Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-813/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Atakişiyev Gursel Firəddin oğlunun iştirakları ilə, X3 Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1 (021 )-29/2021 nömrəli hökmü ilə (sədrlik edən M.Ə.Allahverdiyev) 04 fevral 1955-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bərdə Doğum evinin həkim mama-ginekoloqu vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan X4 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə mama-ginekoloq vəzifəsini tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə az adlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, Yevlax şəhər ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlə vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsi qərara alınmışdır. Hökmdən zərərçəkmiş şəxs X9 və təqsirləndirilən şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakim Xasməmmədov Elçin İsgəndər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Çingiz Böyükxan oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ləğv edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş, hazırda qüvv ədə olan “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokolun “Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının təcililik təsnifatı”-nın “Təxirəsalınmaz əməliyyatlar kateqoriyası’-nın İ bəndinə əsasən üzərinə qoyulmuş vəzifəni yəni, hamiləlik və ya doğuş zamanı güclü qanaxma, dölün kəskin hipoksiyası uşaqlığın cırılması və ya cırılma təhlükəsi zamanı hamilə qısa müddət ərzində əməliyyat öncəsi hazırlıqdan sonra təcili qeysəriyyə kəsiyi cərrahi əməliyyatına qərar verməli və qərar qəbul olunduqdan sonra ana və dölün həyatı üçün bilavasitə təhlükə olduğundan cərrahi əməliyyat mümkün qədər tez (30 dəqiqədən çox olmamaq şərti ilə) aparılmalı o halda, bunları etməyərək, işinə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq protokolla üzərinə düşən xidməti vəzifələrini lazımı qaydada yerinə yeti rməyərək hamilə qadın kimi qeydiyyata götürüb hamiləliyin növbəti mərhələlərində müayinələrini apardığı Bərdə rayonu, Qaradırnaq kənd sakini X9 xx.xx.2020-ci il tarixdə, saat 06:30-da “35-36 həftə hamiləlik, baş gəlişi, ciftin hissəvi ayrılması, arterial hiperteriziya, anemiya” diaqnozu ilə X22 daxil olduğu halda, həkimlərin birgə konsiliumunu təşkil etməli, hamiləyə doğuşun konservativ yolla deyil, təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırılmalı olduğu halda, bunları etməyərək, hamiləyə ilkin tibbi müdaxilə göstərib daha sonra heç bir hərəkət etməyərək, yalnız 02 saatdan sonra, yəni həmin gün saat 08:30-da doğuşun qeysəriyyə kəsiyi ilə sonlandırılması qərarını verərək hamiləni cərrahi əməliyyat otağına apardığı və həmin vaxt uşaqlıq boynunun tam açıq olması, doğuşun başlaması, döl yanı mayenin getdiyi, dölün baş nahiyəsinin kiçik seqmentlə çanaq çıxacağına pərçimləndiyi üçün gecikdirilmiş cərrahi əməliyyatdan imtina edilmiş, nəticədə həmin gün saat 09:10-da Rufanə Mustafayevanın ölü oğlan uşağı dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarına əsasən iş üzrə əlavə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə Tibbi Ekspertiza və X12” X21 155 saylı 28 aprel 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs adına Bərdə Rayon Doğum Evində tərtib edilmiş doğum tarixinə əsasən o, xx.xx.2020-ci il tarixdə saat 07:30da “35-36 həftəlik hamiləlik. Baş gəlişi. Ciftin hissəvi ayrılması. Arterial hipertenziya. Anemiya” diaqnozu ilə xəstəxananın fiziologiya şöbəsinə daxil olarkən aparılmış USmüayinəsi zamanı döl boylama vəziyyətdə sol yan arxa divarda yerləşmiş, öndə gələn hissə baş, hərəkətli, ürək döyüntüləri (+) 117, aritmik, təxmini çəkisi 2435 qr olmuşdur. Zərərçəkmiş şəxs uşağının ölü doğulmasına səbəb doğuş taktikasının düzgün seçilməməsi və operativ miidaxiiənin vaxtında icra edilməməsi olmuşdur. Buna məsul şəxs müalicə həkimi mama-qinekoloq T.Allahverdiyevadır. Gəncə Apellyasiya Məhk əməsi Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı əsasında keçirilmiş təkrar (komsiyon) məhkəmə-tibb ekspertizasının 26 fevrai 2022ci ii tarixli 42/MEŞ saylı ekspert rəyindən də görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə, saat 09:10-da “35-36 həftəlik hamiləlik, baş gəlişi. Ciftin hissəvi ayrılması. Arterial hipertenziya. Anemiya” diaqnozu ilə yarımçıq ölü dölü doğulmuşdur. Doğuşu başa çatdıran növbətçi həkim olmayan, qeyri iş vaxtında olan mama-ginekoloq T.Allahverdiyeva olmuşdur. Səhiyyə sistemində qüvvədə olan xx.xx.2013-cü il tarixli, 30 saylı qərarla təsdiq edilmiş “Qeysəriyyə kəsiyi üzrə klinik protokolu”na əsasən həkimlərin konsiliumunu təşkil etmək və təxirə salınmaz müdaxilənin birbaşa tibbi göstərişlərində növbətçi həkim olmayan və qeyri-iş vaxtında həki min öhdəliyi ilə bağlı təlimat yoxdur. Zərərçəkmiş şəxs tibbi müdaxiləyə razılıq, qanunvericilikdə müəyyən olunmuş hallarda tibbi müdaxilədən imtina etmək, həkimin razılığını almaqla seçilməsi hüquqları vardır. Belə ki, Zərərçəkmiş şəxs cərrahiyyə əməliyyatından açıq imtina etməsi səbəbindən tibbi yardımın göstərilməməsi, yaxud vaxtında göstərilməməsi müalicə tədbirlərinin təyin olunmasında buraxılmış həkim səhvlərinin subyektiv kateqoriyasına aiddir. Ekspert təcrübəsi göstərir ki, kəskin gedişli xəstəliklərlə bağlı xəstələrin müalicəsi zamanı təcili cərrahi müdaxilələr tələb olunduğu üçün, daha çox səhv cərrah və mama-ginekoloqların müayinə və müalicə işlərində müşahidə olunur. Həkim səhvi və bədbəxt hadisələr həkimin, yaxud digər tibb işçilərinin İnzibati və cinayət məsuliyyətinə cəlb ol unmasına əsas ola bilməz. Məhkəmə apelyasiya baxışı zamanı alınmış ekspert rəyinə əsasən T.Allahverdiyevaya bəraət verilməsi qənaətinə gəlsə də, qeyd edilməlidir ki, həmin ekspert rəyi əvvəlki ekspert rəyləri ilə ziddiyyətli olmaqla mötəbərliliyi şübhə doğurmuş, ziddiyyətli ekspert rəyləri olduğu halda, birtərəfli mövqe tutmaqla müdafiə tərəfinin xeyrinə verilmiş rəyi əsas götürərək hökm çıxartmaqla, tərəflərin çəkişməsi prinsipini pozmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassas iya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, bəraət almış şəxs T.Ə.Allahverdiyevanın göstərilən maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı sübuta yetirildiyindən və protestdə göstərilən digər dəlillər nəzərə alınaraq kassasiya protestinin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Atakişiyev Gursel Firəddin oğlu çıxış edərək, zərərçəkmiş şəxsin xəstəxanaya gec gəlməsinə baxmayaraq bəraət almış şəxs T.Ə.Allahverdiyeva öz üzərinə d üşən bütün vəzifələri yerinə yetirdiyini, heç bir səhlənkarlığa yol vermədiyini və ekspert rəyində də bunun göstərildiyini bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyət lərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 314.2-ci maddəsi i lə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmaması barədə nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.2-cü maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxı şı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Birinci instansiya məhkəməsi X2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsədə, məhkəmə iclasında zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan digər sübutlarla qeyd olunan cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, lakin apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq, sübutları təkrar tədqiq edərək, o cümlədən, təqsirləndirilən və zərərçəkmiş şəxsləri təkrar dindirərək, habelə təkrar məhkəmə-tibb ekspert rəyini tədqiq edərək və digər sübutları nəzərdən keçirib tədqiq edərək haqlı olaraq müəyyən etmişdir ki, X1 ilə bağlı verilmiş ittiham üzrə əməldə cinayət tərkibi yoxdur. Azərbaycan Respublikası CM-n in 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan hərəkətlər başa düşülür. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və.s.) ilə, əmək müqaviləsi ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə vəzifəli şəxsin öz vəzifəsini tam, va xtında və dəqiq icra etməməsi başa düşülür. Burdan anlaşılan odur ki, səhlənkərlıq cinayət əməlini subyekti yalnız vəzifəli şəxsi ola bilər. Gəncə Apellyasiya Məhkəməsi həmin nəticəyə gələrkən, təkrar məhkəmə-tibb ekspert rəyini, təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidlərin ifadələrini təkrar tətqiq edərkən X5 hamiləliyinin 35-36-cı həftəsində olmaqla səhər saat 06 radələrində onun hamiləliyini izləyən Bərdə rayon MX-nın doğum şöbəsinin mamaginekoloqu X3 mobil telefonla zəng edərək uşaqlıq sancılarının başladığını, qanaxması olduğunu bildirməsi və ona yardım etməsini istədiyi, həmin vaxt Tahirə Allahverdiyeva ona dərhal xəstəxanaya müraciət etməsini tapşırması, özü də qeyri-iş vaxtı evində olmasına baxmayaraq, səhər saat 06 radələrində yaşadığı Yevlax rayonundan Bərdə Rayon Mərkəzi xəstəxanasına gəlməsini müəyyən etmişdir. Daha sonra xəstəxanaya gələrkən yolda Ultrasəs müayinəsi həkimi Rasilə Qasımovaya, ixtisasca cərrah mama-ginekoloq olan Şahid2, Şahid7 mobil telefonla zəng etməsi, onun pasiyenti olan Rufanə Mustafayevanın hamiləliyin qanaxması vəziyyətində xəstəxanaya daxil olduğunu bildirib adları çəkilən tibb mütəxəssislərini xəstəxanaya çağırması, çağrılmış həkimlər tərəfindən xəstənin vəziyyəti təhlil edilərək, həmin vaxt başın kiçik çanaq çıxacağında olduğu, cərrahi əməliyyat üçün gec olduğu, əməliyyat yolu ilə hamiləlikdən azad etməyin mümkün olmadığının müəyyən edilməsi, cərrah mamaginekoloq Şahid2 qeyd olunan səbəblərdən xəstənin əməliyyatından imtina etməsi, cərrahi əməliyyat yolu ilə uşağın diri doğulmasının mümkün olmadığını bildirməsi, anest ezioloq Elsevər Abdullayev isə ananın təzyiqinin aşağı olduğunu bildirməsi öz təsdiqini tapmışdır. Bundan başqa işin hallarından görünür ki, cərrəh Şahid2 dölün diri doğulmasının mümkün olmayacağını bildirdikdən sonra hamilə Rufanə Mustafayeva cərrahi əməliyyata qəti şəkildə etiraz etmiş, bir halda ki, uşağı ölü doğulacaqsa, əməliyyata ehtiyac olmadığını və ölü uşağı təbii yolla doğmaq istədiyini bildirmişdir. Ona görə də xəstənin əməliyyata razı olmadığı nəzərə alınmaqla onun təbii doğuş yolu ilə doğması təmin edilmişdir. Beləliklə, hamilə Rufanə Mustafayevada qanaxmanın qeydə alındığı saat 06:30 radələrindən onun ölü uşaq doğduğu 09:10 radələrindədək keçən vaxt ərzində Tahirə Allahverdiyeva özü cərrah olmamasına baxmayaraq, cərrəh mama-ginekoloqun, USM həkiminin, anestezioloqun və əlaqəl i tibb personalının iştirakını təmin etmişdir. Hamilənin vəziyyətinin qiymətləndirilməsi, cərrahi yaxud təbii doğuşla doğması kimi mühüm qərarlar T.Allahverdiyeva tərəfindən çağırılmış bütün həkimlərin iştirakı ilə verilmişdir. Hər bir həkim öz fikrini bildirmiş, nəticədə hamilənin fikri öyrənilməklə həkimlər tərəfindən yekun qərar qəbul edilmişdir. Bundan başqa, iş materiallarında olan təkrar (komsiyon) məhkəmə-tibb ekspertizasının 26 fevral 2022-ci il tarixli 42/MEŞ saylı ekspert rəyindən də görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə, saat 09:10-da “35-36 həftəlik hamiləlik, baş gəlişi. Ciftin hissəvi ayrılması. Arterial hipertenziya. Anemiya” diaqnozu ilə yarımçıq ölü dölü doğulmuşdur. Doğuşu başa çatdıran növbətçi həkim olmayan, qeyri-iş vaxtında olan mama-ginekoloq T.Allahv erdiyeva olmuşdur. Səhiyyə sistemində qüvvədə olan xx.xx.2013-cü il tarixli, 30 saylı qərarla təsdiq edilmiş “Qeysəriyyə kəsiyi üzrə klinik protokolu”na əsasən həkimlərin konsiliumunu təşkil etmək və təxirə salınmaz müdaxilənin birbaşa tibbi göstərişlərində növbətçi həkim olmayan və qeyri-iş vaxtında həkimin öhdəliyi ilə bağlı təlimat yoxdur. Kassasiya protestinin dəlillərinə əsasən məhkəmə kollegiyası onu qeyd edir ki, apellyasiya baxışında təkrar ekspertizanın keçirilməsinə zərurətin ondan irəli gəlmişdir ki, işin hallarında qeyd edilən hadisələr cərəyan edərkən Tahirə Allahverdiyeva növbətçi həkim olmamış, belə olan halda mama-ginekoloq Tahirə Allahverdiyevanın xidməti vəzifələrində olub-olmaması, habelə yaşadığı Yevlax şəhərindən sözügedən xəstəxanaya gələrək həkimlərin konsiliumunu tə şkil etməsi və təxirəsalınmaz müdaxilənin birbaşa tibbi göstərişlərinə əməl etmək səlahiyyətlərində olub-olmaması barədə əvvəlki ekspert rəylərində heç bir münasibət bildirilməmişdir. Bundan başqa kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə istintaqında dindirilən rəy vermiş həkim-ekspert Ceyhun Allahverdiyev ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, həkim səhvi dedikdə, tibb elminin hazırki vəziyyətinin və onun müayinə metodlarının mükəmməl olmaması yaxud, nə metodlarının mükəmməl olmaması yaxud, həkimin bilik səviyyəsinin və təcrübəsinin az olması səbəbindən həkimin vicdanla yanılması nəzərdə tutulur. Məhkəmə-tibb təcrübəsində həkim səhvi həkimlərin bilik səviyyəsinin və təcrübəsinin kifayət qədər olmaması ilə əlaqələn dirilir. Həkim səhvləri təcrübədə həkimlərin fəaliyyətində də rast gəlinir. Medikamentoz və digər müalicə tədbirlərinin təyinatı üzrə cərrahi müdaxilələr və digər müalicə tədbirləri ilə əlaqədar həkim səhvləri həm obyektivlazımi aparatların və dərmanların olmaması, həm də subyektiv-həkimin təcrübəsizliyi, xəstənin qohumlarının vaxtında əməliyyata razılıq verməməsi və s. hesab olunur. Bundan başqa, səhiyyə sistemində növbətçi olmayan həkim barəsində qeyri iş saatı ilə bağlı hər hansı təlimat yoxdur. Lakin, Tahirə Allahverdiyeva həkim kimi öz imkanları dairəsində lazımi tədbirləri görüb, üzərinə düşən vəzifələri yerinə yetirib. Müalicə həkiminin səlahiyyətləri anemniz toplanması, xəstəyə kliniki baxışı keçirilməsi, laborator üsullar üçün ondan hər bir analizlər götürülməsi, rəhbərliyə məluma t verilməsidir ki, bu baxımdan Tahirə Allahverdiyevanın etdikləri qənaətbəxşdir. Qanaxma başlaması ciftin ayrılması deməkdir ki, bu zaman da 30 dəqiqə ərzində xəstəyə yardım göstərilməlidir. X17 xəstəxanaya gələnə qədər bu müddət artıq ötmüşdü və hipoksiya öz işini görmüşdü. Cift uşaqlıqla uşaq arasında qidalandırıcı orqandır, deməli, cift ayrılıb qanaxma başlıyıbsa, ilk 30 dəqiqə ərzində yardım göstərilməyibsə, ürək döyüntüsünün olması uşağın sağ olması demək deyil. Ürək döyüntüsünün 120-dən aşağı olması halı ölümlə nəticələnir. Həmçinin qeyd etdi ki, belə hallarda xəstənin fikri soruşulur. Onun fikri önəmlidir, yalnız vacib hallarda xəstənin fikrini soruşulmadan müdaxilə edilə bilər. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Tahirə Allahverdiyev anın əməlində cinayət tərkibinin olmasını sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Bu səbəbdən də, ittiham tərəfinin əsaslandığı sübutlar məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin hökmünü kassasiya protesti və kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsi cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittiham üzrə əməldə cinayət tərkibinin olmasına dair aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş yuxarıda sadalanan dəlillər Tahirə Allahverdiyevanın barəsində bəraət hökmü çıxarılmasına dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə hökmün qanuniliyini şübhə altına almağa ə sas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qa ldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəx sin xeyrinə təfsir edilməlidir. CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarınd an məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində apelyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və hökmün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair apellyasiya instansiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X2 əməlində cinayət tərkibinin olmaması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-813/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-813/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver