Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-530/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: X3 (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ:
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.Ə.Sadıxov və A.İ.Paşayevdən ibarət tərkibdə) xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçə kmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
2. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.A.İbrahimli, hakimlər Z.B.Babayev və Z.A.Şirinovdan ibarət tərkibdə) 5 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ:
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə Məhkum təqsir li bilinib məhkum edilmişdir, ona görə ki o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və özündə saxlamış, bundan əlavə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmiş, daşımış və özündə saxlamışdır.
5. Belə ki o, 2021-ci ilin aprel ayının birinci yarısında satış məqsədi ilə qanunsuz olaraq başqa mənbədən təmiz çəkisi 0,127 qram narkotik vasitə tiryək, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr 02 (iki) ədəd tramadol kapsulları, 25 ədəd tramadol tabletləri və 06 (altı) ədəd preqabalin kapsullarını, habelə külli miqdarda ümumi təmiz çəkiləri 2,066 qram olan narkotik vasitə heroin və 3203,248 qram qurudulmuş marixuana, 5,374 qram olan psixotro p maddə metamfetamin əldə edərək yaşadığı ünvan 1 ünvanında yerləşən evin qarajından saxlanc yeri kimi istifadə etməklə saxlamış, həmçinin əldə etdiyi həmin maddələrdən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,818 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 1,217 qram olan qurudulmuş marixuana, 3,662 qram olan psixotrop maddə metamfetamin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr olan 02 ədəd preqabalin kapsulu və 01 ədəd tramadol tabletini üzərində saxlamaqla daşımış, Bakı şəhər Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanında yerləşən evinin qarşısında saxlanılıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayı ş massivi 25 ünvanında yerləşən Suraxanı RPİ 33-cü Polis Bölməsinin inzibati binasında gətirilərək üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın yan ciblərindən kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram və 0,703 qram, ümumi təmiz çəkiləri 0,818 qram olan narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,217 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kibrit qutusunda 02 ədəd tərkibində 0,6 qram güclü təsir edən maddə preqbalin olan üzərlərində “Galara...Pregbalin” göstəriciləri olan blister kəsiklərində ümumilikdə 02 ədəd ağ/qırmızı rəngli dərman kapsulları və tərkibində 0,225 qram güclü təsir edən maddə tramadol olan üzərində “Royal...Tramadol” göstəriciləri ola n 01 ədəd blister kəsiyində 01 ədəd qırmızı rəngli tablet aşkar edilərək götürülmüş, külli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,121 qram, 3,436 qram ümumi təmiz çəkiləri 3,662 qram psixotrop maddə metamfetamin, həmçinin yaşadığı evin qarajına keçirilən baxış zamanı sonuncunun qabaqcadan həmin yerdə saxladığı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin, güclü təsir edən maddə olan preqabalin və tramadolla kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,092 qram, 0,265 qram, 0,176 qram, 0,111 qram, 0,256 qram, 0,131 qram, 0,217 qram, ümumi təmiz çəkisi 1,248 qram narkotik vasitə olan heroin, bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,031 qram qram v ə bir ədəd sellofan paketdə təmiz çəkisi 3200 qram, 01 ədəd bükümdə təmiz çəkisi 0,127 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,760 qram, 0,139 qram, 0,144 qram, 0,193 qram, 0,020 qram, 0,137 qram, 0,159 qram, 0,154 qram, 0,006 qram, ümumi təmiz çəkiləri 1,712 qram olan psixotrop maddə metamfetamin, tərkibində 5,4 qramgüclü təsir edən maddə tramadol olan üzərində “Royal...Tramadol” göstəriciləri olan 02 ədəd bütöv və 02 ədəd blister kəsiklərində ümumilikdə 24 ədəd qırmızı rəngli tabletlər, tərkibində 1,2 qram güclü təsir edən maddə preqabalin olan 04 ədəd üzərlərində “Galara...Pregabalin” göstəriciləri olan blister kəsiklərində ümumilikdə 04 ədəd ağ-qırmızı rəngli və tərkibində 0,1 qram güclü təsir edən m addə tramadol olan üzərində “Tramadol 50 mq” göstəriciləri olan 01 ədəd blister kəsiklərində ümumilikdə 02 ədəd ağ-göy rəngli dərman kapsulları, külli miqdarda ümumi təmiz çəkisi 3202,031 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində çıxarılmış ittiham hökmü və müvafiq olaraq apellyasiya instansiyasının qərarı ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Şikayət müəllifi qeyd etmişdir ki, istintaq cinayət-prosessual qanunvericiliyin tələblərindən kənara çıxmaqla, pozuntularla aparılmış, ittihamın əsasını mötəbərliyi şübhə doğuran sübutlar təşkil etmiş, birinci instansiya və apellyasiya instansiyaları məhkəmələrind ə müdafiə tərəfinin verdiyi vəsatətlər əsassız olaraq təmin olunmamış, nəticə olaraq əməlin tövsifində yalnış qənaətə gəlinmişdir. Bu əsasla, təqsirləndirilən şəxsin müdafiəçisi kassasiya şikayətində qeyd etdiyi məqamları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3- məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə- maddələri ilə əlaqələndirərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 1(103)-1198/2022 saylı qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə bəraət verilməsini və onun əməlinin A zərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR:
7. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
9. Belə yoxlamanın nəticəsində kassasiya kollegiya sının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
10. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir:
11. Kassasiya şikayətində müdafiəçi tərəfindən məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilm ədiyinə, şəxsin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, ziddiyyətli sübutlara istinad olunmasına, müdafiə tərəfinin qaldırdığı çoxsaylı vəsatətlərə məhkəmələr tərəfindən baxılmamasına, bununla da məhkum barəsində qeyri-qanuni və əsassız ittiham hökmü çıxarılmasına istinad edərək, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1 (məhkəmənin sübutların tədqiqindən əsassız imtina etməsi), 416.1.2 (məhkəmə bu Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barəd ə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir.
12. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir.
13. Məhkəmə kollegiyası ilkin olaraq ibtidai istintaq zamanı yol verilmiş prosessual pozuntulara qiymət verərək aşağıdakıları qeyd edir.
14. Cinayət işi materiallarında olan Suraxanı RPİ-nin 33-cü PB-nin rəis müavini vəzifəsini müvəqqəti icra edən polis mayoru Anar İbrahimov tərəfindən qəbul olunmu ş 09 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan aydın olur ki, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Məhkum tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərarda Cinayət Prossesual Məcəlləsinin 445-ci maddəsinə və “Əməliyyat axtarış fəaliyyəti haqqında” AR Qanununun 10-cu maddəsinə istinad olunmuşdur.
15. CPM-nin 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsas ında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: 445.1.1. telefon danışıqlarına qulaqasma; 445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması;.......və.s 16. 445.2. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər.
17. Yuxarıda qeyd edilən normalardan aydın göründüyü kimi əməliyyat-axtarış fəaliyyətinin subyektləri çoxsaylı fərqli əməliyyat tədbirləri keçirmək səlahiyyətinə malikdirlər. Belə əməliyyat tədbirlərinin bir qismi 09 aprel 2021-ci il tarixli əməliy yat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarda da əks olunmaqla əməliyyat qrupunun üzvlərinə bu tədbirlərdən istifadə etmək imkanı yaradılmışdır. Bundan əlavə, qanunverici həmin Qanunun 6-cı maddəsində əməliyyat-axtarış fəaliyyətinin subyektləri üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirmək vəzifəsi nəzərdə tutur. Lakin əməliyyat-axtarış fəaliyyətinin sonraki gedişatından məlum olur ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarda qeyd olunan heç bir əməliyyat tədbirindən həyata keçirilməmiş, Məhkum tutularaq üstü yoxlanılmadan polis idarəsinə gət irilərək təhqiqatçıya təhvil verilmişdir.
18. Cinayət işinin materiallarından aydın olur ki, 09 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuniliyinin yoxlanması məqsədilə Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, qərar həmin məhkəmənin hakimi X4 tərəfindən qanuni hesab edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin öz təşəbbüsü ilə 09 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılıb-yoxlanılmamasını müəyyən etmək üçün Suraxanı Rayon Məhkəməsinə ünvanladığı sorğudan məlum olmuşdur ki, həmin qərar hakim X4 tərəfindən qanuniliyi yoxlanılmadan geri qaytarılmışdır. Geri qaytarılmanın əsasını isə qərarın giriş hissəsində onun Suraxanı RPİ 33-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edildiyi qeyd ediliyi halda, qərarın Suraxanı RPİ 33-cü PB-nin rəis müavini vəzifəsini müvəqqəti icra edən polis mayoru Anar İbrahimov tərəfindən imzalanması təşkil etmişdir. Lakin bu qanun pozuntusu Bakı Apellyasiya Məhkəməsinin özü tərəfindən müəyyən edilsə də, apellyasiya məhkəməsi öz qərarında bu pozuntuya qiymət verməmişdir.
19. Bundan əlavə, axtarış və götürmə aparılması haqqında qərarda axtarışın aparılacağı yer qismində Məhkum yaşayış və qeydiyyatda olduğu ev ünvanı qeyd edilsə də, faktiki olaraq evdə axtarış aparılmamış, yalnız evin köməkçi sahəsi olan qarajda axtarış keçirilmişdir. Belə ki, şahid qismində ifadə verən Təhminə Məcidova, əməliyyat müvəkkili Şahid1, kapitan Şahid2 və polis mayoru Şahid3 öz ifadələrində yalnız qarajda baxışın keçiril məsinə dair xüsusatları təsdiq etmişlər. Mövcud şübhələrin aradan qaldırılması üçün həmin vaxt evdə olan Məhkum anası Rəhanət Məcidovanın məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət Bakı Apellyasiya Məhkəməsi tərəfindən əsassız olaraq rədd edilmişdir.
20. Müdafiə tərəfi istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya məhkəməsində yaşayış yerinə, daha dəqiq qarajda axtarışın saat 12 radələrində aparıldığını, burada heç bir sübut əldə edilmədiyini, bir nəfər polis əməkdaçının həmin vaxtdan orada təkrar axtarışın aparılmasına qədər tək qalmasını, bu hadisənin şahidinin məhkumun anasının və yaxın qonşularının olmasını qeyd edərək, faktların yoxlanması istiqamətində dəfələrlə vəsatətlərlə müraciət etsə də, hər iki məhkəmə bu faktın araşdırılması istiqamətində heç bir tədbir görməmişdir.
21. Digər bir pozuntu isə təhqiqatçı Elməddin Əhmədov tərəfindən Məhkum şübhəli şəxs qismində tutulduqdan sonra ondan izahat alınması, əlavə olaraq, cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq şübhəli şəxs qismində tutulmuş Məhkum bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 86.4-cü maddəsində qeyd olunmuş təhqiqatçının hüquqları siyahısında şübhəli şəxsin tutulduqdan sonra izahatının alınması öz əksini tapmamışdır. Bundan başqa nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9-cu maddəsində qanunverici qeyd edir ki, cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. Bu faktlar məhkəmə kollegiyası tərəfindən qanunvericiliyin tələblərindən aşkar kənaraçıxma kimi qiymətləndirilir və qanun pozuntusu hesab edilir.
22. Bundan əlavə, axtarış və götürmə protokolunda Məhkum yaşadığı evin qarajından götürülən maddi sübutların detallı təsvirinə protokolda yer verilməmiş, aşkar olunan narkotik vasitəyə bənzər əşyaların ölçüsü, rəngi, bükümlərin hər birinin təsviri öz əksini tapmamışdır. Həmin əşyaların fərdi əlamətləri protokolda qeyd olunmamış, lakin ekspert rəyində ətraflı təsvir edilmişdir, bu səbəbdən də bu iki sənədin birgə təhlili zamanı aşkarlanan əşyalarla tədqiq edilən əşyalar arasında eyniləşdirmə aparmaq mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 128.3-cü maddəsində qeyd ed ilmişdir ki, əşya əldə olunduqdan dərhal sonra ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olduğu halda məhkəmə tərəfindən maddi sübut kimi qəbul edilir. Lakin Apellyasiya məhkəməsi bu hallara qiymət verməmişdir.
23. Müdafiə tərəfi həmçinin qeyd edir ki, kassasiya şikayətinin əsasını təşkil edən əksər şübhələrin həlli məqsədilə həm istintaq orqanına, həm də birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinə vəsatətlərlə müraciət edilsə də, vəsatətlər əsassız hesab edilərək təmin olunmamışdır. Lakin vəsatətlərin nə üçün əsassız hesab edilməsi, hansı kriteriyalar baxımından qiymətləndirilməsi bildirilməmiş, vəsatətin əsassızlı ğı müvafiq arqumentlərlə möhkəmləndirilməmişdir.
24. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş şahid ifadələrinin məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxışı iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmiş, şəxs barəsində ittiham hökmü çıxarılmışdır.
25. Məhkumun müdafiəçisi hökmdən apellyasiya şikayəti vermiş və tövsiflə bağlı yalnış nəticəyə gəlindiyini, vəsatətlərin təminindən əsassız imtina olunmasını, sübutların düzgün qiy mətləndirilməməsini və istintaq zamanı baş verən pozuntuları şikayətində qeyd etmişdir. Müdafiəçi qeyd etdiyi hallarla iş materiallarındaki müvafiq sənədlərə istinad etmiş, yekunda məhkəmədən Məhkum əməlinin tövsifini Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişdirilməsini, cəza təyini zamanı məhkumun ailə vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, həyat yoldaşının evdar qadın olmasını, ailəsinin çətin vəziyyətdə yaşamasını, səmimi peşmançılığını və islah olunma ehtimalının yüksək olmasını nəzərə almağı xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin iş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli iclas protokolundan aydın olur ki, məhkəmə şahid X2 dindirilməsi ilə bağlı yazılı vəsatətə iclasda münasibət bil dirmiş və əsassız hesab edərək təmin etməmişdir. Sonraki mərhələdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 05 oktyabr tarixli, 1(103)-1198/2022 saylı qərarı ilə apellyasiya şikayətini təmin etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(101)-193/2022 saylı hökmünü apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlanmışdır.
27. Apellyasiya məhkəmə kollegiyası yekun qərarında müdafiəçinin apellyasiya şikayətində və çoxsaylı vəsatətlərində göstərdiyi prosessual qanun pozuntularına dair heç bir dəlilinə qiymət verilməmiş, ümumi sözlərlə təqsirləndirilən şəxsə bəraət verilməsinə dair dəlillərlə razılaşmadığını qeyd etmişdir.
28. Kassasiya məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instans iyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilməmiş, bir-biri ilə uzlaşmayan, mümkünlüyü və mötəbərliyi təkzib olunan sübutların məcmusuna istinad edilmiş, apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi müdafiə tərəfin şikayətinin dəlillərinə (onların üzərində qurulmuş iddialara) heç bir hüquqi qiymət vermədən və CPM-nin 121, 323-cü maddələrin tələblərini pozaraq cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə qaldırılmış vəsatətlərə baxmaqdan imtina etməklə (faktiki sübutların tətqiqində n əsassız imtina etməklə) müdafiə tərəfinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntulara yol verdiyi üçün kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.
29. Qeyd etmək lazımdır ki, ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin d üzgünlüyünü yoxlayır”.
30. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
31. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
32. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir.
33. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassa siya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər.
34. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumlara bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır.
35. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil.
36. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”.
37. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 400.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: “400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi; 400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi;”.
39. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir”.
40. Bu maddənin apellyasiya icraatına tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövq eyi bir çox presedentlərdə əksini tapmışdır.
41. Belə ki, “Ekbatani İsveçə qarşı iş” üzrə 26 may 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdır ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəxsin ifadələri bilvasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. 42. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: 43. “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyinəzərind ən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və manefelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona istinad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”.
44. Yuxarıda təsvir olunanlar milli qanunvericilikdə öz əksini tapmaqla imperativ qaydada vəsatətə və ya xahişə əsasən qəbul edil miş qərarın əsaslandırılmasını və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymətin öz əksini tapmasını müəyyən etmiş, eyni zamanda cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsinin yol verilməz olduğunu təsdiq etmişdir. (CPM-nin 121.2-ci maddə)
45. Eyni ilə məhkəmə araşdırması zamanı CPM-nin 323.5.1-ci maddəsi cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda məhkəmələr üçün həmin vəsatətin t əmin edilməsini imperativ qaydada məcburi hesab etmişdir.
46. Məhkəmələrin müdafiə tərəfinin təklif etdiyi sübutların tədqiqindən yuxarıda şərh olunan qaydada imtina etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci maddəsində göstərilən pozuntu kimi çıxış edir.
47. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə görə “vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”.
48. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusi lə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşınalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir.
49. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni müdafiə tərəfinin apellyasiya şikayətində Məhkum təqsirliliyi, birinci instansiya məhkəməsində sübutların tədqiqi, onun tərəfindən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi və məhkuma bəraət verilməsi haqqında tələblər irəli sürüldüyü halda apellyasiya instansiyası məhkəməsinin vəsatətləri təmin edərək, əlavə istintaq hərəkətləri aparmamış, ümumi şəkildə bütün vəsatətləri təmin etməməklə, məhkəmə baxışında bilavasitə sübutları tədqiq etməkdən imtina etməsi, faktları araşdırmadan apellyasiya şikayəti (və apellyasiya şika yətinə əlavə) ilə qaldırılan məsələlər haqqında yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı yuxarıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayət-prosessual normalara, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətlərinə onların məzmununa və irəli sürülmüş apellyasiya tələblərinin xarakterinə adekvat olan prosedurda – məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır.
50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddəsində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
51. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutu b məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə əsasən ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin.