Məhkəmə qərarları › İş №1(102)-612/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-612/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-612/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıqov Elçin Əli oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim T.X.Nəsrullayeva, hakimlər A.Allahverdiyeva və N.A.Kərimovdan ibarət tərkibdə) xx xxxxxx 1957-ci ildə Ucar rayonu, Qazyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməyən, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərb aycan Respublikası CM-nin 145.2.4, 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə, CM-nin 170.3-cü maddəsi ilə 07 il müddətə, CM-nin 178.3.1, 178.3.2-ci maddələri ilə 10 il müddətə, CM-nin 310-cu maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi ilə təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə, qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən müdafiəçi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.S.Hüseynov, hakimlər H.H.Əhmədov və F.A.Qasımov dan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, mütəşəkkil dəstə halında etibardan sui-istifadə və aldatma ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmuş, mütəşəkkil dəstə halında tamah məqsədi ilə şəxsi adam oğurluğu ilə bağlı olmayan qanuns uz azadlıqdan məhrum etmiş, yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə cinayətkar fəaliyyətə cəlb etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx xxxxxx 1957-ci ildə anadan olub on səkkiz yaşına çatmaqla, oğlu - X2, tanışları - X3, X4, X5, X6 və qeyriləri ilə yetkinlik çatmayanı vədlər vermə vasitəsi ilə mütəşəkkil dəstə tərkibində cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə cinayətkar fəaliyyətə cəlb etmə, həmçinin oğlu X2, t anışları X3, X4, X5, X6, X7 və qeyriləri ilə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, həmçinin oğlu X2, tanışları X3, X4, X5 və qeyriləri ilə mütəşəkkil dəstə halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə, həmçinin oğlu X2, X3, X4, X5, X6, X7 və qeyriləri ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək mütəşəkkil dəstə halında, bu məqsədlə cinayətkar plana uyğun olaraq X2nin göstərişinə əsasən mütəşəkkil dəstənin digər üzvü X4 x x xxxx 1997-ci il təvəllüdlü qohumu yetkinlik yaşına çatmayan X7ni vəd vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etmiş, cinayətkar plana müvafiq olaraq mütəşəkkil dəstənin digər üzvü X3 isə X8 özünə məxsus küili miqdarda pul vəsaitinin qeyri-rəsmi ər-arvad münasibətində olduğu X9 aldığı, Bakı şəhərində mənzilindəki seyfdə saxlanılması barədə X2yə məlumat vermiş, bundan sonra sonuncu cinayətkar razılaşmaya əsasən icarəyə götürməklə idarə etdiyi dövlət nömrə nişanı məlum olmayan “Vita” markalı avtomaşınla mütəşəkkil dəstənin başqa üzvləri-X4, X5, X6, X7 ilə birlikdə xx xxx 2015-ci il tarixdə, saat 22.00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində X1 idarə etdiyi “MersedesBenz C-350” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsərək yerə düşməyə məcbur etmiş, bundan sonra Loğman Abdullayev özbaşına özünü və digərlərini Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edib özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, X8in külli miqdarda nağd pulunun qeyri-rəsmi ər-arvad münasibətində olduğu X9 yaşadığı Bakı şəhərindəki mənzilindəki seyfdə saxladığını deyib həmin vəsaitin əldə edilməsi mənbəyi ilə bağlı əməkdaşı olduğu Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat-axtarış tədbiri keçirdiklərini yalandan bildirib inandırmaqla X 8in etibarını qazanıb, bu işdə ona kömək göstərəcəyini vəd edib aldatmış, həmin tarixdə saat 23 radələrində idarə etdiyi, yuxarıda qeyd olunan avtomaşınla X8lə birlikdə həmin mənzilə gəlmiş, orada sonuncunun etibarından sui-istifadə və aldatma yolu ilə 3.400.000 ABŞ dolları (həmin dövrə olari məzənnə ilə 3.563.880 manat) məbləğində külli miqdarda nağd pulunu mütəşəkkil dəstə halında ələ keçirib zərərçəkən şəxsə külli miqdarda ziyan vurub cinayətkar dəstənin üzvləri arasında bölmüş, daha sonra X2 idarə etdiyi göstərilən avtomaşınla cinayətkar planın davamı olaraq mütəşəkkil dəstənin üzvləri - X4, X5lə birlikdə X8i xx xxx 2015-ci il, saat 02 radələrində Bakı şəhərində yerləşən «xxxx» adlı restorana gətirərək qeyd edilən yeməkxananın «xxxx» adlandırılan otağında sonuncunu həmin vaxtdan etibar ən xx xxx 2015-ci il saat 15-16 radələrinədək olan müddət ərzində mütəşəkkil dəstə halında qanunsuz saxlamaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Məhkəmədə onun barəsində cinayət işinə baxılarkən heç bir araşdırma aparılmamışdır. Belə ki, qeyd olunan cinayət əməlləri törədilərkən o, Azərbaycan Respublikası ərazisində olmamışdır və bu cinayətlərdən xəbəri yoxdur. Ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli hesab etmir. Hal-hazırda qaraciyər serrozundan və ürək-damar xəstəliyindən əziyyət çəkir. Birinci instansiya məhkəməsi onu n xəstəliyini və ailə vəziyyətini nəzərə almadan hökm çıxarmış, apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarını dəyişdirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkum Təqsirləndirilən şəxs müdafiəçisi E.Ə.Sadıqov kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir daha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını, apelyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiya sı məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyas ı məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində cinayət əməllərinin onun tərəfindən törədilmədiyi, barəsində qanunsuz qərar qəbul edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini v ə dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci madd əsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassas iya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda gətirilən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsinə istinad etməklə bir daha xatırladır ki, qeyd olunan norma, ümumiyyətlə CPM-in müddəaları kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavas itə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası kassasiya şikayətlərində irəli sürülən tələblərin (o cümlədən, cinayət təqibini istisna edən halın olmasına baxmayaraq ittiham hökmünün çıxarmasına dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirilən faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İşin müəyyən edilmiş sayılan faktiki hallarından (yəni onların şübhə doğurmayan hallar olmasından) çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmişdir. Həmçinin təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş mütəşəkkil dəstə halında etibardan sui-istifadə və aldatma ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurma, mütəşəkkil dəstə halında tamah məqsədi ilə şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə cinayətkar fəaliyyətə cəlb etmə, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə bax ılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 145.2.4, 170.3, 178.3.1, 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələ r ilə tövsif edilmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, m əhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması, habelə təyi n olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcə k hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 170.3, 178.3.1, 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar