Məhkəmə qərarları › İş №1(102)-432/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-432/2020

23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-432/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubli kası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş x1 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli bəraət hökmünün dəyişdirilmədən saxlanmasına dair qərarından dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Usaməddin Hidayət oğlu Osmanov) x1- xx xxxxxxx 1975-ci ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-c i il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: x1na ittiham elan edilmişdir ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü ağ rəngli kağız bükümdə çəkisi 1, 441 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini xx xxxx 2019cu il tarixdə, saat 11 radələrində ünvan 3 küçəsində yerləşən «Dostluq parkı» adlanan yerdə tapıb üzərində saxlayaraq daşımış və həmin gün saat 19 radələrində Mingəçevir ŞPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən ke çirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 4 saylı binanın arxasında saxlanılarkən həmin bükümü ağzına qoyaraq udmuş, bundan sonra polis əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə baxış keçirilmiş, Mingəçevir şəhər Mərkəzi xəstəxanasının Acil şöbəsində mədəsi həkimlər tərəfindən tibbi yardım göstərilərək duzlu su içirdilib mədəsi yuyulduqdan sonra göstərilən gümüşü-ağ rəngli kağız bükümü ifraz edilmiş, həmin büküm açılarkən içində həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Cabbarov Vidadi Əhməd oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il ta rixli qərarı ilə apellyasiya protestini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Mazan Fətəliyev kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Mazan Fətəliyev kassasiya protestində göstərilmişdir ki, x1 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Kassasiya protestində x1nun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrinə, şahidlər x2, x3, x4, x5 birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarındakı ifadələrinə ittihamı təsdiq edən sübutlar kimi istinad edilmişdir. Apelyasiya məhkəmə kolegiyasının qənaətinə görə «x1 polis kapitanı x6 xx xxxx 2019-cu il tarixli qərarı ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, daha sonra isə həmin gün, saat 19:45-də şübhəli şəxs x1 şəxsi axtarış və müayinəsinin keçirilməsinə etiraz etmədiyi üçün Mingəçevir ŞMX-nin Acil şöbəsinə gətirilmiş və mədəsi düzlu su ilə yuyulmuş və bu zaman onu mədəsindən narkotik vasitənin düşməsinin aşkar olunması bildirilmişdir. Göründüyü kimi, bəraət verilmiş şəxs x1 şəxsi müayinəsinin aparılması haqqında heç bir qərar olmamışdır ki, bu da CPM-in tələblərinin pozulması deməkdir.» CPM-nin 238.2-c i maddəsinə əsasən şəxsin tutulması və ya həbs edilməsi halları istisna olmaqla, insanın iradəsinə zidd onun şəxsi müayinəsi yalnız məhkəmənin qərarı əsasında aparılır Həmin Məcəllənin 242.1-ci maddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər Təqsirləndirilən şəxs x1 daxili orqanı mədəsindən narkotik vasitənin aşkarlanması ilə nəticələnən istintaq hərəkətinin aparılmasında müdafiəçinin iştirakı təmin edilməklə, prosesin bütün iştirakçıların hüquq və vəzifələrinin izah olunması həm cinayət işinin mater ialları, həm də məhkəmənin hökmü ilə tam sübuta yetirilmişdir. Həmin istintaq hərəkətlərinin faktiki olaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti olması barədə məhkəmənin mövqeyi ilə razılaşaraq, bu zaman həmin istintaq hərəkətinin aparılması qaydalarını tənzimləyən cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarının pozulması halları müəyyən edilməmişdir. Həmin istintaq hərəkətinin təhqiqatçı, müstəntiq tərəfindən yanlış adlandırılması isə bəraət hökmü üçün əsas ola bilməz. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə «bəraət almış şəxs x1 birinci instansiya məhkəməsində və məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində bildirmişdir ki, polislərin qorxusundan etirafedici ifadə vermişəm, özümü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmədiyim təqdirdə, mənə qarşı narkotik vasitələrin satışı ilə bağlı əlavə sübutları ortaya qoyacaqları ilə bağlı polislər məni hədələdilər. Məhkəmə kollegiyası bəraət almış şəxs x1 bu izahat və ifadəsi ilə polis əməkdaşları x2 və x3 ifadələrini bir-biri ilə qarşılıqlı əlaqədə sübut kimi təhlil edərək qiymətləndirdikdə, bu ifadələr arasında ziddiyyət və uyğunsuzluğun olmasını müəyyən edir. Çünki, bəraət almış şəxs ilkin izahat və ifadəsində göstərir ki, “özlərini mənə təqdim edərkən üzərimdə olan siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan bir ədəd bükümü ağzıma qoyub uddum.” Bu ifadə onu göstərir ki, artıq polis əməkdaşları ona yaxınlaşmış, polis əməkdaşları ilə üzbəüz olmuş və bu zaman bükümü udmuşdur. Belə olan halda polis əməkdaşlarının bunu görməmələri mümkün ola bilməzdi. Ən azı ona g örə ki, polis əməkdaşları şübhəli şəxs kimi x1u nəzarətdə saxlayıb onun bütün hərəkətlərini izləyirdilər. Bəraət almış şəxsin ilkin izahat və ifadəsində bükümü udmasını bildirməsinə baxmayaraq, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş polis əməkdaşları x2 və x3 göstərmişlər ki, “...x1 ünvan 4 arxasında olan zaman görüb ona yaxınlaşaraq haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib x1u polis şöbəsinə dəvət etdik, onu Mingəçevir ŞPŞ-yə gətirdik...Lakin o, üzərində heç bir şey olmadığını bildirdi. Bundan sonra vəkil x5 iştirakı ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinə getdik.” Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Mingəçevir şəhər polis şöbəsinin əməliyyatçıları x3 və x2 daxil olmuş əməliyyat məlumatı əsasında x1u şübhəli şəxs kimi tutub polis şöbəsinə gətirərkən ona yaxınlaşan zaman x1 ağız nahiyəsinə nə isə aparıb udduğunu müşahidə etdiklərini və bu səbəbdən udmuş olduğu maddənin narkotik vasitə olmasına şübhələri olduğundan, onun sağlamlığına ciddi zərər vurması ehtimalını da nəzərə alaraq, onu şəhər xəstəxanasının Acil şöbəsinə aparmaq zərurəti yaranmasını bildirmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, x1 Mingəçevir şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. x1 bir neçə dəfə a zadlıqdan məhrum etmə növündə cəza çəkməsinə baxmayaraq, bütün istintaq zamanı heç bir əsas olmadan onun Mingəçevir şəhər polis şöbəsinin əməliyyatçıları tərəfindən Mərkəzi xəstəxananın Acil şöbəsinə aparılaraq məcburi qaydada duzlu su qəbul edib mədəsindən ifraz etdirmələrinə və onun ifraz etdiyi qaba narkotik vasitə atmaları barədə yuxarı instansiyalara müraciət etməməsinin səbəbini izah edə bilməmişdir. CPM-nin 125.1-ci maddəsinə müvafiq olaraq məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına yalnız şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutların qarşılıqlı təhlili həqiqi mənzərəni aşkara çıxarmaqda çətinlik yaratmasa da, məhkəmələr şahidlərin ifadələrini ziddiyyətli ifadələr kimi qiymətləndirməklə x1un təqsirliliyi ni şübhə altına alması kimi əsassız nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi x1a istinad olunan əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş, nəticədə ona əsassız olaraq CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqin in düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessua l qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli şəxsi müayinə və götürmə barədə protokolda isə göstərilmişdir ki, x1n şəxsi axtarışı və şəxsi müayinəsi həmin tarixdə saat 19:45-də başlamış və 20:15-də qurtarmışdır. Protokolda Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə istinad edilərək göstərilmişdir ki, şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə olundu. Cinayət işinin materiallarına əlavə edilmiş videogörüntünün üzərindəki qeyddən müəyyən edilir ki, cəmi 06 dəqiqə 04 saniyə çəkən çəkiliş xx.xx.2019-cu il tarixdə saat 00:21-də qeydə alınmışdır. Videogörüntüdə təhqiqatçı x6 çıxışında da göstərir ki, x1nun üzərində şəxsi axtarış aparılnadək həkim tərəf indən şəxsi müayinə aparılmış və mədəsi duzlu su ilə yuduzdurularaq qusdurulmuş və bu yolla mədəsindən bir ədəd kağıza bükülmüş büküm aşkar olunmuşdur. Lakin protokolda göstərilir ki, “x1 üzərində şəxsi axtarış və şəxsi müayinə aparılmasına etiraz etməyərək, üzərində olan əşyaları təqdim etdi. Bundan sonra x1nun şəxsi müayinəsi zamanı onun mədəsi Mingəçevir şəhər xəstəxanasının Acil şöbəsinin həkimləri tərəfindən duzlu su ilə yuyuldu və mədəsindən bir ədəd gümüşü kağıza bükülmüş büküm aşkar olundu.” Beləliklə protokolla videogörüntü başqa-başqa vaxtlarda qeydə aınmışdır və protokolda göstərilənlərlə videogörüntüdə qeydə alınanlar arasında uyğunsuzluq mövcuddur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqda xx xxxx 2019-cu il tarixli protokolda göstərilmişdir ki, x1 xx xxxx 2019-cu il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutuldu. Lakin, üzərində bundan sonra 19:45-dən 20:15-dək aparıldığı göstərilmiş şəxsi müayinə və götürmə barədə protokolda x1nun şübhəli şəxs qismində tutulması və onun şübhəli şəxs statusunda olması göstərilməmişdir. Belıliklə də x1nun tutulduqdan və şübhəli şəxs statusu aldıqdan sonra onun üzərində şəxsi müayinə və şəxsi axtarış aparılması şübhə doğurur və ağlabatan deyil. Azərbaycan Respublikası CPM-nini 238.2-ci maddəsinə əsaəsn şəxsi müayinə aparılması haqqında məhkəmənin və ya müstəntiqin qərarı, barəsində qərar çıxarılmış şəxs üçün məcburidir. Şəxsin tutulması və ya həbs edilməsi halları istisna olmaqla insanın iradəsinə zidd onun şəxsi müayinəsi yalnız məhkəmənin qərarı əsasında aparılır. CPM-nin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-nin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Cinayət işinin materiallarından görünür ki, şəxsi müayinə və şəxsi axtarış aparılması barədə nə məhkəmənin nə də cinayət işinin istintaqını aparan müstəntiqin qərarı olmamışdır. x1nun üzərində şəxsi müayinə və şəxsi axtarışın aparılmasına onun yazılı razılığının alınması da cinayət işinin materiallarından müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Beləliklə şəxsi müayinə və götürmə hərəkəti istintaq hərkəti olmasına baxmayaraq cinayət işi başlanmadan, müayinə aparılan şəxsin razılığı olmadan məhkəmənin qərarı olmadan aparılmışdır, ona görə də həmin sübutn əldə olunması qanunun tə ləblərinin pozulması ilə aparıldığından mümkünsüz hesab edilməlidir. Birinci instansiya məhkəməsindəki ifadəsində x1 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhəri Ə.Vahid küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək, ona polis şöbəsinə getməyi təklif etmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. axtarış zamanı müdafiəçi iştirak etməmiş və üzərində heç bir qadağan olunmuş əçya aşkar edilməmişdir. Bundan sonra ona aid olmayan narkotik vasitənin ona məxsus olmasını boynuna alması üçün polis əməkdaşları tərəfindən döyülsə də o, təqsirsiz olduğunu bildirmişdir. Daha sonra onun guya üz ərində olan narkotik vasitəni udduğunu bildirərək Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinə gətirmişlər. Xəstəxanada ona mədəsində olanları ifraz etmək üçün polis əməkdaşları tərəfindən məcburi şəkildə duzlu su içirdilmiş, lakin o, ifraz etdikdən sonra heç nə tapılmadığını görən x3 əlində olan kütləni onun ifraz etdiyi qaba ataraq guya onun mədəsindən çıxdığını bildirmiş, həmin vaxt həkim orada olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən x4 göstərmişdir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil Şöbəsində həkim işləyir. xx.xx.2019-cu ildə, saat 19 radələrində Mingəçevir ŞPŞ-nın əməkdaşları x1nu xəstəxanaya gətirib sonuncunun narkotik vasitə olması ehtimal olunan büküm udduğunu bildirərək, həmin bükümü ifraz etməkdə köməklik göstərilməsini xahiş etmişlər. Dərhal tibb bacılarına su hazırlaması barədə göstəriş vermiş və polis əməkdaşları suyu vətəndaşa vermişlər. Həmin vaxt başqa xəstələrə də yardım göstərdiyindən o, digər xəstənin yanında olanda x1 mədəsindən hər hansı bükümün qusduğunu görməmişdir. Sonradan bükümü sonuncunun ifraz etdiyi qabın içərində görmüşdür. Amma bükümün onun ağzından düşdüyünü, ya da başqa biri tərəfindən qaba atıldığını görməmişdir. Əvvəldən axıra kimi bu prosesdə iştirak etməmişdir. Xəstələrin yanından qayıdanda görmüşdür ki, artıq onu qusdururlar. Görüş sahəsi bağlı olmamış və bükümün x1 ağzından düşdüyünü görməmişdir. Həmin vaxt videoçəkiliş aparılmırdı. Səhv etmirsə, ifraz edildikdən sonra videoçəkiliş apardılar. Bu prosesdən sonra, səhv etmirsə, x1 polis əməkdaşlarına “insafınız olsun” demişdir. Narko tik maddə sərt maddə olmadığına görə onu rentgen göstərmir. Çünki, narkotik maddə yumşaqdır. Zont vasitəsilə yoxlamaq olardı, amma həmin vaxt həkimlər artıq evə getdikləri üçün bunu etmək mümkün olmamışdır. Göründüyü kimi şəxsi müayinə aparılarkən həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə və ya qanunla müəyyən edilmiş hallarda həkimnarkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən aparılması (CPM-nin 238.4-cü madd) qanunda nəzərdə tutulduğu halda, konkret həkimin iştirakı barədə qərar olmadığından həkim şəxsi müayinə aparılarkən başqa xəstələrə də baxdığından şəxsi müayinənu ardıcıl izləyə bilməmiş, duzlu suyu müayinə edilən şəxsə özünün razılığı olmadan polislər içirtmişlər. Yallo Almaniyaya qarşı məhkəmə işində, Avropa İnsan Hüquqları Məhkəməsi xx xxxx 20 06-cı il tarixli qərarında göstərmişdir ki, cinayətə dair sübut əldə etmək üçün hər hansı məcburi tibbi müdaxiləyə əl atılması konkret işin halları ilə inandırıcı şəkildə əsaslandırılmalıdır. Bu xüsusən o hallara aiddir ki, tibbi prosedur şəxsin şübhəli bilindiyi cinayətin sübutunu onun bədənindən çıxarmaq məqsədini daşıyır. Belə hərəkətin xüsusi müdaxilə xarakteri daşıması işin bütün hallarının diqqətlə yoxlanılmasını tələb edir. Bununla məsələ ilə bağlı sözügedən cinayətin ağırlığına xüsusi diqqət yetirilməlidir. Hakimiyyət orqanları həmçinin nümayiş etdirməlidirlər ki, sübutun əldə edilməsinin alternativ üsullarını nəzərdən keçirmişlər. Bundan başqa, tibbi prosedur şübhəli şəxsin sağlamlığı üçün hər hansı təhlükə və ya uzunmüddətli zərər doğurmamalıdır. Bundan əlavə, terapevtik məqsəd lər üçün həyata keçirilən müdaxilələrdə olduğu kimi, şəxsin bədənindən sübutu çıxarmaq məqsədi ilə onun məcburi tibbi prosedura məruz qoyulması zamanı da elə etmək lazımdır ki, prosedur Məhkəmənin Konvensiyanın 3-cü maddəsinə dair presedent hüququnda nəzərdə tutulmuş minimal qəddarlıq dərəcəsini aşmasın. Belə işlərdə digər mühüm məsələ məcburi tibbi prosedur barəsində qərarın qəbul edilibedilməməsi, həmin prosedurun həkimlər tərəfindən icra edilib-edilməməsi və müvafiq şəxsin mütəmadi tibbi nəzarət altında olub-olmamasıdır. Cinayət işi üzrə aparılmış x1nun şəxsi müayinəsi Avropa İnsan Hüquqları Məhkəməsinin göstərilən qərarında şərh edilən tələblərə də uyğun olmamışdır. İş üzrə əsas sübut olan narkotik vasitənin aşkar edilməsi üzrə aparılmış hərəkətlər ƏməliyyatAxtarış Fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası CPM-nin tələblərinə cavab verməmişdir. Beləliklə x1nun özünün təqsirsizliyi barədə irəli sürdüyü dəlillərin həqiqiliyini təkzib edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cinayət işi üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin bəraət hökmü düzgün olaraq dəyişdirilmədən saxlanmışdır. Kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya pro testi təmin edilməsin. x1na Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar