Məhkəmə qərarları › İş №1(103)-1845/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1845/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1845/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X5, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi2 və X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmündən iş üzrə məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü ilə (Sədrlik edən X6, hakimlər Mahmud Muradxan oğlu və X2 ibarət tərkibdə) xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, X12 küçəsi 10 saylı yataqxanada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 07 (yeddi) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə təkrar hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmə cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən tanışları Şahid4 və Şahid3 yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə eşitdikdən sonra Şahid2, Şahid3 Mavıl oğlu. Şahid1, Şahid4 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə tamah məqsədi ilə adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakım tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq cinayətkar qrupun üzvlərindən biri olmaqla proseslərdə pərdələnmiş, görünməyən tərəf kimi iştirak edən Şahid3 21 yanvar 2019-cu il tarixdə saat 15 radələrində görüşmək adı ilə yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri. Xətai rayonu, Babək prospekti 62/2T ünvanında yerləşən “Sultanlar” çay evinə çağırdıqdan sonra Şahid4 ifşa olunmaması üçün çayxananın digər otağında Zərərçəkmiş şəxs2 gizlənib hadisələrin gedişatını gözləmiş, Təqsirləndirilən şəxs, Şahid2 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvləri isə əvvəlcədən planlaşdırdıqları kimi Şahid3 cinayətdə iştirakının ifşa olunmaması və ona qarşı zərərçəkmiş şəxsin şübhələrinin yaranmaması üçün Şahid3, daha sonra isə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 sillə ilə vuraraq zor tətbiq edib, dostu olaraq qəbul etdiyi Şahid3 və özünün sərbəst buraxılmaları qarşılığında həmin dövrün məzənnəsinə görə xeyli miqdarda 42.500 manat təşkil edən 25.000 ABŞ dollar pul verməsini Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə tələb etmiş, bu məqsədlə sonuncunu iradəsinə zidd olaraq kafedən çölə çıxarıb həyətdə qabaqcadan onları gözləyən və proseslərdə taksi sürücüsü rolunda pərdələnmiş, görünməyən tərəf kimi iştirak edən cinayətkar qrupun digər üzvü Şahid1 idarə etdiyi “Opel Vectra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşdirmiş. Şahid2, Şahid3 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 iradəsinə zidd şəkildə salonuna əyləşdirdikləri Şahid1 idarə etdiyi “Opel Vectra” markalı avtomobillə “Sultanlar” çay evinin qarşısından yaşadığı ünvan 2 ünvanının yaxınlığına qanunsuz olaraq aparıb qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə yetkinlik yaşına çatmayan barəsində adam oğurluğu cinayətini törətmiş və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 hədə-qorxu təsiri altında həmin ünvanda yerləşən 150 saylı mənzilinə qalxaraq seyfdə saxlanılan atası Qanuni nümayəndə məxsus puldan həmin dövrün məzənnəsinə görə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları pul vəsaitini götürüb həyətə düşərək saat 18 radələrində həmin yerdə Şahid2 verdikdən sonra Zərərçəkmiş şəxs2 sərbəst buraxmışlar. Bundan başqa Təqsirləndirilən şəxs tanışları Şahid2, Şahid3. Şahid1. Şahid4 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etmə hədəsi ilə özgənin əmlakını tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Bəhruz Rəfıyevin göstərişi əsasında cinayətkar qrupun üzvü Şahid2 25 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2lə əlaqə saxlayaraq təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 10.000 ABŞ dolları pulu verməsini hədə-qorxu ilə tələb etmiş, sonuncu hədə-qorxu təsiri altında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 27-də yerləşən 150 saylı mənzildən götürdüyü həmin dövrün məzənnəsinə görə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pul vəsaitini həmin gün saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 128-də yerləşən “Neftçlə" metrostansiyasının yaxılınlarında Elsevə Xanlarov vəcinayəkar qrupun şəxsiyyəti məum olmayan digər üvlərinə vermişir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182,2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İstintaq aparılarkən qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmiş, qanunvericiliyin tələbləri pozulmuş, lakin məhkəmə tərəfindən bu halların heç birinə hüquqi qiymət verilməmişdir. Məhkəmənin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə qəbul edilmiş, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri üzrə ittiham hökmü çıxarmış, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinməsi nəticəsinə gəlməsinin əsası kimi İstintaq zamanı zərər çəkmiş şəxsin və şahidlərin ifadələrini əsas götürmüş, ümumi sözlərlə «təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi» qənaətinə gələrək ona sərt cəza təyin etmişdir. Lakin qeyd edilən sübutlar şəxsin təqsirli bilinməsi üçün yetərli deyildir və şəxsin təqsirini müəyyən etmir. Belə ki, istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanımadığını, Şahid1, Şahid2 və Şahid4 bir məktəbdə eyni məktəbdə oxuduqlarına görə tanıdığını, onlarla heç bir düşmənçilik əlaqələsinin olmadığını, Şahid3 isə tanımadığını, 2019-cu ilin yanvar ayının 21-də saat 15:00 radələrində isə yaşadığı ünvan 3 ünvanında olduğunu, barəsində deyilənlərin hamısının şər və böhtan olmasını göstərmişdir. Həmçinin İş üzrə Təqsirləndirilən şəxs ilə Şahid3, Şahid2 və Şahid1 ilə 08 avqust 2020-ci il tarixdə keçirilən üzləşdirmə istintaq hərəkətləri zamanı Şahid3, Şahid2 və Həsənli X3 Bəhruz Əfqan oğlunu tanımadıqlarını göstərmişlər. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində əlavə olaraq göstərmişdir ki, Şahid4lə bir məktəbdə oxumuş, Şahid1 taksi sürücüsü kimi tanımış, Şahid3, Şahid2, zərər çəkmiş şəxslər Mütəllim və Zərərçəkmiş şəxs2ləri isə tanımamışdır. 2020-ci ilin fevral ayında barəsində Xətai Rayon Polis İdarəsində axtarış elan olunduğunu eşitmiş və o, könüllü olaraq Xətai RPİ-nə getmişdir. Oradan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışlar. Orada ona təzyiq və işgəncə göstərilmiş, lakin o, bütün bunlara baxmayaraq təqdim olunan sənədlərə imza çəkməmişdir. Barəsində verilən ittihamla razı deyil və o, bu cinayət əməllərini törətməmişdir. Çox təəssüf ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, məhkəmə istintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət vermədən yanlış mövqe nümayiş etdirərək təqsirləndirilən şəxsə həddən artıq ağır cəza təyin etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri üzrə ittiham hökmü çıxararkən istintaq zamanı mötəbər olmayan sübutlarla yanaşı, eyni digər təqsirləndirilən şəxslərin, yəni şahidlərin ifadələrini, şəxsin tanınması haqqında protokolu, hökm surətlərini və cinayət işinin digər materiallarını göstərmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs ona münasibətdə ancaq “İttiham aktı” üzrə ittiham və mühakimə etməyə çalışması, məhkəmə istintaqı zamanı tədqiq edilmiş dəyərli və mötəbər sübutlara (zərər şəkmiş şəxslərin və şahidlərin ifadələrinə) heç bir münasibət bildirməməsi və istintaq materialları ilə müqayisə etməməsi, ittiham aktında yazılanlar» təkrarlaması işə loyal yanaşmasının təzahürüdür. Lakin hesab edirəm ki, qeyd edilən “sübutlar" şəxsin təqsirli bilinməsi üçün yetərli deyildir və şəxsin təqsirini müəyyən etmir. Həmin şəxslərin ifadələri ziddiyyətli olmaqla biri digəri ilə uzlaşmadığından onlar mötəbər sübutların məcmusu kimi qəbul edilə və şəxsin barəsində ittiham hökmünün çıxarılmasına əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, müdafiəçisi olduğum Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə bağlı heç bir əlaqəsi olmamışdır. O, digər təqsirləndirilən şəxslər Şahid2, Şahid1 və Şahid4 bir məktəbdə oxuduqlarına görə tanımışdır və onlarla gündəlik həyatında heç bir əlaqəsi olmamışdır. Şahid3, zərər çəkmiş şəxsi və digərlərini isə ümumiyyətlə tanımamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq zamanı ilkin ifadəsində ümumiyyətlə Bəhruzun adını çəkməmişdir. Sonrakı istintaq hərəkətləri zamanı zərər səkmiş şəxs və digər təqsirləndirilən şəxslər birdən-birə Bəhruzun adını çəkməyə başlamışlar. Bundan sonra üzləşdirmə istintaq hərəkəti seçilmiş və üzləşdirmə zamanı digər təqsirləndirilən şəxslərin bəziləri Bəhruzu ümumiyyətlə tanımadıqlarını, bəziləri isə keçmiş məktəb yoldaşı kimi və ya təsadüfən taksi müştərisi kimi avtomobillərinə əyləşdiyini bildirmişlər. Eyni zamanda üzləşdirmə zamanı bildirmişlər ki, ifadə alınanan zaman onlara qarşı zor tətbiq edilmiş və işgəncəyə məruz qalmışlar, bu hallan müstəntiqə xatırladan zaman onun özünün də onlara işgəncə verilməsində şahid olmasını göstərmişlər. Bundan əlavə onlar biri birilərinə qarşı hadisəyə dair ifadə versələr də, lakin Təqsirləndirilən şəxs hadisə ilə hər hansı bir əlaqəsinin şahidi olmadıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə bağlı heç bir əlaqəsi olmamışdır. O, digər təqsirləndirilən şəxslər Şahid2, Şahid1 və Şahid4 bir məktəbdə oxuduqlarına görə tanımışdır və onlarla gündəlik həyatında heç bir əlaqəsi olmamışdır. Şahid3, zərər çəkmiş şəxsi və digərlərini isə ümumiyyətlə tanımamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq zamanı ilkin ifadəsində ümumiyyətlə Bəhruzun adını çəkməmişdir. Digər zərər çəkmiş şəxs Mütəllim Şadıyev də oğlu Nicat Şadıyev kimi məhkəmə istintaqında Bəhruz Rəyfiyevi ümumiyyətlə tanımadığını bildirmişdir. Digər təqsirləndirilən şəxslər isə məhkəmə istintaqı zamanı şahid qismində ifadə verərkən, Bəhruzu ümumiyyətlə tanımadıqlarını, bəziləri isə keçmiş məktəb yoldaşı kimi və ya taksi müştərisi kimi avtomobillərinə əyləşdiyini, gündəlik həyatlarında onunla heç bir əlaqələrinin olmadığını bildirmişlər. şahidlər (digər cinayət işi üzrə təqsirləndirilən şəxslər) hadisə barədə ardıcıllaqla iafadə vermiş, və hadisə zamanı iştirak edən şəxslərin orda olmasını bildirmişlər lakin Təqsirləndirilən şəxs hər hansı bir əlaqəsinin şahidi olmamalarını ifadə etmişlər. Yəni onların Təqsirləndirilən şəxs barədə bildirdikləri, müdafiə xarakterli deyildir. Eyni zamanda məhkəmə öz hökmündə zərərçəkmiş şəxslərin ifadələrinə münasibətdə hesab etmişdir ki, zərərçəkmiş şəxslərə qanunazidd əməllər nəticəsində maddi zərərin ödənilməsi, barışığın əldə olunması ilə əlaqədar Təqsirləndirilən şəxs azad olunması nəticəsi daşıyır. Məhkəmənin bu qənaəti yalnışdır və məhkəmənin necə bu qənaətə gəlməsi bəlli deyildir. Belə ki, Təqsirləndirilən şəxs təqsirsiz olduğu üçün heç bir zərər ödəməmiş və ya barışıq üçün hər hansı bir təşəbbüs göstərməmişdir. Zərərçəkmiş şəxslər nə məhkəmə iclasında bunu ifadə etməmiş nə də ki, bu barədə ərizə verməmişlər. Nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxslər digər təqsirləndirilən şəxsə münasibətdə hadisə barədə ətraflı ifadə vermiş və onlarla barışdığım və onlarda qarşı şikayət və tələbinin olmamasını bildirmişlər. Məhkəmə yalnız ittiham qatında olan fərziyyələrə istinad etməklə ittiham kökmü çıxartmış və hökmüdə sırf bununla əsalandırmışdır. Təqsirləndirilən şəxs mütəşəkkil dəstə təşkil etməmiş və ya hər hansı bir cinayətlərin törədilməsi üçün qabaqcadan birləşməmiş, hər hansı bir cinayət törətməmiş və törədilmiş cinayətlərdə iştirakı, hər hansı bir əlaqəsi olmamışdır. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkumun müdafiəçisinin apellyasiya şikayətində Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təqsirliliyi Azərbaycan Respublikası CM-nin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam aydınlaşdırılmış, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsi məhkumun özünün etiraf etməməsinə baxmayaraq, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər obyektiv halları ilə təsdiq olunmuş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli qiymət vermiş, məhkumun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, onunəməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci ilci il tarixli, 01 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-in 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Cinayət işinin materiallarına əlavə edilmiş 18 sentyabr 2020-ci il tarixdə "şəxsin tanıması haqqında" protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanıması üçün 4 nəfər şəxs təqdim edilmiş və təqdim olunan şəxslərin içərisindən Zərərçəkmiş şəxs2 ona qarşı cinayət törədən şəxsi tanıyaraq Təqsirləndirilən şəxs olduğunu göstərmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında 18 sentyabr 2020-ci il tarixli tanınma protokolu tədqiq edilməzdən əvvəl, proses iştirakçılarının suallarını cavablandırarkən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı tanınma keçirilibkeçirilmədiyini xatırlamadığını bildirmşdir. Lakin, tanınma protokolu və fotoşəkillər tədqiq edilərkən Zərərçəkmiş şəxs2 müstəntiqin sözü ilə Təqsirləndirilən şəxs tanıdığını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tanınmaya təqdim edilməsindən bilavasitə sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti ilə bağlı 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 qarşısında oturan Təqsirləndirilən şəxs yanvar ayının 21-də “Sultanlar” kafesində olarkən tanıdığını bildirmişdir İş materiallarında olan sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2 qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə təkrar hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmə cinayətlərini törətməsi iş materialları, “Təqsirləndirilən şəxs tanınmaya təqdim edilməsindən bilavasitə sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti ilə bağlı 18.09.2020-ci il tarixli protokol və 18 sentyabr 2020-ci il tarixdə "şəxsin tanıması haqqında" protokol ilə bir daha təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədəki ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etməməsini, Zərərçəkmiş şəxs2 qarşı hər hansı cinayət əməlini törətmədiyini göstərməsini, onun özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla və digər mötəbər istintaq sənədləri ilə təkzib edilmir və bu hal onun öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığından özünümüdafiə kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş şəxslər Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2, şahidlər Şahid3, Şahid1, Şahid4 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şahidlərin, həmçinin zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir və ona görə də birinci instansiya məhkəməsi həmin ifadələri sübüt növü kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, iş üzrə şahidlər Şahid3, Şahid1, Şahid4 və Şahid2 məhkəmədə verdikləri ifadələri obyektiv həqiqəti əks etdirmir, eyni zamanda zərərçəkmiş şəxslər Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2 məhkəmədə verdikləri ifadələri qanunazidd əməllər nəticəsində vurulmuş maddi zərərin ödənilməsi, barışığın əldə olunmas və Təqsirləndirilən şəxs müdafiə etmək, onun cinayət məsuliyyətindən azad olunması məqsədi daşıyır. Məhkum Təqsirləndirilən şəxs sərt cəza təyin edilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmamasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların (cinayətin təhlükəli residivi) olmasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə həmin hökmlə Nəsimi rayonn məhkəməsinin 18.03.2015-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilərək həmin hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Penitensiar Xidmətinin 03 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsindən daxil olmuş 26.02.2020-ci il tarixli, 130 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04.09.2018-ci il tarixdə cəza çəkdiyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən həmin xidmətin 03 saylı MTCM-ə qəbul edilmiş və Şabran rayon məhkəməsinin 09.01.2020-ci il tarixli qərarı ilə şərti olaraq azadlıqdan məhrum etmə cəzasından 03 ay 13 gün vaxtından əvvəl azad edilmişdir. Bəhruz Rəfiyev həmin müəssisədə cəza çəkərkən 2019-cu il ərzində müraciəti əsasında bir neçə dəfə xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunması üçün Bakı şəhərinə getməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki cinayət əməllərinə görə cəza çəkdiyi dövrdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: - qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; -qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 7-ci bəndinə əsasən cinayətlərin residivinin qanunla (CM-nin 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-nin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. Həmin qərarın 12-ci bəndində əsasən cinayətlərin residivi, təhlükəli resedivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluğlar nəzərə alınır. Bu halda cəza CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-nin 65.2-ci maddəsinə görə belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəza isə müvafiq olaraq CM-nin 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin yaranmasına görə düzgün cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməmsinin 01 oktyabr 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki, hökm çıxarılarkən hər hansı maddi və prosessual pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilmədən, hökm qanuni və əsaslı olduğundan məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1; 397.2; 398.1.1 və 407-409-cu maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar