:53-dək üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi üzərində daşadığı qara rəngdə idman çantasının içərisində 01 ədəd bükümdə 96,430 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin, 01 ədəd bükümdə 97,588 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə külli miqdarda metamfetamin, orqonoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birilə eyni olan çəntənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 03 ədəd bükülüdə ayrı-ayrılıqda 1008,0 qr: 948,0 qr: 983,0 qram; ümumi təmiz çəkisi 2939,0 qram narkotik vasitə külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. məhkum2 digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən avtomobil təmiri emalatxanasının həyətyanı sahəsində dayanmış Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ-2109” markalı ** DS *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilini talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmaq qərarına gəlmiş, bu niyyətlə ## ####### 2023-cü il tarixdə, saat təxminən 00:10-da sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən avtomobil təmiri emalatxanasının həyətyanı sahəsində dayanmış 3850 manat dəyərində “VAZ 2109” markalı ** DS *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilinin mühərrikini işə salma kilidini sındırıb naqil vasitəsi ilə mühərriki işə sala bilmədikdən sonra avtomobilin sürətlər qutusunu sərbəst hərəkət vəziyyətinə gətirərək itələməklə qaçıraraq 500 metr məsafə qət etdikdən sonra Tovuz rayonu Tovuz-Dondar Quşçu avtomobil yolunun 1-ci kmnin Tovuz rayonu Dondar Quşçu kəndi ərazisindən keçən hissəsinin kənarında dərəyə aşırtmaqla Zərərçəkmiş şəxs məxsus 3850 manat dəyərində “VAZ-2109” markalı ** DS *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilinə 1645 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə məhkum2 tanışı məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək külli miqdarda psixotrop maddə və narkotik vasitələri digər şəxsin Lerik şəhərinin ərazisində gizlətdiyi yerdən aralarında əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq məhkum1 satış məqsədi ilə götürüb onun idarə etdiyi avtomaşınla daşıyıb digər şəxsin dediyi yerə çatdırdıqdan sonra bunun müqabilində məhkum1 200 manat və avtomobilinin yanacaq çəninin yanacaqla doldurulmaqla qazanc edəcəyi vədi ilə razılaşaraq məhkum1 ## ###### 2024-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “BMW” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhərində fəaliyyət göstərən “Lerik Hotel”in yerləşdiyi “Şınbır” adlanan ərazisinə gətirərək avtomobili Hotelin yaxınlığında dayandırmış, cinayətkar plana uyğun məhkum1 həmin ərazidə qoyulan və istifadə olunmayan köşkün yaxınlığındakı daşın dibində gizlədilən qara rəngdə idman çantasının içərisində 2939,0 qram külli miqdarda narkotik vasitə qrudulmuş marixuana, 96,430 qram külli miqdarda narkotik vasitə heroin və 97,588 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla onun avtomobilin dayandığı istiqamətə daşımış, ## ###### 2024-cü il tarixdə saat 20:00-da Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı məhkum1 üzərində daşıdığı çanta ilə saxlanılaraq Şöbənin inzibati binasına gətirildikdən sonra həmin tarixdə saat 20:20-dən saat 20:53-dək üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi qara rəngdə idman çantasının içərisində 01 ədəd bükümdə 96,430 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin, 01 ədəd bükümdə 97,588 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə külli miqdarda metamfetamin, orqonoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbirilə eyni olan çəntənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 03 ədəd bükülüdə ayrı-ayrılıqda 1008,0 qr: 948,0 qr: 983,0 qram; ümumi təmiz çəkisi 2939,0 qram narkotik vasitə külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Həmin qərarla məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə bəraət verilməsi, eləcə də məhkum1 və məhkum2 təyin olunmuş cəzaların qüvvədə saxlanılması cinayət-prosessual qanunvericiliyin tələblərinə, sübutların qiymətləndirilməsi qaydalarına və ədalət mühakiməsinin əsas prinsiplərinə zidd şəkildə qəbul edilmişdir. Iş materiallarının məcmu təhlili göstərir ki, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması üzrə cinayət əlaqəsinə girmələri faktı mötəbər sübutlarla tam şəkildə təsdiq olunmuşdur. Ibtidai istintaq mərhələsində müdafiəçinin iştirakı ilə verilmiş etirafedici ifadələr, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, nəqliyyat vasitəsinə baxış materialları, mobil telefon danışıqları və “konum” məlumatları, eləcə də məhkəmə ekspertiza rəyləri bir-birini tamamlayan sübutlar sistemi təşkil edir və təqsirin sübuta yetirilməsi üçün yetərli hüquqi əsas yaradır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutlar məcmusunu tam, hərtərəfli və obyektiv qaydada araşdırmamış, sübutların qiymətləndirilməsində selektiv yanaşmaya yol vermiş, obyektiv və mötəbər sübutları nəzərə almadan yalnız təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi özünü müdafiə xarakterli ifadələrə üstünlük vermişdir. Məhkəmə həmin ifadələrin digər sübutlarla ziddiyyət təşkil etməsinə baxmayaraq, onların rədd edilməsi barədə hüquqi və faktiki əsaslandırma aparmamışdır. Xüsusilə, məhkum2 ibtidai istintaq mərhələsində müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələr əsassız olaraq “fiziki təzyiq altında verilməsi” kimi qiymətləndirilmiş, lakin bu iddianı təsdiq edən hər hansı mötəbər və obyektiv sübut araşdırılmamışdır. Əksinə, iş materiallarında onun saxlanılması və dindirilməsi zamanı zorakılıq faktının mövcud olmaması, eləcə də aparılmış xidməti araşdırmanın nəticələri nəzərə alınmamışdır. Bu isə sübutların qiymətləndirilməsində qanunla müəyyən edilmiş obyektivlik və tamlıq prinsipinin pozulması deməkdir. Eyni zamanda, məhkum1 və məhkum2 arasında saxlanmadan əvvəl və hadisə günü mobil telefon vasitəsilə intensiv əlaqələrin olması, “Whatsapp” mobil tətbiqi üzərindən narkotik vasitələrin olduğu yerə dair koordinatların göndərilməsi və birlikdə həmin əraziyə hərəkət etmələri faktı məhkəmə tərəfindən lazımi hüquqi qiymət almamışdır. Halbuki bu hallar onların qabaqcadan razılaşdırılmış cinayət niyyətini və birgə fəaliyyətini açıq şəkildə təsdiq edən mühüm sübutlardır. Bundan başqa, şəxsi axtarış, götürmə və nəqliyyat vasitəsinə baxış zamanı narkotik vasitələrin böyük miqdarda aşkar olunması, ekspertiza rəyləri ilə həmin maddələrin külli miqdar və satış məqsədli dövriyyəyə aid olması müəyyən edilsə də, apellyasiya məhkəməsi bu sübutları sistemli şəkildə qiymətləndirməmiş və onların bir-birini tamamlayan mahiyyətini nəzərə almamışdır. Eyni zamanda təqsirləndirilən şəxslərə təyin edilmiş cəzalar cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamış, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi ağır cinayət əməli üzrə cəzanın aşağı həddində və ya yüngül formada tətbiqi əsaslandırılmamışdır. Məhkəmə cəzanı yüngülləşdirən hallar barədə nəticəyə gələrkən onları sübutlarla təsdiq etməmiş, bu isə cinayət qanununun və CPM-in tələblərinin pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, dövlət ittihamçısı məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə və məhkum2 Azərbaycan Respublikası CM-nin 185.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, məhkum1 aşağı həddə cəza təyin olunması, məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq bəraət verilməsi, həmçinin CM-in 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yüngül cəza – azadlığın məhdudlaşdırılması cəzası təyin etməkdə də haqlı olmamasını, eləcə də bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPMin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlillər yoxlanılaraq araşdırmanın nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, habelə məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, eyni zamanda onun Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 144–145-ci maddələrinin tələblərinə riayət edilməklə iş üzrə toplanmış sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş, ittihamın düzgün həlli üçün əhəmiyyət kəsb edən ziddiyyətlər aradan qaldırılmaqla əsaslı nəticəyə gəlinmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Insan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası kassasiya protestinin məhkum2 əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı məhkum2 təqsirini etiraf etməmiş və əvvəlki mərhələlərdə verdiyi etirafedici izahatın Lerik RPŞ-də döyülərək, işgəncə verilərək alındığını bildirmişdir. Aşağı instansiya məhkəmələri qəti nəticəyə gəlmişlər ki, məhkum2 bədəni üzərində xəsarətlərin olmasını nəzərə alaraq onun məhkəməyədək dövrdə özünə qarşı verdiyi izahat və ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici izahat məhkum2 qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı məhkum2 ibtidai istintaq dövründə etirafedici izahat və ifadələri zorakılığın təsiri altında verməsi müəyyən edilmişdir. məhkum2 müvafiq Istintaq Təcridxanasına daxil olması zamanı onda xəsarət aşkar edilməsi aşağı instansiya məhkəmələrinin qənaətlərinin doğruluğunu təsdiq edir. Həqiqətən də iş materialları ilə müəyyən edilir ki, təcridxanaya daxil olarkən onun onun sağ incik sümüyünün aşağı 3/1-nin yerdəyişməyən sınığı (R-müayinəsi) aşkar edilmişdir. məhkum2 aid ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, məhkum2 ##.##.2023-cü ildə sağ qamış və incik sümüklərinin yerdəyişmiş sınığı diaqnozu ilə aldığı travmaya görə X6 gips sarğı qoyulmuşdur. Daha sonra- ##.##.2023-cü ildə müayinə zamanı vəziyyəti kafi qiymətləndirilməklə R- müayinəsi nəticəsində köhnə yerdəyişmiş sınıqların olması müəyyən edilmişdir. Göründüyü kimi, məhkum2 ##.##.2023-cü ildə aldığı travma nəticəsində sağ ayağında olan sağ qamış və incik sümüklərinin yerdəyişmiş sınıq xəsarətləri artıq ##.##.2023-cü ildə köhnə sınıqlar kimi qiymətləndirilmiş, bundan sonra isə saxlanıldığı ##.##.2024-cü ildək isə kifayət qədər müddət keçmişdir. Lakin məhkum2 Lerik RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra isə artıq onda yenidən sağ incik sümüyünün yerdəyişməyən sınıq xəsarətinin yaranması xüsusatı onun döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəmədə ciddi şübhələr yaradır. Bu şübhələrin isə təqsirləndirilən şəxs məhkum2 əleyhinə istifadə edilməsi cinayət prosessual qanunvericiliyi ilə qadağan olunur. Belə ki, həmin xəsarətə ibtidai istintaq orqanı ##.##.2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda ##.##.2024-cü il tarixdə saat 20 radələrində Lerik RPŞ-nin əməkdaşları tərəfindən yaxalanarkən idarə etdiyi avtomobili sürərək qarşısına çıxan “VAZ-2106” markalı avtomaşınla toqquşdurduğu zaman yenidən sağ ayağından xəsarət almış və incik sümüyü sınmış, onun qəsdən döyülərək ona sağ ayağının incik sümüyünün sınması ilə nəticələnən xəsarətin yetirilməsi halları təsdiq olunmadığından iş üzrə həmin xüsusatın icraatına xitam verilmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, məhkum2 bədən səthində olan xəsarətlərlə bağlı müvafiq prokurorluq tərəfindən aparılan araşdırma da səmərəsiz olmuşdur. Belə ki, prokurorluq yuxarıda qeyd olunan, yəni müvafiq təcridxanadan xəsarətlərlə bağlı daxil olmuş məlumata lazımi əhəmiyyət verməmişdir. Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərarından görünür ki, məhkum2 tutulduqdan sonra onun üzərində xəsarətlər yaranması faktı inkar edilməsə də, həmin xəsarətlərin Lerik RPŞ-nin əməkdaşları tərəfindən yetirilməsi sübuta yetməmişdir. Beləliklə, məhkum2 tutulmazdan əvvəl heç bir xəsarətinin olmaması, tutulduqdan sonra isə onda xəsarətlər aşkar edilməsi faktı araşdırma aparan prokurorluq tərəfindən inkar edilməmişdir. Bu hissədə prokurorluğun fəaliyyəti, yalnız polis əməkdaşlarının bu xəsarətləri yetirib-yetirməməsi ilə bağlı olmuşdur ki, prokurorluq həmin polis əməkdaşlarını dindirib cinayət işinin başlanmasını rədd etməklə kifayətlənmişdir. “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 13-cü maddəsinin tələbinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Aşağı instansiya məhkəmələri əsaslı olaraq hesab etmişlər ki, həqiqətən də məhkum2 aşkar edilmiş xəsarət saxlanılarkən avtomaşınların toqquşması zamanı yaranmışdırsa, ən azından onu saxlayan polis əməkdaşları elə hadisə yerində, yaxud da polis şöbəsində olarkən təcili və təxirəsalınmaz tibbi yardıma müraciət etməli və məhkum2 ilkin tibbi yardım göstərilməli, aldığı xəsarətin isə nə vaxt, hansı şəraitdə yetirilməsi ilə bağlı sənədləşdirmə aparılmalı idi. Lakin məhkum2 saxlanıldığı ##.##.2024-cü il tarixdən istintaq təcridxanasına təhvil verildiyi ##.##.2024-cü il tarixədək- 3 gün ərzində nəinki, sonuncuda olan sağ incik sümüyünün yerdəyişməyən sınığı kimi aşkar xəsarəti ilə bağlı hər hansı bir rəsmiləşdirmə aparılmamış, hətta ona hər hansı bir tibbi yardım belə göstərilməmişdir. Belə bir müraciətin olmasını təsdiq edən hər hansı yanakı sübut belə nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı ittiham tərəfindən məhkəməyə təqdim edilmişdir. Istintaq orqanının bu məsələ ilə əlaqədar yeganə təqdim etdiyi sübut isə yalnız Lerik RMX TTTY şöbəsinin növbətçi həkimi Elşad Şivəxanov tərəfindən yazılmış ##.##.2024-cü il tarixli arayış və TƏBIB Lerik RMX X2 tərəfindən Lerik RPŞ-yə ünvanlanmış ##.##.2024-cü il tarixli məktublardır ki, həmin arayışda və məktubda məhkum2 ##.##.2024-cü il tarixdə saat 21:28 radələrində Lerik RMX PHŞ TTTY şöbəsi tərəfindən Lerik RPŞ-də obyektiv müayinə edilməsi və heç bir xəsarətin aşkar edilməməsi və praktik sağlam olması qeyd edilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanının məhkum2 aşkar edilmiş xəsarətin məhz avtomobillərin toqquşması nəticəsində əmələ gəlməsi kimi arqumentləri, elə ibtidai istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilmiş yuxarıda göstərilən sənədlərlə də tam təkzib edilir. Belə ki, məhkum2 saxlanıldıqdan sonra qısa bir müddət ərzində (##.##.2024-cü ildə saat 20:00-da saxlanılır, 20:58-dən 21:20dək üzərinə şəxsi axtarış keçirilir) Lerik RMX PHŞ TTTY şöbəsi tərəfindən Lerik RPŞ-də obyektiv müayinə edilmiş, sonuncuda hər hansı bir xəsarət aşkar edilməmişdir. Beləcə, ibtidai istintaqın təqsirləndirilən şəxsin almış olduğu xəsarəti, onun saxlanılması zamanı avtomobillərin toqquşması nəticəsində alması barədə göstərdikləri xüsusat, elə özləri tərəfindən təqdim edilmiş yuxarıda göstərilən neytral sübutlarla tam təkzib edilir. Bu hissədə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilmiş xəsarəti məhz avtomobillərin toqquşması nəticəsində almasına, eləcə də xəsarətin hansı şəraitdə almasının müəyyən edilib-edilməməsinə dair hər hansı bir qeydiyyatın düzgün şəkildə aparılıbaparılmaması, təqsirləndirilən şəxsin iradəsindən asılı olan hal kimi qəbul edilə bilməz. Bu məsələ ilə əlaqədar məsuliyyət hər bir halda səlahiyyətli vəzifəli şəxslərə aid edildiyindən məhkum2 məsuliyyət daşımır və bu hissədə yaranan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Odur ki, məhkəmələr təqsirləndirilən şəxs məhkum2 saxlanıldıqdan sonra döyülməsi və işgəncəyə məruz qalması hissəsində verdiyi ifadəsini daha ağlabatan hesab etmişlər. Məhkəmələr belə nəticəyə gələrkən həm də ona istinad etmişdir ki, təqsirləndirilən şəxsin mübahisələndirdiyi yuxarıdakı hallar məhkəmədə aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Başqa sözlə, bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halların həqiqət olması daha çox işin hallarına uyğundur. Bu səbəbdən də, təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi etirafedici ifadələri, yəni şübhəli şəxs qismində, şəxsi axtarış zamanı, təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə əldə edildiyindən və ibtidai istintaq orqanı tərəfindən bu sübutlar qanunsuz şəkildə əldə edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz və ona görə də, məhkəmələr əsaslı olaraq göstərilən sübutları qanunsuz şəkildə əldə edilmiş sübut kimi qəbul etmişlər. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində hər iki məhkumun təqsirli bilindiyi maddələr üzrə onlara yüngül cəza təyin edilməsinə dair dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum1 və məhkum2 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmış, nəticədə məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzası, məhkum2 isə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qanuni və əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşmışdır. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, məhkum2 təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Qeyd edilənlərə əsasən, məhkum2 təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitnə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum2 bəraət vermişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə ## #### 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “Insan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilikdərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunması, habelə məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, eyni zamanda onun Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmişdir. Aşağı instansiya məhkəmələrinin qərarlarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, habelə onun Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-3131/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3131/2025
21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver