Məhkəmə qərarları › İş №1(102)-757/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-757/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-757/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib m əhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 1(099)-385/2023 nömrəli (hakimlər: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Z Şamil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxx-cu il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Masallı Rayon Məhkəməsinin xxxx 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunve riciliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 fevral 2023-cü il tarixindən hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Tale Səfərov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elç in İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) 11 oktyabr 2023-cü il tarixli 1(106)-624/2023 nömrəli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkməsinin əvvəlinin 11 fevral 2023-cü il tarixindən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: M əhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 30 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində anası Şahid3 öz yaşadığı evə aparmaq məqsədi ilə bacısı Şahid2 ailə üzvləri ilə birgə yaşadığı xxxxdə olan fərdi yaşayış evinə getmiş, Şahid3 onunla getmək istəmədiyini bildirdikdə sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı nalayiq ifadələr işlətdiyi üçün həmin vaxt orada olan bacısı Şahid2 əri Zərərçəkmiş şəxs hərəkətlərinə son qoymasını ondan tələb etdikdə o, xüsusi amansızlıqla, yəni yaxın qohumları hesab edilən azyaşlı övladları Şahid4, X10, Şahid6 və arvadı Şahid2 orada olmasına əhəmiyyət verməyərək onların gözü qarşısında Zərərçəkmiş şəxs söyüb təhqir etməklə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə oradan götürdüyü istintaqa m əlum olmayan şüşə su qabı ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə qəsdən bir dəfə zərbə vurub ona açıq kəllə-beyin travması, alın sümüyünün yerini dəyişən qəlpəli basılmış sınığı, baş beynin silkələnməsi, alın təpə nahiyəsinin əzilmiş yarası kimi insan həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, apellyasiya məhkəmə kollegiyası ümumiyyətlə cinayət işinin materialları, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdırılmamış və qeyd olunanları nəzərə almadan işin faktiki hallarına uyğun olmayan qərəzli apellyasiya protesti əsasında ədalət siz, qanunsuz qərar vermişdir. Cinayət ailə münaqişəsi zəmnində baş vermiş, işə baxan məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmamış və Məhkum əməli düzgün tövsif edilməmişdir. Qeyd olunanlara əsasən, səmimi peşman olaraq himayəsində İ qrup əlil anasının olmasını nəzərə alıb Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökmün qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini və əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini və sözü gedən maddədə nəzərdə tutulan aşağı həddə cəzanın verilməsini xahiş etdi. Kassasiya instansiyas ı məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasi ya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində apellyasiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz hökm qəbul edildiyi, əməlinin CM-nin 126.1ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəs ində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilmə si başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli ə məlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu i sə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə is tintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilməlidir. Mə hkum edilmiş şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifinə qiymət verərək kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələrinin dispozisiyasına görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksiko manlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma yalnız xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə və xuliqanlıq niyyəti ilə yaxud ümumi təhlükəli üsulla törədildikdə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən Məhkum hərəkətində «xüsusi amansızlıq» əlamətinin olması barədə apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticəni də qeyri-qanuni və əsassız hesab edir. Belə ki, apellyasiya məhkəməsinin razılaşdığı ibtidai istintaq orqanı Məhkum hərəkətində «xüsusi amansızlıq» əlamətinin olması barədə fikrini onunla əlaqələn dirmişdir ki, yaxın qohumları hesab edilən arvadı Şahid2, azyaşlı uşaqları Şahid4, Şahid5 və Şahid6 orada olmasına əhəmiyyət verməyərək onların gözü qarşısında oradan götürdüyü istintaqa məlum olmayan şüşə su qabı (şüşə fincan) ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya açıq kəllə-beyin travması, alın sümüyünün yerini dəyişən, qəlpəli basılmış sınığı, baş beynin silkələnməsi, alın-təpə nahiyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İbtidai istintaq orqanı «xüsusi amansızlıq» əlamətini yalnız arvadı və uşaqlarının orada olması, hadisənin onların gözü qarşısında baş verməsi ilə qiymətləndirmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə istintaqı zamanı dindiri lmiş Şahid2 hadisənin cəmi 2-3 dəqiqə davam etdiyini, hadisə zamanı özü və uşaqlarının qorxmadığını, X-in Z-i qəsdən vurmadığını, sadəcə olaraq X-in fincanı Z-ə doğru atdığını, X-in atdığı fincanın Z-in alın nahiyəsinə dəyməsini, nəticədə Z-in başından qan axmasının ona və uşaqlarına heç bir əzab vermədiyini, hadisənin təsadüfən baş verdiyini bildirmişdir. Şahid6 dayısı X-in hadisə vaxtı fincanı divara atmasının səbəbini bilmədiyini, həmin vaxtı atası Z ilə dayısı X-in dalaşmadıqlarını, X-in atdığı fincanın divara dəydikdən sonra atasının başına dəydiyini, atası Z-in başından bundan sonra qan axdığını, atasının başından qan gəlməsini gördüyünü, bundan qorxmadığını və ağlamadığını bildirmişdir. Şahid5 nənəsi getmədiyindən dayısı X-in əsəbləşərək stəkanı divara atdığını, lakin stəkanın atası Z-in başına dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi ilə müəyyən olunur ki, dayısı X ilə atası Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı X-in həmin otaqda olan paltaryuyanın üzərindəki şüşə fincanı götürərək atmış, finca atası Z-in alın nahiyəsinə dəymiş, həmin nahiyədən qan axmağa başlamışdır. Birinci instansiya məhkəmə tərkibi şahidlərin ifadələrini təhlil edərək, digər sübutlar ilə müqayisə edib qiymətləndirməsi nəticəsində belə qənaətə gəlmiş ki, baş vermiş hadisə onlara xüsusi əzab verməmiş, uşaqlar az yaşlı olmalarına baxmayaraq qorxmamışlar. Məhkum niyyətinin qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran zaman onun arvadı və uşaqlarına əzab verməklə xüsusi amansızlıq etməsinə yön əlməsini təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Məhkum Zərərçəkmiş şəxs məxsus evdə anası ilə sözlə mübahisənin yaranması, Zərərçəkmiş şəxs həmin söhbətə müdaxilə etdikdən sonra onunla da sözlə mübahisə etməsi, Məhkum qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması prosesi cinayət işinin materiallarına əsasən cəmi 2-3 dəqiqə olmaqla qısa müddət ərzində olması, xəsarətin xarakteri və lokalizasiyası da birbaşa təsdiq edir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə toplanılmış materiallara əsasən hesab edir ki, Məhkum niyyətinin birbaşa və ya dolayı qəsdlə Zərərçəkmiş şəxs arvadı və uşaqlarına xüsusi iztirabların yetirilməsinə deyil, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya yönəlməsi şübhə doğurmur. Məhkum niyyətinin məhz qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran zaman arvadı və uşaqlarına xüsusi əzab verməsini təsdiq edən məlumatlar ümumiyyətlə cinayət işinin materiallarında mövcud deyildir və ibtidai istintaq orqanı tərəfindən həmin məlumatlar müəyyən edilməmişdir. O cümlədən, cinayət işinin materiallarından və verilmiş ittihamın məzmunundan görünür ki, hadisə nalayiq ifadələr nəticəsində yaranmış mübahisə zamanı ani vaxtda baş vermiş, qısa müddət ərzində cinayət hadisəsi törədilmişdir. Məhkəmə tərkibi həmçinin bu qənaətə gəlir ki, Məhkum Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq üçün seçdiyi üsul, hadisənin ani zamanda təsadüfü halda və məkanda baş verməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hadisə anında olduqları qarşılıqlı vəziyyətləri, xəsarətlərin xarakteri və lokalizasiyası, zərərçəkmiş şəxsin arvadı və uşaqlarına xüsusi əzab vermək niyyətinin olmaması, sonuncuların məhkəmə istintaqında verdikləri ifadələrində baş vermiş hadisə ilə əlaqədar qorxmadıqlarını bildirmələri, habelə işin digər faktiki halları da nəzərə alınmaqla hazırkı iş üzrə qəsdən sağlamlığa ağır zərər vurma prosesinin baş verdiyi qısa müddət ərzində xüsusi amansızlığın reallaşdırılmasının mümkünlüyünün israr edilməsi əsassızdır və obyektiv həqiqəti özündə ifadə etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə tərkibi məhkumun əməlinin “xüsusi amansızlıq” kimi qiymətləndirərkən qəsdən sağlamlığa ağır zərər vurma hadisəsinin xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə aid edilibedilməməsi məsələsini aydınlaşdırmaq məqsədilə cinayətin subyektiv tərəfinin əlamətlərinin təhlil edilməsi, təqsir ləndirilən şəxsin hərəkətləri zamanı yalnız zərərçəkmiş şəxsin arvadı və uşaqlarının orada olması faktına münasibəti deyil, eləcə də qəsdən sağlamlığa ağır zərər vurmanın xüsusi amansız olmasına münasibətinin öyrənilməsinin əhəmiyyətli olmasına, təqsirləndirilən şəxsin xüsusi amansızlığa subyektiv münasibətinin qiymətləndirilməsi üçün cinayətin obyektiv hallarının qiymətləndirilməsinə, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin subyektiv cəhətinin analiz edilməsinə, təqsirləndirilən şəxsin təkcə qəsdən sağlamlığa ağır zərər vurmadan ibarət baş vermiş nəticəyə deyil, həm də qəsdən sağlamlığa ağır zərər vurmaya aid ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətinə dair halları toplanmış sübutlar əsasında düzgün olaraq müəyyən etməmişdir. Belə ki, xüsusi amansızlıq əməlin in tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Burada təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədilməməsini sübut edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 8ci bəndində həmçinin göstərilmişdir ki, xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda öldürməsində də ifadə oluna bilər. Bu halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir. Məhkum qəsdən Zərərçəkmiş şəxs sağlaml ığına ağır xəsarəti, aralarında yaranmış mübahisə zamanı ani vaxt ərzində, şüşə su qabını atmaqla yetirmişdir. Məhkum törətdiyi cinayət hadisəsindən əvvəl həmin cinayəti törətməyi planlaşdırmamış, cinayət əməlini törətmək üçün hər hansı üsul fikirləşməmiş, Zərərçəkmiş şəxs şüşə su qabı ilə vuran zaman həmin cinayətkar hərəkətin zərərçəkmiş şəxsin arvadı və uşaqlarına xüsusi əzab verdiyini dərk etməmiş və ya həmin halı dərk etməsi üçün vaxtı belə olmamış, habelə Məhkum xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq niyyətində olmamışdır. Məhkəmə kollegiyası həmçinin Məhkum hərəkətində «xuliqanlıq niyyəti» əlamətinin olması barədə apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticəni də qeyriqanuni və əsassız hesab edərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq he sab edir. Xuliqanlıq cinayətinin və xuliqanlıq niyyətinin şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi təsvirinə görə, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi y er və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır (“B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarı). Eyni müqabildən olan digər qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin yuxarıda təsvir edilmiş hüquqi mövqeyi daha öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da vurğunlanmış, müvafiq olaraq məhkəmələrə tövsiyə edilmişdir ki, onlar diqqətini xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndiri lməsi zəruriyyətinə cəlb etsinlər. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 1, § 3, 23 mart 2004-cü il ). Xuliqanlıq niyyətinin mahiyyəti ilə bağlı məhkəmə tərkibi bu qənaətdədir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyrimüəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığından, qəddarlığından, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq n iyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmanın tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edilməlidir. Qəsdən sağlamlığa ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməlini törətməmişdən əvvəlki, cinayət əməlini törədən zaman və cinayəti törətdikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurma həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Motivin müəyyən edilməməsi əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurma kimi tövsif edilməsinə əsas vermir. Motiv cinayət tərkibinin elementlərindən biridir, hər bir iş üzrə müəyyən edilmiş bütün halların məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Motivin müəyyən edilməməsi tam və hərtərəfli məhkəmə araşdırmasının nəticəsi olaraq ortaya çıxmalıdır. Apellyasiya instansiya məhkəmə kollegiyası Məhkum əməlini xuliqanlıq niyyətinə tövsif etməyə əsas olaraq baş vermiş hadisəni heç bir əsaslı səbəb olmadan törətməsi ilə əlaqələndirmişdir. Halbuki iş materiallarından, təqdim edilmiş ittiham aktının nəticə hissəsinin məzmunundan və məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi Məhkum anası Şahid3 yaşadığı fərdi yaşayış evinə getməyi təklif etmiş, sonuncu getmək istəmədiyindən aralarında sözlə mübahisə yaranmış, Məhkum nalayiq ifadələr işlətdiyindən Zərərçəkmiş şəxs irad bildirmiş, nəticədə onlar arasında sözlü mübahisə yaranmış, mübahisə zamanı Məhkum şüşə su qabını ataraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Şərh edilənlərdən göründüyü kimi baş vermiş hadisənin səbəbi ailə məişət zəminində mübahisə olmuş, məhz həmin səbəb nəticəsində yaranmış mübahisə gedişində cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs Məhkum cinayətkar hərəkətləri ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyma, ətrafdakılara qarşı laqeyidlik ifadə etməklə c əmiyyətə qarşı açıqdan-açığa hörməksizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaya yönəlməmiş, qeyd edilən hərəkətləri olmamış, aralarında yaranmış ailə daxili sözlü mübahisə zamanı hadisələrin inkişaf fonunda cinayət əməlini törətmişdir. Təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Məhkum qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur, onunla Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə gedişində sağlamlığa zərər vurma şəxsi münasibətlər zəminində baş vermiş, xüsusi amansızlıq kimi səciyyələnməmiş və ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Buna görə məh kəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və apellyasiya instansiya məhkəməsi Məhkum əməlinin hüquqi tövsifini müəyyən edərkən səhvə yol verib onun əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsif etmişlər. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya hökmünün dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcuddur, kassasiya şikayətinin dəlilləri isə qismən əsaslıdır. Məhkum əməli Azərbaycan Respublikası 126.2.3 və 126.2.4-cü maddələrindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkum cəza təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sah əsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Kostitutsiya Məhkəməsinin qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ict imai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqlarıgündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkum Masallı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müəddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, N izami Rayon Məhkəməsinin xxxx 2022-ci il tarixli 7(007)-xxx/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 2 (iki) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti 8 dekabr 2022-ci il tarixdə başa çatmış, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Məhkumluğu olan şəxsdir, onun məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən həmin hal cəzanı ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Beləliklə, tə qsirləndirilən şəxs xxx-in məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayətlər törətdiyindən onun bu əməli cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Məhkum residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü - azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmə kollegiyası Məhkum cəzasını müəyyən edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eyni zamanda əməlində cəzanı yüngülləşdırən halların olmamasını, ağırlaşdıran halın (əməlində cinayətin residivinin olması) isə olmasını nəzərə alaraq, təqsirli bilindiyi ma ddənin sanksiyası həddində beş il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Kassasiya məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə müvafiq olaraq hesab edir ki, Məhkum əməlinin tövsifində yol verilmiş səhv aradan qaldırılmalı, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, həmin maddə ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü dəyişdirilməli, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli hökmü verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar