Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-431/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Quliyev Eldəniz Manaf oğlu, Məhkum, Müdafiəçilər – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Bağırov Namiq İmran oğlu və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Quliyev Pərviz Fazil oğlunun iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum müdafiəçisi Bağırov Namiq İmran oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və nümayəndəsi Quliyev Eldəniz Manaf oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.Məcidov, hakimlər Z.Ağayev və S.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1991-ci il t arixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, “xxxx” su şirkətində qrup rəhbəri işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, Məhkum CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinmişdir, ona görə ki, o, nəzarətçi işlədiyi “xxxx” su liltrləri şirkətinin əməkdaşları X2, X3, X4, X5, X6 və digərləri ilə birlikdə su filtrlərinin reklamı və satışının təmin edilməsi ilə əlaqədar x x xxxx 2018-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində olarkən, həmin yaşayış massivinin sakinləri X7, X8, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan onlara söz atması ilə əlaqədar aralarında yaranmış mübahisə ilə bağlı bir qrup şəxs - X7, X8, Zərərçəkmiş şəxs və sonradan onlara qoşulmuş X9 və X10 tərəfindən xuliqanlıq əməllərinə yol verilməklə ona sol əlin arxa səthinin qançır-şişkinlik halında əzilməsi, sağ əl, sol əl və sağ baldır nahiyələrinin sıyrıqları, sağ gözaltı, sol çiyin qurşağı, döş qəfəsinin ön səthi nahiyələrinin qançırları, X2, X5, X4, X3, X6 və X11 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirilməsini görüb, qarşılıqlı dalaşma zaman X7ə məxsus olmaqla hadisə zamanı bel nahiyyəsində gizlətdiyi, ist intaq zamanı əldə edilməsi mümkün olmayan, ülgücü, iti ucu və qabırğaları bir qədər özlərini biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici xassəyə malik bıçağı ələ keçirib, həyatı və sağlamlığı üçün heç bir real təhlükə yaratmadan dava etmək üçün üzərinə gələn Zərərçəkmiş şəxs sol ayaq nahiyəsinə həmin bıçaqla qəsdən bir dəfə zərbə vurmaqla, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid sol sağrı nahiyəsinin yuxarı sağrı arteriyasını və onu müşayiət edən venaları yaralayan və kəskin qanitirmə törədən bir ədəd deşilmişkəsilmiş yara xəsarətini yetirmiş, zərərçəkmiş hadisə yerində olan şəxslərin tərəfindən xəstəxanaya çatdırsa da, ixtisaslı tibbi yardımlara baxmayaraq, onun tərəfindən qəsdən yetirilmiş sağlamlığa ağır zərər vurmaya aid kəskin qanitirmə ilə müşayiə t olunan xəsarətlər ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs xx xxxx 2018-ci il tarixdə Respublika Klinik Xəstəxanasında ölümünə səbəb olmuşdur. Hökmdən məhkumun müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.O.Əsgərova, hakimlər N.R.Mövsümov və V.C.Cəfərovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif edilmiş, ona CM-nin 123.1-ci maddəsi ilə 01 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X1in nümayəndəsi Quliyev Eldəniz Manaf oğlu ilə birlikdə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum cinayət hadisəsinə aidiyyəti olmadığından barəsində cinayət təqibinə xitam verilməsini və X7nin, X8in və digərlərinin əməllərində CM-nin 120.2.2, 120.2.4, 181.2.1 və 185.2.5-ci maddələrinin tərkib əlamətləri mövcud olduğundan onların məsuliyyət məsələsinin həll edilməsi məqsədilə cinayət işinin yenidən apellyasiya məhkəməsinə məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir. Məhkum müdafiəçisi Bağıro v Namiq İmran oğlu ilə birgə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki,cinayət işinin istintaqı zamanı Məhkum ifadəsində bıçağı olmadığını, özünü müdafiə etmək üçün avtomobildən vintaçan (otvyorka) götürüb həmin vintaçanı sağa-sola fırlatmaqla üstünə gələnləri qorxutmaq istədiyini, hadisə yerindən gedəndən sonra vintaçanın üstündə qan olduğunu gördüyünü göstərsədə, iş üzrə dindirilmiş şahidlər X12, X13 və X14 ifadələrində Məhkumnm əlində bıçaq olduğunu göstərmiş və bu ifadələrini keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onun üzünə qarşı demişlər. Belə ki, X12 mübahisə yerinə yaxınlaşıb kənardan müşahidə edərkən Məhkum əlində bıçaq olduğunun və onun bıçaqla Zərərçəkmiş şəxs vurduğunun birbaşa şahidi olmuş, həmçinin X13 də məhkumun avtomobilə mindiyi vaxt əlində qara rəngli bıçaq olduğunu görmüş, eləcədə sürücü X15 avtomobildə olarkən Məhkum kimisə vurduğunu dediyini onun özündən eşitmişdir. Həmçinin Aytalı yaşayış massivinin sakini X14 və şirkət işçisi olmuş X13 məhkumda bıçaq görmələrini ifadələrində təsdiq etmiş və bunu onun üzünə qarşı demişlər. Bütün bunlarla yanaşı, götürülmüş video görüntülərdə də qara geyimli şəxsin qarşısına gələn Zərərçəkmiş şəxs sol ayaq nahiyyəsinə sağ əli ilə nə iləsə vurub geri çəkildiyi, bu xəsarəti alandan dərhal sonra Zərərçəkmiş şəxs axsaya-axsaya oradan uzaqlaşdığı, bundan sonra mübahisənin səngidiyi və Məhkumn digər şəxslərlə birlikdə a vtomobilə minib hadisə yerindən uzaqlaşdığı görünür. Bu görüntülərdə X12nin həqiqətəndə mübahisə yerinə yaxınlaşıb qarışmayaraq müşahidə apardığı, Məhkum Zərərçəkmiş şəxs xəsarət yetirdiyi vaxtda orada olduğu, vurulma anını gördüyü əks olunduğu üçün onun hadisə ilə bağlı göstərdikləri həqiqət kimi qiymətləndirilmişdir. Məhkum ilə mərhum Zərərçəkmiş şəxs bir-birlərini heç vaxt tanımamaları, hadisə baş verməmişdən əvvəl aralarında hər hansı bir münasibətin, mübahisənin və ünsiyyətlərin olmaması, Zərərçəkmiş şəxs baş, döş qəfəsi, qarın və bunun kimi bədənin həyat əhəmiyyətli orqanları olan digər nahiyələrinə deyil, ayaq nahiyəsinə və az sayda, yəni bir ədəd xəsarət yetirildiyi, həmin xəsarəti yetirməklə insan sağlamlığına zərər vuracağını başa düşsədə, onu qəsdən öldürmək üçün heç bir motivin in və belə niyyətinin olmaması nəzərə alınaraq, istintaq orqanı belə qənaətə gəlmişdir ki, Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti olmamış və ona qəsdən yetirdiyi bədən xəsarəti öz iradəsindən asılı olmayan səbəbdən ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuş, buna görə də onun əməli düzgün olaraq CM-nin 126.3-cü maddəsi ilə tövsif edilmişdir. Ancaq, baxılan işin halları, zəruri müdafiə vəziyyətinin aşılmasını istisna etməklə məhkəmə kollegiyasının əsassız və qanunsuz nəticəyə gəldiyini təsdiqləyir. Çünki, ona qarşı tətbiq olunan güc və ya qəsd təhlükəli olmadığı halda bıçaqdan qəsdən istifadə edərək başqasının bədəninə ağır xəsarəti yetirmişdir. İşin də faktiki hallarından göründüyü kimi, mübahisə qarşılıqlı dalaşmaya çevrilmiş və hər iki şəxs qarşılıqlı dalaşma şəraitində olm uşlar. Daha sonra Məhkum bıçaqdan istifadə edib zərərçəkmişə ayaq nahiyyəsindən zərbəsi endirməsi, əslində onun qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyətini göstərmir. Lakin məhkəmə kollegiyası qeyd olunan həmin hala düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyasının yekun mövqeyindən belə çıxır ki, dalaşan şəxslərdən kim bıçaq tətbiq edib digərinə ağır xəsarət yetirsə deməli onu zəruri müdafiə həddini aşmaq altında qanuni cinayət məsuliyyətindən azad etmək olar. Bu hal nəinki qanuna ziddir, hətta qanun normalarından sui-istifadə hallarına yol aça bilər. Bundan əlavə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum əməlinin CM-nin 126.3-cü maddəsindən CM-nin 123.1ci maddəsinə tövsif edilməsi hüquqi baxımından heç bir halda qanun i hesab edilə bilməz. Belə ki, CM-nin 126.3-cü maddəsi ilə qəsdən sağlamlığa ağır zərər vurma əməlinin ehtiyatsızlıqdan zəzrçəkmiş şəxsin ölümünə səbəb olmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-nin 123.1-ci maddəsi ilə isə zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası isə Məhkumun əməlini CM-nin 123.1-ci maddəsi ilə tövsif etməklə belə nəticəyə gəlmişdir ki, o, qəsdən adam öldürmüşdür. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmiş şəxsin ölümünə münasibətdə təqsirləndirilən şəxsin ittihamını təqsirin formasına münasibətdə ağırlaşdırmışdır ki, bu da cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə ziddir. Odur ki, göstərilənləri nəzərə alaraq, apell yasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1in nümayəndəsi Quliyev Eldəniz Manaf oğlu ilə birlikdə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi xx xxx 2019-cu il tarixli hökmü, olduğu kimi, heç bir dəyişiklik edilmədən və hətta ibtidai istintaq orqanı tərəfindən edilmiş vergül və hərf səhfləri də olduğu kimi, cinayət işinin materiallarından və ittiham aktından köçrülmüşdür. Sanki, məhkəmə istintaqı keçirilməmiş və heç bir prosessual şəxs dindirilməmişdir. Halbuki, iş üzrə dindirilmiş şəxslər məhkəmə istintaqı zamanı, ibtidai istintaqda onların adından yazılmış və qorxu altında imzalatdırılmış ifadələrindən kəskin şəkildə fərqlənən ifadələr verm işlər. Məhkəmə, həmin ifadələrə istinad etsəydi, sözsüzki, Məhkum barəsində bəraət hökmü, X7nin barəsində isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün qərar qəbul edərdi. Oğlunun ölümünün səkkizinci günü artıq ona məlum olmuşdur ki, oğluna bıçaq zərbəsini X7 qəsdən vurmuş, onun ölümünə səbəb olmuş və hadisə yerindən qaçmışdır. Lakin, istintaq orqanı, məlum olmayan səbəblərdən, qərəzli şəkildə oğluna bıçaq zərbəsinin Məhkum tərəfindən yetrildiyi qənaətinə gəlmişdir. Cinayət işinin materialları ilə tanış olduqdan və məhkəmə istintaqı zamanı məhkəmə araşdırmaları aparıldıqdan sonra ona məlum olmuşdur ki, həqiqətəndə onun oğlunu X7 qəsdən öldürərək həyatdan məhrum etmişdir. Mərhum Zərərçəkmiş şəxs, Məhkum tərəfindən deyil, X7 tərəfindən qəsdən öldürmək məqsədilə bıçaq zərbəsi yetirilmiş, bunun məntiqi nəticəsi olaraq Zərərçəkmiş şəxs dünyasını dəyişmişdir. Əslində, X7 xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə cinayətini törətməsinə görə cinayət məsuliyyətə cəlb edilməli və məhkəmə məsuliyyətinə verilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum cinayət hadisəsinə aidiyyəti olmadığından barəsində cinayət təqibinə xitam verilməsini və X7nin, N.R.Qurbanovun və digərlərinin əməllərində CM-nin 120.2.2, 120.2.4, 181.2.1 və 185.2.5-ci maddələrinin tərkib əlamətləri mövcud olduğundan onların məsuliyyət məsələsinin həll edilməsi məqsədilə cinayət işinin yenidən apellyasiya məhkəməsinə məhhkəmə baxışına qaytarılmasını xahiş edir. Məhkum müdafiəçisi Bağırov Namiq İmran oğlu kassasiya şikayətini onunla əsasladırmışdır ki, hadisə baş v erən gün X7 və onunla birlikdə olan şəxslərin bir çoxunun üzərində soyuq silah, yəni bıçaq olmuş, onların demək olar ki, hamısının qanında narkotik vasitə aşkar edilmişdir. Özlərinin demələrinə görə, narkotik vasitə əldə etmək üçün Mercedes Vito markalı avtomobilin yanında dayanmış Məhkum və yanındakı şəxslərə sataşmış, onlardan könüllü pul ala bilməyəcəklərini görüb ilk əvvəl X7 heç bir səbəb olmadan X2nin sifət nahiyyəsinə zərbə endirmiş, daha sonra X7nin 20-30 nəfərlik dəstəsi də davaya qoşulmuşdur. Məhkum və yanındakı digər şəxslərin hər birinin üzərinə azı 3-4 nəfər şəxs düşüb onları döyərək xəsarət yetirmişlər. Hətta məhkum ilə işləyən şirkətin xanım üzvlərinə də müxtəlif xəsarətlər yetirmişlər. Mərhum Zərərçəkmiş şəxs xəsarət aldığından məcbur olub şirkət işçilərini döyməkdən vaz ke çmiş və mərhumu xəstəxaya apararkən yolda da xuliqanlıq hərərkətlərinə davam etmiş, maşının işığını və qabaq şüşəsini sındırmışlar. İş üzrə birinci intansiya məhkəməsində məhkəmə araşdırması zamanı hadisə yerində olmuş şəxslərin hamısı mərhumun Məhkum tərəfindən vurulduğunu görmədiklərini demişlər. Biirnci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırma aparılmamış, ittiham aktında qeyd olunanlar olduğu ki hökmə köçürülmüşdür. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçisinin apellyasiya protestinin təmin olunmaması, kassasi ya şikayətlərinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya protestinin təmin olunması, kassasiya şikayətlərinin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayətləri təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, m əhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış süb utlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (apellyasiya məhkəməsi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum CM-nin 123.1-ci maddəsi ilə təqsirli hesab olunması üçün kifayət edir. İş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum əməlinin CM-nin 123.1-ci maddəsi ilə tövsif olunması apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Odur ki, Məhkum törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya protestinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, həmin dəlillər əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya məhkəməsinin qərarında Məhkum əməlinin tövsifi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, tədqiq edilmiş sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə tövsüf edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işinin hallarına uyğun gəlmədiyindən, həmin maddə üzrə təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməməli, təqsirləndirilən şəxsin əməli əməli məhz Azərbaycan Respublikası CM-nin 36-cı maddəsinin tələbləri nəzərə alınmaqla tövsif edilməlidir. İşdən göründüyü kimi, xx xxxx 2018-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum “xxxx” su filtrləri şirkətinin əməkdaşları X2, X3, X4, X5, X6 və digər şəxslərlə birlikdə sul fikirlərinin reklamı və satışının təmin edilməsi məqsədi ilə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində olarkən həmin yaşayış massivində yaşayan X7, X8, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan söz atmaları nəticəsində aralarında mübahisə baş vermiş, bu mübahisə X7nin X2ni yumruq zərbəsi ilə vurması nəticəsində davaya çevrilmişdir. Hadisə baş verən anda həmin ərazidə yaşayan və davaya qoşulmuş şəxslərin şahid ifadələrinə və video diskin nümayişi zamanı görüntülərə əsasən sayları ora su fıltrlərinin satışı və reklamını edən gəlmiş şəxslərə münasibətdə çox olmuşdur. Baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs bıçaq zərbəsi almış və bunun nəticəsində xəstəxanaya aparılmış və orada vəfat etmişdir. Birinci instansiya məhkəməsi Məhkum ona hücum etməyə görə Zərərçəkmiş şəxs bıçaq zərbəsi endirməklə xəsarət yetirməsi barədə qənaətə gələrək, Məhkum əməlini Azərbaycan Respub likası CM-nin 126.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən, təqsirləndirilən şəxs Məhkum özünü müdafiə şəraitinin elementlərinin olmasını nəzərə almamış, bu səbəbdən əməlin tövsüfində yanlışlığa yol vermişdir. Kollegiya qeyd etmişdir ki, hadisə həmin ərazidə yaşayan X7nin təşəbbüsü ilə baş vermişdir. İlk öncə bu sözlü mübahisə - məhz X7 X2 yə yumruq zərbəsi endirməsi ilə davaya çevrilmişdir. Həmin ərazidə yaşayan və davaya qoşulan şəxslərin sayı 20-30 nəfər olmuşdur. Hadisə zamanı X7nin üzərində olan bıçaq olması iş üzrə tədqiq edilmiş sübutlarla yanaşı sonuncuya həmin xüsusat üzrə ittiham verilməsi ilə də müəyyən edilmişdir. Baş vermiş dava zamanı Məhkum həyat və sağlamlığını ictimai təhlükəli xarakter daşıyan qəs ddən müdafiə etmək hüququ olduğundan, onun əməli məhz Azərbaycan Respublikası CM-nin 36-cı maddəsinin tələbləri nəzərə alınmaqla tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Zəruri müdafiə həddini aşma (müdafiənin ekstsessi) qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə yalnız açıq-aşkar uyğun gəlməyən qəsdən törədilmiş hərəkətləri nəzərdə tutur. Belə olan halda qeyd edilməlidir ki, hadisə anında təqsirləndirilən şəxs Məhkum və onunla orada su filtr lərinin satışı və reklamını həyata keçirən şəxslərə qarşı yönəlmiş hərəkətlərin ictimai- təhlükəli xarakterə malik olması mübahisəsizdir. Çünki, hadisə zamanı onların saylarının çox olması və X7nin üzərində bıçaq olması, onların hadisə anında qeyribərabər şəkildə mübahisə və dava etmələrini ehtiva edir. Bunun nəticəsində təqsirləndirilənin və onunla gələn şəxslərin ala biləcəyi zərbələr müxtəlif xarakterli və müxtəlif dərəcəli ola bilərdi. Xuliqanlıq əməlləri ilə əlaqədar X7, X8, X9 və digərləri barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 228.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün Abşeron rayon polis İdarəsinə göndərilmiş, cinayət işi üzrə ittiham aktı baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və onları təqsirli bilinmələrinə dair hökm çıxarılmışdır. A.Ələkbərov isə üzərində soyuq silah hesab edilən bıçaq gəzdirməyə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs yetirilən xəsarətlərdən qorunmaqdan ötrü şahidlər və zərərçəkmiş şəxs tərəfindən edilmiş sağlamlıq üçün təhlükəli olan hücuma məruz qalmış təqsirləndirilən şəxs öz həyat və sağlamlığını ictimai təhlükəli xarakter daşıyan qəsddən müdafiə etmək hüququna malik olmuşdur. Hadisə anında X7nin və orada yaşayan digər şəxslərin sayının Məhkum və onunla birgə ora gələn şəxslərə nisbətdə qeyri-bərabər olmaları, həmçinin X7nin üzərində bıçaq olması Məhkum və onunla birgə ora gələn şəxslərin özlərinin müdafiəsinin təmin edilməsini riskli etmişdir. Məhz bu zaman X7nin üzərində olan bıçaqdan istifadə edilərək Zərərçəkmiş şəxs xəsarət yetirilmişdir. Onların hücumlarının qarşısını Zərərçəkmiş şəxs bədəninin həyat üçün vacib olmayan nahiyəsinə zərbə endirmək yolu ilə dayandırılması mümkün olmasına baxmayaraq, Məhkum özünün həyatını və sağlamlığını onların üzərlərinə hücum edən şəxslərin qəsdindən qoruyarkən, qəsdin xarakterinə açıq-aşkar uyğun gəlməyən qəsdən hərəkət törədərək zəruri müdafiə həddini aşmışdır. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 36.1-ci maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməsini mümkünsüz sayır. Apelyasiya şikayətlərinin təqsirləndirilən şəxsə bəraət verilməsi barədə dəlilləri ilə razılaşmır. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti Azərbaycan Respub likası CM-nin 123.1-ci maddəsi ilə nəzərdə tutulur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, cinayət hüququ nəzəriyyəsinə görə təqsirkarın əməlinin CM-nin 123.1-ci maddəsi ilə düzgün tövsif edilməsi üçün iki hal-zəruri müdafiə vəziyyətinin yaranması və zərərçəkmiş şəxsin zəruri müdafiə həddi aşılmaqla qətlə yetirilməsi müəyyən edilməlidir. Zəruri müdafiə həddini aşma dedikdə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər başa düşülür. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə müxtəlif formalarda təzahür edə bilər: müdafiədə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması; müdafiənin qəsdlə müqayisədə daha intensiv şəkildə həyata keçirilməsi; müdafiə zamanı qəsdlə müqayisədə açıq-aşkar uyğun olmayan t ədbirlərin seçilməsi... zəruri müdafiə həddinin aşılıb-aşılmaması məsələsi həll edilərkən, müdafiə olunana qarşı yönələn qəsdin xarakteri və təhlükəlilik dərəcəsi, belə qəsdin qarşısının alınmasında onun gücü və imkanları (hücum edənlərin və müdafiə olunanların sayı, onların yaşı, fiziki inkişafı, silahın olub-olmaması, qəsdin baş verdiyi yer və vaxt, habelə hücum edənlərin və müdafiə olunanların qüvvələr nisbətini aydınlaşdırmağa real imkan verən sair hallar) nəzərə alınmalıdır. Qəsdin xarakterinə açıq-aşkar uyğun" gəlməyən müdafiə vəziyyətində qəsdən adam öldürmə hücum edənin qəsd etdiyi obyektlə (ictimai münasibətlərlə) də müəyyən edilir. Qəsd əmlaka qarşı yönəldilibsə, hücum edənin qətlə yetirilməsizəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi tövsif edilməlidir. Lakin qəsd h əyata qarşı yönəldilmişdirsə, bütün mümkün vasitələrdən istifadə etməklə (o cümlədən, zərərçəkmişi öldürməklə) hücumdan müdafiə olunmağa yol verilir. Əməlin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün qəsd mövcud olmalıdır. Mövcud qəsd başlamış, davam edən və hələ başa çatmamış ictimai təhlükəli əməldir. Ona görə də, qəsd başa çatmışdırsa və belə vəziyyət təqsirkar tərəfindən dərk edilirsə, qəsd edənin həyatdan məhrum edilməsi ümumi əsaslarla (qəflətən yaranan güclü ruhi həyəcan vəziyyəti yoxdursa) CM-nin 120-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur... şəxsin müdafiə aktı başa çatmış hücum aktından bilavasitə sonra olsa da, işin vəziyyətinə görə müdafiə olunan üçün hücumun bitməsi vaxtı aydın olmadığı halda zəruri müdafiə vəziyyəti aradan qalxmış olmur. Belə vəziyyətdə də zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətinə yol verilə bilər... ictimaitəhlükəli qəsd faktiki başlamasa da, onun başlayacağına real təhlükə vardırsa, belə hallarda da qəsd başlanan qəsd kimi qiymətləndirilir və zəruri müdafiə vəziyyəti yaranır. Qəsdin başlanması üçün real təhlükə olduğunu dərk edən təqsirkarın zərərçəkmiş şəxsi qətlə yetirməsi hallarında da zəruri müdafiə həddi aşıla bilər. Zəruri müdafiə həddini aşmaqla adam öldürmə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar zəruri müdafiə vəziyyətində olduğunu, zəruri müdafiə həddini aşdığını və belə həddi aşmaqla zərərçəkmiş şəxsi öldürdüyünü dərk edir və onun ölümünü arzu edir, yaxud onun ölümünü arzu etməsə də, belə nəticəyə şüurlu surətdə yol verir. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürən şəxsin əsas məqsədi qəsd edənin həyatdan məhrum edilməsi deyil, ictimai-təhlükəli qəsddən müdafiə olunmaqdır. Ona görə də, zəruri müdafiə həddini aşmaqla cinayət törədən şəxsin əməli baş vermiş faktiki nəticəyə görə tövsif edilməlidir. Məhkumnm əməlində Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğundan onun bu əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə tövsüf edilməsi cinayət qanununun tələblərinə ziddir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkumnm əməli Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən Azərbaycan Respublikası CMnin 123.1-ci maddəsinə tövsif edilməlidir.....”. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə mövqeyini işin hallarına və qanunun tələblər inə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına, işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində Məhkum əməlinin apellyasiya məhkəməsi tərəfindən düzgün tövsif edilmədiyi, əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda düzgün olmayan nəticəyə gəldiyi və buna görə də, apellyasiya məhkəməsinin qərarının ləğv edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya protestində məhkumun əməlinin tövsifi ilə bağlı ittiham tərəfinin göstərdiyi dəlillər ittiham tərəfinin mövqeyini heç cür əsaslandırmır, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CM-nin 36-cı maddəsinə əsasən zəruri müdafiə zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövləti n və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Təqsirkarın əməlinin CM-nin 123.1-ci maddəsi ilə tövsif edilməsi üçün iki hal – zəruri müdafiə vəziyyətinin yaranması və zərərçəkmiş şəxsin zəruri müdafiə həddini aşmaqla qətlə yetirilməsi müəyyən edilməlidir. İş materiallarından, apellyasiya məhkəməsində tədqiq olunmuş bir birini tamamlayan, mötəbər sübutların məcmusundan görünür ki, Məhkum əməlində zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətinin tərkib əlamətləri vardır. Belə ki, hadisə zamanı təxminən 2 0-30 nəfərlik qrup tərəfindən içərisində Məhkum də olmaqla şirkət işçilərinə hücum edilməsi, baş vermiş davanın X7nin X2ə yumruqla vurduqdan sonra başlaması, X7nin və yanında olan şəxslərin Məhkum və yanındakı şəxslərdən sayca çox olmaları, X7nin üzərində bıçaq olması, X7nin və digərlərinin xuliqanlıq əməlləri ilə əlaqədar məhkum olunması iş materialları ilə bir daha təsdiq olunur. X7nin və yanında olan digər şəxslərin Məhkum və şirkətin digər əməkdaşlarına qarşı hərəkətləri ictimai təhlükəli olmaqla onların həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. Belə olan halda, Məhkum özünün həyat və sağlamlığını qarşı tərəfin başlamış, davam edən, başa çatmayan real qəsdindən müdafiə etmək məqsədilə zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Lakin, məhz bu zaman Məhkum X7nin üzərindəki bıçaqla Zərərçəkmiş şəxs zərbə endirməklə, qəsdin xarakterinə açıq-aydın uyğun gəlməyən hərəkət edərək zəruri müdafiə həddini aşmışdır. Məhkəmə kollegiyası kassasiya protestində göstərilmiş “... məhkəmənin yekun mövqeyindən belə çıxır ki, dalaşan şəxslərdən kim bıçaq tətbiq edib digərinə ağır xəsarət yetirsə deməli onu zəruri müdafiə həddini aşmaq altında qanuni cinayət məsuliyyətindən azad etmək olar” dəlilini ittihamçının ehtimal xarakterli formal mülahizəsi kimi qiymətləndirərək qeyd edir ki, hər bir ictimai təhlükəli əmələ, iş üzrə toplanmış sübutların məcmusuna əsasən müəyyən olunmuş işin faktiki hallarına uyğun, maddi və prosessual normaların tələbləri çərçivəsində hüquqi qiymət verilir. Məhkəmə kollegiyası həmçinin kassasiya protestində göstərilmiş“... CM-nin 126.3cü maddəsi ilə qəsdən sa ğlamlığa ağır zərər vurma əməlinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-nin 123.1-ci maddəsi ilə isə zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası isə Məhkumun əməlini CM-nin 123.1-ci maddəsi ilə tövsif etməklə belə nəticəyə gəlmişdir ki, o, qəsdən adam öldürmüşdür. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmiş şəxsin ölümünə münasibətdə təqsirləndirilən şəxsin ittihamını təqsirin formasına münasibətdə ağırlaşdırmışdır ki, bu da cinayət və cinayətprosessual qanunvericiliyin tələblərinə ziddir” dəlilinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Əvvəla dövlət ittihamçısı qeyd edi lən xüsusatın cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olmasını qeyd etsə də, hər hansı bir konkret hüquq normasına istinad etməmişdir. Bundan əlavə baxmayaraq ki, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərərvurma cinayəti qəsdin qarışıq forması ilə, zəruri müdafiə həddini aşmaqla adam öldürmə isə yalnızqəsdən törədilir,nəzərə almaq lazımdır ki, verilmiş ittiham üzrə Məhkum əməli CM-nin 126.3-cü maddəsi ilə - yəni cinayətlərin təsnifatı baxımından ağır cinayət kimi tövsif edilmiş, apellyasiya məhkəmə kollegiyası isə həmin əməli CM-nin 123.1-ci maddəsi ilə-yəni böyük ictimai təhlükə törətməyən əməl kimi tövsif etmişdir. Belə olduğu halda ittihamın ağırlaşdırılması haqqında dəlillər qeyri-qanuni və əsassız hesab edilməlidir. Göstə rilənlərə əsasən, məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum əməli apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq CM-nin 123.1-ci maddəsi – zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi tövsif edilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətində cinayət əməlinin Məhkum tərəfindən deyil X7 tərəfindən törədilməsi və bununla əlaqədar Məhkum bəraət verərək X7 və digər şəxsləri cinayət məsuliyyətinə cəlb etmək üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə göstərilənlərlə bağlı qeyd edir ki, qüvvədə olan cinayət prosessual qanunvericiliyə görə kassasiya məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər haqqında, həm də yalnız onların barəsində məhkəməyə verilmiş ittiham üzrə çıxarılmış hökmdən və ya qərardan verilmiş kassasiya prоtesti və ya kassasiya şikayəti üzrə aparılır. Prossesual qanunvericilik barəsində ittiham verilməmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün qərarın ləğv edilib işin apellyasiya baxışına qaytarılması halını nəzərdə tutmamışdır. Daha sonra məhkumun müdafiəçisinin kassasiya şikayətində ona bəraət verilməli olduğu iddia edilir. Kassasiya şikayətində göstərilən məhkumun əməlində cinayət tərkibinin əlamətləri olmadığından ona bəraət verilməsi ilə bağlı dəlilərlə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməlinin hüquqi tövsifi ilə əlaqədar yuxarıda qeyd edilən protestin dəlillərinə qiymət verməklə yanaşı bütünlükdə Məhkum təqsirlilik məsələsinə də qiymət vermiş olduğu üçün kassasiya şikayətinin həmin dəlilərinə təkrarən geniş qiymət verməyə lüzum yoxdur. Bununla belə, CP M-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövoud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Apellyasiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlardan, ekspert rəylərindən görünür ki, Məhkum CM-nin 123.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətmişdir. Ona ittiham olunduğu CM-in 123.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyasi məhkuma təyin edilmiş cəza məsələsini iş materialları ilə əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilməsi zamanı bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakter i və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, ona qarşı şikayət və tələbin olmaması), iş üzrə cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyəti nə uyğun olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum onun islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunla ra əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti və kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum müdafiəçisi Bağırov Namiq İmran oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Quliyev Eldəniz Manaf oğlu il ə birlikdə verilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə, Məhkum müdafiəçisi Bağırov Namiq İmran oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və nümayəndəsi Quliyev Eldəniz Manaf oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-431/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-431/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver