Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-794/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Əhmədova Aygün Şaiq qızının iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 1(105)-501/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, Müəyyən etd i: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin, 23 may 2024-cü il tarixli, 1(124)-43/2024 nömrəli hökmü ilə (hakimlər: F.Hümbətov (sədrlik edən), H.Əliyev və A.Rzayeva) XXXX-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 29 sentyabr 2021-ci tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 17 iyul 2024cü il tarixli qərarı ilə, (hakimlər: R.O.Əsgərova (sədrlik edən), A.İ.İsmayılov və R.Ə.Ağayev) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-43/2024 nömrəli, 23 may 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilmiş, o, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti ve rilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 2021-ci il sentyabr ayının sonlarında gözətçi işlədiyi ünvan 2 ünvanının yaxınlığında tanış olduğu şəxsiyyəti istintaqla müəyyən olunmayan X adlı şəxsi, qalmağa yeri olmadığı və günəmuzd iş axtardığı üçün xahiş etdiyindən gözətçi işlədiyi ünvana aparmış, orada qalmağı üçün şərait yaradaraq pul müqabilində müxtəlif işlərdə fəhlə kimi çalışması üçün köməklik etmiş, bir neçə gün sonra 25 sentyabr 2021-ci il tarixdə günorta saatlarında X adlı şəxsin gözətçi işlədiyi ünvanda qapını gec açdığına, nərdivanı evin açıq olan pəncərəsinə yaxın divara söykəməsinə görə evdə yoxluğundan istifadə edərək oğurluq etdiyini düşünşə də, bu təxəyyülünü dəqiqləşdirmək üçün X adlı şəxsdən hansı səbəbdən qapını gec açması və nərdivanı evin açıq olan pəncərəsinə yaxın divara söykəməsini soruşmuş və sonuncu ona şübhələrinə səbəb olan oğurluq etməsi ilə bağlı olan düşüncələrinin yanlış olmasını və hər hansı bir oğurluq etmədiyi demiş, ilkin olaraq onunla razılaşsa da, sonradan X adlı şəxsin yaşadığı yerdən oğurluq etməsini düşünməsi üçün heç bir səbəb olmadığı halda düşündüklərini həqiqət kimi qəbul edib 28 sentyabr 2021-ci il tarixdə axşam saatlarında birlikdə şam yeməyinə əyləşərkən X xoşağəlməz hərəkətləri səbəbindən aralarında yaranmış mübahisə zamanı oğurluq etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan onu qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 29 sentyabr 2021-ci il tarixdə saat 4-5 radələrində ünvan 2 ünvanında əvvəlcədən həyətdə olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrü fat təyinatlı külüngü götürərək hadisə yerindən qaçmaq istəyən Xin arxasınca atdıqda külüng onun kürək nahiyəsinə dəyərək yerə düşmüş, lakin zərbənin təsiri zəif olduğundan X heç nə olmadan darvaza tərəfə qaçmağa başlamış, o da, külüngü yerdən götürüb Xin arxasınca qaçaraq yenidən hər iki əli ilə külüngdən bərk yapışaraq külüngü X qaçan tərəfə atsa da, külüng dəyməyərək yerə düşmüş və darvazanın bağlı olduğunu görən X sol tərəfə, sanitar qovşağı tərəfə qaçdıqda o, yenidən ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, israrla niyyətini tamamlamaq üçün külüngü yerdən götürüb Xin arxasınca atmış və sonuncu zərbədən üzü üstə yerə yıxılmış, sonra Xin arxası üstə çevrilmək istədiyini görüb öz şəxsiyyətini onun şəxsiyyətinin fövqündə qoyaraq he ç bir əsaslı səbəb olmadan külünglə bir dəfə başının arxasına, bir dəfə də kürəyinə zərbə vurmaqla sonuncunun ölümünə səbəb olan başın sağ gicgah nahiyəsinin 2 ədəd, sağ ənsə-təpə nahiyəsinin 4 ədəd, sol təpə nahiyəsinin 1 ədəd yaraları nəticəsində kəllə qapağı və əsası sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid və sol alın-təpə nahiyəsinin qançır və sıyrıntıları, sol qaşüstü nahiyənin yarası, sağ gözətrafının qançırı, sağ əlin İİİ barmağının orta falanqasının yaraları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirərək şəxsiyyəti istintaq məlum olmayan X adlı şəxsi xuliqanlıq niyyəti İlə qəsdən həyatdan məhrum etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə müəyyən etmişdir ki, təsvir edilən hadisə zamanı Məhkum xuliqanlıq niyyəti ilə hərəkət etməmiş, əksinə zərərçəkmişin qeyri-qanuni hərəkətlərinin təsirindən mübahisə yaranmış və bu mübahisənin davamında baş vermiş qarşılıqlı dalaşma zamanı Məhkum Xi vurub onu qəsdən öldürmüş, yəni Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən öldürdüyü halda, onun əməli əsassız olaraq Azərbaycan Respublikası maddəsindən 120.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət Məcə lləsinin 120.2.2-ci Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15 maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qəymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəm ənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 120.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.2.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələnd irmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hall arla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyası nda nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosesual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin norması xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni nəzərdə tutan 120.2.2-ci maddəsidir. Kassasiya protestinin müəllifi Məhkum hərəkətlərində “xuliqanlıq niyyəti” əlamətinin olması barədə fikrini onunla əlaqələndirir ki, Məhkum şəxsiyyəti istintaqa məlum olmayan zərərçəkmiş “X” adlı şəxsi gerçək səbəb olmadan qəsdən öldürmüşdür. Dövlət ittihamçısından fərqli olaraq, apellyasiya məhkəməsi hesab etmişdir ki, hadisə zamanı Məhkum səbəbsiz, yəni nəyisə bəhanə edərək hərəkət etməmiş, onun davranışını zərərçəkmiş şəxs Xin qeyri-qanuni hərəkətləri şərtləndirmiş (söhbət zamanı Xin Məhkum yaşadığı yerdən oğurluq etməsini düşünməsinin etiraf etməsi) və zərərçəkmiş şəxsin arasında baş vermiş narazılıqlara görə başlamış münaqişənin gedişində o, şəxsi münasibətlər zəminində sonuncunu qəsdən öldürmüşdür. Apellyasiya məhkəməsinin bu qənaəti cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktiki hallara əsaslanır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki: _ X adlı şəx s Məhkum gözətçi işlədiyi bağda qalmaqla, pul müqabilində müxtəlif işlərdə fəhlə kimi çalışaraq sonuncuya köməklik etmiş; _ 25 sentyabr 2021-ci il tarixdə günorta saatlarında X Məhkum gözətçi işlədiyi ünvanda qapını gec açmış, qapı açıldıqdan sonra Məhkum nərdivanın evin açıq olan pəncərəsinə yaxın divara söykəmənmiş vəziyyətdə olduğunu görmüş, bu səbəbdən Xin onun yoxluğundan istifadə edərək oğurluq etdiyini düşünmüş; _ Bu xüsusat əsnasında Məhkumla X adlı şəxsin arasında baş vermiş mübahisə daha sonra münaqişəyə çevrilmiş; _ Hadisə Məhkum bağban - gözətçi kimi işlədiyi bağ evinin həyətində baş vermiş və hadisənin bir başa görən şahidlər olmamış; Hadisənin yuxarıda təsvir olunduğu kimi inkişaf etməsi Məhkum xuliqanlıq niyyəti ilə hərəkət etmədiyini göstərən məlumatlar kimi qəbul etməsinin düzgün olduğunu təsdiq edir. Qeyd olunan xüsusatlar barədə Məhkum verdiyi məlumatlar məhkəmədə baxılmış digər sübutlarla təkzib edilməmiş, əksinə şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Sadalanan və digər sübutlar apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası onların yenidən ətraflı təsvir və şərh edilməsinə zərurət görmür. Məhkəmələrin qiymətləndirməsi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 6-cı bəndində qeyd olunur ki, “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddə si ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”... Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldü rmə cinayətində təqsirli bilinə bilməz”. Qeyd edilən qərarda xuliqanlıq niyyətinə verilmiş təfsiri məhkəmələrin müəyyən edilmiş saydıqları halla – qəsdən adam öldürmənin səbəbsiz və ya cuzi səbəbin bəhanə edilməsi ilə deyil, zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətlərinin təsirindən baş vermiş mübahisənin gedişində şəxsi münasibətlər zəminində törədilməsi ilə müqayisə etdikdə, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində xuliqanlıq niyyətinin olmamasına dair qənaətində haqlı olduğunu müəyyən edilir. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin – xuliqanlıq niyyətinin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Məhkum cinayətkar hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsifini istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməni cinayət olaraq məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi nəzərdə tutmuşdur. Odur ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayətprosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan, kollegiya bu məsələ ilə əlaqədar dövlət ittihamçısının irəli sürdüyü iddia ilə (təqsirkarın əməlinin CM-in 120.2.2-ci maddəsindən qeyd olunan m addəyə tövsif olunmasının məhkəmə səhvi olması barədə fikirlə) və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşmır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 17 i yul 2024-cü il tarixli, 1(105)-501/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 1(105)-501/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-794/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-794/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver