Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-507/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının,iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 1(106)-738/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 3215 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda- 2110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda- 90 5 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək qeyd edilən çəkidə narkotik vasitə heroinin 1510 qramını bir ədəd sellofan bağlamada qablaşdırmaqla, qalan 1705 qram heroini bir ədəd bağlamada, eləcə də 905 qram psixotrop maddə metamfetamini bir ədəd sellofan torbada və 2110 qram narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan torbada qablaşdırmaqla yaşadığı Füzuli rayonuna daşıyaraq oradaki kolluqda saxlamış, 06 avqust 2022-ci ildə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 22:30-da yaşadığı Böyük Bəhmənli kəndi ərazisində saxlanılaraq Füzuli Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman satış m əqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda- 1510 qram çəkidə narkotik vasitə heroin əlindəki sellofan torbada aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşları tərəfindən 07 avqust 2021-ci il tarixdə, saat 14:30-da əməliyyat-axtarış tədbiri davam etdirilərkən Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən su arxının kənarındaki kolluğa baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı bir ədəd sellofan bağlamada külli miqdar təşkil edən 1705 qram çəkidə narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada külli miqdarda- 2110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan torbada külli miqdarda- 905 qram çəkidə psixotrop maddə m etamfetamin aşkar olunaraq götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(099)246/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 09 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
4. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci tarixli, 1(106)-738/2022 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində 24 may 2022-ci il tarixli 1(099)246/2022 nömrəli hökmü isə apellyasiya şikayətinə münasib ətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci tarixli, 1(106)-738/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə, təqdim edilmiş vəsatətlərə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əməliyyat-axtarış fəaliyyəti “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun müddəalarına uyğun aparılmamış, Qanunun tələbləri Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əmə kdaşları tərəfindən pozulmuşdur. Bu əsasla, həmin fəaliyyətin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların mötəbərliyi mübahisələndirilir. Bundan əlavə, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum azadlığı faktiki məhdudlaşdırıldığı andan 2 saat 40 dəqiqə sonra şübhəli şəxs qismində tutulmuş, bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılmış və tutulmadan 35 saat sonra şübhəli şəxsin dindirilməsi həyata keçirilmişdir. O cümlədən, baxış və götürmə istintaq hərəkəti təxirə salınmadan deyil, bu barədə məlumat daxil olduqdan 12 saat sonra aparılmışdır.
8. Müdafiəçi2 kassasiya şikayətində həmçinin, Məhkum müdafiə hüququnun pozulması məsələsini qeyd etmiş, məhkuma öz hesabına vəkil tutmağa imkan yaradılmamasını, dövlət hesabına təyin olunan vəkilin təhqiqatçı tərəfindən seçilərə k təyin olunmasını qeyd etmişdir. Bu pozuntuların nə Lənkəran Ağır Cinayətlər Məhkəməsi, nə də Şirvan Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmadığı, bu barədə təqdim olunan vəsatətlərin heç birinə məhkəmələr tərəfindən münasibət bildirilmədiyi qeyd edilmişdir.
10. Kassasiya şikayətinin müəllifi Məhkum ittiham olunduğu cinayət əməli düzgün tövsif edilməmiş, satış məqsədi və mənfəət əldə etmə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 1(106)-738/2022 saylı qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM -nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən e tmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barə də məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə;
15. Müdafiəçi2 kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-nin 419cu maddəsinin tələbləri baxımında n səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 1(106)-738/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
18. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
19. Cinayət-Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
20. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-ol maması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
25. Belə ki, apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hər tərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
26. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiy i nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
27. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
28. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 1(106)73 8/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 sentyabr 2022-ci il tarixli, 1(106)-738/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.