Məhkəmə qərarları › İş №1(102)-849/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-849/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-849/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Əliyev Ramil Məhəmmədəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 21 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(101)-389/2023 nömrəli (hakimlər: Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 2002-ci ildə x şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamı ş, ünvan1 qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə 5 (beş) il müddətə, CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 22 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinib məhkum edilmiş, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli 1(103)916/2023 nömrəli (hakimlər: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, оna görə ki, o, vədlər verməklə yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını təkrarən açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını açıq talama məqsədi ilə 24 mart 2022-ci il tarixdə saat 22 radələrində x şəhəri, x, “Bayraq Meydanı” adlanan yerdə sosial şəbəkə vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 ilə görüşüb sonuncudan istifadəsində olan, 5 (beş) ma nat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə işləyən 250 (iki yüz əlli) manat dəyərində “Redmi Note 9S” markalı mobil telefonunu həmin telefona daxil olan zənglərə baxmaq adı ilə alıb ələ keçirməklə açıq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 255 (iki yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə tanışı, xx xxxxxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını bilərək sonuncuya birgə pul əldə etməklə bağlı vəd verib cinayətkar qrupa cəlb etdikdən sonra Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa “x” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən o, 2022-ci ilin iyul ayının ortalarında “inst aqram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun fotoşəkilini göndərdikdən sonra Zərərçəkmiş şəxs1 cinsi əlaqəyə girmək adı ilə aldadıb görüşmək istədiyini bildirib bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs və “x” adlı şəxslərlə birlikdə 19 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığına gəlmiş, həmin vaxt aralarında olan cinayətkara razılığa əsasən o və qrup üzvü “x” adlı şəxslər cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs isə həmin yerə gələn Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncunu yaxınlıqdakı körpünün alt hissəsinə aparara q orada Zərərçəkmiş şəxs1 istifadəsində olan, 5 (beş) manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə işləyən 470 (dörd yüz yetmiş) manat dəyərində “Redmi Note 7” markalı mobil telefonunu tələb etmiş, Zərərçəkmiş şəxs1 telefonu verməkdən imtina etdikdə Təqsirləndirilən şəxs həmin yerə gələn qrup üzvü “X” adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun yerə yıxıb birlikdə əl və ayaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən burun belinin, sol gözətrafı nahiyənin, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 əlindən həmin mobil telefonunu dar tıb alaraq açıq talayıb hadisə yerindən birgə qaçmaqla sonradan həmin telefonu satıb əldə etdikləri pulu öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs1 475 (dörd yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir, belə ki, iş materialları ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətdiyi heç bir mötəbər sübutla təsdiq edilmir. Belə ki, Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, guya Məhkum xx.xx.2022ci ildə “Koroğlu ” metrostansiyasının yaxınlığında onunla və X -lə görüşmüş və onların hər ikisinə qurduğu hansısa planı izah etmişdir. Halbuki, X verdiyi ifadəsində bildirmişdir ki, o Məhkum əvvəllər A-ın tanışı kimi tanımış, xx.xx.2022-ci ildə x küçəsində A ilə görüşərək onun təklifi ilə birlikdə “Koroğlu” metrostansiyasına getmişlər və orada A A2 ilə görüşmüşdür, onların görüşünün mahiyyətini bilməmiş, Məhkum isə A-nı axtararkən təsadüfən görmüşdür. Təqsirləndirilən şəxs verdiyi ifadəsində həmçinin bildirmişdir ki, guya telefonu satarkən Məhkum da onunla birlikdə dükana girmiş və telefonu birlikdə satmışlar. Halbuki, şahidlər X Abdullayev və Şahid2 (mağaza sahibi) Məhkum dükana girmədiyini bildirmişlər. Məhkum əməlində CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinin deyil, yalnız 180.1-ci maddəsinin t ərkib əlamətləri mövcud olmuşdur. Məhkum CM-in 170.3-cü maddəsi ilə ona görə təqsirləndirilir ki, guya o, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını bilmiş və onu birgə pul əldə etməklə bağlı vəd verib cinayətkar qrupa və cinayətin törədilməsinə cəlb etmişdir. Halbuki, iş materiallarında Məhkum qeyd edilən cinayəti törətdiyini təsdiq edən heç bir sübut növü mövcud deyil. Hətta, hökmdə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını Məhkum bildiyi ilə bağlı ifadə belə mövcud deyildir. Qeyd edilən maddələrin ümumi təhlilindən də aydın olur ki, Məhkum CM-in 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi yalnız və yalnız təkzibolunmaz sübutlarla təsdiq edildikdən sonra o, həmin maddələrlə ittiham oluna və cəzalandırıla bilər. Bütün hallar, həm ibtidai istintaqın, həm də məhkəmə araşdırmasının qeyriobyektiv aparıldığını, Məhkum CM-in 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərini törətdiyinin sübuta yetirilmədiyini bir daha təsdiq edir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, CM-in 170.3-cü maddəsi üzrə təqsiri sübuta yetirilmədiyinə görə, Məhkum barəsində bəraət verilməsi, CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinin həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası çərçivəsində Məhkum həbslə bağlı olmayan ən yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Əliyev Ramil Məhəmmədəli oğlu çıxış edərək, m əhkuma verilən ittihamın əsassız olduğunu, zərərçəkmiş və şahid ifadələrində ziddiyyətlərin olduğunu, CM-in 170.3-cü maddəsi ilə məhkuma bəraət verilməli olduğunu, məhkumun əməlində təkrarçılığın olmadığını, məhkumun özünü sadəcə “Şəmkir epizodu” ilə bağlı təqsirli bildiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyas ı həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, o cümlədən əməlinin CM-in 180.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, yüngülləşdirici hallara düzgün qiymət verimədiyini, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərd ə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müva fiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurlu q, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.” Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununl a əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 11-ci bəndində müəyyən edilmişdir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraç ıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarın 18-ci bəndinə əsasən, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-n in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarın 23-cü bəndində qeyd olunur ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əlayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsu liyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Kassasiya şikayətinin dəlillərindən aydın olur ki, Zərərçəkmiş şəxs2 “Redmi Note 9S” markalı mobil telefonunu ələ keçirməklə açıq talayıb soyğunçuluq etməsi barədə olan epizod mübahisələndirilməmiş, yalnız Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa “X” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə onun mobil telefonunu dartıb alaraq açıq talayıb hadisə yerindən birgə qaçmaqla sonradan həmin telefonu satıb əldə etdikləri pulu öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs1 475 (dörd yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməsinə dair epizod mübahisələndirilmişdir. Lakin cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum Təqsirləndirilən şəxs fotoşəklini və şəxsiyyətinə dair materialları sosial şəbəkəyə qoymaqla Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs1 ilə yazışma aparmış, onu əmlakını talamaq məqsədilə görüşə özü çağırsa da görüş yerinə talamanı icra etmək üçün görüş yerinə məhz Təqsirləndirilən şəxs göndərmişdir. Belə olan halda Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını bilmiş və onu birgə pul əldə etməklə bağlı vəd verib cinayətkar qrupa və cinayətin törədilməsinə cəlb etmişdir. Kassas iya məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticəyə əsasən müəyyən edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi təqsirləndirilən şəxs Məhkum qismən etiraf edici ifadəsi, digər Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş X5, Şahid1 və Şahid2 ifadələri, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılmaısı protokolları, üzləşdirmə protokolları, ekspertiza rəyləri, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunmuş, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mötəbərliyi heç bir şübhə doğurmaması və işin faktiki hallarına uyğun olması barədə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu gəlinmiş nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Şəmkir şəhərində baş vermiş Zərərçəkmiş şəxs2lə bağlı epizod üzrə ibtidai istintaq və məhkəmə istintaqında verdiyi ifadələr cinayət işinin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən və tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edildiyindən özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, cinayət işinin materiallarına nəzər yetirdikdə, kassasiya şikayətində məhkəmələrin gəlmiş olduğu nəticələrin qanunsuz və əsassız olması, Məhkum qeyd edilən cinayət əməllərini törətdiyini təsdiq edən heç bir sübutun mövcud olmaması, Təqsirləndirilən şəxs zahiri görünüşcə yetkinlik yaşına çatmış şəxsə bənzəməsi barədə dəlillər sadəcə formal xarakterli mülahizələrdən ibarət olmaqla məsuliyyətdən yayınma xarakteri daşıyır. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılark ən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətində əməlin sadə soyğunçuluq (CM-in 180.1-ci maddəsi) kimi tövsif edilməli olduğu iddia edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum vədlər verməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayətkar qrupa cəlb etməsi, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını təkrarən açıq talayaraq soyğunçuluq etməsi cina yət işinin materialları ilə tam sübuta yetirilmişdir. Kassasiya şikayətinin “Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını Məhkum bilməsi ilə əlaqədar iş materiallarında hər hansı bir sübutun olmamasına” dair dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan (cild 1, səh.97) Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən müəyyən olunur ki, o, verilən suala cavab olaraq Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını bildiyini özü təsdiq etmişdir. Kassasiya şikayətin dəlillərini cinayət işinin materialları ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum vədlər verməklə yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və ya sağla mlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını təkrarən açıq talayıb soyğunçuluq cinayətini törədilmişdir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedik də, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, həmçinin, məhkumun əməlinin CM-in 180.1-ci maddəsinə tövsif edildikdən sonra, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəza nın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan b ir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxslə barışığın olması, ona qarşı şikayət və tələbin olmaması, Qarabağ müharibəsi iştirakçısı olması və medalla təltif edilməsi) olması, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd oluna nlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəmə sinin 21 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar