Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-681/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkum X1, onun müdafiəçisi Bağırova Janna Mirzə qızının, məhkum X3 müdafiəçisi Mirzəyev Fikrət Mustafa oğlunun iştirakları ilə,, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü X1, X3 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.1, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumlar X1, X2 və X3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər Ə.C.Seyidov (sədrlik edən və məruzəçi), A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət tərkibdə) X1, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sub ay, işləməyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1-də həmin ünvanda yaşamış, X3 xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1-də yaşamış, və X4 xx xxxxxxx 1990-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hər birisi CM-nin 178.2.1, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, X1 CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə, CM-nin 182.2.1, 182.2.2 və 182.2.4.-cü maddələri ilə 07 (yeddi) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təy in edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 11 (on bir) gün müddətə, X3 CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 182.2.1,182.2.2 və 182.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə, CM-nin 66.3- cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə, X4 CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 182.2.1,182.2.2 və 182.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə, CM-nin 66.3cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin h alları: Məhkəmənin hökmünə əsasən, X1, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X4 və X3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, xx xxxxxx 2016-cı il tarixdə «İnstagram» sosial şəbəkəsində tanış olduğu A1 ünvan 3 ünvanında yerləşən «XXX»ə məxsus olan «KİA-Optima» markalı ** XX *** dövlət nömrə nişanlı avtomaşını özününkü kimi təqdim edib, xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2016-cı il tarixədək bağlanmış icarə müqaviləsinə əsasən idarə etdiyi vaxt yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə avtomaşına ziyan dəydiyini yalandan deyərək, eyni zamanda X4 və X3 da bu barədə A1 yalan məlumat verib təmir üçün pul lazım olması bəhanəsi ilə dost kimi kömək etməsini xahiş edərək aldadıb A1 vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla, xx xxxxxx 2016-cı il tarixdə saat 20 radələrində axırıncının yaşadığı qardaşı A2 məxsus Bakı şəhəri ünvan 1-in qarşısında 800 manat dəyərində bir ədəd qızıl üzük və bir ədəd qızıl medalyon, 2016-cı ilin fevral ayının ortalarında əvvəlki qızılların qaytarılması üçün avtomaşının tam təmirinin başa çatdırılmaqla satılıb onun qızıllarını qaytaracağı barədə yalan vəd verib aldadaraq A1 daimi yaşadığı Salyan şəhəri ünvan1-in qarşısında 4000 manat dəyərində bir ədəd qızıl dəsti, dörd ədəd qızıl üzük, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl boyunbağını özü alıb, 2016-cı ilin fevral ayının ortalarında eyni adlı bəhanə ilə vəd verib aldadaraq ümumilikdə 2700 manat dəyərində olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl işləməli olan mirvari dəsti, dörd ədəd qızıl üzüyü A1 daimi yaşadığı Səlyan ünvan1-in qarşısında qoyduğu yerdən onun deməsi ilə götürüb, 2016-cı ilin fevral ayının 3-cü yarısında eyni adlı bəhanə ilə aldadaraq 2500 manat dəyərində iki ədəd qızıl nişan üzüklərini yenə həmin ünvanda özü və A1 anası A3 göndərdiyi 600 manat pulu «HundaiElantra» markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü P1 vasitəsilə, 2016-cı ilin mart ayının əvvəllərində yenə də eyni bəhanə ilə Salyan rayonu ünvan 1 A1 atası evinin qarşısında son olaraq 900 manat pulu qrupun üzvü X4 vasitəsilə alıb ələ keçirməklə X3 və X4 birlikdə aralarında bölüşdürüb zərərçəkmiş şəxs A1 ümumilikdə 11.500 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişlər. Bundan başqa, X1 təkrarən, tamah niyyəti ilə özgənin xeyli miqdard a əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olduğu tanışları X4 və X3 ilə bir qrup şəxs halında A1 yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomaşınının təmirinin artıq başa çatmaq üzrə olması, avtomaşının sənədləşmə işlərinin yekunlaşdırılması üçün pul lazım olduğunu və bundan sonra avtomaşın satılmaqla ondan bir müddət əvvəl aldıqları qızıl-ziynət əşyalarını və pulları geri qaytaracağını A1 yalandan deyərək aldadıb ondan 2016-cı ilin fevral ayının sonu-mart ayının əvvəllərində 3000 manat məbləğində pul istəmiş, sonuncu ona pulu olmadığını deyib əvvəllər ona verdiyi qızıl-ziynət əşyalarını və pulları geri qaytarmasını tələb etdikdə, o, A1 onlara pul vermədiyi təqdirdə barəsində aralarında olan intim münasibətlə bağlı əri S2 bildirməklə haqqında rüsvayedici məlumatlar yayaca qları ilə hədə-qorxu gəlib onlara pul verməsini tələb edərək vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq ondan Salyan rayonu ünvan 1 də yerləşən atası evində 3000 manat dəyərində bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl bilərzik, bir cüt qızıl sırğa və üç ədəd qızıl üzükləri qrupun üzvü X3 vasitəsi ilə, daha sonra 2016-cı ilin mart ayının əvvəllərində X10 rayonu Noxudlu kəndində yerləşən ata evinin qarşısında 1500 manat pulu cinayətkar qrupun üzvü X4 vasitəsilə alıb ələ keçirmiş, bundan sonra X4 və X3 A1 X1 sıxışdıracağı təqdirdə onun haqqında rüsvayedici məlumatlar yayacağı barədə ünvanına etdiyi hədələri real həyata keçirəcəyini deyib hədə-qorxu gəlmiş, cinayətkar əməllərini davam etdirərək o, xx xxxx 2016-cı il tarixdə A1 aralarında olan intim münasibəti əri S2 bildirəcəyini, onun « Niva» markalı ** XX*** dövlət nömrə nişanlı avtomaşında olan şəklini «Vatsap» sosial şəbəkəsi vasitəsilə A1 nömrəsinə göndərməklə haqqında həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayacağını deyib hədə-qorxu ilə tələb edərək A1 günorta saatlarında onun xalası qızı A4 vasitəsilə göndərdiyi 1000 manat pulu onun yaşadığı Bakı şəhəri ünvan 2 qarşısında şəxsən özü alaraq ələ keçirib o, X3 və X4 birlikdə aralarında bölüşdürərək zərərçəkmiş şəxs A1 haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib tələb etməklə ümumilikdə 5.500 manat məbləğində xeyli miqdarda pulu ələ keçirmişlər. Hökmdən məhkum X4 və onun müdafiəçisi X5 məhkum X3 və onun müdafiəçiləri X7 və X8 tərəfindən ayrı-ayrılıqda və məhkum X1 müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Bayramov Əmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 13 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə aşağıdakı qaydada dəyişdirilmişdir:- X1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 06 (altı) ayadək, CM-nin 182.2.1,182,2.2 və 182.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (altı) ayadək, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) il 06 (altı) ayadək endirilmiş, X1 həbsdə saxlanıldığı müddətlər ona təyin edilmiş bu cəzadan çıxılaraq onun üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 11 (on bir) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış; - X3 CM-nin 178.2.1, 178.2.4.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) ilədək, CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ilədək, CM-nin 66.3cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edtlmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (altı) ayadək endirilmiş və onun şübhəli şəxs qismində tutulması müddəti həmin cəzadan çıxılaraq üzərində 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış; - X4 CM-nin 178.2.1, 178.2.4.4-cü maddələri ilə təyin edilmiş azadlıqda n məhrum etmə cəzasının müddəti 03 (üç) ilədək, CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ilədək, CM-nin 66.3cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edtlmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (altı) ayadək endirilmiş və onun şübhəli şəxs qismində tutulması müddəti həmin cəzadan çıxılaraq üzərində 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış; - İX1, X3 və X4, hər birisinə dələduzluq epizodu üzrə elan olunmuş ittihamda və barələrindəki hökmdə “külli miqdarda” sözləri “xeyli miqdarda” sözləri ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum X1 kassasiya ş ikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində daha yüngül cəzanın təyin edilməsi, məhkum X4 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və barəsində daha yüngül cəzanın təyin edilməsi və məhkum X3 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkum X3 əməlində CM-nin 182.2.1, 182.2.2. və 182.2.4-cü maddələri ilə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi, onun dələduzluq əməlinin CM-nin 178.2.1-ci maddəsi ixtisaslaşdırılmış əməlini CM-nin 178.1-ci maddəsinə tövsif edilməsi və həmin əməli CM-nin 178.2.4-cü maddəsi ilə tam əhatə olunduğundan hüquqlarını müdafiə etdiyi şəxsin ümumilikdə dələduzluq əməlini CMnin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi, həmin maddə əsasında ona cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, yaxud da təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı, həm də işə baxan məhkəmələr işin faktiki hallarına düzgün qiymət verməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 143, 144, 145 və 146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, zərərşəkmiş şəxsin ziddiyət təşkil edən və yalan ifadələrinə görə o, ittiham olunmuşdur. X1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək hesab edir ki, onun barəsində qəbul edilmiş qərar qərəzli və qanunsuzdur. Məhkum qeyd edir ki, zərərçəkm iş şəxslə barışıq əldə olunmuş və zərərçəkmiş şəxslə barışıq ərzəsi məhkəməyə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum X4 kassasiya şikayətində əməlindən səmimi peşman olmasını bildirirərək bu halın onun barəsində daha yüngül cəzanın təyin edilməsi haqqında qərar qəbul edilməsi üçün əsas olduğunu qeyd etmişdir. Məhkum X3 müdafiəçisi Müdafiəçi kassasiya şikayətini belə əsaslandırmışdır ki, iş üzrə məhkəmələr tərəfindən araşdırılmış sübutlarla X3 hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi təsdiq olunmamış və o, əsassız olaraq CM-nin 182.2.2. və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur. Bundan başqa, hüquqlarını müdafiə etdiyi şəxs dələduzluq cinayətini törədərkən də bu iş üzrə məhkum olunmuş şəxslərl ə qabaqcadan əlbir olub razılığa gəlməmiş, işə baxan məhkəmələr isə bu hala da diqqət yetirməmiş və nəticədə X3 əməlləri CM-nin 178.2.1-ci maddəsi ilə də düzgün tövsif edilməmişdir. Nəticədə X3 ağır cəzaya məruz qalmış, məhkəmələr isə bu məsələni həll edərkən CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə də riayət etməmiş və iş üzrə onun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almamışlar. Müdafiəçinin qənaətinə görə, kassasiya şikayətində irəli sürdüyü dəlillərə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı F.Hüseynova aid hissədə dəyişdirilməli, onun əməlinin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi və onun barəsində azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza tədbiri seçilməlidir. Hüquqi məsələlər: CPM-nin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhk əməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkumlar X1, X4 və məhkum X3 müdafiəçisi Müdafiəçi, hər birisinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, məhkəmələrin müəyyən etdikləri faktlara görə, X1 özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X4 və X3 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, 2016-cı ilin fevral-mart ayları ərzində «İnstagram» sosial şəbəkəsində tanış olduğu A1 11.500 manat məbləğində, yəni xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, və zərər çəkmiş şəxs onlardan öz əmlakının qaytarılmasını tələb etdikdə, yenə də qabaqcadan əlbir olub cinayət əlaqəsənə girərərk qrup şəklində təkrarən A1 haqqında rüsvayedici məlumatları, yəni sonuncunun X1guya intim münasibətdə olması barədə həqiqətə uyğun olmayan məlumatı yayacaqları barədə ünvanına etdikləri hədələri real həyata keçirəcəklərini bildirib 2016-cı ilin mart ayında zərər çəkmişin ümumilikdə 5.500 manat məbləğində xeyli miqdarda pulunun hədə-qorxu ilə tələb etməklə ələ keçirmişlər. İş materiallarından görünür ki, X1 X3 və X4 məhkəmə iclaslarında bu əməlləri törətmələrini qismən inkar etsələr də, onların qeyd edilən cinayət əməllərini törtəmələri özlərinin ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstrilmədən sərbəst şəkildə, müdafiəçilərinin iştirakları ilə verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş A1 cinayət təqibinin bütün mərhələlərində verdiyi ardıcıl və biri-birinə uyğun olan ifadələri, şahidlərin ifadələri, maddi sübutlarla və iş üzrə qanuna müvafiq qaydada toplanmış və CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilmiş digər sübutlarla tam təsdiq edilir. CPM-nin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət iş i üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericiliin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digə rinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Bu tələblərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, X1, X3 və X4, hər birisinin 178.2.1, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlilikləri birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq araşdırılmış və yekun məhkəmə aktlarında qiymətləndirilmiş mötəbər sübutlarla təsdiq olunmuş, məhkum olunmuş şəxslərin hər birinin əməlləri isə elan olunmuş ittihamlara uyğun olaraq CM-nin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (K onstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, məhkumlar barəsində cəza tədbiri seçilərkən isə onların hər birisinin törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətlərini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran bütün hallar kifayət qədər nəzərə alınmışdır. Göstərilənlərlə yanaşı məhk əmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən dəlillər eyni ilə apellyasiya instansiyası məhkəməsinin qarşısında da irəli sürülmüş və bu dəlillərin əsaslı olub-olmamasını cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlamış həmin məhkəmə birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara istinadən X1, X3 və X4 onlara elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətmələrinin sübuta yetirilməsi haqqında yekun qənaətə gəlmişdir. Bu qənaətin düzgünlüyünü və qanuniliyini şübhə altına almaq üçün hər hansı əsas iş materialları ilə müəyyən edilmir. Təsvir olunanlardan görünür ki, baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrdə təsbit edilmiş bəraətin əsasları da (o cümlədən məhkumların əməllər ində cinayət tərkibinin olmaması kimi hal) müəyyən edilmir. Kollegiya həmçinin qeyd edir ki, hazırki cinayət işinə baxılarkən məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçiriməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasının tələbləri, o cümlədən Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mötbərliyi və əldə edilməsi və araşdırılması üzrə qanuniliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanan məhkəmələr X1, X4 və X3 əməllərini hər birisinə ayrı-ayrılıqda münasibətdə CM-nin 178.2.1, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün tövsif etmiş və onların barəsində cinayət qanunu normalarının başqa cür tətbiqi üçün heç bir əsas görmür. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmələr təqsirləndirilən şəxslərin dələduzluq əməllərini ixtisaslaşdırarkən əsaslı olaraq cinayət qanunun normaları ilə yanaşı həm də “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015ci il tarixli Qərarında məhkəmələrə edilmiş tövsiyələri də kifayət qədər nəzərə almışlar. Həmin Qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altın da könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qeyd edilən Qərarın 2-ci bəndində isə məhkəmələrə izah edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da ə mlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkumlar barəsində seçilmiş cəza tədbiri ilə əlaqədar (kassasiya şikayətlərində irəli sürülmüş digər dəlilə cavab olaraq) məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-c i maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. CM-nin 58.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialları ilə m üəyyən edilir ki, birinci instansiya məhkəməsi X1 X4 və X3 onların təqsirli bilindikləri maddələrin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə müvafiq cəzalar təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzaları nisbətən yüngülləşdirərkən onların törətdikləri əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən, habelə şəxsiyyətlərini, ailə vəziyyətlərini səciyyələndirən halları kifayət qədər nəzərə almış və bu məsələnin müzakirəsi, qiymətləndirilməsi və həlli zamanı cinayət qanunveiciliyinin yuxarıda göstərilən tələblərinə tam əməl olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası məhkumlara təyin olunmuş cəzaların hər hansı qaydada yüngülləşdirilməsi, yaxud da bu cəzaların digər cəzalarla əvəz edilməsi və ya qəti cəzaları şərti ola raq tətbiq edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi haqqında məhkum X1 və müdafiəçilərin, həmin şikayətlərin təmin edilməməmsi barədə isə dövlət itihamçısının çıxışlarını dinləyib yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməklə X2,X3 və X4, hər birisinin 178.2.1, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkumlar Əliyev İlkin Rahib oğlu, Bağırov Sabir Yaşar oğlu özləri və məhkum Hüseynov Fərid Cavanşir oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. X1, X4 və X3, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-681/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-681/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver