Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-395/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, -məhkum x1, onun müdafiəçisi-vəkil Namazlı Fariz Mübariz oğlunun, məhkum x2 və onun müdafiəçisi-vək il X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə x1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə və x2 CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından x1 müdafiəçisi-vəkil Namazlı Fariz Mübariz oğlu və x2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən və məruzəçi), F.A.Qəribov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) x1-xx.xx.1981-ci ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 qeydiyyatda olan, faktiki olaraq ünvan 1 yaşamış, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətinə, CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CPM-nin 158.6-cı maddəsinə əsasən x1 məhkəməyədək xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2017cı il tarixədək həbsdə olduğu - 05 ay 24 gün müddət ona təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 09 (doqquz) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzasını ümumi rej imli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin “26” yanvar 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. x2- xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CPM-nin 158.6-cı maddəsinə əsasən onun xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək həbsdə olduğu- 05 ay 25 gün müddət ona təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzasını ümumi rejimli cə zaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə X7 da məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən məhkumlar ona görə təqsirli bilinib məhkum edilmişlər ki, x1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edib əmlakını ələ keçirərək quldurluq və qanunsuz olaraq soyuq silah əldə edib saxlamaqla gəzdirmə cinayət əməllərini törətmişdir. x2 tamah niyyətilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyalar tətbi q etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edib əmlakını ələ keçirərək quldurluq cinayət əməlini törətmişdir. Belə ki, x1 tamah niyyəti ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qoyub ələ keçirmək məqsədi ilə tanışı x3 450 manat məbləğdə pul verib ona əvvəllər aralarında olmuş narazılığa görə x4 izləyib cəzalandıraraq qisas almaq məqsədi ilə əlavə adam tapmasını sifariş vermiş, x3 x1 aldığı pulun 250 manatını özündə saxlayıb qalan 200 manatı tanışı x2na verib bölüşdürərək, bununla da x3 cinayətin törədilməsi üçün qabaqcadan vəd verməklə əlavə adam tapıb yardım edərək niyyətlərini həyata keçirmək üçün məsləhətlər verib danışıb raz ılaşaraq x2 x1 tanış etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2017-ci il tarixdə saat 08 radələrində x1 və x2 birlikdə x4 yaşadığı evdən çıxdıqdan sonra ünvan 4 qarşısından təqib edərək ünvan 5 yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi Uşaq Klinikasının qarşısına kimi arxadan izləmiş, əvvəlcədən razılaşdıqları kimi qrup üzvü x1 orada x4 ötüb keçərək arxaya dönüb ona yerə düşən pulunu görmədiyi barədə sual verib söhbətə tutaraq x4 hücuma məruz qoyub əvvəlcədən özü ilə götürdüyü və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi bir ədəd metal predmetdən əldəqayırma üsulla kastet tipində hazırlanmış əzici-vurucu xassəyə malik soyuq silahı silah qismində istifadə edilən əşya kimi tətbiq edib onun sifət və baş nahiyyəsinə, x4 arxadan yaxınlaşan digər qrup üzvü x2 isə onun sol göz nahiyyəsindən yumruqla vuraraq x4 sol gözaltının, alt dodağın sol yarısının, üst dodağının selikli qişasının əzilmiş yaraları, üst çənədə soldan birinci dişin yarıdan travmatik sınığı, sağ əlin üçüncü barmağının dırnaq falanqasının arxa səthinin qançırı xəsarətləri yetirərək, bundan başqa x1 həmçinin istintaqla müəyyən edilməmiş bıçağı silah qismində istifadə edilən əşya kimi tətbiq edib x4n arxa yan nahiyyəsindən vuraraq ona sol körpücük sümüyü proyeksiyasında, sol bazunun arxa səthinin aşağı 1/3-də birində, sol saidin arxa səthinin orta 1/3-də birində, sağ əlinin birinci barmağının orta falanqasının bayır səthində, sol sağrı nahiyyəsinin yuxarı-bayır kvadratının deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirərək x4 həyatı və sağlamlığı üçün real təhlükəli zorakılıq tətbiq etməklə bağlı basqın etmiş, x1 x4 ayağı ilə vurub yerə yıxaraq ona məxsus 400 manat dəyərində «SAMSUNG GALAXY S5 Mini» markalı mobil telefonu üzərindəki 20 manat dəyərində «******» «Azerfon» mobil nömrəsi ilə birlikdə əlindən vurub yerə saldıqdan sonra ciblərini axtarmaqla 50 manat məbləğində pulunu zorla götürüb, x2 isə yerə düşmüş mobil telefonu götürüb ələ keçirərək zərərçəkmiş şəxs x4 ümumilikdə 470 manat məbləğində ziyan vurmaqla bir qrup şəxs halında quldurluq etmişlər. Bundan başqa, x1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd metal predmetdən əldəqayırma üsulla kastet tipində hazırlanmış əzici-vu rucu xassəyə malik soyuq silah əldə etmiş, həmin soyuq silahı üzərində saxlayaraq xx xxxx 2017-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi Uşaq Klinikasının qarşısına kimi gəzdirmiş, həmin gün orada göstərilən soyuq silah olan metal predmeti silah qismində istifadə edilən əşya kimi tətbiq edib x4 qarşı quldurluq cinayəti törətdikdən sonra hadisə yerində düşüb qalmış x1a məxsus göstərilən soyuq silah zərərçəkmiş şəxs x4 tərəfindən götürülərək həmin gün saat 09:00 radələrində Yasamal rayon Pİ-nin 29-cu PB-nin əməkdaşlarına təqdim edilmişdir. Hökmdən hər üç məhkum və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyası (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Namazlı Fariz Mübariz oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilərək məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini və x2 kassasiya şikayəti verərək ibtidai istintaq və məhkəmə baxışı zamanı yol verilmiş qanun pozuntuları nəzərə alınaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə sübutla r yalnız ibtidai istintaq zamanı təzyiq, hədə-qorxu, işgəncə və pis rəftar təsiri altında məcburən verdiyi ifadələrdən və saxta ekspert rəylərindən ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası mötəbər sübutlara deyil ehtimallara əsaslanmışdır. Ona görə də barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum x1 müdafiəçisi-vəkil Namazlı Fariz Mübariz oğlunun kassasiya şikayətində toplanmış sübutların tam, hərtərəfli və obyektiv araşdırılmaması, x1un əməlində cinayət tərkibinin olmaması, istintaq zamanı təqsirləndirilən şəxsin təzyiq altında ifadələrinin alınması göstərilmiş və ona görə də kassasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlə rinin təmin edilməsi barədə məhkumların və müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəm əsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum x1 müdafiəçisi-vəkil Namazlı Fariz Mübariz oğlu kassasiya şikayətində qərarın ləğv edilərək məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini və x2 isə kassasiya şikayətində ibtidai istintaq və məhkəmə baxışı zamanı yol verilmiş q anun pozuntuları nəzərə alınaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın: 181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə cinayət tərkibləri nəzərdə tutulmuşdur. Barələrində kassasiya şikayəti verilmiş hər iki məhkumun məhkəmə iclasındakı ifadələrindən müəyyən edilir ki, onların hadisə zamanı niyyəti zərərçəkmiş şəxsə qarşı onun əmlakını quldurluq yolu ilə ələ keçirmək deyil, x1 ilə x4 arasında hərbi xidmət z amanı olmuş narazılığa görə x4 izləyib cəzalandıraraq qisas almaq olmuşdur. Elan edilmiş ittiham üzrə toplanıb məhkəmə iclasında tədqiq edilmiş sübutlardan x4 məxsus və ittihamda məhkumların quldurluq yolu ilə ələ keçirdikləri göstərilmiş 400 manat dəyərində «SAMSUNG GALAXY S5 Mini» markalı mobil telefonu üzərindəki 20 manat dəyərində «******» «Azerfon» mobil nömrəsi ilə birlikdə və 50 manat məbləğində pul müəyyən edilməmişdir. Məhkum x2 ibtidai istintaqdakı ifadələrində hadisə yerindən uzaqlaşarkən yerdə “Samsunq” markalı mobil telefonun olmasını görüb x1 məxsus olmasını zənn edib götürdüyünü, yolda gedərkən telefonu x1 verəndə əlindən alıb qıraraq zibil qutusuna atdığını göstərsə də, 50 manat pul götürməsi barədə ifadə verməmiş, məhkəmə iclasında isə hadisə zamanı zərərçəkmiş şəxsin üzər ini axtarmadığını, pul və mobil telefon götürmədiyini göstərmişdir. x1 isə nə ibtidai istintaq zamanı və nə də məhkəmə iclasında hadisə zamanı zərərçəkmiş şəxsin üzərini axtarmaları, onun mobil telefonunu və 50 manat pulunu götürmələrini təcdiq etməmişdir. Zərərçəkmiş şəxs x4n ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsi iclaslarındakı ifadələrindən müəyyən edilir ki, onun üzərində “SAMSUNQ” markalı iki mobil telefon olsa da, hadisə zamanı ona qarşı quldurluq edən şəxslərdən biri ciblərini axtarıb telefonlardan birini götürmüş, cibində olan 80 manat pulun 50 manatını götürüb 30 manatını götürməmişdir. Bundan başqa cinayət işinin 1-ci cildinin 5-ci vərəqinə əlavə edilmiş raportdan görünür ki, zərərçəkmiş şəxs x4 102 xidmətinə zəng vuraraq “Sony” markalı mobil telefonunun və təxmi nən 250 manat pulunun ələ keçirildiyini göstərmişdir. Bu hallar x4 qarşı hadisə zamanı quldurluq əməlinin törərədilməsini və konkret hansı əmlaklarının ələ keçirildiyini şübhə altına almışdır və bu şübhələr aradan qaldırılmamışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, müstəntiq vəsatət verərək xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində zərərçəkmiş şəxs x4 məxsus İMEİ 3553xx/xx/285239/0 və İMEİ 3553xx/xx/285239/8 olan “SAMSUNG GALAXY S5 Mini” markalı mobil telefonun hansı nömrələr altında istifadə olunması, həmin nömrələrə daxil olan və çıxan zəngləri siyahısı, SMS mətnlərinin açıqlamaları, həmin nömrələrdən daxil olan və çəxan zənglərin abunəçilərinin tam anket məlumatları (arayan və aranan göstərilməklə) “xxxx” MMC-dən, “xxxx” MMC-dən və “xxxx” MMC-dən götürülməsini xahiş etmiş, bu barədə mməhkəmə qərarları qəbul edilmiş, lakin hər hansı müsbət cavab alınmamışdır. Məhkəmə kollegiyası bu araşdırmanı tam, hərtərəfli və obyektiv hesab etmir. Əvvəla cinayət işinin materiallarından ətrafında araşdırma aparılan İMEİ 3553xx/xx/285239/0 və İMEİ 3553xx/xx/285239/8 olan “SAMSUNG GALAXY S5 Mini” markalı mobil telefonun zərərçəkmiş şəxsə məxsus olması və quldurluq yolu ilə ələ keçirilmiş mobil telefon olması barədə məlumatların hansı mənbədən əldə edilməsi cinayət işinin materiallarından müəyyən edilmir. Bunu təsdiq edən sübutlar işə əlavə edilməmişdir. Araşdırmanın nəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində aparılmalı olması da əsaslandırılmamışdır. Həmin mobil telefonun üzərində zərərçəkmiş şəxsin istifadə etdiyi “******” “xxxx” nömrəsinin həqiqətən zərərçəkmiş şəxsin mülkiyyətində olması, hadisəyədək onun tərəfindən istifadə edilməsi, hadisə zamanı anten dairəsinin də müəyyən edilməsi işin daha düzgün həlli üçün əhəmiyyətli olsa da aydınlaşdırılmamışdır. Quldurluq yolu ilə ələ keçirilməsi ehtimal edilən telefonla bağlı göstərilən halların müəyyən edilməsi, həm telfonun quldurluq yolu ilə ələ keçirilməsi faktının həqiqiliyinə, həm də ümumiyyətlə quldurluq cinayət əməlinin törədilməsinə aydınlıq gətirə bilərdi. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək faktiki hallar tam, hərtərəfli və obyektiv tədqiq edilməmiş, Azərbaycan Respublikası CPM-nin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar tədqiq edilməmişdir. Ona görə də kassasiya şikayətləri qismən təmin edilərək cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətpro sessual qanunların pozulması təqsirləndirilən şəxslərin müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları, eləcə də x1 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilməmişdir. Bu hissələrdə kassasiya şikayətlərinin dəlillərini təsdiq edən sübutla müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməli və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı hər iki məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinə aid hissədə ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkumlar x1 və x2 barələrindəki kassasiya şikayətləri qismən təmin edilsin. x1 və x2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair hissədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı barələrindəki kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-395/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-395/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver