Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-630/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sent yabr 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1, 234.4.3 və 263-1.2-ci maddələri ilə, Məhkum2 və Məhkum3, hər birisinin CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1981-ci il tarixdə Füzuli şə hərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Məhəmmədi kəndində yaşamış, CM-nin 234.4.1, 234.4.3 və 263-1.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə, CM-nin 263-1.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 0 8 (səkkiz) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum2, xx xxxxxxxx 1986-cı il tarixdə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, və Məhkum3, xx xxxxxx 1986-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sərfölçən Cihazlarına və Ölçü Qovşaqlarına Texniki Xidmət Mərkəzinin mühəndisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ra mana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ayrı-ayrılıqda, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə həmçinin CM-nin 93-1.1-ci maddəsinə əsasən Məhkum1 və Məhkum3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 28 avqust 2020-ci il tarixdə saat 05:30 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, tanışı Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «Hyundai Sonata» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu, eləcə də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bu qaydalara əməl etməyib yaşayış məntəqələri daxilində müəyyən edilmiş 60 km/saat sürət həddini aşaraq avtomobili 80 km/saat sürətl ə idarə etdiyindən və sükan arxasında yuxuladığından idarəetməni itirib öz hərəkət zolağından çıxaraq avtomobilin qabaq hissəsini yolun sol kənarında olan maneəyə çırpmış, ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sol baldır sümüklərinin açıq yerdəyişən və sol əlin İİİ daraq sümüyünün qapalı sınıqları, sol açıq-baldır oynaq nahiyəsinin əzilmiş cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına, həmçinin Zərərçəkmiş şəxs1 «Hyundai Sonata» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 7500 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, Məhkum1 tanışları Məhkum2 və Məhkum3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz ola raq külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə cinayətkar qrupun üzvü Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 179,481 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən həmin psixotrop maddə metamfetaminin 8,131 qramını ayrı-ayrılıqda 2,080 qram, 1,728 qram, 2,483 qram və 1,840 qram çəkidə olan hissələrə bölüb dörd bükümdə qablaşdırıb Məhkum3 vermiş, qalan 171,350 qramını isə bir bükümdə qablaşdırıb özünün idarə etdiyi, X16 məxsus «Renaul t Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altında saxlamış, bundan sonra əldə etdikləri həmin psixotrop maddənin satışını həyata keçirmək üçün cinayətkar qrupun üzvləri ilə birlikdə 11 yanvar 2021-ci il tarixdə Biləsuvar rayonundan Bakı şəhərinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı «Renault Megane» markalı avtomobil 12 yanvar 2021-ci il tarixdə saat 00:20-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində saxlanıldıqdan dərhal sonra Məhkum1 və Məhkum2 avtomobildən enib qaçmış, Məhkum3 isə saxlanılaraq «Renault Megane» markalı **-SM-*** d övlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda 8,131 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 2,080 qram, 1,728 qram, 2,483 qram və 1,840 qram olmaqla əynindəki cins şalvarın sağ yan cibindən dörd ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 yanvar 2021-ci il tarixdə saat 02:54-də Məhkum3 iştirakı ilə «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən külli miqdarda 171,350 qram çəkidə psixotrop maddə metamfetamin avtomobilin ön sərnişin oturacağının altından bir ədəd polietilen torbada aşkar olunaraq götürülmüşdür. Məhkum2 tanışları Məhkum1 və Məhkum3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə cinayətkar qrupun üzvü Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 179,481 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən həmin psixotrop maddə metamfetaminin 8,131 qramını ayrı-ayrılıqda 2,080 qram, 1,728 qram, 2,483 qram və 1,840 qram çəkidə olan hissələrə bölüb dörd bükümdə qablaşdırıb Məhkum3 vermiş, qalan 171,350 q ramını isə bir bükümdə qablaşdırıb Məhkum1 idarə etdiyi, X16 məxsus «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altında saxlamış, bundan sonra əldə etdikləri həmin psixotrop maddənin satışını həyata keçirmək üçün cinayətkar qrupun üzvləri ilə birlikdə 11 yanvar 2021-ci il tarixdə Biləsuvar rayonundan Bakı şəhərinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı «Renault Megane» markalı avtomobil 12 yanvar 2021-ci il tarixdə saat 00:20-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində saxlanıldıqdan dərhal sonra Məhkum2 və Məhkum1 avtomobild ən enib qaçmış, Məhkum3 isə saxlanılaraq «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda 8,131 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 2,080 qram, 1,728 qram, 2,483 qram və 1,840 qram olmaqla Məhkum3 əynindəki cins şalvarın sağ yan cibindən dörd ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 yanvar 2021-ci il tarixdə saat 02:54-də Məhkum3 iştirakı ilə «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən külli miqdarda 171,350 qram çəkidə psixotrop maddə metamfetamin avtomobilin ön sərnişin oturacağının altından bir ədəd polie tilen torbada aşkar olunaraq götürülmüşdür. Məhkum3 tanışları Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə cinayətkar qrupun üzvü Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 179,481 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən həmin psixotrop maddə metamfetaminin 8,131 qramını ayrı-ayrılıqda 2,080 qram, 1,728 qram, 2,483 qram və 1,840 qram çəkidə olan hissələrə bölüb dörd bükümdə qablaşdırıb Məhkum3 vermiş, qalan 171,350 qramını isə bir bükümdə qablaşdırıb Məhkum1 idarə etdiyi, X16 məxsus «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altında saxlamış, bundan sonra əldə etdikləri həmin psixotrop maddənin satışım həyata keçirmək üçün cinayətkar qrupun üzvləri ilə birlikdə 11 yanvar 2021-ci il tarixdə Biləsuvar rayonundan Bakı şəhərinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı «Renault Megane» markalı avtomobil 12 yanvar 2021-ci il tarixdə saat 00:20-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiye v küçəsinin kəsişməsində saxlanıldıqdan dərhal sonra Məhkum1 və Məhkum2 avtomobildən enib qaçmış, Məhkum3 isə saxlanılaraq «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda 8,131 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 2,080 qram, 1,728 qram, 2,483 qram və 1,840 qram olmaqla Məhkum3 əynindəki cins şalvarın sağ yan cibindən dörd ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 yanvar 2021-ci il tarixdə saat 02:54-də Məhkum3 iştirakı ilə «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən külli miqdarda 171,350 qram çəkidə psixotr op maddə metamfetamin avtomobilin ön sərnişin oturacağının altından bir ədəd polietilen torbada aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, sonuncunun müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu tərəfindən ayrı-ayrılıqda, eləcə də məhkum edilmiş şəxs Məhkum1 və onun müdafiəçisi Sadıqlı Allahverdi Alı oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Elbəy Hidayət oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya müraciətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü verilmiş həmin müraciətlərə münasibətdə dəyişdirilmiş, Məhkum1, Məhkum2, və Məhkum3, hər birisinə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti ayrı-ayrılıqda 06 (altı) il 06 (altı) ayadək endirilmiş, həmçinin CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum1 həmin qərarla müəyyən edilmiş və hökmlə CM-nin 263-1.2ci maddəsi ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 07 (yeddi) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarından məhkumlar Məhkum2, Məhkum1 və Məhkum3, hər birisi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: - Məhkum2 – onun əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CMnin 234.1-ci maddəsinə tövsif edilməsini və bununla bağlı ədalətli qərar qəbul edilməsini; - Məhkum1 – onun da əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1 və ya 234.1-1-ci maddələrinə tövsif edilməsini, həmin maddələrlə ona daha yüngül cəzanın təyin olunmasını, habelə CM-nin 263-1.2-ci maddəsi ilə təyin olunmuş cəzanın 01 (bir) il müddətə azaldılmasını; - Məhkum3 isə - həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində özünün verdiyi ifadələrə və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, nadir hallarda narkotik vasitələrdən istifadə etsə də, onun həmin vasitələrdən asılıl ığı olmamış və o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Lakin ibtidai araşdırma zamanı o, işgəncələrə məruz qalaraq, törətmədiyi cinayəti etiraf etməyə məcbur olmuş, məhkəmələr isə lazımi araşdırma aparmadan iş üzrə tərtib edilmiş ittiham aktını təkrarlayaraq onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə qanunsuz və ədalətsiz yekun məhkəmə aktları qəbul etmiş, bu zaman müəyyən edilmiş şübhələri və ziddiyyətləri onun xeyrinə həll etməmiş, bunun da nəticəsində o, ağır cəzaya məruz qalmışdır. Eyni zamanda məhkəmələr ona cəza təyin edərkən onun ilk dəfə məhkum edilməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını kifayət qədər nəzərə almamışlar. Məhkum2 qeyd olunanları n əzərə alıb barəsində ədalətli araşdırma aparılaraq əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona yüngül cəza təyin olunmasını xahiş edir. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, özünün ailə vəziyyətinə istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum1 kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmiş, o, narkotik vasitələrin istifadəçisi olsa da, 12 yanvar 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomaşında aşkar edilmiş psixotrop maddə - metamfetamin ona məxsus olmamış, bunu təsdiq edən sübutların yoxluğunda isə o, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum olunmuşdur. Məhkum1 həmçinin qeyd etmişdir ki, o, törətməsin ə görə təqsirli bilindiyi yol nəqliyyat hadisəsi nəticəsində özü də ağır xəsarətlər almış, lakin məhkəmələr ona CM-nin 263-1.2-ci maddəsi ilə cəza təyin etmə məsələsini həll edərkən həm bu halı, həm də onun ailə vəziyyətini, qardaşının İİ qrup əlil olmasını, himayəsində üç azyaşlı uşaqlarının və yaşlı valideynlərinin olmasını nəzərə almamışlar. Şərh olunan dəlillərə əsaslanaraq Məhkum1 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum3 kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, barəsində çıxarılmış hökmə və həmin hökmün onun təqsirliliyi hissəsində dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin yekun qərarına istinad edərək həmin şikayətini onunla əsaslandırmış dır ki, o hazırki iş üzrə ilkin və ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən edilmiş işgəncələrə məruz qalmış (şikayətin əsas məzmunu da bu hala həsr olunub), cinayət təqibinin bütün mərhələlərində onun hüquqları kobud şəkildə pozulmuş, onun əsl həqiqətdə verdiyi ifadələr dindirmə protokollarında, ittiham aktında və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında təhrif olunmuş, döyülməsi nəticəsində törətmədiyi əməlləri etiraf etməyə məcbur olmuşdur. Halbuki, o, nadir hallarda marixuanadan istifadə etsə də, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmamış, belə vasitə və maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, 11 yanvar 2021-ci il tarixdə isə Məhkum1la və Məhkum2la birlikdə Biləsuvar rayonuna bir müştəri kimi getmişdir. Kassasiya şikayətinin müəl lifi həmçinin qeyd etmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsiz olmasına dəlalət edən sübutlar məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamış, bu sübutlara düzgün hüquqi qiymət verilməmiş, qanun pozuntuları ilə əldə edilmiş sübutlara üstünlük verilmiş, nəticə də o, heç bir cinayət törətmədiyi halda əsassız olaraq məhkum edilmişdir. Odur ki, Məhkum3 kassasiya şikayətində göstərilən dəlillərlə əsaslanaraq onun bu müraciətinin təmin olunmasını xahiş edir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Məhkum3 hüquqlarının müdafiə olunması üçün dövlət hesabına təyin olunmuş müdafiəçi naməlum səbəblərdən məhkəməyə gəlməmişlər Məhkəmə kollegiyası dövlət ittihamçısı A.M.Hüseynlinin və məhkum olunmuş şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və müdafiəçinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 hər birisinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunundan görünür ki, onların üçü də iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verilmədiyini, Məhkum1 və Məhkum2 – onların əməllərinin düzgün tövsif olunmayaraq onlara cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan açıq-aşkar ağır cəzaların təyin edilməsini, Məhkum3 isə - həmçinin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutların təşkil etdiyini və onun təqsirliliyi sübuta yetirilmədiyi halda qanunsuz məhkum olunmasını iddia edirlər. Bununla da, məhkumlar Mə hkum1 və Məhkum2 öz kassasiya tələblərini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində, Məhkum3 isə - CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxm ayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum1, Məhkum2 və Məhkum3 şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə həmin müraciətlərə əsasən baxılan cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə ka ssasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrin in səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlan ılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməs i və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət q anununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumiyyətlə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, bunun üçün cinayət törətmiş şəxslərin vaxtında ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirildikdə isə barələrində cinayət-hüquqi xarakterli tətbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən h ər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ə dalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qa nunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bi lər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mü hüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətmək də təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yo l verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müd dəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatın ın həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilmək lə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cin ayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutl arın əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-c i maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imk an versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nə ticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olm uş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzr ə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların mə cmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum1, Məhkum2 və Məhkum3 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunan bütün sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üz rə qiymətləndirməklə adları çəkilən məhkumların psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı hökmün təsviriəsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayətlərinə qismən istintaq aparmaqla baxaraq araşdırılmış sübutların Məhkum1 CM-nin 234.4.1, 234.4.3 və 263-1.2-ci maddələri ilə, Məhkum2 və Məhkum3 isə, hər birisinə CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə onların təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün bu sübutların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası da hesab edir ki, Məhkum1, Məhkum2 və Məhkum3 göstərilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllə rini törətmələri ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə düzgündür, qanunidir, işin hallarına, toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 təqsirliliklərinin mötəbərliyi, yəni işin faktiki halları heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara əsasən müəyyən edilmiş və bu nəticənin arxasında məhkum olunmuş şəxslərin ibtidai araşdırma mərhələsində müdafiəçilərinin iştirakları ilə və heç bir təsir və ya təzyiq göstə rilmədən verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadələri, şəxsi axtarış və götürmənin aparılması, avtomaşına baxış və götürmə keçirilməsi haqqında 12 yanvar 2021-ci tarixli protokollar, Məhkum1 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan «Hyundai Sonata» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən zərər çəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olmuş yol hərəkəti qaydalarını pozması cinayətini törətməsini təsdiq edən çoxsaylı sübutlar (sonuncunun kassasiya şikayətində onun tərəfindən bu cinayətin törədilməsi mübahisələləndirilmir), məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, telefon danışıqlarının və yazışmaları n aparılması haqqında mobil operatorlar tərəfindən təqdim olunmuş məlumatlar, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlər və qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilmədən əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş başqa sübutlar da dayanır. Araşdırılmış sübutlar birinci instansiyası məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının hazırkı qərarda təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda kassasiya müraciətlərində irəli sürülən dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsinə və həmin sübutlar əsasında müəyyən edilmiş hallara da istinad etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, yuxarııda göstərildiyi kimi, Məhkum1 cinayət təqibinin bütün mərhələlərində, o cümlədən məhkəmə iclaslarında özünü ona qarşı CM-nin 263-1.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmiş və onun bu ittiham üzrə təqsirliliyi təkcə onun şəxsi etirafı ilə deyil, həmçinin bu ittihamla bağlı toplanmış və araşdırılmış başqa sübutlarla tam təsdiq edilir. Buna görə, Məhkum1 kassasiya şikayətində məhkəmələrin bu ittiham üzrə təqsirli olmasına dair gəldikləri nəticə, ona CM-nin 263-1.2-ci maddəsi ilə təyin olunmuş cəzanın ağır olması istisna olmaqla, mübahisələndirilmədiyindən məhkəmə kollegiyası onun bu əməli ilə bağlı hallar üzrə sübutların təftiş edilməsinə ehtiyac görmür, onun və məhkum olunmuş digər şəxslərin külli miqdarda psixotrop maddənin qanunsuz dövriyyəsinə görə təqsirli bilinib məhkum olunmaları ilə əlaqədar isə q eyd edir ki, yuxarıda sadalanan sübutların məcmusuna əsasən, ibtidai araşdırma orqanı kimi, məhkəmələr də müəyyən etmişlər ki, Məhkum1, Məhkum2 və Məhkum3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə onlar ümumi təmiz çəkisi 179,481 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən Məhkum1 həmin metamfetaminin 8,131 qramını ayrı-ayrılıqda 2,080 qram, 1,728 qram, 2,483 qram və 1,840 qram çəkidə olan hissələrə bölüb dörd bükümdə qablaşdırıb Məhkum3 vermiş, qalan 171,350 qramını isə bir bükümdə qablaşdırıb özünün idarə etdiyi «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altına yerləşdirərək daşımış, bundan sonra əldə etdikləri həmin psixotrop maddənin satışını həyata keçirmək üçün cinayətkar qrupun üzvləri 11 yanvar 2021-ci il tarixdə Biləsuvar rayonundan Bakı şəhəri istiqamətində yola düşmüş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum1 «Renault Megane» markalı avtomaşın 12 yanvar 2021-ci il tarixdə saat 00:20-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində saxlanıldıqdan dərhal sonra Məhkum1 və Məhkum2 avtomobil dən düşüb qaçmış, Məhkum3 isə saxlanılaraq «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda 8,131 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 2,080 qram, 1,728 qram, 2,483 qram və 1,840 qram olmaqla əynindəki cins şalvarın sağ yan cibindən dörd ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 yanvar 2021-ci il tarixdə saat 02:54-də Məhkum3 iştirakı ilə «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən külli miqdarda 171,350 qram çəkidə psixotrop maddə metamfetamin avtomobilin ön sərnişin oturacağının altından bir ədəd polietile n torbada aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarından göründüyü kimi, istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya şikayətlərinə məhkəmə baxışı iclaslarında Məhkum1, Məhkum2 və Məhkum3, hər birisi ayrı-ayrılıqda özlərini onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş, Məhkum1 polis əməkdaşları tərəfindən idarə etdiyi avtomaşın saxlanılarkən üzərində təxminən bir qram metamfetamin olduğuna görə, Məhkum2 və Məhkum3 isə onları saxlayan şəxslərin polis əməkdaşları olmalarını bilmədiklərinə və onlardan şübhələndiklərinə görə avtomaşından düşüb qaçmalarını, sonuncu həmin vaxt dərhal, Məhkum2 isə 25 iyun 2021-ci il tarixdə saxlanılarkən işgəncələrə məruz qalmalarını, 12 yanvar 2021-ci il tarixdə onların üzərlərində və avtomaşında metamfetamin olmamas ını, hər üç məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamalarını bildirmişlər. Lakin, onların bu ifadələri iş üzrə toplanmış digər sübutlarla, o cümlədən özlərinin ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə tamamilə təkzib olunduğundan, məhkəmələr haqlı olaraq bu ifadələri özünümüdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş, qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına isə məhkumlar tərəfindən ibtidai araşdırma zamanı, müdafiəçilərinin iştirakları ilə verilmiş, biri-birini ifşa edən ifadələri və bu ifadələrlə uzlaşan digər sübutları qoymuşlar. Belə ki, Məhkum1 ibtidai araşdırma zamanı təhlil edilən cinayət əməlini törətməsi ilə bağlı göstərmişdir ki, o, psixotrop maddə olan metamfetamini və narkotik vasit ə olan heroini çəkmək yolu ilə qəbul edir və bu vasitə və maddələri adətən «İnstaqram» sosial şəbəkəsində tanış olduğu «Rza» adlı İran İslam Respublikasının vətəndaşından almışdır. O, «Rza» ilə «WhatsApp” ani mesajlaşma mübadilə sistemi ilə danışırmış, sonuncu öz adamları vasitəsi ilə onun üçün Bakı şəhərinin müxtəlif yerlərinə heroin və metamfetamin qoydurmuş, o, da onları götürüb qəbul etmişdir. Məhkum2la münasibətdə olduğu müddətdə sonuncunun da metamfetamin və heroin qəbul etdiyini və həmçinin «Əli» adlı İran İslam Respublikası vətəndaşından heroin və metamfetamin alıb satdığını öyrənmişdir. Məhkum2 «Əli» adlı İran İslam Respublikası vətəndaşından Biləsuvar ərazisində külli miqdarda heroin və metamfetamin götürüb Bakı şəhərində satmış, bir müddət o, Məhkum2la yoldaşlıq edəndən sonra so nuncu ilə birlikdə onun tanışı olan «Rza» adlı şəxsdən heroin və metamfetamin alıb-satmaq və bu yolla pul qazanmaq qərarına gəlmiş, «Rza» metamfetaminin qramını 25 manatdan, heroinin qaramını isə 15 manatdan satdığından Məhkum2la birlikdə metamfetaminin qaramını 30-35 manatdan, heroinin qaramını isə 20-25 manatdan satmaq barədə razılıq əldə etmişlər. Belə razılıq əldə etdikdən sonra müxtəlif vaxtlarda o, «Rza» adlı şəxsdən heroin və metamfetamin götürüb Məhkum2la birlikdə Bakı şəhərinin Günəşli və Qaraçuxur qəsəbələrinin ərazisində ayrı-ayrı şəxslərə satmış və «Rza»nın pulunu sonuncunun ona rekvizitlərini verdiyi bank kartlarına köçürmüş, əldə etdikləri qazancı isə aralarında bölmüşlər. Məhkum2 öz tanışı olan İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsdən də heroin və metamfetamin gö türüb özü ayrı-ayrı şəxslərə satsa da həmin işə onu şərik etməmişdir. Bir müddətdən sonra Məhkum2la birlikdə heroin və metamfetaminin satışını təşkil etmək üçün icarəyə avtomobil götürmək qərarına gəlmiş, buna görə də o, Günəşlidə yaşayan tanışlarından icarəyə verilən avtomobillərlə maraqlanmağa başlamış və orada yaşayan tanışı X18 adlı şəxs onda icarəyə verə biləcəyi avtomobil olduğunu bildirib idarə etdiyi «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili ona günü 25 manatdan icarəyə vermişdir. 09 yanvar 2021-ci il tarixdə o, Məhəmmədi kəndində yaşayan X adlı şəxslə danışan zaman sonuncu ona Novxanı tərəfə 200 qram metamfetamin qoyulacağını, həmin metamfetamini götürüb 100 qramını satıb pulunu ona verməsini, qalan 100 qramını isə özünə götürməsini, yəni ona pay verəc əyini təklif etmiş, o, da Vaqif adlı şəxslə razılaşaraq bu barədə Məhkum2 bildirmişdir. Məhkum2 da Biləsuvar rayonunda müştərisi olduğunu və həmin metamfetamini aparıb orada sata biləcəklərini demiş, bundan sonra o, «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanıya getmiş və Corat dairəsinin yaxınlığından, yolun kənarındakı restoranların birinin qaz sayğacının altındakı daşın altından sellofan paketə bükülmüş metamfetamini götürərək Məhkum2 və ona görə tanıdığı Məhkum3 yaşadıqları Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərinə getmişdir. Orada Məhkum3 da onun 200 qram metamfetamin əldə etdiyini bilmişdir. Bundan sonra həmin gün əldə etdiyi metamfetaminin az hissəsini satmaq üçün o, Məhkum2la birlikdə Qaraçuxur qəsəbəsinə aparsalar da öz niyyətlərinə nail ola bilməmiş, bundan sonra Məhkum2 yaşadığı Biləsuvar rayonunun Bəydili kəndindən olan X17 adlı şəxslə danışmış və həmin şəxs metamfetamindən 25 qramını ona verilməsini, həmin psixotrop maddəni satıb pulunu göndərəcəyini təklif etmiş, onlar da bu təkliflə razılaşaraq birlikdə Biləsuvar rayonuna metamfetaminin həmin hissəsini satmaqdan ötrü oraya getməyi qərarlaşdırmışlar. Bunun üçün onların 2021-ci il yanvarın 10-dan 11-nə keçən gecə görüşmüş və onun idarə etdiyi «Renault Megane» markalı avtomaşında Biləsuvar rayonuna yola düşmüşlər. Həmin vaxt əldə etdiyi metamfetamin üzərində olmuşdur. Gecə saatlarda onlar Biləsuvar rayonunun Bəydili kəndinə çatmış və orada Məhkum2 özündə olan tərəzi ilə metamfetamindən 25 qram çəkib həmin kənddə X17 ilə görüşərək verdiyi metamfetamini satıb pulunu ona göndərməsini demişdir. Bundan sonra 11 yanvar 2021-ci il tarixdə təxminən saat 20-21 radələrində o, Məhkum2la və Məhkum3la birlikdə Biləsuvardan Bakıya yolda düşmüş, həmin vaxt metamfetaminin qalan hissəsi avtomaşında olmuşdur. O, dövrdə karantin rejimi tətbiq edildiyinə görə Bakı şəhərinin girişində post olduğundan, Məhkum3 tutduğu vəzifəyə görə sərbəst hərəkət etmək barədə icazəsi olduğundan postdan keçərkən avtomobili sonuncu idarə etmişdir. Postu keçdikdən sonra avtomobili yenidən o, idarə etməyə başlamışdır. Həmin zaman Məhkum3 yanında, Məhkum2 isə arxada əyləşmişlər. Qayıdanda Məhkum2 ümumi tanışları olan Biləsuvar rayon sakini olan, lakin həmin ərəfələrdə Bakı şəhəri, Yasamal rayonunda kirayə yaşayan X5 ilə Yasamal rayonunda görüşəcəyini və sonuncuya qəbul etməsi üçün metamfetamin v erəcəyini bildirmişdir. Bu məqsədlə Məhkum2 X5lə bir neçə dəfə telefonda danışmış və X5 olduğu yerin konumunu ona atmış, onlar həmin istiqamətdə Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə H.Cavid prospektinin kəsişməsində yerləşən «Mothercare» uşaq geyimləri mağazasının qarşısına getmiş, orada avtomaşını saxladıqda isə avtomobilə tərəf bir nəçə nəfər mülki geyimdə olan şəxslərin yaxınlaşdığını görmüş, onların polis əməkdaşları olduqlarını başa düşən kimi isə üçü də avtomoildən enib qaçmağa başlamış, o və Məhkum2 qaçmağa nail olsalar da Məhkum3 yıxıldığından polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra o, Məhkum2 hara getdiyini bilməmiş, özü taksi avtomaşını saxlatdırıb Qaraçuxur qəsəbəsinə getmiş, bir müddət axtarışda olmasını bilib ayrı-ayrı yerlərdə gizlənmiş, bundan dörd ay s onra isə tutulmuşdur. Həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında Məhkum2 özunu ona qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək cinayət təqibinin həmin mərhələlərində göstərmişdir ki, o, 10 yanvar 2021-ci il tarixdə həmkəndlisi və sinif yoldaşı Məhkum3 təklifi ilə Məhkum1 idarə etdiyi avtomaşında yaşadığı Biləsuvar rayonunun Bəydili kəndinə getmiş, 12 yanvar 2021-ci il tarixdə isə onlar üçü də birlikdə həmin avtomaşınla Bakı şəhərinə qayıtmışlar. O, “Şamaxinka” deyilən ərazidə düşməli olmasına baxmayaraq yatıb qalmış və oyandıqda artıq Yasamal rayonunun ərazisində olmuşdur. Bu vaxt Məhkum1 həmin ərazidə bir nəfərlə görüşüb ona pul verəcəyini dedikdə o, da avtomaşında qalmış və Məhkum1in gətirdiyi yerə çatdıqda polis əməkdaş larının avtomobilə tərəf gəldiyini görən Məhkum1 və ön sərnişin oturacağında əyləşən Məhkum3 avtomobildən düşüb qaçmağa başlamış, o, da bundan sonra avtomobildən düşüb piyada yolu keçib taksiyə əyləşərək oradan getmişdir. Onun Məhkum1 və ya Məhkum3 Biləsuvar rayonuna psixotrop maddə aparmalarından məlumatı olmamış, o, özü yalnız qurudulmuş marixuanadan istifadə etsə də həm sonuncularla birlikdə, həm də təkbaşına narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, belə vasitələri və maddələri isə qəbul etməmişdir. Məhkəmə iclaslarında da Məhkum2 analoji ifadələri vermiş və təxminən altı aydan sonra tutulmuş və tutulduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirmişdir. İbtidai araşdırma zamanı hə m şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum3 özünü ona qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin əvvəllərində onun həmkəndlisi və sinif yoldaşı olan Məhkum2 onun mobil telefon nömrəsini tapıb Bakıya gələndə ona zəng etmiş və onunla görüşəndən sonra münasibətləri daha da yaxın olmuş, onun vasitəsilə də arvadı Biləsuvar rayonunun Bəydili kəndindən olan Məhkum1 tanımışdır. Münasibət saxladıqları dövrdə o, Məhkum2 ilə Məhkum1 İran İslam Respublikasından narkotik vasitə və psixotrop maddələri alıb Azərbaycanda satdıqlarını bilmişdir. Belə ki, onlar İrandan keçirilən narkotik vasitə və psixotrop maddələri Biləsuvar rayonunun ərazisindən götürüb ya Biləsuvar rayonunda, ya da Bakı şəh ərində satışını həyata keçirirlərmiş. Eyni zamanda o, həmin dövrdə onlarla birlikdə metamfetamin qəbul etməyə başlamış və beləcə onda bu maddədən asılılığı yaranmışdır. 2021-ci ilin yanvarın əvvəllərində Məhkum2 ona zəng edib Bakı şəhərinə gəldiyini və onunla görüşmək istədiyini bildirmiş, o, da buna görə Məhkum2la «Komsomolsk dairəsi» adlanan yerdə görüşmüş, görüş yerinə İsa Məhkum1la birlikdə, sonuncunun idarə etdiyi «Renault Megane» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Hər ikisi ilə görüşəndən sonra onlar Biləsuvardan bir kiloqrama yaxın psixotrop maddə olan metamfetamin gətirdiklərini və şəhərdə müştərilərə satacaqlarını, lakin Bakı şəhərində qalmağa yerləri olmadığını bildirib bunun üçün onlara yer tapmasını ondan xahiş etmişlər. Həmin vaxt o, özü əmisigil də qaldığından başqa yer tanımadığını bildirib onlara qalmağa yer tapa bilməyəcəyini bildirmişdir. Bundan sonra elə həmin gün o, Məhkum2 və Məhkum1la birlikdə avtomobildə metamfetamin qəbul etmiş və daha sonra ayrılmışlar. Bundan bir həftə sonra Məhkum2 yenidən onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş, o, da yenə onunla və Məhkum1la görüşəndə sonuncular Biləsuvar rayonuna getmək istədiklərini, orada müştəriləri olduğunu, özləri ilə Biləsuvara metamfetamin aparacaqlarını, rayon qeydiyyatında olduqları üçün gedəndə karantin postunu keçməkdə problemləri olmadığını, lakin Bakı şəhərinə geri qayıda bilmədiklərini bildirib ondan onlarla birlikdə rayona getməsini, həm ailə üzvlərini görməsini, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İ darəsinin Sərfölçən Cihazlarına və Ölçü Qovşaqlarına Texniki Xidmət Mərkəzinin mühəndisi vəsifəsində işlədiyindən karantin postlarından rahat keçə biləcəyi üçün geri qayıdanda onları postlardan keçirməsini xahiş edib bunun əvəzində ona qəbul etməsi üçün metamfetamin verəcəklərini təklif etmiş, o, da bu təklifə etiraz etməyib razılaşmışdır. Təxminən yanvarın 8-də o, Məhkum2 və Məhkum1 sonuncunun idarə etdiyi «Renault Megane» markalı avtomobillə Biləsuvar rayonuna yola düşmüş, postlardan keçərkən Məhkum2 və Məhkum1 rayon qeydiyyatı olduğu üçün problem olmadığından avtomobili Məhkum1 özü idarə etmişdir. Rayona gedərkən o, Məhkum2 və Məhkum1 sellofan bağlamada olan metamfetamini avtomobilin ön sərnişin oturacağının altına qoyduğunu görmüşdür. Biləsuvar rayonun çatandan sonra o, kənddəki evləri nə getmiş, Məhkum2 və Məhkum1 isə müştəri ilə görüşmək üçün ondan ayrılmışlar. O, sonuncuların görüşdükləri müştərinin kim olmasını bilməmiş və onlar bu barədə ona heç nə deməmişdirlər. Bir gecə kənddə qaldıqdan sonra ertəsi gün görüşüb geri qayıtmış və geri qayıdanda Məhkum2 və Məhkum1 özləri ilə götürdükləri metamfetamini müştəriyə satdıqlarını bildirmişlər. Bakı karantin postunda avtomobili o, idarə etmiş və onları postdan keçirmişdir. Bakıya çatdıqdan sonra isə Məhkum2 razılaşmaya əsasən ona qəbul etməsi üçün metamfetamin vermişdir. Bundan sonra onlar ayrılmış və o, Məhkum2 və Məhkum1 hara getdiklərini və harada qaldıqlarını bilməmişdir. 10 yanvar 2021-ci il tarixdə növbəti dəfə Məhkum2 və Məhkum1 onunla əlaqə saxlayıb yenə də Biləsuvara metamfetamin aparmaq istədiklərini, Bakıya geri qayıdarkən isə karantin postundan onları keçirməyə köməklik etməsini xahiş edib bunun müqabilində ona qəbul etməsi üçün metamfetamin verəcəklərini bildirmişlər. O, bu dəfə də etiraz etməmiş və buna görə də 10 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində Biləsuvara yola düşmüşlər. Gecə saatlarında onlar Biləsuvar rayonunun Bəydili kəndinə çatmış, o, həmin kənddə qohumlarının yaşadıqları evə, Məhkum2 və Məhkum1 isə özləri ilə apardıqları metamfetamini tanımadığı müştəriyə satmaları üçün getmişlər. Ertəsi gün, yəni 11 yanvar 2021-ci il tarixdə saat 22:00 radələrində o, Məhkum2 və Məhkum1la birlikdə sonuncunun idarə etdiyi «Renault Megane» markalı avtomobillə Biləsuvar rayonundan Bakıya yolda düşmüş, yolda Məhkum2 və Məhkum1 Biləsuvara özləri ilə 600 qram metamfetamin apardılqarını və hə min metamfetaminin 400 qramını müştəriyə satdıqlarını, qalan 200 qram metamfetamini isə özləri ilə Bakı şəhərinə qaytardıqlarını öyrənmiş, metamfetamini isə sonunucular avtomobilin ön sərnişin oturacağının altında gizlədib saxlamışlar. Karantin postundan keçib Bakı şəhəri istiqamətində hərəkət edərkən Məhkum1 və Məhkum2 qəbul etməsi üçün ona metamfetamin vermiş və o, da həmin metamfetamini götürüb əynindəki şalvarın cibinə qoymuşdur. Postu keçəndən sonra avtomobili yenidən Məhkum1 idarə etmiş, yolda Məhkum2 avtomobili Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığına sürməsini, metamfetaminin qalan hissəsinin orada «X5» adlı tanışına verəcəyini bildirmişdir. Artıq gecə saat 00:20 radələrində üçü birlikdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ha qverdiyev küçəsi ilə H.Cavid prospektinin kəsişməsində yerləşən «Mothercare» uşaq geyimləri mağazasının qarşısında çatmış, Məhkum1 idarə etdiyi «Renault Megane» markalı avtomobil saxladıqdan sonra avtomobilə tərəf bir nəçə nəfər mülki geyimdə olan şəxslərin yaxınlaşdığını görmüş, gələn şəxlərin polis əməkdaşları olmalarından şübhələndikləri üçün Məhkum1 və Məhkum2 onu orada qoyub cəld qaçaraq uzaqlaşmağa başlamış, sonuncuların qaçdığını görüb o, da qaçmaq istəyərkən ayağı yolun kənarında olan səki daşına ilişib yıxıldığından polis əməkdaşları onu tutub saxlamışlar. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış, orada polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o, özü əynində olan şalvarının cibində n üç ədəd bükümdə olan metamfetamini çıxarıb təhiqatçıya təqdim etmişdir. Daha sonra axtarış davam etdirilərkən cibindən əlavə olaraq saxladığı, lakin unutduğundan təqdim etmədiyi bir bükümdə də qablaşdırılmış metamfetamin aşkar edilib götürülmüşdür. Həmin gün İdarənin həyətində saxlanılan «Renault Megane» markalı avtomobilə onun iştirakı ilə baxış keçirilərkən o, avtomobilin salonunda ön sərnişin oturacağının alt hissəsində Məhkum1 və Məhkum2 tərəfindən bir ədəd sellofan torbada qablaşdırılmış psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı məhkum olunmuş şəxslər arasında üzləşdirmələr keçirilmiş və həmin üzləşdirmələr zamanı da Məhkum1 və Məhkum3 yuxarıda təsivr edilən ifadələrini təkrarlayara q həm özlərinin törətdikləri əməlləri bir daha etiraf etmiş, həm də Məhkum2 ifşa edən ifadələr vermişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Məhkum1, Məhkum2 və Məhkum3 qanunsuz olaraq külli miqdarda psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair İdarəyə daxil olmuş əməliyyat məlumatına əsasən sonuncuların ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, bu tədbirlər nəticəsində əməliyyat qrupu üzvlərinin Məhkum3 saxlanılmasına müvəffəq olmaları, Məhkum1 və Məhkum2 isə həmin tədbirlərin hayata keçirilməsi yerindən qaçmaları, Məhkum3 isə Məhkum1 idarə etdiyi avtomaşınla birlikdə İdarəyə gətirilərək üzərində şəxsi axtarışın aparılması, ey ni zamanda avtomaşına da baxış keçirilməsi, bu zaman həm sonuncunun üzərindən, həm də avtomaşından külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi, bununla bağlı Məhkum3 ona qarşı sonradan irəli sürülmüş ittihama uyğun olan izahat verməsi, bu zaman ona qarşı heç bir qanunsuz hərəkət edilməməsi barədə ətraflı ifadələr vermişdir. Cinayət işinin materiallarından göründüyü kimi, həmin iclasda həmçinin iş üzrə şahid qismində dindirilmiş Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işi üzrə toplanmış və məhkəmə iclaslarında arşdırılmış sübutların təhlili göstərir ki, Məhkum1, Məhkum2 və Məhkum3 onların təqsirli bilindikləri ittiham üzrə cinayət əməllərini törətmələ ri təkcə təsvir edilmiş ifadələrlə deyil, həmçinin mobil operatorlardan ədə edilmiş çoxsaylı telefon zənglərinin və SMS yazışmalarının aparılması haqda məlumatlarla (bu məlumatlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmişdir), habelə iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2021-ci il tarixli 6/132 saylı rəyi ilə təsdiq olunmuşdur. Həmin rəylə Məhkum3 üzərindən və Məhkum1 idarə etdiyi “Renault Meqane” markalı **-SM-*** dövlət qeydiyyat nömrəli avtomaşından aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin kimyəvi tərkiblərinə görə eynilik təşkil etmələri də müəyyən edilmişdir. Məhkum3 isə ibtidai araşdırma zamanı Məhkum2 və Məhkum1 ona şəxsi istifadəsi üçün bir qədər metamfetamin verm ələrini qeyd edib özünün bu psixotrop maddənin satışı ilə məşğul olmamasını bildirsə də, məhkəmə kollegiyası məhkumun həmin dövrdə verdiyi ifadələrində əksini tapmış xüsusiyyətləri – onun Məhkum1 və Məhkum2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmalarını bilərək 12 yanvar 2021-ci il tarixdə aşkar edilmiş metamfetaminin satış məqsədilə həm Biləsuvar rayonuna, həm də Bakı şəhərinə daşmasında iştirak etməsini onun da cinayətkar qrupun üzvləri ilə birlikdə məhz satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək daşımasına və saxlamasına dəlalət edən hal kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum1, Məhkum2 və Məhkum3 psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdikləri cinayət əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, həmin əməllərin başqa cür, o cümlədən CM-nin 234.1 və ya 234.1-1 ci maddələri ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur, Bununla bağlı Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin dəlilləri qəbul edilməz sayılmalı, məhkəmələrin bu haqda gəldikləri nəticə isə həm toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, həm də qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu və Cinayət Kollegiyası tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə tam uyğundur. Belə ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin təhlil edilən məsələyə dair hissədə gəldikləri nəticə düzgündür, əsaslıdır, araşdırılmış sübutlarla təsdiq olunur və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri digər şəxs və ya şəxslərlə əvvəlcədən razılıq əldə etməklə satış məqsədilə etməli, yaxud da narkoti k vasitələri və ya psixotrop maddələrin satışını həyata keçirməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarın dan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndər mə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətlən dirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqca dan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Eyni zamanda adı çəkilən qərarda məhkəmələrə həmçinin izah edilmişdir ki, CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr tərəfindən digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, ya xud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar və b u hallar üzrə törədilmiş əmələ verilən qiymətləndirmə iş üzrə qanuni üsullarla, yəni CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla da tam təsdiq olunur və burada məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktrnın mülahizələrə əsaslanmasından, yəni CPM-nin 28.5-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası eyni zamanda vurğulamağı lazım bilir ki, baxılan işdə CPMnin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan da hər hansı biri müəyyən edilmir. Məhkum3 ilkin araşdırma zamanı po lis əməkdaşları tərəfindən tətbiq edilmiş işgəncələrə məruz qalması, buna görə də məcbur olaraq törətmədiyi cinayəti etiraf etməsi barədə dəlillərinə cavab olaraq məhkəmə kollegiyası yenə də cinayət işində olan sənədlərə, habelə özünün məhkəmə elektron sistemi vasitəsilə əldə etdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərarına müraciət etməyi lazım bilir. Həmin sənədlərdən görünür ki, qeyd edilən məsələ ilə bağlı Məhkum3, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətlərinə əsasən Nərimanov Rayon Prokurorunun köməkçisi X18 tərəfindən müvafiq araşdırmalar aparılmış və ilki olaraq 19 may 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərar Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarı ilə ləğv edildikdən sonra, araşdırma davam etdirilmiş və 07 avqust 2023-cü il tarixdə də eyni qərar qəbul olunmuşdur. Həmin qərardan Məhkum3 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə əsasən toplanmış materiallara baxan Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rəd edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum3 şikayəti isə təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarından Məhkum3 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərarı ilə həmin şikayət təmin edilməyərək birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Təsvir edilən qərarların öyrənilməsi göstərir ki, Mə hkum3 ilkin araşdırma zamanı işgəncələrə məruz qalması halı aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmamış, onun bədəni üzərində aşkar edilmiş xəsarətlərin onun tərəfindən öz boyu hündürlüyündən yıxılması nəticəsində alması isə inkar olunmamışdır (məhkəmə-tibbi ekspertizasıvnın 04 avqust 2023cü il tarixli T 506/2023 saylı rəyi). İş materiallarından görünür ki, Məhkum3 özü də həmin xəsarətləri 12 yanvar 2021ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən yıxılması nəticəsində alması barədə ərizə ilə təhqiqat orqanına müraciət etmiş, sonradan verdiyi izahat və ifadələrində isə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq, təsir və ya fiziki zorakılıq tətbiq edilməməsini bildirmişdir. Göründüyü kimi, Məhkum3 iddiası üzrə cinayət işinin başlanmasının rədd edilməsi ha qqında 07 avqust 2023-cü il tarixli qərar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərarı ilə qüvvəyə minmişdir və hal hazırda da qüvvədədir. Prosessual qərarların preyudisial əhəmiyyətinə dair müddəalar təsbit edilmiş CPMnin 65.1-ci maddəsinə əsasən isə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bu tələbdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 avqust 2023-cü il tarixli qərarı preyudisial əhəmiyyətə malik olan qərar kimi dəyərləndirərək Məhkum3 hazırki iş üzrə ilkin araşdırma zamanı işgəncələr və onun şərəf və ləyəqətini alçaldan digər hərəkətlərə məruz qalması barədə iddiası üzrə kassasiya şikayətinin dəlillərini də qəbul edilməz sayır və bu dəlillərə əsasən onun irəli sürdüyü kassasiya tələbinin təmin edilməsini mümkün bilmir. Məhkumlar Məhkum1 və Məhkum2nin kassasiya müraciətlərində onların əməlinin düzgün tövsif edilməməsi ilə yanaşı həmçinin onlara həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası bu məsələnin həll edilməsi ilə bağlı da maddi hüquq normalarının tələblərinə əməl edilibedilməməsini yoxlamış və müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə adları çəkilən məhkumların barələrində cəza tədbirinin seçilməsi məsələsi həll edilərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini səciyyələndirən halları, o cümlədən hər ikisinin himayəsində iki azyaşlı uşaqlarının olmalarını CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi, digər tərəfdən isə iş üzrə onlara münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və əsaslı olaraq onlara CM-nin 234.4.1 və 2324.4.3-cü maddələri ilə (həmin maddələrin sanksiyasın beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmiuşdur), habelə Məhkum1 cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətlərinin nisbətən endirilməsini mümkün bilmiş və eləcədə sonuncuya CM-nin 2631.2-ci maddəsi ilə təyin olunmuş cəzaları (bu maddənin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) qanuni və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi cəza təyini məsələsinə münasibət bildirərkən həm də cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin izah və tövsiyələrini də kifayət qədər nəzərə almışdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalar dan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da c əzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə gö rə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinay ət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul ed ilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticəl ərin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşd irən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin təmin edilməsi haqda məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3, həmin şikayətlərin təmin edilməməsi barədə isə dövlət ittihamçısı A.M. Hüseynlinin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkum olunmuş şəxslərin kassasiya şikayətləri təmin edilməməli və Məhkum1 CM-nin 234.4.1, 234.4.3 və 263-1.2-ci maddələri ilə, Məhkum2 və Məhkum3 isə, hər birisinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 2631.2-c i maddələri ilə, Məhkum2 və Məhkum3 isə, hər birisinin CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-630/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-630/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver