Məhkəmə qərarları › İş №1(102)-662/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-662/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-662/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəfoğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili İsmayılova Elmira Fətulla qızının iştirakları ilə Bakı Şəhəri Suraxanı Ra yon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3 və 289.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Nuriyev) xx xxxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 288. 3 və 289.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib CM-nin 288.3-cü maddəsi ilə, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətə, CM-nin 289.2-ci maddəsi ilə 03 ay müddətə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum müdafiəçiləri X1 və İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İsmayılova Elmira Fətulla qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli hökmüilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxxxx 2019 -cu il tarixdə, saat 12:55də Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı 1 saylı məhkəmə iclas zalında oğlu, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və X3ün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin açıq məhkəmə iclasında iştirak edərkən iclasa sədrlik edən hakim Zərərçəkmiş şəxs tərəfindən məhkəmə istintaqının başa çatması elan olunaraq çıxış mərhələsinə keçirildikdən sonra dövlət ittihamçısının çıxış edib X2 barəsində qəti olaraq 05 il 06 ay azadlıqdan məhrum etmə növündə cəza istəməsindən dərhal sonra məhkəmə zalının vətəndaşlar üçün nəzərdə tutulmuş hissəsini məhkəmə iştirakçıları üçün nəzərdə tutulmuş hissədən ayıran məhəccərin qarşısına keçib uca səslə “dayan” deyə qışqıraraq etiraz edib narazılığını bildirməklə məhkəmə prosesinin normal fəaliyyətini pozmuş, həmin vaxtı hakim kürsüsündə əyləşmiş sədrlik edən hakim Zərərçəkmiş şəxs zalı tərk etməsi barədə qanuni tələbinə məhəl qoymadan sağ əlini ona tərəf uzadıb barmağını silkələyərək “məni cinayət törətməyə məcbur etmə bu belə bitməyəcək” deyə sağlamlığına zərər vuracağı ilə hədələyərək qəflətən məhkəmə iclasına sədrlik edən Zərərçəkmiş şəxs üstünə hücum edib hər iki əli ilə onun boğaz nahiyyəsindən tutaraq boğmuş, sonra isə sağ yumruğu ilə sonuncunun baş nahiyyəsindən vurub başın ənsə və boyun nahiyələrinin qançırları kimi dərəcələr i təyin olunmayan xəsarətlər yetirərək döyüb ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar hədələmiş və zor tətbiq etmiş, yəni işin məhkəmədə baxılması ilə əlaqədar hakimi sağlamlığına zərər vurmaqla hədələyib, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmiş, “şərəfsiz” adlandırıb hakimi təhqir etməklə məhkəməyə hörmətsizlik etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi İsmayılova Elmira Fətulla qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixində, saat 12:55 radələrində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Təhminənin oğlu X2 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin açıq məhkəmə iclasında baxılarkən, Məhkum i clasa sədrlik edən hakim Zərərçəkmiş şəxs dəfələrlə məhkəmə istintaqının ədalətli və obyektiv araşdırılmasını və istintaq dövründə sübutların araşdırılması saxtalaşdırıldığına görə, məhkəmə istintaqı zamanı sübutlara düzgün hüquqi qiymətin verilməməsini, cinayət törətmiş digər şəxslərin də məhkəməyə dəvət edilib üzləşdirilməsini və bunun nəticəsində oğlu X2nin günahsız olduğunun aşkara çıxarılmasına şərait yaradılmasını dəfələrlə, heç bir münaqişə yaratmadan, məhkəmə prosesinə sədrlik edən Zərərçəkmiş şəxs xahiş etməsinə baxmayaraq, hakim buna heç bir reaksiya verməmiş, Məhkum heç bir xahişini belə nəzərə almamış və nəticədə hakim məhkəmə istintaqını tam və obyektiv araşdırmadan, məhkəmə istintaqının başa çatmasını elan etmişdir. Özündən asılı olmayan səbəblərdən Məhkum məhkəmə prosesini n ədalətsiz keçirildiyi üçün, hakim Zərərçəkmiş şəxs öz kəskin etirazını bildirmiş və nəticədə məhkəmə zalında Məhkum ilə hakim Zərərçəkmiş şəxs arasında münaqişə yaranmış və Məhkum hakimin üstünə gedərək xoşagəlməz hadişə baş vermişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Məhkum əsəb xəstəsidir. O, “Asteno-nevrotik” sindrom xəstəliyindən əziyyət çəkir və ömürlük 2-ci qrup əlildir. xx xxxxx 2019-cu il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Məhkum hal-hazırda ÜZVİ EMOSİONAL-LABİL (ASTENİK) POZUNTU aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayin ənin nəticələri - 2003-cü ildə aldığı kəllə - beyin travması, həmin ildə akad. M.Ə Mirqasımov adına XXX Xəstəxanasında stasionar müalicə olunması, 2007-ci ildə 25 saylı Şəhər poliklinikasında “Keçirilmiş qapalı kəllə-beyin travması, sonrakı kəskin ifadə olunmuş “Asteno-nevrotik” sindrom diaqnozu ilə ambulator müşahidə olunması xəstəliyi ilə əlaqədar ona ömürlük 2-ci qrup əlillik dərəcəsi təyin olunması, həmçinin hazırki müayinə zamanı əhval-ruhiyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, əsəbiliyi və s. təsdiq edilir. Odur ki, müdafiə tərəfi göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan c əzanın təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud d əyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsini n hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş işin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə hədələmə, hakimi təhqir etməklə məhkəməyə hörmətsizlik etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəld iyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 288.3 və 289.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Belə ki, Məhkum müdafiəçisi İsmayılova Elmira Fətulla qızının kassasiya şikayətində əməlin tövsifi ilə bağlı məsələ mübahisələndirilmir. Cəza təyini ilə əlaqədar kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən Məhkum “Asteno-nevrotik” sindrom xəstəliyindən əziyyət çəkməsi və ömürlük 2-ci qrup əlil olmasını n nəzərə alınmadığı iddia edilir və müdafiə tərəfinin kassasiya tələbi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb müəyyən etdi ki, apellyasiya məhkəməsi cəza təyin etmə ilə bağlı məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas y oxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmələr yuxarıda qeyd olunan maddədə göstərilən halları (həmçinin kassasiya şikayətində qeyd olunan) nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cə za təyin edilərkən bu məsələyə təsir edə bilən bütün hallar, o cümlədən şikayətdə göstərilən hallar nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 8 və 58-ci maddələrinin tələblərinə tam riayət edilməklə məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərk ən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Şikayətdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə də istinad edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan son ra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş üzrə müəyyən olunur ki, məhkəmələr tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla Məhk umn barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilmiş və ona təqsirli bilindiyi müvafiq maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilmişdir. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, məhkum barəsində yenidən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi üçün kassasiya şikayətində hər hansı bir yeni müstəsna hala istinad edilməmişdir. Bundan əlavə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkum ədalət mühakiməsini həyata keçirən hakimin qanuni tələbini icra etməməklə onu təhqir etmiş, zor tətbiq etməklə hədələmiş, beləliklə, məhkəməyə hörmətsizlik etmiş, hətta, məhkəmə iclasında verdiyi ifadəsində törətdiyi əməlindən peşiman olmamasını bildirmişdir. Kassasiya məhkəmə baxışında da Məhkum şikayətin təmin olunmasını xahiş etsə də, törətdiyi cinayət əməlindən peşiman olmadığını bildirmiş, bununla da cəza çəkdiyi müddət ərzində islah olunmadığını nümayiş etdirmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd olunan halları, Məhkum törətdiyi cinayət əməlinin məqsədini, motivini, cinayət törədərkən və ondan sonrakı davranışlarını təhlil edərkən Məhkum törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna halların iş materiallarında mövcud olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli surətdə araşdırıb belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan təmin edilməməlidir. Şikayətdə cinayət və cinayət-prosessual qanununun normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsa ssızdır. Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq səlahiyyətinə malkdir. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi İsmayılova Elmira Fətulla qızının kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual QƏRARA ALDİ: Məhkum müdafiəçisi İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Ray on Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3 və 289.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum müdafiəçisi İsmayılova Elmira Fətulla qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar