Məhkəmə qərarları › İş №1(102)-675/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-675/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-675/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Mülki iddiaçılar - Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Sofiyeva Afət Şahin qızının, 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Bədəlov Slavik İkraməddin oğlunun, 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nəcəfquliyev Ramil Nurəddin oğlunun iştirakları ilə xx xxxx 1962 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.3-cü maddəsi ilə məhkum edilməsinə xx xxxx 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum1 CM-nin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı X1, 3 saylı Ərazi Vergilər İdarəsinin rəisi X3, 5 saylı Ərazi Vergilər İdarəsinin rəisi X və 6 saylı Ərazi Vergilər Baş İdarəinin rəisi X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim M.Zərərçəkmiş şəxs2) Məhkum2 CM-nin 213.3-cü maddəsii ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə dövlət orqanlarında konkret vəzifə tutma və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Məhkum2 hazırkı hökmlə tərin edil miş 1 (bir) il müddətə dövlət orqanlarında konkret vəzifə tutma və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət orqanlarında konkret vəzifə tutma və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlavə cəzaları tamamilə, əsas cəzaları isə qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında konkret vəzifə tutma və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim M.Zərərçəkmiş şəxs2) Məhkum1 əməli CM-nin 213.3-cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş, ”xxxx” MMC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 20.820,06 manat məbləği dövlət büdcəsinə tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan icraata xitam verilmişdir. Məhkəmənin həmin hökmündən və qərarından Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisinin müavini, 5 saylı Ərazi Vergilər İdarəsinin rəisi və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi tərəfindən ay rı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.A.Mirzəyev (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, vergi orqanlarının zərərçəkmiş şəxs qismində tanınmalarına xitam verilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü və qərarı dəyişdirilmədən saxlanmışdır. İşin halları: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Məhkum1 "X10 ZM" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "Azimus Holding" (VÖEN: **********), "Public Goods" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖE N: **********), "Kristal P" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "Kaspian Servis" (VÖEN: **********), "xxxx" (VÖEN: **********) və "xxxx" (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin (MMC) fəaliyyətlərinə faktiki rəhbərlik edərək həmin cəmiyyətlərin direktoru Məhkum2 ilə qabaqcadan əlbir olaraq cəmiyyətlərin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafıq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 1 6.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82,101.1, 149.2, 150.1.17, 152.1, 159.1, 219.1 və 221-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətlərin adından vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ümumiyyətlə bəyannamə təqdim etməyərək 2017-ci ilin əvvəlindən 2018-ci ilin aprel ayınadək olan dövrdə, vahid niyyətlə 692.754,11 manat sadələşdirilmiş vergi, 6.429.922,22 manat əlavə dəyər vergisi, 68.637,71 manat mənfəət vergisi, 868,86 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 7.192.182,9 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum1, hüquqi ünvanı ünvan 3kal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmı ş, faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "X10 ZM" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin l«ci rübü üzrə 8081,60 manat sadələşdirilmiş vergini; 2017-ci ilin fevral ayı üzrə 3056,68 manat, mart ayı üzrə 8481,82 manat, aprel ayı üzrə 3860,85 manat əlavə dəyər vergisini, cəmi 23.480,95 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 4cisi kimi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-ci rübü üzrə 89.908,91 manat məbləğində sadələşdirilmiş vergini; həmin ilin iyul ayı üzrə 334.918,43 manat, avqust ayı üzrə 169.028,45 manat, sentyabr ayı üzrə 25.278,50 manat əlavə dəyər ve rgisini, cəmi 619.134,29 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Eyni zamanda Məhkum1 hüquqi ünvanı ünvan 5mi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək 2017-ci ilin aprel, may, iyun və avqust ayları üzrə 186.286,46 manat əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bununla yanaşı, Məhkum1 hüquqi ünvanı ünvan 6həri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 4-cü rübü üzrə 8000,0 manat sadələşdirilmiş vergini; 2017-ci ilin oktyabr, noyabr, dekabr, 2018 -ci ilin yanvar ayları üzrə 2.009.529,31 manat əlavə dəyər vergisini, cəmi 2.017.529,31 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Habelə Məhkum1 hüquqi ünvanı ünvan 7 vergi ödəyicisi kimi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-ci rübü üzrə 10.898,94 manat sadələşdirilmiş vergini; 2017-ci il üzrə 3229,31 manat məbləğində mənfəət vergisini; 2017-ci ilin avqust ayı üzrə 14.941,16 manat, sentyabr ayı üzrə 1983,05 manat, oktyabr ayı üzrə 514,07 manat əlavə dəyər vergisini; 2017-ci ilin avqust, sentyabr və oktyabr ayları üzrə 144,81 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, cəmi 31.711,34 manat məbləğində vergiləri dövlət büdc əsinə ödəməkdən yayınmışdır. Eyni zamanda Məhkum1 hüquqi ünvanı ünvan 8diyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 4-cü rübü üzrə 8000,0 manat sadələşdirilmiş vergini: həmin ilin oktyabr, noyabr, dekabr, 2018-ci ilin yanvar, fevral ayları üzrə 1.807.715,75 manat əlavə dəyər vergisini, cəmi 1.815.715,75 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yaymmışdır. Həmçinin Məhkum1 hüquqi ünvanı ünvan 9 kimi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 4-cü rübü üzrə 8000,0 manat sadələşdirilmiş vergini; həmin ilin oktyabr, noyabr və dekabr ayları üzrə 202.828,69 manat əlavə dəyər vergisini, cəmi 210.828,69 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 8diyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2018-ci ilin 1-ci rübü üzrə 399.947,94 manat sadələşdirilmiş vergini; həmin ilin mart ayı üzrə 28.562,64 manat əlavə dəyər vergisini, cəmi 428.510,58 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 9 kimi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-3-cü rübləri üzrə 13.796,05 manat sadələşdirilmiş vergini; 2017-ci ilin avqust-2018-ci ilin yan var, mart ayları üzrə üzrə 21.625,93 manat əlavə dəyər vergisini, cəmi 35.421,98 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 10i qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 3-cü rübü üzrə 9069,88 manat sadələşdirilmiş vergini; həmin ilin oktyabr-dekabr ayları üzrə üzrə 11.750,18 manat əlavə dəyər vergisini, cəmi 20.820,06 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 11 vergi ödəyicisi kimi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-3-cü rübləri üzrə 9805,0 manat sadələşdirilmiş vergini; 2017-ci ilin avqust, sentyabr, oktyabr, dekabr, 2018-ci ilin yanvar, mart, aprel ayları üzrə üzrə 16.139,59 manat əlavə dəyər vergisini, cəmi 25.944,59 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 12 qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 1-ci rübü, 4-cü rübü, 2018-ci ilin 1-ci rübü üzrə 27.999,31 manat sadələşdirilmiş vergini; 2018-ci ilin fevral ayı üzrə üzrə 167.092,62 manat əlavə dəyər vergisini, cəmi 195.091,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 13 ödəyicisi kimi qeydiyyata alınmış faktiki rəh bəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 1-ci rübü üzrə 5928,82 sadələşdirilmiş vergini; 2017-ci ilin avqust-oktyabr ayları üzrə üzrə 1.063.122,74 manat əlavə dəyər vergisini, cəmi 1.069.051,56 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 9 kimi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-ci rübü üzrə 8612,0 manat sadələşdirilmiş vergini; 2017-ci ilin may-dekabr ayları üzrə üzrə 13.908,39 manat əlavə dəyər vergisini; 2017-ci il üzrə 2575,63 manat mənfəət vergisini; 2017-ci ilin may-dekabr ayları üzrə 434,43 manat muzdlu işlə əlaqədar ö dəmə mənbəyində tutulan vergini, cəmi 25.530,45 manat məbləğində vergiləri dövlət biidcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 14 kimi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-ci rübü üzrə 12.364,58 manat sadələşdirilmiş vergini; 2017-ci ilin may-dekabr ayları üzrə üzrə 14.363,28 manat əlavə dəyər vergisini; 2017-ci il üzrə 2659,87 manat mənfəət vergisini; 2017-ci ilin iyul-dekabr ayları üzrə 289,62 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, cəmi 29.677,35 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 hüquqi ünvanı ünvan 9 kimi qeydiyyata alınmış faktiki rəhbəri olduğu Bakı şəhərində fə aliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-ci rübü üzrə 72.341,08 manat sadələşdirilmiş vergini; 2017-ci ilin iyul-avqust ayları üzrə üzrə 324.933,71 manat əlavə dəyər vergisini; 2017-ci il üzrə 60.172,9 manat mənfəət vergisini, cəmi 457.447,69 manat məbləğində vergiləri, ümumilikdə vahid niyyətlə xüsusilə külli miqdar təşkil edən 7.192.176,9 manat məbləğində vergiləri Məhkum2 ilə qabaqcadan əlbir olaraq dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmçinin, cinayət işinin ibtidai istintaq materiallarına əsasən Məhkum2 "Azimus Holding" (VÖEN: **********), "Public Goods" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "Kristal P" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "Kaspian Servis" (VÖEN: **********), "x xxx" (VÖEN: **********) və "xxxx" (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin (MMC) direktoru vəzifəsində işləyərkən həmin cəmiyyətlərin fəaliyyətinə faktiki rəhbərlik edən Məhkum1 ilə qabaqcadan əlbir olaraq cəmiyyətlərin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafıq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82,101.1, 149.2, 150.1.17, 152.1, 159.1, 219.1 və 221-c i maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətlərin adından vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ümumiyyətlə bəyannamə təqdim etməyərək, vahid niyyətlə 559.864,66 manat sadələşdirilmiş vergi, 1.661.499,08 manat əlavə dəyər vergisi, 65.408,4 manat mənfəət vergisi, 724,05 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə, xüsusilə külli miqdar təşkil edən 2.287.496,19 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum2 hüquqi ünvanı ünvan 8diyyata alınmış direktoru olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2018-ci ilin 1-ci rübü üzrə 399.947,94 manat sadələşdirilmiş vergini; həmin ilin mart ayı üzrə 28.562,64 manat əlavə dəyər vergisini, cəmi 428.510,58 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum2 hüquqi ünvanı ünvan 9 kimi qeydiyyata alınmış direktoru olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-3-cü rübləri üzrə 13.796,05 manat sadələşdirilmiş vergini; 2017-ci ilin avqust-2018-ci ilin yanvar, mart ayları üzrə üzrə 21625,93 manat əlavə dəyər vergisini, cəmi 35.421,98 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum2 hüquqi ünvanı ünvan 10i qeydiyyata alınmış direktoru olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 3-cü rübü üzrə 9069,88 manat sadələşdirilmiş vergini; həmin ilin oktyabr-dekabr ayları üzrə iizrə 11.750,18 manat əlavə dəyər vergisini, cəmi 20.820,06 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum2 hüquqi ünvanı ünvan 11 vergi ödəyicisi kimi qeydiyyata alınmış direktoru olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-3-cü rübləri üzrə 9805,0 manat sadələşdirilmiş vergini; 2017-ci ilin avqust, sentyabr, oktyabr, dekabr, 2018-ci ilin yanvar, mart, aprel ayları üzrə üzrə 16.139,59 manat əlavə dəyər vergisini, cəmi 25.944,59 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum2 hüquqi ünvanı ünvan 12 qeydiyyata alınmış direktoru olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adınd an vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 1-ci rübü, 4-cü rübü, 2018-ci ilin 1-ci rübü üzrə 27.999,31 manat sadələşdirilmiş vergini; 2018-ci ilin fevral ayı üzrə üzrə 167.092,62 manat əlavə dəyər vergisini, cəmi 195.091,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum2 hüquqi ünvanı ünvan 13 ödəyicisi kimi qeydiyyata alınmış direktoru olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 1-ci rübü üzrə 5928,82 sadələşdirilmiş vergini; 2017-ci ilin avqust-oktyabr ayları üzrə üzrə 1.063.122,74 manat əlavə dəyər vergisini, cəmi 1.069.051,56 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum2 hüquqi ünvanı ünvan 9 kimi qeydiyyata alınmı ş direktoru olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-ci rübü üzrə 8612,0 manat sadələşdirilmiş vergini; 2017-ci ilin may-dekabr ayları üzrə üzrə 13.908,39 manat əlavə dəyər vergisini; 2017-ci il üzrə 2575,63 manat mənfəət vergisini; 2017-ci ilin may-dekabr ayları üzrə 434,43 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, cəmi 25.530,45 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum2 hüquqi ünvanı ünvan 9 kimi qeydiyyata alınmış direktoru olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-ci rübü üzrə 12364,58 manat sadələşdirilmiş vergini; 2017-ci ilin may-dekabr ayları üzrə üzrə 14.363,28 manat əlavə dəyər vergisini; 2017-ci il üzrə 2659,87 manat mənfəət vergisini; 2017-ci ilin iyul-dekabr ayları üzrə 289,62 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, cəmi 29.677,35 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum2 hüquqi iinvanı ünvan 9 kimi qeydiyyata alınmış direktoru olduğu Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından vergi orqanına bəyannamə təqdim etməyərək 2017-ci ilin 2-ci rübü üzrə 72.341,08 manat sadələşdirilmiş vergini; 2017-ci ilin iyul-avqust ayları üzrə üzrə 324.933,71 manat əlavə dəyər vergisini; 2017-ci il üzrə 60.172,9 manat mənfəət vergisini, cəmi 457.447,69 manat məbləğində vergiləri ümumilikdə vahid niyyətlə xüsusilə külli miqdar təşkil edən 2.287.496,19 manat məbləğində vergiləri M əhkum1 ilə qabaqcadan əlbir olaraq dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Emil Qarayev tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, Məhkum1 CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək mülki iddia məbləğinin Məhkum2 və Məhkum1 müştərək qaydada tutulması, Məhkum1 CM-nin 213.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəzalandırılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarında vergi orqanlarının zərərçəkmiş şəxs kimi tanınmasına xitam verilm əsi nə faktiki, nə də hüquqi baxımdan əsaslandırılmamışdır. Belə ki, məhkəmə qərarında CPM-nin 87.1 və 89.1-ci maddələrinə istinad edilmişdir. Halbuki, vergi orqanlarını zərərçəkmiş şəxs kimi tanıyan ibtidai araşdırma orqanı CPM-nin 87.3-cü maddəsini rəhbər tutmuşdur. Qanunun həmin normasına görə təkcə fiziki şəxslər deyil, hüquqi şəxslər də zərərçəkmiş şəxs kimi tanına bilər. Şikayətdə həmçinin qeyd olunur ki, ”Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxil olmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək vergi orqanlarının vəzifələrinə aiddir. Göründüyü kimi, dövlət özü hüquq münasibətlərində iştirak etmir, bu sahədə dövlətə vurulan ziyana görə istər mülki iddiaçı, istərsə də zərərçəkmiş kimi onun orqanları çıxış etmək səlahiyyətinə malikdir. Şikayət müəllifi hesab edir ki, Məhkum1 bəraət verilməsinə dair məhkəmə qərarları da əsassızdır. Belə ki, istintaq materialları ilə tam sübut olunmuşdur ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olaraq cəmiyyətlərin nizamnamələrində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergi qanunvericiliyinin tələblərini pozmaqla cəmiyyətlərin adından vergi orqanın təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ümumiyyətlə, bəyannamə təqdim etməməklə, vahid niyyətlə xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışlar. İş materiallarından görünür ki, Məhkum1 özünü elan edilmiş ittihamda təqsirli bilməsə də, toplanmış sübutlarla təsdiq olunmuşdur ki, ittiham aktında qeyd olunan cəmiyyətlərin formal direktoru Məhkum2 olsa da, faktiki rəhbərlik Məhkum1 tərəfindən həyata keçirilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin rəisi Sərxan Məmmədov tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və 3 saylı Ərazi Vergilər İdarəsinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, Məhkum2 CM-nin 213.3-cü maddəsinin sanksiyasında göstərilən daha ağır cəza ilə cəzalandırılması, Məhkum1 CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək mülki iddia məbləğinin Məhkum2 və Məhkum1 müştərək qaydada tutulması, Məhkum1 CM-nin 213.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan m əhrum etmə cəzasına məhkum edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsi ümumi cümlələrdən istifadə edərək vergi orqanlarının zərərçəkmiş şəxs kimi iştirakına xitam vermiş, qəbul etdiyi qərarı nə faktiki, nə də hüquqi baxımdan əsaslandırılmamışdır. Belə ki, məhkəmə qərarında CPM-nin 87.1 və 89.1-ci maddələrinə istinad edilmişdir. Halbuki, vergi orqanlarını zərərçəkmiş şəxs kimi tanıyan ibtidai araşdırma orqanı CPM-nin 87.3-cü maddəsini rəhbər tutmuşdur. Qanunun həmin normasına görə təkcə fiziki şəxslər deyil, hüquqi şəxslər də zərərçəkmiş şəxs kimi tanına bilər. Şikayətdə həmçinin qeyd olunur ki, ”Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxi l olmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək vergi orqanlarının vəzifələrinə aiddir. Göründüyü kimi, dövlət özü hüquq münasibətlərində iştirak etmir, bu sahədə dövlətə vurulan ziyana görə istər mülki iddiaçı, istərsə də zərərçəkmiş kimi onun orqanları çıxış etmək səlahiyyətinə malikdir. Şikayət müəllifi hesab edir ki, Məhkum1 bəraət verilməsi və cinayət tərkibi üzrə onun əməlinin tövsifinin dəyişdirilməsinə dair məhkəmə qərarları da əsassızdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Məhkum2 törədilmiş əməlini etiraf etməsini və mülki iddianı qəbul etməsini əsas sübut kimi qiymətləndirmişdir. Şikayətdə qeyd olunur ki, istintaq materialları ilə tam sübut olunmuş dur ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olaraq cəmiyyətlərin nizamnamələrində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergi qanunvericiliyinin tələblərini pozmaqla cəmiyyətlərin adından vergi orqanın təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ümumiyyətlə, bəyannamə təqdim etməməklə, vahid niyyətlə xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışlar. İş materiallarından görünür ki, Məhkum1 özünü elan edilmiş ittihamda təqsirli bilməsə də, toplanmış sübutlarla təsdiq olunmuşdur ki, ittiham aktında qeyd olunan cəmiyyətlərin formal direktoru Məhkum2 olsa da, faktiki rəhbərlik Məhkum1 tərəfindən həyata keçirilmişdir. Şikayət müəllifinin fikrincə, Məhkum1 təqsiri ekspert rəylər,şahid ifadələri və digər sübutlarla tam təsdiq olunmuşdur. 5 saylı Ərazi Vergilər İdarəsinin rəisi X tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və 5 saylı Ərazi Vergilər İdarəsinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, Məhkum2 CM-nin 213.3-cü maddəsinin sanksiyasında göstərilən daha ağır cəza ilə cəzalandırılması, Məhkum1 CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək mülki iddia məbləğinin Məhkum2 və Məhkum1 müştərək qaydada tutulması, Məhkum1 CM-nin 213.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsi ümumi cümlələrdən istifadə edərək vergi orqanlarının zərərçəkmiş şə xs kimi iştirakına xitam vermiş, qəbul etdiyi qərarı nə faktiki, nə də hüquqi baxımdan əsaslandırılmamışdır. Belə ki, məhkəmə qərarında CPM-nin 87.1 və 89.1-ci maddələrinə istinad edilmişdir. Halbuki, vergi orqanlarını zərərçəkmiş şəxs kimi tanıyan ibtidai araşdırma orqanı CPM-nin 87.3-cü maddəsini rəhbər tutmuşdur. Qanunun həmin normasına görə təkcə fiziki şəxslər deyil, hüquqi şəxslər də zərərçəkmiş şəxs kimi tanına bilər. Şikayətdə həmçinin qeyd olunur ki, ”Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxil olmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək vergi orqanlarının vəzifələrinə aiddir. Göründüyü kimi, dövlət özü hüquq münasibətlərində iştirak etmir, bu sahədə dövlətə vurulan ziyana görə istər mülki iddiaçı, istərsə də zərərçəkmiş kimi onun orqanları çıxış etmək səlahiyyətinə malikdir. Şikayət müəllifi hesab edir ki, Məhkum1 bəraət verilməsi və cinayət tərkibi üzrə onun əməlinin tövsifinin dəyişdirilməsinə dair məhkəmə qərarları da əsassızdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Məhkum2 törədilmiş əməlini etiraf etməsini və mülki iddianı qəbul etməsini əsas sübut kimi qiymətləndirmişdir. Şikayətdə qeyd olunur ki, istintaq materialları ilə tam sübut olunmuşdur ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olaraq cəmiyyətlərin nizamnamələrində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergi qanunvericiliyini n tələblərini pozmaqla cəmiyyətlərin adından vergi orqanın təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ümumiyyətlə, bəyannamə təqdim etməməklə, vahid niyyətlə xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışlar. İş materiallarından görünür ki, Məhkum1 özünü elan edilmiş ittihamda təqsirli bilməsə də, toplanmış sübutlarla təsdiq olunmuşdur ki, ittiham aktında qeyd olunan cəmiyyətlərin formal direktoru Məhkum2 olsa da, faktiki rəhbərlik Məhkum1 tərəfindən həyata keçirilmişdir. Şikayət müəllifinin fikrincə, Məhkum1 təqsiri ekspert rəylər, şahid ifadələri və digər sübutlarla tam təsdiq olunmuşdur. 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi X tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixl i qərarının ləğv edilməsi və 6 saylı Ərazi Vergilər İdarəsinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, Məhkum2 CM-nin 213.3-cü maddəsinin sanksiyasında göstərilən daha ağır cəza ilə cəzalandırılması, Məhkum1 CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək mülki iddia məbləğinin Məhkum2 və Məhkum1 müştərək qaydada tutulması, Məhkum1 CM-nin 213.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsi ümumi cümlələrdən istifadə edərək vergi orqanlarının zərərçəkmiş şəxs kimi iştirakına xitam vermiş, qəbul etdiyi qərarı nə faktiki, nə də hüquqi baxımdan əsaslandırılmamışdır. Belə ki, məhkəmə qərarında CPM-nin 87.1 və 89.1-ci maddələrinə istinad edilmişdir. Hal buki, vergi orqanlarını zərərçəkmiş şəxs kimi tanıyan ibtidai araşdırma orqanı CPM-nin 87.3-cü maddəsini rəhbər tutmuşdur. Qanunun həmin normasına görə təkcə fiziki şəxslər deyil, hüquqi şəxslər də zərərçəkmiş şəxs kimi tanına bilər. Şikayətdə həmçinin qeyd olunur ki, ”Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxil olmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək vergi orqanlarının vəzifələrinə aiddir. Göründüyü kimi, dövlət özü hüquq münasibətlərində iştirak etmir, bu sahədə dövlətə vurulan ziyana görə istər mülki iddiaçı, istərsə də zərərçəkmiş kimi onun orqanları çıxış etmək səlahiyyətinə ma likdir. Şikayət müəllifi hesab edir ki, Məhkum1 bəraət verilməsi və cinayət tərkibi üzrə onun əməlinin tövsifinin dəyişdirilməsinə dair məhkəmə qərarları da əsassızdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Məhkum2 törədilmiş əməlini etiraf etməsini və mülki iddianı qəbul etməsini əsas sübut kimi qiymətləndirmişdir. Şikayətdə qeyd olunur ki, istintaq materialları ilə tam sübut olunmuşdur ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olaraq cəmiyyətlərin nizamnamələrində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergi qanunvericiliyinin tələblərini pozmaqla cəmiyyətlərin adından vergi orqanın təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ümumiyyətlə, bəyannamə təqdim etməməklə, vahid niyyətlə xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışlar. İş materiallarından görünür ki, Məhkum1 özünü elan edilmiş ittihamda təqsirli bilməsə də, toplanmış sübutlarla təsdiq olunmuşdur ki, ittiham aktında qeyd olunan cəmiyyətlərin formal direktoru Məhkum2 olsa da, faktiki rəhbərlik Məhkum1 tərəfindən həyata keçirilmişdir. Şikayət müəllifinin fikrincə, Məhkum1 təqsiri ekspert rəylər, şahid ifadələri və digər sübutlarla tam təsdiq olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə mülki iddiaçıların nümayəndələri A.Sofiyeva, S.Bədəlov və R.Nəcəfquliyevin, kassasiya şikayətlərinin Məhkum1 aid hissədə təmin edilməsi, qalan hissədə təmin e dilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Mülki iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərində Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin, 3 saylı Ərazi Vergilər İdarəsinin, 5 saylı Ərazi Vergilər İdarəsinin və 6 saylı Ərazi Vergilər İdarəsinin iş üzrə zərərçəkmiş şəxslər qismində tanınmaları, Məhkum2 CMnin 213.3-cü maddəsinin sanksiyasında göstərilən daha ağır cəza ilə cəzalandırılması, Məhkum1 CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək mülki iddia məbləğinin Məhkum2 və Məhkum1 müştərək qaydada tutulması, Məhkum1 CM-nin 213.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiya sı kassasiya şikayətlərində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Kassasiya şikayətlərinin dəllərindən görünür ki, kassasiya şikayətlərində aşağıdakı məsələlər mübahisələndirilir: apellyasiya instansiyası məhkəməsi tərəfindən vergi orqanlarının zərərçəkmiş şəxs kimi iştirakına xitam verilməsi əsassız hesab edilir; Məhkum2 CM-nin 213.3-cü maddəsinin sanksiyasında göstərilən daha ağır cəza ilə cəzalandırılması, Məhkum1 CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmaması və mülki iddia məbləğinin Məhkum2 və Məhkum1 müştərək qaydada tutulması xahiş edilir; CM-nin 213.1-ci maddəsi “Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 213.3-cü maddəsində bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-nin “Qeyd” hissəsinə görə: “1. Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Cinayət Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs miilki iddiaçı qismində tanınır. Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən vergi orqanlarının zərərçəkmi ş şəxs kimi iştirakına xitam verilməsinə dair hissəsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cinayət prosessual qanunvericiliyin yuxarıda şərh olunan normalarından görünür ki, cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Hazırkı halda vergi orqanlarına hər hansı maddi və ya mənəvi ziyanın dəyməsi iş materiallarından görünmür və ibtidai araşdırma orqanlarının qərarlarında da vergi orqanlarına hər hansı bir ziyanın vurulmasına istinad edilməmişdir. Belə olan vəziyyətdə ibtidai araşdırma orqanları tərəfindən vergi orqanlarının zərərçəkmiş qismində tanınması əsassız olmuşdur. CPM-nin 87.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxs qismində ta nındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin vergi orqanlarının zərərçəkmiş şəxs kimi iştirakına xitam verilməsinə dair qərarı qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin təqsirləndirilən şəxs Məhkum2 CM-nin 213.3-cü maddəsinin sanksiyasında göstərilən daha ağır cəza ilə cəzalandırılması, təqsirləndirilən şəxs Məhkum1 CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmaması və mülki iddia məbləğinin Məhkum2 və Məhkum1 müştərək qaydada tutulmasına dair hissələr i ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası qeyd etməyi zəru ri bilir ki, CPM-nin 409.5-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədə və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Bu isə o deməkdir ki, mülki iddiaçı öz kassasiya şikayətlərində iddia tələblərindən kənara çıxa bilməzlər, o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. İş materiallarından görünür ki, dövlət ittihamçıları tərəfindən həm birinci instansiya məhkəməsinin hökmündən və qərarından, həm də apellyasiya instansiyası məhkəməsinin qərarlarından apellyasiya və ya kassasiya protestləri verilməmiş və dövlət ittihamçıları faktiki olaraq məhkəmələrin gəldiyi nəticələrlə razılaşmışla r. İş materiallarından görünür ki, Məhkum1 barəsində "X10 ZM" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "Azimus Holding" (VÖEN: **********), "Public Goods" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "Kristal P" (VÖEN: **********), "Kaspian Servis" (VÖEN: **********), "xxxx" (VÖEN: **********) və "xxxx" (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətləri üzrə onun vergidən yayınma cinayətlərinə aidiyyatı olmaması ilə bağlı ona bəraət verilmiş və ibtidai istintaq orqanı tərəfindən ona bu müəssisələrə görə verilmiş ittiham üzrə konkret olaraq sübutlar yetərli olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 "X10 ZM" (VÖ EN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "Azimus Holding" (VÖEN: **********), "Public Goods" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "Kristal P" (VÖEN: **********), Kaspian Servis" (VÖEN: **********), "xxxx" (VÖEN: **********) və "xxxx" (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətləri üzrə vergidən yayınma cinayətində iştirakı müəyyən edilmədiyindən həmin hissədə onun barəsində mülki iddianın da tutulması əsaslı hesab edilə bilməz. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Məhkum1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsindən həmin Məcə llənin 213.1-ci maddəsinə tövsif edilərək, "xxxx" MMCnin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 20.820,06 manat məbləği tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilərək barəsində icraata xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə vergi orqanının iddia etdiyi məbləğin bütövlükdə digər Məhkum2 tutulması qənaətinə gəlmiş və məhkumun özü də həmin iddianı qəbul etmiş və onu mübahisələndirməmişdir. Məhkum еdilmiş şəхs Məhku m2 cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı qeyd edir ki,CPM-nin 409.5-ci maddəsinin tələbinə görə mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədən və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, vergi orqanları həmin iş üzrə mülki iddiaçı qismində iştirak etdiklərindən verilmiş kassasiya şikayətlərində təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və məhkumun cəzasının ağırlaşdırılmasına dair dəlillər əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir k i, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan onların təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarlarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarları mülk iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar