Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-1025/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 6də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 244-1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən qumar oyunlarını təşkil etməklə keçirmiş, habelə, qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şifahi razılaşma əsasında Şahid6 icarəyə götürdüyü Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 20, mənzil 40 ünvanına 2022-ci ilin dekabr ayının sonunda istintaqla müəyyən edilməyən tarix və saatda kart dəstləri gətirib mənzildə yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid4 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri qeyd edilən mənzilə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin mənzildə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə onun iştirakı ilə qeyd edilən şəxslərin eyni mənzildə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şifahi razılaşma əsasında Şahid6 icarəyə götürdüyü Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 20, mənzil 40 ünvanına 2023-cü ilin fevral ayının ortalarında istintaqla müəyyən edilməyən tarix və saatda kart dəstləri gətirib mənzildə yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid1, Şahid5, Şahid3 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxsləri qeyd edilən mənzilə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin mənzildə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə onun iştirakı ilə qeyd edilən şəxslərin eyni mənzildə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şifahi razılaşma əsasında Şahid6 icarəyə götürdüyü Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 20, mənzil 40 ünvanına 5 mart 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda kart dəstləri gətirib mənzildə yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid1, Şahid5, Şahid3 və Şahid4 qeyd edilən mənzilə dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin mənzildə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 21 radələrindən etibarən onun iştirakı ilə qeyd edilən şəxslərin eyni mənzildə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirəri nəticəsində 6 mart 2023-cü il tarixdə saat 00:11-də onun razılığı və iştirakı ilə həmin mənzilə baxış və götürmə aparılan zaman orada onun, Şahid1, Şahid5, Şahid3 və Şahid4 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 508 manat məbləğində pul vəsaiti, istifadə olunmuş oyun kartları və 1 ədəd istifadə olunmamış oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsindən həmin Məcəllənin 244-1.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilməsi hökm edilmişdir. Hökmlə, həmçinin sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmünü ləğv edib təqsirləndirilən şəxsin CM-in 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək, etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxsin CM-in 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək, etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya protestinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Birinci instansiya məhkəməsində icraat zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. İstintaq zamanı üç dəfə, yəni 2022-ci ilin dekabr ayında və 2023-cü ilin fevral və mart aylarında qumar oyunlarının oynanılmasını təşkil etməsi barədə ifadə verməsini onunla izah edir ki, ibtidai istintaq zamanı ona fiziki və psixoloji təzyiq göstərilmiş, o da bu səbəbdən müstəntiqin yazdığı ifadəyə qol çəkmişdir. O, yalnız bir dəfə, yəni 05 mart 2023-cü il tarixdə qumar oyunu təşkil etmişdir. Belə ki, 05 mart 2023-cü il tarixdə “Sədərək” Ticarət Mərkəzində birlikdə işlədiyi dostları Şahid5, Şahid1, Şahid2, Şahid4, Saməddin Mirzadə ilə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən evdə yemək yemiş və içki içmişlər. Onun dostları ilə əvvəlcədən qumar oyunu oynamaq planları olmamışdır. Vaxtlarını xoş keçirmək üçün öz aralarında danışmış və kart oynamağa qərara gəlmişlər. Yeyib-içdikdən sonra oyunun keçirilməsinə başlamışlar. O, kartları dostlarına vermişdir. Oyunun ilkin gedişini 1-2 manatdan oynamışlar. 06 mart 2023-ci il tarixdə saat təxminən 00:05 radələrində oyun oynayarkən qapı döyülmüş və o, qapını açmışdır. Qapını açdıqda polis əməkdaşları özlərini təqdim etmiş və mənzilə daxil olaraq baxış keçirmişlər. Həmin vaxtı onlar sərxoş olmuşlar. Polis əməkdaşları otağa daxil olarkən masada kartlar yox idi, sonradan mənzili axtararkən tapmışlar. Masada 508 manat pul var idi. Daha sonra onları izahatlarının alınması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Qumar oyunu təşkil etdiyi mənzili dostu Şahid6 günlük kirayəyə götürmüşdür. Həmin mənzili dostu Şahid6 kirayəyə götürmüş və o da Həzrətin kirayəni ödəməsi üçün ona kömək məqsədilə 60 manat müqabilində ondan günlük kirayəyə götürmüşdür. Özünü qismən təqsirli bilməyini onunla izah edir ki, o, dekabr və fevral aylarında qumar oyunları təşkil etməmişdir. Belə ki, dekabr ayında həmin evdə olubolmadıqlarını dəqiq xatırlamır, fevral və mart aylarında isə dostları ilə birlikdə həmin evdə olmuşdur. Lakin fevral ayında kart oyunu oynamamış, dostları ilə birlikdə əylənmiş, yeyibiçmişlər. Mart ayında isə kart oyunu oynamışlar. Dostları ilə həmin evdə iki dəfə olmuşdur, həmin evdə ikinci dəfə olanda kart oyunu oynamışlar. Əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Belə ki, müstəntiq ona təzyiq göstərmiş və buna görə də o, məcburən müstəntiqin yazdığı ifadəyə qol çəkmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin qış aylarından tanıyır. Təqsirləndirilən şəxs ilə “Sədərək” ticarət mərkəzində müştəri kimi mal alarkən tanış olmuşdur. Həmin vaxtı o, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən mənzildə kirayə qalırdı. Həmin mənzil Rusiya Federasiyasında yaşayan Pərvanə Nəbiyevaya məxsusdur, mənzili 600 manat aylıq kirayəyə götürmüşdür. O, taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs mənzilin kirayəsini ödəməkdə ona kömək etməyi təklif etmiş, ondan həmin mənzili günlük 60 manat müqabilində kirayəyə verməyi istəmişdir. Onun həmin vaxtı işləri yaxşı getmədiyindən və pula ehtiyacı olduğundan Şahvələdin təklifi ilə razılaşmışdır. Şahvələd dostları, yəni “Sədərək” ticarət mərkəzindən olan iş yoldaşları ilə birlikdə istirahət etmək, həmçinin aldığı malların hesabuçotunu aparmaq məqsədilə iki dəfə ondan mənzili günlük kirayəyə götürmüşdür. İlk dəfə 2023-cü ilin fevral ayının ortalarında, ikinci dəfə isə 05 mart 2023-cü il tarixdə mənzili ondan gündəlik kirayəyə götürmüşdür. Sonra polis əməkdaşları ona zəng vuraraq mənzildə qumar oyunlarının keçirilməsi barədə məlumat vermiş, o da dərhal mənzilə gəlmişdir. O, qapıdan içəri girərkən masada kartlar olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, qapı-pəncərə ustası işləyir. Şahid1 onun uşaqlıq dostudur, onunla birlikdə kirayədə yaşayır. 05 mart 2023-cü il tarixdə saat 22 radələrində Vüsal ilə birlikdə olarkən Vüsal ona “Sahil” metrostansiyası yaxınlığında tanışının mənzili olduğunu, oraya birlikdə gedib istirahət etməyi, orada pivə içməyi təklif etmişdir. O, Vüsal ilə razılaşaraq həmin mənzilə getmişdir. Mənzilin qapısını əvvəldən tanımadığı, adının sonradan öyrəndiyi Şahvələd açmışdır. Onlar içəri keçmişlər. Əvvəl pivə içmişlər, sonra o, qumar oynamadığı üçün divanda əyləşmiş, Vüsal və otaqda olanlar isə qumar oynamaq üçün masa arxasına keçmişlər. O, kart oynamağı bacarmır, ona görə də o, divanda əyləşərək telefona baxırdı. O, divanda telefona baxdığı üçün onların masa arxasında nə danışdıqlarını eşitməmişdir. Lakin masanın üzərində pullar var idi. Həmin mənzildə bir dəfə, mart ayında olmuşdur. İstintaq zamanı verdiyi ifadəsi ilə hazırki ifadəsi arasındakı ziddiyyəti onunla izah edir ki, o, müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. O, ümumiyyətlə qumar oynamağı bacarmır, ona görə də kartdakı xallarda eynilik olanda pulların Şahvələdə verilməsi ilə bağlı ifadə verməmişdir. Sonra polis əməkdaşları gəlmiş və otağa baxış keçirilmişdir. Onları izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Sədərək” ticarət mərkəzindən tanıyır. Əvvəl müştəri kimi tanımış, sonradan dostluq münasibətləri yaranmışdır. 2023-cü il tarixdə mart ayında kafedə Şahvələd ilə yeyib- içəndən sonra Şahvələd ona kirayə götürdüyü mənzilə getməyi, orada istirahət etməyi təklif etmiş, o da razılaşmışdır. Onlar qumarbaz deyillər, yeyib-içdikdən sonra xoş vaxt keçirmək üçün qumar oynamışlar. Həmin gün onun üstündə cəmi 30 manat pul olmuşdur. Xallar bərabər olduqda pulları xərclər üçün verilirdi. Aralarında yaşca ən böyük Təqsirləndirilən şəxs olduğu üçün pulları o götürmüşdür. Şahvələdə əlavə pul verilməmişdir. İbtidai istintaq zamanı qorxduğu üçün müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. Müstəntiq ona ifadəni imzaladıqdan sonra sərbəst buraxılacağını demiş, o da imzalamışdır. Həmin evdə bir dəfə, yəni mart ayında olmuşdur və həmin vaxtı onlar qumar oynamışlar. Daha sonra polis əməkdaşları gəlmiş və otağa baxış keçirmişlər. Maddi sübutlar və oyun kartları polis əməkdaşları tərəfindən götürülmüşdür. Onları isə izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Sədərək” ticarət mərkəzindən tanıyır. 2023-cü il tarixdə mart ayında Şahvələd ona kirayə götürdüyü Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən mənzilə getməyi təklif etmiş, o da razılaşmışdır. Dostları Saməddin, Vüsal, Amid, Şəhriyar da orada olmuşlar. O, qumar oynayacağı üçün masa arxasına keçmişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş, otağa baxış keçirmişlər. Onları isə izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O, həmin evdə iki dəfə olmuşdur. Birinci dəfə həmin evdə hansı ayda olduğunu xatırlamır, lakin həmin vaxtı kart oyunu olmamış, evdə yalnız o və onun qonağı olmuşdur. İkinci dəfə mart ayında həmin evdə olmuşdur və həmin vaxtı qumar oyunu oynamışlar. Xallar bərabər olduqda pulları xərclər üçün Şahvələdə verilirdi. İstintaq zamanı müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. Müstəntiq ona ifadəni imzaladıqdan sonra sərbəst buraxılacağını demiş, o da imzalamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Sədərək” ticarət mərkəzindən tanıyır. O, qapı-pəncərə ustası işləyir. 2023-cü il tarixdə mart ayında, bazar günü futbol oyununda olmuşdur. Şahvələd ona zəng edərək yeyib-içmək, istirahət etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən mənzilə dəvət etmişdir. Saat 22 radələrində dostu Şahid2 ilə birlikdə həmin mənzilə gəlmişlər. İçəri girdikdə Saməddin və Əliağa da orada idi, bir müddət sonra Şahid4 da oraya gəlmişdir. Şahid2 oynamayacağı üçün divanda əyləşmişdir, o isə masa arxasında keçmişdir. Həmin vaxtı cibində 160 manat pul olmuşdur. Bir müddət sonra polis əməkdaşları gəlmiş və otağa baxış keçirmişlər. Onları isə izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qumar oyunları təşkil etməklə məşğul olması ilə bağlı heç kimdən heç nə eşitməmişdir. Onlar dilxoşluq məqsədilə orada qumar oynamışlar. Həmin evdə yalnız bir dəfə,yəni mart ayında olmuşdur. O, fevral ayında həmin evdə olmamışdır. Xallar bərabər olduqda pulların Şahvələdə verilməsi ilə bağlı ifadə verməmişdir. İstintaq zamanı müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. Müstəntiq ona ifadəni elan etməmiş, özü isə ifadəni oxumamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir-iki dəfə toy məclisində görmüşdür. Onu toy məclisindən tanıyır. 2023-cü ilin mart ayında Şahvələd onu yeyib-içmək məqsədilə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən, kirayə götürdüyü mənzilə dəvət etmişdir. O da onunla razılaşmış və həmin mənzilə getmişdir. Onlar oraya qumar oynamaq məqsədilə yığışmamışdılar. Yeyib içdikdən sonra vaxt keçirmək üçün öz aralarında qumar oynamışlar. Oyuna başladıqdan beş dəqiqə sonra polis əməkdaşları gəlmiş və otağa baxış keçirmişlər. Onları isə izahatlarının alınması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O, həmin mənzildə bir dəfə, yəni mart ayında olmuşdur. Xallar bərabər olduqda pulların Şahvələdə verilməsi ilə bağlı ifadə verməmişdir. İstintaq zamanı müstəntiqin yazdığı ifadəni oxumadan imzalamışdır. Müstəntiq ona ifadəni elan etməmiş, özü isə ifadəni oxumamışdır. 06 mart 2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs icarəyə götürdüyü ünvan 2 ünvanında əməliyyat tədbiri keçirilmişdir. Belə ki, mənzilə daxil olduqda masa ətrafında və kənarda şəxslərin oturması, masanın üzərində pul əskinazlarının və kartların olması müəyyən edilmişdir. Masanın üzərində olan pullar sayıldıqda orada 05 ədəd 50 manatlıq əskinaz, 07 ədəd 20 manatlıq əskinaz, 04 ədəd 10 manatlıq əskinaz, 12 ədəd 5 manatlıq əskinaz, 18 ədəd 1 manatlıq əskinaz aşkar edilmiş, masa üzərində qumar oyunu üçün istifadə olan kartlar, divanın qarşısındakı masanın üzərindən isə 01 ədəd istifadə olunmamış kart aşkar edilmişdir. Aşkar olunmuş pul əskinazları və kartlar maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra masa ətrafında olan şəxslərdən özlərini təqdim etmələri istənilmiş, həmin şəxslər özlərini təqdim edərək qumar oynanılması məqsədi ilə gəldiklərini, qumar oyunlarının Şahvələd adlı şəxs tərəfindən təşkil edildiyini bildirdilər. Əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin SDS-3-6-8/1-1884/2023 saylı, 07 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili X9 05 mart 2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunauyğun hesab edilmişdir. 29 mart 2023-cü il tarixdə fakta görə Cinayət Məcəlləsinin 244-1.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. 29 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 08 avqust 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 14 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244- 1.1 maddəsindən həmin Məcəllənin 244-1.2.1-ci maddəsinə tövsif edilmiş, “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 06 mart 2023-cü il tarixli protokol və 01 ədəd disk sübut növü kimi qiymətləndirilmiş, baxış zamanı otaqdan aşkar edilmiş qumar oyunlarından əldə edilmiş 508 manat pul vəsaiti, qumar oyunlarının oynanılması üçün istifadə olunmuş oyun kartları və istifadə olunmamış 01 dəst oyun kartı maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasına təhvil verilmişdir. 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs üç azyaşlı uşağı – xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X1. İstintaq materialları ilə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən mənzili əvvəllər tanımadığı Şahid6 günü 60 manat olmaqla ayrı-ayrı vaxtlarda 3 dəfə bir günlük icarəyə götürmüşdür. Həmin mənzilə çağırdığı şəxslərə otaqda qumar oyunlarını təşkil etmiş, həmçinin həmin qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmişdir. Sonuncu dəfə 05 mart 2023-cü il tarixdə yenidən mənzildə qumar oyunları oynayan zaman polis əməkdaşları tərəfindən həmin fakt müəyyən edilmişdir. İstintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs icarəyə götürdüyü mənzildə qumar oyunları təşkil edib keçirmişdir. Belə ki, o özü şəxsən oyunçuları taparaq mənzildə onlar üçün şərait yaratmışdır. Bütün bunlar onun icarə götürdüyü mənzildə qumar oyunları təşkil etdiyini tam təsdiq edir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də iki dəfə mənzildə qumar oyunları təşkil etmişdir. O oyun zamanı oyunçulardan kartdakı xallar bərabər olduqda yığılan pulları da əldə etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs icarəyə götürdüyü mənzildə qumar oyunları təşkil edib və keçirməkdə məqsədi gəlir əldə etmək olmuşdur. Yəni o cinayəti tamah məqsədilə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvvəllərindən 06 mart 2023- cü il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda, yəni 2022-ci ilin dekabr ayının əvvəllərində, 2023-cü ilin fevral ayının ortalarında, 06 mart 2023-cü il tarixdə olmaqla 3 dəfə ünvan 4 ünvanında yerləşən mənzili günlük icarəyə götürərək, həmin mənzildə qumar oyunları təşkil edib keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs ümumilikdə 3 dəfə, ayrı- ayrı vaxtlarda qumar oyunları təşkil etdiyinə görə onun əməlində təkrar qumar oyunları təşkil edib keçirməklə, həmçinin qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmək, yəni Azərbaycan Respublikası CM-in 244-1.2.1-ci maddəsinin tərkib əlamətləri vardır. Birinci instansiya məhkəməsi isə hökmündə Təqsirləndirilən şəxs ittiham edildiyi CMnin 244-1.2.1-ci maddəsini həmin məcəllənin 244-1.1-ci maddəsinə tövsif etmiş və bunu onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı əməlin təkrarən törədilməsi kimi tövsifini yalnız şifahi ifadələrə əsasən qiymətləndirmişdir. Eləcə də, məhkəmə hökmündə qeyd etmişdir ki, istintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, yalnız şifahi ifadələrə əsasən qiymətləndirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifində yanlışlığa yol vermiş və işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hökmündə ibtidai istintaqdakı təkzib etdiyi əsasları hökmündə də əsas kimi götürərək yəni, şahidlərin ibtidai istintaqda verdikləri ifadələrini aydınlaşdırmadan, yalnız həmin şahidlərin məhkəmə istintaqında dəyişdirərək verdikləri ifadələrə, şahidlərin şablon sözlərinə əsaslanmışdır. Eləcə də, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən günlük icarəyə götürdüyü mənzildən qumar oyunları oynamaq üçün istifadə olunmuş oyun kartları və bir dəstə istifadə olunmamış oyun kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs günlük icarəyə götürdüyü mənzildən əlavə yeni dəst istifadə olunmamış oyun kartı aşkar olunması Təqsirləndirilən şəxs mütəmadi olaraq həmin mənzildə qumar oyunları təşkil etdiyinin bariz nümunəsidir. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixli iclasda Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Belə ki, müstəntiq ona təzyiq göstərmiş və buna görə də o, məcburən müstəntiqin yazdığı ifadəyə qol çəkmişdir. Mənzil Pərvanə Nəbiyevaya məxsusdur, mənzili 600 manat aylıq kirayəyə götürmüşdür. O, taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs mənzilin kirayəsini ödəməkdə ona kömək etməyi təklif etmiş, ondan həmin mənzili günlük 60 manat müqabilində kirayəyə verməyi istəmişdir. Onun həmin vaxtı işləri yaxşı getmədiyindən və pula ehtiyacı olduğundan Şahvələdin təklifi ilə razılaşmışdır. Şahvələd dostları, yəni “Sədərək” ticarət mərkəzindən olan iş yoldaşları ilə birlikdə istirahət etmək, həmçinin aldığı malların hesabuçotunu aparmaq məqsədilə iki dəfə ondan mənzili günlük kirayəyə götürmüşdür. İlk dəfə 2023- cü ilin fevral ayının ortalarında, ikinci dəfə isə 05 mart 2023-cü il tarixdə mənzili ondan gündəlik kirayəyə götürmüşdür. İstintaqda Təqsirləndirilən şəxs evi 3 dəfə kirayə verdiyini, məhkəmədə isə 2 dəfə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixli iclasda şahid X4 ifadəsində göstərmişdir ki, müstəntiq tərəfindən təzyiqlər olub və məhkəmə istintaqında verdiyi ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsi ibtidai istintaq zamanı hansı formada təzyiqlər göstərilməsini araşdırmadan Şahid6 və Şahid5 məhkəmədəki ifadələrini heç bir əsas olmadan sübut kimi qəbul etmişdir. Şahid6 Təqsirləndirilən şəxs malların hesab-uçotunu aparmaq məqsədilə iki dəfə ondan mənzili günlük kirayəyə götürdüyünü bildirmişdir. Lakin, məhkəmə bu ifadələrin doğruluğunu araşdırmamış və onları yanakı sübutlarla qiymətləndirməmişdir. X4 və Şahid6 məhkəmədə verdikləri ifadələrdən aydın olur ki, onlar məhkəmədə qeyri-səmimi ifadə vermişlər, lakin istintaqdakı ifadələri daha inandırıcıdır və istintaq sənədləri ilə üst-üstə düşür. CPM-nin 124-cü maddəsindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Cinayət prosesində şübhəli, təqsirləndirilən və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmçinin CPM-nin 125-ci maddəsində qeyd olunmuşdur ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmədə şahidlərin ifadələri qeyri-səmimi olduğundan şübhəli hal kimi nəzərə alınmalı idi. Beləliklə, birinci instansiya məhkəməsi ibtidai istintaqdakı şahid ifadələrini, maddi sübutları və təqsirləndirilən şəxsin ifadələrini əsassız olaraq sübut kimi qəbul etməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin və şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı öz təqsirini inkar etməsi barədə dəlilə münasibət bildirərkən göstərilməlidir ki, Təqsirləndirilən şəxs bir neçə dəfə deyil, cəmi 1 dəfə qumar oyunları təşkil etməsi barədə uydurma ifadələr vermişdir. Lakin, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq əməlin tövsifini dəyişsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib edən birinci instansiya məhkəməsində verdiyi ifadəsinə tənqidi yanaşmamış, hətta qərar qəbul edərkən həmin ifadələrinə əsaslanmışdır. İşə apellyasiya instansiyası məhkəməsəində baxılan zaman şahidlər X4, X12 və Şahid1 ifadələri alınmış və onlar birinci instansiya məhkəməsində verdikləri ifadələrlə eyni məzmunlu ifadələr vermişlər. Kollegiya həmçinin onu da qeyd edir ki, təqsirləndirilən şəxs və şahidlərin eyni ifadələr verməsi və eyni vaxtda ifadələrini dəyişmələri onların uzun müddət eyni yerdə işləmələri və yaxın münasibətlərinin olması ilə bağlı olduğunu deməyə əsas verir. İşə apellyasiya instansiyası məhkəməsəində baxılan zaman, məhkəmə təqsirləndirilən şəxs və şahidlərin həm ibtidai istintaq dövründə, həm də birinci instansiya məhkəməsində və sonuncu ilə eyni məzmunlu olan apellyasiya instansiyası məhkəməsində verdikləri ifadələri təhlil edərək həmin ifadələrin həqiqətə uyğun olub-olmamasının araşdırılması üçün təqsirləndirilən şəxs və şahidlərin anten məlumatlarının götürülməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********, şahidlər Şahid2 istifadəsində olan **********, Şahid3 istifadəsində olan **********, X2 istifadəsində olan ********** və Şahid1 istifadəsində olan ********** saylı mobil nömrələrin 2022-ci ilin dekabr ayı, 2023-cü ilin fevral və mart ayları ərzində anten məlumatlarına əsasən onlar qeyd edilən zaman intervalında dəfələrlə hadisə baş verən ünvanda (ünvan 5 edilənlərə əsasən, kollegiya hesab edir ki, təqsirləndirilən şəxs CM-in 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmaması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində təkrarlıq olduğundan bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal hesab edilməlidir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 244-1.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmə qaydalarına uyğundur. Yuxarıda göstərilənlərə əsasən kollegiya, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür və onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli deyildir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. 06 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasında saxlanılan qumar oyunlarının oynanılması üçün istifadə olunmuş oyun kartları və istifadə olunmamış 01 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 06 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasında saxlanılan qumar oyunlarından əldə edilmiş 508 (beş yüz səkkiz) manat pul vəsaiti dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin mobil operatorlardan daxil olan 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ləğv edilməli və yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəs ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvan 6 ünvanını axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 347, 349-350, 351-356, 397.1, 397.2, 398.1.2, 399.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 31/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ləğv edilsin. Yeni hökm qəbul edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin maddə ilə ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. 06 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasında saxlanılan qumar oyunlarının oynanılması üçün istifadə olunmuş oyun kartları və istifadə olunmamış 01 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 06 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutarın saxlanması kamerasında saxlanılan qumar oyunlarından əldə edilmiş 508 (beş yüz səkkiz) manat pul vəsaiti dövlət nəfinə müsadirə edilsin. Mobil operatorlardan daxil olan 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 80 (səksən) saat üçün cəmi 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1025/2024
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-1025/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver