Məhkəmə qərarları › İş №1(103)-1757/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1757/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1757/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X24 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Dəmirova Nəcimə Arif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 1(101)-1164/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 1(101)-1164/2024 saylı hökmü ilə (sədrlik edən hakim X19, X15 və X7 ibarət tərkibdə) xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin 8 avqust 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs 8 avqust 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində naməlum şəraitdə şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,286 qram çəkidə narkotik vasitə olan heroini 70 manat pul müqabilində 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 23:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin (bundan sonra mətndə - Binəqədi RPİ-nin 6-cı PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “20 Yanvar” parkının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilərək üzərində 9 avqust 2023-cü il tarixdə, saat 01:00-da keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,904 qram, 0,345 qram, 0,431 qram və 0,606 qram olmaqla, ümumi təmiz çəkisi 2,286 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1164/2024 saylı, 14 iyun 2024-cü il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs təqsirləndirildiyi 234-1.1-ci maddə ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirlilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə tutularkən üzərində 4 büküm deyil, bir büküm narkotik vasitə olduğunu, onu Binəqədi rayonu Polis idarəsinin 6-cı Polis bölməsində döyüldüyünü, işgəncə nəticəsində narkotik vasitəsinin ona məxsus olmasını boynuna aldığını, atası X22 ilə Binəqədi Rayon polis İdarəsinin 6-cı Polis Bölməsinin rəis müavini Şahid5 arasında pul söhbətinin olmasını, 20000 manat Vaqif Asalnova borclu olduğunu, dəflərlə atasına xəbərdarlıq edildiyini, verə bilmədiyi təqdirdə özünün və ailə üzvlərinin tutduracğını bildirib. 08 avqust 2023-cü il tarixdə tutularkən, Şahid5 qəbulunda olduğunu, orada onun tərəfindən məcburi olaraq 4 büküm narkotik vasitənin öz üzərinə götürməyə məcbur edildiyini bildirib. Məcburiyyət qarşısında. işgəncələrə dözməyərək, Şahid5 təkidi ilə kamera qarşısında ona sonradan verilmiş 4 büküm narkotik vasitəsinin cibindən çıxarıb ona məxsus olmasını bildirmiş, ilkin verdiyi ifadənin və izhatın onun tərəfindən yazılmadığını, onun iradəsinin əks etdirmədiyini, məcburən imzaladığını bildirib. Bununla bağlı ibtidai istintaq zamanı 6-cı Polis Bölməsində təzyiq və işgəncələrə məruz qaldığını müvafiq prokurorluğa və dövlət qurumlarına şikayət etmişdir. Bundan başqa təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına 11 avqust 2023cü il tarixdə gətirilmiş, həmin günü tibbi yoxlama zamanı AR Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin məhkumun tibbi kitabçasında ilkin tibbi müayinə zamanı sol saidin içəri səthində 1-2 sm ölçüdə 3 ədəd sarı-yaşımtıl rəngli qançırların olması müşahidə edilmişdir. Bu onu deməyə kifayət qədər verir ki, 08 avqust 2023-cü il tarixdə saxlanılarkən işgəncəyə məruz qalması barədə verdiyi ifadələr əsaslıdır. Onun atası Şahid4 ilə 6-cı Polis Bölməsinin rəis müavini Şahid5 barədə dediklərinin həqiqət olub-olmadığını müəyyən etmək üçün təqsirləndirilən şəxsin anası X12, atası Şahid4 və nənəsi (atası Şahid4 anası) X8 və eyni zamanda 6-cı Polis Bölməsinin rəis müavini Şahid5 Arif oğlu məhkəmə baxışında ifadə vermək üçün çağırılıb dindirilmişdir. Şahidlər X12, Şahid4 və X8 ifadə verərkən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiqləmiş, Şahid4 ilə Şahid5 arasında pul söhbətinin olmasını, 20.000 manat pulun nəyə görə, hansı mqəsədlərlə alındığını, qaytarmadığını, qaytarmadığına görə onun əvvəlcə atasına qarşı öz qulluq mövqeyindən istifadə edərək narkotik ittihamı ilə tutudurduğunu, xx.xx.2023-cü il tarixdə tutularkən Şirvan Polis idarəsinə öz polis əməkdaşı, hazırda şahid qismində didndirlmiş Şahid1la gəlməsini, onlarla orada görüşüb pulu verməyəcəyi təqdirdə başına başqa oyunlar açacağını bildirmişdir. Rzayeva Zemfira öz ifadəsində Şahid5 iki dəfə onun evinə gəlməsini, Eldənizi axtardığını, onunla bir neçə dəfə Eldəniz ilə aralarında pul haqqhesabın olduğunu bildirmiş, şahid Şəbinə Aslanova isə onların Biləcəri qəsəbəsində yaşadığı evdən polislər tərəfindən heç bir əsas və səbəb olmadan 6-cı Polis Bölməsinə aparıldığını bidirib. Hər üç şahidin verdiyi ifadə onu deməyə əsas vermişdir ki. Təqsirləndirilən şəxs tutulmasında bilavasitə Şahid5 maraqlı olub, onun narkotik vasitə istifadəçisi olmasından istifadə edərək tutdurub və məcburən əlavə 3 büküm narkotik vasitəni yükləməklə daha ağır cəza verilməsinə, özünün də ifadə etdiyi kimi “atasının yanına” göndərilməsinə nail olub. Müdafiə tərəfindən vəsatət verilərək şahidlər arasında verilmiş ifadələrin doğruluğunun yoxlanması, hansı şahidin düzgün ifadə verib-verməməsi ilə bağlı halların sübut edilməsi, bunun üçün tərəflər arasında danışıqların olubolmamamsı, Şahid5 Şirvanda olub olmamsı ilə bağlı vəsatət verilmişdir Lakin vəsatət təmin edilməmişdir. Məhkəmə müdafiə tərəfindən dəvət edilmiş şahidlərin ifadələrinin əsaslı olmasını deyil, onların ifadələrini təkzib edən Şahid5 ifadəsini əsas götürmüşdür. Müdafiə tərəfindən anten dairəsinin, telelfon danışıqlarının müəyyən edilməsi barədə verilən vəsatətin təmin edilməməsi mühüm əhəmiyyət kəsb edən faktiki halların müəyyən edilməməsi ilə nəticələnmiş və qanunsuz qərarın verilməsinə səbəb olmuşdur. Araşdırılmayan digər məsələ isə təqsirləndirilən şəxsin telelfonun yoxa çıxmasıdır. Təqsirləndirilən şəxs özünün verdiyi ilkin ifadədə guya bir il qabaq telefonu satdığını, istifadə etdiyi ***-***-**-** GSM nömrəsini isə harasa qoyduğunu bildirib. X32 istifadə etdiyi cinayət işinin materiallarında olan ***-***-**-** GSM nömrəsinə girən və çıxan zənglərin siyahısı, ona gələn və gedən SMS-lərə baxdıqda isə Təqsirləndirilən şəxs həmin mobil nömrəni və telefonu işlətdiyini açıq-aşkar görmək olur. Təbiki təqsirləndirilən şəxsin verdiyi ifadənin saxta olduğunu nəzərə aldıqda ifadə verərərkən, telefon ilə bağlı da nə deyiblərsə ona da imza atıb. Ancaq burda sual yaranır telefonu gizlətmək kimə və nə üçün lazımdır?! Halbuki istintaq və təhqiqat orqanları onun vasitəsi ilə Təqsirləndirilən şəxs verilən narkotik vasitənin kimlər tərəfindən verildiyini aşkar etmək çox asan ola bilərdi. Təqsirləndirilən şəxs öz ifadəsində narkotik vasitə aldığını etiraf edir, ancaq bir büküm naroktik vasitə aldığını və elə həmin vaxtı aldığını bildirib. Naroktik vasitənin də alınmasına vatsap əlavəsindən istifadə edilməsi heç kimə sirr deyil. Ancaq 6- cı X25 Zeynalın telefonun gizlədilməsi, onun üzərindən çıxması daha çox orada həqiqətdə nə qədər narkotik vasitə alınmasının aşkara çıxarmamaq, onun bir büküm narkotikə görə 20 manat pul ödəməsinin aşkara çıxarılmaması səbəbindən gizlədildiyi heç kimə sirr deyil. Təqsirləndirilən şəxsin telefonunun olmasını anası Şəbinə Asalnovada təsdiq edib. Hətta telelfona görə Təqsirləndirilən şəxs tutulduqdan sonra müstəntiqdən maraqlanması, müstəntiqin 6-cı Polis bölməsində, 6-cı Polis bölməsindən isə telelfonun müstəntiqdə olması bildirilib. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs telefonun bilavasitə gizlədilməsi onun üzərindən çıxan narkotik vasitənin kütləsi ilə bağlı məsələyə aydınlıq gətirələcəyindən gizlədilib və yuxarıda qurulan planın tərkib hissəsi olub. Müdafiə tərəfi hesab edir ki, telelfonun Polis İdarəsində gizlədilməsi ilə bağlı məsələnin araşdırılması hazırki iş üzrə mühüm əhəmiyyətə malikdir və məhkəmənin bu işin üzərindən sükutla keçməsi, belə bir sübut əhəmiyyətinə malik olan faktın gizlədilməsi qanunsuz bir hökmün verilməsi ilə nəticələnməsinə gətirib çıxarmışdır. Cinayət işi üzrə hazırki iş üzrə əldə edilmiş sübutlar yenədə təqsirləndirilən şəxsin AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmədiyini göstərir. İş üzrə müdafiə tərəfindən dəvət edilən şahidlərin verdiyi ifadələr şahid ifadələri, tutularkən zorakılığa məruz qalmasını göstərən xəsarətlər, müdafiəçinin tutulma haqqında protokol və tutulma haqqında qərarların sonradan imzalanması və ya orda olarkəndə şəxsi axtarış zamanı iştirak etməməsi onun onun üzərinə narkotik vasitənin qoyulduğunu, məcburən boynuna aldığını göstərir. Təqsirləndirilən şəxs cinayət işininicraatı zamanı müdafiə hüququ kobud formada pozulmuşdur. Belə ki, cinayət işinin materialları ilə tanış olan zaman hüquqlarını müdafiə etdiyim şəxsin müdafiə hüqüunun pozulması aşkar olunub. Belə ki, 09 avqust 2023-cü il tarixdə saat 01.00-01.20 arasında şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır. Amma müdafiəçisi yoxdur. Müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərərkətin keçirilməsinə razlıq barədə təqsirləndirilən şəxsdən ərizə alınır. Amma şübhəli şəxsin tutulması haqqında qərara görə müdafiəçi Canməmmədov Şahəddin 6-cı polis Bölməsində olub və qərarı imzalayıb, eyni zamada 09 avqust 00.45-də şübhəli şəxsin tutulması haqqında protokolu Təqsirləndirilən şəxs ilə birlikdə imzalayıb. Maraqlıdır ki, 6-cı Polis Bölməsində Z. Rzaeyvin müdafiəçisi ola-ola niyə məcburən vəkilin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirirlər?. İş materiallarına baxdıqda Təqsirləndirilən şəxs 23.30-da Biləcəri qəsəbəsində 20 yanvar pakında tutulub, 6-cı Polis bölməsində gətirilib, bundan sonra vəkil dəvət edilir, vəkili dəvət etmək üçün qərarın hazırlanması, onun Vəkil Bürosuna göndərilməsi, vəkil orderin yazıb 6-cı Polis Bölməsində vəkilin gəlməsi bir saat ərzində olub. Doğrusu inandırıcı gəlmir. Amma maraqlı olan odur ki, gəlib tutulma barədə qərarı və tutulma barədə protokolu imzalayan kimi də çıxıb gedir. Belə başa düşmək olur ki, müdafiəçi ancaq bu protokol və qərarı imzalamaq üçün gəlib. Təqsirləndirilən şəxs ilə hər hansı bir açıq və ya konfidensial ünsiyyət saxlamayıb, ona verilmiş açıq-aşkar işgəncəyə fikir belə verməyib. Bütün bunlar onu deməyə əsas verir ki, tutularkən, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilən zaman müdafiəçiyə malik olmayıb ya da müdafiəçiyə malik olsa da formal olaraq həyata keçirilib Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1164/2024 saylı, 14 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, onların təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1164/2024 saylı, 14 iyun 2024-cü il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində apellyasiya instansiya məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin göstərdiyi halların iş materialları ilə öz təsdiqini tapmadığını bildirir və müdafiə xarakterli mövqe kimi qiymətləndirir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya instansiya məhkəməsindəki icraatı zamanı göstərdikləri cinayət işi üzrə toplanmış biri digərini tamamlayan sübutlarla (ibtidai istintaq zamanı özünün cinayəti etiraf ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və s.) təkzib edildiyindən, məhkəmə kollegiyası həmin məlumatların həqiqətə uyğun olmayan, müdafiə xarakterli olduğunu vurğulayır və hesab edir ki, məhkum bu cür fikirlər söyləməklə məsuliyyətdən qurtulmaq və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yayınmaq məqsədi daşıyır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 8 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Biləcəri qəsəbəsində yerləşən “20 yanvar” adlı parkın yaxınlığında narkotik vasitə satan tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün təxminən 0,5 qram narkotik vasitə heroin alıb oradan uzaqlaşarkən 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış və saxlanılarkən sonuncular ona tutulmasının səbəbi barədə heç nə bildirməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ağ rəngli “Khazar” markalı avtomobilə əyləşdirilməklə Binəqədi RPİ-nin 6-cı PB-yə aparılmış, orada polis əməkdaşları tərəfindən üzərində külli miqdarda narkotik vasitənin olmasını etiraf etməsi üçün fiziki təzyiqlərə məruz qalmış, nəticədə xəsarət almış, bu səbəbdən videoçəkiliş zamanı aşkar olunmuş çəkidə narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. O, fiziki təzyiqlərə məruz qalması, habelə bədənində xəsarətlərin olması ilə bağlı barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəməyə məlumat verməsə də, sonradan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət etmişdir. O, şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə hər hansı ərizə yazmamış, həmin istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan aparılmış, habelə sonuncunu yalnız şəxsi axtarış aparıldıqdan sonra saxlanıldığı gün gecə vaxtı görmüşdür. İbtidai istintaq zamanı müstəntiq ona sonuncunun dediklərini edəcəyi təqdirdə həbsdən azad olunmasına köməklik göstərəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamış, atası tutulduqdan sonra təxminən 17 yaşından etibarən, üç ildir narkotik vasitə heroindən istifadə etmiş, lakin atasının və digər ailə üzvlərinin onun narkotik vasitələrin istifadəsi ilə məşğul olmasından xəbəri olmamışdır. O, tanımadığı narkotik vasitə satan şəxslə yarım qram narkotik vasitə heroin almaq üçün razılığa gəlmiş, buna görə də saxlanılarkən üzərində yalnız yarım qram narkotik vasitə heroin olmuşdur. Ona fiziki təzyiq etmiş polis əməkdaşlarından birinin adı Vüqar olmuşdur. Onu saxlayan polis əməkdaşlarına üzərinə əlavə narkotik vasitə qoyulmasını atası ilə aralarında ədavət olduğuna görə əvvəlcədən tanıdığı rəis müavini Vaqif adlı şəxs göstəriş vermişdir. Polis əməkdaşları ona qarşı fiziki zorakılıq edərkən rəis müavini Vaqif orada olmamış, sonuncu ona kömək edəcəyini bildirmişdir. Belə ki, Vaqif adlı rəis müavini ilə atası Şahid4 arasında borc-pul münasibətləri ilə əlaqədar ədavətləri olduğundan, Vaqif atasından qisas almaq məqsədilə onun saxlanılmasını təşkil etmişdir. Hazırda atası Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır. Atası Şahid4 tutulduqdan sonra polislər tez-tez onların evinə gəlib-getmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin rəis müavini Şahid5la atası arasında 30 min dollar pulla bağlı mübahisə olmuş, o, məhz həmin mübahisəyə görə tutulmuşdur. Belə ki, o, parkda oturarkən 3 nəfər şəxs onu tutmuş, həmin zaman üzərində 0,5 qram heroin və müəyyən məbləğdə pul olmuşdur. Saxlanılarkən Şahid1 ona narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirdikdə, o, sonuncuya etiraz etmiş, bundan sonra Şahid1 ona sillə, habelə başına yumruq vurmaqla şalvarını aşağı çəkməsini tələb etmiş, məcbur olub şalvarını aşağı endirdikdən sonra digər polis əməkdaşı onun həmin formada şəklini çəkməklə “dubinka” ilə dizlərinə vurmuş, daha sonra isə o, rəis müavininin otağına aparılmışdır. Şahid2 onun saxlanılmasında ümumiyyətlə iştirak etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs gənc olmasını, atasının da həbsdə olmasını, əziyyət çəkdiyi narkomaniya xəstəliyindən könüllü müalicə olunduğunu, hazırda da tam sağalmaq istədiyini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını bildirərək məhkəmədən həmin halları nəzərə alaraq ona özünü təqsirli bildiyi əmələ münasibətdə aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi Birinci instansiya məhkəməsində məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan, həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir narkotik vasitə heroindən istifadə edir. 8 avqust 2023-cü il tarixdə, axşam saatlarında Xocasən qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 4 ədəd bükümdə 70 manata narkotik vasitə heroin alaraq üzərində saxlamışdır. 8 aprel 2023-cü il tarixdə, təxminən saat 23:30 radələrində yaşadığı Biləcəri qəsəbəsi, “20 Yanvar” parkı adlanan yerdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 6-cı PB-nin inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 6-cı PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, ərizə verərək, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilməklə şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd ağ rəngli kağız bükümdə içində narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 4 ədəd ağ rəngli kağız bükümü açdıqda hər birinin içində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə, bildirmişdir ki, aşkar olunan maddələr narkotik vasitə heroindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni 8 avqust 2023-cü il tarixdə axşam saatlarında Xocasən qəsəbəsində tanımadığı şəxsdən 70 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 4 ədəd ağ rəngli kağız büküm içərisindəki heroin ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları yazılmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edildikdən sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o, hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalanmışdır. Təxminən bir il əvvəl istifadə etdiyi mobil telefonu tanımadığı şəxsə sataraq əldə etdiyi pula heroin alıb istifadə etmişdir. ***-***-**-** mobil telefon nömrəsini isə xatırlamadığı yerə qoymuşdur. Son bir ildir telefondan istifadə etmir(Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 48-50; 59-61;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 8 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, o və Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri özü olmuşdur. Daha sonra 8 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “20 Yanvar” parkının yanında, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Zeynal razılaşaraq onlarla birlikdə 6-cı PB-yə gəlmişdir. 6-cı PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd ağ rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. 4 ədəd ağ rəngli kağız açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, narkotik vasitə heroini həmin gün axşam saatlarında Xocasən qəsəbəsində tanımadığı şəxsdən 70 manata aldığını, həmçinin şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş 4 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzəyən maddə boş zərfə qoyularaq zərflər üçün möhürü ilə möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamış, narkotik vasitə heroini şəxsi istifadəsi üçün aldığı müəyyən edilmişdir. Verilən suallara cavab olaraq şahid V.V.Cəfərov ifadəsinə əlavə edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış, saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. O, Təqsirləndirilən şəxs atası Şahid4 ümumiyyətlə tanımamış, sonuncunun saxlanılmasında və ya onunla bağlı hər hansı cinayət xarakterli məlumatın araşdırılmasında iştirak etməmiş, onun tutulması, eləcə də kiminləsə borc məsələsinin olması ilə bağlı hər hansı məlumatı olmamış, habelə 1 aprel 2022-ci il tarixdə onun atası ilə görüşmək üçün Şirvan şəhərinə getməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, şəxsi axtarış zamanı müdafiəçinin iştirak edib-etməməsini, o cümlədən şəxsin üzərindən mobil telefonun aşkar edilib-edilməməsini xatırlamır. O, 050 718 05 71 mobil telefon nömrəsindən istifadə edir. Belə ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-yə aparıldıqdan sonra şəxsi axtarış istintaq hərəkətinin aparılması məqsədilə təhqiqatçının otağına aparılmış, barəsində sənədləşmə işləri bitdikdən sonra təqsirləndirilən şəxs rəis müavini ilə görüşmək istədiyi üçün sonuncunun otağına daxil olaraq orada təxminən 5 dəqiqə qalmış, bu zaman Təqsirləndirilən şəxs atası barədə hər hansı bir söz deməmişdir. Təqsirləndirilən şəxs barəsində sənədləşdirmə işləri aparılmamışdan əvvəl rəis müavinin otağına aparılmamış, həmin gecə başqa hadisə ilə bağlı Şahid5 da PB-də olmuşdur. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə olsa da, həmin məlumat sonradan öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1 ilə əsasən oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. O, Binəqədi RPİ-nin 6-cı PŞ-nin rəis müavini Şahid5 keçmiş əri Şahid4lə olan yaxın yoldaşlıq münasibətləri ilə əlaqədar tanımış, Şahid5 mütəmadi olaraq ərindən hədiyyəlik kostyumlar almışdır. Belə ki, o, ərindən ayrıldıqdan sonra Şahid5 “AP” seriyalı qara maşınla onun evinə gəlib Eldənizin harada olmasını soruşduqda, sonuncunun Türkiyədə olduğunu bildirmiş, bundan sonra növbəti dəfə yenidən gəldikdə isə ona hədə-qorxu gələrək Eldənizin Şirvanda tutulduğunu, habelə sonuncunun ona pul borclu olduğunu bildirmişdir. O, Şahid5 Eldənizlə aralarından olan pul məsələsindən xəbərinin olmadığını bildirdikdə Vaqif ona “nə edirsinizsə edin və pulu mənə çatdırın” demişdir. Oğlu Zeynal narkotik vasitələrdən istifadə etmiş, atası tutulduqdan sonra isə daha çox istifadə etməyə başladığından sonuncunu xəstəxanaya yerləşdirmiş, orada 3 ay müalicə almışdır. Vaqif onu maşınla PŞ-ə aparmış, orada keçmiş əri haqqında nalayiq ifadələr işlədərək sonuncunun ondan aldığı 20,000 manat pulu qaytarmadığını, bu səbəbdən ondan (Səbinədən) evini satıb Eldənizin borcunu qaytarmağını tələb etmiş, eyni zamanda oğlu Zeynalı tutdurmağın “onun əlində heç nə olduğunu” bildirmişdir. O, Zeynal tutulduqdan sonra telefonunu götürmək üçün PB-yə getmiş, Vaqif telefonun Zeynalda olduğunu, 2 gün sonra gedib götürə biləcəyini bildirmiş, lakin o, telefonu götürməyə getməmiş, sonradan telefonun müstəntiqə verildiyi bildirilmişdir. O, Şahid4lə faktiki nikah münasibətlərində olsa da, nikahlarını rəsmi qeydə aldırmamış, sonuncu ilə 1999-cu ildən birgə yaşamış, birgə yaşadıqları dövrdə 3 uşaqları – iki qızı və bir oğlu olmuş, təxminən 2021-ci ildə Eldənizlə ayrılmış, həmin tarixədək Biləcəri qəsəbəsində birlikdə yaşamış, hazırda isə Masazırda yaşayır. Oğlu Zeynal tutulanadək onunla birlikdə yaşamış, sonuncu hər hansı yerdə işləməmiş, onun narkotik vasitə isitfadəsi ilə məşğul olmasını isə sonradan öyrənmiş, öyrəndikdən sonra onu xəstəxanaya aparmış, Eldənizin isə narkotik vasitələrdən istifadə etməsini görməmişdir. O, polislər tərəfindən Şahid5 göstərişinə əsasən onların PB-yə aparılaraq hədə-qorxuya məruz qalması barədə hər hansı orqana şikayət etməmiş, lakin oğlu tutulduqdan sonra müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər etmişdir. Eldənizlə rəis müavini Vaqif arasında əvvəllər pul məsələsi olmasını bilməmiş, həmin məsələ barədə 2022-ci iln aprel ayından etibarən Vaqifin onları narahat etməsindən sonra məlumatı olmuşdur. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs doğma nənəsidir. O, 6-cı PB-nin rəis müavini Şahid5 oğlu Eldənizlə aralarında olan dostluq münasibətləri ilə əlaqədar tanımış, sonuncu bir neçə dəfə onların evində olmuş, habelə X17 rayonundan olduğunu da söyləmişdir. Əri rəhmətə getdikdən sonra səhhəti pis olmuş, həmin vaxt Eldənizin tutulub Şirvana aparıldığını eşitmiş, bir neçə gün sonra Vaqif bir neçə nəfər şəxslə evin həyətinə gəlmiş, həmin vaxt həyətdə təcili tibbi yardım avtomobilini görüb gözləmiş, avtomobil getdikdən sonra içəri girmiş, bu zaman o, həyətdən səslər eşitdiyindən çölə çıxmış, 2 nəfər şəxsin dayanıb evə baxdığını görmüş, həmin şəxslər ondan Eldənizin anası olub-olmadığını soruşmuş, bundan sonra içəri keçmək üçün icazə istəyib evə daxil olmaqla divanda oturmuşdur. Həmin şəxslər Eldənizin harada olduğunu soruşduqda sonuncunun Şirvana aparıldığını eşitdiyini söyləmişdir. Həmin şəxslər Eldənizə verdikləri 20,000 manat pulu ondan tələb etdikdə o, pulunun olmadığını bildirmiş, sonuncular da ona 2-3 gün vaxt verdiklərini, oğluna zəng edib pulun yerini öyrənməyini tələb etmişlər. Bir neçə gün sonra Eldəniz zəng etdikdə həmin məsəni ona danışmış, sonuncu Vaqif gəldikdə ona özü (Eldəniz) qayıtdıqda pulu geri qaytaracağını bildirməyini söyləmişdir. Vaqif yenidən evlərinə gəldikdə Eldənizi nəyə görə Şirvanda tutduqlarını ondan soruşduqda Vaqif bilmədiyini deyərək ondan (Zenfira Rzayevadan) evini satıb oğlunun borcunu qaytarmağını tələb etmişdir. O, Vaqifə etiraz edərək evini qızına vəsiyyət etdiyini bildirdikdə sonuncu Eldənizin pulunu hazırlamayacağı təqdirdə ailəsini dağıdacağını bildirmiş, o həmin ifadənin nə demək olduğunu soruşduqda “sözümü dedim sən baxarsan” demişdir. Eldənizlə Vaqif arasında borcun necə yaranması barədə məlumatı yoxdur. O, Zeynalın tutulmasını sonradan öyrənmişdir. Eldənizin başqa ailəsi olmamış, sonuncu avtomobil alqı-satqısı, habelə şəxsləri işə düzəltməklə məşğul olmuşdur. O, Vaqifin hərəkətlərindən hər hansı orqana, o cümlədən prokurorluq orqanlarına şikayət etməmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Şahid3 ilə aralarında rəsmi nikah olmamışdır. O, 2021-ci ilin payız aylarında Binəqədi rayonu 6-cı PB-nin rəis müavini ilə tanış olmuş, həmin vaxt o, anası ilə birlikdə Zabrat qəsəbəsində, Zeynal isə anası Səbinə və bacısı ilə birgə Binəqədi rayonunda yerləşən ayrı evdə yaşamışdır. Həmin dövrdə Zeynalın “Rottweiler” cinsinə mənsub iti olmuş, qonşular həmin itlə bağlı polisə şikayətlər etmiş, Səbinə də ona zəng edib qonşuların itlə bağlı şikayət etdiyini, bu səbəbdən onu polis bölməsinə çağırdıqlarını bildirmişdir. O, 6-cı PB-yə gedib çağrıldığını bildirdikdə növbətçi hissədən təhqiqatçının orada olmadığı bildirilmiş, orada olan balacaboy, sonradan rəis müavini Şahid5 olduğunu bildiyi şəxs onu otağına dəvət etmiş, orada ona məsələnin nə olduğunu izah etdikdə gülərək üzərindəki “Albatros” geyim mağazasından olan gödəkçənin qəşəng göründüyünü və ona da təşkil etməyini xahiş etmiş, söhbət əsnasında onun da İsmayıllı rayonundan olduğunu öyrənmişdir. Təhqiqatçını çağırıb yaxını olduğunu, hər hansı məsələnin olmadığını ona tapşırmaqla məsələni yoluna qoymalarını bildirmişdir. Bundan sonra o, Şahid5 hörmət edib çıxmış, habelə bir-birilərinə telefon nömrələrini verməklə oradan çıxıb getmişdir. Bir müddət sonra Vaqif ona zəng edib “Albatros” mağazasına tapşırıq verməsini, oradan gedib gödəkçəni götürəcəyini bildirmiş, o da həmin mağazaya zəng edib həmin gödəkçə ilə maraqlandıqda ona gödəkçədən qalmadığını bildirmişlər. Bundan sonra Vaqif onun adından 900 manatlıq alış-veriş etmiş, həmin alış-verişin pulunu da özü (Şahid4) ödəmiş, beləcə onlar arasında yoldaşlıq münasibətləri yaranmış, hər gün Vaqiflə telefon vasitəsilə əlaqə saxlayaraq danışmış, bundan sonra ona içki təşkil etməsini söyləmiş, o da müxtəlif məbləğlərdə həm rəisə, həm Vaqifə içkilər göndərmiş, bunun müqabilində sonuncu uşaqlara göz-qulaq olduğunu bildirmişdir. O, əvvəllər ərəb-rus dilləri üzrə tərcüməçi olmuş, daha sonra avtomobil icarəsi ilə məşğul olmuş, bir ədəd “Range Rover” və bir ədəd “Mercedes G class” markalı maşınları olmuşdur. Vaqif Zeynalın kirvəsinin hazırda Sumqayıt ŞPİ-nin rəisi olan X6 olduğunu öyrəndikdən sonra Sumqayıtda 1, 3 və 5-ci PBnin rəislərinin vəzifədən getdiyini, onun da rəis olan vaxtı olduğunu, Fəqanla münasibəti yaxşı olduğu üçün sonuncu ilə danışıb, onu qəbul etməsini və rəis getməsi üçün köməklik etməsini xahiş etmiş, habelə Binəqədi RPİ-nin rəisinin onunla yola getmədiyini, barəsində tez-tez araşdırma apardığını bildirmişdir. Sonralar Fəqan ona Vaqifin özü üçün Binəqədidə qrup təşkil etdiyini, özünə adamlar tutub narkotik satışı ilə məşğul olduğunu bildirmişdir. O, Vaqifin xahişi ilə Sumqayıta gedib Fəqanla görüşmüş, sonuncu Vaqifin görüşünü qəbul etmiş, habelə Sumqayıt şəhər Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Eldəniz adlı şəxs Vaqifi qəbul edib görüşmüş, bu zaman Fəqanla Vaqifin görüşü yaxşı keçmiş, görüşdən sonra ona zəng edib görüşün yaxşı keçdiyini bildirmişdir. Belə ki, Vaqif rəis getmək üçün 150 min manat pul verməli olmuş, həmin iş üzrə vasitəçi qismində özü iştirak etdiyindən Vaqif pulu ona verməli olmuş, o isə pulu kimə verəcəyini bilməmişdir. Vaqif PBdə ona 20 min manat pul verdikdən sonra Vaqif barəsində araşdırma aparılmış, Fəqan Vaqifi işə götürə bilməyəcəyini bildirmişdir. O, Vaqifin verdiyi 20 min manatı xərcləmiş, qış ayından etibarən Vaqif pulu ondan tələb eləməyə başladıqda o, pulu hələ qaytara bilmədiyini demişdir. Hər iki tərəf razı olduğu üçün özünə çatası olan 20 min manat pulu xərclədiyindən sonradan narazılıqlar başlamışdır. Bu hadisə 2021-ci ilin noyabr ayından etibarən 2022-ci illərdə baş vermişdir. O, maşını ilə yolda gedərkən Şıxovda polislər onu tutub Şirvan polis idarəsinə aparıb orada onu döymüşlər. Martın 31-dən aprelin 1-ə keçən gün o, Şıxovda saxlanılmış, aprelin 1-i günorta Vaqif Vüqar adlı şəxslə Şirvana gəlmiş, həmin vaxt Şirvan şəhər Polis İdarəsinin rəis müavini Ramin olmuşdur. Vaqif orada onu silkələyərək, ondan qaça bilməyəcəyini bildirmişdir. Sonradan Vaqiflə yeyib içərkən onun yanında olan xanımın onun harada olmağı barədə daimi olaraq Vaqifə məlumat ötürməsi məlum olmuşdur. Fərid Əliyev də Nərimanov rayonunda işlədiyindən sonuncu vasitəsilə harada olduğunu öyrənmişlər, Fərid onu tutub aparmışdır. O, Şirvanda döyülmüş, habelə üzərinə narkotik vasitə qoyulmaqla ondan 100 min manat pul tələb edilmişdir. Sonradan o, Şüvəlan təcridxanasına etap edilmiş, orada titanik deyilən saxlama yerində saxlanılmışdır. Sonradan təcridxananın rəisi Cəlil Əliyev onu qəbul edib polisin pulunu yediyini deyərək onu 26 nəfərlik kameraya salmışdır. Bundan onra Vaqifə zəng etmiş, sonuncu ona “başına nə iş gəlsə bil ki mənlikdir” demişdir. Daha sonra o, Binəqədi RPİ-yə etap edilmiş, Atlas adında qonşunu tutub ondan izahat almışlar. Onu Binəqədi RPİ-nin rəis müavini Zaur adlı şəxs qəbul edib Vaqifin pulunu qaytarmağını tələb etmişdir. Daha sonra Vaqif gəlib onun pulunu qaytarmağını tələb etdikdə, o, həbsdən çıxıb qaytaracağını bildirmişdir. Orada saxlanıldığı günün 2-ci günü ona barəsində yeni cinayət işi açıldığı bildirilmişdir. Barəsində Şirvan şəhər Polis Şöbəsində olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət işinə xitam verilmiş, həmin iş üzrə müstəntiq Elvin Əlizadə olmuşdur. Bu hadisələr təxminən 2022-ci ilin yay aylarında baş vermişdir. O, istifadəsində olan *** ** ** və *** ** ** mobil telefon nömrələri ilə 2 il ərzində Vaqifə yalvarmış, sonuncu hər gün anasına zəng edib “Eldəniz pulumu qaytarsın” demişdir. Vaqif dəfələrlə ona “Səndən qurtarıb ailənə keçirəm” demişdir. O, 2022-ci ilin aprel ayından həbsdə olmuş, onun Zeynalın narkotik vasitə istifadə etməsindən xəbəri olmamış, Zeynal ondan həmin məsələni gizlətmişdir. Barəsində aparılan hazırda hakim Telman Hüseynovun icraatında olan cinayət işinin Şahid5la heç bir əlaqəsi yoxdur, sonuncu ilə bağlı ona qarşı hər hansı ittiham irəli sürülməmişdir. Vaqifin ona təzyiq etməsi barədə bütün instansiyalara müraciət etmişdir. Vaqif ona şəxsən “balaca da yanına gələcək” demişdir. Oğlunun tutulmasında Şahid5 günahkardır. Sonuncu dəfə ondan 7 min manat tələb etmiş, Bakı İstintaq Təcridxanasında ona təzyiq edərkən rəis müavini telefonda Vaqifə “ölü pul dirilmir, bu adam həbsə gedəcək, o pul da batacaq” demişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin rəis müavini, polis polkovnikleytenantı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçiliyi və ya ədavəti yoxdur. O, 7 ildir polis bölməsinin rəis müavini vəzifəsində fəaliyyət göstərir, funksional vəzifəsi əməliyyatçılar və sahə rəislərinə rəhbərlik etmək, habelə polis bölməsinə gətirilən şəxsləri qeydiyyata almaqla təhqiqatçıya təhvil verməkdir. Belə ki, Təqsirləndirilən şəxs atası Şahid4 ilk dəfə 2022-ci il tarixdə ona müraciət edərək qızı Zeynəbin “patı” adlandırılan psixotrop maddə istifadə etməsinin qarşısını alması üçün, daha sonra isə oğlu Zeynalı hərbi xidmətdən saxlatdırmaq üçün ondan kömək istəmişdir. O, Şahid4 anasının yaşadığı Zabrat qəsəbəsindəki evə gedib onları hədələməmiş, Şahid3 yaşadığı bina sakinləri həmin binanın 2-ci mərtəbəsində yaranmış narahatçılıqla bağlı kollektiv ərizə ilə müraciət etmiş, bu səbəbdən xidməti fəaliyyəti ilə əlaqədar orada olmuş, habelə profilaktik tədbirlər görmüşdür. O, Şahid4 2022-ci ildə tutulduqdan sonra Şirvan şəhər Polis Şöbəsinə getməmiş, habelə Eldənizin orada tutulmasından məlumatı olmamış, sonuncu ilə aralarında hər hansı danışıq, o cümlədən hər hansı pul mübahisəsi olmamış, ona hər hansı məbləğdə pul verməmişdir. O, Zeynal ilə polis bölməsində təklikdə görüşməmiş, habelə şəxsi axtarış istintaq hərəkətinin aparılmasında iştirak etməmişdir. Nail Kəmərli adlı jurnalist “Kubinka” adlanan ərazidə çəkiliş apardıqdan sonra orada kompleks tədbirlər keçirilməyə başlanılmış, bundan sonra Zeynal və ailəsi Xırdalan şəhərinə köçüb orada yaşamağa başlamışlar Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 8 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin bölməyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,904 qram, 0,345 qram, 0,431 qram və 0,606 qram olmaqla, ümumi təmiz çəkisi 2,286 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X23 tərəfindən 9 avqust 2023-cü il tarixdə, saat 17:10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 1;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 8 avqust 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Binəqədi RPİ-nin 6-cı PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, daşıması, istifadəsi və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov tərəfindən təsdiq edilərək, Şahid1 rəhbərliyi ilə həmin bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.3-6;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 01:00-dan 01:20-dək Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən həmin bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2, Binəqədi RPİ-nin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti, polis mayoru X10 iştirakı ilə 6-cı PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə sonuncu üzərində hər hansı başqa əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunduqda, sonuncu 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş hər bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə həmin bükülünün içərisində olan narkotik vasitəni “Xocəsən” adlanan yerdən öz şəxsi istifadəsi üçün 70 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxan həmin ağ kağıza bükülmüş 4 (dörd) ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin 2,52 qram olması müəyyən edilmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin iştirakçılara nümayiş etdirilməsi üçün dayandırılması qeyd edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət və ya vəsatət daxil olmamış, bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29-32) Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 avqust 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 8 dəqiqə 15 saniyə və 2 dəqiqə 12 saniyə olan həmin videogörüntülərin əks olunduğu bir ədəd diskdəki videogörüntülərə müstəntiq T.İ.Kazımov tərəfindən 5 sentyabr 2023-cü il tarixdə “Diskə baxış keçirilməsi haqqında” protokolla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olaraq suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 90;) Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş məhkəmə fizikikimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/4259 saylı, 9 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175 dairəvi möhür əksləri,”...5) Rzayev (imza)..” sözləri, soyad və imzalar (5 imza) olan bir ədəd kağız zərfin içərisində 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,904 qram, 0,345 qram, 0,431 qram və 0,606 qram, ümumi təmiz çəkisi 2,286 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,286 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq – 2,086 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v. 38-42;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X1 iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 1, i.v. 53-58). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 4(001)- 847/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 8 avqust 2023-cü il, saat 23:30-dan hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatət və təqdimatın təmin olunmamasını xahiş etmişlər (Cild 1, i.v. 68-73;). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 21 avqust 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (Cild 1, i.v.81;). Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədovun 14 oktyabr 2023-cü il tarixli, 20473-1223 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən olunmuşdur (Cild 1, i.v. 95;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 15 avqust 2023- cü il tarixli, 5227 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə stasionar şəraitdə müalicə kursu almışdır (Cild 1, i.v. 96-97;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,286 qram narkotik vasitə heroinin və “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinə dair videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD formatlı diskin maddi sübut qismində tanınması, tədqiqatlardan sonra qalıq çəkisi 2,086 qram narkotik vasitə heroinin saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, 1 (bir) ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v.117- 118;137;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Sübutların qiymətləndirilməsi haqqında” 18 noyabr 2023-cü il və “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 21 noyabr 2023-cü il il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə ********** nömrəli ayrıca icraata cinayət işi ayrılmaqla Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Tural Kazımov tərəfindən icraata qəbul edilmişdir (Cild 1, i.v. 119-125; 129;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.İ.Kazımov tərəfindən 1 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 4 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.138-143;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-120/2019 saylı, 8 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şahid4 ayrı-ayrı şəxsləri işə düzəltmək, istintaq və məhkəmədə olan cinayət işləri üzrə xeyrinə qərar qəbul ediləcəyi ilə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə beş epizod üzrə xeyli miqdarda pulları ələ keçirməklə dələduzluq etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-310/2024 saylı, 17 may 2024-cü il tarixli hökmündən görünür ki, Şahid4 Azərbaycan Repsublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şahid4 cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 1 aprel 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şahid4 ayrı-ayrı şəxsləri istintaq və məhkəmədə olan cinayət işləri üzrə xeyrinə qərar qəbul ediləcəyi vədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir epizod üzrə xeyli miqdarda və bir epizod üzrə külli miqdarda pullarını ələ keçirməklə dələduzluq etmişdir. Qeyd edilən hökmlərdən görünür ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqları müdafiə edən Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 eyni zamanda Şahid4 də müdafiəçisi olmaqla (Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış iş üzrə) Şahid4 həmin cinayət işləri üzrə məhkəmə iclaslarında ifadə verərkən Şahid5 ilə aralarında hər hansı pul-borc münasibətlərinin olması, habelə sonuncu tərəfindən hər hansı hədələrə məruz qalması barədə bildirməmiş, ümumiyyətlə Şahid5 barəsində hər hansı məsələ qaldırmamışdır (Cild 2;) Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılarkən, üzərində qadağan edilmiş heroinin olmaması, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir və məhkəmə kollegiyası hesab edir ki, birinci instnasiya məhkəməsi haqqlı olaraq Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmaması, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilməsi, polis əməkdaşları tərəfindən tutularkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxtadək fiziki və psixi təsir və təzyiqlərə məruz qalması, bu səbəbdən törətmədiyi əməlini boynuna götürməsinə dair ilkin ifadə və izahatlar verməsi, tutulma vaxtı ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Binəqədi RPİnin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 8 avqust 2023-cü il tarixli raportundan görünür ki, məlumat əsasında Təqsirləndirilən şəxs 8 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “20 Yanvar” parkı yaxınlığında saxlanılaraq həmin tarixdə, saat 23:45-də Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmişdir (Cild 1, i.v. 7;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 01:00-dan 01:20-dək Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən həmin bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2, Binəqədi RPİ-nin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti, polis mayoru X10 iştirakı ilə 6-cı PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə sonuncu üzərində hər hansı başqa əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunduqda, sonuncu 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş hər bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə həmin bükülünün içərisində olan narkotik vasitəni “Xocəsən” adlanan yerdən öz şəxsi istifadəsi üçün 70 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxan həmin ağ kağıza bükülmüş 4 (dörd) ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin 2,52 qram olması müəyyən edilmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin iştirakçılara nümayiş etdirilməsi üçün dayandırılması qeyd edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət və ya vəsatət daxil olmamış, bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29-32). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin psixotrop maddəsinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,904 qram, 0,345 qram, 0,431 qram və 0,606 qram olmaqla, ümumi təmiz çəkisi 2,286 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin külli miqdarda təşkil etməklə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin külli miqdar həddində olmuşdur. Apellyasiya şikayətinin digər dəlili ondan idarətdir ki, Təqsirləndirilən şəxs ağır işgəncələrə və pis rəftara məruz qalmışdır və bunun nəticəsində etirafedici ifadə vermişdir. Bununla bağlı qeyd olunmalıdir ki, cinayət işində olan və birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 8001/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs sol saidin içəri səthində 1-2 sm ölçüdə üç ədəd sarı-yaşılımtıl rəngli qançırlar müşahidə edilmişdir (Cild 2;). Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Vəli-zadə Əlövsət Qədim oğlu tərəfindən 612C-24 nömrəli material üzrə qəbul edilmiş qərardan görünür ki, 14 noyabr 2023-cü il tarixdə Şahid3 övladı Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 2225 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəninə 12 avqust 2023-cü il tarixdə baxış keçirilən zaman onun bədənində aşkar olunmuş sol saidin sarı-yaşılımtıl rəngli qançırları bərk küt əşyanın təsirindən müayinədən 7-9 gün əvvəl əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən, dərəcələri təyin olunmur, Təqsirləndirilən şəxs sağ dirsək oynağında çapıq toxuması Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında müayinə olunduğu 12 avqust 2023-cü il tarixdən azı 3-4 həftə əvvəl əmələ gələ bilərdi (Cild 2;). Məhkəmə kollegiyası apellyasıya şikayətində məhkumun ibtidai istintaq dövründə müdafiə hüquqlarının pozulmasına dair mülahizələri aşağıdakılara əsasən qəbul etmir. Apellyasiya şikayətinin bu dəlilləri ondan idarətdir ki, Təqsirləndirilən şəxs həbs edildiyi andan heç vaxt özünə qarşı ifadə vermək, ifadə verməkdən imtina etmək hüquqları izah edilməmiş və məcbur edilərək sənədlərə imza etmiş, iş materiallarında dövlət hesabına vəkil təyin edildiyi və ya hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildirişlərdə Təqsirləndirilən şəxs imzası olsa da, bu sənədlər formal olmuş, ərizəçi bildirir ki, o, nə vəkil müdafiəsi ilə təmin olunub, nə də ki, hüquqları izah edilmiş, Ərizəçi bildirir ki, onun müdafiə hüququ təmin edilməmiş, formal olaraq dövlət hesabına vəkillə təmin edilmiş, vəkilin iş materiallarında imzası olsa da, ərizəçi bildirir ki, vəkil onu müdafiə edəcək heç bir qeyd verməyib. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququ kobud şəkildə pozulmuş, bu pozuntu isə ibtidai araşdırmanın ilk anından başlamış və bütün ibtidai istintaq dövründə davam etmişdir. İlk olaraq qeyd olunmalıdır ki, CPM-nin 91-ci maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsin müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququ vardır. Həmin Məcəllənin 92.3-cü maddəsində cinayət prosesində müdafiəçinin iştirakının aşağıdakı hallarda təmin olunmalı halları, 92.4-cü maddəsində isə cinayət prosesində müdafiəçinin iştirakının təmin olunması anları göstərilmişdir. İş materiallarından isə CPMnin bu maddələrində nəzərdə tutulmuş hallar müəyyən olunmur. İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” 9 avqust 2023cü il tarixli qərar və bu barədə tərtib edilmiş protokoldan görünür ki, 8 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində bilavasitə şübhəli bilinərək saxlanılmaqla, Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmiş, həmin bölmənin inzibati binasında xidməti otaqların birində Binəqədi RPİnin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş hesab edilməsinə dair həmin tarixdə, saat 00:45-də protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 8 avqust 2023-cü il tarixdə, saat 23:30-dan tutulmuş hesab edilmişdir və həmin protokol özü və müdafiçisi tərəfindən də imzalanmışdır (Cild 1, i.v.20-21;). (i/v 34). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması xx.xx.2023-cü il tarixdə, saat 01:00-da başlamış, saat 01:20-də yekunlaşmış və bununla bağlı müvafiq rəsmiləşdirilmə aparılmışdır. Həmin protokol özü tərəfindən də imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti aparılan zaman dövlət hesabına təyin edilmiş Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkli X3 iştirakı olmadan onun üzərinə əşyalarına şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir (i/v 28,-30-32). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokoldan görünür ki, tutulmadan dərhal sonra şübhəli şəxsə tutulmanın əsasları bildirilmiş, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək, tutulması barədə xəbər vermək, cinayət mühakimə icraatının aparıldığı bilmədiyi halda tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları və protokolu olduğu kimi və qeydlərlə birlikdə imzalamaq vəzifələri Təqsirləndirilən şəxs izah olunmuşdur və həmin protokol özü və müdafiçisi tərəfindən də imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsə vəkilin siyahısın təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir və həmin protokol özü və müdafiəçi tərəfindən də imzalanmışdır. Yuxarıda qeyd edilən sübutlardan da göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 01:00-da tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 01:20-də üzərində şəxsi axtarış həyata keçirilmiş, tutularkən tutulmanın əsasları, o cümlədən tutulduqdan sonra ona hüquq və vəzifələri izah edilmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və müvafiq prosessual hərəkətlər rəsmiləşdirilmişdir, qeyd olunan hallar iş materiallarında olan sübutlarla təsdiq olunur və təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi dəlillər iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır və bununla bağlı müdafiəçi tərəfindən yuxarıda qeyd edilən dəlilləri təkzib edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. CPM-nin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir. Eyni zamanda CPM-nin 207.4-cü maddəsində müəyyən edilmişdir ki, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. CPM-nin 148.2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. CPM-nin 153.2.2-ci maddəsinə əsasən, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, bunu protokollaşdırmalı və şübhəli şəxsi tutulma protokolu ilə tanış etməlidilər. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə müdafiəçinin iştirakı təmin olunmalıdır (CPM-nin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə). Digər tərəfdən, CPM-nin 244.2-ci maddəsinin tələblərindən görünür ki, müdafiəçinin şəxsi axtarış və götürmədə iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin. Qanunun bu normasının tələbləri, həmçinin, belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək, onun cinayət prosesində iştirakını təmin etsin. Belə hallarda müdafiəçinin göstərilən istintaq hərəkətinin aparılmasında iştirak etməkdən imtina etmək hüququ isə yoxdur. Məsələyə bu cür hüquqi mövqedən həmçinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da yanaşmışdır. Həmin Qərara görə, CPM-nin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə, cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bununla yanaşı qeyd olunmalıdır ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası iş materiallarında olan yuxarıda qeyd edilən isitntaq hərəkəti protokollarını nəzərə alaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs olaraq müdafiə hüququnun pozulması halını görmür. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1164/2024 saylı, 14 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək, onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.1-ci maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları yəni, təqsirləndirilən şəxsin cinayət hadisəsi törədilərkən 19 yaşında olmaqla gənc olmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkməsini, əziyyət çəkdiyi narkomaniya xəstəliyindən könüllü olaraq müalicə olunmasını və həmin xəstəlikdən tam müalicə olunaraq sağalmaq istəməsini bildirməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və məhkəmə icraatı dövründəki davranışını və cəzasını ağırlaşdırdan halların olmamasını kifayət qədər nəzərə alaraq, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hər hansı digər hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət hüquq normalarınınn həyata keçirilməsi cinayət törətdiyinə görə təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən cəzanın təyin edilməsindən ibarətdir. Cinayət hüquq normalarının həyata keçirilməsi prosesinin özü cinayət-prosesual qanunvericiliklə tənzimlənir, lakin cinayət qanunvericiliyində də cəzanın təyin edilməsinin ümumi müddəalarını müəyyən edən normalar mövcuddur ki, bu da cinayət məsuliyyətinin əsas prinsiplərinə riayət olunmasının təminatı olmalıdır. Təqsirkara cəzanı seçərkən, məhkəmə Cinayət Məcəlləsində təsbit edilmiş və onlara uyğun olaraq cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsi ilə müəyyən edilmiş hədlərdə və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla ədalətli cəzanın təyin edildiyi müəyyən prinsipləri rəhbər tutmağa borcludur. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CMnin Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını onun ədalətliliyi prinsipi birləşdirir. Törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olan cəza ədalətli hesab edilməlidir, yəni söhbət cəzanın fərdiləşdirilməsindən gedir. Cinayət hüququnda ədalət prinsipi CM-nin Xüsusi hissəsinin normalarının böyük əksəriyyətində alternativ sanksiyaların olmasında öz ifadəsini tapır. Buna görə də qanunverici xüsusi olaraq vurğulamışdır ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha sərt cəza növü daha yüngül cəza növünün cəzanın məqsədlərinə çatmağı təmin edə bilmədikdə, təyin edilir. Ədalət prinsipinə mənaca cəzanın yetərliliyi prinsipi çox yaxındır. Yetərlilik prinsipi, təəssüf ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən cinayət hüquq normalarında öz əksini tapmamışdır, lakin bu CM-nin 58.3-cü maddəsində yer almışdır: cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yetərlilik prinsipi onda öz ifadəsini tapır ki, cəza mahiyyətinə görə bütün tərəfləri, həm məhkumu, həm də zərərçəkmiş şəxsi, həm də bütövlükdə cəmiyyəti qane etməlidir. Buna yalnız idealda nail olmaq mümkündür. Amma yenə də cəza həddindən sərt olarsa, o zaman ədalət prinsipi pozulacaq. Həddindən artıq ciddi cəza məhkumda inciklik, qəzəb hissi yaradır ki, bu da cəzanın məqsədlərinə çatmağa neqativ təsir göstərir. Eyni zamanda, həddən artıq yüngül cəza təkcə məhkumda deyil, həm də digər şəxslərdə cəzasız qalma illüziyasını yaradır və onları yeni cinayətlərin törədilməsinə təhrik edir. Beləliklə, sosial ədalətə məhkəmə tərəfindən cəza təyin edilərkən aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-nin Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır; vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. rekord. Bu meyar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən sui-istifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s. e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin xüsusiyyətlərinə, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi- qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlər mütləq məcmu şəkildə yerinə yetirilməlidir. Yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələblərini pozmamışdır. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Təqsirləndirilən şəxs haqqında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1164/2024 saylı, 14 iyun 2024cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1164/2024 saylı, 14 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “UNİVERSAL” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq işlədiyi “UNİVERSAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar