Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-553/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayəy Məcəlləsinin 181.1-ci madd əsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Məmmədov, hakimlər T.Q.Hüseynov və F.A.Qəribovdan ibarət tərkibdə) xx xxxx 1999-cu il tarixdə Sabirabad rayonu, Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, məhkumluğu olan, işləməyən, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olan Məhkum Azə rbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2016- cı il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 300 manat cərimə cəzasına tamamilə birləşdirilmiş və qəti olaraq, üzərində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası saxlanılmışdır. Hökmdən verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və E.E.Rə himovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, cinayət işinin yenidən apellyasiya məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum xx xxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi yaxınlığında yerləşən “xxxx” restoranında Zərərçəkmiş şəxs ilə birlikdə pivə içmişdir. Məhkum Zər ərçəkmiş şəxsla pivə içdikdən sonra sərxoş vəziyyətdə olarkən Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə restoranı onunla birlikdə tərk etmiş və xx xxxx 2019-cu il tarixdə, gecə, saat 02:00 radələrində, ünvan 1 ünvanında heç kimin olmadığı yerdə qəflətən Zərərçəkmiş şəxs qolundan tutmuş və ondan üstündə olan pulu, mobil telefonu verməyi tələb etmişdir. Zərərçəkmiş şəxs Məhkumla razılaşmamış və onlar əlbəyaxa olmuşlar. Onlar əlbəyaxa olduğu vaxt Məhkum Zərərçəkmiş şəxs zor tətbiq etmiş, daha sonra Məhkum üzərində gəzdirdiyi bıçağı çıxarmış, bir neçə dəfə bıçağı Zərərçəkmiş şəxs qarın nahiyəsinə yaxınlaşdıraraq hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəyi hədəsi ilə basqın etmişdir. Məhkum Zərərçəkmiş şəxs basqın edərkən Zərərçəkmiş şəxs üstündə nəyi varsa verməsini tələb etmiş, əks təqdirdə bıçaqla ona xəsarət yetirəcəyi ilə hədələmişdir. Nəticədə Məhkum Zərərçəkmiş şəxs məxsus 150 (yüz əlli) manat pulu və dəyəri 250 (iki yüz) manat olan 1 (bir) ədəd "Samsung” markalı, “A3” modelli, **********xxxx, **********xxxx İMEİ kodlu mobil telefonu alıb qaçmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs Məhkum arxasınca getmiş və mobil telefonunun qaytarılmasını təkidlə Məhkum tələb etmişdir. Lakin bu vaxt Məhkum bıçağı Zərərçəkmiş şəxs nümayiş etdirmiş və həmin bıçaqla Zərərçəkmiş şəxs vuracağı ilə bir daha hədələmişdir. Bununla da, Məhkum Zərərçəkmiş şəxs qarşı silahdan istifadə etməklə quldurluq cinayətini törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticəyə görə isə xx xxxx 2019-cu il tarixdə saat 23:00 radələrində Məhku m və Zərərçəkmiş şəxs Bakı şəhəri, 5 Binəqədi rayonu, Binəqədi şossesi yaxınlığında yerləşən “xxxx” restoranında birlikdə pivə içmişlər. Onlar pivə içdikdən sonra birlikdə restoranı tərk etmişlər və xx xxxx 2019-cu il tarixdə gecə saat 02:00 radələrində ünvan 1 ünvanında birlikdə piyada yol gedərkən heç kimin olmadığı yerdə Məhkum qəflətən Zərərçəkmiş şəxs qolundan tutmuş və Zərərçəkmiş şəxs həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edəcəyi hədəsi ilə basqın etmişdir. Zərərçəkmiş şəxs Məhkumla birlikdə söhbət edə-edə gedərkən Məhkum qəflətən Zərərçəkmiş şəxs qolundan tutması, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edəcəyi hədəsi ilə basqın etməsi Zərərçəkmiş şəxs üçün gözlənilməz olmuşdur. Basqın zamanı Məhkum Zərərçəkmiş şəxs xəsarət yetirəcəyi ilə hədələmiş və üstünd ə olan pulu və mobil telefonu verməyi tələb etmişdir. Zərərçəkmiş şəxs Məhkum qeyd edilən gözlənilməz və aktiv hərəkətlərindən qorxaraq üstündə olan pulu və mobil telefonu Məhkum vermişdir. Məhkum Zərərçəkmiş şəxs pulunu və mobil telefonunu qanunsuz olaraq ələ keçirdikdən sonra hadisə yerindən getmişdir. Bu vaxt Zərərçəkmiş şəxs Məhkum arxasınca gedərək öz əşyalarını tələb etmişdir. Məhkum Zərərçəkmiş şəxs əşyalarını geri qaytarmaq əvəzinə naməlum predmeti çıxararaq Zərərçəkmiş şəxs nümayiş etdirmiş, sonra bir neçə dəfə həmin predmeti Zərərçəkmiş şəxs qarın nahiyəsinə istiqamətləndirmiş, hücuma məruz qalan Zərərçəkmiş şəxs həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edəcəyi ilə hədələmiş və hadisə yerindən qaçmışdır. Həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə hədəsi və qə flətən edilən aktiv zoraki hərəkətlər nəticəsində Məhkum Zərərçəkmiş şəxs 150 (yüz əlli) manat pulunu və dəyəri 250 (iki yüz əlli) manat olan 1 (bir) edəd “Samsung” markalı mobil telefonunu qanunsuz olaraq ələ keçirmişdir. Bununla da Məhkum Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı əsassızdır, işin faktiki hallarına ziddir, sübutların toplanılması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi prinsiplərini tənzimləyən Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrinin tələblərini pozmaqla qəbul edildiyindən ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıd ır. İttiham tərəfininin mövqeyinə görə, məhkumun əməlinin tövsif olunduğu CM-nin 181.1-ci maddəsi onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, apellyasiya məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, xx xxxx 2019cu il tarixdə gecə vaxtı Məhkum tərəfindən Zərərçəkmiş şəxs qarşı quldurluq cinayəti törədilsə də, həmin cinayət törədilərkən Məhkum bıçaq və ya silah qismində istifadə edilə bilən digər əşyadan istifadə etməmişdir. Bu hal isə Məhkum tərəfindən silahdan istifadə etməklə quldurluq cinayətinin törədilməsini istisna edir. Belə olduğu halda, Məhkum əməli silahdan istifadə etməklə quldurluq cinayəti kimi qiymətləndirilə bilməz. Lakin, məhkəmə kollegiyasının əsassız olaraq gəldiyi bu nəticə nəinki işin faktiki hallarına uyğun olmamış, hökmün özü bir-birinə zidd ola n və hər bir halda əməlin tövsifi ilə bağlı məhkəmənin gəldiyi nəticələri təkzib edən xüsusatlardan ibarət olmaqla qəbul edilmişdir. Belə ki, iş üzrə aparılmış ibtidai araşdırmanın gedişində Binəqədi rayonu, Binəqədi şossesi, Firdovsi Vəliyev küçəsi, dalan-1 ünvanında yerləşən “xxxx” kişi geyimləri mağazasının qarşısında quraşdırılmış bir ədəd videogörüntüləri fiksə edən müşahidə kamerasındakı hadisə baş verən gecəyə aid görüntülər götürülərək CD formalı diskə köçürülmüşdür. Həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə, gecə saat 02 radələrində ünvan 3 ünvana tərəf Məhkum və Zərərçəkmiş şəxs kafedən çıxaraq, yanaşı olmaqla gedirlər, lakin 1 saylı dalana çatdıqdan sonra Məhkum əlində olan predmetlə (zərərçəkmişin ifadəsində əlamətlərini qeyd etdiyi qara rəngl i beşmarmaq-bıçaq formalı) arxası ilə gələrək onun ələ keçirmiş olduğu pulunu və telefonunu geriyə tələb edən Zərərçəkmiş şəxs qarın nahiyəsinə iki dəfə istiqamətləndirərək basqın etmişdir. Video görüntülərdə Məhkum Zərərçəkmiş şəxs qarşı silah qismində istifadə edilən əşya tətbiq etməklə basqın edərək quldurluq törətməsi görünür. Göründüyü kimi, hadisə zamanı Məhkum silah qismində istifadə edilən əşya tətbiq etməklə basqın edərək quldurluq törətməsi heç bir mübahisə doğurmayan videogörüntülərdə öz əksini tapmışdır. Məhkəmə qeyd edilən hökmündə bu xüsusatı təsdiq edərək göstərmişdir ki, “cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət hadisəsinin bir hissəsini əks etdirən videogörüntüdən (cild İ, iş vərəqə 45) görünür ki, xx xxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs Məhkum əlində olan predmetlə arxasıyca gələrək əşyalarını tələb edən Zərərçəkmiş şəxs hədələmiş və həmin predmetlə onun qarın nahiyəsinə bir neçə dəfə aktiv hərəkət edərək basqın etmişdir”. Belə olan halda məhkəmənin işin faktiki halları ilə ziddiyyət təşkil edən nəticəyə gəlməsinin və cinayət qanunu normasını düzgün tətbiq etməməsinin səbəbi məlum olmamış və apellyasiya instansiyası məhkəməsi də öz qərarında həmin xüsusatları araşdıraraq qiymət verməmişdir. Digər tərəfdən hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında baş vermiş hadisənin videogörüntülərinin məzmunu da təhrif edilmişdir. Belə ki, qeyd edildiyi kimi, xx xxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs Məhkum əlində olan predmetlə arxasıyca gələrək əşyalarını tələb edən Zərərçəkmiş şəxs hədələmiş və həmin predmetlə onun qarın nahiyəsinə bir neçə dəfə aktiv hərəkət edərək basqın etməsi hökmdə təsbit edilmişdir. Buna baxmayaraq, hökmün təsviri-əsaslandırıcı hissəsindəki başqa bir yerdə göstərilir ki, cinayət hadisəsini qismən özündə əks etdirən videogörüntü əsasında Məhkum əlində hansısa predmetin olması çox çətinliklə görünsə də, həmin predmetin bıçaq və ya silah qismində istifadə edilə bilən digər əşyanın olub-olmamasını təsdiq və sübut etmək mümkün olmamışdır. Başqa sözlə məhkəmə istintaqında Məhkum tərəfindən quldurluq cinayəti törədilərkən onun əlində bıçaq və ya silah qismində istifadə edilə bilən digər əşyanın olması sübuta yetirilməmişdir. Məhkəmə bununla da nəinki cinayət işinə əlavə edilmiş diskdəki videogörüntülərin məzmununu və mahiyyətini təhrif etmiş, həmçinin özü gəldiyi və istintaq mate riallarına əsaslanan nəticəni özü əsassız olaraq təkzib etmiş, bununla da hökmdə ziddiyyət və dolaşıqlıq yaratmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində təsdiq etmişdir ki, hadisə zamanı həmin şəxs beşbarmaq formasında olan bıçağı çıxararaq onu hədələdiyinə görə qorxusundan pulları və mobil telefonunu çıxarıb həmin şəxsə vermişdir. Ona görə də, gecə saat 02 radələrində, qaranlıq küçədə başqa bir şəxs tərəfindən tərəfindən bıçaq və ya silah qismində istifadə etdiyi predmetdən istifadə etməklə hücuma məruz qalan zərərçəkmişin qorxu, həyəcan və şaşqınlıq vəziyyətində olması, bu səbəblərdən, həm də həmin vaxt qaranlıq olduğuna görə ona hücum etmiş şəxsin əlindəki bıçağın hansı formada, ölçüdə olmasını və sair xüsusiyyətlərini dəqiq t əsvir edə bilməməsi təbii haldır. Bu halı isə guya Məhkum tərəfindən quldurluq cinayəti törədilərkən onun əlində bıçaq və ya silah qismində istifadə edilə bilən digər əşyanın olmasının sübuta yetirilməməsi kimi qiymətləndirmək işin faktiki hallarının təhrif olumasıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, cinayət işinin yenidən apellyasiya məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya məhkəməsin in qərarının əsaslandırma hissəsinin işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyi, iş materiallarında olan videogörüntülərdə tiyə hissəsi parıldayan predmetin bıçaq olmasının müşahidə edildiyi, ona görə də, kassasiya protestinin əsaslı olduğundan təmin edilməli olduğunu göstərərək, qeyd olunan qərarı ləğv etməklə, cinayət işinin yenidən apellyasiya məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğu n olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxsin əməlinin əsassız olaraq məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə tövsif olunduğuna, tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə istinad edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilərək cinayət işinin apellyasiya məhkəməsində yenidən baxışa təyin edilməsi barədə qəbul edilməsi xahiş edilmişdir. Bununla da, ittiham tərəfi protestdə göstərdiyi halları məhkəmə qər arının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının protestin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə təkrar apellyasiya baxışına təyin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. İlkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə verilmiş ittihamı məhkəmə baxışında dindirilmiş təqsirləndirilmiş şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər sübutların məcmusu ilə araşdıraraq, onun əməlinin CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməli olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən müəyyən olunur ki, məhkəmənin gəldiyi nəticəyə görə “...Məhkum Zərərçəkmiş şəxs qarşı silahdan, yəni bıçaqdan istifadə etməklə quldurluq cinayətini törətmə si sübuta yetirilməmiş, onun tərəfindən quldurluq cinayəti törədilərkən əlində bıçağın və ya silah qismində istifadə edilə bilən digər əşyanın olması müəyyən edilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında verdiyi ifadələrində ona qarşı quldurluq cinayəti törədilərkən Məhkum əlində gah beşbarmağın, gah bıçağın, gah da beşbarmaq formasında bıçağın olmasını bildirsə də, xx xxxx 2019-cu il tarixdə quldurluq cinayətinin bıçaqdan istifadə edilməklə törədilməsi halı məhkəmə istintaqında təsdiq olunmamışdır. Bundan başqa, cinayət hadisəsini qismən özündə əks etdirən videogörüntü əsasında Məhkum əlində hansısa predmetin olması çox çətinliklə görünsə də, həmin predmetin bıçaq və ya silah qismində istifadə edilə bilən digər əşyanın olub-olmamasını t əsdiq və sübut etmək mümkün olmamışdır.... ”. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası öz qərarında dövlət ittihamçısının əməlin tövsifi ilə bağlı irəli sürdüyü dəlillərə nəinki heç bir hüquqi qiymət verməmiş, ümumi şəkildə qeyd etmişdir ki, “..Məhkum təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 181.1-ci maddəsi ilə düzgün tövsif etmişdir....” Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə tövsif edən Bakı Ağır Cinayətlər Məhkəməsinin onun bıçaq və ya silah qismində istifadə edilən digər əşya ilə zərərçəkmiş şəxsə basqın etmədiyi qənaətinə gəlməsi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyası əməlin tövsifini mübahisləndirən apellyasiya protesti olduğu halda, apelyasiya protestinin dəlillərinə bir cümlə ilə belə olsa münasibət bildirməmiş, şəxsin əməlində bıçaq və ya silah qismində istifadə edilən digər əşya ilə zərərçəkmiş şəxsə basqın etmə ilə bağlı əlamətin olub-olmaması məsələsini aydınlaşdırmağa cəhd belə gös tərməmişdir. Hətta, iş üzrə, heç bir şahid ifadəsi və ekspertiza rəyi olmadığı halda Məhkum Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinmə əsası kimi olmayan ekspertiza rəylərini və şahid ifadələrini qeyd etmişdir. Kassasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən nəticəyə hansı əsasla gəldiyini həmin məhkəmə qərarı ilə müəyyən etmək qeyri-mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcə llənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, ədalətli məhkəmə araşdırması zamanı həqiqətin müəyyən edilməsi sübutetmənin əsas məqsədidir. Cinayət prosesində həqiqət dedikdə, sübut edilməli olan hallar üzrə məhkəmənin gəldiyi nəticələrin tam və dəqiq olaraq gerçəkliyə uyğunluğudur. Məhz sübutetmə prosesində həqiqətin müəyyənləşdirilməsi prosesi gedir. Yəni, həqiqət sübutların toplanması, yoxlanması və qiymətləndirilməsi mərhələsində üzə çıxır. Sübutlar yoxlanılmadan və qiymətləndirilmədən iş üzrə qərarın qəbul edilməsi, nəticələrin əsaslandırılması qeyri-mümkündür. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş sübutları tədqiq edərək, Zərərçəkmiş şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında verdiyi ifadələrində ona qarşı quldurluq cinayəti törədilərkən Məhkum əlində gah beşbarmağın, gah bıçağın, gah da beşbarmaq formasında bıçağın olmasını dair ziddiyyətli ifadə verməsinə, cinayət hadisəsini qismən özündə əks etdirən videogörüntü əsasında Məhkum əlində hansısa predmetin olması çox çətinliklə görünsə də, həmin predmetin bıçaq v ə ya silah qismində istifadə edilə bilən digər əşyanın olub-olmamasını təsdiq və sübut etmək mümkün olmadığına, silah və ya silah qismində istifadə edilən əşyanın tətbiq edilməsi barədə ekspert rəyinin olmamasına istinad edib, Məhkum tərəfindən quldurluq cınayəti törədilərkən onun əlində bıçağın və ya silah qismində istifadə edilə bilən digər əşyanın olmasının sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Dövlət ittihamçısı isə Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı bütün ifadələrində Məhkum onu beşbarmaq formasında olan bıçaqla hədələdiyini dəfələrlə qeyd etməsini, məhkəmə istintaqında tədqiq edilmiş cinayət hadisəsinin bir hissəsini əks etdirən videogörüntüyə (cild İ, iş vərəqə 45) əsasən Məhkum Zərərçəkmiş şəxs məhz silah qismində istifadə edilən əşya t ətbiq etməklə basqın edərək quldurluq etməsinin təsdiq olunmasını, məhkəmənin isə zərərçəkmiş şəxsin ifadələrini və diskdəki videogörüntülərin məzmununu və mahiyyətini təhrif etməsini protestinin əsas dəlili kimi qeyd etmişdir. Bununla belə, iş materiallarında olan “102” xidmətindən daxil olan raporta (İş vərəqə: səh. 8) əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs naməlum şəxs bıçaqla hədələyərək 150 manat pulunun və “Samsung” markalı telefonunun götürülməsi barədə məlumat daxil olmuşdur. Zərərçəkmiş şəxs Abşeron Rayon Polis İdarəsinə ünvanladığı ərizəsində (İş vərəqə: səh. 9) Anar adlı şəxsin üzərinə bıçaq çıxararaq üzərində olan 150 manat pulunun və “Samsung” markalı telefonunun götürülməsini bildirmişdir. Zərərçəkmiş şəxs Abşeron Rayon Polis İdarəsinə verdiyi ilkin izahatında qeyd etmişd ir ki, əvvəllər tanımadığı, hadisə baş verən gün tanış olduğu, özünü ona Anar kimi təqdim edən şəxs, gecə təxminən 03:50 radələrində evinə gedərkən arxadan gələrək qolundan tutmuş, üzərindəki pulu və telefonları verməsini istəmişdir. Onunla 10-15 dəqiqə dalaşdıqdan sonra həmin olan onun üzərinə bıçaq çıxarmış, bunu gördükdən sonra Zərərçəkmiş şəxs üzərndəki “Samsung” markalı telefonu və 150 manat pulu oğlana vermişdir (İş vərəqə: səh. 10). Daha sonra Zərərçəkmiş şəxs Binəqədi Rayon Polis İdarəsinə verdiyi ilkin izahatında həmin xüsusatları qeyd edərək, həmin şəxsin əlindəki predmetin bıçaq olmasına əmin olduğunu və həmin bıçağın çöl hissəsinin beşbarmaq formasında olduğunu göstərmişdir (İş vərəqə: səh 24). Bundan sonra Zərərçəkmiş şəxs qismində dindirilməsi protokolundan görünür ki, özünü Anar kimi təqdim edən Məhkum onun üzərinə bıçaq çıxardığını, bıçağın beşbarmaq formasında olduğunu, rəngini dəqiq izah edə bilməsə də, kənarlarının şiş iti ucluqlu çıxıntılardan, tutacaq yerlərinin isə dairəvi barmaq keçirmək üçün yerlərdən ibarət olduğunu göstərmişdir (İş vərəqə: səh 39-40). Bundan əlavə, iş materiallarında olan Məhkumla Zərərçəkmiş şəxs arasında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən xüsusasları üzləşdirmə zamanı Məhkum üzünə bir daha demişdir (İş vər: səh 95-96). Həmçinin, iş materialarında olan “CD diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, “Adress” kişi geyimləri dükanının qarşısında quraşdırılmış kamera görüntülərində özünü Anar kimi təqdim edən Emin Zayıdovun əlində olan silah qismində istifadə edilən predmetlə zərərçəkmiş Zərərçəkmiş şəxs qarın nahiyyəsinə iki dəfə istiqamətləndirməklə basqın etməsi görünür (İş vərəqə: səh 44). Daha sonra, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı ifadə verən Zərərçəkmiş şəxs bıçaq və ya beşbarmaq formasında olan bıçaqla ona hücum etməsini qeyd etmişdir (İş vərəqə: səh 176). Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəf indən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. (CPM-nin 416.1.2-ci mad.). Ədalətli məhkəmə araşdırmasını təmin etməli olan məhkəmələr (birinci və apellyasiya instansiya) faktiki əsaslar olduqda əlavə sübutlar müəyyən edərək bu istiqamətdə müvafiq istintaq hərəkətləri aparmaq səlahiyyətinə malikdirlər. Lakin kassasiya məhkəmə araşdırması zamanı müəyyən olunur ki, məhkəmələr ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün cinayət prosessual qanunvericilik ilə müəyyən olunmuş tələblərə cavab verən araşdırma aparmamış və şəxsin əməlinin tövsif edilməsi dair düzgün nəticəyə gəlməyə əsaslı şübhələr qalmışdır. Aydın məsələdir ki, prosessual qanunvericilik təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsini müəyyən etmişdir (CPM, maddə 351.3.4). Lakin bu o şübhələrdir ki, onların aradan qaldırılması mümkün olmasın. Yəni, şübhələrin aradan qaldırılması üçün prosessual qanunvericiliklə müəyyən olunmuş bütün üsul və vasitələrin imkanları tükəndikdən sonra məhkəmə həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsində haqlı ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan hər iki məhkəmə tərkibi qeyd edilən şübhələrin aydınlaşdırmasına cəhd etməmiş, iş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş cinayət hadisəsinin bir hissəsini əks etdirən (cild İ, iş vərəqə 45) CD diskdə olan video materiallarda olan görüntünün aydınlaşdırılması ilə bağlı son dövrlər geniş tətbiq olunan videogörüntünün məhkəmə kriminalistik ekspertizasını keçirilməli olduğu halda bu ekspertizanı təyin etmə mişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmələr Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində qeyd edilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıdakılara əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin şəxsin Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulmuş əməl ü zrə təqsirliliyi ilə bağlı gəldiyi nəticələr əsaslı hesab oluna bilməz və bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndir ilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə)) yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsaslı hesab edilməli, ittiham tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün mübahisələndirilən qərar ləğv edilməli, apellyasiya protesti üzrə məhkəmə baxışı qismən məhkəmə istintaqı aparmaqla (müvafiq ekspertiza təyin edilməklə) təkrarən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqınd a qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-553/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-553/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver