Məhkəmə qərarları › İş №1(102)-826/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-826/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-826/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmü ilə Məhkumnın Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisi X14 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.V.Kərimov) Məhkum, xx xxxxxx il tarixdə Bərdə rayonunun Böyük Göyüşlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, heç yerdə işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçək mə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 15 oktyabr 2018-ci il tarixdə sinif yoldaşı və dostluq münasibətində olduğu X8 birlikdə ova getmək təklifi ilə yaşadıqları Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində razılaşmış, X22 qanuni istifadəsində olan 12 çaplı “Baykal” markalı, tək lüləli, MP-156 seriyalı, ********** nömrəli yivsiz ov tüfəngi ilə, o isə Yaşar X1 alıb ona verdiyi, qanuni şəkildə qeydiyyatda olmayan, atəş açmaq üçün yararlı, tətiyinə yüngül təsir etməklə, həmçinin tətiyinə toxunmadan öz-özünə atəş açılması mümkün olduğunu bildiyi, Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli “Xidməti və Mülki silah haqqında Qanun”unun 9-cu maddəsində nəzərdə tutulm uş qaydada mülki silahın əldə edilməsi tələbinə və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma qaydları”nın 2.3.5-ci maddəsində nəzərdə tutulmuş başqasının silahı ilə ov etmənin qadağan olması tələbinə zidd olaraq 16 kalibrli, «İJK» modelli, K 15672 №-li təklülə yivsiz ov tüfəngi ilə silahlanmış, 15 oktyabr 2018-ci il tarixdə, saat 14 radələrində Bərdə rayonu Sərkarlar kəndi ərazisində yerləşən yonca bitkisi əkilmiş sahəyə gəlmiş, X22 torpaq yol ilə, o isə yonca bitkisi əkilmiş sahəyə düşüb kol bitkilərinin çoxluq təşkil etdiyi istiqamətdə paralel şəkildə irəliləmiş, bu zaman həmin istiqamətdə yovşanlığın içərisində, ondan 10 metr məsafədə olan bildirçini gör müş, həmin vaxt X22 bildirçindən sağ tərəfdə 3 metr məsafədə, ondan isə 13 metr 60 sm məsafədə üzü ona tərəf dayanmış vəziyyətdə olmuş, quş havaya qalxdığından “Xidməti və Mülki silah haqqında Qanun”un 16-cı maddəsinin İ bəndində nəzərdə tutulmuş “odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxslər tətbiq edə bilərlər” tələbini, Vİİ bəndində nəzərdə tutulmuş kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə odlu silahın tətbiq edilməsinin qadağan olması tələbinə və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydları” nm 6.3-cü maddəsində gös tərilmiş texniki cəhətdən yararsız olan silahların istifadə edilməsinin qadağan olması tələbinə əməl etməyib lazimi diqqət və ehtiyatlılıq göstərərək qırmaların X22yə dəyəcəyini bilməli və görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib tətiyinə toxunmadan öz-özünə atəş açılmasının mümkün olduğunu bildiyi tüfəngin qundağını sağ çiyninin üzərinə qoyub tüfəngin lüləsini quşun istiqamətində dayandığı yerdən sol tərəfə fırlamaq istəmiş, ancaq qundağın çiyninə dəyməsi nəticəsində atəş açılaraq qırmaların ehtiyatsızlıqdan X22yə dəyərək sonuncuya sağ İV-V qabırğaların sınıqları, daxili üzvlərinürək, ağciyər, qaracıyər, mədə, bağırsaq və bağırsaq müsariqələrinin yaralanmaları ilə döş qəfəsi və qarın nahiyələrinin daxilə keçən və keçməyən, hər iki qalçaüstü, sol bazu, sol dirsək oynağı nahiy ələrinin çoxsaylı kor, sol said nahiyəsinin 2 ədəd toxunub keçən zədələri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, X13 aldığı xəsarətlər nəticəsində hadisə yerində ölmüş, bununla da Məhkum ehtiyatsızlıqdan X22ni öldürmüşdür. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X23 və məhkumun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrli edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 07 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəm əsinin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X23 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin normalarına istinad edən zərər çəkmiş şəxsin hüquqi varisi X23 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış, iş üzrə sübutlara düzgün qiymət verməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. X23 kassasiya şikayətində həmçinin bildirir ki, Məhkum onun oğlu X24ni aralarında olan ədavətə görə qəsdən öldü rmüş, məhkumun əməli düzgün tövsif edilməmiş və nəticədə ona həddindən artıq yüngül cəza təyin edilmişdir. Bu səbəbdən zərərçəkmiş şəxsin hüquqi varisi X23 apellyasiya instansiya məhkəməsinin qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X23 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittih amçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və zərər çəkmiş şəxsin hüquqi varisinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, zərər çəkmiş şəxsin hüquqi varisi X23un kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr əhəmiyyətli sübutları araşdırılmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkumun əməli CM-nin 124.1-ci maddəsi ilə düzgün tövsif edilməmiş və nəticədə ona yüngül cəza təyin edilmişdir. Bununla da, zərər çəkmiş şəxsin hüquqi varisi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 v ə 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquq varisi X23un şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiall arını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə biri nci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi ola raq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansi yası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiym ət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CM-nin 3-cü maddəsinin tələbinə görə,yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslan a bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə ra zılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. İşə birinci instansiyası məhkəməsində baxılarkən X23 heç bir əsaslı dəlil irəli sürmədən və hər hansı mötəbər sübuta istinad etmdən məhkəməyə bilavasitə təqdim etdiyi deyil, ünvanlandığı ərizəsində Məhkum tərəfindən onu n oğlunun ehtiyatsızlıqdan yox, qəsdən öldürülməsini iddia edərək təqsirləndrilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında vəsatət qaldırmışdır. İş üzrə hər hansı qanun pozuntusuna yol verilmədən ibtidai araşdırma zamanı toplanmış və özünün də araşdırdığı sübutların məcmusundan çıxış edən birinci instansiyası məhkəməsi həmin vəsatətlə razılaşmayan dövlət ittihamçısının və müdafiə tərəfinin qeyd edilən vəsatətə münasibətdə mənfi rəylərini dinləyib zərər çəkmiş şəxsin hüquqi varisinin vəsatətinin təmin edilməsini mümkün bilməmiş və həm araşdırılmış sübutlara, həm də cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarının tələblərinə əsaslanaraq ibtidai araşdırma orqanı tərəfindən Məhkum elan olunmuş ittihama uyğun olaraq işin faktiki hallarını belə müəyyən etmişdir ki, Məhkum 15 oktyabr 2018-ci il tarixdə sinif yoldaşı və dostluq münasibətində olduğu X8 birlikdə ova getmək təklifi ilə yaşadıqları Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində razılaşmış, X22 qanuni istifadəsində olan 12 çaplı “Baykal” markalı, tək lüləli, MP-156 seriyalı, ********** nömrəli yivsiz ov tüfəngi ilə, o isə X1 alıb ona verdiyi, qanuni şəkildə qeydiyyatda olmayan, atəş açmaq üçün yararlı, tətiyinə yüngül təsir etməklə, həmçinin tətiyinə toxunmadan öz-özünə atəş açılması mümkün olduğunu bildiyi, Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli “Xidməti və Mülki silah haqqında Qanun”unun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada mülki silahın əldə ed ilməsi tələbinə və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma qaydları”nın 2.3.5-ci maddəsində nəzərdə tutulmuş başqasının silahı ilə ov etmənin qadağan olması tələbinə zidd olaraq 16 kalibrli, «İJK» modelli, K 15672 №-li təklülə yivsiz ov tüfəngi ilə silahlanmış, 15 oktyabr 2018-ci il tarixdə, saat 14 radələrində Bərdə rayonu Sərkarlar kəndi ərazisində yerləşən yonca bitkisi əkilmiş sahəyə gəlmiş, X22 torpaq yol ilə, o isə yonca bitkisi əkilmiş sahəyə düşüb kol bitkilərinin çoxluq təşkil etdiyi istiqamətdə paralel şəkildə irəliləmiş, bu zaman həmin istiqamətdə yovşanlığın içərisində, ondan 10 metr məsafədə olan bildirçini görmüş, həmin vaxt X22 bildirçindən sağ tərəfdə 3 metr məsafədə, ondan isə 13 metr 60 sm məsafədə üzü ona tərəf dayanmış vəziyyətdə olmuş, quş havaya qalxdığından “Xidməti və Mülki silah haqqında Qanun”un 16-cı maddəsinin İ bəndində nəzərdə tutulmuş “odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxslər tətbiq edə bilərlər” tələbini, Vİİ bəndində nəzərdə tutulmuş kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə odlu silahın tətbiq edilməsinin qadağan olması tələbinə və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydları” nm 6.3-cü maddəsində göstərilmiş texniki cəhətdən yarars ız olan silahların istifadə edilməsinin qadağan olması tələbinə əməl etməyib lazimi diqqət və ehtiyatlılıq göstərərək qırmaların X22yə dəyəcəyini bilməli və görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib tətiyinə toxunmadan öz-özünə atəş açılmasının mümkün olduğunu bildiyi tüfəngin qundağını sağ çiyninin üzərinə qoyub tüfəngin lüləsini quşun istiqamətində dayandığı yerdən sol tərəfə fırlamaq istəmiş, ancaq qundağın çiyninə dəyməsi nəticəsində atəş açılaraq qırmaların ehtiyatsızlıqdan X22yə dəyərək sonuncuya sağ İV-V qabırğaların sınıqları, daxili üzvlərinürək, ağciyər, qaracıyər, mədə, bağırsaq və bağırsaq müsariqələrinin yaralanmaları ilə döş qəfəsi və qarın nahiyələrinin daxilə keçən və keçməyən, hər iki qalçaüstü, sol bazu, sol dirsək oynağı nahiyələrinin çoxsaylı kor, sol said nahiyəsinin 2 ədəd toxunub keçən zədələri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, X13 aldığı xəsarətlər nəticəsində hadisə yerində ölmüş, bununla da Məhkum ehtiyatsızlıqdan X22ni öldürmüşdür. CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinin tələblərindən görünür ki, məhkəmə baxışı za manı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. CPM-nin 318.1 və 318.2-ci maddələrində təsbit edilmiş normal arın təhlili göstərir ki, əvvəla məhkəmə cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır və onun öz təşəbbüsü ilə təqsirləndirilən şəxsə daha ağır ittihamın elan edilməsi üçün cinayət işini və ya sadələşdirilmiş icraat materialarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, yaxud da təqsirləndirilən şəxs barəsində ona elan edilməmiş daha ağır ittiham üzrə hökm çıxarmaq və ya qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsə qarşı daha ağır ittihamın irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısını vəsatətinin təmin edilməsinə dair tələb imperativ xarakter daşıdığı halda, bu haqda zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsi qaldırdığı vəsatət üzrə qərarın qəbul edilib-edilməməsi məsələsi dövlət ittihamçısının rəyi nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən həll edilir. Yəni məhkəmə belə vəsatətin həm təmin edilməsi, həm də rədd olunması haqda qərar qəbul edə bilər və belə qərardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kmi, birinci nstansiya məhkəməsi prosessual hüquq normalarının yuxarıda göstərilən tələblərini pozmayaraq çıxardığı 06 sentyabr 2019-cu il tarixli hökmlə Məhkum CM-nin 124.1-ci maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) elan olunmuş itttiham daxilində işə baxıb onun həmin maddə i lə təqsirli bilənərək cəzalandırılması barədə ittiham hökmü çıxarmışdır. İşin müəyyən olunmuş bu faktiki hallarından çıxış edərək və cinayət qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum şərh olunan əməlinin qəsdən adam öldürmə cinayəti kimi qiymətləndirməsi heç bir əsas görmür. Məhkəmə kollegiyası ilk növdəbə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi nə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərardakı mövqeyi də məhkəmə kollegiyasının hazırki iş üzrə mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin Qərarın 2-ci bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin say ı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, iş üzrə şahid qismində dindirilmiş çoxsaylı şəxslərin ifadələrindən görünür ki, həm məhkum olunmuş şəxslə mərhum X24, həm də ki onların ailələri arasında heç bir münaqişə və ədavət olmamışdır, onlar bir-birinin evinə qonaq getmiş, hadisə baş verən gün isə məhz X24 Məhkum ov etməyə dəvət etmiş və atəş açılmış nasaz tüfəngi də X17 alıb Məhkum vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istər bu hallar, istərsə də tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu Məhkum X24ni qəsdən öldür mək niyyətində olmasına və bu niyyəti həyata keçirmək üçün ona qəsdən tüfəngdən atəş açıb sonuncunun həyatdan məhrum edilməsinə səbəb olmuş xəsarətlər yetirməsinə heç də dəlalət etmir. Məhkum tərəfindən törədilmiş əməlin yuxarıda təsvir edilən hallarından göründüyü kimi, o, texniki cəhətdən yararsız olan silahların istifadə edilməsinin qadağan olması tələbinə əməl etməyib lazimi diqqət və ehtiyatlılıq göstərərək qırmaların X22yə dəyəcəyini bilməli və görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib tətiyinə toxunmadan özözünə atəş açılmasının mümkün olduğunu bildiyi tüfəngin qundağını sağ çiyninin üzərinə qoyub tüfəngin lüləsini quşun istiqamətində dayandığı yerdən sol tərəfə fırlamaq istəmiş, ancaq qundağın çiyninə dəyməsi nəticəsində atəş açılaraq qırmaların ehtiyatsızlıqdan X22ni öldürmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X23un hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsinə dair sübutlar kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə hərtərəfli tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş həmin sübutların məcmusu ilə müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr zərər çəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblə rinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-nin 124.1-ci maddəsi ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Göstərilənlərlə yanaşı cinayət-prosessual qanunvericiliyinin müvafiq normalarına əsaslanan məhkəmə kollegiyası eyni zamanda onu da qeyd etməyi zəruri bilir ki, birinci və apellyasya instansiyası məhkəmələrində icraatın aparılması barədə tələblərə (müvafiq olaraq CPM-nin XL-XLV və XLVİİ fəsillərində olan maddələrə) nəzər yetirildikdə görünən odur ki, CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar yalnız birinci instansiya məhkəməsində aparılan icraata aiddir və belə olan halda cinayət işinə və ya sadələşdirilmiş icraat materiallarına apellyasiya qaydasında baxılarkən istər dövlət ittihamçısı, istərsə də zərərçəkmiş və ya onun qanuni nümayəndəsi tərəfindən təqsirləndirilən şəxsə daha ağır ittihamın elan olunması və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud da birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət qalırılsa belə, apellyasiya instansiyası məhkəməsi həmin vəsatət üzrə hər hansı (onun təmin və ya rədd edilməsi) haqqında qərar qəbul etmək səlahiyyətində deyil. Qanunvericiliyin tələbinə g örə, yalnız CPM-nin 391.8-1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamçsı tərəfindən müdafiə edilmiş itthamla müqayisədə təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında Azərbaycan Respublikası Baş Prokuroru, Naxçıvan Muxtar Respublikasının ərazisində isə - Naxçıvan Respublikası Prokuroru apellyasiya protesti verdikdə və apellyasiya instansiyası məhkəməsi belə protestlə razılaşdıqda, həmin məhkəmə ilkin baxış iclasında apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-nin 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən, bu halda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir və cinayət işini və məhkəməyədək sadələşdirilmiş icraat materiallarını birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Məhkum barəsindəki Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmündən CPM-nin 391.8-1-ci maddəsində nəzərdə tutulmuş apellyasiya protesti verilmədiyinldən apellyasiya instansiyası məhkəməsi də CPM-nin 391.9.1 və 391.9.2-ci maddəsində göstərilən qərarı qəbul etməmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X23 isə həmin hökmdən CPM-nin 391.8-1-ci maddəsində göstərilən məzmunda apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən tələbə uyğun qərar qəbul etmək səlahiyyətində olmamış və buna görə də, məhkəmə həmin şikayətə Məhkum elan olunmuş və onun təqsirli bilindiyi ittiham daxilində baxaraq müvafiq qərar qəbul etmişdir. Bu halda apellyasiya instansyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi də özünə aid icraatı həyata keçirərkən məhkum olunmuş şəxsə daha ağır ittihamın elan olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarını (hökmünü), yaxud da onunla birlikdə birinci instansiyası mə hkəməsinin hökmünü və ya qərarının ləğv etmək və cinayət işinə yenidən baxılması üçün həmin işin birinci və ya apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında qərar qəbul etmək səlahiyyətinə malik deyil ona görə ki, bununla bağlı tələb CPM-nin 416 və 419-cu maddələrində nəzərdə tutulmamışdır. Kassasiya şikayətində Məhkum yüngül cəzanın təyin edilməsi barədə dəlillə gəldikdə isə, məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin 124.1-ci maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətlə ndirdiyi halları – hadisənin təsadufi təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, səmimi peşmaçılığını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almış və məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza həm bu hallara, həm də cəza təyin etmənin prinsip və şərtlərinə uyğun olmuşdur. Əvvəla məhkəmə kollegiyası qey edir ki, CM-nin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır ki, birinci instansiya məhkəməsi cəza tədbiri seçilməsi məsələsini həll edərkən Məhkum bu cəzalardan ən ağırının yuxarı həddinə yaxın müddətdə - 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan m əhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də zərər çəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə əsasən həmin cəzanın ağırlaşdırılması üçün əsaslar görməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, apellyasiya instansiya məhkəməsi isə bu məsələyə dair də həmin məhkəmənin mövqeyi ilə razılaşarkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etmiş və ümumiyyətlə isə kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişlər. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, yu xarıda göstərilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X23un kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2020-ci il tarixli qərarı kassasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar