Məhkəmə qərarları › İş №1(102)-884/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-884/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-884/2021 04.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Nilgün Qəhrəman qızı Allahverdiyevanın katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxs-mülki iddiaçı X7 və məhkumun müdafiəçisi Müdafiəçi Şefi oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bu ndan sonra CM-in) 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi Şefi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli,1(99)-188/2019cu il tarixli hökmü ilə (hakimlər: Oruc Cəlilov (sədrlik edən), Nizami Quliyev və Xamməd Nuriyev) Məhkum, xx xxxxx 1961-ci ildə Biləsuvar rayonunun Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” ASC-də sürücü işləmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi keçid 1849, ev 5, mənzil 15-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2019-cu il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxsmülki iddiaçı X7 mülki iddiası qismən t əmin edilmiş, həmin mülki iddia zərərçəkmiş şəxsə 24.000 (iyirmi dörd min) manat miqdarında mənəvi ziyan vurulması hissədə 10.000 (on min) manat məbləğində, zərərçəkmiş şəxsin müalicəsi ilə bağlı çəkilən xərclərlə bağlı 21.000 (iyirmi bir min) manat miqdarında maddi ziyan vurulması hissədə 2.000 (iki min) manat məbləğində təmin edilməsi və cəmi 12.000 (on iki min) manat məbləğində pul vəsaiti cavabdeh(təqsirləndirilən şəxs) Məhkum alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) X8 verilməsi, iş üzrə maddi sübutlar “Nissan Diessal”markalı **-JP-*** dövlət qeydiyyat nişanlıkran-yük avtomobilin sahibi «xxxx» ASC-ə və “Mercedes 313 CDİ” markalı,44- BM994 dövlət qeydiyyat nişanlı mikroavtobusun sahibi X5 istintaq orqanı tərəfindən qaytarılması nəzərə alınması, iş üzrə ekspertiza tədqiqatı xərcləri- 697 (altı yüz doxsan yeddi) manat təqsirləndirilən şəxs Məhkum tutulub dövlət büdcəsi ödənilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum 18 fevral 2018-ci il tarixdə, saat 05:58-də idarə etdiyi “Nissan Diesel” xüsusi markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ƏlətAstara-İran sərhəd yolunun Salyan rayonun ərazisindən keçən 37.8-ci kilometrliyində «Yolhərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, daim dəyişən yol şəraitinə nəzarət e tməli, nəqliyyat vasitəsinin idarə etməsi ilə əlaqədar hərəkətləri yerinə yetirərkən hərəkət təhlükəsizliyini təmin etməli, hərəkət istiqamətlərini ayıran bütöv ağ üfüqi nişanlama xəttini kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, Astara rayonu istiqamətinə hərəkətdə olarkən yolun ortasında hərəkət istiqamətlərini ayıran 1.1 üfüqi nişanlama xəttini kəsib keçərək sola manevr edib əks hərəkət zolağına çıxmış, qarşıdan əks istiqamətə hərəkətdə olan X4 idarə etdiyi “Mercedes 313 CDİ" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla sonuncunun hərəkət yolunda toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan yəni “Mercedes 313 CDİ” markalı mikroavtobusun sərnişinləri X15 başın küt travması, başın yu mşaq toxumalarının iç səthinə qansızmalar, sol alın təpəgicgah sümüyünün açıq qəlpəli sınığı, beyin toxumasının kəllə boşluqundan xaric olunması, beyincik toxumasına qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran və X9 başın küt travması, başın yumşaq toxumalarının iç səthinə qansızmalar, sağ alın təpə-gicgah sümüyünün açıq qəlpəli sınığı, beyin toxumasının kəllə boşluğundan xaric olunması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlərdən hadisə yerində ölmələrinə, digər sərnişinlər X3 saidin yuxarı 1/3 hissədən travmatik amputasiyası, sol qoltuqaltının geniş həcmli əzilmiş- cırılmış-didilmiş yarası, arteria axillarisin tam cırılması, sol bazunun geniş sahəli əzilməsi, sol mil sümüyünün açıq qəlpəli yerinidəyişən sınığı, sol körpücük akromial bi rləşməsinin əzilməsi, travmatik hemorragik şok 3-4-cü dərəcə kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, X1 nahiyəsində kiçik ölçülü səthi yaralar kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, X2 nahiyəsində nöqtəvari yaralar kimi sağlamlığa zərər vurmayan xəsarətlər almalarına, habelə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus “Nissan Diesel” xüsusi markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.500 (bir min beş yüz) manat, X5 məxsus “Mercedes 313 CDİ” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4.845 (dörd min səkkiz yüz qırx beş) manat miqdarında ziyan yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Mə hkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən), F.K.Soltanov və İ.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərardan məhkumun müdafiəçisi Müdafiəçi Şefi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator vurğulayır ki, Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə həm ibtidai istintaq dövründə həm də birinci instansiya məhkəməsində özünü təqsirli bilməmişdir. Kassator bildirir ki, Məhkum öz ifadələrində yol-nəqliyyat hadisəsi qarşıdan gələn mikroavtobusun ani olaraq onun yoluna çıxdığı üçün o, ha disənin qarşısını almaqdan ötrü heç bir tədbir görə bilməmişdir. Həmçinin işdə olan mötəbər sübutlara əsaslanaraq hesab edir ki, məhkəmədə tədqiq olunan sübutlar Məhkum təqsirli olmasını yox, baş vermiş hadisədə onun təqsirsizliyini sübut edir. Buna görə də kassator, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsini, yeni apellyasiya baxışı zamanı hadisənin bilavasitə şahidi olmuş şahidlərin iştirakı ilə hadisə yerində istintaq eksperimenti keçirilməsini, istintaq eksperimentin nəticəsinə uyğun olaraq əlavə kompleks qaydada məhkəmə trosoloji və avtotexniki ekspertizası təyin olunmasını və ekspertizadan işin faktiki hallarına uyğun gələn obyektiv rəy verilməsi barədə ədalətli qərar qəbul edilməsi xahiş edir. Hüquqi məsələlər: Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın və zərərçəkmiş şəxs-mülki iddiaçı G.Nurəliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator qeyd edir ki, Məhkum əməlində heç bir cinayətin tərkibi olmadığı halda, məhkəmələr tər əfindən kifayət qədər araşdırılma aparılmadan CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək əsassız olaraq o, məhkum olunmuş və işin halları nəzərə alınmadan sərt cəza təyin edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hü ququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İ nsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X21rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keç irilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, özünün qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, şahid ifadəsi, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatı nın prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirib əlavə verdiyi ifadəsində göstərmişdir ki, o, hesab edir ki, baş vermiş yolnəqliy yat hadisəsində təqsirkar mikroavtobusun sürücüsü Şəmsəddin Babayevdir, onun bu hadisədə heç bir təqsiri yoxdur. Həmçinin baş vermiş hadisədə onun təqsirinin olmamasına baxmayaraq hadisədən sonra onun tərəfindən zərərçəkmiş şəxslərə, o cümələdən zərərçəkmiş şəxs Gözəl Nurəliyevaya müalicəsi ilə bağlı cəmi 5.468 manat, zərərçəkmiş şəxs Şəmsəddin Babayevə maşınına görə sığorta tərəfindən 2.000 manat pul verilmişdir. İş materiallarında olan kompleks məhkəmə-trasoloji yol-nəqliyyat hadisəsi ekspertizasının 05 aprel 2018-ci il tarixli rəyi ilə müəyyən edilir ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma «Nissan Diesel» markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə «Mercedes 313 CDİ» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qaba q sol yan hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. Belə ki, iş üzrə keçirilmiş kompleks məhkəmə-yol-nəqliyyat hadisələri və nəqliyyattrasoloji ekspertizasının 06 aprel 2018-ci il tarixli, 6044 Ns-li rəyi və əlavə məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 28 mart 2019-cu il tarixli, 7063 Ne-li rəyi iş üzrə toplanmış sübutlara, o cümələdən “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 fevral 2018-ci il tarixli protokol və həmin tarixli “Yol-nəqliyyat hadisəsi yerinin sxemi”, eləcə də protokola əlavə edilmiş fotoşəkillərə bilavasitə əsaslanmaqla verildiyindən məhkəmə həmin rəyləri sübut kimi qəbul edilməlidir. Həmçinin iş üzrə dindirilmiş zərərçəkmiş şəxs Şəmsəddin Babayev, şahidlər Elşad Həsənov, Elçin İsmayılov və Vüqar Heydərovun ifadələri q arşılıqlı olaraq biri digərini təsdiq etdiyindən, eləcə də həmin ifadələrdə göstərilən xüsusatlar, yəni yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yolun Ələt istiqamətində yola tökülən şüşə, plastmas qırıntıların və təkər izinin olması faktı digər sübutlarla, o cümələdən “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 fevral 2018-ci il tarixli protokol və həmin tarixli “Yol-nəqliyyat hadisəsi yerinin sxemi”, eləcə də protokola əlavə edilmiş fotoşəkillərlə təsdiq olunduğundan məhkəmə həmin ifadələri sübut kimi qəbul edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “X20 qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tər kibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət proses ini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli v ə cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinay ətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara h əm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan həm birinci instansiya və həm də apellyasiya məhkəmələri tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əmə l edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmiş, Məhkum törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında fa ktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibinin mövcud olması nəticəsinə gəlinərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarı qanu ni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar