Məhkəmə qərarları › İş №1(102)-433/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-433/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-433/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun və mülki iddiaçı - X80nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2019-cu i l tarixli qərarından mülki iddiaçı - X80nin rəis müavini, baş vergi xidməti müşaviri XXX35 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim B.Ş.Məmmədov) Məhkum1 (01 avqust 1952-ci il tarixdə ünva4nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsiili, evli, əvvəllər məhkum olunmamış, ünvan3-da qeydiyyatda omaqla, ünvan 1 ünvanında yaşamış) Habelə Məhkum2 (xx xxxx 1956-cı il tarixdə ünvan5nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsiili, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraa ta Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci madəsində nəzərdə tutumuş əsasla - cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlqdar xitam verilmiş və mülki iddiaçı – X90nin 722.312,37 manat məbləğində pulun müştərək qaydada Məhkum1 və Məhkum2 alınıb dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.K.Səfərov, hakimlər Q.X.Babayev və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) mülki iddiaçı - X95nin baş direktorunun müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 17 iyul 2019-cu il tarixli qərarından mülki iddiaçı - X80nin rəis müavini, baş vergi xidməti müşaviri XXX35 kassasiya şikayəti vermişdir. İşin halları: Cinayət təqəibi orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum1 X85ndə (işə baxılan vaxt X95ndə) vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan6 Məsuliyyətli Cəmiyyətə (VÖEN: **********) tanışı Məhkum2 direktor vəzifəsinə təyin etdirib, özü cəmiyyətin rəhbəri olarkən, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, bir qrup şəxslə, yəni Məhkum2lə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirmiş, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğ ul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 72, 78.1, 105.1, 130.1, 130.2, 159.1, 159.5, 166.1, 168.1, 177.1.1, 177.1.2, 177.1.3, 177.2, 177.6 və 180.1-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətin adından vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə külli miqdar təşkil edən 722312,37 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum1 “xxxx” MMC-nin dirketoru Məhkum2 ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsin ə girərək həmin müəssisənin adından: 2010-cu ilin fevral ayı üzrə vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannaməsində ƏDV tutulan dövriyyəsini 13559,32 manat, büdcəyə ödənilməli ƏDV-ni 2440,68 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsinin olmadığını göstərərək, 2440,68 manat; 2010-cu ilin mart ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəsini 4661,00 manat, büdcəyə ödənilməli ƏDV-ni 838,98 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsinin olmadığını göstərərək, 838,98 manat; 2010-cu ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəsini 4661,00 manat, büdcəyə ödənilməli ƏDV-ni 838,98 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsinin olmadığını göstərərək, 838,98 manat; 2012-ci ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəsini 2332414,78 manat, büdcəyə ödənilməli ƏDV-ni 419834,66 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsinin olmadığını göstərərək, 419834,66 manat, cəmi 423953,30 manat məbləğində ƏDV-ni; bundan əlavə, “xxxx” MMC-nin adından 2009-cu il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəlirini 8914001,09 manat, gəlirin əldə olunmasına çəkilmiş xərclərini 7428334,24 manat, əldə olunan mənfəətini 1485666,85 manat və bu mənfəətdən 20% dərəcə ilə dövlət büdcəsinə hesablanmalı mənfəət vergisini 297133,37 manat göstərməli olduğu halda, gəlirini 8289232,32 manat, gəlirin əldə olunmasına çəkilmiş xərclərini 8288640,37 manat, vergiyə cəlb olunan mənfəət vergisini 591,95 manat, mənfəətinin 130,23 manat olduğunu göstərməklə, 297003,14 manat, həmçinin 2010-cu il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəlirini 40677,97 manat, gəlirin əldə olunmasına çəkilmiş xərclərini 33898,35 manat, əldə olunan mənfəətini 6779,62 manat və bu mənfəətdən dövlət büdcəsinə hesablanmalı mənfəət vergisini 1355,93 manat göstərməli olduğu halda, mənfəətinin olmadığını göstərməklə 1355,93 manat, cəmi 298359,07 manat mənfəət vergisini, ümumilikdə isə külli miqdar təşkil edən 722312,37 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmə əsasən Məhkum2 X85ndə (işə baxılan vaxt X95) vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan6 Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) direktoru vəzifəsində işləyərkən vergiləri dövlət büdcəsinə ödəməkdən yay ınmaq məqsədilə, bir qrup şəxslə, yəni müəssisənin rəhbəri Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirmiş, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 72, 78.1, 105.1, 130.1, 130.2, 159.1, 159.5, 166.1, 168.1, 177.1.1, 177.1.2, 177.1.3, 177.2, 177.6 və 180.1-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətin adından vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə külli miqdar təşkil edən 722312,37 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum2 “xxxx” MMC-nin rəhbəri Məhkum1 ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək həmin müəssisənin adından: 2010-cu ilin fevral ayı üzrə vergi orqanma təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannaməsində ƏDV tutulan dövriyyəsini 13559,32 manat, büdcəyə ödənilməli ƏDV-ni 2440,68 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsinin olmadığını göstərərək, 2440,68 manat; 2010-cu ilin mart ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəsini 4661,00 manat, büdcəyə ödənilməli ƏDV-ni 838,98 manat göstərm əli olduğu halda, ƏDV tutulan dövriyyəsinin olmadığını göstərərək, 838,98 manat; 2010-cu ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəsini 4661,00 manat, büdcəyə ödənilməli ƏDV-ni 838,98 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsinin olmadığını göstərərək, 838,98 manat; 2012-ci ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəsini 2332414,78 manat, büdcəyə ödənilməli ƏDV-ni 419834,66 manat göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsinin olmadığını göstərərək, 419834,66 manat, cəmi 423953,30 manat məbləğində ƏDV-ni; bundan əlavə, “xxxx” MMC-nin adından 2009-cu il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəlirini 8914001,09 manat, gəlirin əldə olunmasına çəkilmiş xərclərini 7428334,24 manat, əldə olunan mənfəətini 1485666,85 manat və bu mənfəətdən 20% dərəcə ilə dövlət büdcəsinə hesablanmalı mənfəət vergisini 297133,37 manat göstərməli olduğu halda, gəlirini 8289232,32 manat, gəlirin əldə olunmasına çəkilmiş xərclərini 8288640,37 manat, vergiyə cəlb olunan mənfəət vergisini 591,95 manat, mənfəətinin 130,23 manat olduğunu göstərməklə, 297003,14 manat, həmçinin 2010-cu il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəlirini 40677,97 manat, gəlirin əldə olunmasına çəkilmiş xərclərini 33898,35 manat, əldə olunan mənfəətini 6779,62 manat və bu mənfəətdən dövlət büdcəsinə hesablanmalı mənfəət vergisini 1355,93 manat göstərməli olduğu halda, mənfəətinin olmadığını göstərməklə 1355,93 manat, cəmi 298359,07 manat mənfəət vergisini, ümumilikdə isə külli miqdar təşkil edən 722312,37 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı – X80nin rəis müavini XXX35 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verildikdə irəli sürülmüş mülki iddianın baxılmamış saxlanılması nə Cinayət-Prosessual Məcəllə, nə də Mülki-Prosessual Məcəllə ilə nəzərdə tutulmadığı halda, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq X90nin 722312,37 manat məbləğində pulun müştərək qaydada Məhkum1 və Məhkum2 alınıb dövlət büdcəsinə ödənilməsinə dair mülki iddianı baxılmamış saxlamış, apellyasiya instansiyası məhkəməsi isə həmin qərarı dəyişdirilmədən saxlamaqla eyni pozuntuları təkrarlamışdır. Mülki iddiaçı kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarının ləğv olunmasını və 722312,37 manat məbləğində vergi borcunun müştərək qaydada Məhkum1 və Məhkum2 tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddianın tam təmin olunması barədə qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası mə hkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Mülki iddiaçı - X80nin rəis müavini kassasiya şikayətində təqsirləndirilən şəxslər, eyni zamanda mülki cavabdehlər Məhkum1 və Məhkum2 müştərək qaydada 722312,37 manat məbləğində vergi borcunun tutulmasına dair mülki iddia (cinayət təqibinə və cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsi ilə əlaqədar) baxılmamış saxlanıldığı üçün məhkəmə qərarlarının bu hissədə qanunsuz və əsassız olduğunu iddia etməklə, məhkəmələrin mülki iddianın həllinə dair cinayət-prosessual qanunun tətbiqi üzrə mövqelərini mübahisələndirmişdir. Odur ki, kollegiya mülki iddiaçının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlay ıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəllənin 179.2-ci maddəsi mülki-prosessual qanunvericiliyin normalarının cinayət prosesində tətbiqinə o halda yol verir ki, onların tətbiqi cinayət mühakimə icraatının prinsiplərinə zidd olmasın və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərə tutulmasın. Cinayət-prosessual qanunun 180.3-cü maddəsində cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmamış saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilməsi imkanı nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə təsbit edilmişdir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanının ödənilməsi barədə mülki iddia verməklə həmin maddədə göstərilən məsələlər üzrə tələblər irəli sürə bilər. Cinayət-Prosessual Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsi cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarın məhkəmənin hökmündə göstərilməsini nəzərdə tutmuşdur. Eynilə, cinayət-prosessual qanunun məhkəmə hökmündə mülki iddianın həlli məsələsini tənzimləyən 354-cü maddəsi, habelə mülki iddianın həllini ittiham və bəraət hökmünün nəticəvi hissələrində göstərilən məsələlər sırasına aid edən 353.4.10 və 353.5.4-cü maddələri də prosessual qərar olaraq məhkəmə hökmünü mülki iddianı həll edən məhkəmə aktı kimi təsbit etməklə məhz həmin aktın çıxarılması ilə eyni zamanda mülki iddianın həll edilməsinin mümkünlüyünü ehtiva edirlər. Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayət təqibini istisna edən hal qismində nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 39.1-ci maddəsinə əsasən cinayə təqibini istisna edən hal olduqda, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən, cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam veri lməlidir). Məhkəmə baxışında cinayət təqibinə xitam verilməsi məsələlərinə dair CinayətProsessual Məcəllənin 43.3-cü maddəsini CPM-in 39.1-ci maddəsində göstərilən müddəalarla birlikdə götürülməklə təfsir etdikdə aydın olur ki, müdafiə tərəfinin razılığı olduğu halda məhkəmə baxışında da belə razılığın olması müəyyən olunduqdan sonra cinayət təqibi, müvafiq olaraq da cinayət işi üzrə icraat davam etdirilə bilməz, cinayət təqibinə və iş üzrə icraata xitam verilməlidir. Təsvir edilən prosessual normaların məzmunundan görünür ki, cinayət mühakimə icraatında mülki iddia şəxsə qarşı irəli sürülmüş ittihama baxılması ilə eyni zamanda həll olunur. Əgər məhkəmədə şəxsin əməlinə cinayət mühakimə icraatı qaydasında baxılmalı olmadığı (şəxsin barəsində cinayət təqibinin aparılmasını istisna edən hall arın mövcudluğu) müəyyən olunursa, həmin əməllə bağlı irəli sürlümüş mülki iddianın bu icraat çərçivəsində həll edilməsi üçün əsaslar da (nə qədər ki, cinayət mühakimə icraatı qaydasında inzibati xəta, mülki, inzibati hüquq pozuntusu kimi təsnif edilən əməllərdən irəli gələn mülki iddialara baxılması cinayət mühakimə icraatının vəzifələri ilə bir araya sığmır) ortadan qalxmış olur. Başqa sözlə, cinayət təqibinin, müvafiq olaraq da cinayət işi üzrə icraatının aparılmasını istisna edən hal icraatın davam etdirilməsini, yəni şəxsə isnad edilən ittiham üzrə həmin icraat çərçivəsində araşdrımanın aparılmasını mümkünsüz etdiyindən, cinayət prosesində irəli sürülmüş mülki iddia üzrə - ayrıca (müstəsna olaraq mülki iddiaya baxmaq məqsədilə) məhkəmə araşdırmasının davam etdirilməsi də istisna olunu r. Cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsi haqqında qərar isə öz hüquqi təbiətinə və doğurduğu hüquqi nəticələrə görə məhkəmə hökmü ilə eyniləşdirilə bilməz. Bu səbəbdən cinayət təqibinə xitam verilməsi haqqında qərara şəxsin irəli sürülmüş ittihamda göstərilən, lakin cinayət işi üzrə icraata xitam verildiyindən sonadək baxılmayan (araşdırılmayan) əməli tərətməkdə (o cümlədən, əgər ittiham maddi zərər və yaxud maddi ödənişlərlə əlaqələndirilirsə - həmin ziyanı vurmaqda, ödənişlərdən yayınmaqda) təqsirli olduğunu təsdiq edən akt kimi baxmaq olmaz. Hazırki işin materiallarından isə görünür ki, Məhkum1 və Məhkum2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə irəşi sürülmüş ittihama dair cinayət işi üzrə icr aata (cinayət təqibinə) Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində göstərilən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə müdafiə tərəfinin razılığı ilə xitam verilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin həmin qərarı çıxarmaqla yanaşı büdcədən yayındırılmış vergi məbləği olaraq – 722312,37 manatın müştərək qaydada Məhkum1 və Məhkum2 tutulmasına dair X75nin mülki iddiasını baxılmamış saxlaması (apellyasiya instansiyası məhkəməsinin bununla razılaşması) əsassız və qanunsuz nəticələr kimi qiymətləndirilə bilməz. Cinayət-Prosessual Məcəllənin yuxarıda təsvir edilən normaları məhkəmədə cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verildikdə cinayət prosesi çərçivəsində mülki iddiaya baxılmasının yolverilməz olduğunu kifayət qədər aydın şəkildə nəzərdə tutduğun dan, məhkəmə kollegiyası CPM-in 179.2-ci maddəsinə əsaslanaraq mülki iddia üzrə qəbul edilmiş məhkəmə qərarının Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları (həmin Məcəlllədə nəzərdə tutulmuş iddianın baxılmamış saxlanılması əsasları) ilə müqayisə edilməsinə zərurət görmür. Cinayət-Prosessual Məcəllənin 180.3-cü maddəsi mülki iddiaçının cinayət mühakimə icraatı zamanı verdiyi, lakin məhkəmə tərəfindən baxılmamış saxlanılmış mülki iddianı sonradan mülki mühakimə icraatı qaydasında vermək hüququnu tanıdığından, mülki iddiaçıya heç nə mane olmur ki, eyni iddianı müvafiq kommersiya məhkəməsində irəli sürsün. Odur ki, məhkəmə kollegiyası sözügedən mülki iddia üzrə məsələyə (o cümlədən, mülki iddiaçının apellyasiya şikayətinə) baxılarkən birinci və apellyasiya instansiyası mə hkəmələri tərəfindən cinayət-prosessual qanunun tələblərinə əməl olunduğunu nəzərə alaraq, mülki iddiaçının kassasiya şikayətinə münasibətdə cinayət-prosessual qanunun 416.0-cı maddəsində göstərilən (məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsinə, ləğv edilməsinə əsas yaradan) halları müəyyən etmir və bu səbəbdən həmin şikayətin təmin edilməsini mümkün saymır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair mülki iddiaçının nümayəndəsinin və kassasiya şikayətinin qanunvericiliyin tələblərinə müvafiq olaraq həll edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, mülki iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 17 iy ul 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mülki iddiaçı - X80nin rəis müavini, baş vergi xidməti müşaviri XXX35in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar