Məhkəmə qərarları › İş №1(102)-575/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-575/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-575/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Bakı Şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəki li İmanov İsmayıl Tofiq oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İmanov İsmayıl Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Əhməd Qəhrəman oğlu, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) xx xxxxxx 1983-cü il tarixdə Ağdam rayonu, Əhmədavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhk um olunmamış, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Satış Əməliyyatları Şöbəsində baş satıcı (administrator) vəzifəsində işləmiş, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi İmanov İsmayıl Tofiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İmanov İsmayıl Tofiq oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Vergilər Departamenti tərəfindən dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin (VÖEN **********) xx xxxxxx 2016-cı il tarixdən xx x xx 2017-ci il tarixədək Satış Əməliyyatları Şöbəsinin “xxxx” marketlər şəbəkəsinin baş satıcı, xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək isə Satış Əməliyyatları Şöbəsinin “xxxx” marketlər şəbəkəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “xxxx” filialında baş satıcı (administrator) vəzifələrində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə, həmin cəmiyyətlə bağlanmış xx xxxxxx 2016-cı il tarixli əmək müqaviləsi və xx xxx 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də xx xxxxxx 2016-cı il tarixdə cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən qulluq mövqeyinə görə ona etibar edilmiş əmlaka dair müəyyən, yəni əmlakın qorunması, saxlanma sı, satışı ilə əlaqədar əməliyyatların aparılması zamanı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı cəmiyyətə vurulmuş ziyana münasibətdə maddi məsul olmaqla, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar ona etibar edilmiş əmlakın tam qeydinə qalma, təhlükəsizliyi barədə məlumat vermə, cəmiyyətə maddi ziyan vurmama, dəqiq uçot aparmalı və bir gün ərzində cəmiyyətə təhvil verməli olduğu halda, xx xxxxxx 2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək olan müddətdə cəmiyyətin qeyd olunan ünvanda yerləşən mağazasından rəsmi sənədlərə, o cümlədən, 1.766 qaimə - fakturaya əsasən öhdəsinə götürdüyü cəmi 114.222,9 manat dəyərində müxtəlif ərzaq, məişət və sair malların 45.689,71 manat dəyərində olan hissəsinin həmin anbarda qalıq qalması nəzərə alınmaqla, qalan - cə mi 68.533,19 manat dəyərində qeyd edilən malları istintaqla müəyyən edilməyən şəraitdə satışını həyata keçirib əldə etdiyi pulu öz şəxşi_ehtiyqclarına sərf etməklə, “xxxx” MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 68.533,19 manat dəyərində əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi İmanov İsmayıl Tofiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum “xxxx” Marketlər şəbəkəsinə xx xxxxxx 2016-cı il tarixdə baş satıcı, xx xxx 2017-ci il tarixdə isə “xxxx” marketinə administrator vəzifəsinə qəbul edilərkən, elə həmin tarixdə də onunla MMC arasında “tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Audit yoxlama sının aparıldığı müddət Məhkum işlədiyi xx xxxxxx 2016-cı ildən xx xxxxxxx 2017-ci ili əhatə etmişdir. Göründüyü kimi yoxlama müddətinin bilavasitə 06 ayı, yəni may 2017-ci ildən xx xxxxxxx 2017-ci ilə qədər müddətdə Məhkum tam maddi məsuliyyət haqqında müqavilənin təsiri altında olmuşdur. Bilavasitə yoxlamanın 8 ayı yəni, noyabr 2016-cı ildən may 2017-ci il müddətində Məhkum tam maddi məsuliyyət daşıması haqqında müqavilənin təsiri altında olmamışdır. Məhz elə buna görə də, Məhkum yuxanda qeyd edilən yoxlama müddətinin 06 ayı ərzində baş vermiş maddi çatışmamazlığa görə məsuliyyət daşıya bilməzdi, bu halda istintaq həmin dövr üçün çatışmamazlığın əmələ gəlmə səbəbini tam araşdırmamış, bu dövr üçün müvafiq maddi məsul şəxs aşkar edilməli olduğu halda, bunlar təmin edilməmiş, əsassız olaraq bu müddət ərzində aşkarlanan çatışmamazlıq da müdafiə etdiyi şəxsin ittihamına daxil edilmişdir. Həmçinin qeyd edilən səbəbdən iş üzrə audit yoxlamasının həyata keçirmiş audit və audit yoxlaması üzrə məhkəmə mühasibatlıq ekspertizasını həyata keçirmiş ekspert məhkəmə iclasına dəvət edilməli və hazırki xüsusatla bağlı müdafiə tərəfinin suallarına cavab verilməli olduğu halda təmin edilməmişdir. Satış müdiri X1in göstərişi əsasında adına yazılan mal və məhsulların dəyərindən aşağı qiymətə satılması xüsusatı özünün ifadəsi və üzləşmə istintaq hərəkəti ilə təsdiq olunmasına baxmayaraq, qeyd edilən ittihamın mahiyyətinə çox vacib bir təsir göstərə bilinən hal təkzib edilmişdir. Hazırki vacib bir xüsusatın araşdırılması üçün nə ibtidai istintaq və nə də ki, məhkəmə istintaqı zamanı müvafiq tədb irlər və istintaq hərəkətləri həyata keçirilməmişdir. Belə bir halın araşdırılması ittihamın və konkret şəxsin təqsirinin mahiyyəti və tövsifinə təsiri təksibedilməzdir. Bu səbəbdən X1 məhkəmə iclasına dəvət edilməli olduğu halda dəvət edilməmiş, müdafiə tərəfinin zəruri suallarına - bilavasitə 30 ton şəkər tozunun onun göstərişi ilə dəyərindən aşağı satılması, video görüntülərin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı digər suallara cavab verməsi təmin edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə Məhkum bəraət verilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi İ.T.İmanov çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq Məhkum bər aət verilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 cinayət əməlinin Məhkum tərəfindən törədildiyinin sübutlarla tam təsdiq olunduğunu, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qəra rının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə tə sbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi İmanov İsmayıl Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 41 6.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsi fi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinin dispozisiyası mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş külli miqdarda özgə əmlakını talama kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş külli miqdarda özgə əmlakını talama ilə bağlı ittiham birinci insta nsiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum və onun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirin in təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində bilavasitə audit yoxlamasının 8 ayı yəni, 2016-cı ilin noyabrından 2017-ci ilin may ayına kimi olan müddətdə Məhkum tam maddi məsuliyyət daşıması haqqında müqavilənin təsiri altında olmaması, məhz elə buna görə də, Məhkum yuxanda qeyd edilən yoxlama müddətinin 06 ayı ərzində baş vermiş maddi çatışmamazlığa görə məsuliyyət daşımaması iddia edilir. İş materiallarında olan “x xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor X3 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 074/43 saylı müqavilə əsasında cəmiyyətdə baş satıcı (administrator) vəzifəsində işləmiş Məhkum xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan mal dövriyyəsinin yoxlanılmasına dair autidor Şərif Bəşirov tərəfindən tərtib olunmuş xx xxxx 2018-cu il tarixli rəydən və aktdan görünür ki, xx xxxxxx 2016-cı il tarixli, 021-K saylı əmrlə Məhkum cəmiyyətdə Baş satıcı (adminstrator) vəzifəsinə təyin edilmişdir. Vəzifəyə təyin edildiyi tarixdən Məhkum ilə cəmiyyətin rəhbərliyi arasında qanunamüvafıq “Əmək müqaviləsi” və “Tam maddi-məsuliyyət haqqında” müqavilələr bağlanmışdır. Cəmiyyətin daxili qaydalarına əsasən satıcı vəzi fəsində işləyənlər topladıqları satış pullarını inkasator vasitəsi ilə cəmiyyətə təhvil verməlidirlər. Bu qaydalara uyğun olaraq Məhkum mal dövriyyəsi audit olunarkən məlum olmuşdur ki, audit olunan dövrün əvvəlinə, yəni xx xxxxxx 2016-cı il tarixdə işə qəbul olunarkən 28.513,76 (kq və ədəd hesabı ilə) miqdar uçotu ilə malları öhdəsinə qəbul etmişdir. Audit olunan dövrdə, yəni xx.xx.2016-cı il tarixdən xx xxxxxxx 2017-ci ilə kimi olan dövrdə 1.031.550,09 (kq və ədəd hesabı ilə) miqdarda olan malları öhdəsinə qəbul etmiş və qeyd olunan müddətdə 328.829,33 (kq və ədəd ilə) miqdarında olan malları məxaric etmişdir. Audit olunan dövrün sonuna uçot üzrə 154.958,11 (kq və ədəd hesabı ilə) miqdarında mal qalığının pul ilə dəyəri 114.222,90 manat olmalı idi. Dövrün sonunda Məhkum mal dövriyyəsi in vertarizasiya olunarkən atıq gəlmələrin əskik gəlmələrlə əvəzləşdirilməsindən sonra 50.981,22 (kq və ədəd hesabı ilə) miqdarında 45689,71 manat dəyərində faktiki mal qalığı müəyyən olunmuşdur. Beləliklə, audit olunan dövrdə Məhkum hesabında 68.533,19 manat çatışmazlığının olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası müdafiəçi və məhkumun birgə kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq Məhkum barəsində CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar e tməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu mə sələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə olaraq cinayət əməli törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində üç azyaşlı uşağının olması, ailənin yeganə qazanc gətirəni olması), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyas iya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubli kası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi İmanov İsmayıl Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum müdafiə çisi İmanov İsmayıl Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar