Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-878/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxxxxx 1963-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3 -cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən), R.Ə.Sadıxov və A.İ.Paşayev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmX12ni törətməkdə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvX12nin 28 yanvar 2021-ci il tarixdən hesablanması hökm edilmişdir Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmünd ən məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə başqa şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq başqasının qanunsuz olaraq satış məqsədi ilə digər mənbədən əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşdirdiyi bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 28 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində həmin yerdən götürüb sonradan başqa şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə vermək üçün üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:05 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin İdarənin Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əmX12yyat axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 37/3 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 29cu Polis Şöbəsinə gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki g ödəkcənin sol iç hissəsindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dX12lləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının onun barəsində olan 24 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Məhkum qeyd edir ki, o, 28 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq tanımadığı binada yerləşən mənzilə aparılara q üzərində axtarış aparılmış və axtarış nəticəsində 1 (bir) qram narkotik vasitə aşkar edərək götürmüşlər. Mülki geyimdə olan polis işçiləri ona məxsus olmayan 1 (bir) bükümdə külli miqdarda narkotik vasitəni onun qarşısına qoyaraq həmin narkotik vasitənin ona məxsus olması barədə ifadə verməyi tələb etmişlər. O, polis işçilərinin tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə X10 adlı polis işçisi onu döyərək işgəncə vermiş və sol gözünə ağır xəsarət yetirmişdir. Həmin gecəni onu DİN-nin BNMİ-nə aparıb bir gün orada saxlamış, sonra isə Bakı şəhəri Yasamal RPİ-nə təhvil vermişlər. Məhkum hesab edir ki, məhkəmənin onun barəsində çıxardığı hökm qanunsuz və ədalətsizdir. Ona görə də apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya i nstansiya məhkəməsinə qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dX12llərini iş materialları ilə əlaqX12 şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilmX12, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmX12dir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dX12llərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktlar müəyyən edilmir və ya onlar sübuta yetirilmiş hesab edilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir, cinayət işinin yenidən apell yasiya instansiya məhkəməsinin baxışına təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etmX12dir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əmX12n (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 234.1”-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə — beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükX12 əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əmX12nin tövsifi məsələlərinə xüsusi diqqət yetirilmX12dir. Cinayət əmX12nin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdi rilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət vermX12, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etmX12, cəzanı şəxs təqsirli bilindiyi halda, cinayətin xarakteri və ictimai təhlükX12liyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etmX12; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət vermX12dir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını vermX12dir.... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərmX12dirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilmX12, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış o lmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan vermX12dir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirmX12dir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irX12 sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dX12llərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum barəsində olan cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməyərək iş üzrə toplanmış sübutlar hərtərəfli araşdırılmamış, hər bir sübut mənsubiyyəti, müm künlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirilməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətlər aradan qaldırılmadan yekun nəticəyə gX12nmişdir. Belə ki, ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə: - “Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə başqa şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq başqasının qanunsuz olaraq satış məqsədi ilə digər mənbədən əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşdirdiyi bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab e dilən külli miqdarda heroini 28 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində həmin yerdən götürüb sonradan başqa şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə vermək üçün üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:05 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin İdarənin Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əmX12yyat axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 37/3 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol iç hissəsindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkot ik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalı, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dX12llərindən asılı olmayaraq yoxlanılmalı olduğu halda, məhkəmə heç bir əsaslandırma aparmadan Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmX12ni törətməs inin tam sübuta yetirilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi isə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilərək məhkum edərkən aşağıda sadalanan sübutlara əsaslanmışdır: -təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib göstərmişdir ki, onda narkotik maddə olmayıb. Bu polis əməkdaşlarının işidir. O, özü Qubada yaşayır. X10 adlı tanışı ona zəng edib onun satmaq istədiyi torpaq sahəsinə müştəri tapdığını və həmin şəxsin torpaq sahəsini görmək istədiyini bildirib torpaq sahəsini ona göstərməyi xahiş etdi. Onun satdığı torpaq Quba rayonu ərazisindədir. Torpaq da onun özünün deyil, başqasınındır. X11 özü də Göygöldə həbs olunub, həbsdən çıxandan sonra da orada yaşayırd ı. O da torpaq sahəsini müştəriyə göstərmək üçün Qubadan Bakı şəhərinə gəlmişdir. X11 torpaq alan adamın evdən bayıra çıxmadığını deyib ondan həmin şəxsin yanına getməyi xahiş etmişdir. O da Bakı şəhərinə gX12b Şamaxinka adlanan ərazidə X12 adlı şəxslə görüşmüşdür. X12 torpaq almaq istəyən şəxsin onunla görüşmək istəmədiyini dedi. O da buna etiraz etməyib X12 ilə birlikdə Yasamal rayonuna bir mənzilə getmişlər. Onlar mənzilə daxil olanda orada bir nəfər də var idi. Onlar mənzilə daxil olduqdan bir müddət sonra mənzilə daha üç nəfər də gəldi. Onlar onu döyüb gözünü kor etmişlər. Onlar özləri ilə sellofanda gətirdikləri narkotik vasitəni ona verib onu X12dən aldığını deməyi tələb etmişlər. O, onu döyən şəxsləri tanımır, onların adlarını bilmir. O özü narkotik maddələrdən istifadə etmir. Əvvə llər üç dəfə məhkum olunub, lakin narkotikə görə məhkum olunmayıb. Onun pul qabında «Bir kart», «Kapital» bankın maaş kartı, «Para» bank dan olan zamin durduğu kartlar olub. Həmin kartlar hamısı ona məxsus olub. Məhkəmədə dindirilən polis əməkdaşları onun tutulmasında iştirak etməyiblər, onu başqa polis əməkdaşları tutublar. -məhkəmədə elan edilib araşdırılmış ifadələrində Məhkum ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib göstərmişdir ki, ünvan 3 ünvanında tək yaşayır. O, dörd dəfə məhkum olunmuşdur. 2017-ci ildə azadlığa çıxmışdır. 28 yanvar 2021-ci il tarixdə saat 19:05-də Bakı şəhəri, Yasamal rayonu, X14 37/3 ünvanın yaxınlığında piyada hərəkət edərkən üç nəfər tanımadığı mülki geyimli ş əxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin dövriyyəsində şübhX12 olduğu bildirilərək Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə dəvət edilmiş, o da onlarla razılaşaraq polis şöbəsinə getmiş, sonra polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhX12 şəxs qismində tutulmuş və ona şübhX12 şəxs kimi hüquq və vəzifələri izah olunmuş, bundan sonra üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları vardırsa, çıxarıb təqdim etmək təklif olunmuş, sonra əynində olan qara rəngli uzunqol gödəkçəsinin sol iç tərəfindən 1 (bir) bükümdə narkotik vasitə olan heroin kütləsini çıxarıb təqdim etmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilm iş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 7(yeddi) manat 30(otuz) qəpik pul, şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefon aparatı, özünə məxsus şəxsiyyət vəsiqəsi, plastik kartlar aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1 kq 854 qram olması müəyyən edilmiş, sonra həmin büküm içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş və həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, sonra isə özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd, «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi, plastik kartlar götürülmüşdür. Üzərindən çıxarıb təqdim etdiyi heroin özünə məxsus olmuş, həmin bükümü 1994-cü ildən tanıdığı tanışı İran İslam Respublikası vətəndaşı olan «X12» adlı şəxsin vasitəsi ilə votsapdan danışaraq 28 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Sabunçu rayonu ərazisində yerləşən «Abu» yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəlcədən qoyulan yerdən götürmüş, sonra həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı «X12» adlı şəxsin deyəcəyi adama təqdim etmək üçün saxlanıldığı yerə gəlmiş, orada isə polis əməkdaşları onu saxlamış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş plastik kartlara narkotik vasitələrin satışından əldə edilmiş pullar yüklənməmiş, ümumiyyətlə narkotik vasitə olan heroindən istifadə etməmiş, həmçinin satışı ilə də məşğul olmamış, 1994-cü ildən tanıdığı X12 adlı şəxs ona dediyi üçün heroini götürmüş və onun deyəcəyi şəxsə aparıb vermək istəmiş, həmin şəxsə götürdü yü bükümü verdikdən sonra X12 ona bunun qarşılığında nəsə verəcəyi barədə söhbət edəyəcəyini demiş, X12nin adını bilsə də, soyadını, atasının adını və harada yaşamasını dəqiq bilməmiş, X12 ona İran nömrəsindən istifadə etdiyi ***-***-**** nömrənin vatsapına zəng edib danışmış, lakin X12nin yığdığı nömrə yadında qalmamış və telefonundan silinmiş, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini vermək üçün X12nin dediyi adamla Yasamal rayonu ərazisində yerləşən «Kaktus» restoranın yanında görüşmX12 olmuş, belə ki, həmin yerə çatıb X12 ilə əlaqə saxlamalı, X12 də ona narkotik vasitəni kimə verəcəyini demX12 olmuş, ancaq polis əməkdaşları onu saxladığına görə buna imkan olmamışdır. -Şahid2 Azad oğlu göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ba ş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsində polis nəfəri vəzifəsində xidmət edir. Xidmət etdiyi idarəyə Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əmX12yyat məlumatı daxil olmuşdur. İdarə rəhbərliyi tərəfindən əmX12yyat qrupu yaradılmış, o da qrupa daxil edilmişdir. Ondan başqa əmX12yyat qrupunun tərkibinə idarənin baş əmX12yyat müvəkkili Şahid1, əmX12yyat müvəkkili Şahid3 Zakir oğlu daxil edilmişdir. 28 yanvar 2021-ci il tarixdə saat 19:05-dəqiqədə keçirilmiş əmX12yyat-axtarış tədbirləri nəticəsində Quba şəhər sakini Məhkum ünvan 5 ünvanın yaxınlığında müəyyən edib özlərini ona təqdim edib ona qanunsuz olaraq narkotik va sitələrin əldə olunması, saxlanması və satışında şübhX12 olduğu bildirilərək onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında təhqiqatçı X13 tərəfindən Məhkum Bakı şəhər 12 saylı vəkil bürosunun vəkili Kərimov Çingiz İbnyamin oğlu təqdim olundu. Bundan sonra o, vəkilinin iştirakı ilə şübhX12 şəxs qismində tutuldu və onların, müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Məhkum üzərində şəxsi axtarış və götürmə aparıldı. Axtarış başlamamışdan qabaq Məhkum üzərində olan qanunsuz əşyaları və ya narkotik vasitəni çıxarıb təqdim etmək təklif olundu. Məhkum də əynindəki gödəkçəsinin sol iç tərəfindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni və şalvarının ciblərindən 07 manat 30 qəpik pul u, bir ədəd «Samsung» markalı mobil telefonu, özünün şəxsiyyət vəsiqəsini və 03 ədəd «Azərpoçt»a, 03 ədəd «Kapital Bank»a və 01 ədəd «Unibank»a məxsus cəmi-07 ədəd plastik kartları çıxarıb təqdim etdi. Məhkum aşkar edilərək götürülmüş bir bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və onun çəkisi 1(bir) kq 854 (səkkiz yüz əlli dörd) qram olması müəyyən edildi. Bundan sonra həmin kütlə zərfə qoyularaq möhürləndi, sonra isə iştirakçılar tərəfindən imzalandı. Məhkum aşkar olunmuş şəxsiyyət vəsiqəsi, «Samsung» markalı mobil telefon, 03 ədəd «Azərpoçt»a, 03 ədəd «Kapital Bank»a və 01 ədəd «Unibank»a məxsus cəmi - 07 ədəd plastik kartlar da götürüldü. Ceyhun şifahi sorğu zamanı təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə olan heroin olmasını və özünə məxsus olmasını, həmin h eroini çoxdan tanıdığı iranlı X12 adlı şəxsdən votçap vasitəsi ilə 28 yanvar 2021-ci il tarixdə Sabunçu rayonu ərazisində yerləşən «Abu» yanacaq doldurma məntəqəsinin yaxınlığında qoyulan yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitəni X12nin deyəcəyi adama vermX12 olduğunu, baxış zamanı üstündən aşkar edilib götürülmüş plastik kartlara narkotik vasitələrin satışından əldə edilmiş pulların yüklənəcəyini, narkotik vasitələrin aludəçisi olduğunu, heroindən istifadə etdiyini bildirdi. Bundan sonra Məhkum aşkar edilərək götürülmüş digər əşyalar da zərfə qoyularaq qablaşdırıldı, möhürləndi, iştirakçılar tərəfindən imzalandı. Axtarış və götürmə aparılarkən çəkilişi yazan bir ədəd disk protokola əlavə olundu. Protokol tərtib edildikən sonra ucadan oxundu. İştirakçılar tərəfindən heç bi r irad və əlavə daxil olmadı, protokolun düzgünlüyü imzalarla təsdiq edildi. O, Ceyhunun saxlanılıb protokol tərtib olunana qədər iştirak etmişdir. Ceyhun onun yanında narkotikin ona məxsus olmasını təsdiq etdi. Ona heç bir təzyiq və təsir edilməyib. Onun gözündən xəsarət alması, onun başqa şəxslər tərəfindən tutulması, onun başqa evə aparılıb orada döyülməsi, o, saxlanılarkən onun orada olmaması ilə əlaqədar göstərdikləri ifadələr yalandır. O, küçədə saxlanılıb sonra da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət edilib ora gətirilmişdir. İstintaq zamanı və məhkəmədə verdiyi ifadələrini təsdiq edir. -şahidlər Şahid3, Şahid1 da Şahid2 Azad oğlu ilə oxşar məzmunlu ifadələr vermişlər. -məhkəmədə elan edilib araşdırılmış 28 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Məhkum əynindəki gödəkçəsinin sol iç tərəfindən bir bükümdə heroinə bənzər kütləni, şalvarının sağ yan cibindən 07 manat 30 qəpik pulu, sol yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu, özünün şəxsiyyət vəsiqəsini, üç ədəd «Azərpoçt»a, üç ədəd «Kapital Bank»a və bir ədəd «Unibank»a məxsus, ümumilikdə yeddi ədəd plastik kartları çıxarıb təqdim etmişdir. -məhkəmədə elan edilib araşdırılmış üzləşdirmə protokollarından görünür ki, Şahid2 Azad oğlu, Şahid3 və Şahid1 ifadələrində göstərdikləri xüsusatları təqsirləndirilən şəxs Məhkum ilə üzləşdirmə zamanı da təsdiq etmişlər. -məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2021-ci il tarixli, 6/404 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ŞübhX12 şəxs Məhkum baxış zamanı təqdim etdiyi...” yazısı olan paketdəki bir bükümdə təmiz çəkisi 1830.3 qram (bir kiloqram səkkiz yüz otuz tam onda üç ) qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1830. (bir kiloqram səkkiz yüz otuz tam onda bir ) qram təşkil edir. -məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki AR DİN-in BNMİ-nin Təhqiqat Qrupundan daxil olmuş boz rəngli üzərində “ZYKLEN DVD-R 4.7 GB/120 min 16X” sözləri yazılan DVD-R formatındakı disk məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 28 yanvar 2021-ci il tarixdə saat 20:00-da qeydə alınmışdır. Çəkiliş süni işıqlandırma şəraitində Yasamal RPİ-nin 29-ci Polis Şöbəsində xid məti otağında aparılmışdır. Videogörüntüdən müəyyən edilir ki, adları video çəkiliş zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X13 tərəfindən sadalanan, sağ tərəfdən 1-ci ayaq üstə dayanmış şəxs Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Çingiz Kərimovdur, onun yanında sağ tərəfində dayanan, əynində qara rəngli gödəkcə və boz şalvar olan şəxs isə şübhX12 şəxs Məhkumdur, onun yanında dayanmış şəxslər isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əmX12yyat müvəkkili, polis baş leytenantı Şahid1 və əmX12yyat müvəkkili, polis kapitanı Şahid3 oğludur. Video çəkilişin davamında təhqiqatçı X13 şübhX12 şəxs Məhkum h üquq və vəzifələrini izah edir və üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməyi təklif edir. Məhkum əynindəki gödəkcənin sol iç tərəfindən bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, əynindəki şalvarın sağ yan cibindən 07 manat 30 qəpik pul, sol yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefon, özünün şəxsiyyət vəsiqəsini və üç ədəd «Azərpoçt»a, üç ədəd «Kapital Bank»a və bir ədəd «Unibank»a məxsus cəmi-yeddi ədəd plastik kartları çıxarıb təqdim edir. Daha sonra müdafiəçinin iştirakı ilə şübhX12 şəxs Məhkum aşkar edilərək götürülmüş bir bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisi 1(bir) kq 854 (səkkiz yüz əlli dörd) qram olması görünür, sonra həmin kütlə zərfə qoyulur, möhürlən ir və imzalarla təsdiq olunur. Məhkum aşkar olunmuş özünə məxsus şəxsiyyət vəsiqəsi, «Samsung» markalı mobil telefon, 03 ədəd «Azərpoçt»a, 03 ədəd «Kapital Bank»a və 01 ədəd «Unibank»a məxsus cəmi 07 ədəd plastik kartları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün götürülür, 07 manat 30 qəpik pul isə özünə qaytarılır. Məhkum verilən suallara cavab olaraq bildirir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə olan heroindir və özünə məxsusdur, həmin heroini 1994-cü ildən tanıdığı İran İslam Respublikasının vətəndaşı X12 adlı şəxsdən votsap vasitəsilə 28 yanvar 2021-ci il tarixdə Sabunçu rayonu ərazisində yerləşən «Abu» yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəlcədən qoyulan yerdən götürmüşdür, sonradan isə həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı X12 adlı şəxsin dey əcəyi adama təqdim etmX12 olduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, heroindən istifadə etdiyini bildirir. Bundan sonra şübhX12 şəxs Məhkum aşkar edilərək götürülmüş digər əşyalar da zərfə qoyularaq qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. -məhkəmə, yuxarıda araşdırılmış və öz təsdiqini tapmış ittiham edici sübutlar əsasında, Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə başqa şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaradıb, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq başqasının qanunsuz olaraq satış məqsədi ilə digər mənbədən əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşdirdiyi bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 28 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində həmin yerdən götürüb sonradan başqa şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə vermək üçün üzərində saxlamaqla daşımasının, həmin tarixdə saat 19:05 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin İdarənin Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əmX12yyat axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 37/3 ünvanda saxlanılıb Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilib inzibati binada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sol iç hissəsindən satış məqsədi ilə əldə edib saxlamaql a daşıdığı bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülməsinin sübuta yetirildiyi qənaətinə gX12r. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri işin hallarında təsvir edilən nəticələri birinci instansiya məhkəməsinin hökmündə istinad edilən sübutlarla əlaqX12 şəkildə təhlil edərək ilk növbədə qeyd edir ki, Məhkum üzərində aşkar edilməsi kimi rəsmiləşdirilmiş çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroinin sonuncunun Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığından 28 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində götürməsinə dair sübutlar ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən yoxlanılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroinin Məhkum Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığından 28 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində götürməsi nəticəsinə gələrkən onun ilkin izahat və ifadələrinə əsaslanmışlar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüqu qi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irX12 sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. İş materiallarından görünür ki, "xxxx" MMC-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli BKC/LGL-3534/21 saylı məktuba əlavə edilmiş 1 ədəd “CD diskə olan fayllara baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Məhkum istifadə etdiyi ***-***-**-** nömrX12 telefonunun anten dairələrinin məlumatlarına əsasən o,28 yanvar 2021-ci il tarixdə saat 11:13-ə qədər Quba rayonu ərazisində, həmin gün saat 11:47-ə qədər Şabran rayonu ərazisində, həmin gün saat 12:42-də Abşeron rayonu Masazır kəndi ərazisində, nəhayət həmin gün saat 12:53 və saat 13:12-də Bakı şəhəri Nəsimi rayonu ərazisində Asif Məhərrəmov küçəsində olmuşdur.(cild 1,vərəqə 206) Təqsirləndirilən şəxs Məhkum Bakı şəhərinin Sabunçu rayonu ərazisində olmasını təsdiq edən hər hansı bir obyektiv sübut iş materiallarında yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, Məhkum hər hansı bir digər sübutla təsdiq olunmayan və sonradan özünün də təsdiq etmədiyi ilkin ifadələrinin yoxlanılmadan obyektiv həqiqət kimi qəbul edilib onun ittiham edilməsi nəticəsinə gX12nməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin edir ki, Məhkum tutulması zamanı aparılmış sənədləşmələrdən görünür ki, onun cinayət prosessual qanunvericiliyi ilə nəzərdə tutulan hüquqlarının təmin edilib-edilməməsi məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki: -Cinayət işinin 1-ci cild 10-cu vərəqəsində olan BNMİ-nin Qərb bölgəsində regional şöbənin baş əmX12yyat-müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2021-ci il tarixli raportundan görünür ki, Məhkum həmin gün, saat 19:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, X14 37/3 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Yasamal RPİ 29-cu Polis bölməsinə gətirilmişdir. -Cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan Məhkum xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, hüquqlarının müda fiəsi üçün vəkil təyin olunmasını xahiş etmişdir. -Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan protokoldan görünür ki, Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Kərimov Çingiz İbinyamin oğlu Məhkum müdafiəçi kimi təqdim olunmuş, sonuncu da həmin vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. -Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci ildə saat 20-00-dan saat 20-14-dək Məhkum üstündə DİN-nin BNMİ-nin baş təhqiqatçısı, polis kapitanı X13 tərəfindən müdafiəçinin iştirakı ilə axtarış aparılmış əynində olan qara rəngli uzunqol gödəkçəsinin sol iç tərəfindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan heroinə bənzər kütlə və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 7 manat 30 qəpik pul, şalvarın sol yan cibindən 1 ədəd “Samsunq” markalı mobil telefon, Məhkum məxsus şəxsiyyət vəsiqəsi, 7 ədəd plastik kartlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tutulması ilə əlaqədar aparılmış qeyd edilən bütün sənədləşmələrin 28 yanvar 2021-ci il tarixdə aparılmasına, onun azadlığının faktiki olaraq həmin gün saat 19:05-də məhdudlaşdırılmasına, həmin gün saat 19:40-da rəsmi olaraq cinayət işi başlanana qədər şübhX12 şəxs qismində tutulmasına baxmayaraq, onun barəsində cinayət işi iki gün sonra, yəni 30 yanvar 2021-ci il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 148.4-cü maddəsinə əsasən: “Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, tutulma müvafiq cinayət işi baş lananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır.” Lakin qanunvericiliyin həmin tələbinə əməl olunmamış, Məhkum barəsində cinayət işi başlanmadan əsassız olaraq 24 saatdan artıq müddətə tutulmuşdur. İş materiallarında aparılan rəsmiləşdirilməyə görə Məhkum 28 yanvar 2021-ci il tarixdə saat 19:05-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 37/3 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin "xxxx" MMC-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli BKC/LGL-3534/21 saylı məktuba əlavə edilmiş 1 ədəd “CD diskə olan fayllara baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Məhk um istifadə etdiyi ***-***-**-** nömr X12 telefonunun anten dairələrinin məlumatlarına əsasən Məhkum 28 yanvar 2021-ci il tarixdə saat 19:25dən həmin gün saat 19:52-yə qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində,29 yanvar 2021-ci il tarixdə isə ünvan 8 ünvanında olmuşdur. (cild 1, vərəqə 206-207) Göründüyü kimi, Məhkum 28 yanvar 2021-ci il tarixdə saat 19:40-da Yasamal RPİnin 29-cu Polis Şöbəsində tutulduğuna dair protokol yazılmasına baxmayaraq, onun həmin vaxt polis şöbəsində deyil, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, daha sonra isə ünvan 8 ünvanında olmasına dair məlumatlar iş materiallarında vardır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində həmin xüsusatlar araşdırılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum ifadəsində göstərdiyi “Göygöldə yaşayan X11 adlı tanışının dəvəti ilə Bakıya gX12b Qubada olan torpağı satması” ilə bağlı xüsusatların araşdırılması məqsədi ilə heç bir tədbir görülməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunur ki: “14. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rəd d edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dX12llərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır.
15. Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətlərlə əlaqədar olaraq, Avropa Məhkəməsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbu l etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. Həmin qaydaya görə, bu növdən şikayətlərə baxarkən, aşağıda göstərilən üçpillX12 testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır: 1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması; 2) işə mahiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması; 3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərib-göstərməməsi. Birinci suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, vəsatətdə əlavə ş ahidin verəcəyi ifadənin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə necə və nə dərəcədə təsir edə biləcəyi haqda məlumat öz əksini tapmalıdır. İkinci suala cavab verərkən ilk növbədə nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi müdafiə tərəfinin təklif etdiyi hər bir əlavə şahidin dindirilməsini tələb etmir, onun məqsədi tərəflərin bərabərliyinin təmin edilməsidir. Buna görə, müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Vəsatətlə bağlı qəbul edilmiş hər bir qərarda vəsatətin məzmun unun işin halları ilə müqayisədə qiymətləndirilməsi öz əksini tapmalı, qiymətləndirmənin həddi və dərəcəsi vəsatətdə göstərilən əsaslara mütənasib olmalıdır. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etmX12dir. Üçüncü suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, əlavə şahidin dindirilməsinə dair vəsatətin rədd edilməsi haqqında məhkəmə qərarına qiymət verilərkən, hər bir işdə mütləq qaydada belə qərarın ədalətli yekun məhkəmə qərarının qəbul edilməsinə təsiri nəzərdən keçirilmX12dir. Bu məqsədlə təqsirləndirilən şəxsin vəkillə təmsil edilib-edilməməsi, müdafiəsini səmərX12 şəkildə qurmağa, əleyhinə ifadə vermiş şahidlərin dindirilməsində və əleyhinə istifadə edilən sü butların qiymətləndirməsində iştirak etməyə, əleyhinə ifadə vermiş şahidlərə suallar verməyə, öz xeyrinə sübut və baş vermiş hadisələr haqqında öz fərziyyəsini bildirməyə imkanlarının olub-olmaması, təqsirin digər, o cümlədən ittiham tərəfinin şahidlərinin yetərli ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əmX12yyat-axtarış materialları və s. sübutlarla təsdiq edilib-edilməməsi nəzərə alınmalıdır.
27. Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dX12llər təqdim edildikdə, həmin dX12llər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna mü raciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər.
28. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlm ək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etmX12dir.” Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irX12 gələn araşdırmaları yerinə yetirməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum tutulması və aşkar edilmiş narkotik vasitələrin rəsmiləşdirilməsi məqsədi ilə tərtib edilmiş sənədlərin işin gerçək hallarını əks etdirib-etdirmədiyini müəyyən etmək üçün zəruri olan araşdırma aparmadan, yoxlanılması zəruri olan halları yoxlamadan yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışlar. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhX12 və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irX12 sürülən dX12lləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5- ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmX12 və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhX12 və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilmX12dir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etmX12dir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. BelX12klə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmX12 və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilmX12, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da ar aşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilmX12dir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.