Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-724/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 10 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Mahmudov İlham Ağa oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) Məhkum, xx xxxxx 1981-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməmiş, ə vvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 6 (altı) ay 17 (on yeddi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum əvvəlki məhkumluğu ödənilmədən və ya götürülmədən xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı ünvanında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 2 (iki) ədəd bükümlərdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,631 qram və 1,073 qram ümumi təmiz çəkisi 2,704 qram narkotik vasitə olan heroini 30 manat müqabilində əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2021-cı il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq ünvan 1in qarşısına gətirmiş və həmin tarixdə saat 00:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1in qarşısında Məhkum saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ- nin 30-cu Pş-nin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümlərdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda ayrı-aynhqda təmiz çəkiləri 1,631 qram və 1,073 qram ümumi təmiz çəkisi 2,704 qram narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü 21 iyul 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönə ldilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 10 fevral 2024-cü il tarixdə Məhkum həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Qəniyev Faiq Əsəd oğlu) Məhkum 20 may 2022-ci il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Məhkum tərəfindən apellyasiya şikayəti v erilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Məmmədov Murad Akif oğlu (sədrlik edən və məruzəçi), Bəhrəmzadə Sabit Xanlar oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 10 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bəzi müddəalarına və barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətində birinci instansiya məhkəməsinin hökmünün rəsmi qaydada ona vaxtında verilmədiyini əsas gətirərək qanunvericiliyin tələblərinin məhkəmələr tərəfindən pozulduğunu, nəticədə isə onun hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətinin əsassız olaraq təmin edilməməsini və onun təkrar məhkəməyə müraciət etmək hüququnun pozulmasını iddia etmişdir. Qeyd olunanlara əsaslanaraq Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv olunmasını və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın qə bul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, ci nayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsa sən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticəl ənməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci insansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə bura xıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qə rarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Bakı Ağır Cinayə tlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmünün surəti 23 may 2022-ci il tarixli 1(101)-875/2022 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmiş və 1 iyul 2022-ci il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 21 iyul 2022-ci il tarixdə qüvvəyə minmiş və eyni tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız 10 fevral 2024-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 1 (bir) il 7 (yeddi) ay 9 (doqquz) gündən sonra Məhkum onun barəsindəki 20 may 2022-ci il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Ba kı Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materialları ilə müəyyən edilmir, Məhkum kassasiya şikayətində qərarın surətini rəsmi qaydada vaxtında almadığını iddia etsə də, məhkəmələrə bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakç ısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum və birinci instansiya mhəkməsində onun hüquqlarını müdafiə etmiş 22 saylı Vəkil Bürosunun vəkili Abbasov Cavid Cəlil oğlu hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmiş, onlara hökmdən apellyasiya şikayətinin verilməsi müddətləri və qaydası izah olunmuş və onların hökmdən vaxtında apellyasiya şikayətlərini vermələri üçün heç bir maneə olmamışdır. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatə tinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 27 mart 2024-cü il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə 10 oktyabr 2024-cü il tarixdə qəbul etdiyi qərarla haqlı olaraq birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası da yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin ed ilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya şikayətin təmin edilməsi barədə Məhkum, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq mhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-724/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-724/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver