Məhkəmə qərarları › İş №1(102)-531/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-531/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-531/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx.xx.1989-cu ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri i lə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli 1(103)-1431/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 1(002)-89/2024 nömrəli hökmü ilə (hakim: T.Qurbanov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat va sitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla sonuncu qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Əliyev Seyfəddin Sadıx oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarı ilə, (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlıdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 13 oktyabr 2023-cü il tarixdə, saat 23:15 radələrində BakıQazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayon ərazisindən keçən 14-cü kilometrlində idarə etdiyi "xxx” yük markalı, xxx dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 3 zolaqlı yolun sağ zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda hərəkətdə olduğu zolaqda dayanmış və əllərini yuxarı qaldıraraq yellədən piyadanı n olmasını nəzərə almalı, həmin piyada ilə təhlükəsiz yan məsafəsini təmin etmək üçün zəruri tədbir görməli və lazım gələrsə həmin piyadaya çatmadan avtomobili dayandırmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşısında dayanmış və əllərini yuxarı qaldırıb çarpaz vəziyyətdə yellədən piyada 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, həyatla bir araya sığmayan - baş-beyin toxumasının tam evakuasiyası, kəllə sümüklərinin açıq sınıqları, gövdənin bel şöbəsindən sirkulyar tam amputasiyası, qarın boşluğu orqanlarının evakuasiyası (xaricə çıxması), daxili orqanların əzilib-cırılması, onurğanın beloma şöbələrinin fəqərələrinin sınıqları, hər iki bazu sümüyünün, döş qəfəsi sümüklərinin, çanaq sümüklərinin və hər iki bud, hər iki baldır və hər iki ayaq barmaq sümüklərinin açıq çoxqəlpəli sınıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozub yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün əsasların (ilk dəfə cinayət əməli törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində az yaşlı uşağının olması, Vətən müharibəsi iştirakçısı olması) olmasına baxmayaraq, məhkəmələr onu Məcəlləsinin 263.2 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişlər, nəticədə o həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarının dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edil məklə şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qər arlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (CM-in 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının Cinayət Məcəll əsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “c inayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəs i, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdır an halları nəzərə alır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Kollegiya ilk növbədə məhkumun kassasiya şikayətində irəli sürdüyü barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi və onun şərti məhkum edilməsinə dair iddialarına münasibətdə qeyd edir ki, hazırkı tələb sonuncunun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə həm ayrı-ayrılıqda, həm də cinayətlərin məcmusu üzrə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2024cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq Məhkum barəsində cəza tədbirinin seçərkən onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə önəm verməklə Məhkum cəza çəkmədən islah oluna biləcəyini və haqqında şərti məhkum etmənin tətbiq edilməsini mümkün bilməmişlər. Məhkəmə kollegiyası bu məsələdə (işin müəyyən edilmiş hallarının şərti məhkum etmənin tətbiqini mümkün edib-etməməsi mövzusunda) fərqli nəticəyə gəlmək üçün əsas görmür. Bununla yanaşı Məhkum törətdiyi əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə klə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsinin müəyyən etdiyi məhrumiyyətlər isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılmasından və ya iki ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməllər Cinayət Məcəlləsinin 15.2 (CM 264) və 15.3-cü (CM 263.2) maddələrində müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kimi təsnif edilmişlər. Birinci instansiya məhkəməsi cəza təyin edərkən baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən etməmiş, Məhkum ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onun Vətən müharibəsi iştirakçısı olmasını sonuncunun cəzasını yüngülləşdirə n hallar kimi nəzərə almış, apellyasiya məhkəməsi isə məhkum edilmiş şəxs Məhkum cəzasını yüngülləşdirən hər hansı bir yeni hal müəyyən edilməməsinə istinad edərək birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən hallara və cəzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə ic raatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsi rkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyinin yuxarıda təsvir edilən tələblərindən, Konstitusiya Məhkəməsinin öz qərarlarında ifadə etdiyi hüquqi mövqedən və Ali Məhkəmənin tövsiyələrindən çıxış edib cinayət işinin materialları öyrənildikdə və apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində çıx ardığı qərar yoxlandıqda, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsinin də sübutlarla müəyyən edilmiş Məhkum cəzasının yüngülləşdirən, təqsirkarın şəxsiyyətini səciyyələndirən və işin əhəmiyyətli hallarını lazımınca dəyərləndirməməsi müəyyən olunur. Belə ki, öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum həm ibtida istintaqda, həmdə məhkəmə iclasında özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmiş, həmçinin xidməti xasiyyətnamədən və xxxx saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məhkum müsbət xarakterizə olunmaqla sonuncunun himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6 adlı bir uşağı vardır. Digər tərəfdən məhkəmələr tərəfindən tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizası rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,5 % qatılıq etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Göründüyü kimi nə birinci instansiya məhkəməsi nədə ki, apellyasiya məhkəməsi bu məsələlərə münasibətini belə bildirməmişlər, nəticədə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 59.1.4-cü maddələrinə əsasən mütləq qaydada cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib nəzərə alınmalı olan hal – Məhkum himayəsində azyaşlı uşağının olması qeyd olunan normaların ziddinə olaraq məhkəmələrin nəzər-diqqətindən kənarda qalmış, müvafiq olaraq cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə təsiri baxımından da dəyərləndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası cinayət qanunun un tətbiqində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün Məhkum digər yüngülləşdirici halla (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbləri baxımından yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verilən Məhkum özünü təqsirli bilərək törətdiyi əməldən peşman olması) yanaşı himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, eyni zamanda bu halı təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsiri aspektində nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəzasını ağırlaşdıran halların olmaması, cəzasını yüngülləşdirən halların mövcudluğu şəraitində, Məhkum CM-in 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə əsas cəza kimi təyin edilmiş 9 ay azadlıqdan məhrum etmə cəzası, həm də cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla təyin olunmuş 3 il 3 ay müddətinə əsas və 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmədən ibarət əlavə cəza - cəzanın təyin edilməsinin ümumi əsaslarının (CM, maddə 58.3), ədalət prinsipinin (CM, maddə 8), cəzanın məqsədlərinin (CM, maddə 41.2) ehtiva etdikləri şərtlər kontekstində ədalətli, cəzanın məqsədlərini təmin etmək üçün zəruri olan tədbir hesab edilə bilməz. Məhkəmə kollegiyasının fikrincə, Məhkum daha az həddə əsas və əlavə cəza təyin etməklə də cəzanın məqsədlərinə çatmaq mümkündür. Belə ki, cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydaları CM-nin 66-cı madd əsində nəzərdə tutulmuşdur ki, CM-nin 66.1-ci maddəsinə əsasən də, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinin tələblərinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bil məz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 66.4-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair bu normada edilmiş dəyişiklik (20 oktyabr 2017-ci il tarixli Qanun) cəza siyasətinin humanistləşdirilməsinə yönəlməklə məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər törətmiş şəxsə qəti cəzanın ayrı-ayrı cinayətlərə görə təyin edilmiş cəzaları təkcə tam və ya qismən toplamaq yolu ilə deyil, həm də az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi üçün imkanlar yaradır. Digər tərəfdən istər CM-nin 66-cı maddəsində, istərsə də cinayət qanunvericiliyinin digər normalarında şəxsə cinayətlərin məcmusu üzrə qəti olaraq əlavə cəzanın onun təqsirli bilindiyi ayrı-ayrı maddələrlə təyin edilmiş eyni növ az ciddi əlavə cəzanın daha ciddi əlavə cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi qadağ an olunmur, yəni CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti əlavə cəzanın qeyd olunan qaydada da təyin edilməsi mümkündür. Qanunun bu normasının tətbiqi ilə bağlı Ali Məhkəmənin Cinayət Kollegiyasının da mövqeyi ondan ibarətdir ki, işin halları buna əsas verdikdə, məhkəmələr iki və ya daha çox yalnız az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayətlər törətmiş şəxsə cinayətlərin məcmusu üzrə qəti cəzanı məhz az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsinə üstünlük verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum da barəsindəki cinayət işi üzrə ona cinayətlərin məcmusu üzrə qəti əsas və əlavə cəzanın məhz az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmasına mane olan heç bir məhdudiyyət müəyyə n edilmir. Belə olan halda Məhkum özünü təqsirli bilərək törətdiyi əməldən peşman olması, ilk dəfə cinayət əməli törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, müsbət xarakterizə olunması, himayəsində az yaşlı uşağının olması, Vətən müharibəsi iştirakçısı olması, eləcə də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, Məhkum Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ayrı-ayrılıqda təyin edilmiş əsas cəzaların yünügləşdirilməsinin, eyni ilə cinayətlərin məcmusu üzrə qəti əsas və əlavə cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu i lə təyin olunmasının mümkün edən əsası kimi nəzərdən keçirilməlidir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 11 iyul 2024-cü il tarixli 1(103)-1431/2024 nömrəli qərarı dəyişdirilməli, sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə əsas cəza kimi təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının müddəti azaldılmalı, onun az ağır və böyük ictimai təhlükə törətməyən cinayətləri törətməkdə təqsirli bilinməsi nəzərə alaraq CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona cinayətlərin məcmusu üzrə həm əsas, həm də əlavə cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəzalar təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2024-cü il tarixli 1(103)-1431/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin olunmuş 03 (üç) il azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə əsas cəza kimi təyin olunmuş 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu Məhkum qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar