Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-392/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Mülki iddiaçı 09 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X14 iştirakları ilə xx xxxx 1977-ci ildə Kürdəmir rayonu, Cəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 1621.1 və 213.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından 09 saylı Ərazi Vergilər idarəsinin rəisi X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Kürdəmir Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Rafiq Bağırov) Məhkum Azərbaycan Respublikası CM-in 162-1.1 və 213.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 162-1.1-ci maddəsi ilə aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 il 2 ay müddətinə islah işləri cəzasına, CMnin 213.1-ci maddəsi ilə aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaql a 1 il 4 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 il 8 ay müddətinə islah işləri cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə və xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək ev dustaqlığında saxlanıldığı 5 ay 16 gün müddət islah işləri cəzasının müddətinə bir günə üç gün hesablanmaqla 1 il 4 ay 18 gün təyin olunmuş islah işləri cəzasından çıxılmaqla, üzərində qəti olaraq aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 3 ay 12 gün müddətinə islah işləri cəzası saxlanmışdır. Hökmlə həmçinin verilmiş mülki iddia qismən təmin edilərək 344 9,66 manatın Məhkum tutularaq 9 saylı Ərazi Vergilər İdarəsinə ödənilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən qərarından 09 saylı Ərazi Vergilər İdarəsinin rəisi X tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), E.Ə.Camalov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1 və 213.1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 09 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kim i qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 ünvanında yerləşən mağazada işəgötürən kimi Azərbaycan Respublikasınm Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndində (İşəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs) göstərilən tələbləri pozmaqla Azerbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni-12 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, həmçinin vergiləri dövlət büdcəsinə ödeməkdən yayınmaq məqsədilə sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirmiş, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 96, 98, 150, 153, 159, 161, 177 və 180-cı maddələrinin tələblərini pozaraq qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə xeyli miqdar təşkil edə n 83.590,22 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə Məhkum haqqı ödənilməklə 2015-ci ilin may ayından xx.xx.2016-cı il tarixədək satıcı işləyən X11, 2016-cı ilin fevral ayından xx.xx.2016-cı il tarixədək satıcı işləyən X15, 2015-ci ilin may ayından xx.xx.2016-cı il tarixədək fəhlə işləyən X12, 2014-cü ilin may ayından xx.xx.2016-cı il tarixədək satıcı işləyən X10, 2015-ci ilin may ayından xx.xx.2016-cı il tarixədək fəhlə işləyən X5, 2015-ci ilin may ayından xx.xx.2016-cı il tarixədək fəhlə işləyən X6, 2016-cı ilin yanvar ayından xx.xx.2016-ci il tarixədək aşpaz işləyən X7, 2016-cı ilin yanvar ayından xx.xx.2016-cı il tarixədək satıcı işləyən X8, 2015-ci ilin noyabr ayından xx.xx.2016-cı il tarixədək anbardar işləyən X16, 2 016-cı ilin mart ayının sonlarından xx.xx.2016-cı il tarixədək fəhlə işləyən X3, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fəhlə işləyən Eminov llqar Niyaz oğlunu, 2016-cı ilin fevral ayından xx.xx.2016-cı il tarixədək satıcı işləyən X4, yəni xeyli sayda-12 nəfər işçini sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Zabrat qəsəbəsi, Zabrat-2 ünvanında yerləşən mağazada müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bundan başqa, Məhkum 2016-cı ilin aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 78.544,94 manat, ƏDV 14.138,09 manat, büdcəyə ödənilməli ƏDV 14.138,09 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil etməklə 14.138,09 manat məbləğində ƏDV-ni, may ayı üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəsi ni 2717,66 manat, ƏDV 489,18 manat, büdcəyə ödənilməli ƏDV 489,18 manat göstərərək 489,18 manat məbləğində ƏDV-ni, iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 64.348,77 manat, ƏDV 11582,78 manat, büdcəyə ödənilməli ƏDV 11582,78 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəsini 7016,94 manat, ƏDV 1263,05 manat, büdcəyə ödənilməli ƏDV 1263,05 manat göstərməklə, cəmi 11.582,78 manat məbləğində ƏDV-ni, iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 318.382,05 manat, ƏDV 57.308,77 manat, büdcəyə ödənilməli ƏDV 57.308,77 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil etməklə 57.308,77 manat məbləğində ƏDV-ni, bundan başqa, 2016-cı ilin may ayı üzrə vergi orqanına təqdim etdiyi muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi b əyannaməsinin fiziki şəxslər üzrə sətrində büdcəyə ödənilməli gəlir vergisini 1,96 manat, iyun ayı üzrə isə 27,44 manat göstərərək, cəmi 29,4 manat məbləğində MÖMV-ni, həmçinin, 2016-cı ilin 2-cü rübü üzrə vergi orqanına təqdim etdiyi ödəmə mənbəyində tutulan vergi bəyannaməsində büdcəyə ödənilməli vergini 42,0 manat göstərməklə, 42,0 manat ÖMV olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 83.590,22 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı 09 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və mülki iddianın tam təmin olunması barəsində qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, aşağı insta nsiya məhkəmələri Məhkum 83.590,22 manat vergi borcu olduğu halda, əsassız olaraq vergi borcunun 20.449,36 manat olması nəticəsinə gəlmişlər. Belə ki, ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2017-ci il tarixli və məhkəmə istintaqı zamanı keçirilmiş xx xxxx 2018-ci il tarixli rəylərində Məhkum 83.590,22 manat vergi borcu olduğu göstərilmişdir. Lakin müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli və komisyon-məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli rəylərində Məhkum vergi borcunun 20.449,36 manat olması göstərilsə də, məhkəmələr həmin rəylərə tənqidi yanaşmamış, əsassız olaraq vergi borcunun 20.449,36 manat olması nəticəsinə gəlmişlər. Eyni ekspertiza mərkəz i tərəfindən verilmiş fərqli rəylərin hansının mötəbər sübut kimi qəbul edilməsinin səbəblərini məhkəmələr öz qərarlarında əsaslandırmamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsi H.Həsənovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilmə məsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayəti vermiş mülki iddiaçı verilmiş mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki iddiaçının kassasiya şikayətində irəli sürülən dəlillər, onun apellyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən və şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamaml ığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. İş materialları ilə müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası CM-in 162-1.1 və 213.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əmələrini törətmiş, onun verg i borcunun 20.449,36 manat olması müəyyən edilmişdir. Bu onun öz ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019 tarixli, 2189 nömrəli və komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 11762 nömrəli rəyləri ilə və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi həm ibtidai istintaq dövrü, həm də birinci instansiya məhkəməsində qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Məhkum ittiham olunan cinayət əməlini törətməsi, onun vergi borcunun 83.590.22 manat deyil, 20.449,36 manat olması haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfin dən Məhkum vergi borcunun 20.449,36 manat olması müəyyən edilərkən bütün hallar nəzərə alınmış, konkret olaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.20xx xxxxxxx 2189 nömrəli və komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 11762 nömrəli rəylərinə əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, komisyon məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş və məhkəmə tərəfindən təmin edilərək ekspertiza təyin edilmişdir. Komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 11762 nömrəli rəyi məhz mülki iddiaçının nümayəndəsinin vəsatəti əsasında təyin edilmiş qərar əsasında verilmişdir. Həmin rəylə dövlət ittihamçısı da razılaşmış və mülki iddiaçının apellya siya şikayətinin təmin olunmaması barədə rəy vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, CPM-nin 409.5-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədə və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Bu isə o deməkdir ki, mülki iddiaçı öz kassasiya şikayətlərində iddia tələblərindən kənara çıxa bilməzlər, o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin xx x xxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-392/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-392/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver