Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-766/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1964-cü ildə Şəmkir rayonunun Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ümvan qeydiyyatda olan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1-ci maddəsi ilə bəraət verilməsi nə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Tural Ələkbərov) X6 CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: N.X (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasımov) verilmiş apellyasiya protesti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə həmin cəza 300 manat cərimə cəzası ilə əvəz olunmasına, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xx xx 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək əvvəlki cəzası tam birləşdirilərək 06 ay azadlıqdan məhrum etmə və 300 manat miqdarında cərimə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 4 gün hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd AB-0617 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ-də 1974-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş, yivli odlu döyüş silahı hesab edilən “Makarov” kons truksiyalı tapançanı və zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd sandığı əldə edib üstündə saxlayıb gəzdirərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Nərimanov parkına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X xx xxxxxx 2019-cu il il tarixdə saat 10:30-da göstərilən ünvanda saxlanılaraq üstünə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan tərəfindən kəmər hissəsinə keçirilmiş və ziyyətdə olan bir ədəd “Makarov” konstruksiyalı tapançanı darağ ilə birlikdə polis əməkdaşlarına təqdim etmiş, həmin tapança və daraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi qeyd edir ki, məhkəmə Xa bəraət verərkən istinad etdiyi sübutlardan biri hal şahidi X14 istifadəsində olan mobil telefonun anten dairəsinin göstəricilərinin təqsirləndirilən şəxsə qarşı əməliyyat tədbirlərinin keçirildiyi xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində əməliyyatın keçirildiyi Bakı şəhəri, Təbriz küçəsindəki parkda deyil, Türkan qəsəbəsində olmasıdır. Dövlət i ttihamçısının fikrincə, Türkan qəsəbəsi ilə əməliyyatın keçirildiyi yer arasında məsafə vaxt baxımından 15-20 dəqiqəlik məsafədir və hal şahidi X1in əməliyyat tədbirində iştirakını istisna etmir. Dövlət ittihamçısı, həmçinin, hesab edir ki, təqsirləndirilən şəxs Xun işin məhkəmə baxışı zamanı verdiyi ifadəsi, yəni onun xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində deyil, xx xxxxxx 2019-cu il tarixdə polis işçiləri tərəfindən tutulması və ertəsi gün Şəmkir rayonuna aparılıb orada “Makarov” tipli tapançanı könüllü təqdim etməsi barədə dediklərinin onun telefonun anten dairələrinin göstəriciləri ilə uyğun gəlməsi də işin hallarına zidd deyildir. Belə ki, ibtidai araşdırma zamanı verdiyi ifadəsində də X göstərir ki, tutulmazdan təxminən bir həftə əvvəl şəxsi işləri ilə əlaqədar Şəmkir rayon una getmiş, və rayonun Mahmudlu kəndində zibillikdən “Makarov” tipli tapança tapıb belinə taxmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yo xlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olara q cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya protestinin məzmunundan göründüyü kimi, orada ibtidai araşdırma orqanı tərəfindən CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X6 əsassız olaraq bəraət verilməsi mübahisə edilir. Hesab olunur ki, Xun əməlində CM-in 228.1-ci maddəsinin tərkibi olsa da, birinci instansiya məhkəməsi əsassız olaraq təqsirliliyi sübut olunmadığı nəticəsinə gələrək ona bəraət vermiş, apelyasiya məhkəməsi də həmin hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən mübahisələndirilən dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün cinayət qanunu normalarının tələblərinə və mənasına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına və Azərba ycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyyələrinə müraciət etməyi zəruri hesab edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmam asını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hall arla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstəril ir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi ə həmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından olan, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ifadəsindən göründüyü kimi, o, onun üzərinə baxış keçirilmədiyini, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə protokolun tərtib edilməsindən iki gün əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mü barizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu, onlara birlikdə Şəmkir rayonunda yerləşən ata evinə getdiyini və sonuncu ünvanda polis əməkdaşları tərəfindən qardaşı oğlu tərəfindən həmin evin həyətində daşın altına qoyulan silahın götürüldüyünü, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokolda göstərildiyi kimi onun üzərinə Bakı şəhərində baxış keçirilməmiş, hal şahidləri olmamış, fiziki təzyiq altında baxış protokoluna imza etdiyini göstərmişdir. Cinayət işinin materiallarında (13-14-cü vərəqlərində) olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əşyaların götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokola əsasən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsində iştirak etmiş və məhkəmə iclasında şahid qismində dindirilm iş, hal şahidləri X10 və X21, həmçinin həmin protokolu tərtib etmiş əməliyyat müvəkkili X16 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında verdikləri ifadələrində X4 üzərinə baxış keçirildiyini, həmin baxışda iştirak etdiklərini və Xun üzərində “Makarov” tipli tapança olduğunu bildirərək, əynində olan göy rəngli cins şalvarının sağ yan tərəfdən kəmərinə keçirilmiş vəziyyətdə olan tapançanı və tapançanın üzərində olan bir ədəd sandıqçanı onlara təqdim etdiyini bildirmişlər. İş materiallarından görünür ki, göstərilən şəxslərin ifadələri ilə təqsirləndirilən şəxs və müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahidlər X8, X11 ifadələri arasında ziddiyyəti aydınlaşdırmaq məqsədilə məhkəmə həmin şəxslərin istifadələrində olan mobil nömrələrin anten dairəsinə və danışıqların siyahısına dair məlumatların mobil operatorlardan götürülməsi barədə qərar çıxarmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatına əsasən hal şahidi X7 istifadəsində olan (055) ***-**-** mobil nömrənin anten dairəsi xx xxxxxx 2019-cu il tarixdə saat 10:34:46-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Zabrat şossesinin sağ kənarında 40 saylı torpaq sahəsi, saat 12:55:24-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, 4 saylı evin arxası olmuşdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatına əsasən hal şahidi X15 istifadəsində olan (070) ***-**-** mobil nömrənin anten dairəsi xx xxxxxx 2019-cu il tarixdə saat 09:06:26-da Bakı şəhəri, Türkan qəsəbəsi, saat 09:21:54 və 09:51:00-da Türkan park (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi b ələdiyyə), saat 14:24:52-də Bakı şəhəri, Türkan qəsəbəsi olmuşdur. “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əşyaların götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokola əsasən müəyyən olunur ki, X1 və üzərinə baxış keçirilməsi isə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən Nərimanov parkında saat 10:05-də başlamışdır. Xun üzərinə baxış saat 10:30-dan saat 10:50-dək aparılmış, protokolun tərtibi isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasında (Dəmirçizadə küçəsi 7) xx xxxxxx 2019-cu il tarixdə saat 11:20-də başlamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən, hal şahidləri cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin t əsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək ücün cəlb edilmiş şəxslərdir. Cinayət-prosessual qanunvericiliyə əsasən hal şahidi öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün qanunla nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün cəlb olunmuş şəxsdir. Hal şahidlərinin cinayət işi üzrə heç bir maraqları olmamalı, yəni neytral mövqedə dayanmalı, müşayiət etdikləri istintaq hərəkətləri ilə bağlı obyektiv həqiqətlərin qeydə alınması ücün cəlb edilməlidirlər. Lakin işdən göründüyü kimi hal şahidlərinin X1in üzərinə baxış keçirilməsi və protokol tərtib edilməsində iştirakı araşdırılan sübutlarla öz təsdiqini tapmır. Belə ki, mobil op eratorlardan daxil olan məlumatların araşdırılması zamanı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X4 üzərinə baxış keçirildiyi vaxt, hal şahidi X10 Maştağa Zabrat şossesinin sağ kənarında 40 saylı torpaq sahəsi (saat 10:34:46) ünvanında olmuşdur. Həmin məlumat X2un Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən Nərimanov parkında saat 10:05-də başlanan əməliyyat tədbirində, o cümlədən saat 10:30-dan saat 10:50-dək Xun üzərinə keçirilən baxışda hal şahidi qismində iştirak etmək imkanını istisna edir. Digər hal şahidi X15 isə saat 09:51:00-da Türkan qəsəbəsində olması müəyyən olunur ki, həmin ünvan həm əməliyyat tədbirinin keçirildiyi, həm də protokolun tərtib edilyi ünvandan fərqlidir. Yəni hal şahidinin olduğu ünvanla protokolun tərtib edildiyi və X4 üzərinə baxışın keçirildiyi ünvanların Bakı şəhərinin ayrı-ayrı rayonlarında olması nəzərə alınarsa, əməliyyat müvəkkili Rasim Səlimovun sözügedən protokolda qeyd etdiyi zaman kəsiklərində Xun üzərinə baxış keçirilməsində həmin hal şahidinin iştirakını təmin etməsi vaxt baxımından mümkün deyildir. Hazırki cinayət işi üzrə Xun üzərinə baxış keçirilməsində hal şahidlərinin iştirak etməməsini təsdiq edən yuxarıda qeyd edilən sübutlara məhkəmə qiymət verərək belə qənaətə gəlir ki, ümumiyyətlə, Xun saxlanılmasında və onun üzərinə baxış keçirilməsində hal şahidlərinin iştirak etməsi sübuta yetirilmir, həmin protokol formal olaraq tərtib olunmaqla imzalanmışdır. Bütün qeyd olunanlar, həmçinin Xun üzərinə baxış keçirilməsi, baxış zamanı silah aşkar edilməsi, həmin baxış zamanı hal şahidlərinin iştirak etm əsi faktlarını şübhə altına qoyur. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, X10 birinci instansiya məhkəmələrinin icraatında olan 11 (hazırki cinayət işi istisna olmaqla) cinayət işi üzrə hal şahidi qismində, X21 isə 2 (hazırki cinayət işi istisna olmaqla) cinayət işi üzrə (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi) hal şahidi qismində iştirak etmişdir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Göründüyü kimi cinayət-prosessual qanunvericilik eyni bir şəxsin həm b ir cinayət təqibi üzrə, həm də müxtəlif cinayət təqibləri üzrə həyata keçirilən istintaq hərəkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşımasını qanunauyğun hesab etmir. Bu isə öz növbəsində aparılmış istintaq hərəkətinin etibarsız hesab edilməsinə əsas olur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz; Cinayət Prosessual Məcəllənin 115.4-cü maddəsinə əsasən həmin Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahi di qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin hal şahidlərinin keçirilmiş başqa, eyni məzmunlu əməliyyat tədbirlərində iştirak etməsinə dair dəlillərini araşdıraraq məhkəmələr düzgün olaraq belə qənaətə gəlmişlər ki, təqsirləndirilən şəxs X4 xx xxxxxx 2019-cu il tarixdə üzərinə hər hansı baxış keçirilməməsi, silah aşkar olunmaması və hal şahidlərinin iştirak etməməsi barədə məhkəmə iclasında verdiyi ifadə həqiqəti əks etdirir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hal şahidləri X7 və X15 ibtidai istintaqda verdikləri və cinayət işində əks olunan ifadələrinin təhlili göstərir ki, bu ifadələr faktiki olaraq eyni cümlələrdən ibarətdir, məzmunları şablon xarakterlidir. Həmçinin, iş materiallarından g örünür ki, təqsirləndirilən şəxs X4 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrənin anten dairə məlumatlarına əsasən müəyyən olunur ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 11:17:58, 11:18:02, 11:18:07, 11:19:46-da ünvan 4 ünvanında olmuşdur. Baxmayaraq ki, “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əşyaların götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokolda həmin zaman intervalı artıq Xun üzərinə baxışın başa çatdığı və Dəmirçizadə 7 ünvanında protokolun tərtib edilməsinə başlanması kimi qeydə alınmışdır. Bu da öz növbəsində məhkəməyə X4 üzərində xx xxxxxx 2019-cu il tarixdə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış əməliyyat tədbirinin keçirilməsini ümumiyyətlə şübhə altına alınması barədə nəticəyə gəlməyə əsas vermiş, məhkəmələr ciddi prosessual pozuntular la həyata keçirilən əməliyyat-axtarış tədbirinin və əşyaların götürülməsini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirmişdir. İş materiallarından görünür ki, məhkəmə istintaqında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş Xun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən həmçinin müəyyən edilmişdir ki, X xx xxxxxx 2019-cu il tarixdə saat 16:27:07-dən saat 20:10:46-dək Goranboy–Şəmkir-Ucar rayonu istiqamətlərində olmuşdur. Bundan başqa, məhkəmə istintaqında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş Xun istifadəsində olan (050) ***-**-** saylı və müdafiə tərəfinin şahidi X5 istifadəsində olan (050) ***-**-** mobil nömrələrin anten məlumatlarına əsasən həmçinin müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 16:27:07- dən saat 20:10:46-dək həmin nömrələr arasında telefon danışıqları həyata keçirilmiş və zəng edən nömrənin, yəni (050) ***-**-** saylı nömrənin Goranboy, Gəncə, Şəmkir, Ucar rayonlarının ərazisində olması müəyyən olur. Qeyd edilən məlumatları nəzərə alan birinci instansiya məhkəməsi haqli olaraq təqsirləndirilən şəxsin odlu silahın polis əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Şəmkir rayonunda olan ata evindən götürməsi barədə ifadəsini inandırıcı hesab edərək verilmiş ittihamın sübut olunmaması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası X4 barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əşyaların götürülməsi istintaq hərəkətinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin kobud prosessual pozuntularla aparılması qə naətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar X4 CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini d övlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Xun təqsirləndirilməsinə dair cinayət işi üzrə gəlinən nəticə doğrudur və dövlət ittihamçısı tərəfindən verilmiş kassa siya protestinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya protestində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin normalarına tam uyğundur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X9 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən sa
Məhkəmə qərarları › İş №1(102)-766/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-766/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver