Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-158/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)- 735/2022 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)-735/2022 nömrəli hökmü ilə (hakim Əkbərov Məhəmməd Hüseyn oğlunun sədrliyi ilə, hakimlər X19 və X7 ibarət tərkibdə) xx xxxxx 1973-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi İlə qanunsuz olaraq, 07 (yeddi) ədəd şəffaf rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 38,540 qram, 0,615 qram, 0,408 qram, 0,555 qram, 0,504 qram, 0,546 qram və 437 qram olmaqla ümumi təmiz çəkisi 41,605 qram, yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr halında, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 18:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, 5-ci döngədə yerləşən “OBA” marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 3-cü Polis Şöbəsinə dəvət olunmuş və orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən əynindəki qara rəngli, dəri, qısa qollu gödəkcənin sağ iç cibindən 01 ədəd göy rəngli sabun qabının içərisində olan 07 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi- 41,605 qram olmaqla külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)-735/2022 nömrəli ittiham hökmünü əsassız olduğundan ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Şahid1 ibtidai istintaq zamanı dindirilərkən xx.xx.2021-ci il tarixli ifadəsində Təqsirləndirilən şəxs yanında azyaşlı qız uşağının olması, onu yaşadıqları evin həyətinə aparması, eləcə də Təqsirləndirilən şəxs saxlanmasından sonra onun hansı nəqliyyat vasitəsi ilə gətirilməsi barədə də məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxslə üzləşməsi zamanı isə müdafiəçi olaraq mənim suallarımı cavablandırarkən onun yanında 4-5 yaşlı qız uşağının olmasını, qızı anasına təhvil verib geri qayıtdıqlarını, Təqsirləndirilən şəxs apardıqları nəqliyyat vasitəsini markasını, nömrəsini, kimin idarə etməsini xatırlamadıqlarını, özünün avtomobilin arxasında Təqsirləndirilən şəxs yanında əyləşdiyini, başı qarışıq olduğundan Təqsirləndirilən şəxs saxlanması zamanı ətrafa baxmadığını,onun üzərindən narkotik vasitədən başqa digər əşya aşkar olunmadığını, Təqsirləndirilən şəxs gətirilməsi zamanı isə havanın işıqlı olmasını göstərmişdir. Şahid2 ibtidai istintaq zamanı dindirilərkən xx.xx.2021-ci il tarixli ifadəsindən görünür ki, onun ifadəsi məzmunu,verilən sualların ardıcıllığı,üslub səhvləri, interval və sair Şahid1la eynilik təşkil edir. Sanki hər iki şəxs əzbərlədikləri şeiri söyləyirlər. Bundan əlavə, məhkəmə istintaqı zamanı dindirilmiş Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatların doğruluğunu təkzib edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid1 və Şahid2 işin faktiki halları ilə uyğun gəlməyən, məntiqsiz ifadələri ilə Təqsirləndirilən şəxs saat 18 radələrində saxlayaraq polisə gətirmələrini, PB-də olarkən R. Cəbiyevə qarşı əsassız tutma, qeyri insani, ləyaqəti alçaldan rəftara məruz qoyulması”nda ifadə olunan hərəkətlər etmədiklərinə inandırmağa çalışsalar da, müdafiə tərəfinin verdiyi suallara verdikləri məntiqsiz cavablar onların vermiş olduqları ifadənin tamamilə yalan olmasını tam sübuta yetirmişdir. Belə ki, Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə o və 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2la onun yaxalanması üçün tədbir keçirmişdir.Həmin gün saat 6,7-yə (18-19) işləmiş onu “Oba ” marketin yanında saxlamışlar. Şahid1 müdafiə tərəfinin ona verilən sualları cavablandırarkən, Təqsirləndirilən şəxs yanında azyaşlı qızın da olmasını, onu yaxınlıqdakı evlərinə aparıb anasına təhvil verib qayıtmalarını təsdiq etmişdir. Bundan əlavə, Şahid1 müdafiə tərəfinin suallarını cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulmasından təxminən 1 saat yarım əvvəl onu müşahidəyə götürmüş, onu saxlayarkən hava tam qaralmamış, (saat 18:05-də günəş batır), həmin vaxt başı qarışıq olduğundan Təqsirləndirilən şəxs yaxalanması zamanı ətrafda adamların olub- olmamasına fikir verməmiş, onu polisə gətirdikləri avtomobili xatırlamamış, onların yanında başqa şəxs olmamış, həmin gün özünün Təqsirləndirilən şəxs gətirilməsində istifadə olunan avtomobili idarə etməsini xatırlamamış, hadisə zamanı üzərində hansı mobil nömrənin olması sualına da, üzərində bir çox mobil nömrələrdən istifadə etdiyinə görə də üzərində hansı nömrənin olmasını xatırlmadığını, anket məlumatlarında qeyd olunan ***-***-**-** saylı mobil nömrənin onun istifadəsində olduğunu təsdiq etmişdir. Şahid1 Təqsirləndirilən şəxs arvadının həmin gün PB-nə gəlməsini, onu kiminsə tərəfindən deyil, ərinin tutulduğuna görə özünün gəlməsini, Təqsirləndirilən şəxs PB-nə gətirilməsindən sonra onun təhqiqatçıya nə vaxt təhvil verilməsinin yadında qalmadığını, şəxsi axtarış zamanı çəkilişin onun tərəfindən aparılmasını, şəxsin üzərində pul, avtomobilin açarları və mobil telefonun olmasını xatırlamadığını,Təqsirləndirilən şəxs yaşadığı evlə 3-cü PB-nin arasının 1 km olmasını (əslində isə həmin məsafə 4 km-dir) məsafədə olduğunu göstərmişdir. Bu məlumatlarla əlaqədar qeyd etmək yerinə düşər ki, evdən çıxan adamın üzərində hər hansı məbləğdə pul olmaması,ən azı marşurut avtobusuna minib evə qayıtması üçün xırda pulun belə olmaması inandırıcı deyildir. Həmçinin, R.Cəbyevin pulu yox idisə onda o, “Oba ” marketdən şirniyyat kökəsini nə ilə alacaqdır. Bütün bunlar təsdiq edir ki, Təqsirləndirilən şəxs üzərində videoşəkilşlə axtarış aparılmazdan əvvəl, onun üzərində faktiki olaraq qeyri- rəsmi olaraq axtarış aparılmış, bundan sonra ona edilən qanunsuz təsirlərin nəticəsində şəxsin üzərində “şəxsi axtarış və götürmə “ aparılması səhnələşdirilmiş və polisin diqtəsi ilə Təqsirləndirilən şəxs onların dedikləri məzmunda izahat verməyə və onların təlimatı ilə dediklərini yerinə yetirməyə razılaşaraq, həmin qanunsuz göstərişləri yerinə yetirmişdir. Həmçinin,qeyd etmək yerinə düşər ki, artıq polis əməkdaşları Şahid1la Şahid2 Təqsirləndirilən şəxs yanında azyaşlı qızının olması faktını təsdiq edirlər. Təqsirləndirilən şəxs azyaşlı qızı onun yanında ya məktəbə gedərkən, ya da ki, məktəbdən qayıdarkən ola bilər. Əgər azyaşlı qız məktəbdən qayıdırdısa onda Təqsirləndirilən şəxs ona şirniyyat kökəsi almağa nə ehtiyacı vardır?. Çünki,həmin yerdən onun evinə olan məsafə 150 metrdir və adətən də şirniyyat kökəsini azyaşlının çantasına dərslər arasında olan tənəffüs zamanı yeməsi üçün qoyurlar.Nəhayət Şahid1 “siz Təqsirləndirilən şəxs saat 18 radələrində saxlayaraq polisə gətirmənizə dair sübutunuzu təqdim edə bilərsininizmi sualına “ xeyir” başqa sübutum yoxdur, əvvəllər belə şikayətlə qarşılaşmamışıq cavabını vermişdir. Polis işçisi Şahid1 həmin ifadəsində yaranan digər məntiqsizlik onda ifadə olunur ki, əgər qəbul etsək ki, Təqsirləndirilən şəxs azyaşlı qızını məktəbdən çıxarkən onu gedib məktəbdən gətirmişdirşə və dərslər saat 17:15-də başa çatdığından 400 m məsafəni getmək üçün 20 dəqiqə zaman keçəcəkdir. Belə olan halda, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlamazdan əvvəl bir saat yarım necə müşahidə altında saxlamışlar.Onlar əgər Təqsirləndirilən şəxs yaxalayırdılarsa, onun qızını məktəbdən gətirməsini niyə gözləməli idilər? Məktəbə gedən şəxsin üzərində narkotik daşıyarmı? Narkotiki kimə satacaq, müəllimlərə,yoxsa şagirdlərə? əgər aparırsa niyə sabunqabının içərisinə qoymalıdır ki, kənardan baxanın diqqətini cəlb etsin. Əksinə narkotik satan şəxs ayıq olmalı, hərəkətlərində şübhə yaratmamalı, nazik sellofanda cibinə elə yerləşdirərdi ki, hər hansı diqqəti cəlb etməsin. Bu kimi suallar sonsuzluğa kimi davam edir. Həmçinin, qeyd etmək yerinə düşər ki, Şahid1 ibtidai istintaq zamanı da dindirilərkən Təqsirləndirilən şəxs yaxalayarkən onun hansı nəqliyyat vasitəsi ilə polisə gətirilməsini göstərməmişdir. Həmçinin, Təqsirləndirilən şəxslə üzləşməsi zamanı Təqsirləndirilən şəxs saxlanılması zamanı onun yanında olan qız uşağının 4-5 yaşının olmasını, azyaşlı qızı evlərinə nə ilə gətirdiklərini xatırlamadığını, özünün avtomobilin arxa oturacağında əyləşdiyini, Təqsirləndirilən şəxs yaxalanması zamanı günün hansı vaxı idi sualıma, havanın işıqlı olmasını, nə üçün şəxsin üzərinə yaxalandığı yerdə axtarış aparılmaması sualına özlərinin prosessual şəxs olmadığı üçün təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması üçün polisə gətirilməsini göstərmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı Xəzər RPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili X3 da sələfi Şahid1 kimi verilən suallara məntiqsiz cavablar vermişdir. Belə ki, o, Təqsirləndirilən şəxs tutulmasından əvvəl onu bir saatdan artıq müşahidəyə götürdüklərini, saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs yaxınlaşarkən onun yanında azyaşlı qızın olmasını, yolda qalmasın deyə onu da avtomobilə götürdüklərini, həmin vaxt onları kiminsə görübgörməməsinə fikir vermədiklərini, Təqsirləndirilən şəxs gətirdikləri avtomobilin markasını, dövlət qeydiyyat nişanım, avtomobili kimin idarə etməsini xatırlmadığını, azyaşlı qızı gətirib Təqsirləndirilən şəxs yaxınlıqda yerləşən həyətinə düşürdüklərini, həmin vaxt vaxt etibarı ilə saat 17-18 radələri olmasını, həmin vaxt “Oba ” marketin yaxınlığında yolun kənarında “QazeH" markalı avtomobil görsələr də, həmin yük avtomobilinin Təqsirləndirilən şəxs məxsus olmasından xəbərsiz olduqlarını, anket məlumatlarında olan 055-215- 21-20 saylı mobil nömrənin ona məxsus olduğunu bildirmişdir. Tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış fəaliyyətini Xəzər RPl-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həyata keçirmiş, Təqsirləndirilən şəxs həmin gün saat 18 radələrində Xəzər rayonu Südçülük sovxozu, 5-ci döngədə “Oba ’’ marketin qarşısında saxlanaraq Xəzər RPİ-nin 3-cü PB-nə gətirilmiş, təhqiqatçının xidməti iş otağında ona üzərində narkotik vasitə, qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim edilməsi təklif edildikdə o, əynində olan qısaqol gödəkcənin iç cibindən içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Binə südçülük sovxozunda adını bilmədiyi, üzdən tanıdığı İİR-nın vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirdiyi göstərilmişdir.Həmin protokolda Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir əşya, mobil telefon, siqaret, pul və digər zəruri olan hər hansı əşyanın aşkar edilməsinə dair hər hansı qeydiyyat yoxdur. Cinayət işində olan sənədlərə əsasən Təqsirləndirilən şəxs tutulduğu, yəni hüquqlarının məhdudlaşdırılmasının başlanğıcı saat 18:00- dan götürülmüş, saat 18:40-da şübhəli şəxs qismində tutma protokolu tərtib olunmuş, ’’şəxsi axtarış və götürmə aparılması barədə ” protokol saat 19:20-də başlayıb saat 19:45-də qurtarması göstərilmişdir. Bu məlumatların doğruluğuna inansaq şəxsin hüquqlarının məhdudlaşdırıldığı andan 1 saat 20 dəqiqə sonra, onun üzərinə şəxsi axtarış aparılmışdır. Bu faktın özü belə şəxsin polis əməkdaşlarının nəzarəti altında saxlanmasına görə onun üzərinə onun ittiham olunduğu maddi sübutun qoyulmasını istisna etmir. Hətta, şəxsin PB-nə gətirilməsindın 1 saat 20 dəqiqə sonra onun üzərində şəxsi axtarış aparılması artıq pozuntunu təsdiq edir. Halbuki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “ LAYİCOV AZƏRBAYCANA QARŞİ “ işi üzrə qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında xüsusilə həbs edildiyi və polisdə olduğu vaxt onunla pis rəftar edildiyini və ölkənin dövlət orqanlarının pis rəftarla bağlı şikayətlərini araşdırmadıqlarını bildirmişdir. O həmçinin cinayət işinin ədalətsiz aparıldığını, barəsində çıxarılmış ittiham hökmünün qanunsuz yolla əldə edilmiş sübutlarla əsaslandırıldığını iddia etmiş və 10 noyabr 2010-cu ildə ərizə mövqeyini bildirməsi üçün hökumətə göndərilmişdir. Avropa Məhkəməsi qərarında şəxsin varım saat ərzində polis əməkdaşlarının sərəncamında olması, onun üzərinə maddi sübutun yerləşdirilməsi üçün vaxt və imkan yaradılmasına kifayət etdiyini qeyd edərək həmin pozuntunu tanımışdır Bu is üzrə isə hüquqlarını müdafə etdiyim Təqsirləndirilən şəxs polisin sərəncamında olmasından 6 (altı) saatdan artıq vaxt keçdikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Bundan əlavə, cinayət işində polis mayoru Şahid1 bölmənin rəisi polis polkovnik - leytenentı Rahid Nağıyevə ünvanladığı raportunda şəxsin saxlanılma saatı “18:00” qələmlə göstərdiyi halda, “ əməliyyat -axtarış tədbirlərinin həyata keçirilmısi haqqında” xx.xx.2021-ci il tarixli qərarının PB-nin rəisi tərəfindən təsdiq edilmə tarixi kompüterlə yazılmışdır. Halbuki, həmin tarix qərarı imzalayan şəxs tərəfindən həyata keçirildiyindən, onun kompüterlə qoyulması mümkün deyildir. Bu da həmin qərarın şəxsin saxlanaraq PB-nə gətirilməsindən sonra yazıldığına dəlalət və həmin qərarın elektron variantına baxış keçirilərsə sənədin yaradılma vaxtının şəxsin saxlanmasından sonra tərtib olunması ortaya çıxacaqdır. Bundan,əlavə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma protokolu saat 18:40 -da tərtib edildiyi göstərilsə də, onun üzərində ’’şəxsi axtarış və götürmə aparılması barədə” protokol saat 19:20-də başlayıb saat 19:45-də qurtarması göstərilmişdir. Bu məlumatların doğruluğuna inansaq şəxsin hüquqlarının məhdudlaşdırıldığı andan 1 saat 20 dəqiqə sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Bu faktın özü belə şəxsin polis əməkdaşlarının nəzarəti altında saxlanmasıya görə onun üzərinə onun ittiham olunduğu maddi sübutun qoyulmasıı istisna etmir. Belə ki, şəxsin gətirilməsindən dərhal sonra onun üzərində şəxsi axtarış aparılmalı idi, lakin tərtib edilmiş protokola əsasən bu Təqsirləndirilən şəxs gətirilməsindın 1 saat 20 dəqiqə sonra baş vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs guya istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsindən istifadə edib əlaqə saxladığı, İİR-nın vətəndaşının isə istifadəsində olan mobil nömrəni xatırlamadığını göstərilmişdir. Halbuki, tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokola əsasən şəxsin üzərində guya mobil telefon aşkar olunmamışdır. Belə olan halda, şəxsin mobil telefonu haradadır? Axı Şahid1 ifadəsində Təqsirləndirilən şəxs İİR-nın vətəndaşı ilə WhatsApp proqramı vasitəsi ilə danışdığını göstərir. Təqsirləndirilən şəxs telefonu yoxdursa o necə və kimim WhatsAppı ilə danışıq aparmışdır? İİR-nın vətəndaşı ilə necə əlaqə saxlayırdı? Təqsirləndirilən şəxs həmçinin ifadəsində xx.xx.2021 -ci il tarixdə günorta saatlarında azyaşlı qızını məktəbə aparakən Xəzər Rayon Polis İdarəsinin 3-cü PB- nin əməkdaşları tərəfindən “Oba ” marketin qarşısında saxlanması və artıq saat 13:05-də onun həmin Polis Bölməsində olması cinayət işinin materiallarında olan aşağıdakı mötəbər sübutlarla təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində, günorta saat 12:45 radələrində azyaşlı qızı Leylanı orta məktəbə apardığı zaman 3 nəfər mülki geyimdə olan şəxs tərəfindən saxlandığını, onların ikisinin İntiqam və Anar adlı polis əməkdaşları olduğunu, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanması vaxtı saat 18 radələrində deyil, günorta saatlarında olduğu, artıq şəxsin saat 13:05-də Xəzər RPl-nin 3cü PB-də olmasını təsdiq edən mötəbərliyi heç bir şübhə doğurmayan sübutlar hələ ibtidai istintaq dövründə əldə edilmişdir.Bellə ki, müstəntiq O.Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci i! tarixədək olan müddətdə giriş-çıxış zəngləri və mesajlar çıxarılması barədə məhkəmə qərarı alınmışdır. Əldə edilmiş məlumatlarda Təqsirləndirilən şəxs hər hansı bir mesajı, onun həmin nömrəsində şübhə doğuracaq hər hansı zəng aşkar olunmamış və bununla əlaqədar müstəntiq tərəfindən xx.xx.2021-ci il tarixli protokolda tərtib edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan həmin nömrənin anten məlumatları nəzərdən keçirilərkən ümumiyyətlə, xx.xx.2021-ci il tarixdə onun saat 09:38-dən sonra Abşeron rayonu Məhəmmədi kəndində, saat 12:38-dən saat 14:50 kimi isə Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 7,ev 2-nin anten dairəsində olduğu müəyyən olunmaqla, onun ifadəsində göstərdiyi vaxtda Xəzər rayonu Binə qəsəbəsində olmadığı müəyyən edilmişdir. Halbuki, CPM-nin 125-ci maddəsinin tələblərinin pozulması yolu ilə Təqsirləndirilən şəxs alınmış ifadədə onun xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Binə qəsəbəsi Xəzər südçülük sovxozunda anket məlumatlarını bilmədiyi, İİR-nın vətəndaşı ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi yaradıb həmin narkotik vasitəni şəxsi istifadəçisi üçün aldığını bildirir.Həmçinin ifadəsində həmin narkotik vasitə üçün İİR-nın vətəndaşına pul verməsi, hansı qiymətə alması, nisyə və yaxud nəğd qiymətinin razılaşdırılması göstərilməmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı əldə olunmuş ***-***-**-** saylı mobil nömrənin giriş çıxış zəgləri ilə bağlı əldə olunmuş məlumatlarla əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokolda iş üçün əhəmiyyətli olan hallar aşkar olunmadığı yazılmışdır. Halbuki, həmin ittiham tərəfi üçün əhəmiyyətli məlumatlar əldə edilməsə də, təqsirləndirilən şəxsə bəraət verən, iş üçün əhəmiyyət kəsb edən çöx mötəbər sübutlar əldə edilmiş, istər ibtidai istintaq, istərsə də məhkəmə bilərəkdən həmin sübutlara göz yummuş, nəticədə cinayət törətməyən şəxsin barəsində onun ağır cinayət əməlini törətməsində qanunsuz ittiham hökmü çıxarılmışdır. məhkəməyə təqdim olunmuş 03 mart 2022-ci il tarixli 95 saylı arayışdan görünür ki, Şahid4 Bakı şəhəri Xəzər Rayonu R.Baxışov adına 218 № li tam orta məktəbin “İV g” sinifində oxuyur. Şagirdin dərsləri hər gün saat 13:10-da başlayır va saat 17:15-də bitir. Həmçinin, məhkəməyə təqdim olunmuş Şahid4 “tədrisdə və davamiyyətində ” qiymətləndirilməsinə dair dərs gündəliyindən çıxarışdan da görünür ki, o, xx.xx.2021-ci il tarixdə Ana dili ardıcıl 2 saat, musiqi 1 saat, riyaziyyat 1 saat, fiziki tərbiyə 1 saat olmaqla cəmi 5 saat dərsdə olması, 1-ci və 3-cü dərslərdən 5 (əla) qiymətlər almışdır. Şahid4 xx.xx.2021-ci il tarixdə məktəbə getmədiyi halda, ona məktəbin müəllimləri tərəfindən 3 fəndən əla qiymətlərin yazılması nə dərəcədə ağlabatandır, ümumiyyətlə bu mümkündürmü? Bundan əlavə, yenə Xəzər rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında işə baxılarkən Təqsirləndirilən şəxs qonşuluğunda yaşayan xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X15 xx.xx.2021- ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs həyət darvazasının qarşısında ağ rəngli “Niva ” markalı avtomobil dayanmasını, Təqsirləndirilən şəxs arvadı Şahid3 aparılmasını, Şahid3 yanında onun qızı Leylanı görmədiklərini, qonşuları Rövşənin polis işçiləri tərəfindən tutulduğunu bilib anası Şahid5 məlumat verdiklərini göstərmişlər. Lakin həmin şəxslərin bu məhkəmə iclasında dindirilmələrinə dair müdafiə tərəfinin vəsatəti təmin edilməmişdir. Bütün bu məlumatlar ortaya haqlı suallar çıxarır. Əgər polis əməkdaşları Təqsirləndirilən şəxs saat 18 radələrində saxlayıb polisə aparmışdılarsa onda onun arvadı Şahid3 polisə nə vaxt gedib, əri ilə nə vaxt görüşüb, ondan avtomobilin açarını, 70 manat pulu alıb evə nə vaxt qayıdıb. Şahid7 Təqsirləndirilən şəxs Qazell markalı avtomobilini oradan nə vaxt götürüb. Çünki adı keçən polis əməkdaşları özləri Təqsirləndirilən şəxs saxlandığı yerdə Qazell markalı avtomobilin saxlanmasını və Təqsirləndirilən şəxs arvadı Şahid3 ərinin ardınca polisə getməsini təsdiq etmişlər. Bu faktlar Təqsirləndirilən şəxs artıq saat 13 radələrindən 3-cü PB-də olmasını təsdiq edir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin günlərdə əlaqə saxladığı şəxsin onunla qonşu olan X1 olması müəyyən edilmişdir. Hər iki şəxsin yaşadığı ev LABS061206/LABS0612 Ali İsazade str/"ünvan 2 ünvanındadır. Həmin telefon məlumatlarının anten dairəsindən görünür ki, Təqsirləndirilən şəxs mobil telefonun anten dairəsi 12 oktyabr 2021-ci il tarixdən, saat 20:43-dən başlayaraq saat 09:27 yə kimi yaşadığı evin anten dairəsində, həmin vaxtdan 09:36 kimi LABS5357O1/LABS5357 BinaGSBA'Bakı şəhər, Əzizbəyov rayonu, Binə qəsəbəsiVKhazar ünvanda, ondan sonra 13:05 kimi yenə LABS0612O6/LABS0612 Ali İsazade str/"ünvan 2 ünvanında, saat 13:05dən xx.xx.2021-ci il tarix saat 21:38 :03-dək (həmin vaxt Təqsirləndirilən şəxs həbsdə olub), yəni tam 56 saat 32 dəqiqə 34 saniyə ərzində, yəni telefonun batareyasının enerjisi tükənənə kimi LABS2139O2/LABS2139 Bina-ATSTXəzər TKQ, ATS 456 BinəVKhazar ərazində keçmişdir. Həmin ünvan isə Bakı şəhəri,Xəzər rayonu 3-cü Polis Bölməsinin inzibati binasının yerləşdiyi anten dairəsidir ki, bunu indi təqdim edəcəyi mötəbər sübutlar heç bir mübahisə yeri qoymadan təsdiq edir. Təqsirləndirilən şəxs məxsus olan mobil telefonun isə Təqsirləndirilən şəxs polisə gətirilməsindən əvvəl gəlməsini təsdiq edəcək hər hansı mötəbər sübut isə iş materiallarında yoxdur. Belə ki, iş materialarında ittiham tərəfinin iddiasına görə hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən həmin gün saat 18 radələrində yaxalandıqdan sonra 3-cü PB-nə gətirilmiş, artıq saat 18:20-də barəsində şübhəli şəxs qismində tutma qərarı, saat 18:40 isə şübhəli şəxsin tutulması haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs “məhkəmənin qərarı olmadan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində”, “tutma və həbsdə saxlanmasında”, “eləcə də ona işgəncə verilməsi, qeyri insani, ləyaqəti alçaldan digər amansız rəftara məruz qoyulması”nda ifadə olunan hərəkətlərinin tanınması və həmin hərəkətlərin qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında baxılarkən Şahid2 istifadəsində olan ***-***-**-**, Şahid1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə dair telefon danışıqları və onların anten dairələrinin götürülməsi haqqında qərar qəbul etmişdir. Əldə edilmiş məlumatlarda ***-***-**-** saylı mobil nömrənin yalnız zənglərin anten dairəsi verilmiş, ***-***-**-** saylı mobil nömrənin anten məlumatları nədənsə verilməmişdir. Lakin ***-***-**-** saylı mobil nömrənin xx.xx.2021-ci il tarixə olan anten məlumatları tam şəkildə verildiyindən bu hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs olduğu yerin və vaxtın müəyyən edilməsini tam olaraq ortaya qoymuşdur.Həmin anten məlumatları isə bu iş üzrə məhkəməyə təqdim olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin anten məlumatlardan görünür ki, ***-***-**-** saylı nömrə Füzuli rayonu Əzizbəyov küçəsi ev 1də qeydiyyatda olan Şahid2 adına keçir. Nömrə saat 10:30-dan başlayaraq UBBK5017F/UBBK5017 BEGOC X26/"Bakı şəhəri, H.Əliyev prospekti, 205"/Nizami ünvanda, LABS2139O2/LABS2139 Bina-ATS/"Xəzər TKQ, ATS 456 Binə'7Khazar ünvanda, sonra LABS0393O5/LABS0393 Bine_penitentiary/"Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozuVKhazar ünvanda, LABS0393O3/LABS0393 Bine_penitentiary/ "Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu'VKhazar, 12:56-dan saat 15:13 kimi yenə LABS2139O2/LABS2139 Bina- ATSf'Xəzər TKQ, ATS 456 BinəVKhazar ünvanda,sonra UABS4674C/UABS4674 P_ATS- 54/" Sergey Yesenin 102A Mardakan qesebesiVKhazar ünvanda ,sonra UABS1405E/UABS1405 ATCLCLB/'Bakı şəhəri, Əzizbəyov rayonu, təyyarə limanı cənub hissəsiVKhazar ,sonra UABS3054E/UABS3054 Bine Bolluq sahesi/"Bakı şəhəri, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu"/Khazar,saat 15:34-dən saat 16:29 kimi yenə LABS2139O2/LABS2139 Bina-ATS/"Xəzər TKQ, ATS 456 BinəVKhazar ünvanda, saat 16:29-dan 16:54 kimi UABS3054E/UABS3054 Bine Bolluq sahesi/"Bakı şəhəri, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozuVKhazar, həmin vaxtdan saat 17:31 kimi yenə LABS2139O2/LABS2139 Bina-ATS/"Xəzər TKQ, ATS 456 BinəVKhazar ünvanda, həmin vaxtdan 17:46 kimi (cəmi 15 dəqiqə ) UABS4391D/UABS4391 Bina 2/"Bakı şəhəri, Binə qəsəbəsi, Abşeron KTMİMVKhazar (Təqsirləndirilən şəxs yaşadığı evin anten dairəsinə aid deyil ), saat 17:46-dan həmin vaxtdan 18:51 kimi yenə LABS2139O2/LABS2139 Bina- ATS/"Xəzər TKQ, ATS 456 BinəVKhazar , ardınca,Xəzər rayonu,Binə qəsəbəsi, Donuzçuluq sovxozuVKhazar və LABS0393Q3/LABS0393 Bine_penitentiary/ "Bakı şəhəri, Donuzçuluq sovxozu'VKhazar ünvanlarda keçir. Bütün bunlar LABS2139O2/LABS2139 Bina-ATS/"Xəzər TKQ, ATS 456 Binə"/Khazar ünvanın Xəzər RPİ-nin 3-cü PB-nin yerləşdiyi inzibati binanın həmin anten dairəsində olmasını və saat xx.xx.2021-ci il tarixdən saat 13:05-dən xx.xx.2021 -ci il tarixədək Təqsirləndirilən şəxs mobil telefonun həmin binada saxlandığını təsdiq edir. Halbuki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, Təqsirləndirilən şəxs tutulduğu vaxta kimi həmin nömrə bir dəfə də olsun həmin ərazinin anten dairəsində olmamışdır.Bu da Təqsirləndirilən şəxs ümumiyyətlə polis tərəfindən saxlandığı vaxta kimi həmin ərazidə olmadığını, xx.xx.2021-ci il tarixdə saat 13:05-dən Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilərək hüquqlarının məhdudladırılmasına dair mötəbər sübutdur. AR CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. toplanmış sübutlar və həmin sübutların ittihamın həlli üçün kifayət etməsi məsələsi ilə bağlı məhkəmənin hökmündə göstərilənlərin bu İşlə heç bir əlaqəsi yoxdur və “toplanan sübutlar, xırda detallar ca sair ” kimi ifadələrin qeyri obyektiv ifadələr olması , Təqsirləndirilən şəxs adından yazılan ifadələrin onun özünün fikirləri olmadığı, bəzi hissələrdə əlavə edilməsi, bəzi hissələrdə isə ona qarşı edilən işgəncə, qeyri insani, ləyaqəti alçaldan hərəkətlərin yumşaldılmış şəkildə yazılmasına özünü göstərmişdir. Belə ki, məlumdur ki, Təqsirləndirilən şəxs 12 yaşlı, xx.xx.2012-ci il təvəllüdlü Şahid4 adlı bir övladı vardır. Lakin hökmdə Təqsirləndirilən şəxs ifadəsində qızı Leyla Növruzovanın 14 yaşı olduğu yazılıb. Digər tərəfdən isə hökmə əsasən Təqsirləndirilən şəxs və onun arvadı Şahid3 məhkəmə istintaqında verdiyi ifadələrində onlar yaşayış yerlərinin ünvan 14 ünvanda yaşadıqları göstərilmişdir. Eyni zamanda hökmün giriş hissəsində də həmin ünvan Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan kimi göstərilmişdir. Təqsirləndirilən şəxs isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu 5-ci döngə nömrəsiz evdə yaşamaqla onun göstərilən ünvanla heç bir əlagəsi yoxdur. Bu da onu təsdiq edir ki, yuxarıda göstərilən həmin məlumatlar ünvan 14 ünvanda yaşayan şəxsin ittiham hökmündə yazılmış məlumatların kompüter vasitəsi ilə köçürülməsidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya baxışı zamanı çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)-735/2022 nömrəli hökmünün ləğv edilməsini, bəraət verilməsi barədə yeni hökmün çıxarılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2 verilmiş аpеllyаsiyа şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, qeyd etdi ki, hazırki apellyasiya icraatı zamanı həyata keçirilən istintaq hərəkətləri ilə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində təqsirli olması tam sübuta yetirildi. Eyni zamanda Təqsirləndirilən şəxs fiziki təzyiq göstərilməsi göstərilsə də, cinayət işinin materiallarındakı qüvvədə olan və preyudisial əhəmiyyətə malik qərar ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki təzyiq göstərilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, anten məlumatlarına əsasən də, Təqsirləndirilən şəxs uzun müddət polis bölməsində saxlanılması və fiziki təzyiqlərə məruz qalması tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri və işdəki digər sübutlarla onun üzərindən aşkarlanmış narkotik vasitəni satış məqsədilə əldə etməsi sübuta yetirilmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)-735/2022 nömrəli hökmünün ləğv edilməsi, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi barədə yeni hökm çıxarılmasından ibarət olmuşdur. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edərək, qeyd etdi ki, heç vaxt narkotik vasitə istifadəçisi olmayıb və satışını həyata keçirtməyib. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi: Birinci instansiya məhkəməsində verdiyim ifadəni təsdiq edirəm. Bəzi məsələlər xatirimdə dəqiq qalmaya bilər. Çünki 1 il 8 ay vaxt keçib. Baş Narkotiklərlə Mübarizə İdarəsindən Təqsirləndirilən şəxs barəsində 2 il əvvəl məktub gəlmişdi. Tərəfimizdən tədbir görüldü. Şəxs polis idarəsinə dəvət olundu. Üzərinə videoçəkilişlə təhqiqatçı üzərinə şəxsi axtarış keçirdi. Müdafiəçi ilə təmin edildi. Ona sual olundu ki, üzərində olan qanunsuz əşyaları varsa, könüllü surətdə təqdim etsin. O, maddələri təqdim etdi. Bakı Ağır Cinayətlər Məhkəməsində də ifadə vermişəm. Müdafiəçinin suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Təqsirləndirilən şəxs nə vaxt və harda saxlamısız?” O barədə kifayət qədər demişəm. İfadəmlə tanış olmaq hüququnuz var. Kifayət qədər sual vermisiz ağır cinayətlərdə, mən də cavab vermişəm.” “Neçə nəfər tutmada iştirak edirdi? 2 nəfər.” “Təqsirləndirilən şəxs harada tutmusuz? Xəzər rayonu, Binə qəsəbəsində tutmuşuq.” “Saxlayanda tək idi, ya başqa şəxs var idi yanında? Tək deyildi, yanında uşağı var idi. Uşağı anasına təhvil verdik.” “Tutulmamışdan əvvəl nəsə etdiz? Necə saxladınız? Müşahidə etdiniz? Tutulmamışdan əvvəl müşahidə etdik.” “Neçə dəqiqə müşahidə etdiz? Yadımda deyil.” “Polis bölməsinə maşınla apardız? Bəli.” “Tutulan yerlə polis bölməsi arasında nə qədər məsafə var idi? Yadımda deyil.” “Maşının markası və nömrəsi nə idi? Yadımda deyil.” “Maşını hansı əməkdaş idarə edib? Yadımda deyil.” “Maşının arxa və ya qabaq tərəfində idiniz? Yadımda deyil.” “Şəxsi gətirəndən neçə dəqiqə sonra təhqiqatçıya təhvil verdiniz? Gətirən kimi təhvil verdik.” “Sorğu sual etdiniz? Bəli sorğu sual etdik, təhqiqatçı da etdi.” “Maşında da sorğu sual etdiz? Maşında ola bilər, yadımda deyil.” “Narkotiklə bağlı suala necə cavab verib? Video çəkilişdə var. Narkotik vasitənin özünə aid olduğunu bildirdi.” “Tutanda bilirdiz dəqiq üzərində narkotik vasitə var ya yox? Şəxs barəsində əvvəlcə məlumat daxil olanda dəqiq bilmirik üzərində hansı əşya var ya yox.” “Şəxsin Qazel markalı maşının olmasını bilirdiz? Yadımda deyil.” “Şəxsin evində və nəqliyyat vasitəsində axtarış aparılmamasını nə ilə izah edərdiniz? Bu tədbirin aparılması zəruri deyil. Keçirilə də bilər, keçirilməyə də bilər.” “Şəxsi polis bölməsinə apararkən axşam idi ya günorta idi? Yadımda deyil. Günün ikinci yarısı idi.” “Şəxsi tutan zaman mobil telefonunuz üzərinizdə idi? Yadımda deyil.” “İşlətdiyiniz nömrə hansı idi? ********** idi.” “Şəxsi saxladığınız yerdə sizi görən oldumu? Yadımda deyil. Fikir verməmişəm. Küçədə saxlamışıq.” “Şəxsi saxlayarkən müqavimət göstərdi? Və ya kimsə kənardan maneə törətdi? Xeyr.” “Nə üçün tutanda üzərinə şəxsi axtarışı keçirmədiz, ancaq bölmədə etdiz? Bunu zəruri edən nə idi? Hava şəraiti ola bilsin əlverişli deyildi, ona görə. Həm də maşınlar gəlib gedir, insanlar gəlib gedir.” “Tutulan yerdə oyektlər var idi? Bəli.” “Bölmədə şəxsi axtarış keçirəndə iştirak etmisiz? Bəli” “Şəxs bölməyə gələndən neçə dəqiqə sonra üzərinə şəxsi axtarış keçirilib? Dəqiq yadımda deyil.” “Şəxsi axtarışa kimi şəxs harda saxlanılırdı? Xidməti otaqlarda.” “Tək idi? Əlbəttə ki, əməkdaşlar yanında idi.” “Şəxsin həyat yoldaşı bölməyə gəlmişdi? Şəxsi tutanda yaxın ailə üzvləri ilə əlaqə saxlaması üçün şərait yaradılır.” “Şəxsin arvadına məlumat vermişdiz? Əməkdaşlardan biri arvadına məlumat vermişdi.” “Kim idi əməkdaş? Dəqiq yadımda deyil.” “Arvadı bölməyə nə vaxt gəldi? Dəqiq yadımda deyil.” “Arvadı bölməyə gələndə şəxsin üzərinə axtarış keçirdiniz? Dəqiq yadımda deyil.” “Şəxsin üzərində axtarış nəticəsində nə çıxdı? Heroin çıxdı, digər əşyalar yadımda deyil.” “Şəxs üzərinə şəxsi axtarış aparılanadək bölmədən kənara çıxmışdız? Dəqiq yadımda deyil.” “Şəxs narkotik vasitəni kimdən əldə etməsinə necə cavab vermişdi? İran vətəndaşından əldə etməsini bildirmişdi.” “ İran vətəndaşı ilə necə əlaqə saxlamışdı? İşin içində var.” “Sizcə necə əlaqə yaradırlar narko tacirlə? Telefonla da olur, telefonsuz da.” “Şəxsi tutanda mobil telefonu və ya nömrəsi ilə maraqlandız? Üzərindən telefon çıxmamışdı, səhv eləmirəmsə evində olmalı idi.” Müdafiəçinin məhkum edilmiş şəxsə çarpaz suallarına cavab olaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir: “Verilən ifadə ilə bağlı onu deyə bilərəm ki, şahid hamısını yalan deyir.” Məhkum edilmiş şəxsin suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Sizinlə bağlı müəyyən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə müraciət ediblər. Sizi döyməmişəm.” Müdafiəçinin “Niyə məktubu alandan sonra evində, həyətində əməliyyat axtarış tədbirləri keçirtməmisiz?” sualına cavab olaraq- Şahid1 bildirmişdir: “Məlumat daxil olan kimi əməliyyatı keçirmək şəxsi qərardan asılıdır. Keçirə də bilərik, keçirməyə də bilərik. Heç kim bizi məcbur edə bilməz.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Həmin məktubda şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əksini tapmışdır. Məktub işin içindədir.” “Şəxsin kiminləsə narkotik vasitələrin satışı ilə bağlı mobil telefonla əlaqəsi barədə məlumatımız olmayıb.” Sədrlik edənin suallarına cavab olaraq Şahid1 bildirmişdir: “Şəxsin uşağını bölməyə aparmamışdan əvvəl təhvil verdik.” “Şəxsin hansı avtomobili sürməsi barədə məlumatım olmayıb.” “Tutulan yerdə maqazinin yanında idi uşağı.” “ Biz şəxsə onu tutmaq üçün yaxınlaşanda yanında uşaq yox idi. Uşaq yolun digər tərəfində idi.” “Uşağı təhvil verəndə həyətə girməmişik. Qapıda anasına təhvil verdik.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi: Birinci instansiya məhkəməsində verdiyim ifadəni təsdiq edirəm. 1 il yarım bundan qabaq şəxs barəsində əməliyyat məlumatı daxil oldu. Onun əsasında Binə qəsəbəsində Əli İsazadə küçəsində əməliyyat tədbiri keçirdik və şəxsi tutduq, bölməyə apardıq. Biz yaxınlaşanda o nə üçün yaxınlaşmağımızı bilirdi. Biz tutanda balaca sarışın uşaq da bizə tərəf yaxınlaşdı və aydın oldu ki, qızıdır. Sədrlik edənin suallarına cavab olaraq Şahid2 bildirmişdir: “Uşaq maşının içində deyildi.” “Bizim hansı maşınla gəlməyimiz yadımda deyil.” “Müqavimət göstərmədi tutanda.” “Uşaq ağlıyırdı. Ya məktəbə gedirdi, ya da qayıdırdı. Şəxsin evi ilə tutulan yerin arası təxmini 500 metr məsafə olardı. Uşağı apardıq evinə təhvil verdik.” “Bölmədə vəkillə təmin olundu. Üzərinə baxış keçirildi. Jiletkanın içində göy sabun qabı çıxdı, onun da içində narkotik maddə aşkarlandı. Yadımda qalan bunlardır.” “Şəxsin üzərindən daha nələrin çıxması yadımda deyil.” “Mən onda tutulanda mobil telefon görməmişəm.” “Mənim üzərimdə telefonum var idi. ********** nömrəmdir.” Müdafiəçinin suallarına cavab olaraq Şahid2 bildirmişdir: “Səxsi saxladığımız vaxt dəqiq yadımda qalmayıb.” “Sabun qabı üzərində idi.” “Şəxsin həyətində olmamışıq.” “Uşağı qapıdan içəriyə salmışıq”. “Evdə kimin uşağı qarşılaması yadımda deyil.” “Şəxs özü göstərdi ki, evi buradır.” “2 nəfər idik. Şahid1 və mən.” “Mobil telefonum tutulan gün ərzində üzərimdə olub.” “Şəxsi bölməyə gətirəndən neçə dəqiqə sonra üzərinə baxışın keçirilməsi yadımda deyil.” “İstintaqdakı ifadədə uşaq barədə məlumat verməyim yadımda deyil.” “Şəxsi saat 18:00 radələrində tutub bölməyə gətirməyimizi sübut edəcək şəxsi axtarış zamanı video çəkilişdə olan saatdır.” “Şəxsin üzərindən sabun qabından başqa nəyin çıxması yadımda deyil. Göy rəngdə idi sabun qabı.” “Şəxsi axtarışda iştirak etmişəm, lakin bölməyə gətiriləndən nə qədər vaxt sonra şəxsin üzərinə şəxsi axtarışın keçirilməsi yadımda deyil.” “Şəxsin arvadının bölməyə gəlməsi yadımda deyil.” “Göy sabun qabının həyətdən polis tərəfindən götürülməsi və içərisinə narkotik vasitənin qoyulması barədə ifadə yanlışdır. Evin içində və həyətdə olmamışam.” “Şəxsin maşınına və evinə axtarışın niyə keçirilməməsinə cavab olaraq deyə bilərəm ki, maşının olmasını bilmirdik, evə münasibətdə səbəbini xatırlamıram.” “Mobil telefonu soruşanda şəxs dedi ki, yoxumdur.” “Narkotik vasitəni iranlıdan əldə etməsini bildirdi. Təfərruat yadımda deyil.” Məhkum edilmiş şəxsin suallarına cavab olaraq Şahid2 bildirmişdir: “Binəqədi qeydiyyatdasız, Suraxanı rayonunda yaşayırsız və baş idarədən məktubun Xəzər rayon Polis İdarəsinə göndərilməsinin səbəbi odur ki, bizə məxfi məlumat gələndə yaşadığınız yerin polis bölməsinə yönləndirilir. Yaşadığınız yerin ünvanı Suraxanı və Xəzər rayonlarının sərhədidir.” Dövlət ittihamçısının məhkum edilmiş şəxsə çarpaz suallarına cavab olaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir: “070...4543 işlətdiyim nömrə olmuşdur.” “Bəli axırı 9518 nömrəsi də məndə olub. Hər iki nömrə bir telefonda olub.” “Ayın 13-ü saxlanıldığım gün telefon üstümdə olub.” “Edilmiş sorğuda anten Xəzər rayonu çıxsa da, mən Suraxanı rayonunda yaşayıram.” Müdafiəçinin məhkum edilmiş şəxsə suallarına cavab olaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir: “Göy sabun qabını polis kombinin üstündən götürüb bölmədə içində narkotik qoyub qabı üzərimə qoydular.” Sədrlik edənin suallarına cavab olaraq Şahid2 bildirmişdir: “Şəxsi tutanda günün ikinci yarısı idi. Təxmini nahardan sonra idi. 40 dəqiqə sonra bölməyə çatdıq.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi: Tutulan günü saat 12:30-da atam məni məktəbə aparacaqdı. Sonra sumkanı götürdüm və getdim atamın yanına. Bulka alacaqdım. Ona görə yolun əks tərəfində dayanmışdım. Oba marketin yanında isə atam dayanmışdı. Birdən polislər atamı tutdular və əlini bağladılar. Onu maşına tərəf aparırdılar. Yolu keçib maşına tərəf gələndə məni də maşına mindirdilər. Mənə dedilər ki, zibil atmağa gedirik. Ordan məktəbə gedəndə qayıtdıq dala. Məni evə gətirdilər. Anam məni içəri saldı. Sonra polislər atamla birlikdə içəri girdilər. Polislər təkərin altına baxdılar. Təkərin altında heçnə tapmadılar. Sonra kombi var idi. Nərdivan soruşdular. Atam nərdivan gətirdi. Onlar çıxıb kombinin üstündən göy sabun qabı götürdülər, qabın için göstərmədilər və getdilər. Bundan sonra anam məni məktəbə apardı. Sədrlik edənin suallarına cavab olaraq Şahid4 bildirmişdir: “Mən ikinci növbədə təhsil alıram.” “İlk dərsim 13:10-da başlayır.” “Hərdən atamın maşını ilə məktəbə gedirik.” “Atamın maşını qazeldir.” “Maşınla gedə bilmədik məktəbə çünki atamı tutdular.” “Tutulan yer evimizə yaxın idi.” “2-3 dəqiqəlik yoldu piyada.” “Evdən məktəbə 20 dəqiqəyə çatıram.” “Atamı çağırdım, onda polislər bildilər ki, atamın qızıyam.” “Ağ maşın idi polisin maşını.” “Maşında polislər məndən yaşımı və məktəbimi soruşdular.” “Əvvəl məkətəbə aparmaq istədilər, sonra fikirlərini dəyişdilər.” “Mən ağlaya-ağlaya evə girəndə anam bildi ki, polislər atamı tutub.” “Polislər 3 nəfər idi.” “Polislərdə başqa maşın yox idi.” “Atamı vurmurdular. Mübahisə etmirdilər.” “Atamı əvvələr polislər saxlamayıb və polis evə gəlib-getməyib.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid4 bildirmişdir: “Ağlamağımın səbəbi polislərin həyətə girməyi idi.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi: 13 oktyabr 2021-ci il tarixdə ərim tutulub. Ərim getdi. Sonra uşağı göndərdim ki, atası ona bulka alsın və atası məktəbə aparsın. O da getdi atasının yanına. Sonra ağ niva gəldi həyətimizin qabağına və içindən 3-4 nəfər polis düşdü və həyəitmizə daxil oldular. Ərim də onlarla idi. Həyətdə dedilər ki, filan yerdə filan nəsə var. Narkotik. Həyətə 2 nəfər girdi. Uşaq məktəbə 1-in yarısı gedir. Bu vaxtlar idi təxmini polislər gələndə. Uşağın gedib polislərlə birgə qayıtması arasında az vaxt keçdi. Qızım ağlıyırdı ki, atamı tutublar. Evin qabağında kombi var. Onun üzərindən dedilər ki, narkotik var. Kök olan polis göy sabun qabını kombidən götürdü getdi. İçin açıb baxmadı. Mən sabun qabı qoymamışam orda. Kombinin yanında krant yoxdu. Polislər getdikdən sonra uşağı apardım məktəbə. Qayıdandan sonra gördüm ki, ağ niva gəlib və içindən bir polis dedi ki, polis idarəsinə getməliyik. Mən istəməsəm də o israr etdi. Mən də getdim. Məni gətirdilər polis idarəsinin içində oturdum qapının ağzında gözlədim. Ərimə təhqiramiz sözlər deyirdilər. Otaqdan eşidirdim ki, söyürdülər. Sonra məni başqa otaqda gözlətdilər. Məndən heçnə soruşmadılar. Sədrlik edənin suallarına cavab olaraq Şahid3 bildirmişdir: “Bəli ərimi idarədə gördüm. Bizi görüşdürdülər. Mənə cibində olan telefonu verirdi, pulu və açarı. Ancaq telefonu əlindən aldılar. Açar maşının açarı idi. Maşın küçədə dükanın yanında idi. Mən də çıxdım gəldim. Açarı baldızımın oğluna verdim ki, maşını gətirsin. Baldızım oğluna demişdim. O da gəlmişdi. O, maşını gətirdi həyətə.” “Bundan sonra ərimi görmədim.” “Polisdə mən sual vermədim ki, ərimi niyə tutublar. Donub qalmışdım. Ona görə soruşmadım. Sonradan bildim ki, narkotik məsələsidi.” “17 ildir ki, evliyik. Ərim nə narkotik istifadə edib, nə də satmayıb. Elə şey olmayıb.” “Qazellə çörək pulu qazanırdı.” “ Birdənbirə evə çox pul gətirməyib.” “Bir qızımız var.” “Mal-qara da saxlayır. Mal tövləsində yaşayırıq.” “Telefonu götürəndə polis dedi ki, araşdıracayıq.” “Ərimi görəndə onun üzərində xəsarət görmədim.” Müdafiəçinin suallarına cavab olaraq Şahid3 bildirmişdir: “Ərimlə polis bölməsində görüşəndə tək idik. Yanımızda heç kim yox idi.” “Ərim qazelin açarın və 70 manat pulu mənə verdi.” “Ərimin mənə başqa şey də verməyə imkanı var idi.” “Ərimlə münasibətim yaxşıdı. Dava dalaşımız olmayıb.” “Evə gələndə təxminən saat 3-4 idi.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid3 bildirmişdir: “Nərdivanı həyətdə ərim polisə verdi.” “Polislərin sabun qabınının yerini haradan bildiklərini bilmirəm.” “Lal dinməz danışmırdlar.” “Sadəcə dedilər ki, kombinin üstündən götürək.” “Bəli gördüm götürəndə.” “Uşağın müəlliməsi uşaqla bağlı mesajları mənə yazırdı. Öz telefonum olmayıb. İşlətməmişəm.” “Ərimin mobil telefon nömrələri yadımda deyil.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi: Rövşən qızını hər gün məktəbə aparır. Marketin yanından keçir hər gün. Mən də həmişə görürəm. Hadisə günü mən marketdən çıxanda qız qaça-qaça üstümə gəldi. Dedim ki, nolub. Dedi ki, atamı apardılar polislər. Uşağın anası da gəlmişdi. Uşağın məktəbə gecikən vaxtı idi. Mən də Rövşənin yoldaşına dedim ki, sən uşağı məktəbə apar, mən də gedim bölməyə. O apardı uşağı məktəbə. Mən də 3cü bölməyə getdim. Orda dedilər ki, narkotikə görə Rövşəni gətiriblər bura. Sonra gəldim evə ki, məlumat verim. Ancaq məlum oldu ki, yoldaşın da aparıblar bölməyə. Yenidən qayıtdım bölməyə. Gördüm ki, yoldaşı da ordadır. Təxminən 1 saat sonra yoldaşı maşının açarın mənə verdi. Maşın dükanın yanında qalmışdı. Mən də maşını həyətə gətirdim. Açarı evə verdim. Sədrlik edənin suallarına cavab olaraq Şahid7 bildirmişdir: “Mən bölmənin növbətçi hissəsindən soruşmuşdum.” “Məni içəri buraxmamışdılar.” “Ona görə döyülmə barədə heçnə deyə bilmərəm.” “Kasıb ailədilər.” “Birdən-birə maddi vəziyyətinin yaxşılaşmasını görməmişəm.” “Məktəbə evimizin qabağından keçir gəlir. Ona görə görmüşəm.” Müdafiəçinin suallarına cavab olaraq Şahid7 bildirmişdir: “Rövşənin narkotiklə bağlı əlaqəsi yox idi.” “İçki içirdi, ancaq narkotik istifadə etməyib.” “Mən Rövşənin maşının həyətə gətirəndə saat 4-ə qalmış olardı.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid7 bildirmişdir: “Bəli dayımdır.” “Adətən uşağı məktəbə saat 12, 1-ə işləmiş aparırdı.” “Maşını Oba marketin qabağından götürdüm.” “Orda çayçı var idi. Qazel maşını ilə əşyalar aparıb-gətirirdi. İşi belə idi. Ustalıq da edirdi.” “Rövşənin işlətdiyi nömrə 055...0839 idi.” “Telefonuma baxıb dəqiqləşdirə bilərəm.” “055 728 08 39 Rövşənin işlətdiyi nömrə idi.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi: Birinci instansiya məhkəməsində verdiyim ifadəni təsdiq edirəm. X17 küçəsində dükan işlədirəm. 2021-ci ilin oktyabrında saat təxminən 12-1 arasında 3 nəfər vətəndaş Rövşəni maşına saldılar. Maşın ağ niva idi. Uşaq da ağlıyırdı. Onu da oturtdular və apardılar. Müdafiəçinin suallarına cavab olaraq Şahid6 bildirmişdir: “Rövşəni aparılandan sonra görmədim.” “Rövşəni qonşu kimi tanıyıram.” “Mən başqa yerdə yaşayıram.” “Rövşənin narkotiklə əlaqəsi barədə məlumatım yoxdur.” “Əminəm ki, günorta vaxtları idi.” “Oba marketin arxasıdır.” “Ətrafda başqa adamlar var idi.” Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid6 bildirmişdir: “Rövşəni aparan şəxslərin polis olmasını bilmirdim.” “Onun aparılması barədə necə polisə məlumat verə bilərəm ki?” “Uşağı məktəbə aparmaq istəyirdi, lakin tutdular.” “ Məktəb 160 nömrəli avtobusun axırıncı dayanacağıdır.” “Məktəbdən saxlanıldığı yerə qədər olan məsafə 500 metr olar.” “Uşağı ayaqla məktəbə aparırdı.” Sədrlik edənin suallarına cavab olaraq Şahid6 bildirmişdir: “Rövşən Qazel maşını ilə çörək pulu qazanırdı.” “Məhlə adamı kimi tanıyırdım.” “Qazeli dükanımın arxasında saxlıyırdı.” “Rövşənin narkotik satışı ilə məşğul olub-olmaması ilə bağlı məlumatım yoxdur.” “Əvvəllər onu polislərlə görməmişəm.” “Rövşənin maşını qalmışdı küçədə.” “Sonradan apardılar. 1 aydan sonra eşitdim ki, narkotik ittihamı ilə tutulub.” “Səhəri günü maşının orda olmasını xatırlamıram.” Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** və (055) ***-**-** nömrəli mobil telefon nömrələri üzrə 01 may 2021-ci il tarixdən - 14 oktyabr 2021-ci il tarixinə qədər olan telefon danışıqlarının, sms mətnlərin, nömrələrin istifadə edildiyi anten dairəsi barədə məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır və müvafiq olaraq "xxxx" MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş diskdə qeydiyyatı aparılmış sms mətnlərində iş üçün sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmiş, xx.xx.2021-ci il tarixdə, saat 17:12 radələrində anten dairəsi ünvan 17 ünvanı göstərilmişdir. Həmin qərar əsasında "xxxx" MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş diskdə qeydiyyatı aparılmış sms mətnlərində iş üçün sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmiş, xx.xx.2021-ci il tarixdə, saat 13:05 radələrindən həmin gün saat 23:02-dək anten dairəsi ünvan 17 ünvanı göstərilmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısının vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi üzrə 01 may 2021-ci il tarixdən - 14 oktyabr 2021-ci il tarixinə qədər olan giriş və çıxış zəngləri, sms mətnləri, istifadəçilərin anket məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır və müvafiq olaraq "xxxx" MMC-dən daxil olmuş cavab məktubunda həmin nömrənin qeyd edilən tarix aralığında şəbəkədə istifadə olunmadığını bildirilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs istifadəsində olan **********47340 və **********47357 İMEİ kodlu mobil telefonda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində hansı nömrələrin istifadə edilməsinə dair məlumatlar müvafiq olaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən götürülməsi qərara alınmış və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, qeyd edilən telefondan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər barədə məlumatlar aşkarlanmadı, qeyd edilən İMEİ nömrələr göstərilən tarix intervalında şəbəkədə hər hansı İMSİ ilə görülməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC-nin məlumat bazasında mobil telefon nömrələrindən göndərilən və onlara daxil olan SMS-lər, səsli mesajlar, fotoşəkillər, baza stansiyaları, xarici ölkələrin telefon abunəçiləri barədə məlumatlar mövcud deyil. Məhkəmə kollegiyasının Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğusunda **********47340 və **********47357 İMEİ kodlu mobil telefonun xx.xx.2021-ci il tarixdən hal-hazıradək işlək vəziyyətdə olub-olmaması barədə məlumat istənilmiş, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, **********47340 İMEİ kodu üzrə ilk görülmə xx.xx.2022-ci il saat 02:02:16, son görülmə xx.xx.2022-ci il saat 02:06:16, ilk görülmə xx.xx.2022-ci il saat 03:08:40, son görülmə xx.xx.2022-ci il saat 03:08:40, ilk görülmə xx.xx.2019-cü il saat 20:32:08, son görülmə xx.xx.2022-ci il saat 12:34:43, **********47357 İMEİ kodu üzrə ilk görülmə xx.xx.2019-cü il saat 22:57:57, son görülmə xx.xx.2022-ci il saat 14:22:44 kimi qeyd edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsi işi tələb edilərək məhkəmə iclasında baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hallar şəxsi işdə aşkar edilməmiş, şəxsi işdən surəti çıxarılaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkumun tibbi kitabçasından görünür ki, həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar bölməsində xəsarətlərin olmaması qeyd edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər qəsdən adam öldürmə cinayəti törətdiyinə görə məhkum olmuş, 2006-cı ildə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. Hazırki iş üzrə tutulmamışdan əvvəl həyat yoldaşı Şahid3və birgə nikahlarından olan 14 yaşlı qızı ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etsə də, artıq 20 ildən artıqdır ki, heç bir narkotik vasitə və ya psixotrop maddədən istifadə etmir. Hazırki ittihamla razı deyil. İbtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini təsdiq etmir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 12:45 radələrində o, azyaşlı qızı Leylanı orta məktəbə apardığı zaman avtomobilini “Oba” marketin qarşısında saxlayaraq dükana girib qızına yemək almaq istədikdə özlərini polis əməkdaşları kimi təqdim etmiş 3 nəfər mülki geyimdə olan tanımadığı şəxs yaxınlaşaraq onu marketin qarşısında olan “Niva” markalı avtomobilə əyləşdirib səbəbini göstərməməklə onun Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Bu zaman qızı polis əməkdaşlarının bu hərəkətlərindən ağlamağa başladığına görə polis əməkdaşları onu da avtomobilə əyləşdirmişdilər. O, həmin şəxslərdən uşağı məktəbə aparıb düşürməyi xahiş etmiş, polis əməkdaşları isə onu evə aparmağı təklif etmişlər. Həmin vaxt o, qızı və adını sonradan bildiyi İntiqam adlı polis əməkdaşı ilə birlikdə avtomobilin arxa oturacağında, Anar adlı polis əməkdaşı isə qabaq oturacaqda əyləşmişlər. Avtomobili idarə edən şəxsin adını bilmir. Yaşadığı evə çatdıqdan sonra sürücü avtomobili evin qarşısında saxlamış və onlar, həyətə daxil olmuşlar. Həmin vaxt polis əməkdaşları həyətin giriş darvazasından sol tərəfdə olan təkərin içərisinə baxmışlar. Bundan sonra avtomobili idarə edən tanımadığı şəxs ondan nərdivan istəmiş, o da həyətdə olan nərdivanı ona vermişdir. Bu zaman həmin şəxs nərdivanı həyətdə olan kombi aparatına söykəyərək yuxarı qalxmış və oradan göy rəngli sabun qabı götürüb düşmüşdür. Həmin vaxt o, aşkar olunmuş sabun qabının orada olmasından xəbərsiz olduğunu və ona məxsus olmadığını bildirərək, sabun qabının içərisində olanları ona göstərilməsini polis əməkdaşlarından xahiş etmişdir. Bu zaman polis əməkdaşları ona sabun qabının içərisində olanları polis bölməsində ona göstərəcəklərini bildirmişlər. Həmin vaxt həyat yoldaşı və azyaşlı qızı da baş verənlərin şahidi olmuşlar. Bundan sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Polis bölməsinə gəldikdən sonra ikinci mərtəbədə yerləşən otaqlardan birində polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirərək, ondan göy sabun qabının içərisində olan narkotik vasitələrini haradan aldığını soruşduqda, o, həmin sabun qabının və içərisində olan maddələrin ona aidiyyəti olmadığını bildirmiş və sabun qabının üzərində onun əl barmaq izlərinin olub-olmamasının yoxlanmasını xahiş etmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən ağır təhqirlərə və işgəncələrə məruz qalmışdır. Həmin vaxt o, qətiyyətlə həmin sabun qabının ona aid olmadığını bildirdikdən sonra Anar adlı polis əməkdaşı ona “əgər narkotik sənin deyilsə, deməli sənin yoldaşınındır”, “gətirib yoldaşını içəri həbsə salacağıq” kimi ifadələr işlətmişdir. Həmin vaxt o, polis əməkdaşının sözlərinə əhəmiyyət verməsə də, təxminən yarımsaat sonra həyat yoldaşının polis bölməsində olduğunu görmüşdür. Bu zaman o, polis əməkdaşının dediklərindən və cəmiyyət içində biyabır olacağından qorxaraq onların dedikləri ilə razı olaraq, Anar adlı polis əməkdaşından həyat yoldaşını sərbəst buraxmağı xahiş etmiş və onlara lazım olan sənədləri imzalayacağını bildirmişdir. Daha sonra İntiqam adlı polis əməkdaşı göy rəngli sabun qabını əynində olan gödəkçənin sağ iç cibinə qoymuş və ona izah olunmuşdur ki, videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyi zaman o, həmin maddəni təqdim edib ona məxsus olduğunu etiraf etməlidir. Bundan sonra İntiqam və Anar adlı polis əməkdaşlarının təlimatı ilə aparılan çəkiliş zamanı dəvət olunmuş vəkilin iştirakı ilə o, polis əməkdaşları tərəfindən gödəkcəsinin sağ cibinə qoyulmuş göy rəngli sabun qabının içərisindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitəni 3 gün öncə Binə qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş və daha sonra ona təqdim olunmuş sənədləri oxumadan imzalamışdır. xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildiyi zaman o, məhkəmə iclasında bütün baş verənləri olduğu kimi demiş və polis əməkdaşları tərəfindən işgəncələrə və təhqirlərə məruz qaldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş sənədlərdə onun polis əməkdaşları tərəfindən saat 18:00 saatlarında saxlanılaraq daha sonra polis bölməsinə aparılması göstərilsə də, bunlar həqiqətə uyğun deyil. O, Anar və İntiqam adlı polis əməkdaşları tərəfindən “Oba” marketin qarşısında saxlanıldığı zaman saat 12:45 radələri olmaqla, həmin vaxt polis əməkdaşlarından başqa bir nəfər avtomobili idarə edən adını bilmədiyi şəxs də orada olmuşdur. Hesab edir ki, narkotik vasitələrin olduğu həmin sabun qabı onun həyətinə polis əməkdaşları ilə əlbir olan şəxs tərəfindən kombinin üzərinə qoyulmuşdur. O, polis əməkdaşları tərəfindən bölməyə gətirildiyi zaman üzərində yalnız “Mi” markalı telefon, pul və siqaret olmuşdur. Son olaraq bildirir ki, o, narkotik vasitələrin istifadəçisi deyil və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs hazırki iş üzrə tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirində əvvəl tanımamışdır. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində daxil olmuş məlumat əsasında Xəzər rayon polis İdarəsinin 3-cü Polis Bölmsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən “Oba” marketin qarşısında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında qız övladı olduğuna görə, onlar uşağı evə aparmışlar və bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən polis bölməsinə gətirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş aparılmaqla müdafiəçi və Şahid2 iştirakı ilə Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı, Rəhman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli, dəri, qısa qollu gödəkçənin sağ iç cibindən içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim edərək həmin 7 ədəd bükümün içərisində narkotik vasitə heroin (kokos) olduğunu, həmin narkotik vasitələri təxminən 3 gün bundan öncə Binə qəsəbəsi, Südçülük Sovxozunda adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Cəbiyevin təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirildikdə 07 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə olduğu müəyyən olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin özünə aid olub-olmamasını və özünə qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı aşkar edilmiş bükümləri 01 ədəd zərfdə qablaşdırmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs haqqında əməkdaşı olduğu idarəyə, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat qanunsuz olaraq satış məqsdədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması ilə bağlı olmuşdur. Məlumatın əməliyyat axtarış tədbiri keçirilməsindən neçə gün öncə daxil olmasını dəqiq xatırlamır. Keçirilmiş əməliyyat axtarış tədbiri onun rəhbərliyi ilə Xəzər rayon polis İdarəsinin 3-cü Polis Bölmsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hansı miqdarda narkotik vasitə olması barədə əvvəlcədən məlumatları olmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən “Oba” marketin yaxınlığında saxlanıldığını xatırlasa da, həmin vaxt Rövşənin hansı nəqliyyat vasitəsi ilə həmin əraziyə gəldiyini bilmir. Həmin vaxt Rövşənin yanında məktəbli yaşlarında olan qızının olmasını xatırlayır. Həmin vaxt onlar tərəfindən məqsədə müvafiq hesab edilmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman ətrafda başqa şəxslərin olmağını xatırlamır. Onlar polis bölməsinə gəldikləri zaman saat təxminən 18:00 olmuşdur. Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikləri zaman avtomobilin kimin tərəfindən idarə olunduğunu hazırda xatırlamır. Üzərinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşından aldığını, sonuncu ilə WhatsApp vasitəsilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı narkotik vasitədən başqa aşkar olunmuş digər əşyaları xatırlamır. Rövşənin həyat yoldaşına tutulmağı ilə bağlı məlumatın kim tərəfindən verildiyini bilmir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs hazırki iş üzrə tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirində əvvəl tanımamışdır. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində daxil olmuş məlumat əsasında Xəzər rayon polis İdarəsinin 3-cü Polis Bölmsinin əməliyyat müvəkkili X2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən “Oba” marketin qarşısında saxlanılmışdır. Həmin vaxt yanında qız övladı olduğuna görə onlar hər ikisini avtomobilə əyləşdirərək əvvəlcə uşağı evə aparmışlar, daha sonra isə Təqsirləndirilən şəxs saat 18:00 radələrində Xəzər rayon polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirmişlər. Həmin vaxt avtomobilin kim tərəfindən idarə olunduğunu hazırda xatırlamır. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və o, həmin vaxt könüllü olaraq 07 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim etmiş və həmin narkotik vasitələri bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyaları hazırda xatırlamır. Bundan sonra təhqiqatçı tərəfindən müvafiq sənədləşmə işləri aparılmış və onlar protokola imza etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasından təminən bir həftə əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə idarəyə Baş Narkotiklərlə Mübarizə İdarəsindən məktub, həmçinin Binə qəsəbəsinin sakinləri tərəfindən də bir neçə dəfə şifahi məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs konkret olaraq hansı növ narkotik vasitələrin üzərində gəzdirməsi və ya dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən məlumatları olmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən “Oba” marketin qarşısında saxlanıldığı zaman orada Qazel markalı avtomobil olmuş, lakin həmin avtomobilin Təqsirləndirilən şəxs məxsus olması onlara sonradan məlum olmuşdur. 13 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həyat yoldaşını polis bölməsində görməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı olmaqla, Rövşənin hazırki iş üzrə tutulmamışdan əvvəl onlar birgə nikahlarından olan Leyla adlı qızları ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar. 13 oktyabr 2021-ci il saat 12:00 radələrində Rövşən övladları Leylanını məktəbə aparmaq üçün evdən çıxmışdır. Bir müddət sonra Rövşən qızları Leyla və mülki geyimdə olan polis əməkdaşları ilə “Niva” markalı avtomobillə gələrək yaşadıqları evin həyətinə daxil olmuşlar. Həmin vaxt polis əməkdaşlarından biri həyətdə olan kombi aparatının üzərindən bir ədəd sabun qabı aşkar etmişdir. Bu zaman polis əməkdaşları sabun qabının içərsində nə olduğunu onlara deməmişlər və onların polis bölməsinə getməli olduqlarını bildirmişlər. Saat 13:00 radələrində həyat yoldaşı Rövşən polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Bir müddət sonra polis əməkdaşları gəlib onu da ağ rəngli “Niva” markalı avtomobillə polis bölməsinə aparmışlar. Polis bölməsinə gətirildiyi zaman Rövşən ona 170 manat pul, avtomobilin açarını və mobil telefonunu vermək istədiyi zaman, polis əməkdaşları mobil telefonu götürərək, istintaq üçün əhəmiyyətli olduğunu bildirmişlər. Rövşən polis bölməsinə aparıldıqdan sonra o, qızı Leylanı məktəbə aparmışdır. Rövşən saxlanıldığı zaman avtomobili “Oba” marketin qarşısında qaldığı üçün o, avtomobilin açarını Ceyhuna vermişdir ki, avtomobili sürüb evə gətirsin. Rövşənlə artıq 15 il nikahda olmaqla, həmin müddət ərzində həyat yoldaşının narkotik vasitələrin istifadə etməsi və ya satmağının şahidi olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. 13 oktyabr 2021-ci il günorta vaxtları çörək almaq üçün marketə gedən zaman Rövşənın qızı Leyla ona yaxınlaşaraq atasının polis əməkdaşları tərəfindən bölməyə aparıldığını bildirmişdir. O, Rövşənin mobil nömrəsinə zəng etdikdə, Rövşənin telefonu sönülü vəziyyətdə olduğundan o, Rövşəngilin yaşadıqları evə getmiş və qapılarının bağlı olduğunu görmüşdür. Həmin vaxt o, 3-cü polis bölməsinə getmiş və polis əməkdaşlarından dayısının orada olub olmamasını soruşduqda, polis əməkdaşları ona Rövşənin orada olmasını və həyat yoldaşından izahat alacaqlarından sonra hər ikisini sərbəst buraxacaqlarını bildirmişlər. Bundan sonra dayısını yoldaşı Şahnaz Rövşənin idarə etdiyi avtomobilin açarını ona vermiş və ondan Rövşənin avtomobilini “Oba” marketin qarşısından götürüb yaşadıqları evə sürüb gətirməsini xahiş etmiş, o da təxminən saat 16:00 radələrində avtomobili onların evinə gətirmişdir. Bir neçə gün sonra polis əməkdaşları ona zəng edərək Rövşənə hansı səbəbdən zəng etdiyini soruşmuşlar. Dayısının narkotik vasitələrdən istifadəsi etməsi və ya satması ilə məşğul olması barədə məlumatı yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 13 oktyabr 2021-ci il tarixdə, saat 13:00-da o, nahara gedən zaman Rövşənin yaşadığı evin qarşısından keçdikdə evin qarşısında çoxlu adamların toplaşdığını görmüşdür. Həmin vaxt o, orada olanlardan nə baş verdiyini soruşduqda, ona Rövşənin polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldığını bildirilmişdir. Bundan sonra o, öz evinə getmişdir. Bir müddət sonra o, Rövşənin yaşadığı evin qarşısına qayıtmış, lakin evdə heç kimin olmadığını görmüşdür. Həmin vaxt ona bildirmişlər ki, Rövşənin həyat yoldaşı Şahnazı da polis bölməsinə aparmışlar. O, Rövşənə məxsus “Qazel” markalı avtomobilin “Oba” marketin qarşısında dayandırıldığını görmüşdür. Daha sonra həmin avtomobilin Rövşənin qardaşı oğlu Ceyhun tərəfindən saat 16:00 radələrində Rövşəngilə aparıldığını öyrənmişdir. Rövşənin narkotik vasitələrin istifadə etməsi və ya satışı ilə məşğul olması haqqında məlumatı yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Binə qəsəbəsində “Oba” marketin yaxınlığında yerləşən meyvə mağazalarının birində satıcı işləyir. Hazırda xatırlamadığı tarixdə təxminən saat 12:00 radələrində o, 3 nəfər ağ rəngli geyimdə olan polis əməkdaşının Təqsirləndirilən şəxs ağ rəbgli “Niva” markalı avtomobilə əyləşdirərək apardıqlarının şahidi olmuşdur. Belə ki, Rövşənin polis əməkdaşları tərəfindən saxlanıldığı yerlə onun işlədiyi mağaza arasında təxminən 10-15 metr məsafə var. Həmin vaxt o, orada Təqsirləndirilən şəxs avtomobilini görməmişdir. Rövşən Cəbiyebin narkotik vasitələrdən istifadəsi etməsi və ya satması ilə məşğul olması barədə məlumatı yoxdur. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 13 oktyabr 2021-ci il tarixdə, saat 18:40 dəqiqədə Xəzər RPİ-nin 3cü PB-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə tutulmuş, tutulmanın əsasları kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 5-ci döngədə yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə gətirilməsi göstərilmiş, Təqsirləndirilən şəxs tutulduğu vaxt azadlığının məhdudlaşdırıldığı 13 oktyabr 2021-ci il tarixi, saat 18:00 olaraq nəzərə alınmışdır (cild 01, iş vər.22). Cinayət işi materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərarla tanış edilmiş və Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri, qısa qollu, gödəkçənin sağ iç cibindən içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim edərək həmin 07 ədəd bükümün içərisində narkotik vasitə kakos(heroin) olduğunu, həmin narkotik vasitələri təxminən 03 gün bundan öncə Binə qəsəbəsi, Südçülük sovxozunda adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd zərfdə qablaşdırmışdır (cild 01, iş vər. 31-33). Məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 6/4555 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." yazısı və imzalar olan paketdəki 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 38,540 qram, 0,615 qram, 0,408 qram, 0,555 qram, 0,504 qram, 0,546 qram və 0,437 qram, ümumi təmiz çəkisi- 41,605 qram qəhvəyi rəngli tozşəkilii maddələr, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış, narkotik vasitə heroindir (cild 01, iş vər. 41-45). İşdə olan “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin içərisində 06 dəqiqə 34 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı, iştirakçıları və şəxsi axtarış keçirəcəyini elan edərək şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 00:53-cü saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün 01:00-cı saniyəsindən etibarən əynindəki qara rəngli, dəri, qısa qollu gödəkçənin sağ iç cibindən içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim edərək həmin 07 ədəd bükümün içərisində narkotik vasitə kakos(heroin) olduğunu, həmin narkotik vasitələri təxminən 3 gün bundan öncə Binə qəsəbəsi, Südçülük sovxozunda adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını bildirir. Videogörüntünün 01-ci dəqiqəsinin 15-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı 07 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilir. Videogörüntünün 02:13-cü saniyəsindən etibarən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilir. Lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilmir. Videogörüntünün 03:06-cı saniyəsindən etibarən müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirir. Videogörüntünün 04-cü dəqiqəsinin 20-ci saniyəsindən etibarən təhqiqatçı aşkar edilmiş bükümləri 01 ədəd zərfdə qablaşdırır. Videogörüntünün 06-cı dəqiqəsinin 33-cü saniyəsindən etibarən təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığım elan edərək videoçəkilişi dayandırmağı tələb edir (cild 01, iş vər. 60). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (cild 01, iş vər 61-62). Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(003)-414/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər 79-83). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 08 yanvar 2022-ci il tarixli tələbnamə arayışından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə təqsirli bilinmiş, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-cı il tarixdə Qobustan Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə 02 il 11 ay 11 gün müddəti vaxtından əvvəl şərti azad edilmişdir (cild 01, iş vər 168, 171-173). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5271 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 177-181). İşdə olan “cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 07 ədəd bükümdə, ümumi təmiz çəkisi 41,605 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edilməsi, saxlanılması və qanunsuz olaraq Təqsirləndirilən şəxs satılması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işinin ayrılmaqla, həmin cinayət işinin icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir (cild 01, iş vər. 224-225). İşdə olan Şahid4 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmamış övladı vardır (cild 01, iş vər. 261). Cinayət işinin materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 6(003)- 7/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşlarının hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayət rədd edilmişdir. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokolun və “Videogörüntüyə baxış keçirilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə məhkum edilmiş şəxsin özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqları zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan, istintaq orqanın və birinci instansiya məhkəməsinin daha mötəbər və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirdikləri Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixli ilkin izahatından görünür ki, komputer vasitəsi ilə yazılmış həmin izahatda o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 5-ci döngədə yerləşən “Oba” marketin yaxınlığında olarkən əvvəllər tanımadığl 2 nəfər polis əməkdaşının ona yaxınlaşaraq 3-cü polis bölməsinə dəvət etdiklərini, bölmədə üzərinə baxış keçirilən zaman özünün könüllü şəkildə əynində olan qara rəngli, dəri qısaqol gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan 7 ədəd bükümü masanın üzərinə qoyduğunu, şəxsi istifadəsi üçün 3 gün öncə İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Həmin izahatdan öncə keçirilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli istintaq hərəkətinin protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri, qısa qollu, gödəkçənin sağ iç cibindən içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim edərək həmin 07 ədəd bükümün içərisində narkotik vasitə kakos (heroin) olduğunu, həmin narkotik vasitələri təxminən 03 gün bundan öncə Binə qəsəbəsi, Südçülük sovxozunda adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Göstərilən bu uyğunsuzluq sonradan müstəntiq tərəfindən sübutların qiymətləndirilməsi qərarında ““sağ yan cibindən” “sağ iç cibindən” kimi qəbul edilməlidir” yazılmaqla aradan qaldırılsa da, məhkəmə bu detala ayrılıqda qiymət verərək Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində, hələ özü tərəfindən əlyazma şəklində ifadəsi yazılmadan öncəki izahat və ifadələrin komputer vasitəsi ilə şablon şəkildə yazılmış və ona oxunmadan imzalatdırılmış izahat və ifadələr kimi qəbul edir. Məhkum edilmiş şəxsin 14 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində və 15 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrə diqqət yetirdikdə isə görünür ki, onun həmin ifadələri ayrı-ayrı günlərdə verilməsinə baxmayaraq ifadələrində bir söz belə fərq olmamış, 14 oktyabr 2021-ci il tarixdəki ifadə eynilə 15 oktyabr 2021-ci il tarixli protokola köçürülmüşdür. Həmin ifadələrə diqqətlə baxdıqda hər ikisində eyni qrammatik hərf səhvlərinin olması, Təqsirləndirilən şəxs verilmiş sualların eynilə heç bir əlavə edilmədən, əlavə sual olmadan köçürülməsi açıq-aşkar görünməkdədir ki, bu da müstəntiqin öz təxəyyülündə qurduğu hadisə mexanizmini komputer vasitəsi ilə yazaraq sonrakı ifadələrə də eynilə köçürməsinə dəlalət edən haldır. Cinayət işinin materiallarında olan (cild 01, i.v.126-131) təqsirləndirilən şəxsin dindirilməsinə dair 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs özünün müqavilə əsasında müdafiəçisinin iştirakı ilə əlavə dindirilən zaman özünü törədilməsi ona istinad olunan cinayət əməlində təqsirli bilmədiyini, həmin cinayəti törətmədiyini bildirərək məhkəmə istintaqları zamanı verdiyi ifadələrin məzmununa uyğun ifadə vermiş, 12 yanvar 2022-ci il tarixdə Şahid1 ilə üzləşdirilən zaman şahidin üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Şahid1 ona fiziki və psixi təsir göstərdiyini, bu təzyiqlər nəticəsində çəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini göstərmişdir. Çox maraqlıdır ki, təqsirləndirilən şəxs əlavə dindirilən zaman özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsinə, eyni xüsusatları üzləşmə zamanı da bildirməsinə baxmayaraq 29 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda (cild 01, i.v.183-194) müstəntiq sanki həmin ifadələri görməzdən gələrək təqsirləndirilən şəxsin ondan öncəki komputer vasitəsi ilə yazılmış ifadələrinə istinad edərək Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsirli bildiyini göstərərək onun həmin ifadələrini qərara yazmış, onun xeyrinə olan bütün sübutlara isə “özünümüdafiə xarakteri daşıyır” cümləsi ilə münasibət bildirməklə kifayətlənmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ifadələr və həmin ifadələrdə göstərilən xüsusatlar görməzdən gəlinərək heç bir araşdırma aparılmadan, müdafiəçinin verdiyi, işin tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edən vəsatətləri təmin edilmədən ittiham aktı tərtib olunaraq məhkəməyə göndərilmiş, lakin işə baxan birinci instansiya məhkəməsi iş üzrə uzun müddət araşdırma aparmasına, əlavə şahidləri dindirməsinə baxmayaraq ittiham aktını hökmə köçürməklə kifayətlənmiş və müdafiə tərəfinin dəlillərini hökmdə cavabsız qoymuşdur. Halbuki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hazırki ittihamla razı deyil. İbtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini təsdiq etmir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 12:45 radələrində o, azyaşlı qızı Leylanı orta məktəbə apardığı zaman avtomobilini “Oba” marketin qarşısında saxlayaraq dükana girib qızına yemək almaq istədikdə özlərini polis əməkdaşları kimi təqdim etmiş 3 nəfər mülki geyimdə olan tanımadığı şəxs yaxınlaşaraq onu marketin qarşısında olan “Niva” markalı avtomobilə əyləşdirib səbəbini göstərməməklə onun Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Bu zaman qızı polis əməkdaşlarının bu hərəkətlərindən ağlamağa başladığına görə polis əməkdaşları onu da avtomobilə əyləşdirmişdilər. O, həmin şəxslərdən uşağı məktəbə aparıb düşürməyi xahiş etmiş, polis əməkdaşları isə onu evə aparmağı təklif etmişlər. Həmin vaxt o, qızı və adını sonradan bildiyi İntiqam adlı polis əməkdaşı ilə birlikdə avtomobilin arxa oturacağında, Anar adlı polis əməkdaşı isə qabaq oturacaqda əyləşmişlər. Avtomobili idarə edən şəxsin adını bilmir. Yaşadığı evə çatdıqdan sonra sürücü avtomobili evin qarşısında saxlamış və onlar həyətə daxil olmuşlar. Həmin vaxt polis əməkdaşları həyətin giriş darvazasından sol tərəfdə olan təkərin içərisinə baxmışlar. Bundan sonra avtomobili idarə edən tanımadığı şəxs ondan nərdivan istəmiş, o da həyətdə olan nərdivanı ona vermişdir. Bu zaman həmin şəxs nərdivanı həyətdə olan kombi aparatına söykəyərək yuxarı qalxmış və oradan göy rəngli sabun qabı götürüb düşmüşdür. Həmin vaxt o, aşkar olunmuş sabun qabının orada olmasından xəbərsiz olduğunu və ona məxsus olmadığını bildirərək, sabun qabının içərisində olanları ona göstərilməsini polis əməkdaşlarından xahiş etmişdir. Bu zaman polis əməkdaşları ona sabun qabının içərisində olanları polis bölməsində ona göstərəcəklərini bildirmişlər. Həmin vaxt həyat yoldaşı və azyaşlı qızı da baş verənlərin şahidi olmuşlar. Bundan sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Polis bölməsinə gəldikdən sonra ikinci mərtəbədə yerləşən otaqlardan birində polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirərək, ondan göy sabun qabının içərisində olan narkotik vasitələrini haradan aldığını soruşduqda, o, həmin sabun qabının və içərisində olan maddələrin ona aidiyyəti olmadığını bildirmiş və sabun qabının üzərində onun əl barmaq izlərinin olub-olmamasının yoxlanmasını xahiş etmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən ağır təhqirlərə və işgəncələrə məruz qalmışdır. Həmin vaxt o, qətiyyətlə həmin sabun qabının ona aid olmadığını bildirdikdən sonra Anar adlı polis əməkdaşı ona “əgər narkotik sənin deyilsə, deməli sənin yoldaşınındır”, “gətirib yoldaşını içəri həbsə salacağıq” kimi ifadələr işlətmişdir. Həmin vaxt o, polis əməkdaşının sözlərinə əhəmiyyət verməsə də, təxminən yarım saat sonra həyat yoldaşının polis bölməsində olduğunu görmüşdür. Bu zaman o, polis əməkdaşının dediklərindən və cəmiyyət içində biyabır olacağından qorxaraq onların dedikləri ilə razı olaraq, Anar adlı polis əməkdaşından həyat yoldaşını sərbəst buraxmağı xahiş etmiş və onlara lazım olan sənədləri imzalayacağını bildirmişdir. Daha sonra İntiqam adlı polis əməkdaşı göy rəngli sabun qabını əynində olan gödəkçənin sağ iç cibinə qoymuş və ona izah olunmuşdur ki, videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyi zaman o, həmin maddəni təqdim edib ona məxsus olduğunu etiraf etməlidir. Bundan sonra İntiqam və Anar adlı polis əməkdaşlarının təlimatı ilə aparılan çəkiliş zamanı dəvət olunmuş vəkilin iştirakı ilə o, polis əməkdaşları tərəfindən gödəkcəsinin sağ cibinə qoyulmuş göy rəngli sabun qabının içərisindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitəni 3 gün öncə Binə qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş və daha sonra ona təqdim olunmuş sənədləri oxumadan imzalamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı olmaqla, Rövşənin hazırki iş üzrə tutulmamışdan əvvəl onlar birgə nikahlarından olan Leyla adlı qızları ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar. 13 oktyabr 2021-ci il saat 12:00 radələrində Rövşən övladları Leylanını məktəbə aparmaq üçün evdən çıxmışdır. Bir müddət sonra Rövşən qızları Leyla və mülki geyimdə olan polis əməkdaşları ilə “Niva” markalı avtomobillə gələrək yaşadıqları evin həyətinə daxil olmuşlar. Həmin vaxt polis əməkdaşlarından biri həyətdə olan kombi aparatının üzərindən bir ədəd sabun qabı aşkar etmişdir. Bu zaman polis əməkdaşları sabun qabının içərsində nə olduğunu onlara deməmişlər və onların polis bölməsinə getməli olduqlarını bildirmişlər. Saat 13:00 radələrində həyat yoldaşı Rövşən polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Bir müddət sonra polis əməkdaşları gəlib onu da ağ rəngli “Niva” markalı avtomobillə polis bölməsinə aparmışlar. Polis bölməsinə gətirildiyi zaman Rövşən ona 170 manat pul, avtomobilin açarını və mobil telefonunu vermək istədiyi zaman, polis əməkdaşları mobil telefonu götürərək, istintaq üçün əhəmiyyətli olduğunu bildirmişlər. Rövşən polis bölməsinə aparıldıqdan sonra o, qızı Leylanı məktəbə aparmışdır. Rövşən saxlanıldığı zaman avtomobili “Oba” marketin qarşısında qaldığı üçün o, avtomobilin açarını Ceyhuna vermişdir ki, avtomobili sürüb evə gətirsin. Rövşənlə artıq 15 il nikahda olmaqla, həmin müddət ərzində həyat yoldaşının narkotik vasitələrin istifadə etməsi və ya satmağının şahidi olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. 13 oktyabr 2021ci il tarixdə, günorta vaxtları çörək almaq üçün marketə gedən zaman Rövşənın qızı Leyla ona yaxınlaşaraq atasının polis əməkdaşları tərəfindən bölməyə aparıldığını bildirmişdir. O, Rövşənin mobil nömrəsinə zəng etdikdə, Rövşənin telefonu sönülü vəziyyətdə olduğundan o, Rövşəngilin yaşadıqları evə getmiş və qapılarının bağlı olduğunu görmüşdür. Həmin vaxt o, 3-cü polis bölməsinə getmiş və polis əməkdaşlarından dayısının orada olub olmamasını soruşduqda, polis əməkdaşları ona Rövşənin orada olmasını və həyat yoldaşından izahat alacaqlarından sonra hər ikisini sərbəst buraxacaqlarını bildirmişlər. Bundan sonra dayısını yoldaşı Şahnaz Rövşənin idarə etdiyi avtomobilin açarını ona vermiş və ondan Rövşənin avtomobilini “Oba” marketin qarşısından götürüb yaşadıqları evə sürüb gətirməsini xahiş etmiş, o da təxminən saat 16:00 radələrində avtomobili onların evinə gətirmişdir. Bir neçə gün sonra polis əməkdaşları ona zəng edərək Rövşənə hansı səbəbdən zəng etdiyini soruşmuşlar. Dayısının narkotik vasitələrdən istifadəsi etməsi və ya satması ilə məşğul olması barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 13 oktyabr 2021-ci il tarixdə, saat 13:00-da o, nahara gedən zaman Rövşənin yaşadığı evin qarşısından keçdikdə evin qarşısında çoxlu adamların toplaşdığını görmüşdür. Həmin vaxt o, orada olanlardan nə baş verdiyini soruşduqda, ona Rövşənin polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldığını bildirilmişdir. Bundan sonra o, öz evinə getmişdir. Bir müddət sonra o, Rövşənin yaşadığı evin qarşısına qayıtmış, lakin evdə heç kimin olmadığını görmüşdür. Həmin vaxt ona bildirmişlər ki, Rövşənin həyat yoldaşı Şahnazı da polis bölməsinə aparmışlar. O, Rövşənə məxsus “Qazel” markalı avtomobilin “Oba” marketin qarşısında dayandırıldığını görmüşdür. Daha sonra həmin avtomobilin Rövşənin qardaşı oğlu Ceyhun tərəfindən saat 16:00 radələrində Rövşəngilə aparıldığını öyrənmişdir. Rövşənin narkotik vasitələrin istifadə etməsi və ya satışı ilə məşğul olması haqqında məlumatı yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Binə qəsəbəsində “Oba” marketin yaxınlığında yerləşən meyvə mağazalarının birində satıcı işləyir. Hazırda xatırlamadığı tarixdə təxminən saat 12:00 radələrində o, 3 nəfər ağ rəngli geyimdə olan polis əməkdaşının Təqsirləndirilən şəxs ağ rəbgli “Niva” markalı avtomobilə əyləşdirərək apardıqlarının şahidi olmuşdur. Belə ki, Rövşənin polis əməkdaşları tərəfindən saxlanıldığı yerlə onun işlədiyi mağaza arasında təxminən 10-15 metr məsafə var. Həmin vaxt o, orada Təqsirləndirilən şəxs avtomobilini görməmişdir. Rövşən Cəbiyebin narkotik vasitələrdən istifadəsi etməsi və ya satması ilə məşğul olması barədə məlumatı yoxdur. Göründüyü kimi, cinayət işi hələ birinci instansiya məhkəməsində olan zaman təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatlar məhkəmə tərəfindən dindirilmiş çoxsaylı şahidlərin biri digəri ilə uzlaşan ifadələri ilə tam təsdiq edilmiş, lakin işə baxan məhkəmə o qədər şahidin ifadələrinə deyil, polis əməkdaşlarının natamam (belə ki, məhkəmə iclasında verilmiş sualların əksər hissəsinə şahidlər “yadımda deyil” deməklə kifayətlənmişlər) ifadələrinə inanmağı üstün tutmuşdur. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, atası tutulan günü saat 12:30-da onu məktəbə aparacaqdı. Sonra sumkanı götürmüş və atasının yanına getmişdir. Bulka alacaqdılar. Ona görə yolun əks tərəfində dayanmışdı. Oba marketin yanında isə atası dayanmışdı. Birdən polislər atasını tutdular və əlini bağladılar. Onu maşına tərəf aparırdılar. Yolu keçib maşına tərəf gələndə onu də maşına mindirdilər. Ona dedilər ki, zibil atmağa gedirik. Ordan məktəbə gedəndə geri qayıdaraq onu evə aparmışlar. Anası onu içəri salmış, sonra polislər atası ilə birlikdə içəri girmişlər. Polislər təkərin altına baxaraq təkərin altında heç nə tapmamışlar. Nərdivan soruşaraq atasından nərdivan istəmişlər, atası nərdivan gətirmiş, polislərdən biri çıxıb kombinin üstündən göy sabun qabı götürdmüş qabın için göstərmədən getmişlər. Bundan sonra anası onu məktəbə apamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 ikinci növbə təhsil aldığını, ilk dərsinin saat 13:10-da başladığını, atasının tutulduğu yerin evlərinə yaxın olduğunu, evdən məktəbə qədər yolun 20 dəqiqə olduğunu, o, atasını çağıran zaman polislərin onun atası ilə bir yerdə olduğunu bildiklərini, polis əməkdaşlarının 3 nəfər olduqlarını bildirmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı təkrarın dindirilmiş Şahid3, Şahid7 və Şahid6 təqsirləndirilən şəxsin ifadələrinə uyğun və həmin ifadədəki halları təsdiq edən məzmunda ifadələr vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun ibtidai istintaq zamanı (ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində istintaqın ilk günlərində verdiyi ifadələr istisna olmaqla) və birinci və apellyasiya instansiyalarında məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat və istintaqın ilk günlərində verdiyi ifadələri isə psixoloji təsir və təzyiq nəticəsində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxsin saxlanılması vaxtının şəraiti barədə məhkəmənin qiymətləndirməsi: İstintaq materiallarına əsasən Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00-da saxlanılaraq polis bölməsinə aparılmış, saat 18:40-da şübhəli şəxs qismində tutulmuş, saat 19:20-dən 19:45-dən üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Lakin məhkəmə istintaqı mötəbər sübutlarla Təqsirləndirilən şəxs 13 oktyabr 2021ci il tarixdə, saat 13 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılması öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsin özünün 2021-ci ilin dekabr ayından verdiyi ifadələrindən bu günədək verdiyi ifadələri, şahidlər Şahid3, Şahid4, Şahid7, X4 və Şahid6 ifadələrindəki biri digəri ilə uzlaşan xüsusatlarla Təqsirləndirilən şəxs saat 13 radələrində polis əməkdaşları tərəfindən saxlanılması təsdiq olunmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsinin saat 13:05-də Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasının düşdüyü LABS 213902/ LABS 2139 Bina-ATS /Xəzər TKQ, ATS -456 Binə /Khazar ünvanında keçməsi artıq CPM-nin 141.1.2-ci maddəsinə əsasən sübutsuz müəyyən edilən hallardır. Belə ki, həmin məlumatlar tədqiq edildikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2021-ci il tarixdə saat 13:05-dən xx.xx.2021-ci il tarixə 21:28:03 kimi (tam 56 saatdan artıq bir müddətdə telefonun batareyasının enerjisi tam tükənənə kimi) sabit olaraq Xəzər RPİ-nin 3-cü PB-nin anten dairəsi olan, LABS 213902/ LABS 2139 Bina-ATS /Xəzər TKQ, ATS -456 Binə /Khazar ünvanında keçir. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin inzibati binası isə həmin anten dairəsində yerləşir. Həmin ərazidən Təqsirləndirilən şəxs yaşadığı evə kimi isə 4 km məsafə vardır. Eyni zamanda ***-***-**-** saylı mobil nömrəyə aid olan anten məlumatlardan da aydın olur ki, Təqsirləndirilən şəxs yaşadığı ev LABS 061206/ LABS LABS ******* Ali İsaqzade str “ünvan 20 ünvanda keçir. Bundan əlavə, diqqət çəkən məqamlardan biri də əvvəlki 13 gündə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinin anten dairəsinin bir dəfə də olsun LABS 213902/ LABS 2139 Bina-ATS /Xəzər TKQ, ATS -456 Binə /Khazar ünvanında keçməməsi, eyni zamanda başqa günlərdə Təqsirləndirilən şəxs saat 13-dən 18-dək olan müddətdə ***-***- **-** saylı mobil nömrədən bir neçə giriş –çıxış zəngi olduğu halda,xx.xx.2021-ci il tarixdə həmin müddət ərzində bir dəfə də olsun giriş çıxış zənginin olmamasıdır. Məhkəmə göstərilənləri ümumiləşdirərək Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 13:05-dən saxlanılaraq polis bölməsinə aparılmasına və həmin vaxtdan etibarən onun azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı xüsusatların real olması qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 13:05-dən saxlanılması, həmin gün real olaraq qeyir-müəyyən vaxtda üzərinə şəxsi axtarış və götürmə keçirilməsi təqsirləndirilən şəxslərin ifadəsi, şahid ifadələri, anten məlumatları ilə tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hətta Təqsirləndirilən şəxs saat 18:00-da saxlanılmış olsa idi belə, məhkəməyə təqdim edilmiş sənədlərdə göstərildiyi kimi onun üzərinə saxlanıldıqdan 01 saat 20 dəqiqə sonra şəxsin axtarış və götürmənin həyata keçirilməsi də qanunsuz hesab edilməli olan hallardandır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Hazırki halda təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında uzun müddət vaxtın keçməsi (məhkəmədə müəyyən edilmiş saat 13 radələri ilə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən 19:20 radələri arasında olan saat fərqi) həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Bununla yanaşı, məhkəmə istintaq orqanının istinad etdiyi digər sübut növlərindən olan şahid ifadələrinin təhlil edilməsi və onlara qiymət verilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında olan Şahid1 (cild 01, i.v.111-113) və Şahid2 (cild 01, i.v.114-116) ifadələrindən görünür ki, onlar ifadələri ittihamın məzmununa uyğun olmaqla sadəcə ifadələrdə şahidlərin adlarının yeri dəyişdirilməklə eyni söz və cümlələrdən ibarət ifadələr olmuş, onlara ünvanlanmış eyni suallara da şahidlər bir söz fərqi olmadan eyni cavabı vermişlər. Göstərilən bu hal özü şahid ifadələrinin formal şəkildə yazılmasının göstəricisidir. Nəzərə alınsa ki, bir insanın müxtəlif vaxtlarda eyni məsələ ilə bağlı verdiyi ifadəsi ilə birəbir eyni sözlərdən ibarət olmur, belə olan halda iki fərqli şəxsin bir söz belə fərq olmadan eyni məzmunda ifadə verməsi sadəcə ağlasığmaz və mümkünsüzdür. Bununla yanaşı, 12 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirmə protokolundan görünür ki, o, təqsirləndirilən şəxsin müdafiəçisinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı tədbirdə onunla Şahid2 iştirak etdiyini, Rövşənin saxlanılan zaman onlara müqavimət göstərdiyini, Təqsirləndirilən şəxs apardıqları nəqliyyat vasitəsini kimin idarə etdiyini xatırlamadığını, Rövşənin yanında azyaşlı qızının olduğunu, uşağı aparıb evə verdiklərini, lakin evə girmədiklərini, uşağı evə nə ilə apardığını xatırlamadığını, avtomobildə İntiqamın, özünün və Rövşənin olduğunu, avtomobildə arxada Rövşənin yanında əyləşdiyini, Rövşəni saxlayan zaman havanın işıqlı olduğunu, Rövşəni saat 18:00-da bölməyə apardıqlarını, Rövşənin üzərində mobil telefon olmadığını, Rövşənin arvadının ərinin tutulduğunu eşidərək bölməyə gəldiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, üzləşdirmə protokolunda olan şahidin suallara verdiyi cavablar artıq onun ifadəsində səmimi olmaması qənaətinə gəlməyə imkan verir. Belə ki, şahid ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılması zamanı iki nəfər olduqlarını, Rövşəni bölməyə aparan zaman avtomobildə özünün, Rövşənin və İntiqamın olduğunu, özünün arxada Rövşənin yanında oturmasını bildirməsinə baxmayaraq müdafiəçi tərəfindən verilmiş digər suala avtomobili kimin idarə etdiyini xatırlamadığını bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin, şahidlər Şahid6, Şahid4 ifadələrində olduğu kimi Təqsirləndirilən şəxs iki nəfər deyil, üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmasının və bölməyə aparılmasının göstəricisidir. Belə ki,.əgər həqiqətən də Təqsirləndirilən şəxs İntiqamla Anar ikisi saxlamış olsa idilər, Şahid1 özü Rövşənin yanında oturduğu halda avtomobili İntiqamdan başqasının idarə etməsinin mümkün olmaması nəzərə alınmaqla Şahid1 ona ünvanlanmış suala cavab olaraq avromobili İntiqamın idarə etdiyini düşünmədən demiş olardı. Bununla yanaşı, apellyasiya baxışı zamanı müdafiəçinin suallarına cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs iki nəfər İntiqamla özünün saxladığını, onun hansı maşınla bölməyə apardıqlaırnı xatırlamadığını, həmin vaxt avtomobili kimin idarə etdiyini xatırlamadığını, avtomobilin arxa və ya qabaq hissəsində əyləşdiyini xatırlamadığını, Təqsirləndirilən şəxs saxlayan zaman müqavimət göstərmədiyini bildirmişdir. Apellyasiya baxışı zamanı Şahid2 ona ünvanlanmış suallara cavab olaraq şəxsi saxladığımız vaxtın dəqiq yadımda qalmadığını, uşağı qapıdan içəri saldıqlarını, uşağın həmin vaxt ya məktəbə getdiyini, ya da qayıtdığını, Təqsirləndirilən şəxs saxlayan zaman 2 nəfər Şahid1la özünün olduğunu, şəxsi bölməyə gətirəndən neçə dəqiqə sonra üzərinə baxışın keçirilməsini xatırlamadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş materialdan görünən odur ki, ibtidai istintaq zamanı şahid ifadələri şablon formada tərtib olunaraq həmin ifadələrdə şahidlər Təqsirləndirilən şəxs qızının da saxlanılan zaman orada olması, uşağı aparıb Təqsirləndirilən şəxs evinə təhvil verilməsi barədə heç bir xüsusat göstərməmişlər, yalnız təqsirləndirilən şəxs əlavə dindirildikdən və həmin halları göstərdikdən sonra şahidlər onlara ünvanlanmış suallara cavab olaraq Təqsirləndirilən şəxs qızının da yanında olduğunu, uşağı aparıb evə qoyduqlarını bildirməli olmuşlar. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadələri ilə polis əməkdaşlarının ifadələrinin uzlaşmadığını, təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatların çox saylı şahid ifadələri və anten məlumatları ilə təsdiq olunduğunu, polis əməkdaşlarının ifadələrinin məhkəmə iclasında müəyyən edilmiş işin həqiqi halları ilə uzlaşmadığını, onların ifadələrinin özü-özlüyündə ziddiyyətli məqamlarla dolu olduğunu, müxtəlif vaxtlarda verilmiş eyni suallara müxtəlif cavablar verdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün həmin ifadələrə istinad edilməsini AR CPM-nin tələblərinə zidd hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham aktında və şahidlərin ifadələrində göstərdikləri vaxtda saxlanılmadığı, iki nəfər deyil, üç nəfər polis əməkdaşı tərəfindən saxlanıldığı, saxlanıldıqdan sonra ilk olaraq polis bölməsinə deyil, evinə aparıldığı müəyyən edilmişdir ki, bu da şahidlərin yalan ifadə verməsinə dəlalət etməklə onların həmin ifadələrinin sübutedici qüvvəsi olmayan sübut kimi qiymətləndirilməklə sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. İbtidai istintaq orqanın və birinci instansiya məhkəməsinin mötəbər sübut qismində istinad etdiyi digər sübut növü 13 oktyabr 2021-ci il tarixdə, saat 19:20-dən 19:45-dək “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri, qısa qollu, gödəkçənin sağ iç cibindən içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim edərək həmin 07 ədəd bükümün içərisində narkotik vasitə kakos(heroin) olduğunu, həmin narkotik vasitələri təxminən 03 gün bundan öncə Binə qəsəbəsi, Südçülük sovxozunda adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını bildirməsi göstərilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00-da tutulması deyil, həmin gün saat 13 radələrindən polis nəzarətində olması və azadlığının məhdudlaşdırılması müəyyən edilmişdir ki, bu da şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə, düşünülmüş ssenariyə uyğun tərtib edilməsinin göstəricisidir. Belə ki, AR CPM-nin 247.1.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxtını əks etdirən protokol tərtib edilir. Bununla yanaşı, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərlə hazırda cinayət işi materiallarında olan sənədlərin müqayisəli tədqiqi zamanı aşağıdakılar müəyyən edilmişdir: -Xəzər RPİ-nin 3-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs “Oba” marketin yanında saxlayıb Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmələrinin vaxtı ilə əlaqədar kompüterdə tərtib edilmiş xx.xx.2021-ci il tarixli raporta vaxt olaraq “18:00 ” qələmlə yazılmışdır. Xəzər rayon Məhkəməsinə təqdim edilmiş sənəddə isə saat yeri boşdur. -Şübhəli şəxsin tutulması haqqında kompüterlə yazılmış qərarda vaxt saat “18:20” və tutulmanın əvvəli saat “18:00” qələmlə yazılmışdır. Xəzər rayon Məhkəməsinə təqdim edilmiş sənəddə isə saat yeri boşdur. -Şübhəli şəxsin tutulması haqqında protokolda tutulma vaxtı saat “18:40” qələmlə yazılmışdır. Xəzər rayon Məhkəməsinə təqdim edilmiş sənəddə isə saat yeri boşdur. -Şəxsin üzərinə “ axtarış baxış və götürmə aparılması haqqında” qərarın vaxtı saat “19:00” qələmlə yazılmışdır. Xəzər rayon Məhkəməsinə təqdim edilmiş sənəddə isə saat yeri boşdur. -Şəxsin üzərinə “axtarış baxış və götürmə aparılması haqqında protokol” başlanma və qurtarma vaxtı “saat “19:20 və 19:45 ” qələmlə yazılmış, eyni zamanda istintaq hərəkətinin gündüz keçirildiyi göstərilmişdir. Bununla yanaşı, şəxsi axtarış və götürmə zamanı Şahid2 həmin istintaq hərəkətində iştirak etməsi göstərilməklə həmin istintaq hərəkətinə dair protokol onun tərəfindən imzalansa da, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarından görünür ki, həmin nömrənin anten dairəsi xx.xx.2021-ci il tarixdə, saat 18:55:49-dan etibarən Bina, ATS Xəzər, TKQ, ATS 456, Bina Xazar ünvanında olmamış və günün sonunadək həmin ünvana qayıtmamışdır ki, bu da həmin istintaq hərəkəti protokolunun hansı vaxtda tərtib olunması, şəxsi axtarış və götürmənin hansı saatda keçirilməsi ilə qeyri-müəyyənliklərin yaranması və həmin istintaq hərəkətinin sənədlərə uyğun saatda keçirilmədiyi qənaətinə gəlinməsi üçün əsasdır. Eyni zamanda, həmin istintaq hərəkətinin həyata keçirilməsini əks etdirən videogörüntülərə baxış keçirildikdə müəyyən edilmişdir ki, hələ Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmədən artıq məhkəmə kimyəvi ekspertizasının təyin olunması haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs həmin rəylə tanış edilməsinə dair protokol da şəxsi axtarış və götürmə istintaq hərəkətində onun “hüquqlarının müdafiəsi üçün” dəvət edilmiş müdafiəçisi tərəfindən artıq imzalanmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılmasından saatlar sonra (şəxsi axtarış və götürmə protokolundan saatlara inanılsa) keçirildiyi göstərilən, həyata keçirildiyi zaman kəsiyi belə düzgün göstərilməyən (Belə ki, real olaraq videogörüntüyə baxış zamanı çəkilişin 06 dəqiqə 34 saniyə aparılması müəyyən olunsa da, protokolda 25 dəqiqə ərzində şəxsi axtarış və götürmənin həyata keçirildiyi göstərilmişdir), dəqiq hansı saatda, günün hansı hissəsində həyata keçirildiyi qeyri-müəyyən olan şəxsi axtarış və götürmə protokolu və həmin istintaq hərəkətini özündə əks etdirən disk də sübutlar siyahısından xaric edilməlidir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2023-cü il tarixə, 6/4555 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin (polis əməkdaşlarının) sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində psixotrop maddənin olması qənaətinə gəlməyə əsas verə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X18 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)-735/2022 nömrəli hökmü ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 41,395 qram heroin materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 114 manat dövlətə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 397-402 və 407-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, HÖKM ETDİ: Məhkum edilmiş şəхs Cəbiyev X5 müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)- 735/2022 nömrəli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinə əsasən ləğv edilsin. Cəbiyev X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Cəbiyev X12 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material narkotik vasitəyə və psixotrop maddəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna göndərilsin və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 41,395 qram heroin həmin materiala əlavə edilsin. İş üzrə maddi sübutlar- cinayət işinə əlavə edilmiş 13 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci dövlətə aid edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-158/2023
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-158/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver