Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-587/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və X4 ibarət tərkibdə) 14 iyul 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1994-cü ildə Ağdam rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Ağdam rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla X ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərd ə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 19 sentyabr 2022-ci tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməmişdir. Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X19 oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 5 oktyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair 1(101)-780/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə irəli sürülən ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, 11 iyul 2022-ci il tarixdə, gecə saat 2 radələrində qardaşı Şahid idarə etdiyi "Chevrolet-Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçməklə yaşadıqları "Qobu Park” yaşayış kompleksinə gedərkən eyni istiqamətdə "VAZ-2107” markalı, **-LN*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən Zərərçəkmiş şəxs2 onlara yol vermədiyini görüb işıq siqnalı verərək, əks hərəkət zolağına çıxmaqla Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili ötüb- keçdikdən sonra "Qobu Park” yaşayış kompleksi ərazisində yerləşən "194 nömrəli” marşrut avtobuslarının sonuncu dayanacağına çataraq dayanan zaman Zərərçəkmiş şəxs2 avtomobili idarə edərək həmin yerə çatıb yolda etdiyi hərəkətinə görə irad bildirmişdir. Məhkum ona irad bildirilməsini bəhanə edərək hamı tər əfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 və onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə təhqir edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əvvəlcə Zərərçəkmiş şəxs1 yumruqla vurub sol qaşüstü nahiyənin səthi əzilmiş yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bundan sonra Məhkum üzərində olan bıçağı götürüb silah qismində istifadə edib Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq ona qarının sol yarısının ön səthinin qabırğa qövsü səviyyəs indən qarın boşluğuna nüfuz edərək daxili qanaxma ilə müşayiət olunan mədənin hər iki divarının və on iki barmaq bağırsağın bir ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnməklə yetirildiyi anda Zərərçəkmiş şəxs2 həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarət, daha sonra isə həmin bıçaqla Zərərçəkmiş şəxs1 baş və boyun nahiyəsinə vuraraq ona başın ənsə nahiyəsinin deşilmiş-kəsilmiş yarası, boynun sol arxa yan səthinin kəsilmiş yarası diaqnozu ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, məhkəmələrin təqsirləndirilən şəxsə elan olunan ittihamın zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə tibb ekspertizasının rəyi və digər istintaq materialları ilə tam sübuta yetirilməsi barədə mövqeyi qəbul edilməzdir, məhkəmə istintaqı zamanı təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilmədiyinə görə məhkəmənin ittiham tərəfinin əsassız mövqeyinə istinad edərək, buna əsaslanmaqla çıxarmış olduğu həmin hökmü qanunazidd və əsassız olmasına baxmayaraq həmin hökmdən verilmiş apellyasiya şikayətinə baxan Apellyasiya məhkəməsi nöqsanları aradan qaldırmayaraq ittiham tərəfinin əsassız mövqeyini müdafiə etmişdir. Çünki birinci instansiya məhkəməsində qanunvericiliyin tələbləri tam pozulmuş, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin düzgün olmayan tövsifi ilə əlaqədar ol araq ona qarşı düzgün olmayan ittiham üzrə hökm çıxarılmışdır.. Belə ki, iş üzrə 2 zərərçəkmiş və bir şahidin olmasına fikir yetirdikdə şahid ilə təqsirləndirilən şəxsin ifadələri tam eynidir. Hadisənin baş vermə mexanizmi-səbəbi, şəraiti və yeri düzgün qiymətləndirilmədiyindən göstərilən əsassız ittihamla şəxsin əməlində olmayan cinayətin əlamətlərinə görə qanunvericilkdə nəzərdə tutulmuş daha ağır maddə ilə ittiham olunması ilə nəticələnmişdir. Belə olduğu halda kimlərin ifadələrinə üstünlük verilməsi mövqeyindən deyil, real, obyektiv həqiqətə uyğun olan hallar əsasında irəli sürülməli ittihama uyğun,qanuni, əsaslı və ədalətli hökm çıxarılmalıdır. Hadisənin baş verdiyi yerlə Çingiz Savalanlının yaşadığı binaya olan məsafə 90100 metrdir. Zərərçəkmiş şəxs2 bıçaqla vurandan sonra yaşadığı evə tərəf getmək istədikdə X1 ona tərəf qaçaraq ona hücum etdiyinə görə əlbəyaxa olduqları yer avtomobil yolundan 6 metr məsafədə yerləşir. Həmin yerdən qaz boruları olan kompressor yerləşir və ora dəmir torla çəpərə alınmışdır. Lakin məhkəmə hökmündə istər Məhkum, istərsə Şahid ifadələri təhrif olunmuşdur. Zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 özü məhkəmə istintaqında məcburi köçkünlər üçün nəzərdə tutulan "Qobu Park” yaşayış kompleksinə tərəf hərəkət etdiyini, 194 №-İi avtobusun son dayanacağında mübahisənin olmasını göstərmişdir. Həmin dayanacaq məhz “Qobu Park” yaşayış kompleksinin həyətində yerləşir. Hadisənin baş vermə mexanizmindən açıq aydın görünür kı, Zərərçəkmiş şəxs2 yaşadığı ünvana deyil, məcburi köçkünlərin yaşadıqları “Qobu Park yaşayış kompleksinə tərəf hərəkət e tməsi (yəni təqib etməsi), idarə etdiyi avtomobil ilə təqsirləndirilən şəxsin olduğu avtomobilin qarşısını kəsərək dayandırmaqla avtomobildən düşərək onların da avtomobildən düşmələrini tələb etməsi, sonra Məhkum zor tətbiq etməsi və bundan sonra mübahisənin başlanması hadisənin, yəni dalaşmanın məhz onların öz təşəbbüsləri ilə başlamalarına dəlalət etmiş olur. Hadisənin gecədən xeyli keçmiş, ətrafda heç kim və kimlərin olmadığı,heç bir ictimai qaydanın pozulması ilə müşaiyət olunmayan şəraitdə baş verməsi xuliqanlıq cinayətinin əlamətlərini istisna edir. Bundan başqa hadisələr hətta xuliqanlıq motivində cərəyan etmiş olarsa belə, məhz zərərçəkmişlərin təşəbbüsü ilə başlanmasının özü belə əməldə xuliqanlıq cinayətinin əlamətlərini istisna etmiş olur. Belə bir mövqedən ittiham tərəfinin çıx ışı və şəxsə ağır cəza verilməsinə dair hökmün çıxarılması barədə təklifi bir mənalı olaraq qanunu əsaslara söykənmədiyinə görə qəbul olunmazdır. Daha sonra məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 493№-li rəyinə qarşı münasibətdə isə rəydən göründüyü kimi Zərərçəkmiş şəxs1 bədən səthində olan xəsarətlərin bıçaqla yetirilə bilməsi demək deyildir.Bu ittihamın fərziyələrə əsaslandığına bir daha dəlalət etmiş olur. Dalaşma və ya münaqişənin təşəbbüskarının zərərçəkmiş şəxs olması və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olması əməlin CM- nin 126.2.4cü maddəsi ilə tövsifini istisna edir. Əməl üzrə CM-nin 221-ci maddəsinin tövsifi üçün ictimai qaydanın kobud surətdə pozulması tələb olunur. Müdafiəçi kassasiya şikayətində Bakı Apellasiya Məhkəməsinin Cinayət kollegiya sının 5 oktyabr 2023-cu il tarixli qərarını ləğv edərək Məhkum əməlini CM-in 221.3-ci maddəsindən CM-in 128-ci maddəsinə, CM-in 126.2.4-cu maddəsinə münasibətdə isə əməlinin CM-nin 126.1 -ci maddəsinə tövsif olunmaqla ədalətli cəza təyin olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, süb utların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müra ciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hü ququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutla ra uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakim əsini həyata keçirməkdir. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur. Belə ki, müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum hadisə zamanı xuliqanlıq niyyəti ilə hərəkət etmədiyindən və ictimai qaydanı pozmadığın dan zərərçəkmiş şəxslərin sağlamlıqlarına zərər vurmasını düzgün tövsif olunmadığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası, müdafiəçinin kassasiya şikayətində məhkum edilmiş şəxsin bıçaq ilə zərbə vuraraq Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər yetirməsi ilə əlaqədar təqsirli olmasını mübahisələndirilmədiyindən cinayət işi üzrə həmin halı təsdiq edən sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası öncə Zərərçəkmiş şəxs2 sağlamlığına xuliqanlıq niyyətilə ağır zərər vurması ilə nəticəl ənən əməlinə münsibət bildirməyi məqsədəmüvafiq hesab edir: Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmanın ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsinə görə ci nayət məsuliyyəti nəzərdə tutulur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti iə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əml akının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221 -ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aş kar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsi nin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkum Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən ağır zərər vurması ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, kassasiya şikayəti müəllifinin məhkumun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən tövsifedici əlamətin olmaması haqqında iddiasının əsaslı olduğu, məhkəmələrin isə həmin maddəni Məhkum əməlinə şamil etməklə məhkəmələrdə baxılmış sübutlardan irəli gəlməyən (işin həqiqi faktiki halları ilə uzlaşmayan) nəticə çıxararaq təqsirkarın əməlinin hüquqi tövsifində səhvə yol verdikləri müəyyən edilir. Belə ki, ibtidai araşdırma or qanı və aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum əməlinin hüquqi tövsifini qiymətləndirərkən səhvə yol verərək, Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması nəticəsinə gəlmiş və onun əməlini CM-in 126.2.4-cü maddəsi ilə tövsif etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib -etdirməməsi. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 6 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Cinayət işinin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən Məhkum 11 iyul 2022-ci il tarixdə, gecə saat 2 radələrində qardaşı Şahid idarə etdiyi "Chevrolet-Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçməklə yaşadıqları "Qobu Park” yaşayış kompleksinə gedərkən eyni istiqamətdə "VAZ-2107” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən Zərərçəkmiş şəxs2 onlara yol vermədiyini görüb işıq siqnalı verərək, əks hərəkət zolağına çıxmaqla Zərərçəkmiş şəxs2 idarə e tdiyi avtomobili ötüb- keçdikdən sonra "Qobu Park” yaşayış kompleksi ərazisində yerləşən "194 nömrəli” marşrut avtobuslarının sonuncu dayanacağına çataraq dayanan zaman Zərərçəkmiş şəxs2 avtomobili idarə edərək həmin yerə çatıb yolda etdiyi hərəkətinə görə irad bildirmişdir. Bu əsasda onlar arasında mübahisə başlanmışdır. Bu isə onu göstərir ki, Məhkum səbəbsiz hərəkət etməmiş, o cümlədən zərərçəkmiş şəxsi özü ilə mübahisəyə təhrik edib bundan bəhanə kimi istifadə etməmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən düşünülmüş şəkildə zərərçəkmiş şəxsi vurmaq istəməmiş və bu istək onda anidən, mübahisə əsnasında yaranmışdır. Belə ki, Məhkum ifadəsində Zərərçəkmiş şəxs2 qardaşı Şahid kobud sözlər söyləyib avtomobildən düşməsini tələb etdiyini, sonuncu çəliklə yeridiyindən özünün düşdüyünü və Kamran ın yumruqla onu vurmasını bildirmişdir. Göstərilənləri Şahid da ifadəsində təsdiq etmişdir..Yəni Məhkum özünün şəxsiyyətinin üstünlüyünü göstərmək məqsədilə əsaslı səbəb olmadan zərərçəkmiş şəxsi vurması, niyyət və davranışının faktiki olaraq bir şəxsin nəzdində bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə etməyə, öz "müstəsna mən”ini başqasına qəbul etdirməyə yönəlməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi qənaət əsassızdır və Məhkum avtomobildə olan bıçağı götürüb ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Qeyd olunan faktiki halları Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi və Ali Məhkəməni n Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında ifadə olunmuş “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi ilə müqayisə etdikdə, əslində Məhkum əməlində qeyd olunan əlamətin olmadığı və onun hərəkətlərinin həmin maddə ilə əsassız olaraq tövsif edildiyi müəyyən olunur. Belə ki, Məhkum tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini yuxarıda açıqlayan hərəkətlərə, yəni bu motivlə özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərə yol verilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 senty abr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməməsi ilə bağlı dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Məhkum tərəfindən xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi öz təsdiqini tapmamışdır. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, mübahisə tərəfləri arasında baş vermiş münaqişə zamanı ictimai qayda pozulmamışdır. Belə ki, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 mübahisə mübahisə zəminində bıçaqla vuraraq x ə s a r ə t y etirmişdir. Məhkum öz şəxsiyyətini zərərçəkmiş şəxslərin şəxsiyyətindən üstün tutaraq sonunculara xəsarət yetirməmiş, onun xəsarət yetirməsinin səbəbi, əsl motivi aralarında baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxslərin hərəkətlərinə qarşılıq vermək olmuşdur. Belə olan halda Məhkum hərəkətlərini ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Beləliklə,assasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunması barəd ə mövqeyi ilə razılaşmır və bununla bağlı həm də vurğulayır ki, cinayət əməlinin törədildiyi yer və şərait onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Göstərilənlər Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tələblərindən və həmin maddəyə verilən aşağıdakı şərh və təfsirdən irəli gəlir. Belə ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004- cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tə tbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün nəzərə alınmamışdır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməsi barədə gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, mübahisə tərəfləri arasında mübahisə ictimai yerdə baş versə də, istintaq orqanı məhkəməyə şəxsin ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizliklə ifadə olunan hərəkətlərə yol verdiyini təsdiq edən sübutlar təqdim etməmişdir. Məhkum tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qərəzli hərəkətlər etməsi müəyyən olunmur. Onun hərəkətləri m əhz ictimai qaydanın pozulmasına qarşı deyil, zərərçəkmiş şəxsləri özü üçün qanunsuz hesab etdiyi davranışına görə cəzalandırılmasına yönəldilmiş və nəticədə zərərçəkmiş şəxslərə silah qismində istifadə etdiyi əşya ilə bədən xəsarəti yetirmişdir. Göstərilən hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilməmiş və Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, hadisənin yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi, Məhkum, tərəfindən öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakıların qanuni mənafelərinə toxunan, həmçinin ic timai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməsini təsdiq edən sübutlar müəyyən edilmir. Hadisə iştirakçıları arasında yaranan mübahisə münaqişəyə çevrilərək məhkumun zərərçəkmiş şəxslərə bədən xəsarəti yetirilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək icti mai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla rına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməkl ə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar ol duqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, məhkumun hərəkətləri səbəbli olaraq konkret zərərçəkmiş şəxsə qarşı yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyma q, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda zərərçəkmiş şəxslərə Məhkum tərəfindən bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. Məhkəmələr tərəfindən Məhkum xuliqanl ıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin onun konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmiş, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamışdır. Məhkum hərəkətləri ilə ictimai qaydanın pozulduğu halda hadisənin iştirakçısı olmuş və görmüş şəxslərin dairəsi müəyyənləşdirilməli, həmin gün gecə saat 2 radələrində orada olan digər şəxslər iş üzrə şahid qismində dindirilməli, bununla da ictimai qaydanın pozulması hallarının baş verib-vermədiyini aydınlaşdırılmalı olduğu halda, istintaq orqanı bunu etməmiş və iş üzrə yeganə Şahid dindirilməsi ilə kifayətlənmişdir. Həmin şahid isə hadisə yerində yalnız dörd nəfərin, yəni, özünün, təqsirlənd irilən şəxsin və zərərçəkmiş şəxslərin olduğunu göstərmişdir. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması və silah qismində bıçaqdan istifadə etməklə qərəzli xuliqanlıq etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmələr işin hallarına düzgün hüquqi qiymət vermədən Məhkum xuliqanlıq əməlini törətməsi ilə bağlı əsassız nəticəyə gəlmişlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, baş vermiş münaqişə zamanı məhkum tərəfindən ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazl ıq nümayiş etdirmək kimi hərəkətlərə yol verilməmişdir. Kassasiya şikayətinin Məhkum hərəkətlərində xuliqanlıq cinayət əməlinin tərkibinin olmaması barədə dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin əlamətləri mövcuddur. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə baxışında tədqiq olunan "Canlı şəxsin məhkəmə-tibbi ekspertizası” 28 iyul 2022-ci il tarixli, 493 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində başın ənsə nahiyəsinin deşilmiş-kəsilmiş yarası, boynun sol arxa-yan səthinin kəsilmiş yarası, sol qaşüstü nahiyənin səthi əzilmiş yarası kimi xə sarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən başın ənsə nahiyəsinin deşilmiş-kəsilmiş yarası və boynun sol arxa-yan səthinin kəsilmiş yarası deşici-kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən, sol qaşüstü nahiyənin səthi əzilmiş yarası isə bərk küt əşya təsirindən, müayinədən 5-7 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X15 müraciət etdiyi 11 iyul 2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda başın ənsə nahiyəsinin deşilmişkəsilmiş yarası və boynun sol arxa-yan səthinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol qaşüstü nahiyənin səthi əzilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir Həmçinin Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həl li üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayə t edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Qeyd edilən məhkəmə göstərilən mövqeyini əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Odur ki, mü dafiəçinin kasssiya şikayəti təmin edilməli, məhkəmələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsasları kimi nəzərdə tutulmuş pozuntulara yol vedikləri üçün apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Məhkum əməli CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə, CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbayca n Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şə xslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret hall arın nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən cəzanı yüngülləşdirən halları, əməlində cəzanı ağırlaşdıran halın olmamasını, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddələrinin sanksiyası həddində cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilməli, kassasiya şikayəti təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 126.1-ci maddəsinə, Cinayət Məcəlləsinin 221.3-cü maddə si ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Məhkum CM-in 126.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 128-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-587/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-587/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver