Məhkəmə qərarları › İş №1(102)-582/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-582/2020

24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-582/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Yaqubov Muraz Sədrəddin oğlunun Bəraət almış şəxs Məhkum iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul o lan, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 322.1ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Yaqubov Muraz Sədrəddin oğlu tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Babək Pənahov) Məhkum Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza t əyin edilməmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: R.K.Səfərov (sədrlik edən), E.E.Rəhimov və Ə.İ.Qasımov) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, o, “xxxx” MMC-nin Gəncə və Bakı ofislərindən satış məqsədi ilə aldığı müxtəlif avtomobil ehtiyat hissələri və yağlarının satışı əməliyyatı ndan 2015-ci ilin oktyabr ayına olan 190.751 manat məbləğində borcunun 85.000 manatlıq hissəsinin silinməsi üçün müəyyən müddətə istifadə etmək məqsədi ilə borclu olduğu “xxxx” MMCnin təsisçisi və sahibi Zərərçəkmiş şəxs təhvil verdiyi 9914-9015-1441 seriyalı “Candela GentleLase Pro” markalı lazer epilyasiya avadanlığını özlüyündə sonradan ABŞ dollarının milli manata olan məzənnəyə nisbətdə qalxdığına görə dəyərinin də bahalaşdığı qənaətinə gəlib özbaşına götürmək məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə, saat 20-21 radələrində həmin avadanlığın saxlanıldığı ünvan 1 ünvanında yerləşən “Əminəm” gözəllik salonuna gələrək qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkəti özbaşına edib a vadanlığı qaytarmaq istəməyən “xxxx” MMC-nin sahibi Zərərçəkmiş şəxs və ya həmin MMC-nin hər hansı bir əməkdaşına məlumat vermədən davranış qaydasını aşkar surətdə pozaraq özündə olan köhnə açarlarla əvvəlcə salonun ümumi giriş qapısının silindrik mexanizmini açıb salona, ardınca avadanlığın saxlanıldığı xüsusi ayrılmış otağın qapısını da eyni üsulla açaraq ora daxil olmuş və kömək məqsədi ilə dəvət etdiyi naməlum şəxslərin yardımı ilə 60.000 manat dəyərində bu avadanlığı götürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mühüm ziyan vurub özbaşınalıq etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünü n ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına, işdə olan sübutlara və digər materiallara düzgün hüquqi qiymət verməmiş, yalnız təqsirləndirilən şəxsin mülahizəsinə əsaslanaraq səhv qənaətə gəlməklə iş üzrə əsassız və qanunsuz hökm çıxarmışdır. Belə ki, Məhkum Zərərçəkmiş şəxs məxsus şirkətdə işləmiş və şirkətə külli miqdarda borcu yaranmışdır. Müəyyən edilmişdir ki, Məhkum iki ədəd bahalı lazer epilyasiya aparatı vardır. Zərərçəkmiş şəxs göstərişi və tapşırığı ilə lazer epilyasiya aparatlarından biri borcun əvəzinə Zərərçəkmiş şəxs sahibliyinə keçmişdir. İş materialları ilə təsdiq olunur ki, Məhkum aparatlardan birini borcun əvəzinə Zərərçəkmiş şəxs təhvil vermişdir. Sonradan Zərərçək miş şəxs qardaşı Xlə olan ədavətdən istifadə edərək Məhkum lazer epilyasiya aparatını Xin vasitəsi ilə özbaşına olaraq götürmüşdür. Həmçinin qeyd edir ki, Məhkum şirkətə deyil, Xə borclu olması, Məhkum məsuliyyətdən yayındırmaq üçün onların uydurmalarından başqa bir şey deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti və əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayəti və əlavənin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsi M.Yaqubovun, kassasiya şikayəti və əlavənin təmin edilməməsi barədə bəraət almış şəxs Məhkum və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəməl ərindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayət müəllifləri qeyd edirlər ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzibedilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası bununla əlaqədar qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarına müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 3-cü madd əsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 322.1-ci maddəsinə əsasən “Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda— cinayət məsuliyyətinə səbəb olur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norma sı tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüq uqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən dəlillərlə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış X2 rəhbərlik etdiyi “xxxx” MMC ilə işgüzar münasibətləri olmuşdur. Belə ki, Məhkum 2011-ci ildən şirkətin anbarlarından müxtəlif akkumulyator, sürtkü yağları alaraq müştərilərə satmaqla məşğul olmuşdur. 2015-ci ilin mart ayında şirkətdən ona bildirmişlər ki, onun şirkətə 230.756 manat məbləğində borcu vardır. Məhkum borcunu etiraf etmiş və razılaşmışdır ki, borcunu qısa müddətdə ödəyəcəkdir. 2015-ci ilin oktyabr ayına kimi Məhkum borcunun bir hissəsini natu ra formasında, yəni şirkətdən götürdüyü malları geri qaytarmaqla ödəmişdir. Qalan borcun ödənilməsi məqsədi ilə Məhkum zərərçəkmiş şəxs Xin qardaşı X2 və digərləri ilə razılaşmışdır ki, onun Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Əminəm” gözəllik salonunda yerləşdirdiyi və salonda işlədilməklə gəlir əldə etdiyi “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatını işlətmək və əldə olunan gəlirlərdən borcun silinməsi məqsədilə sonunculara heç bir sənədləşmə aparmadan təhvil versin. Bu zaman aparat 85.000 manat dəyərində qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən aydın olur ki, Məhkum aparatı ona təhvil verməsi birincinin qardaşı X2in nəzarəti və iştirakı ilə aparılmışdır. Bu hal bəraət almış şəxsin, eləcə də şahidid X11un ifadələri ilə təsdiq olunur. Kassasiya şikayətində iddia olunduğunun əksinə olaraq, Məhkum 9914-9015-1441 seriyalı, “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatını həmişəlik olaraq hər hansı razılaşma və ya hər hansı bir borc qarşılığında «xxxx» MMC-nin direktoru və təsisçisi olan Zərərçəkmiş şəxs mülkiyyətinə verməsi cinayət işinin materialları ilə öz təsdiqini tapmır. Bundan əlavə, bəraət almış şəxsin və şahid Rasim Tanrıverdiyevin ifadələrindən görünür ki, Məhkum sözügedən lazer epilyasiya aparatını özbaşına deyil, Rasim Tanrıverdiyevin razılığı ilə götürmüş və bununla əlaqədar olaraq sonuncuya 85.000 manat və 15.000 manat pul vermişdir. Məhkum pulları lazer epilyasiya aparatını götürdükdən bir qədər əvvəlmi, yaxud sonramı verməsi məsələnin mahiyyətini dəyişdirmir, başlıca sı odur ki, o, lazer epilyasiya aparatını iş üzrə zərər çəkmiş kimi tanınmış Xin qardaşı və onun göstərişinə əsasən bu məsələlərə nəzarət edən X1in razılığı ilə götürmüşdür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum “xxxx” MMC-yə borcunun olubolmaması mülki xarakterli hüquq münasibətləridir və bununla əlaqədar yaranmış mübahisələr mülki-mühakimə icraatı qaydasında araşdırılmalıdır. CM-nin 322-ci maddəsi ilə nəzərdə tutulan “Özbaşınalıq” cinayəti isə “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid olmaqla şəxs tərəfindən qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum özbaşınalı q cinayətini törətməsi iş üzrə təqsirləndirilən şəxsin özünün, X12, X5 və X4 ifadələri ilə və işin digər materialları ilə təkzib olunur. “X6rşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlində CM-in 322.1-ci maddəsinin tərkibi olmadığından haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum əməlində həqiqətən də özbaşınalıq cinayətinin tərkibi mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutla r təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxsləri nin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum özbaşınalıq cinayətinin tərkibinin mövcud olmaması əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və ona əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayəti və ona əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar