Məhkəmə qərarları › İş №1(102)-79/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-79/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-79/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Vüsal Bəhram oğlunun, Məhkum, onun müdafiəçiləri – X80nun vəkili X3 və X60nun vəkili X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 06 mart 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət məhkəmə tərkibində) Məhkum(xx xx xx 1988-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan3nun ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 218.2, 28,181.3.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 218.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcə lləsinin 28,181.3.1-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 28,214.2.1 və 28,214.2.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 oktyabr 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin həmin hökmlə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,214.2.1 və 28,214.2.3-cü maddələri ilə məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 06 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.G.Zeynallı, hakimlər V.C.Cəfərov və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi O.Ə.Kazımov, habelə məhkum Ə.İ.İmanovun müdafiəçisi XX66 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2018-ci il tarixli qərarından Məhkumtərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış “X17 Dövləti”nin (İŞİD) tabeliyində olan, X99nın ünvan4ndəki qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən XXX65 ünva n45ndə yaşayan yaxın əlaqəsi olduğu X8 ilə “WhatsApp” proqram təminatı vasitəsilə əlaqə saxlayaraq Azərbaycan Respublikası ərazisində terrorçuluq aktları törətmək niyyətində olduğunu bildirərək, dini radikal mövqedə olan, məhkumluq həyatı yaşamamış və dindar kimi hüquq mühafızə orqanlarının nəzər diqqətinə düşməmiş 6 nəfərdən ibarət mütəşəkkil dəstəni bir araya toplayaraq aralarında əmir (rəhbər) seçilməsinin zəruriliyini qeyd etmiş, sonuncunun əlində mümkün avtomat silahı, digərlərinin qara rəngli maskalardan istifadə etməklə XXX99 terror təşkilatına biyət etmələri (sədaqət andı içmələri), bu prosesin videoçəkilşinin aparılaraq ona göndərilməsini tapşırmış və bundan sonra onların Azərbaycan Respublikasında XXX99 terror təşkilatının bir qolu kimi fəaliyyətlərinə dair həmin terror təşkilatı nın rəhbərliyi tərəfindən tapşırıqlar veriləcəyini bildirmişdir. Bununla əlaqədar, XXX99 terror təşkilatına qoşulmaları ilə bağlı əldə olunmuş cinayət sövdələşməsinə əsasən, XX555 həmfikir radikal dindar əlaqələri olan Məhkum, XX33, şəxsiyyətləri istintaqa XX66 və XX88 adı ilə məlum olan şəxslərlə birlikdə 25 oktyabr 2016-cı il tarixdə XX33un yaşadığı ünvan 2 ünvanında yığışaraq, XXXX75in təlimatına uyğun qaydada XXX99na və onun rəhbərinə sədaqət andı içmələrini bəyan etmiş və buna dair video çəkiliş aparmışlar. Bundan başqa, Məhkum mütəşəkkil dəstənin digər üzvləri XXX65, XX555 və şəxsiyyəti istintaqa XXX XX66 adı ilə məlum olan şəxslə birlikdə planlaşdırdıqları terrorçuluq cinayətlərinin törədilməsində istifadə edilməsi üçün maddi vəsait və silahsursat əldə etmək məqsədi ilə quldurluğa h azırlıq cinayəti törətmək qərarına gəlmişlər. Bu məqsədlə Məhkum və qeyriləri ünvan8də yerləşən XXXX359 adı ilə tanınan ərzaq mağazasının gündəlik alış- verişindən yığılan pul vəsaitlərinin quldurluq yolu ilə ələ keçirilməsini müzakirə etmişlər. Əldə olunmuş razılaşmaya əsasən, Məhkum və qeyriləri 2016-cı ilin oktyabr ayının 25-26 tarixlərində ərzaq mağazası yerləşən ərazinin müşahidələrini aparmış, hər gün saat 23:00 radələrində həmin mağazada mühasib işləyən X1 gündəlik alış-verişdən əldə olunan vəsaitlə mühafizə altında ünvan12də yerləşən 8/15 binanın 2-ci blokuna daxil olaraq yuxarı mərtəbəyə qalxmasını müşahidə etmiş, silah və ya silah qismində istifadə edilə biləcək əşyalar tətbiq etməklə həyat və sağlamlığı üçün təhlükəli olan basqın edilməsinin təfərrüatları, basqın edəcək və pus quda duracaq şəxslərin rol bölgüsü barədə aralarında razılaşma əldə etmiş, lakin cinayət əməllərinin qarşısının alınması istiqamətində keçirilmiş tədbirlər nəticəsində öz iradələrindən asılı olmayan səbəblərə görə törədilməsi nəzərdə tutulan cinayət əməllərini başa çatdıra bilməmişlər. Bundan başqa, Məhkum yaşadığı ünvan9 ünvanına 27 noyabr 2016-cı il tarixdə keçirilmiş baxış zamanı onun istintaqa məlum olmayan vaxtda, mənbədən və şəraitdə əldə etdiyi, saxladığı və daşıdığı döyüş sursatı hesab edilən 1 (bir) ədəd 5,45 mm kalibrli patron aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işinə məhkəmələrdə baxılarkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, insan hüquq və azadlıqları na dair beynəlxalq aktların tələbləri pozulmuş, qondarma ittihama müvafiq olaraq barəsində qeyri – obyektiv qərarlar qəbul edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2018-ci il tarixli qərarının ləğv edilməsini, barəsində ədalətli qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şi kayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində konkret dəlillər gətirmədən əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,181.3.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə irəli sürülmüş uydurma ittiham üzrə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1- 416.0.3, 416.0.6 və 416.0.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını M əhkum aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində heç bir konkret dəlilə müraciət edilmədən irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mörəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz olaraq döyüş sursatı əldə etmə və saxlama cinayəti istisna olmaqla ittihamda göstərilən digər əməlləri törətməsinin müb ahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində Cinayət Məcəlləsinin 218.2, 28,181.3.1, 28,214.2.1, 28,214.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin əlamətlərinin olmaması, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, yəni o cümlədən təqsirləndirilən şəxslər Məhkum və X9 özlərinin ibtidai istintaqda müdafiəçilərin iştirakı ilə verdikləri etirafedici ifadələr, şahidlərin ifadələri, maddi sübutlar, sənədələr, məhkəmə ekspertizalarının rəyləri, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş məlumatlar, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə yanaşı 218.2, 28,181.3.1, 28,214.2.1, 28,214.2.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 218.2, 28,181.3.1, 28,214.2.1, 28,214.2.3, 228.1-ci maddələ ri ilə və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə yuxarıda qeyd olunan cəzaları təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzaları dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2 və 66.3-cü maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Hazırki iş üzrə maddi və prosessual normaların tələblərinin pozuntularına yol verilməməsi məhkumun beynəlxalq aktlarda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının pozulması haqqında iddiasının da əsassız olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və onun müdafiəçilərinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və X9 barəsində olan 06 mart 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və X9 barəsində olan 06 mart 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hafiz Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar