Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-815/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1985-ci il tarixdə Bərdə rayonunun Əmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mingəçevir (hazırda Bərdə) regional bölməsinin rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Əmirli kəndində yaşayan, CM-nin 311.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə və barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 15 aprel 2019-cu il tarixli, K/179 nömrəli əmri ilə Mingəçevir (hazırda Bərdə regional bölməsi) regional bölməsinin rəisi vəzifəsinə təyin edilib, həmin vəzifə də işləyərkən, AQTA-nın yerli bölmə rəhbərlərinin qulluq funksiyalarının ikinci bəndində ona həvalə edilmiş “qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini regional bölmənin əhatə dairəsində təşkil etmək” səlahiyyətlərinin icrası ilə əlaqədar olaraq 2019- cu ilin avqust ayında, istintaqa məlum olmayan tarixdə bölmənin xidməti ərazisi sayılan Bərdə rayonu, Kələntərli qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs işlətdiyi pendir istehsalı ilə məşğul olan müəssisədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğ unun təmin edilməsi məqsədi ilə fəaliyyət yoxlanmasını həyata keçirmək” görüntüsü yaradıb hər hansı akt və ya digər rəsmi sənəd tərtib etmədən qanunsuz yoxlama (reyd) təşkil edərək müəssisənin qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığını müəyyən edərək qeyd olunan qanunun 7.3-cü maddəsinin tələblərinə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida məhsulları sahəsində fəaliyyət göstərməsi qadağan olduğundan qulluq funksiyalarının üçüncü bəndində ona həvalə edilmiş “regional bölmənin əhatə dairəsində baytarlıq və fitosanitar nəzarəti haqqında qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısını almaq məqsədi ilə səlahiyyətləri daxilində qərar qəbul etmək” səlahiyyətindən istifadə edib müəssisənin fəaliyyətinin dayandırılmasına şifahi göstəriş verməklə istəyinə nail olduqdan sonra, xidmət üzrə ümumi himayədarlıq edərək müəssisənin fəaliyyətini bərpa etmək müqabilində yəni, vəzifəli şəxs olaraq qanunsuz hərəkətlərə görə şəxsən 1200 (bir min iki yüz) manat məbləğində maddi nemət olan pulu rüşvət qismində Zərərçəkmiş şəxs şəxsən istəmiş, cinayət əməlinin davamı olaraq Zərərçəkmiş şəxslə aralarındakı razılaşmaya əsasən sonuncunun cinayət barəsində əvvəlcədən məlumatı olmayan Şahid1 ona çatdırması üçün verdiyi 1200 (bir min iki yüz) manat pulu Bərdə rayonu, Şirvanlı kəndi ərazisində Şahid1 rüşvət qismində aldıqdan sonra sözügedən sexin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğuns uz olduğu halda fəaliyyət göstərməsinə icazə vermişdir. Hökmdən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxmış Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Hüseynov Salman Bilal oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 21 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət i ttihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsininin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gələrkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, bu cinayətin nəticəsini, törədilməsi halını, şəraitini, məqsədini və motivini, məhkumun şəxsiyyətinə aid olan halları, cinayətin törədilməsi zamanı davranışını düzgün qiymətləndirməmiş və ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cinayət cəzalarının təyin edilməsi prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyini, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə ünvanlanmış tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən hallan düzgün müəyyən etməmiş, nəticədə məhkuma açıq-aşkar yüngül cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu haqda olan hökmü dəyişdirmədən saxlamışdır. Kassasiya protestinin müəllifi qeyd etmişdir ki, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkələrə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birb aşa yolla maddi nemət olan pulu rüşvət qismində şəxsən istəyib, vasitəçidən istifadə etməklə həmin maddi nemət olan pulu alması təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyini artıran amillərdir. Məhkəmələr Məhkum himayəsində bir azyaşlı uşağının olmasın,ı həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünü təqsirli bilməklə, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, Qida Təhlükəsizliyi Agentliyindəki vəzifəsindən azad edildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”ndə əvvəlcə Plan-iqtisadiyyat şöbəsində iqtisadçı, sonra isə Maliyyə şöbəsində iqtisadçı vəzifəsində işləməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsalarda, bu hallar Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas verməmiş. Həmçinin, məhkəmələr Məhkum yaşayış veri üzrə müsbət xarakterizə olunmasının, Qida Təhlükəsizliyi Agentliyindəki vəzifəsindən azad edildikdən sonra digər vəzifələrdə işləməsinin cəzasını yüngülləşdirən hallar kimi nəzərə almalarını öz yekun məhkəmə aktlarında əsaslandırmamış, müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların nədən ibarət olması izah edilməmiş, Məhkum təyin olunmuş cəza ilə sosial ədalət bərpa olunmamış, yüngül cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınm asına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Beləliklə, məhkəmə Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq edib ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin isə yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə m üraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.N.Alıkişiyev apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kas sasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, s übutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya in stansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həm çinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edlməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və v ətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasyia protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin protestin məzmununa görə, onun müəllifi olan dövlət ittihamçısı R.N.Alıkişiyev öz müraciətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsrli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən sonuncunun barəsində cəza təyininə münasibətdə qanunsuz və əda lətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi, əməlinin hüququ tövsifi və bu kimi digər məsələlərlə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir, eyni zamanda vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı və cəzanın məqsədlərinə xidmət etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxs iyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki,CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 1 45.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, belə tələb apellyasiya müraciətləinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestininin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət-hüquqi xarakterli digər tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olm alı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutla rın məcmusu ilə əsaslandırsın. Qanuknvericiliyin bu tələblərinə həmçinin təqsirkarın barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin itətbiq edilməsi zamanı da əməl olunmalıdır. “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şər h edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qan unvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, t örədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsin ə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xi dmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı g östərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidir lər. Qərarın 53-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az və ya həmin maddədə müəyyən ediləndən daha yüngül növdə cəza təyin edilirsə və yaxud təyin edilməsi məcburi olan əlavə cəza təyin edilmirsə hökmün nəticəvi hissəsində bu cəzanın CM-nin 62-cı maddəsi tətbiq olunmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təyin edildiyi göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarından məhkəmə tərəfindən yuxarıda təsvir edilmiş tələblərə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında ifadə etdiyi hüquqi mövqeyə, habelə Ali Məhkəmənin Plenum Qərarl arında əksini tapmış izah və tövsiyələr əməl edilməsi görünmür və həmin qərarın kifayət qədər əsaslandırılmış olması barədə fikir yürütmək mümkün deyil. Belə ki, iş materiallarına əsasən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları da daxil olmaqla, Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 15 aprel 2019-cu il tarixli, K/179 nömrəli əmri ilə Mingəçevir (hazırda Bərdə regional bölməsi) regional bölməsinin rəisi vəzifəsinə təyin edilib, həmin vəzifədə işləyərkən, AQTA-nın yerli bölmə rəhbərlərinin qulluq funksiyalarının ikinci bəndində ona həvalə edilmiş “qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini regional bölmənin əhatə dairəsində təşkil etmək” səlahiyyətlərinin icrası ilə əlaqədar olaraq 2019 -cu ilin avqust ayında, istintaqa məlum olmayan tarixdə bölmənin xidməti ərazisi sayılan Bərdə rayonu, Kələntərli qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs işlətdiyi pendir istehsalı ilə məşğul olan müəssisədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyət yoxlanmasını həyata keçirmək” görüntüsü yaradıb hər hansı akt və ya digər rəsmi sənəd tərtib etmədən qanunsuz yoxlama (reyd) təşkil edərək müəssisənin qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi baxım ından dövlət qeydiyyatına alınmadığını müəyyən edərək qeyd olunan qanunun 7.3-cü maddəsinin tələblərinə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida məhsulları sahəsində fəaliyyət göstərməsi qadağan olduğundan qulluq funksiyalarının üçüncü bəndində ona həvalə edilmiş “regional bölmənin əhatə dairəsində baytarlıq və fitosanitar nəzarəti haqqında qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısını almaq məqsədi ilə səlahiyyətləri daxilində qərar qəbul etmək” səlahiyyətindən istifadə edib müəssisənin fəaliyyətinin dayandırılmasına şifahi göstəriş verməklə istəyinə nail olduqdan sonra, xidmət üzrə ümumi himayədarlıq edərək müəssisənin fəaliyyətini bərpa etmək müqabilində yəni, vəzifəli şəxs olaraq qanunsuz hərəkətlərə görə şəxsən 1200 (bir min iki yüz) manat məbləğində maddi nemət olan pulu rüşvət qismində Zərərçəkmiş şəxs şəxsən istəmiş, cinayət əməlinin davamı olaraq Zərərçəkmiş şəxslə aralarındakı razılaşmaya əsasən sonuncunun cinayət barəsində əvvəlcədən məlumatı olmayan Şahid1 ona çatdırması üçün verdiyi 1200 (bir min iki yüz) manat pulu Bərdə rayonu, Şirvanlı kəndi ərazisində Şahid1 rüşvət qismində aldıqdan sonra sözügedən sexin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunsuz olduğu halda fəaliyyət göstərməsinə icazə vermişdir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından həmçinin görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 311.2-ci maddəsində nəzərdə tutulmuş, yəni vəzifəli şəxs tərəfindən qanunsuz hətəkətlərə görə rüşvət alma cinayəti kimi qiymətləndirmişlər. CM-nin 15.4-cü maddəsinə əsasən Məhkum törətdiyi bu cinayət ağır cinayətlər kateqoriyasına aiddir, onun təqsirli bilindiyi CM-nin 311.2-ci maddəsinin sanksiyasında isə beş ildən on ilədək azadlıqdn məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbl ərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun Qərarındakı izah tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası törədilmiş cinayətin halları ilə yanaşı Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları hallara da müraciət etməyi zəruri bilir. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmünə görə, məhkəmə Məhkum onun təqsirli bilindiyi CM-nin 311.2-ci maddəsinə əsasən cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – onun himayəsində bir azyaşlı uşağının olmasını, həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında özünü təqsirli bilməklə t örətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, Qida Təhlükəsizliyi Agentliyindəki vəzifəsindən azad edildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”ndə əvvəlcə Planiqtisadiyyat şöbəsində iqtisadçı, sonra isə Maliyyə şöbəsində iqtisadçı vəzifəsində işləməsini (bu halların hamısı iş üzrə toplanmış və araşdırılmış sübatlarla təsdiq olunur), iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə aldığını, digər tərəfdən isə bu halların məcmusunu müstəsna hallar kimi qəbul etdiyini göstərmişdir. Bununla da həmin məhkəmə göstərilən hallara əsaslanaraq Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini mümkün bilib ona CM-nin 311.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə həmin növdə cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməy ə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalı dır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstər ir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayət lə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında n əzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin düzgün olması barədə fikir yürütmək üçün kifayət etmir. Əvvəla, cinayət işinin materialları ilə Məhkum ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətdikdən sonra könüllü gəlib təqsirli boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi müəyyən olunmur və belə olduqda onun təqsirli bilindiyi cinayəti törətdikdən sonra həmin cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı müsbət davranışından söhbət gedə bilməz. Məhkum tərəfindən törədilən CM-nin 311-ci maddəsində nəzərdə tutulan rüşvət alma cinayəti korrupsiyanın ən geniş yayı lmış və ictimai təhlükəli təzahür formalarından biridir və bu cinayətin ictimai təhlükəlilıyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. CM-nin 311.1-ci maddəsinə görə, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cinayət hesab edilir. CM-nin 311.2-ci maddəsində isə vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma bu cinayətin ağırlaşdırıcı tərkib əlaməti kimi nəzərdə tutulmuşdur. Rüşvət alma (passiv rüşvətxorluq) cinayəti formal tərkibli cinayətdir və rüşvət istənildiyi və ya alındığı andan bitmiş hesab edilir. Rüşvət alma cinayətinin obyekt dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyr-kommersıya təşkilatlarında qulluğun normal keçirilməsini təmin edən ictimaimünasibətlərdir. Avropa Şurasının 27 yanvar 1999-cu il tarixli «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» Konvensiyasını 3-cü maddəsinə əsasən hər bir tərəf, onun istənilən dövlət vəzifəli şəxsi tərəfindən, öz funksiyalarını yerinə yetirdiyi zaman hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə, bu şəxsin özü və ya istənilən digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyri-qanuni üstünlüyün istənilməsini və ya alınmasını, yaxud da bu cür üstünlük təklifinin qəbul edilməsini və ya ona vəd edilməsini, bu, qəsdən edildikdə, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Həmin Konvensiyanın 19-cu maddəsinə əsasən bu Konvensiyaya uyğun olaraq tövsif edilmiş cinayət hüquqpozmalarının ağırlığını nəzərə alaraq, hər bir tərəf, 2-14-cü maddələrə uyğun olaraq tövsif edilmiş həmin cinayət hüquqpozmalarına münasibətdə səmərəli, mütənasib və çəkindirici sanksiya və tədbirlər nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik adı çəkilən Konvensiyanın tələblərinə uyğun olaraq CM-nin 311.2-ci maddəsində göstərilən cinayətləri törətmiş şəxslərin bu əməllərə görə təqsirli bilindikləri halda sərt cəzalandırılmal arını müəyyən etsə də, hazırki işə baxan məhkəmələr Məhkum həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsini, buna əsas kimi nəzərə aldıqları halların onun törətdiyi cinayətin ictimai təhlükəliliyini azaldan müstəsna hallar kimi qiymətləndirmələrini və bu halların onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsas yaratmasını istər hökmdə, istərsə iş üzrə qəbul edilmiş yekun qərarda kifayət qədər və inandırıcı şəkildə əsaslandırmamış, hətta işə birinci instansiya məhkəməsində baxılarkən Məhkum əvvəllər məhkum olunmaması barədə arayış istisna olmaqla istinad etdikləri hallara dair sübutları tədqiq belə etməmiş, apellyasiya instansiyası məhkəməsi də apellyasiya protestinə məhkəmə istintaqı aparmadan baxmaqla eyni nöqsana yol vermişdir. Halbuki, cinayət-prosessual qanunvericiliyin normalarına və bu normalar üzərində qurulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, habelə Ali Məhkəmənin öz qərarlarında məhkəmələrə etdiyi tövsiyələr görə, məhkəmənin hökmü (apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) yalnız məhkəmə iclasında tam, hərtərəfli və obyektiv olaraq məhz məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş sübutlara əsasən çıxarılır. Beləliklə, mübahisəsizdir ki, məhkəmələr bir tərəfdən CM-nin 62-ci maddəsinin müddəalarına və hazırki qərarda həmin maddənin tətbiq edilməsi əsaslarına dair verilmiş təfsirə, digər tərəfdən isə prosessual hüquq normalarnın da tələblərinə tam əməl eməyərək, qanuna müvafiq qaydada lazımi əsaslandırma aparmadan Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az müddətə - 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mümkün hesab etmişlər. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsinə münasibət bildirilərkən CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edir, bu pozuntunu həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi görür və buna görə də kassasiya protestinin dəlilləri ilə razılaşaraq həmin protestin təmin edilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını, həmin iş üzrə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarını kassasiya protestinin dəlilləri ilə əlaqəli şəkildə t əhlil edərək, məhkəmə iclasında isə kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməli, Məhkum CM-nin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci qərarı ləğv edilməli və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi ci nayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhk əmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-815/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-815/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver