Məhkəmə qərarları › İş №1(102)-516/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-516/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-516/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi Məmmədbəyov Bağır Əhmədbəy oğlunun iştirakları ilə, Gədəbə y rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərar ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilərək, barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmiş Məhkum nın barəsində cinayət təqibinə xitam verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.B.Mirzəquliyev) Məhkum - xx xxxxxxxx 1971-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətən daşı, orta təhsilli, ailəli, 2-ci qrup əlil, əvvəllər məhkum olmamış, barəsində polisin nəzarəti atına vermə qətimkan tədbiri seçilmiş, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilərək, barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmişdir İşin halları: İttiham aktına görə, Məhkum xx xxxxxx 2017-ci il tarixdə saat 11 radələrində Gədəbəy şəhərində yerləşən Heydər Əliyev parkının qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı anası X3 baş nahiyəsinə əl çantası ilə vuraraq ona qapalı kəllə-beyin travması, asteno-nevrotik hal, baş beyin silkələnməsi ilə müşayiət olunan bədən xəsarət i yetirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Gədəbəy rayon məhkəməsinin qərarı ilə Məhkum nın barəsində yuxarıda göstərilən qərar qəbul edilmişdir. Qərardan təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi və zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və F.Ə.Mehdiyevdan ibarət tərkibdə) xx xxxxxx 2019cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, Məhkum nın barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə c inayət təqibi ilə bağlı icraata xitam verilmiş, Məhkum cinayət məsuliyyətindən azad edilmiş, qəraraın surəti müalicə və psixatriyayardımına ehtiyacı olan Məhkum nın psixiatriya dispanser müşahidəsi və ya psixiatriya stasionarına yerləşdirilməsi məsələsinin həll edilməsi üçün Cədəbəy rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X3 nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək qəraraın ləğv edilərək işin yenidən araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs X3 nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət əlamətlərinə dəlalət edən kifayət qədər əsaslar olmasına baxma yaraq ibtidai istintaq orqanı tərəfindən vaxtında araşdırma aparılmamış, həmçinin istər ibtidai istintaq dövrü, istərsə də məhkəmədə işə baxılarkən baş vermiş hadisədən xeyli müddət keçsin deyə dəfələrlə təqsirləndirilən şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi tərəfindən vəsatətlər və məhkəmə qərarlarından şikayətlər verilmişdir. Bundan başqa kassator Azərbaycan Respublikası CM-nin 21.2-ci və 93.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Məhkum nın barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində zərərçəkmiş şəxsin nümayəndəsi göstərmişdir ki, ibtidai istintaq orqanı işin istintaqını vaxtında aparmamış, təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi vəsatətlər və şikayətlər verərək müddəti uzatmışlar və nəticədə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Bundan başqa təqsirləndirilən şəxsin özü və ətrafdakılar üçün təhlükəli olduğunu nəzərə alaraq onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməlidir. Azərbaycan Respu blikası CPM-nin 91.5.30-cu və 91.5.31-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək, hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək və həmin qərarların surətlərini almaq hüququ vardır CPM-nin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Göstərilən prosessual hüquq normalarının mənasına görə təqs irləndirilən şəxsin, onun qanuni nümayəndəsinin və müdafiəçisinin, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı güdişində qanunda nəzərdə tutulmuş əsaslarla qərarlardan və istintaq orqanlarının hərəkətlərindən şikayətlər və vəsatətlər verməklə öz hüquqlarından istifadə etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Beləliklə bu barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Azərbaycan Respublikası CM-nin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü və 39.1.10-cu maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) və şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası CPM-nin 477.4.-ci maddəsinə əsasən şəxs ictimai təhlükəli olmadıqda və onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı olmadıqda, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə şəxsin əməli törətdiyi anda anlaqsız olması, baxışı zamanı sağaldığı halda da məhk əmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2012-ci il tarixli qərarının 20-ci bəndində izah edilmişdir ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs ictimai təhlükəli olmadıqda və onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı olmadıqda, eləcə də məhkəmə baxışı zamanı sağaldıqda məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır (CPM-nin 39.1.10-cu, 477.4-cü maddələri). CPM-nin 39cu maddəsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi əsasları müəyyən edildikdə şəxsin xəstəliyinin mövcudluğundan və xarakterindən asılı olmayaraq CPM-nin 43.3-cü maddəsinin göstərişi nəzərə alınmaqla məhkəmə cinayə t işinə xitam verilməsi barədə qərar qəbul edir. İbtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, lakin birinci instansiya məhkəməsində anlaqsız vəziyyətdə cinayət törətməsi və ya cinayət törətdikdən sonra psixi xəstəliyə düçar olması hesab edilmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi haqqında qərardan verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılarkən həmin şəxsə bəraət verilməsi əsasları aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə onun barəsində bəraət hökmü çıxarır. Psixi xəstəlikdən əzab çəkən şəxsin barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə və ya onun barəsində bəraət hökmü çıxarıldıqda və cinayət törətmiş şəxs müəyyən edilmə miş qaldıqda məhkəmə CPM-nin 350-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət işini və ya sadələşdirilmiş icraat materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bu bənddə göstərilən hallarda məhkəmənin hökmünün və ya qərarının surəti müalicə və ya psixitariya yardımına ehtiyacı olan şəxsin psixitariya dispanser müşahidəsi və ya psixitariya stsasionarına yerləşdirilməsi məsələsinin həll edilməsi üçün onun yaşayış yeri üzrə səhiyyə orqanına göndərilir. (“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 19.5, 21 və 22-ci maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tibbi xarakterli məcburi tədbirlər cinayət-hüquqi xarakterli tədbirlər olduğundan və cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Məhkum na tibbi x arakterli məcburi tədbirlər tətbiq edilə bilməz və onun müalicəsi Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həll edilməlidir. Yəni Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi nəticələr qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respubli kası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Zərərçəkmiş şəxs X3 nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Məhkum nın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs X3 nümayəndəsi Nümayəndə kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar