Məhkəmə qərarları › İş №1(103)-1947/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1947/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1947/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri- Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi–X10, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiya məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X20; mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X46 və nümayəndəsi Nümayəndə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi8, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi5, təqsirləndirilən Təqsirləndirilən şəxs4 və onun müdafiəçiləri - Müdafiəçi10 və Müdafiəçi9, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim: Rasim Sadıxov) xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “New Life” adlı Reabilitasiya Mərkəzinin faktiki rəhbərlərindən biri, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.1981-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, yetkinlik yaşına çatmayan uşaq atası, ali təhsilli, “New Life” adlı Reabilitasiya Mərkəzin faktiki rəhbərlərindən biri, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi R.İsgəndərov küçəsi ev 2 mənzil 41-də qeydiyyatda olan və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci Yaşayış Massivi 2-ci döngə ev 19-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Meğri rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, “New Life” adlı Reabilitasiya Mərkəzinin faktiki rəhbərlərindən biri, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi ev 19 A mənzil 24-də qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri Nizami rayonunun Özbəkistan küçəsi bina 15-də yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx.xx.1993-cü ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, New Life” adlı Reabilitasiya Mərkəzində məsləhətçi işləmiş, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Qacar kəndində qeydiyyatda olan və ünvan 14 yataqxana 05-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 və xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, “New Life” adlı Reabilitasiya Mərkəzində məslə- hətçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 barələrində olan 08 avqust 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi5, Təqsirləndirilən şəxs4 və onun müdafiəçiləri - Müdafiəçi10 və Müdafiəçi9 tərəfindən birgə verilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X46 və nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hokmü ilə; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1,133.2.1,133.2.3,133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 192.1-ci maddəsi ilə 02 (iki) ay müddətinə, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 03 (üç) il müddətinə, CM-nin 145.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəlinin 08 sentyabr 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məçəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 192.1-ci maddəsi ilə 02 (iki) ay müddətinə, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 03 (üç) il müddətinə, CM-nin 145.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmiş və CMnin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəlinin 08 sentyabr 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 192.1-ci maddəsi ilə 02 (iki) ay müddətinə, CM-nin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə 04 (üç) il müddətinə, CM-nin 145.3-cü maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəlinin 07 sentyabr 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1,133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 133.2.1,133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə 03 (üç) il müddətə və CM-nin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli 06 sentyabr 2021-ci ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməmişdir. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1,133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 133.2.1,133.2.3,133.2.4 və 133.2.6-cı maddələri ilə 02 (iki) il müddətə və CM-nin 145.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, ona təyin edilmiş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniya xəstəliyindən müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda gəlir əldə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb edildiyi halda belə razılıq(lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olan aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təqsirkardan asılı vəziyyətdə olaraq aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə, zərərçəkmiş şəxslərin həyatına və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd edilən əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4 və 16.1.2-ci maddələrinə əsasən, həmin Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəməli olan şəxs, yəni vergi ödəyicisi qismində vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almalı, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6 və 7-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilərdən və digər icbari ödənişlərdən sonra qalan hissəsindən sərbəst istifadə etməli, qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəməli, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı sahələrdə fəaliyyət üçün xüsusi razılıq(lisenziya) almalı, öz fəaliyyətinə dair dövlət, statistika və maliyyə orqanlara müəyyən edilmiş formada hesabatlar verməli, “Lisenziya və icazələr barədə” Azərbaycan Respublikası Qanununun 4.3-cü bəndinə və həmin Qanunun lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dair 1 nömrəli əlavəsinə əsasən özəl tibb fəaliyyəti sahəsində fəaliyyət göstərmək üçün lisenziya tələb olunduğu halda, habelə Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə görə Azərbaycan Respublikası ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olaraq yalnız narkoloji tibb müəssisələrində keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olaraq, narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında keçirə bildiyi, bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ının 4.4-cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti, onu əhatə edən mühit nəzərə alınaraq narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılmalı, ev şəraitdə müalicə edilənnarkoloji xəstələr barədə tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda, qanunvericiliyinin həmin tələblərini tamah niyyətilə qəsdən pozmaqla narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş fəaliyyətlə məşğul olma məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir bir qrup şəxs qismində birləşib “New Life” adlandırdıqları qondarma reabilitasiya mərkəzi yaradaraq 07 may 2021-ci ildən Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanında Şahid13 məxsus, eyni zamanda 13 iyun 2021-ci ildən Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 559 ünvanındaki X38 03 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx və məşğələ otaqları, məişət ləvazimatları, ərzaqla təchiz edilmiş fərdi yaşayış evlərində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən əsas şəxs kimi, mərkəzin maliyyə məsələlərinə nəzarət edən Təqsirləndirilən şəxs2 və mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən Təqsirləndirilən şəxs3lə birlikdə faktiki rəhbərliyi həyata keçirmiş, 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək dövrdə mərkəzə müalicə almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 müalicə haqqı kimi 10 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4070,00 manat, Zərərçəkmiş şəxs3 müalicə haqqı kimi 26 iyun 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4500,00 manat, Zərərçəkmiş şəxs2 müalicə haqqı kimi 20 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 6600,00 manat, Şahid21 müalicə haqqı 14 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 4200 manat, Şahid3 müalicə haqqı 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6000,00 manat, Şahid7 müalicə haqqı 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 5300,00 manat, Şahid8 müalicə haqqı kimi 16 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6000,00 manat, Şahid9 müalicə haqqı kimi 5 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 3000,00 manat, Şahid4 müalicə haqqı 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6000,00 manat, Şahid5 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6000,00 manat, X11 müalicə haqqı kimi 14 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6150,00 manat, X25 müalicə haqqı olaraq təxminən 2021-ci ilin avqust ayının sonlarından 05 sentyabr 2021-ci il tarixədək cəmi 1500,00 manat, Zərərçəkmiş şəxs4 müalicə haqqı 25 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, X21 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 2.100,00 manat, X22 müalicə haqqı təxminən 2021-ci ilin iyun ayının sonlarından 5 sentyabr 2021-ci il tarixədək cəmi 3000,00 manat, X30 müalicə haqqı 15 iyun 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 4.500,00 manat, Şahid22 müalicə haqqı 14 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 3000,00 manat, Şahid23 müalicə haqqı kimi 7 may 2021-ci ildən 28 may 2021-ci il tarixədək cəmi 1500,00 manat, Şahid27 müalicə haqqı 15 iyun 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 4500,00 manat, Şahid28 müalicə haqqı 07 may 2021-ci ildən 03 iyul 2021-ci il tarixədək cəmi 1750,00 manat, Şahid29 müalicə haqqı 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 6000,00 manat, Şahid30 müalicə haqqı 07 may 2021-ci ildən 07 iyul 2021-ci il tarixədək cəmi 3000,00 manat, Şahid31 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6000,00 manat, Şahid32 müalicə haqqı kimi 11 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 3000,00 manat, Şahid33 müalicə haqqı 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6000,00 manat, Şahid34 müalicə haqqı 07 may 2021-ci ildən 07 avqust 2021-ci il tarixədək cəmi 4500,00 manat, Şahid35 müalicə haqqı 07 may 2021-ci ildən 07 iyul 2021-ci il tarixədək cəmi 3000,00 manat, Şahid36 müalicə haqqı 3 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1500,00 manat, Şahid39 müalicə haqqı 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021ci il tarixədək cəmi 6000,00, X2 müalicə haqqı 10 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 1500,00 manat, X31 müalicə haqqı 11 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1500,00 manat, X27 müalicə haqqı 01 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021ci il tarixədək cəmi 1500,00 manat, X12 müalicə haqqı təxminən 2021-ci ilin iyun ayından 5 sentyabr 2021-ci il tarixədək, cəmi 1300,00 manat, Şahid26 müalicə haqqı 07 may 2021-ci ildən 07 iyul 2021ci il tarixədək cəmi 1500,00 manat, Şahid20 müalicə haqqı 07 may 2021-ci ildən 30 iyul 2021-ci il tarixədək cəmi 4500,00 manat, Təqsirləndirilən şəxs5 müalicə haqqı 07 may 2021-ci ildən 17 avqust 2021-ci il tarixədək cəmi 6000,00 manat, Şahid10 müalicə haqqı 19 avqust 2021-ci ildən 5 sentyabr 2021-ci il tarixədək cəmi 1000,00 manat, Şahid18 müalicə haqqı 07 may 2021-ci ildən 07 iyun 2021ci il tarixədək, cəmi 1500,00 manat, Şahid38 müalicə haqqı 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək, cəmi 6000,00 manat, ümumilikdə isə 146.470,00 (yüz qırx altı min dörd yüz yetmiş) manat pul vəsaitlərini əldə etməklə, ödənilmiş əmək haqqı, icarə haqları və digər xərclər çıxılmaqla, eyni zamanda Azərbaycanda 2021-ci il üçün yaşayış minumumu haqqında Azərbaycan Respublikası 29 dekabr 2020-ci il tarixli qanununun 1-ci maddəsinin tələbinə əsasən, 2021-ci il üçün müəyyən edilmiş yaşayış minumumun məbləği fərdi şəxslərə münasibətdə 207 manat hesablanaraq 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək olan müddətdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdar təşkil edən cəmi 81.021,00 (səksən bir min iyirmi bir) manat qanunsuz gəlir əldə edib şəxsi məsrəflərinə sərf etməklə, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb edildiyi halda, razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanındakı Şahid13 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamağa yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz edilmiş fərdi yaşayış evində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirərkən, “New Life” adı altında fəaliyyət göstərən mərkəzdə özü ilə bərabər faktiki rəhbərliyi həyata keçirən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü lakin ödənişsiz (bəzən xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi kimi işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Təqsirləndirilən şəxs4, Şahid1 Camalladin oğlu, təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13, habelə mərkəzdə müalicə müddəti bitməsə də son mərhələ olduğundan daha rahat hərəkət etmə üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olaraq stajor kimi digər müalicə edilənlərə nəzarət edən Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 26 iyun 2021-ci ildə mərkəzə könüllü müraciət etsədə artıq qalmaq istəmə- yən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci ildə, 20 may 2021-ci ildə mərkəzə könüllü müraciət etsə də artıq qalmaq istəməyən, müalicəni yarımçıq saxlayıb evinə qayıtmaq istəyən Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci ildə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci ildən, Zərərçəkmiş şəxs2 isə xx.xx.2021-ci ildən etibarən qrup üzvləri ilə birlikdə geri qaytarıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmə, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdıraraq mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanda olan həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 4 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, öz aralarında razılaşdırmaqla təsdiq edilmiş qrafikə uyğun həmin gün növbəni növbə rəisi Təqsirləndirilən şəxs3 tapşıraraq, qabaqcadan əlbir olduğu qrupun üzvlərindən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la birlikdə mərkəzdən ayrıldıqdan qısa müddət sonra, yəni 04 sentyabr 2021-ci ildə saat 14:23də Təqsirləndirilən şəxs3 “***-***-**-**” mobil nömrəsi ilə onun “***-***-**-**” nömrəsinə zəng edib qrupun digər üzvləri Şahid1 Camalladin oğlu, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə birlikdə növbədə olarkən, könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci ildən məcburi saxlanılan Zərərçəkmiş şəxs3 və xx.xx.2021-ci ildən məcburi saxlanılan Zərərçəkmiş şəxs2 04 sentyabr 2021-ci ildə mərkəzdən qaçmaq üçün hazırladıqları plan barədə məlumat əldə etdiklərini demiş, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la birlikdə dərhal mərkəzə qayıdacaqlarını Təqsirləndirilən şəxs3 Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynova deyib onlar qayıdanadək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmalarının qarşısının alınması və bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə də qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl-qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, ümumi cinayətkar niyyətə və məqsədə uyğun cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə aldıqları tapşırığa uyğun mərkəzdə daxili intizam qaydaları pozduqlarından Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olduqları mənzilin 2-ci mərtəbədəki otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatların saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyətilə əhatə olunub əvvəlcə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əl-qollarını dəmir qandal və skoç-yapışdırıcı lentlərlə arxadan və ayaqlarını skoç- yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanı olmamasını dərk edərək vəziyyətdən şüurlu istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah kimi istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış Zərərçəkmiş şəxs3 eyni üsulla döyüb çoxsaylı zərbələr endirən zaman, o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə mərkəzin yerləşdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanındakı fərdi yaşayış evinə gəlib zirzəmiyə enib Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı qalan ikidən çox şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təxminən 04 sentyabr 2021-ci ildə saat 14:30-dan həmin gün saat 16:00-a kimi müddətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, habelə əlayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirərək soyuq otaqda saatlarla ac-susuz saxlayıb, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Zərərçəkmiş şəxs1 sağ və sol ənsə-təpə nahiyyələrinin dərialtı qansızmaları, sağ və sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthin, sağ və sol qulaq seyvanların, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağın və boyun nahiyənin sıyrıqları ilə müşayət edilən ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 sağ bazu oynağında qançır və sıyrıqlarla müşayət edilən sağlamlığın qısa müddət pozulması- na səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayət edilən sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ bilək nahiyəsinin və döş qəfəsi nahiyyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyə- sində əzilmiş yara izi, yəni çapıqla müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda ac-susuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə edilən yəni ümumilikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş,Zərərçəkmiş şəxs3 yataq otağına qayıtmasına icazə versələr də, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 zirzəmidə saxlayıb, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Zərərçəkmiş şəxs1 mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddətdə asıldığı üçün sol əlin İİİ barmağın daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la birlikdə “New Life” adlı mərkəzdən getsələr də, qrupun digər üzvləri Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X49 Məmmədovun bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılmasını tapşırmış, nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Zərərçəkmiş şəxs1 həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə ikidən çox şəxsə qarşı CM-nin 126-cı maddəsi ilə göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayət edilən zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək, qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni qrupun digər üzvləri Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Şahid1 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovun həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci ildə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan onun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ümumilikdə ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda gəlir əldə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olaraq aşkar surətdə köməksiz vəziyyətdə iki və daha çox şəxsə qarşı Cinayət Məcəlləsinin 126-ci maddəsi ilə göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət edilən əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olub aşkar köməksiz vəziyyətdə iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, həmin əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4 və 16.1.2-ci maddələrinə əsasən, həmin Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəməli olan şəxs, yəni vergi ödəyicisi qismində vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almalı, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6 və 7-ci maddələrinə görə sahibkarlıq fəaliyyətdən əldə edilən mənfəətdən (gəlirdən) vergilərdən və digər icbari ödənişlərdən sonra qalan hissəsindən sərbəst istifadə etməli, qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəməli, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almalı, öz fəaliyyəti barədə dövlət, statistika və maliyyə orqan- larına müəyyən edilmiş formada hesabatlar verməli, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 4.3-cü bəndinə və həmin Qanunun lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dair 01 nömrəli əlavəsinə əsasən, özəl tibb fəaliyyəti sahəsində fəaliyyət göstərmək üçün lisenziya tələb edildiyi halda, habelə Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanunun 14.1 və 14.2-ci maddələrinə görə Azərbaycan Respublikası ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla və yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin həmin fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proq- ram”ın 4.4-cü bəndinin tələbinə zidd narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılmalı, ev şəraitdə müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu hallarda, qanunvericiliyin tələblərini tamah niyyətilə qəsdən pozaraq narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş fəaliyyətlə məşğul olmaq üçün tanışları-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib “New Life” adlandırdıqları qondarma reabilitasiya mərkəzi yaradaraq 07 may 2021-ci ildən Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanındakı Şahid13 məxsus, 13 iyun 2021-ci ildən Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 559 ünvanda olan X47 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamağa yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evlərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, mərkəzin maliyyə məsələlərinə nəzarət edən şəxs kimi narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən Təqsirləndirilən şəxs1, mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən Təqsirləndirilən şəxs3lə birlikdə faktiki rəhbərliyi həyata keçirməklə, 07 may 2021ci ildən 05 sentyabr 2021-ci il tarixədək olan dövrdə mərkəzə müalicə almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 müalicə haqqı olaraq 10 iyul 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4070,00 (dörd min yetmiş) manat, Zərərçəkmiş şəxs3 müalicə haqqı olaraq 26 iyun 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4500,00 (dörd min beş yüz) manat, Zərərçəkmiş şəxs2 müalicə haqqı olaraq 20 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 6600,00 (altı min altı yüz) manat, Şahid21 müalicə haqqı olaraq 14 iyul 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4200,00 (dörd min iki yüz) manat, Şahid3 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 6000,00 manat, Şahid7 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 5300,00 manat, Şahid8 müalicə haqqı kimi 16 may 2021ci ildən 05 sentyabr 2021-ci ilədək cəmi 6000,00 manat, Şahid9 müalicə haqqı olaraq 05 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 3000,00 manat, Şahid4 müalicə haqqı kimi 07 may 2021ci ildən 5 sentyabr 2021-ci ilədək cəmi 6000,00 manat, Şahid5 müalicə haqqı kimi 7 may 2021-ci ildən 5 sentyabr 2021-ci il tarixədək cəmi 6000,00 manat, X11 müalicə haqqı olaraq 14 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6.150,00 manat, X25 müalicə haqqı olaraq təxminən 2021-ci ilin avqust ayının sonlarından 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, Zərərçəkmiş şəxs4 müalicə haqqı olaraq 25 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, X21 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 2.100,00 manat, X22 müalicə haqqı olaraq təxminən 2021-ci ilin iyun ayının sonlarından 05 sentyabr 2021-ci il tarixədək cəmi 3.000,00 manat, X30 müalicə haqqı olaraq 15 iyun 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 4.500,00 manat, Şahid22 müalicə haqqı kimi 14 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 3.000,00 manat, Şahid23 müalicə haqqı kimi 7 may 2021ci ildən 28 may 2021-ci il tarixədək, cəmi 1500,00 manat, Şahid27 müalicə haqqı kimi 15 iyun 2021ci ildən 5 sentyabr 2021-ci il tarixədək cəmi 4.500,00 manat, Şahid28 müalicə haqqı kimi 7 may 2021-ci ildən 03 iyul 2021-ci il tarixədək cəmi 1.750,00 manat, Şahid29 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, Şahid30 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 07 iyul 2021-ci il tarixədək cəmi 3.000,00 manat, Şahid31 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək, cəmi 6.000,00 manat, Şahid32 müalicə haqqı olaraq 11 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək,cəmi 3.000,00 manat, Şahid33 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, Şahid34 müalicə haqqı kimi 07 may 2021-ci ildən 07 avqust 2021-ci il tarixədək cəmi 4.500,00 manat, Şahid35 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 07 iyul 2021-ci il tarixədək cəmi 3.000,00 manat, Şahid36 müalicə haqqı kimi 03 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, Şahid39 müalicə haqqı kimi 7 may 2021-ci ildən 5 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, X2 müalicə haqqı olaraq 10 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, X31 müalicə haqqı kimi 11 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, X27 müalicə haqqı olaraq 01 sentyabr 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, X12 müalicə haqqı kimi təxminən 2021-ci ilin iyun ayından 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.300,00 manat, Şahid26 müalicə haqqı kimi 07 may 2021-ci ildən 07 iyul 2021-ci ilədək cəmi 1.500,00 manat, Şahid20 müalicə haqqı kimi 07 may 2021-ci ildən 30 iyul 2021-ci il tarixədək cəmi 4.500,00 manat, Təqsirləndirilən şəxs5 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 17 avqust 2021-ci il tarixədək cəmi 6.000,00 manat, Şahid10 müalicə haqqı olaraq 19 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.000,00 manat, Şahid18 müalicə haqqı kimi 07 may 2021-ci ildən 07 iyun 2021-ci il tarixədək cəmi 1.500,00 manat, Şahid38 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, ümumilikdə isə 146.470,00 (yüz qırx altı min dörd yüz yetmiş) manatı əldə edib ödənilmiş əmək haqqı, icarə haqları və digər xərclər çıxılmaqla, eyni zamanda Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Azərbaycan Respublikası 29 dekabr 2020-ci il tarixli qanununun 1-ci maddəsinin tələblərinə əsasən, 2021-ci il üçün müəyyən edilmiş yaşayış minumumun məbləği fərdi şəxslərə münasibətdə 207 manat hesablanmaqla 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək müddətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xeyli miqdarda təşkil edən ümumilikdə 81.021,00 (səksən bir min iyirmi bir) manat qanunsuz gəlir əldə edib şəxsi məsrəflərinə sərf etməklə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyata (vergi uçotu) alınmadan və xüsusi lisenziya tələb edildiyi halda, razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs2 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvandakı Şahid13 məxsus 03 mərtəbə və zirzəmidən ibarət, yaşamağa yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazi- matları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliy- yətlərini davam etdirərkən “New Life” adı altında fəaliyyət göstərən mərkəzdə özü ilə bərabər faktiki rəhbərliyi həyata keçirən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz(bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi kimi işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Təqsirləndirilən şəxs4, Şahid1 Camalladin oğlu və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilmiş X13, mərkəzdə müalicə müddəti bitməsədə son mərhələ olduğundan mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbər- lərin göstərişlərini müalicə edilənlərə çatdırıb arada vasitəçi olaraq stajor kimi digər müalicə edilənlərə nəzarət edən Təqsirləndirilən şəxs5lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 26 iyun 2021-ci ildə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci il tarixdə, 20 may 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə qayıtmaq istəyən Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci ildə mərkəzdən qaçarkən Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci ildən, Zərərçəkmiş şəxs2 isə xx.xx.2021-ci ildən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a saylı ünvanda həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 04 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, öz aralarında razılaşdırmaqla təsdiq edilmiş qrafikə uyğun olaraq Təqsirləndirilən şəxs1 həmin gün növbəni növbə rəisi Təqsirləndirilən şəxs3 tapşırıb qabaqcadan əlbir olduğu qrupun üzvlərindən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə mərkəzdən ayrıldıqdan qısa müddət sonra, yəni 04 sentyabr 2021-ci il tarixdə saat 14:23-də Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 “***- ***-**-**” mobil nömrəsinə zəng edib qrupun digər üzvləri Şahid1 Camalladin oğlu, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları üçün saxlanılan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs3 və xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs2 04 sentyabr 2021-ci il tarixdə mərkəzdən qaçmaq məqsədilə hazırladıqları plan barədə məlumat əldə etdiklərini bildirmiş, Təqsirləndirilən şəxs1 telefonla Təqsirləndirilən şəxs3lə danışarkən Təqsirləndirilən şəxs4 və onunla birlikdə dərhal mərkəzə qayıdacaqlarını bildirib, onlar qayıdanadək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə də qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl- qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olduqları mənzilin 2-ci mərtəbədə yerləşən otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əlqollarını dəmir qandal və skoç-yapışdırıcı lentlərlə arxadan, həmçinin də ayaqlarını skoç- yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edərək bu vəziyyətdən şüurlu şəkildə istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, habelə həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış Zərərçəkmiş şəxs3 da eyni üsulla döyüb çoxsaylı zərbələr endirən zaman, o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə mərkəzin yerləşdiyi ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə gəlib zirzəmiyə enərək Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təxminən 04 sentyabr 2021-ci il tarixdə saat 14:30-dan həmin gün saat 16:00-a qədər olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, həmçinin əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Zərərçəkmiş şəxs1 sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 sağ bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ bilək nahiyəsinin və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əlayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 həmin zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda ac-susuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli müxtəlif bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs3 yataq otağına qayıtmasına izacə versələr də, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 zirzəmidə saxlayıb, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Zərərçəkmiş şəxs1 mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la birlikdə “New Life” adlı mərkəzdən getsələr də, Təqsirləndirilən şəxs1 tərəfindən qrupun digər üzvləri Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X49 Məmmədovun bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılması tapşırılmış, nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Zərərçəkmiş şəxs1 həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstəribqabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni qrupun digər üzvləri Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Şahid1 və təqsirləndirilən kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovun həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci ildə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, özü və Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X43 Məmmədovun ölümü ilə səbəbli əlaqəsi olmayan onun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddət pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ümumilikdə ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda gəlir əldə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs kimi təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı, psixi iztirablar yetirib işgəncə ilə müşayiət əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmişlərin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, həmin əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs3 Vergi Məcəlləsinin 13.2.4 və 16.1.2-ci maddələrinə əsasən, qeyd edilən Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəməli olan şəxs, yəni vergi ödəyicisi qismində vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almalı, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 7-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilərdən və digər icbari ödənişlərdən sonra qalan hissəsindən sərbəst istifadə etməli, qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəməli, qüvvədəki qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almalı, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar verməli, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü bəndinə və həmin Qanunun lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dair 1 nömrəli əlavəsinə əsasən özəl tibb fəaliyyəti sahəsində fəaliyyət göstərmək üçün lisenziya tələb olunduğu halda, habelə Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikası icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında keçirə bildiyi, bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4-cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılmalı, ev şəraitində müalicə edilən narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda qanunvericiliyin həmin tələblərini tamah niyyətilə qəsdən pozaraq narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabildə narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş fəaliyyətlə məşğul olmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib “New Life” adlandırdıqları qondarma reabilitasiya mərkəzi yaradaraq 07 may 2021-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a ünvanında olan Şahid13 məxsus, eyni zamanda 13 iyun 2021-ci ildən Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 559 ünvanındakı X47 məxsus 3 mərtəbəli və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz edilmiş fərdi yaşayış evlərində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla mərkəzin maliyyə məsələsinə nəzarət edən şəxs kimi narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən Təqsirləndirilən şəxs1, habelə mərkəzin maliyyə məsələlərinə nəzarət edən Təqsirləndirilən şəxs2la birlikdə faktiki rəhbərliyi edən 7 may 2021-ci ildən 5 sentyabr 2021-ci il tarixədək dövrdə mərkəzə müalicə almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 müalicə haqqı kimi 10 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4.070,00 manat, Zərərçəkmiş şəxs3 müalicə haqqı olaraq 26 iyun 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4.500,00 manat, Zərərçəkmiş şəxs2 müalicə haqqı olaraq 20 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 6.600,00 manat, Şahid21 müalicə haqqı kimi 14 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4.200,00 manat, Şahid3 müalicə haqqı kimi 7 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 6.000,00 manat, Şahid7 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 5.300,00 manat, Şahid8 müalicə haqqı kimi 16 may 2021-ci ildən 05 sentyabr 2021ci ilədək, cəmi 6.000,00 manat, Şahid9 müalicə haqqı kimi 05 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək, cəmi 3.000,00 manat, Şahid4 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 6000,00 manat, Şahid5 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, X11 müalicə haqqı kimi 14 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 6.150,00 manat, X25 müalicə haqqı kimi təxmini 2021-ci ilin avqust ayının sonlarından 05 sentyabr 2021-ci ilədək, cəmi 1.500,00 manat, Zərərçəkmiş şəxs4 müalicə haqqı olaraq 25 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, X21 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 2.100,00 manat, X22 müalicə haqqı olaraq təxminən 2021-ci ilin iyun ayının sonlarından 05 sentyabr 2021-ci ilədək cəmi 3.000,00 manat, X30 müalicə haqqı kimi 15 iyun 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 4.500,00 manat, Şahid22 müalicə haqqı olaraq 14 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək, cəmi 3.000,00 manat, Şahid23 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 28 may 2021-ci il tarixədək cəmi 1.500,00 manat, Şahid27 müalicə haqqı kimi 15 iyun 2021-ci ildən 05 sentyabr 2021-ci ilə kimi cəmi 4.500,00 manat, Şahid28 müalicə haqqı kimi 07 may 2021-ci ildən 03 iyul 2021-ci il tarixədək cəmi 1.750,00 manat, Şahid29 müalicə haqqı kimi 7 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, Şahid30 müalicə haqqı kimi 7 may 2021-ci ildən 7 iyul 2021-ci il tarixədək cəmi 3.000,00 manat, Şahid31 müalicəsinə 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, Şahid32 müalicəsinə 11 iyul 2021-ci ildən 5 sentyabr 2021-ci ilədək, cəmi 3.000,00 manat, Şahid33 müalicəsinə 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, Şahid34 müalicəsinə 07 may 2021-ci ildən 07 avqust 2021-ci il tarixədək cəmi 4.500,00 manat, Şahid35 müalicəsinə 07 may 2021-ci ildən 07 iyul 2021-ci il tarixədək cəmi 3.000,00 manat, Şahid36 müalicə haqqı kimi 3 avqust 2021-ci ildən 5 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, Şahid39 müalicə haqqı kimi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, X2 müalicə haqqı olaraq 10 avqust 2021-ci ildən 05 sentyabr 2021ci ilədək cəmi 1.500,00 manat, X31 müalicə haqqı kimi 11 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.500,00 manat, X27 müalicə haqqı olaraq 01 sentyabr 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək, cəmi 1.500,00 manat, X12 müalicə haqqı kimi təxmini 2021-ci ilin iyun ayından 05 sentyabr 2021-ci ilədək, cəmi 1.300,00 manat, Şahid26 müalicə haqqı kimi 07 may 2021-ci ildən 07 iyul 2021-ci il tarixədək cəmi 1500,00 manat, Şahid20 müalicə haqqı olaraq 07 may 2021-ci ildən 30 iyul 2021-ci il tarixədək, cəmi 4500,00 manat, Təqsirləndirilən şəxs5 müalicə haqqı kimi 7 may 2021ci ildən 17 avqust 2021-ci ilədək cəmi 6.000,00 manat, Şahid10 müalicə haqqı olaraq 19 avqust 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək cəmi 1.000,00 manat, Şahid18 müalicə haqqı kimi 07 may 2021- ci ildən 07 iyun 2021-ci il tarixədək cəmi 1.500,00 manat, Şahid38 müalicə haqqı kimi 7 may 2021-ci ildən 5 sentyabr 2021-ci il tarixədək cəmi 6.000,00 manat, ümumilikdə isə 146.470,00 (yüz qırx altı min dörd yüz yetmiş) manatı əldə edib ödənilmiş əmək haqqı, icarə haqları və digər xərclər çıxılmaqla, eyni zamanda Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Azərbaycan Respublikası 29 dekabr 2020-ci il tarixli qanununun 1-ci maddəsinin tələblərinə əsasən, 2021-ci il üçün müəyyən edilmiş yaşayış minumumun məbləği fərdi şəxslərə münasibətdə 207 manat hesablanmaqla 07 may 2021-ci ildən 5 sentyabr 2021-ci ilədək müddətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xeyli miqdar təşkil edən ümumilikdə 81.021,00 (səksən bir min iyirmi bir) manatı qanunsuz gəlir əldə edib şəxsi məsrəflərinə sərf etməklə Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb edildiyi halda, razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs3 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanında Şahid13 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamağa yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatı və ərzaqla təchiz edilmiş fərdi yaşayış evində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirərkən “New Life” adı altında fəaliyyət göstərən mərkəzdə özü ilə bərabər faktiki rəhbərliyi həyata keçirən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən xırda məbləğdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi kimi işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Təqsirləndirilən şəxs4, Şahid1 Camalladin oğlu və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13, habelə mərkəzdə müalicə müddəti bitməsə də son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olmaqla stajor qismində digər müalicə olunanlara nəzarət edən Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 iyun 2021-ci ildə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə qayıtmaq istəyən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci ildə, 20 may 2021-ci ildə mərkəzə könüllü müraciət etsə də, artıq qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci ildə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci ildən, Zərərçəkmiş şəxs2 isə xx.xx.2021-ci ildən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdıraraq, mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanda həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 04 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış və öz aralarında razılaşdırmaqla təsdiq edilmiş qrafikə uyğun həmin gün növbəni növbə rəisi kimi qrupun üzvləri Şahid1 Camalladin oğlu, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə birlikdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 təhvil aldıqdan qısa müddət sonra, yəni 04 sentyabr 2021-ci ildə saat 14 radələrində qrupun digər üzvləri Şahid1 Camalladin oğlu, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə növbədə olan vaxt könüllü müraciət edib mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci ildən məcburi saxlanılan Zərərçəkmiş şəxs3 və xx.xx.2021-ci ildən məcburi saxlanılan Zərərçəkmiş şəxs2 04 sentyabr 2021-ci ildə mərkəzdən qaçmağa hazırladıqları plan barədə məlumat əldə edib bu barədə həmin gün saat 14:23-də istifadəsindəki “***-***-**-**” nömrəsi ilə Təqsirləndirilən şəxs1 “***- ***-**-**” nömrəsinə zəng edib xəbər vermiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la birlikdə dərhal mərkəzə qayıdacaqlarını ona, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynova bildirib onlar qayıdana kimi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmaları- nın qarşısının alınması və bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl-qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, o, ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq cinayətkar qrupun üzvləri Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olduqları mənzilin 2-ci mərtəbədə yerləşən otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əl-qollarını dəmir qandal və skoç-yapışdırıcı lentlərlə arxadan, habelə də ayaqlarını skoç-yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edərək bu vəziyyətdən şüurlu istifadə edib əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah kimi istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdolan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, habelə həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış Zərərçəkmiş şəxs3 eyni üsulla döyüb çoxsaylı zərbələr endirərkən, qrupun digər üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 birlikdə mərkəzin yerləşdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvandakı fərdi yaşayış evinə gəlib zirzəmiyə endikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təxminən 04 sent- yabr 2021-ci ildə saat 14:30-dan həmin gün saat 16:00-dək müddətdə qabaqcadan əlbir bir qrup şəxs kimi təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətində olan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, həmçinin əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət edilən psixi iztirablar yetirməklə əzab verib Zərərçəkmiş şəxs1 sağ-sol ənsə-təpə nahiyələrin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağının və boyun nahiyyəsinin sıyrıqları ilə müşayiət edilən, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 sağ bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlarla müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ bilək nahiyəsinin və döş qəfəsinin qançırları, sağ baldırın qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda acsusuz olaraq fasiləsiz 6 saat, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən Zərərçəkmiş şəxs4 yüngül dərəcəli müxtəlif bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs3 yataq otağına qayıtmasına izacə versələr də, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 zirzəmidə saxlayaraq, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Zərərçəkmiş şəxs1 mərkəzdə saxlanılan və gizli plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 05 sentyabr 2021-ci ildə saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu vaxt qrup üzvləri vahid niyyətləri ilə əhatə olunaraq qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddətdə asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la birgə “New Life” adlı mərkəzdən gedərkən, Zərərçəkmiş şəxs1 bir gün asılı vəziyyətdə saxlanılması göstərişi verdikdən sonra, qrupun digər üzvləri Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Zərərçəkmiş şəxs1 həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə, sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah kimi istifadə olunan əşya tətbiq edib zərərçəkmiş şəxslərin həyatı və sağlamlığına təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət edilən zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azad- lıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərib qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni qrupun digər üzvləri- Təqsirləndirilən şəxs5, Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 05 sentyabr 2021-ci ildə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, eləcə də Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirlən- dirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan onun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar köməksiz vəziyyətdə iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığına təhlükəli zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs4 narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunun 14.1 və 14.2-ci maddələrinə görə Azərbaycan Respublikası ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin fəaliyyəti yalnız Azərbaycan Respublikası icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında keçirilə bildiyi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 saylı qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4-cü bəndinin tələblərinə zidd narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və əhatə edən mühit nəzərə alınıb narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambu- lator şəraitdə) həkim-narkoloq tərəfindən aparılmalı, ev şəraitdə müalicə edilən narkoloji xəstələrə dair tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda qanunvericiliyin həmin tələbləri pozulmaqla 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanda olan Şahid13 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş yaşayış evində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyata(vergi uçotuna) alınmadan narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş “New Life” adı altında qanunsuz fəaliyyət göstərən mərkəzdə ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olunmaqla) əsaslarla məsləhətçi kimi işləyən şəxs kimi mərkəzə faktiki rəhbərliyi həyata keçirən şəxslər, yəni mərkəzdə narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən Təqsirləndirilən şəxs1, mərkəzin maliyyə məsələlərinə nəzarət edən Təqsirləndirilən şəxs2 və mərkəzin ərzaq məmulat- ları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən Təqsirləndirilən şəxs3, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi kimi işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Şahid1 Camalladin oğlu və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 və mərkəzdə müalicə müddəti bitməsə də son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olmaqla stajor kimi digər müalicə olunanlara nəzarət edən Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 iyun 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci il tarixdə, 20 may 2021-ci ildə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə qayıtmaq istəyən Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci ildə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci ildən, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci ildən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdud- laşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a ünvanında həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədəki şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 04 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, öz aralarında razılaşdırmaqla təsdiq edilmiş qrafikə uyğun Təqsirləndirilən şəxs1 həmin gün növbəni növbə rəisi Təqsirləndirilən şəxs3 tapşırıb qabaqcadan əlbir olduğu qrupun üzvlərindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə mərkəzdən ayrıldıqdan qısa müddət sonra, yəni 04 sentyabr 2021-ci ildə saat 14:23də Təqsirləndirilən şəxs3 ***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 055-58790-90 mobil nömrəsinə zəng edib qrupun digər üzvləri- təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13, Şahid1 Camalladin oğlu və Təqsirləndirilən şəxs5 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci ildən məcburi saxlanılan Zərərçəkmiş şəxs3 və xx.xx.2021-ci ildən məcburi saxlanılan Zərərçəkmiş şəxs2 04 sentyabr 2021-ci ildə mərkəzdən qaçmaq üçün hazırladıqları plan barədə məlumat əldə etdiklərini bildirmiş, Təqsirləndirilən şəxs1 telefonla Təqsirləndirilən şəxs3lə danışarkən, Təqsirləndirilən şəxs2 və onunla birlikdə dərhal mərkəzə qayıdacaqlarını deyib onlar qayıdanadək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə də qorxu hissinin formalaşması üçün müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl-qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşı- rıqlar vermiş, ümumi cinayətkar niyyətə və məqsədə uyğun cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə aldıqları tapşırıqla mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olduqları mənzilin 2-ci mərtəbədəki otağından zirzəmidəki ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunaraq əvvəlcə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əl-qollarını dəmir qandal və skoç-yapışdırıcı lentlərlə arxadan, habelə ayaqlarını skoç-yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edib bu vəziyyətdən şüurlu istifadə edərək öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, həmin vaxt onlarla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi zirzəmiyə çağırılmış Zərərçəkmiş şəxs3 da eyni üsulla döyüb çoxsaylı zərbələr endirərkən, o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə mərkəzin yerləşdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanında olan fərdi yaşayış evinə gəlib zirzəmiyə enərək Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təxminən 4 sentyabr 2021-ci ildə saat 14:30-dan həmin gün saat 16:00-a qədər olan müddətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, habelə əlayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirib soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla, bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Zərərçəkmiş şəxs1 sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 sağ bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlı- ğın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin hema- toması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, habelə sağ bilək nahiyəsi və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıqla müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan, özlərinə hər hansı yardım edə bilməyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 bu zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda ac- susuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli müxtəlif xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs3 yataq otağına qayıtmasına icazə versələr də, Zərərçəkmiş şəxs4 və Fuad Həsə- novu zirzəmidə saxlayıb, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə yalvararaq yemək-su istəyən Zərərçəkmiş şəxs1 mərkəzdə saxlanılan, gizli plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 05 sentyabr 2021-ci ildə saat 11 radələrinədək təqribi18 saat ərzində hər iki qolları bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunaraq qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağın daraq sümüyü başının qəlpə şəkilli qopması ilə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə “New Life” adlı mərkəzdən getsələr də, Təqsirləndirilən şəxs1 tərəfindən qrupun digər üzvləri Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X49 Məmmədovun bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılması tapşırılmış, nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Zərərçəkmiş şəxs1 həm zəhərlənmə, həm güclü fiziki ağrı, psixi iztirablar yetirilərək işgəncə ilə müşayət edilən əzab verilməsinə, habelə özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs kimi təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirməklə işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olaraq aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmişlərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni qrupun digər üzvləri Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Şahid1 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovun həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci ildə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs5 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan sonuncunun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib cəmi ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayət edilən əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah kimi istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs5 narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanunun 14.1 və 14.2-ci maddələrinə görə Azərbaycan Respublikası ərazisində narkoloji xəstəliklərin müalicəsi cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olaraq yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi və hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 saylı qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4-cü bəndinin tələblərinə zidd narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılmalı, ev şəraitdə müalicə edilən narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda qanunvericiliyin həmin tələbləri pozulmaqla 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanındakı Şahid13 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyata (vergi uçotuna) alınmadan narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş “New Life” adı altında qanunsuz olaraq fəaliyyət göstərən mərkəzdə müalicə müddəti bitməsə də, son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olmaqla stajor kimi digər müalicə olunanlara nəzarət edən şəxs kimi mərkəzə faktiki rəhbərliyi həyata keçirən şəxslər, yəni mərkəzdə narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə proqramlar tədris edən Təqsirləndirilən şəxs1, mərkəzin maliyyə məsələlərinə nəzarət edən Təqsirləndirilən şəxs2 və mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunma- sına nəzarət edən Təqsirləndirilən şəxs3, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi qismində işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Təqsirləndirilən şəxs4, Şahid1 Camalladin oğlu və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 26 iyun 2021-ci ildə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci ildə və 20 may 2021-ci ildə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə qayıtmaq istəyən Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci ildə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci ildən, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci ildən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanında həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədəki şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 04 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, mərkəzə rəhbərlik edən şəxslər tərəfindən razılaşdırılmaqla təsdiq edilmiş qrafikə uyğun həmin gün növbəni növbədə müalicə olunanlara nəzarət edən şəxs kimi qrupun üzvləri Təqsirləndirilən şəxs3, Şahid1 Camalladin oğlu və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə birlikdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 təhvil aldıqdan qısa müddət sonra, yəni 04 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində qrupun digər üzvləri Təqsirləndirilən şəxs3, Şahid1 Camalladin oğlu və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci ildən məcburi saxlanılan Zərərçəkmiş şəxs3 və xx.xx.2021-ci ildən məcburi saxlanılan Zərərçəkmiş şəxs2 04 sentyabr 2021-ci ildə mərkəzdən qaçmaq üçün hazırladıqları plan barədə məlumat əldə edib bu barədə həmin gün saat 14:23-də Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 ***-***- **-** nömrəsinə zəng edib xəbər vermiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la birlikdə dərhal mərkəzə qayıdacaqlarını ona, Təqsirləndirilən şəxs3, Şahid1 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynova bildirib onlar qayıdanadək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl-qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, ümumi cinayətkar niyyətə və məqsədə uyğun cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3, Şahid1 və təqsirləndirilən kimi tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Təqsirləndirilən şəxs1 aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olduqları mənzilin 2-ci mərtəbəsindəki otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əl-qollarını dəmir qandal və skoç-yapışdırıcı lentlərlə arxadan, habelə də ayaqlarını skoç-yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edib vəziyyətdən şüurlu istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış Zərərçəkmiş şəxs3 da eyni üsulla döyüb çoxsaylı zərbələr endirərkən, qrupun digər üzvləri- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 birlikdə mərkəzin yerləşdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanındakı fərdi yaşayış evinə gəlib zirzəmiyə endikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2la birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təxminən 04 sentyabr 2021-ci ildə saat 14:30-dan həmin gün saat 16:00-a kimi müddətdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə və intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Zərərçəkmiş şəxs1 sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ bud, sol bud və döş qəfəsin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 sağ bazu oynaqda qançır və sıyrıqlar ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin hema- toması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli eləcə də sağ bilək nahiyəsi və döş qəfəsi nahiyənin qançırları, sağ baldır nahiyənin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıqla müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 bu zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda acsusuz fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli müxtəlif bədən xəsarəti yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs3 yataq otağına qayıtmasına izacə versələr də, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 zirzəmidə saxlanılmasını davam etdirib, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Zərərçəkmiş şəxs1 mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyindən su verilməsi və qandalı açıb sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 05 sentyabr 2021-ci ildə saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la birlikdə “New Life” adlı mərkəzdən gedərkən Zərərçəkmiş şəxs1 bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanması göstərişini verdikdən sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs3, Şahid1 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birgə nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Zərərçəkmiş şəxs1 həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah kimi istifadə olunan əşya tətbiq etməklə zərərçəkmişlərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, qrupun digər üzvləri Şahid1, Təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci ildə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu heroin və metadon ilə kəskin zəhərlənməsi nəticədə ölümünə, habelə özü, eləcə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid1 və təqsirləndirilən şəxs kimi tanınanadək ölmüş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan sağlamlığına az ağır dərəcəli və sağlamlığının qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından, dərəcə- ləri təyin olunmayan, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib ağır nəticələrə səbəb olmuşdur. Məhkəmənin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8 apellyasiya şikayəti verərək, hökmün Elvüsar Hüseynova aid hissədə ləğv edilməsini və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, CM-nin 192.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan, ya xüsusi razılıq (lisenziya) tələb edildiyi halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət hesab edilir. "Lisenziyalar və icazələr haqqında” ARnın Qanununun preambulasında qeyd edilir ki, X33 94-cü maddəsinin İ hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycanda sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qeyd edirik ki, həmin qanun eyni zamanda 1, 2 və 3 saylı Əlavələrdən ibarətdir ki, həmin Əlavələrdə xüsusi lisenziya tələb olunan fəaliyyət sahələri birbaşa göstərilmişdir, həmin sahələrin içərisində psixoloji yardım üzrə lisenziyanın tələb edilməsinə dair hər hansı göstəriş mövcud deyil. Verilmiş ittihama görə o cümlədən təqsirləndirilən Təqsirləndirilən şəxs2 özəl tibbi fəaliyyətlə məşğul olmuş, lakin buna dair lisenziya əldə etməmişdir. Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən şəxslər narkotik vasitələrdən sui-istifadə edən şəxslərə psixoloji dəstək göstərmiş və fəaliyyətləri yalnız bu istiqamətdə olmuş, onların əlində əsas tutduqları "12 addım" proqramı dünya təcrübəsində geniş istifadə edilməkdədir. Bu fəaliyyət özündə hər hansı tibb personalının müdaxiləsini və ya tibbi preparatların tətbiqini nəzərdə tutmamaqla, narkotik vasitələrdən sui-istifadə edən şəxslərin düşdüyü vəziyyətdə eyni ilə onların vəziyyətində olmuş şəxslərin psixoloji dəstəyinin alınmasından ibarətdir. Bu fəaliyyət özündə tibbi fəaliyyəti əks etdirmədiyindən, "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən hər hansı lisenziyanın alınması tələb edilmir. Üstəlik ittiham Aktından görünür ki, Təqsirləndirilən şəxs2 əməlində "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanunun tələbləri ilə uyğunsuzluq olmuşdur. Həmin Qanunun preambulasına görə Qanun narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələr və bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Hazırki cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslərə və eyni zamanda Mərkəzdə olmuş şahidlərə münasibətdə tibbi xarakterli tədbirlər tətbiq edilməmiş, onlar Mərkəzdə tibbi müayinələrdən keçməmiş və tibbi müalicə almamışlar, psiloloji dəstək zamanı onlara tibbi preparatlar yazılmamış və istifadə edilməmişdir İttiham lisenziyanın alınması və Mərkəzin özəl tibb müəssisəi kimi göstərilməsi hissəsində tam əsassızdır. İş materialından göründüyü kimi, CM-nin 192.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə ittiham verilməsi üçün əsas iş materialında olan şahid ifadələri və Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X9 baş məsləhətçiləri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəsis rəyi olmuşdur. CPM-nin 124.2-ci maddəsində göstərilən sübutların siyahısında mütəxəssis rəyi yoxdur. Mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizanın 27 aprel 2022-ci il tarixli 9/2716 saylı rəyinə görə “New Life” Reabilitasiya Mərkəzinin aylıq dövriyyəsi, xərcləri və gəlirlərini müəyyən edilməsi üçün ilkin mühasibatlıq sənədləri olmadığı üçün (alğı-satqıya dair qaimə, faktura, VHF, ödəniş sənədləri, mədaxil,məxaric orderləri, əmək haqqı, bank xərcləri, DSMF ayırmalar, kommunal xərclər) ekspert tərəfindən məhz bu cür rəy verilmişdir. Məhkəmə mühasibatlıq-ekspertizasının rəyi bir mənalı şəkildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X17 baş məsləhətçiləri- X26 və X56 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinin mötəbərliyini şübhə altına salmışdır. Hazırkı cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılmaqla prosessual rəhbərliyi Baş prokurorun birinci müavini aparmışdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Baş prokurorun birinci müavininə tabe olan şəxslərdir. Belə olan halda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olan mütəxəssislər müstəqil rəy verə bilməzlər. Bundan başqa, mütəxəssis rəyində qeyd edilmiş xüsusatlar həqiqəti əks etdirmir və orda göstərilən rəqəmlərlə razı deyilik. Belə ki, mütəxəssis rəyi verilərkən reablitasiya mərkəzində xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək müddət ərzində müalicə alan şəxslərin verdikləri aylıq vəsaitlər düzgün hesablanmamış, Binəqədi rayonu Novxanı bağ massivi 559 ünvanda fəaliyyət göstərən Mərkəzin təmirinə hesablanmış pul vəsaiti qeyd edilməmiş, inventara çəkilmiş xərclər nəzərə alınmamış, hər evə aylıq bazarlığa görə çəkilmiş xərclər, bərbərə verilən pullar, kommunal xərclər, hər növbədə dəyişdiriləndə işçilərə verilən yol pulu və əmək haqqları düzgün hesablanmamışdır. Mütəxəsis rəyində 43 nəfər şəxsə münasibətdə 2021-ci il üçün müəyyən edilmiş yaşayış minumumun məbləği aylıq olaraq 207 manat hesablanmaqla cəmi 22.149,00 manat olması qeyd edilmişdir. Bu məbləğ inandırıcı deyil. Belə ki, ünvan 5 ünvanlarda yerləşən fərdi yaşayış evlərində müalicə alan şəxslərə görə cəmi hər ay 4500-5000 manat bazarlıq edilmişdir. Bundan başqa işçilərin əmək haqqı hesablanarkən Şahid19 adlı işçiyə hər ay 600 manat olmaqla cəmi 2400 manat ödənilməsi nəzərə alınmamış, yəni əmək haqqı ilə bağlı xərcləri 16.800,00 manat deyil 19.200 manat olmuşdur. Yaşayış minimumu barədə Qanuna görə minimum istehlak səbətinə insanın sağlamlığı və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu, yaşayış minimumumuna isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma kimi anlayış verilmişdir. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, 2021-ci il üçün isə ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat müəyyən olunmuşdur. Göründüyü kimi məhkəmə özü də razılaşmışdır ki, iş üzrə rəsmi maliyyə sənədləri mövcud deyildir. Belə olan halda məhkəmənin hansı əsasla ittihamın özünün mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis fikri ilə razılaşdığını, lakin iş üzrə təyin edilmiş məhkəmə-mühasibathq ekspertizasının 27 aprel 2022-ci il tarixli, 9/2716 saylı rəyi rəyi ilə razılaşmadığını əsaslandırmamışdır. Bundan başqa iş üzrə 11 mart 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli, 216 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi olan çapıq aşkar edildi. Həmin xəsarət uzunsov formalı bərk küt əşya təsirindən əmələ gəlmiş, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixi və şəraiti inkar etmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 alın nahiyyəsində olan çapıq izin, üç il öncə, məhəllədə Şahin adlı şəxsə mübahisəsi zamanı, sonuncunun odun parçası ilə ona xəsarət yetərməsi nəticəsində aldığını, bu barədə istintaqa və ekspetə də məlumat verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 münasibətdə ekspertiza hadisə baş verən xx.xx.2021-ci ildən 07 aydan artıq müddət keçdikdən sonra aparılmışdır. Bu hallar ekspertizanın nəticələrini şübhə altına almaqla yanaşı, eyni zamanda zərərçəkmiş şəxslərə təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən hər hansı xəsarət yetirilmədiyini təsdiq edir. İş materialından və şahid ifadələrinə əsasən, Təqsirləndirilən şəxs2 sözügedən müəssisəni xx.xx.2021ci ildə, axşama doğru saatlarda tərk etmişdir. Belə ki, onun həmin gün doğum günü olmuş və məclis təşkil edilmiş, müsəssisədə psixoloji yardım alan hər kəs şənlikdə yaxından iştirak etmiş, buna dair videogörüntülər istintaq tərəfindən iş materiallarına əlavə edilmişdir. Növbəni xx.xx.2021-ci ildə səhər saatlarında təhvil verməli olmasına baxmayaraq, doğum günü ilə bağlı Təqsirləndirilən şəxs2 hadisədən bir gün əvvəl xx.xx.2021-ci ildə müəssisəni tərk etmiş və həmin ünvana bir də səhəri gün gəlmişdir. Belə ki, işin 6-cı cildinin 56-107-ci səhifəsində olan xx.xx.2021-ci il tarixli "Diskə baxış keçirilməsi barədə" prokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəsinin anten məlumatlarının ələ keçirilməsi ilə müəyyən edilir ki, xx.xx.2021-ci ildə saat 19:40-a Novxanı bağlar massivində Mərkəzi tərk etmiş və həmin gün qayıtmamışdır. Bundan başqa anten məlumatlarına əsasən xx.xx.2021-ci ildə saat 16:07-də Novxanı bağlar massivində Mərkəzə gəlmişdir. Təqsirləndirilən şəxs2 Mərkəzdən hadisədən bir gün əvvəl getmiş və oraya qalnız xx.xx.2021-ci ildə saat 16:07-də radələrində qayıtmış, onda hansı qabaqcadan əlbir olan bir qrup şəxsdən söhbət gedə bilər? CM-nin 145.3-cü maddəsi ilə verilmiş ittihama və məhkəmə hökmünə münasibətdə qeyd edilməlidir ki, ittiham aktına əsasən Elvüsal Hüsenov xx.xx.2021-ci ildə saat 14:30-dan 16:00-a kimi digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs kimi zərərçəkmiş şəxsləri adam oğurluğu ilə bağlı olmayan azadlıqdan məhrumetməklə onlara bədən xəsarətləri yetirmişdir. Cinayət işinin 6-cı cildinin 56-107-ci səhifəsində olan xx.xx.2021-ci il tarixli "Diskə baxış keçirilməsi haqqında" prokola əsasən, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrənin anten məlumatlarının ələ keçirilməsi ilə müəyyən edilir ki, xx.xx.2021-ci ildə saat 19:40-a Novxanı bağlar massivində Mərkəzi tərk etmiş və həmin gün qayıtmamışdır. Anten məlumatlarına əsasən xx.xx.2021-ci ildə saat 14:26-da Təqsirləndirilən şəxs2 Binəqədi rayonu Dərnəgül qəsəbəsi Neft prospekti 30/68 ünvanında saat 14:57-də Binəqədi qəsəbəsi 3-cü mədən ünvanında, saat 15:07-də ünvan 8aat 16:07-də Novxanı bağlar massivinə Mərkəzə gəlmişdir. Bundan sonra saat 16:33-də Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanda olmuşdur. Mərkəzdən Masazır qəsəbəsinə getmək üçün azı 15-20 dəqiqə tələb olunur, o zaman aydın olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021 -ci ildə Mərkəzdə cəmi 6 dəqiqə olmuşdur. İttiham aktında Təqsirləndirilən şəxs2 14:30-dan 16:00-a kimi Mərkəzdə olması halı öz təqsirini tapmır. CM-nin 145.3-cü maddəsi ilə cinayət əməli şəxsin azaddığının məhdudlaşdırıldığı, yəni şəxsin iradəsinə uyğun hərəkət etmək imkanından məhrum edildiyi andan bitmiş hesab olunur. İrəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir bir qrup şəxs kimi zərərçəkmiş Zərərçəkmiş şəxs3 azadlığını xx.xx.2021-ci ildən, Zərərçəkmiş şəxs2 azadlığını xx.xx.2021-ci ildən, digər zərerçəkmişlər Zərərçəkmiş şəxs4 və Hüseynov Məm- mədovun azadıqlarını xx.xx.2021-ci ildə məhdudlaşdırmaqla yekunda Zərərçəkmiş şəxs1 ehtiyat- sızlığından ölümünə, habelə bütün zərərçəkmişər üçün digər ağır nəticələr doğuran müxtəlif dərəcəli bədən xəsarətlər yetirilməsinə nail olmuş, məhkəmədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 nə əvvəllər, nə də xx.xx.2021-ci ildə Mərkəzdən qaçmaq niyyətlərini oldığını bildirmiş və heç kimin onları zorla, azadlıqlarını məhdudlaşdırmaqla Mərkəzdə saxlamadığını göstərmişlər. Zərərçəkmiş şəxs4 də Mərkəzdən qaçmaq niyyətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 münasibətdə istintaqın istinad etdiyi, həmin şəxslərin Mərkəzdən getmək qərarına gəldikləri və zorla saxlanıldıqlarına münasibətdə şahid ifadələri və həmin şəxslərin özlərinin ifadələrindən məlum olur ki, ittiham istinad etidiyi tarixlərdə növbədə olan şəxslər sırasında Təqsirləndirilən şəxs2 olmamışdır. Həmin şəxslərin ifadələrini və göstərilən tarixlərdə Təqsirləndirilən şəxs2 Mərkəz olmamasını nəzərə alıb onun kiminsə azadlığının məhdudlaşdırılmasında iştirak etmədiyi açıq-aşkardır. Hadisə günüxx.xx.2021-ci il tarixə münasibətdə ittihamda yazılanlar öz təsdiqini tapmış olsaydı belə, o zaman nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs2 hadisə zamanı olmamış və kimsənin azadlığını məhdudlaşdırmamış, əl-qolunu bağlamamış və ua bu barədə göstəriş verməmişdir. Belə olan halda 145.3-cü maddənin zəruri əlaməti - adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə halı hazırki vəziyyətdə Təqsirləndirilən şəxs2 əməlində mövcud deyildir. Bu mənada ona qarşı verilmiş ittiham tamamilə əsassızdır. İş üzrə mərhum Zərərçəkmiş şəxs1 barədə 05 sentyabr 2021-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 167 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 meyitində sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması, sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısın arxa səthinin, qarının ön səthinin qançır hematomaları, üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qamçırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağının və boyun nahiyəsinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən 1-2 gün əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, dərəcələrinə görə İİİ daraq sümüyü başının sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə malikdir, sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ bud, sol bud və döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançır hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, qançırlar və sıyrıqlar ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmur. Həmin xəsarətlərin ölümlə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakteri və lokazizasiyalarına görə demək olar ki, xəsarətlər insan bədənin hissələri (yumruq, təpik və sair) və uzunsov formalı bərk küt əşya ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərlər. Onun ölümünə səbəb tiryək qrupa aid morfin adlı alkoloidin sintetik analoqu heroin və metadon ilə kəskin zəhərlənmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən, ölümü meyitin meyitxanada müayinəsi başlanandan 4-6 saat əvvəl baş vermiş və xəsarət yetirilərkən xəsarət yetirən şəxsin (şəxslər) onunla müxtəlif vəziyyətlərdə (üzbəüz, arxadan, yan tərəfdən, s.) ola bilər. Meyitdə aşkar edilmiş xəsarətlərin işgəncə vermə xarakterli olub-olmamasının təyini məhkəmə-tibbi ekspertinin səlahiyyətlərinə aid deyil. Zərərçəkmiş şəxs1 meyitində olan xəsarətlərin xarakteri və lokazlizasiyasına görə demək olar ki, həmin xəsarətlər onun öz boyu hündürlüyündən yıxılıb yerin bərk səthinə dəymə nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Meyitindən götürülmüş qan və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu heroin və metadon aşkar edilmişdir. İş materialında 4-cü cild, səhifə 220-də yerləşən ekspertiza rəyinin birinci səhifəsindən görünür ki, meyitin müayinəsi saat 16:00-18:00 aralığından aparılmışdır. Mərhum barəsində 19 oktyabr 2021-ci il tarixli qərarla təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2021-ci il tarixli 34/167 saylı rəyi ilə müəyyən edilmişdir ki, miqdarı tədqiqatın texniki səbəblərdən aparılması mümkün olmadığından onun təxminən nə vaxt, hansı dozada narkotik vasitə (heroin və metadon) istifadə etməsini müəyyən etmə mümkün olmamışdır. Konkret şəxs üçün narkotik vasitənin hansı dozada ölümə səbəb ola bilməsini müəyyən etmək mümkün deyil, yəni hər bir istifadəçi üçün letal doza individualdır. Hər bir narkotik vasitə insan orqanizmi üçün təhlükəlidir. Heroin və müalicə məqsədi üçün seçilmiş dozadan artıq qəbul edilmiş metadon insan orqanizmi üçün yüksək təhlükə kəsb edən preparatlardır. Narkomaniyaya düçar olan xəstələrdə göstərilən heroin və metadon onlar tərəfindən venadaxili, əzələdaxili və perolal yolla qəbul olunur. Meyitin bədən səthində inyeksion yolla narkotik vasitənin yeridilməsinə xarakterik inyeksiya izi və ya izlər aşkar olunmadı. Əksər hallarda heroinin 1 dozasının perolal qəbulu vaxtı eyforiya müddəti 5 saat ərzində, metadonun 01 dozasının peroral qəbulu zamanı aktiv təsiri 24-36 saat ərzində davam edir. Lakin istifadə növü dəyişdirildikdə, yəni venadaxili qəbulu zamanı maddələrin aktiv təsiri güclənir, daha intensiv olur, lakin orqanizmdə parçalanma müddəti azalır. Qəbul edilmiş heroin və metadonun insan orqanizmdə qalma müddəti individualdır. Mərhumun meyitindən götürülmüş qanda və sidikdə aşkar olunmuş heroin və metadonun nə vaxt qəbul etdiyini təyin etmək mümkün deyil. Meyitindən götürülmüş qanda və sidikdə heroin və metadonun aşkar edilməsi ona dəlalət edir ki, bu maddələri sağlığında qəbul etmişdir. Rəyin məzmunundan aydın olur ki, mərhum ölüm vaxtı xx.xx.2021-ci ildə saat 12:00 radələrinə təsadüf edir, ölümünə səbəb tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmə olmuş, zəhərləmə isə onun ölümündən 5 saat əvvəla təsadüf edir. İş materialında anten məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci ildə saat 16:07 radələrində Mərkəzdə olmuş, 6 dəqiqəyə kimi orada olduqdan sonra çıxıb getmişdir. Şahidlər və zərərçəkmişlər, o cümlədən təqsirləndirilən şəxslərin ifadələrinə əsasən Təqsirləndirilən şəxs2 Mərkəzdən gedərkən Zərərçəkmiş şəxs1 sağ olmuşdur. Bu halda Təqsirləndirilən şəxs2 onun ölümü ilə hər hansı əlaqəsi yoxdur və təqsirləndirilənin əməli ilə səbəbli əlaqə mövcud deyildir. Məhkəmənin hökmü ilə razılaşmayan məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verərək, hökmün məhkuma aid hissədə dəyişdirilməsi və Təqsirləndirilən şəxs5 barəsində cinayət işinə xitam verilməsi barədə qərarçıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs5 zərərçəkmişlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi məhkəmədə sübutlarla öz təsdiqini tapmadı. Belə ki, nə istintaqda və nə də məhkəmədə zərərçəkmişlər Təqsirləndirilən şəxs5 onlara hər hansı xəsarət yetirdiyi barədə ifadə verməmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində ona heç kim xəsarət yetirmədiyini, istintaqda verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını bildirmiş, onun adından yazılmış ifadədən imtina etmiş, ona təqirləndirilən şəxslərin zərər vurulmadığı barədə ərizəsini təqdim etmişdir. İstintaqakı ifadəsində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs5 ona qarşı törətdiyi hərəkətləri özünün iradə ifadəsi kimi deyil, hökmlə təqsirliliyi müəyyən edilən Təqsirləndirilən şəxs3 təsiri altında, qorxusundan ozunə qarşı cinayəti törətdiyini göstərmişdir. Bu isə onun hökmlə qəsdən törətdildiyi müəyyən edilən cinayət hadisəsinin törədilməsində niyyətinin olmadığına, həmin cinayətin elə hökmün sübutundan da göründüyü kimi Təqsirləndirilən şəxs3 qorxusundan törətdiyini təsdiq edir. Məhkəmənin istinad etdiyi Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsindən görünür ki, döyüldüyü və azadlqıdan mərhum edildiyi zaman gözləri açıq olmuşdur. Zərərçəkmiş şəxs2 ona xəsarət yetirən şəxsləri və kimin hansı xəsarəti yetirdiyini, kimin ona hansı niyyətlər xəsarət yetirdiyini görmək, dərk etmək və anlamaq iqtidarında olmuş, ibtidai istintaqda bütün bu xüsusatlar müstəntiq tərəfindən müəyyən edilməmiş, Təqsirləndirilən şəxs5 hətta Təqsirləndirilən şəxs3 qorxusundan Zərərçəkmiş şəxs2 bədəninin hansı nahiyyələrinə və hansı xarakterli xəsarətlər yetirdiyi dəqiqləşdirilməmişdir. Məhkəmədə Sərxanın Zərərçəkmiş şəxs2 qarşı hansı əməlləri törətdiyini dəqiqləşdirmək imkanından məhrum olmuş, yəni Zərərçəkmiş şəxs2 ittihamda təsvir olunan cinayətin ona qarşı törədilməsi barədə məhkəməyə ifadələr vermişdir. Məhkəmə zərərçəkmişin məhkəmədə verdiyi ifadəsini deyil, istintaqa verdiyi ifadəsini əsas götürməsinin səbəbini hökmdə açıqlamamış, məhkəmə sübutların birinə deyil digərinə istinad etdiyini də əsalandırmamşdır. Zərərçəkmiş şəxs4 məhkəmədə verdiyi ifadəsində ona heç bir şəxs tərəfindən xəsarət yetirilmədiyini, istintaqda verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını bildirmiş, adından yazılmış ifadədən imtina etmiş, ona Sərxan tərəfindən zərər vurulmadığı barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəmədə ifadəsində ona xəsarət yetirilmədiyini, istintaqda verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını, istintaqda adından yazılmış ifadədən imtina etmiş və ərizəsini məhkəməyə vermişdir. Məhkəmə hökmü ilə razılaşmayan məhkum Təqsirləndirilən şəxs5 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs4 apellyasiya şikayəti verərək, cəzasından narazı olduğunu, özünü ümumiyyətlə təqsirli bilmədiyini və onun cinayət əməlinin sübuta yetirilmədiyini göstərməklə, işinə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan məhkum Təqsirləndirilən şəxs4 müdafiəçiləri- Müdafiəçi10 və Müdafiəçi9 birlikdə imzalamaqla apellyasiya şikayəti verərək, məhkəmə hökmünün Təqsirləndirilən şəxs4 aid hissədə ləğv edilməsini və Cinayət Məcəlləsinin 133.2.1. 133.2.3. 133.2.4. 133.2.6 xə 145.3-cü maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normasının dispozisiyasından görünür ki, CM-nin 133-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin baş vermiş hesab edilməsi üçün aşağıdakı əməl (hərəkət və ya hərəkətsizlik) edilməli: mütəmadi qaydada döymə, ya mütəmadi qaydada sair zorakı hərəkətlər. Bu əməl isə yekunda mütləq şəkildə güclü fiziki ağrı xə ya psixi iztirab ilə nəticələnməldir.Həmin əməl CM-nin 126 və 127-ci maddələrində olan nəticələrə səbəb olmamalı, hazırki cinayət əməli maddi tərkibli cinayət hesab edilir. İlkin zəruri əlamət mütəmadilik hesab edilir. Mərhum Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlərə münasibətdə təqsirləndirilən Təqsirləndirilən şəxs4 təqsirli olub-olmaması məsələsindən əlavə xəsarətlərin mütəmadi yetirilməsi və bu zaman zərərçəkıııiş şəxsə münasibətdə güclü fiziki ağrı və ya psixi istirab verməsi zəruri, yalnız bu halda Zərərçəkmiş şəxs1 münasibətdə əzab vermə cinayətinin tərkin əlamətləri mövcud olmuş olacaqdır. Məhkəmənin yuxarıda göstərilən mövqeyində bu hal əks edilmir. Məhkəmə əzab vermə cinayətin zəruri əlamətinin sərgilədiyi mövqedə olmamasına diqqət yetirməmiş və əmələ düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs4 zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 uzun müddət qidadan və sudan məhrum edilməklə təbii ehtiyaclarının görülməsinə icazə verilmədən şəraitsiz yerdə saxlanılmaları, onlara qarşı törədilmiş intensiv və davamlı təsir göstərən və bu zaman güclü fiziki ağrı və ya psixi iztirablar verən tək-tək zorakı hərəkətlər edilməsində rolunun, hərəkət və ya hərəkətsizliyinin nədən ibarət olmasına hər hansı açıqlama verilməmiş, qiymətləndirmə aparılmamışdır. Məhkəmə təqsirkarın iki və ya daha çox şəxsə qarşı əzab verməyə yönələn hərəkəti vahid qəsdlə əhatə edilməli olduğunu və bunun bir qayda eyni vaxtda həyata keçirildiyini hesab edir. Bu vaxt qabaqcadan əlbirliyə hüquqi qiymət verən məhkəmə bu vahid niyyətin cinayət törədilənədək razılığa gələn iki və va daha çox şəxsin iştirakı ilə həyala keçirilməli olduğunu və bu halda qrupun hər bir üzvünün cinayətin icraçısı kimi çıxış etdiyini hesab edir. Deməli, məhkəmə mövqeyi ilə razılaşsaq, Təqsirləndirilən şəxs4 zərərçəkmişlərə əzab vermək üçün digər təqsirləndirilən şəxslərlə hadisədən hələ aylar öncə razılaşmalı, vahid qəsdlə əhatə olunan, mütəmadi şəkildə zərərçəkmiş şəxslərə müxtəlif bədən xəsarətləri və ya psixi istirab verməliydi. Təqsirləndirilən şəxs4 digər təqsirləndirilən şəxslərləə qabaqcadan əlbir olmuş bir qrup şəxs kimi vahid qəsdlə əhatə olunan və zərərçəkmişlərə əzabvermə kimi cinayət əməlini törətməsi üçün öncədən birləşdiriyini iddia etmək absurdur. İş materiallarından da görünür ki. Təqsirləndirilən şəxs4 özü uzun müddət narkotik vasitələrin istifadəsi nəticəsində yaranmış narkotik asılılığından müalicə almaq niyyətilə “12 addım” Proqramının tətbiq edildiyi müəssisəyə müraciət elmiş və əvvəli Maştağa qəsəbəsində, sonra Nabranda həmin müəssisədə psixoloji vardım almış və asılılıqdan azad olmuşdur. Sonra bu sahədə qazandığı təcrübəni “12 Addım” Proqramının məzmunundan irəli gələrək digər psixoloji yardım alan şəxslərlə bölüşmüş, Nabranda fəaliyyət göstərən müəssisənin fəaliyyətini dayandırması halında, bir neçənin müalicəni eyni şəraitdə davam etdirməyə birlikdə Bakıya qayıtmış, ilk öncə AF hoteldə, sonra ünvan 10 ünvanda özlərinin şəxsi vəsaitləri hesabına yaşamaq üçün avadanlıqlarla təmin edərək köçmüşlər. İstintaq və məhkəmədə ifadə vermiş əksər şahidlər iladəsindən görünür ki, müəssisədə heç kimə əzab verilməmiş, heç kim nalayiq, ləyaqəti alçaldan rəftara məruz qalmamış, psixoloji dəstək alan şəxslər bir ailə kimi olmuş və hamılıqla düçar olduqları bəladan azad olmağa çalışmışlar. İşin bu halını eyni zamanda təxminən 50 civarında valideynin istintaqa və məhkəməyə ünvanladığı məktublar da təsdiq edir. Belə olan halda, Təqsirləndirilən şəxs4 zərərçəkənlərə əzabvermə üçün digər şəxslərlə qabaqcadan əlbir olan qrup yaratması və onlarla bu məqsədlə xəsarət və psixi istirab yetirməsini iddia elmək absurddur və bu hal cinayət işinin materialların, işdə olan digər mötəbər sübutlarla təkzib olunur. Bundan başqa, 133.2.l-ci maddəsinin dispozisiyasından göründüyü kimi həmin halda əzab vermə cinayəti iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən ya oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədilməlidir. Belə bir hal isə iş materiallarında olmamışdır. X34 istintaqda öz ifadəsində, o cümlədən məhkəmədə xx.xx.2022-c i ildə verdiyi ifadəsində göstərmişdir ki, hər hansı kənar təsir və müdaxilə olmadan, Mərkəzdə olduğu xx.xx.2023-cü ildə öz qollarını məftil vasitəsilə kəsməklə özünə xəsarət yetirmiş, ona ünvanlanmış ekspertə özünüzə xəsarət yetirməniz barədə məlumat vermişdiniz sualına, "Yox" deyə cavablandırımışdır. Nəticədə ekspert xx.xx.2023-cü ildə zərərçəkmiş Zərərçəkmiş şəxs3 özünə yetirdiyi xəsarətlərin yeri və tarixi barədə yanlış rəyə gəlmişdir. İfadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü ildə onun əllərinin Turan adlı şəxs tərəfindən özbaşına bağlandığını, onun tərəfindən kürək və bədənin digər nahiyələrinə bir neçə xəsarət yetirildiyini, daha sonra əllərinin Təqsirləndirilən şəxs3 açdığını bildirmişdir. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli 216 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi olan çapıq aşkar edilmişdir. Qeyd olunan xəsarət uzunsov formalı bərk küt əşyanın təsirindən əmələ gəlmiş, müddəti təsviri hissəsində göstərilən tarixi və şəraiti inkar etmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmədə verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 alın nahiyyəsində olan çapıq izinin, üç il öncə, məhəllədə Şahin adlı şəxsə mübahisəsi zamanı onun odun parçası ilə ona xəsarət yetərməsi nəticəsində aldığını və bu barədə istintaqa və ekspetə məlumat verdiyini bildirmiş, Zərərçəkmiş şəxs4 münasibətdə ekspertiza hadisə baş verən xx.xx.2021-ci ildən yeddi aydan artıq müddət keçdikdən sonra aparılmış, Bu hal ekspertizanın nəticələrini şübhə altına almaqla yanaşı, eyni zamanda zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs4 hər hansı xəsarət yetirilmədiyini də təsdiq edir. İsin materiallarından və şahid ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs4 ölüm hadisəsi baş verən gün ümumiyyətlə həmin müəssisədə olmamışdır. Bir halda ki, Təqsirləndirilən şəxs4 hadisə vaxtı orada olmamışsa, hansı qabaqcadan əlbir bir qrup şəxsdən söhbət gedə bilər? İttihamın CM-nin 145.3-cü maddəsi ilə hissəsinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işdə olan sübutlarla uzlaşmır, bir hissədə digər mövqeyi ilə ziddiyyət təşkil edir, bir hissədə hüquqi mövqeyi səsləndirsədə tətbiq etmir. Məhkəmədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 heç vaxt Mərkəzdən qaçmaq niyyətləri olmamasını qeyd etməklə yanaşı, Zərərçəkmiş şəxs2 daha öncə, yəni 10 iyun 2021-ci ildə Mərkəzdən könüllü çıxdığını, sonra həmin gün çıxmasına peşiman olduğunu və geri könüllü qayıtmağa üzünün gəlmədiyini, bunun üçün atası Yaşar Həsənova zəng vurduğunu, öz yerini dediyini və gəlib aparmaları üçün atası X35 uşaqlardan xahiş etməsini, Yaşar Həsənovun da oğlunun bu xahişinə əsasən Mərkəzdəki konsultantlarla əlaqə saxladığını, onlardan oğlunun geri qayıtmasına şərait yaramasını xahiş etdiyini, onun xahişi ilə oğlu Zərərçəkmiş şəxs2 Mərkəzə yenidən qəbul edildiyini və psixoloji yardım almağa davam etdiyini bildirmişdir. Bu hal Zərərçəkmiş şəxs2 atası Yaşar Həsənovun ifadəsi ilə də öz təsdiqini tapmışdır. Üstəlik Zərərçəkmiş şəxs2 və məhkəmədə ifadə vermiş şahidlər növbədə olan Elgiz olduğunu, həmin tarixdə Təqsirləndirilən şəxs4 növbədə olmadığını bildirmişlər. Bu halda Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs2 azadlığını xx.xx.2021-ci ildən qabaqcadan əlbir olan bir qrup şəxs halında həyata keçirməsini iddia etmək absurddur. Bu hal iş maleriaİi ilə təkzib edilir. Belə halda zərərçəkənlərə münasibətdə Təqsirləndirilən şəxs4 azadlığın qanunsuz məhdudlaşdırılması ilə əlaqəli ittihamın verilməsi qanunsuzdur. Məhkəmənin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, hökmün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini və onun barəsində CPM-nin 39.1.1, 39.1.2 , 39.2, 42.1.1, 42.1.2, 42.1.3 və CM-nin 14.2 və 38.1-ci maddələrinə görə bəraət hökmünün çıxarılmasını, habelə məhkəmə hökmün onun adına olan “Chevrolet Cruze” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq dövlət nəfinə müsadirə edilməsinə dair hissədə ləğv edilməsini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X9 mütəxəssisləri- X26 və X56 tərəfindən verilmiş rəyin, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrinin sübutlar siyahısından çıxarılması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xeyli miqdar təşkil edən cəmi 81.021,00 manat qanunsuz gəlir əldə edib şəxsi məsrəflərinə sərf edərək Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçota) alınmadan və xüsusi razılıq (lisenziya) tələb edildiyi halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair verilmiş ittiham və hökmdə qey edilənlərlə razı deyilik. Belə ki, iş materialına əsasən, CM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilən şəxsə ittiham verilməsi üçün əsas iş materialındakı şahid ifadələri və Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X17 baş məsləhətçiləri X26 və X56 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəsis rəyi olmuş, məhkəmə CPM-in 124 və 125-ci madəllərinin tələblərini pozaraq xx.xx.2022-ci il tarixli mütəxəsis rəyini sübut kimi qiymətləndirmiş və həmin rəy əsasında qanunsuz ittiham hökmü çıxarmışdır. CPM-nin 124.2-ci maddəsində göstərilən sübutların siyahısında mütəxəssis rəyi yoxdur. CPM-nin 96.3-cü maddəsinə əsasən şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə mütəxəssis kimi təyin oluna və ya digər formada cəlb edilə bilməz. Mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. İş materialından görünür ki, məhkəməmühasibathq ekspertizası təyin edilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının 27 aprel 2022-ci ii tarixli rəyi ilə ‘‘New Life” Reabilitasiya Mərkəzinin əldə etdiyi gəlirlə bağlı xərc sənədləri olmadığından reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixi əhatə edən dövrdə aylıq dövriyyəsi, xərcləri və gəlirlərini müəyyən etmək mümkün olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə mühasibathq ekspertizasının 27 aprel 2022- ci il tarixli 9/2716 saylı rəyinə əsasən, “New Life” Reabilitasiya Mərkəzin aylıq dövriyyəsi, xərcləri və gəlirlərini müəyyən edilməsi üçün müvafiq ilkin mühasibathq sənədləri olmadığı üçün (alış-satışa dair qaimə, faktura, VHF, ödəniş səndləri, mədaxil,məxaric orderləri, əmək haqqı, bank xərcləri, DSMF ayırmalar, kommunal xərclər) ekspert tərəfindən müvafiq rəy verilmişdir. Ekspertizanın rəyi bir mənalı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəsis Təhliləri şöbənin baş məsləhətçiləri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəsis rəyin mötəbərliyini şübhə altına salmışdır. Həmin rəydə qeyd edilmiş xüsusatlar həqiqəti əks etdirmir, orda göstərilən rəqəmlərlə razı deyilik. Belə ki, mütəxəssis rəyi verilərkən reablitasiya mərkəzində xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək müddətdə müalicə alan şəxslərin verdikəri aylıq vəsaitlər düzgün hesablanmamış, Binəqədi rayonu Novxanı bağ massivi 559 ünvanda fəaliyyət göstərən obyektə görə ödənilmiş məbləğ düzgün göstərilməmiş, evin təmirinə hesablanmış vəsaiti qeyd olunmamış, inventara verilmiş məbləğ nəzərə alınmamış, hər evə aylıq bazarlığa görə çəkilmiş xərclər, bərbərə verilən pullar, kommunal xərcər, hər növbədə dəyişdiriləndə işçilərə verilən yol pulu və əmək haqqı düzgün hesablanmamışdır. “New Life” reabilitasiya mərkəzinin 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək dövrü əhatə edən müddətdə Şahid13 məxsus Binəqədi rayonu Novxanı bağ massivi 946a-da olan fərdi yaşayış evinin aylıq 1500- 1700 manat arası kommunal xərci olmuş, 04 ay ərzində həmin evdə su, işıq, qaz, internet və kabel televizayasına aylıq pul ödənilmişdir. Bu da cəmi 4 ay ərzində həmin evə görə 6000 manata kommunal xərlcərə ödənilmiş, digər Binəqədi rayonu Novxanı bağ massivi 559-da fəaliyyət göstərən evin kommunal xərci 600 manat olmuş və həmin evə görə 1200 manat kommunal xərc ödənilmişdir. İstintaq orqanı və məhkəmə tərəfindən Binəqədi rayonu Novxanı bağ massivi 946a və 559 ünvanlarda olan fərdi yaşayış evlərininə görə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilmiş kommunal xərclərin məbləğini müəyyən etmək üçün müvafiq olaraq Azərsu ASC-yə, Azərenerji ASCyə, Azərqaz İB-yə, müvafiq internet provayderinə və kabel televizyası şirkətinə sorğu verməli olduğu halda, bunu etməmiş və CPM-nin 8.0.3-cü maddəsində nəzərdə tutulmuş tam, hərtərfli və obyektiv araşdırma aparılması barədə müddəanı pozmuşdur. Hazırkı işin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılmış və prosessual rəhbərliyi Baş prokurorun müavini keçirmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları da vəzifəcə Baş prokurorun birinci müavininə tabe olan şəxslər olmuşdur. Belə olan halda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olan mütəxəssislər müstəqil rəy verə bilmək imkanları olmamışdır. Hal-hazırda müdafiəçisi olduğu şəxsə qanunsuz sahibkarlıqla bağlı ittiham verilməsi və barəsində hökm çıxarılması üçün onun qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması, qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində vurduğu ziyanın (əldə etdiyi gəlir) əlli min manatdan artıq olması sübut edilməlidir. Bunun üçün “New Life” reabilitasiya mərkəzin xərclərinin müəyyən edilməsi zəruridir. Buna icarə haqqları, kommunal xidmətlərə ödənilmiş məbləğlər, alınmış avadanlıqların vəsaitləri, orada müalicə alan şəxslərin qidalanması üçün ödənilmiş vəsaitlərin müəyyən olunması şərtdir. Lakin istintaq bunu etməmişdir. İş üzrə 14 aprel 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 27 aprel 2022-ci il tarixli rəyinə əsasən, “New Life” Reabilitasiya Mərkəzinin əldə etdiyi gəlirlə bağlı xərc sənədləri olmadığından reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixi əhatə edən dövrdə aylıq dövriyyəsi, xərcləri və gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Bu isə bir daha, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 aprel 2022-ci il tarixli 02/7-40 saylı məktub və məktuba əlavə edilmiş mütəxəssis rəyinin əsassız olduğuna əsas verir. Eyni ilə, “Lisenziyalar və İcazələr haqqında” AR Qanunda xüsusi lisenziya tələb olunan fəaliyyət sahələri birbaşa göstərilmiş, həmin sahələrin içində psixoloji yardım üzrə lisenziyanın tələb edilməsinə dair hər hansı göstəriş mövcud deyil. Üstəlik ittiham aktına əsasən, Təqsirləndirilən şəxs2 əməlində "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun tələbləri ilə uyğunsuzluq olmuşdur. Qanunun preambulasına görə Qanun narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq üçün narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. "Narkoloji xidmət və nəzarət haqqında" AR Qanununda istifadə edilmiş anlayışlardan görünür ki, narkoloji xidmət, narkoloji yardım digər xüsusatlarla yanaşı özündə tibbi tədbirlərin məcmusunu əks etdirir. Yənİ tibbi tədbirlərin olması həmin anlayışların zəruri əlamətidir. Bununla belə iş materiallarından görünür ki, zərərçəkmiş şəxslərə və eyni zamanda Mərkəzdə olmuş şahidlərə münasibətdə tibbi xarakterli tədbirlər tətbiq edilməmiş, onlar Mərkəzdə tibbi müayinələrdən keçməmişlər və tibbi müalicələr almamışlar, psiloloji dəstək zamanı onlara tibbi preparatlar yazılmamış və istifadə edilməmişdir. Bu mənada ittiham lisenziyanın alınması və hazırki Mərkəzin özəl tibb müəssisəi kimi göstərilməsi hissəsində tamamilə əsassızdır. Bundan başqa, cinayət işindən göründüyü kimi iş üzrə rəsmi maliyyə sənədləri mövcud deyildir. Belə olan halda məhkəmənin hansı əsasla iş üzrə ittihamın özünün mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis fikri ilə razılaşdığını, lakin təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 aprel 2022-ci il tarixli 9/2716 saylı rəyi rəyi ilə razılaşmadığı əsaslandırmamışdır. İttihamın Cinayət Məcəlləsinin 133.4-cü maddəsi ilə olan hissəsinə münasibətdə qeyd edilməlidir ki, mərhum Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlərə münasibətdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 təqsirli olub-olmaması məsələsindən əlavə, həmin xəsarətlərin mütəmadi olaraq yetirilməsi, bu zaman zərərçəkmiş şəxsə münasibətdə güclü fiziki ağrı və ya psixi istirab verməsi zəruridir, və yalnız bu halda Zərərçəkmiş şəxs1 münasibətdə əzabvermə cinayətinin tərkin əlamətləri mövcud olacaqdır. Məhkəmənin göstərilən mövqeyində isə bu hal əks olunmur. Məhkəmə əzabvermə cinayətinin zəruri əlamətinin sərgilədiyi mövqedə olmamasına diqqət yetirməmiş və əmələ düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin mövqeyindən aydın olur ki, məhkəmə təqsirkarın iki və ya daha çox şəxsə qarşı əzab verməyə yönələn hərəkətləri vahid qəsdlə əhatə edilməli olduğunu və və bunun bir qayda olaraq, eyni vaxtda həyata keçirildiyini hesab edir. Bu zaman qabaqcadan əlbirliyə də hüquqi qiymət verən məhkəmə həmin vahid niyyətin cinayət törədilənə qədər razılığa gələn iki və ya daha çox şəxsin iştirakı ilə həyata keçirilməli olduğunu və bu halda qrupun hər bir üzvünün cinayətin icraçısı qismində çıxış etdiyini hesab edir. Məhkəmənin mövqeyi ilə razılaşsaq Təqsirləndirilən şəxs1 zərərçəkmişlərə əzab vermək üçün digər təqsirləndirilən şəxslərlə hadisədən aylar öncə razılaşmalı, vahid qəsdlə əhatə olunan və mütəmadi zərərçəkmiş şəxslərə müxtəlif bədən xəsarətləri və ya psixi istirab yerməlidirlər. Təqsirləndirilən şəxs1 digər təqsirləndirilənlərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində, vahid qəsdlə əhatə olunan və zərərçəkmişlərə əzabvermə kimi cinayət əməlini törətməsi məqsədilə öncədən birləşdiriyini iddia etmək absurdur. Cinayət işində olan istintaqda və məhkəmədə ifadə vermiş əksər şahidlərin ifadəsindən görünür ki, müəssisədə heç kimə əzad verilməmiş, heç kim nalayiq, ləyaqəti alçaldan rəftara məruz qalmamış, psixoloji dəstək alan şəxslər bir ailə kimi mövcud olmuş və hamıhqla düçar olduqları bəladan azad olmağa çalışmışlar. Belə olan halda, Orucəli Əlheydərovun zərərçəkənlərə əzab vemrək məqsədilə digər şəxslərlə qabaqcadan əlbir olan qrup yaratması və şəxslərə xəsarət və psixi İstirab yetirməsini iddia etmək absurddur və bu hal cinayət işinin materialların, işdə olan digər mötəbər sübutlarla təkzib olunur. Bundan başqa iş üzrə 11 mart 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli 216 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi olan çapıq aşkar edildi. Qeyd olunan xəsarət uzunsov formalı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixi və şəraiti inkar etmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 alın nahiyyəsində olan çapıq izinin, üç il öncə, məhəllədə Şahin adlı şəxsə mübahisəsi zamanı, sonuncunun odun parçası ilə ona xəsarət yetərməsi nəticəsində aldığını, bu barədə istintaqa və ekspertə məlumat verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 münasibətdə ekspertiza hadisə baş verən xx.xx.2021-cİ ildən 07 aydan artıq müddət keçdikdən sonra aparılmış, Bundan ekspertiza nəticələrini şübhə altına almaqla yanaşı, zərərçəkmiş şəxslərə təqsirləndirilən Əlheydərov Orucəli tərəfindən hər hansı xəsarət yetirilmədiyini də təsdiq edir. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilənlərin əməllərinin tövsifi və onlara cəza istənilməsi ilə bağlı yekun sözündə CM-nin 133.2.4-cü maddədə cinayətin xüsusi tövsifedici maddəsi kimi nəzərdə tutulmuş təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs üçün törədildikdə müddəa təqsirləndirilən şəxslərin cinayətlərini ağırlaşdıran hal kimi AR CM-nin 61.1.7-ci maddəsinə əsasən göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, AR CM-nin 61.3-cü maddəsinə əsasən Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmiuş, cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən, təkrar nəzərə alma bilməz. Belə olan halda dövlət ittihamçısının köməksiz vəziyyətdə olmaqla bağlı halı ağırlaşdıran hal kimi göstərməsi əsassızdır. Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci ildə təqsirləndirilənlərin mobil nömrələrinə 01 yanvar 2018-ci ildən 14 sentyabr 2021-ci il tarixədək dövrdə daxil olan və çıxan zənglər, nömrələrə daxil olan və həmin nömrələrdən göndərilən yazılı mesajların mətnləri, eləcə də əlaqə saxlayan və saxlanılan telefonların anten dairələri barədə məlumatların ələ keçirilməsinə dair qərar çıxarmışdır. Tərtib edilmiş protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs1 hadisənin olduğu 4 sentyabr 2021-ci ildə reabilitasiya mərkəzlərinə yalnız bir saatlıq gəlib geri qayıtmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 saat 13:17 radələrində ünvan 12 ünvanda olmuş, saat 15:11-də Novxanı ərazisində reabilitasiya mərkəzinin yerləşdiyi bağ evində olmuş, artıq saat 16:33 radələrində Binəqədi-Novxanı şossesində yola düşmüşdür. Bu da cinayətin baş verdiyi vaxt Təqsirləndirilən şəxs1 reabilitasiya mərkəzində olmadığını sübut edir. Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmiş və müsbət xarakterizə edilir, öhdəsində bir xəstə anası var. Cəza təyin olunarkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəsizlik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzani yüngülləşdirən halları, habelə cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə, nəzərə almalıdır. CM-nin 145.3-cü maddəsi ilə verilmiş ittihama və məhkəmə hökmünə münasibətdə qeyd edilməlidir ki, məhkəmənin mövqeyi bir hissədə iş materialındaki mötəbər sübutlarla uzlaşmır, bir hissədə məhkəmənin digər mövqeyi ilə ziddiyyət təşkil edir, bir hissədə isə hüquqi mövqeni səsləndirsə də, onu tətbiq etmir. Məhkəmə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 heç bir vaxt Mərkəzdən qaçmaq niyyətlərinin olmamasını qeyd etməklə yanaşı, Zərərçəkmiş şəxs2 daha öncə, yəni 10 iyun 2021-ci ildə Mərkəzdən könüllü çıxdığını, daha sonra həmin gün çıxmasına peşiman olduğunu, geri könüllü qayıtmağa üzünün gəlmədiyini, bunun üçün atası Yaşar Həsənova zəng vurduğunu, öz yerini dediyini və onu gəlib aparmaları üçün atası X35 uşaqlardan xahiş etməsini, Yaşar Həsənəvun da oğlunun bu xahişinə əsasən Mərkəzdəki konsultantiarla əlaqə saxladığını, onlardan oğlunun geri qayıtması üçün şərait yaradılmasım xahiş etdiyini, onun xahişi ilə oğlu Zərərçəkmiş şəxs2 Mərkəzə yenidən qəbul edildiyini və psixoloji yardım almağa davam etdiyini bildirmişdir.Bu hal Zərərçəkmiş şəxs2 atası Yaşar Həsənovun ifadəsi ilə öz təsdiqini tapır.Üstəlik Zərərçəkmiş şəxs2 və məhkəmədə ifadə vermiş şahidlər növbədə olan şəxsin Elgiz olduğunu, Təqsirləndirilən şəxs1 növbədə olmadığını bildirmişlər. Belə olan halda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 azadlığını xx.xx.2021-ci ildən qabaqcadan əlbir olan bir qrup şəxs şəklində həyata keçirməsini iddia etmək absurddur. Bu hal cinayət işinin materialları ilə təkzib olunur. Zərərçəkmiş şəxs3 münasibətdə sonuncu məhkəmə gedişində verdiyi ifadəsində 28 iyun 2021-ci ildə özünə xəsarət yetirməsinin narkotik istəyindən irəli gəldiyini, yarasının dərhal bağlanıldığını, ona yardım göstərildiyini bildirmiş və həmin zaman Mərkəzdən getmək niyyətinin olmadığını, özünə xəsarəti də bu məqsədlə yetirmədiyini bildirmişdir. Belə olan halda zərərçəkənlərə münasibətdə Təqsirləndirilən şəxs1 azadlığın qanunsuz məhdudlaşdırılması ilə əlaqəli ittiham verilməsi qanunsuz və əsassızdır. Sadalananlara əsasən, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 münasibətdə məhkəmə sonuncuların azadlıqlarının qanunsuz 04 sentyabr 2021-ci ildə onların Mərkəzdən qaçmaq kimi fikirlərinin yarandığı və onun qarşısının alındığı anla bağlamışdır. Hadisə şahidlərinin (məs. Şahid2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Şahid1 və digərlərinin) verdiyi ifadələrdən də məlum olur ki, X28 rayonu Novxanı bağlar massivi 946a-ya yalnız günortadan sonra gəlmişdir. Şahid2 verdiyi ifadə mötəbər hesab edilərsə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 azadlığı xx.xx.2021-ci ildə məhdudlaşdırılarkən, Təqsirləndirilən şəxs1 Mərkəzdə olmamış, oraya bir neçə saatdan sonra gəlmişdir. Belə olan halda ona CM-nin 145.3-cü maddəsi ilə verilmiş ittiham tamamailə əsassızdır. Bu cinayətin zəruri əlaməti məhz adam oğurluğu ilə əlaqədar olmadan zərərçəkmişin azadlıq hüququnun qanunsuz məhdudlaşdırılmasıdır. Bundan başqa CM-nin 145.3-cü maddəsi ilə cinayət əməli şəxsin azaddığının məhdudlaşdırıldığı, yəni şəxsin iradəsinə uyğun hərəkət etmək imkandan məhrum edildiyi andan bitmiş hesab olunur. İrəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs1 digər təqsirləndirilənlərlə qabaqcandan əlbir bir qrup şəxs qismində zərərçəkmiş Zərərçəkmiş şəxs3 azadlığını xx.xx.2021-ci ildən, zərərçəkmiş Zərərçəkmiş şəxs2 azadlığını xx.xx.2021-ci ildən, digər zərərçəkmişlər-Zərərçəkmiş şəxs4 və Hüseynov Məmmədovun azadıqlarını xx.xx.2021-ci ildə məhdudlaşdırmaqla yekunda Zərərçəkmiş şəxs1 ehtiyatsızlığından ölümünə, habelə bütün zərərçəkmişər digər ağır nəticələr doğuran müxtəlif dərəcəli bədən cəsarətlərinin yetirilməsinə nail olmuşdur. Məhkəmə CM-in 133-cü maddəsinin müxtəlif bəndləri, həm də CM-nin 145.3-cü maddəsi üzrə cinayət əməlinin törədilməsi qənaətinə gəlmişdir ki, bu qanunun tələbinə ziddir. Eyni əməl ideal məcmu yaratmadığı halda iki müxtəlif cinayət əməlinin törədilməsinə səbəb ola bilməz, hazırki halda törədilmiş ittihamda istinad edilən cinayət əməlləri bir-birinə kifayət qədər yaxın olduğu üçün ideal məcmu yarada bilməz. Məhkəmədə zərərçəkmişlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 nə əvvəllər və nə xx.xx.2021-ci ildə Mərkəzdən qaçmaq niyyətlərinin olduğınu bildirmiş və bununla əlaqədar heç kimin onları zorla, azadlıqlarını məhdudlaşdırmaqla Mərkəzdə saxlamadığını göstərmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 də Mərkəzdən qaçmaq niyyətinin olmadığı, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 münasibətdə istintaqın istinad etdiyi, ronların Mərkəzdən getmək qərarına gəldikləri və zorla orada saxlanıldıqlarına münasibətdə şahid ifadələri və həmin şəxslərin özlərinin ifadələrindən görünür ki, ittiham istinad etidiyi tarixlərdə növbədəki şəxslər sırasında Təqsirləndirilən şəxs1 olmamışdır. Həmin şəxslərin ifadələri və göstərilən tarixlərdə Təqsirləndirilən şəxs1 Mərkəzdə olmamasını nəzərə alaraq, onun kiminsə azadlığının məhdudlaşdırılmasında İştirak etmədiyi açıq-aşkardır. Hadisə gününə, yəni xx.xx.2021-ci ildə ittihamda yazılanlar təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs1 hadisə zamanı orada olmamış, kimsəninsə azadlığını məhdudlaşdırmamış, əl-qolunu bağlamamış, göstəriş verməmiş, bu halda CMin 145.3-cü maddəsinin zəruri əlaməti-adam oğurluğu əməlində olmamışdır. Məhkəmənin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hğkmün ləğv edilməsini və cinayət hadisəsi olmadığından hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxslər saxlandıqları ilk müddət ərzində onların müdafiə hüququnun pozulmasına hüquqi qiymət verməmişdir. Belə ki, təqsirləndirilən şəxslər iki gün ərzində polis bölməsində qanunsuz saxlanılmış, heç bir qərar qəbul edilməmiş, vəkillə təmin olunmamış, müdafiə hüququ pozulmuşdur. Bundan başqa, CM-in 192.1-ci maddəsi ilə verilmiş ittihamın əsası kimi, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 aprel 2022-ci il tarixli 02/7-40 saylı məktub və əlavə edilmiş mütəxəssis rəyinə istinad olunmuş və həmin rəyə əsasən müəyyən edilmişdir ki,“New Life” reabilitasiya mərkəzinin 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək dövrdə gəliri 146.470,00 manat, əmək haqqı ilə bağlı xərcləri 16.800,00 manat, bağ evlərinin icarəsi ilə bağlı xərcləri 26.500,00 manat, 43 nəfər şəxsə münasibətdə 2021-ci il üçün müəyyən edilmiş yaşayış minumumun məbləği aylıq olaraq 207 manat hesablanmaqla, ümumilikdə 22.149,00 manat təşkil etmişdir. İfadələrə əsasən müəyyən edilmiş xərclər gəlirdən çıxıldıqdan sonra qalan məbləğ cəmi 81.021,00 manat olmuşdur. CPM-nin 96.1- ci maddəsinə əsasən, mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edib kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Yetkinlik yaşma çatmamış zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin, eləcə də şahidin dindirilməsində iştirak etmiş müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər. Hazırkı işin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində apanlmaqla prosessual rəhbərliyi Baş prokurorun birinci müavini həyata keçirtmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarənin əməkdaşları vəzifəcə Baş prokurorun birinci müavininə tabe olan şəxslərdir. Belə olan halda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olan mütəxəssislər müstəqil rəy verə bilməzdilər. Hal-hazırda müdafiəçisi olduğu şəxsə qanunsuz sahibkarlıqla bağlı ittiham verilməsi üçün ilk öncə onun qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması, daha sonra isə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində şəxsin vurduğu ziyanın (əldə etdiyi gəlir) 50 manatdan artıq olması sübut edilməlidir. Bunun üçün “New Life” reabilitasiya mərkəzinin xərclərinin müəyyən olunması zəruridir - icarə haqqları, kommunal xidmətlər üçün ödənilmiş məbləğlər, alınmış avadanlıqların vəsaitləri və orada müalicə alan şəxslərin qidalanması üçün ödənilmiş vəsaitlərin müəyyən olunması şərtdir, lakin istintaq bunu həyata keçirtməmiş, yalnız Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 11 aprel 2022-ci il tarixli 02/7-40 saylı məktub və məktuba əlavə edilmiş mütəxəssis rəyi ilə kifayətlənmişdir. İş üzrə 14 aprel 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 aprel 2022-ci il tarixli 9/2716 saylı rəyinə görə “New Life” Reabilitasiya Mərkəzinin əldə etdiyi gəlirlə bağlı xərc sənədləri olmadığından həmin reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi 07 may 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixi əhatə edən dövrdə aylıq dövriyyəsi, xərcləri və gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Bu isə bu maddə ilə verilmiş ittihamın qanunsuz və əsassız olduğunu deməyə əsas verir. Belə ki məhkəmə baxışı zamanı müdafiə tərəfinib təqdim etdiyi sənədlərin xərclərinin daha çox olduğu və reablitasiya mərkəzləri üçün avadanlıqlar alınması, müəyyən şəxslərin orada ödənişsiz qalması kimi hallar müyyən olunmuşdur. Digər tərəfdən CM-nin 192.1-ci maddəsinin obyektiv əlamətləri kimi, yəni AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, ya lisenziya tələb olunduğu halda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, bu fəaliyyət nəticəsində fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurması və ya xeyli miqdarda gəlir əldə etməsi və bunların hər ikisinin eyni anda mövcud olması tələb edilir. Təqsirləndirilən şəxslərdən 3 nəfərə 192.1-ci maddə ilə ittiham verilmiş, bu iştiraçılığa istinad edilmədən edilmişdir. Belə olan halda hər 03 təqsirləndirilən şəxsin 50 min manatdan artıq gəlir əldə etməsi zəruridir ki, indiki halda bu mövcud deyil. CM-nin 133-cü maddəsi ilə olan ittihama münasibətdə ilk öncə qeyd edilməlidir ki, zərərçəkmişlərin zorla saxlanıldığını iddia etdiyi ünvan insanların yaşadığı cəmiyyətdən təcrid olunmamış fərdi yaşayış evi olmuş və həmin fərdi yaşayış evinin ətrafında qonşular öz evlərində yaşamışlar. İşin faktiki hallarına görə, həmin fərdi yaşayış evində narkomaniyadan əziyyət çəkən şəxslər özlərinin iradəsi ilə yaşamış, həmin şəxslərin yaşadığı şəraitdən onların ailə üzvlərinin və qohumlarının məlumatları olmuşdur. Əgər iddia olunduğu kimi zərərçəkmiş şəxslər həmin ünvanda zorla saxlanılsaydılar, saxlandıqları müddətdə evin pəncərələrindən, istirahətə düşdükləri vaxt həyətdə səs-küy salaraq qonşuların, ya ətrafda şəxslərin diqqətini cəlb etmək imkanı olmuşdur. İttiham tərəfinin iddia etdiyi kimi, zərərçəkmiş şəxslərin zorla saxladığı iddia olunsa da, bu müddətdə onların kifayət kimi imkanı və vaxtı olmuşdur ki, pəncərələri açıb onun zorla saxlanıldığı barədə küçədən keçən insanları köməyinə çağırsın. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də qeyd etmişdilər ki onlar mütəmadi telefonla yaxınları ilə danışmışdılar. Belə olan halda Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci ildə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci ildən, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci ildən qeyd olunan fərdi yaşayış evində qanunsuz saxlanılmış olsaydılar bu müddətdə onların həmin evdə olanlara, telefon əlaqəsi saxlanılarkən öz yaxınlarına, hüquq-mühafizə orqanlarına zəng edib zorla saxlanıldıqları barədə məlumat vermək, pəncərədən küçədə olan şəxslərə səslənmək imkanının olduğu halda bunu etməmələri bir daha şəxslərin öz iradələrinə uyğun düçar olduqları bəla narkomaniyadan uzaqlaşmaq üçün könüllü ittihamda qeyd olunan mənzildə yaşamışdırlar. Bu həmin şəxslərin məhkəmədə verdikləri ifadələri, o cümlədən notarial qaydada təqsdiq olunmuş ərizələri ilə də sübut edilmir. Qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci ildə mərkəzdən qaçarkən və Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci ildən, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci ildən fərdi yaşayış evində qanunsuz azadlıqdan məhrum edilmələri qeyd olunsa da, burada hazırda təsirləndirilən şəxs kimi cəlb olunmuş digər şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs3 qabaqcadan əlbirliyi ümumiyyətlə mümkün ola bilməz. Onun digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs kimi Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci ildə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci ildən, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci ildən fərdi yaşayış evində qanunsuz saxlaması ilə bağlı həmin tarixlərdə ümumiyyətlə ittiham verilmiş şəxslərdən heç biri növbədə olmamışdır. Belə olan halda müdafiəçisi olduğu və digər təqsirləndirilən şəxslər qeyd olunan hissələrdə cinayətin obyektiv əlamətini ümumiyyətlə icra edə bilməzlər. İttiham aktında CM-nin 145.3-cü maddəsi ilə əhatə olunmuş digər epizodlarla bağlı ittihamının məğzi bundan ibarətdir ki iddia olunan əməllər Zərərçəkmiş şəxs1 ölümünə və digər şəxslərə o cümlədən mərhum Zərərçəkmiş şəxs1 dəymiş xəsarətlərə münasibətdə digər ağır nəticələr.İlk əvvəl digər ağır nəticələr ilə bağlı hüquqi məsələləri məhkəmə kollegiyasının diqqətinə çatdırmaqdır. Məhkəmədə dindirilmiş şahidlərdən 1-1 nəfər istisna olaraq digərləri reablitasiya mərkəzində hər hansı şəxsə xəsarət yetirilməsinə, işgəncə verilməsinə, şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsinə şahid olmadıqlarını qeyd etmişlər. Məhkəmədə dindirilmiş zərərçəkmişlərdən heç biri onlar barəsində analoji halların baş vermədiyini demişlər. Təqsirləndirilən şəxs3 kimlərəsə əzab verməsi, kiminsə adam oğurluğu ilə əlaqədar olmayan qanunsuz azadlıqdan məhrumetmə əməlini törətməsi və ya bunun ağır nəticələr səbəb olması ilə bağlı hər hansı səbəbli əlaqə cinayət işi materialları ilə tam sübuta yetirilmir. Ali Məhkəmənin yekun qərarları ilə yüngül xəsarət və ya dərəcəsi müəyyən olunmayan xəsarətlər 145.3-cü maddə baxımından ağır nəticəyə səbəb olma kimi qiymətləndirilməmişdir. Məhkəmənin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X46 və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, hökmün ləğv olunmasını, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 daha ağır cinayət əməli üzrə ittihamın irəli sürülməsi üçün, cinayət işinin icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin istintaq materialları ilə tanış olarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri 2020-ci ilin sonlarından başlayaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar və onlar qeyd olunan cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs kimi deyil, mütəşəkkil dəstə halında törətmişlər. Cinayətkar qrupun üzvləri arasında vəzifə bölgüsünün olması, cinayət əməlini törətməkdə rolların bölüşdürülməsi, cinayət əməlinin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi və sair hallar nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, bir və yaxud bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və yaxud daha çox şəxsdən ibarət sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətdir. Belə olan halda isə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma epizodu üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 192.1 maddəsi ilə deyil, həmin Məcəllənin 192.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Göstərilənlər məhkəmə baxışında dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, zərərçəkmişin hüquqi varisi və şahidlərin ifadələri və işin digər halları ilə bir daha təsdiq edilmişdir. Mərhum Zərərçəkmiş şəxs1 barəsində təyin olunmuş 05 sentyabr 2021-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin etmə barədə çıxarılmış qərar əsasında Məhkəmə Tibbi Ekspertizası tərəfindən verilmiş 05 sentyabr 2021-ci il tarixli 167 saylı rəydə göstərilir ki, ”Mərhum R.Məmmədovun ölümünə səbəb tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu heroin və metadon ilə kəskin zəhərlənmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə görə demək olar ki, Məmmədovun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 4-6 saat əvvəl baş vermiş, mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan və sidikdə məhkəmə kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu heroin və metadon aşkar edilmişdir. Metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, eyni ilə fenotiazin, fenilalkilamin qrupuna aid amfetamin və metamfetamin, pirazalon qrupu, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir”. Mərhum Zərərçəkmiş şəxs1 qan və sidiyində aşkar edilmiş heroin və metadon Azərbaycanın 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 1-ci siyahı”ya görə narkotik vasitə hesab olunur və onlar şəxsi istehlak miqdarından heroin-0.15 qram, metadon-0.02 qram artıq miqdarda olduqda, cinayət məsuliyyətinə səbəb olur. Hər iki narkotik vasitə həmin Siyahıya görə Azərbaycanın ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələr hesab olunurlar. Mərhum Hüseyn qeyd olunan Mərkəzə yerləşdirilməmişdən əvvəl mərhumun atası Rafık Mamedov - Orucəli və Elvüsal ilə görüşmüş və həmin vaxt onlar Rafık Mamedova bildirmişlər ki, biz də əvvəllər narkotikadan istifadə etmişik. Lakin sonra müalicə olunaraq sağalmışıq. İndi narkotika istifadəçilərini müalicə edirik. Bu vaxt Rafık Mamedovda onların dediklərinə şübhə yaranmış, onlardan soruşmuşdur ki, “Siz necə müalicə edirsiniz”. Onlar demişlər ki,”dayı, narahat olma, biz xəstələrə qarşı təhqiranə heç bir söz işlətmirik, onlara qarşı heç bir güc tətbiq etmirik.” Rafiq Mamedov onlara demişdir ki, “birdən “Lomkası” tutdu, onda nə edirsiniz”. Demişlər ki, “onda xəstəni krovata bağlayırıq. Lomkası keçənə kimi bağlı olur”. Rafık Mamedov onlardan soruşmuşdur ki, “İomka nə qədər çəkir”. Bildirmişlər ki, “təxminən 10-15 gün ərzində ola bilər. Biz çalışırıq narkotika istəyi onun beynindən çıxaraq. Psixoloji usulla müalicə edək”. Rafık Mamedov onlardan soruşmuşdur ki, “sizin Mərkəzdən xəstə qaça bilərmi. Demişlər mümkün deyil, burada iki cərgə videokamera müşahidəsi var”. Onlar demişlər ki, “biz özümüz “Amerika metodu” ilə müalicə edirik”. Orucəli və X44 söhbətlərindən ona aydın olmuşdur ki, Mərkəzdə müalicə olunanlara qarşı narkotik vasitələrdən istifadə edilmir. İstintaqda və məhkəmədə dindirilmiş zərərçəkmişlərin ifadələri və şahid ifadələri ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 Mərkəzdə təxminən 18 saat müddətdə əl-qolu bağlı vəziyyətdə olmaqla ona qarşı fiziki zor tətbiq edilmişdir. Belə olan halda ona qarşı fiziki zor tətbiq ediliğ işgəncə verilməklə döyüldüyü zaman Hüseynin özünün narkotik vasitələr əldə etməklə özünün qəbul etməsi istisna olunur və mümkün deyil. Bundan aydın olur ki, mərhum Hüseynin qan və sidiyində aşkar olunmuş narkotik vasitələr heroin və metodan onun bədəninə kənar şəxslər tərəfindən yeridilmişdir. İbtidai istintaq tam, obyektiv, hərtərəfli aparılmamış, mərhum Hüseynə qarşı istifadə edilmiş narkotik vasitələrin həmin Mərkəzdə haradan əldə olunması, kim, ya kimlər tərəfindən mərhum Hüseynin bədəninə hansı məqsədlə yeridilməsi müəyyən olunmamış, həmin cinayəti törətmiş şəxslərin əməllərində CM-nin 234-cü maddəsi ilə cinayətlərin tərkibi olduğu üçün onlar əlavə CM-nin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Təqsirləndirilən şəxslərə təyin edilmiş cəza işin faktiki hallarına, xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilənlərin şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olmamış, cəzalarını ağırlaşdıran halların olmasına qiymət verilməmişdir. Cinayət hadisəsi təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişlərə qarşı xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxslərin əl-qolunu bağlamaqla, mərhum Zərərçəkmiş şəxs1 isə onu uzun müddət pilləkənin tirindən asılı ac susuz təbii ehtiyaclarını ödəməyə imkan vermədən köməksiz vəziyyətdə və təqsirləndirilən şəxslərdən asılı vəziyyətdə saxlamaqla əzab və işgəncə verməklə törədilmiş, lakin məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Orucədi Əliheydərov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edilərkən bu ağırlaşdırıcı hallar nəzərə alınmamışdır. Məhkəmənin 08 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri pozulmaqla yanaşı, onlara heç bir qanuni əsas olmadan daha yüngül cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halların apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına riayət etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası təqsrləndirilən şəxslər və müdafiəçiləri, zərərçəkmişin hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialı ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, təqsrləndirilən şəxslər və müdafiəçiləri, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Məhkəmə kollegiyası hökmün ləğv edilərək məhkum olunmuş şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4və Təqsirləndirilən şəxs5 bəraət verilməsi barədə verilmiş apellyasiya şikayətlərin dəlillərini, habelə məhkum olunmuş şəxslərə daha ağır ittihamın irəli sürülməsi üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə zərərçəkmişin hüquqi varisin nümayəndəsinin verdiyi apellyasiya şikayətlərinin dəlillərini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubli- kası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına əsasən, cinayət əməlinin tövsifi törədilən cinayətlərin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli vəzifəli şəxslərin keçirdiyi mühüm məntiqi proses olmuş, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və məzmununun izah edilməsini tələb edir. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs1 istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərdiklərini bir daha eyni ilə təsdiq etməklə müdafiəçisi Müdafiəçi4 ilə birlikdə öz çıxışlarında müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 bəraət verilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs2 istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərdiklərini bir daha eyni ilə təsdiq etməklə müdafiəçisi Müdafiəçi8 ilə birlikdə öz çıxışlarında müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və məhkəmənin hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 bəraət verilməsini, zərərçəkmişin hüquqi varisin nümayəndəsinin apellyasiya şikayətin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs3 istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərdiklərini bir daha eyni ilə təsdiq etməklə, onun müdafiəçisi Müdafiəçi1 ilə birlikdə öz çıxışlarında verilmiş apellyasiya şikayətinin təmin olunmasını və məhkəmə hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs3a bəraət verilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs4 ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərdiklərini bir daha eyni ilə təsdiq etməklə, onun və müdafiəçiləri Müdafiəçi10 və Müdafiəçi9 öz çıxışlarında birlikdə verilmiş apellyasiya şikayətinin təmin olunmasını və hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs4 bəraət verilməsini, zərər çəkmişin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs5 ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərdiklərini bir daha eyni ilə təsdiq etməklə, onun müdafiəçisi Müdafiəçi5 ilə birlikdə öz çıxışlarında verilmiş apellyasiya şikayətinin təmin olunmasını və məhkəmə hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs5 bəraət verilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin vəkilinin verdiyi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X46 ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə, onun və nümayəndəsi (vəkili) Nümayəndə öz çıxışlarında verilmiş apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasını, məhkumlar və müdafiəçilərinin verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2007-2018-ci illərdə mütəmadi narkotik vasitələrdən istifadə etmiş, əsasən heroindən istifadə etmişdir. Lakin onun narkotik vasitələrdən istifadə etməyini heç kim bilməmiş, 2018-ci ildə narkotik asılılığından müalicə olunma üçün reabilitasiya mərkəzi axtararkən Sabunçu rayonu Maştağa qəsəbəsində olan “New Life” reabilitasiya mərkəzi barədə məlumat əldə etmişdir. Həmin mərkəzə 2018-ci ilin may ayında müraciət etmiş və orada müalicə olunmağa başlamış, “New Life” reabilitasiya mərkəzində müalicə olunduğundan ödəniş etmiş və ödənişi ailə üzvləri ödəmişlər. 2018-ci ilin sonlarınadək “New Life” reabilitasiya mərkəzində müalicə edilmiş, narkotik vasitələrin asılılığı xəstəliyindən sağalmışdır. 2018-ci ilin sonlarında Sabunçu rayonu Maştağa qəsəbəsindəki “New Life” reabilitasiya mərkəzi Xaçmaz rayonu Nabran qəsəbəsinə köçmüş, 2020-ci ilin əvvəllərində Xaçmaz rayonu Nabran qəsəbəsində olan “New Life” reabilitasiya mərkəzinə kömək etmək üçün getmiş, həmin vaxtdan başlayıb iki ay əməkhaqqı almadan “New Life” reabilitasiya mərkəzində sınaq müddəti ilə, yəni əvəzi ödənilmədən köməkçi işləmişdir. Köməkçi kimi onun işi ondan ibarət olmuşdur ki, narkomaniyadan sağalmış şəxs kimi reabilitasiya mərkəzdə müalicə edilən xəstələrə öz təcrübəlsindən faydalanmaq, həmin xəstəlikdən sağalmaq üçün digər məsləhətlər vermək olmuşdur. İki ay ərzində reabilitasiya mərkəzində köməkçi işlədikdən sonra, reabilitasiya mərkəzinin məsləhətçi-konsultantı kimi işə başlamış və aylıq 300 manat almışdır. Xaçmaz rayonu Nabran qəsəbəsində olan “New Life” reabilitasiya mərkəzində məsləhətçi-konsultant işləyərkən ondan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 işləmişlər, ona aylıq əmək haqqını Orucəli vermişdir. Orucəli reabilitasiya mərkəzinin proqram rəhbəri olmuşdur. 2021-ci ilin aprel ayının sonlarınadək “New Life” reabilitasiya mərkəzinin yeri Xaçmaz rayonu Nabran qəsəbəsindən pandemioloji vəziyyətlə bağlı Novxanı qəsəbəsində ‘‘AF Hotel’’ adlanan otelə köçürülmüş, həmin oteldə 01 gün qaldıqdan sonra, növbəti gün Quba rayonu ərazisinə köçürülüb təxminən 5-6 gün müddətində orada qalmışlar. Yekunda, təxminən may ayında bütün heyyət və xəstələr yenidən ‘‘Novxanı’’ ərazisinə gətirilib xalq artisti Şahid13 məxsus olan Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən üçmərtəbəli fərdi yaşayış evində yerləşdirilmişlər. Hətta bu ünvanda tam yerləşə bilmədiklərindən Rəhim adlı şəxsin Bakı şəhərindəki villasını da icarəyə götürüb heyətin və xəstələrin bir hissəsini həmin evə yerləşdirmişlər. Şahid13 evin həyəti və hovuzu olmuş, ev üç mərtəbəli olmaqla pəncərələri dəmir barmaqlıqlarla əhatə olunmuş, giriş qapısı seyf qapı tipli olmuş, giriş hasar qapısı da dəmirdən olmuşdur. Evin zirzəmisi və avtomobil qarajı da olmuş, birinci mərtəbədə mətbəx, hamam otağı, işçilərin “konsultanskaya” adlanan otağı və yemək zalı, zirzəmidə isə siqaret çəkilən yer, məhsulların anbarı, sanitar qovşağı, hamam otağı, ikinci mərtəbədə dörd ədəd yataq otağı və bir sanitar qovşağı olmuş, yataq otaqlarının üçündə 8, digərində 3 ədəd çarpayı olmaqla ümumi 27 ədəd çarpayı olmuşdur. Evin üçüncü mərtəbəsində isə ümumi zal olmuş, reabilitasiya ilə bağlı bütün məşğələlər burada keçirilmişdir. Reabilitasiya mərkəzində təqribən 10-12 nəfər işçi çalışmışdır. Belə ki, Orucəli proqram rəhbəri, Qənbər, Sərxan, İsrafil, Famil, Urfan, Elgiz, Elçin, Kamran, Cəlal, Fərhad və Kənan və özü həmin rebilitasiya mərkəzində məsləhətçi-konsultant işləmişlər. Reabilitasiya mərkəzində 3-4 nəfərlik qrup olmuş və həmin qrup xəstələrə 3 gün ərzində nəzarət etdikdən sonra, 03 gündən sonra növbəti qrup gəlib nəzarət edib dərs keçmişdir. Reabilitasiya mərkəzində müalicə olunan xəstələr hər səhər saat 08:00-da yuxudan oyanmış, saat 08:30-da idman etmiş, saat 09:00-da təmizlik işləri görmüş, saat 10:00-da səhər yeməyi yemişlər. Saat 10:30-dan saat 12:00 kimi dərs keçmişlər. Həmin dərs vaxtı xəstələr narkomaniya mövzusunda müzakirələr apararaq bir-birilərinin çatışmazlıqları barədə danışmış, sağalan xəstələr öz təcrübələrini bölüşürdülər. Daha sonra saat 12:00-dən saat 14:00-a qədər yazılı tapşırıqlar icra edib müxtəlif situasiyalarda necə hərəkət edəcəkləri barədə söhbətləşmişlər. Saat 14:00-da günorta yeməyi, saat 16:30-a kimi istirahət vaxtı, saat 17:00-dan saat 18:30-a kimi mühazirə, 18:30-da axşam yeməyi olmuş, daha sonra 19:00-da xəstələr bir-birilərinə narahat edən suallar verərək həlli yollarını tapmağa çalışmışlar. Saat 20:30-da çay saatı, 20:00-da günün yekunu olmuş, daha sonra saat 23:30-da “yat komandası” verildikdə reabilitasiya mərkəzində müalicə edilən xəstələr yatmağa getmişlər. 03 sentyabr 2021-ci ildə onun doğum günü olmuş və doğum günü ilə əlaqədar reabilitasiya mərkəzində müalicə alan şəxslərə, məsləhətçi və digər işçilərə qonaqlıq vermişdir. Qonaqlıq vermək məqsədi ilə bir baş quzu kəsdirmiş, reabilitasiya mərkəzində kabab edərək yemişlər. Həmin gün növbədə olduğundan növbəti gün növbəni digər işçilərə təhvil verməli olmuş, lakin doğum günü ilə bağlı sentyabr 3-də axşam saatında reabilitasiya mərkəzindən çıxıb proqram rəhbəri X36 markalı avtomobili ilə yaşadığı evə gəlmişdir. Sentyabrın 4-də saat 15-16 radələrində reabilitasiya mərkəzinin proqram rəhbəri Orucəli ilə görüşüb “Chevrolet Chruz” markalı avtomobilini «Elit» ticarət mərkəzinin yanındakı avtomobil təmirçisinin yanına qoymaqla reabilitasiya mərkəzinin məsləhətçi-konsultantı Elgizə məxsus, “Passat” markalı avtomobillə reabilitasiya mərkəzinə getmiş, reabilitasiya mərkəzinə Orucəli ilə birlikdə gedərkən orada müalicə olunan şəxsləri, eyni ilə Zərərçəkmiş şəxs1 görmüş və onunla salamlaşmış, reabilitasiya mərkəzində 20-25 dəqiqə olmuş, sonra ad gününü keçirmək üçün evinə getmişdir. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və mərhum Zərərçəkmiş şəxs1 döyməmiş, onların heç birinə işgəncə verməmişdir. Zərərçəkmiş şəxs1 barəsində sonda əlavə ifadə verəcəkdir. Sentyabrın 5-də səhər saat 11 radələrində reabilitasiya mərkəzində məsləhətçi-konsultant işləyən Təqsirləndirilən şəxs3 zəng edib reabilitasiya mərkəzdə müalicə alan Zərərçəkmiş şəxs1 səhhətinin pisləşdiyini demiş, həmin vaxt əvvəldən tanıdığı “AF” aquaparkda işləyən Rəşid adlı şəxsin hazırda xatırlamadığı mobil nömrəsinə zəng vurub reabilitasiya mərkəzinə təcili həkim aparmasını xahiş etmişdir. Rəşid həmin vaxt işlədiyi yerin həkimini reabilitasiya mərkəzinə aparmış və az sonra ona zəng edərək Hüseynin səhhətinin yaxşı olmadığını, həkim məsləhətinə əsasən, xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. Rəşid həmin vaxt təcili-tibbi yardım çağrılmasını desə də, ona təcili-tibbi yardımın gec gələcəyini deyib Rəşiddən Hüseyni özünün xəstəxanaya aparıb çatdırmasını xahiş etmişdir. Rəşid Hüseyni Sumqayıtdakı Travmatologiya xəstəxanasına aparmış, həmin vaxtdan az sonra Rəşid onun mobil telefon nömrəsinə zəng edib Hüseynin vəfat etdiyini bildirmişdir. Həmin vaxt xəstəxanaya getmək üçün yaşadığı evdən çıxıb Sumqayıt şəhəri istiqamətində getmiş, Sumqayıt şəhərinə çatan zaman polis əməkdaşları yanında olan Orucəliyə zəng edərək reabilitasiya mərkəzinə getməli olduqlarını demişlər. Onlar təkrar reabilitasiya mərkəzə getmişlər. Orada polis işçiləri onları sorğu-sual etdikdən sonra axşam saatlarında Binəqədi rayon prokurorluğuna dəvət edildiyindən prokurorluğa getmiş, orada çıxdıqdan sonra Binəqədi rayon polis idarəsi 43-cü polis bölməsinə dəvət edildiyindən polis bölməsinə getmişdir. “New Life” reabilitasiya mərkəzi Şahid13 məxsus Binəqədi rayonu Novxanı bağlar massivdə olan üçmərtəbəli fərdi yaşayış evində yerləşmiş, mərkəzin direktoru olmamış, mərkəzin proqram rəhbəri Orucəli olmuş, ümumi reabilitasiya mərkəzinin heyəti proqram rəhbəri və konsultantlardan ibarət olmuş, Reabilitasiya mərkəzində müşahidə kameraları olmuş, həmin kameralara növbədə kim olurdusa, həmin şəxslər nəzarət etmişlər. Reabilitasiya mərkəzində pulsuz müalicə olunan şəxslər olmuş, bundan əlavə mərkəzdə ödənişli müalicə edilən şəxslər müxtəlif məblərdə, yəni 1000, 750, 1200, 500 manat ödəniş etmişlər. Müalicə alan şəxslər ödənişi mərkəzin konsultantlarına-məsləhətçilərinə nəğd ödəmişlər. Reabilitasiya mərkəzində heç kimə fiziki təsir etməmiş və ümumiyyətlə mərkəzdə heç kimə heç bir fiziki təsir olmamışdır. Reabilitasiya mərkəzində işləyən şəxslərin tibb təhsilləri olmamış və həmin mərkəzdə narkomaniyadan müalicə edilmiş, müalicə olunub sağaldıqdan sonra təcrübəsini müalicə alan şəxslərlə bölüşüb narkomaniyadan müalicə edilməlinə köməklik etmiş, əmək haqqı kimi 800 manat əmək haqqı almış, onun orada işləmək üçün əmək müqaviləsi olmamış, mərkəzə həm heyyətin, həm də xəstələrin giriş-çıxışın rəsmi qeydiyyatı aparılmamışdır. Hər kəs istənilən zaman bayıra çıxa bilər, hətta hər həftə mərkəzin hesaına müalicə alanları şəhərə gəzintiyə, yemək yeməyə aparılmış, həftədə iki dəfə müalicə edilənlər yaxınları ilə telefon əlaqəsi saxlamış, lakin valideynlərin mərkəzə gəldikdə yalnız rəhbər heyyət ilə görüşməyə icazələri olmuş, yənivalideynlərin müalicə edilənlərlə görüşməsi müalicəsinə maneçilik törədə bilərdi. Müalicələr zamanı narkomanın narkotikdən asılılığı psixoloji söhbətlər, dərslər və yazılar aparılmaqla təmin edilmiş, reabilitasiya mərkəzdə əl-qol bağlama vasitələri, yapışqan lentlə bağlanaraq plastik boru ilə xəstələrin döyülməsini görməmişdir. Müalicə metodu xəstələrin qolları bir-birinə bağlanıb onların dairəvi şəkildə hərəkət etməsi həyata keçirilmiş, bunun da mənası o idi ki, «biz bir yerdəyik, bir-birimizə bağlıyıq, güclüyük». Müalicə alan şəxslər nizam-intizamı pozduqları halda dərslər keçirilmiş, yazılar yazılmış və psixoloji söhbətlər aparılmışdır. Reabilitasiya mərkəzi hüquqi şəxs kimi qeydiyyata alınmamış, reabilitasiya mərkəzləri üçün lisenziya tələb olunmamışdır. Bunu özlərinin səhlənkarlığı kimi qəbul edir, lakin hüquqi şəxs kimi qeydiyyata düşməyə və fəaliyyət üçün lisenziya almaq üçün fikirləri olmuşdur. Sadəcə fəaliyyətlərinə təzə başladıqları üçün bu işləri çatdırıb görə bilməmişlər. Reabilitasiya mərkəzinin həkimi olmamış, yataq otaqlarının üçündə 8, digərində 3 ədəd çarpayı olmaqla ümumi 27 ədəd çarpayı olmuş və xəstələr həmin çarpayılarda yatmışlar. Reabilitasiya mərkəzində müalicə olunan şəxslərə yemək mərkəzin mətbəxində hazırlanmış, xəstələrə yeməklər verilmiş, mərkəzdə mühafizəni gündəlik növbədə olan məsləhətçilər təşkil etmiş, məsləhətçilər ümumi razılıq əsasda növbəlilik prinsipi ilə mühafizəni təmin etmişlər. Mərhum Zərərçəkmiş şəxs1 əlləri dəmir qandalla bağlandığı bilməmiş, belə bir qandal reabilitasiya mərkəzində olmamışdır. Şlanqlar su üçün nəzərdə tutulmuş şlanqlar olmuş, yuxarıda göstərdiyi kimi iplər isə təlim məqsədi ilə xəstələrə istifadə olunmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 2007-2018-ci illərdə mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmiş, əsasən heroindən istifadə etmişdir. Lakin, onun narkotik vasitələrdən istifadə etməyini heç kim bilməmiş, 2018-ci ildə narkotik asılılığından müalicə olunmağa reabilitasiya mərkəzi axtararkən, hazırda tanımadığı şəxslər Sabunçu rayonu Maştağa qəsəbəsində “New Life” reabilitasiya mərkəzi barədə məlumat vermişlər. Həmin mərkəzə 2018-ci ilin may ayında müraciət etmiş və həmin reabilitasiya mərkəzində müalicə olunmağa başlamışdır. “New Life” reabilitasiya mərkəzində müalicə olunduğuna görə ödəniş olunmuş, lakin ödənişi ailə üzvləri ödədiklərinə görə ödənişin məbləği barədə məlumatı olmamışdır. 2018-ci ilin sonlarınadək “New Life” reabilitasiya mərkəzində müalicə edilmiş və narkotik vasitələrin asılılığı xəstəliyindən sağalmış, Sabunçu rayonu Maştağa qəsəbəsində “New Life” reabilitasiya mərkəzində müalicə olunarkən məsləhətçi-konsultantlar tatar millətdən təxminən 5-6 nəfər olmuş, 2018-ci ilin sonlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “New Life” reabilitasiya mərkəzi Xaçmaz rayonu Nabran qəsəbəsinə köçmüşdür. 2020-ci ilin əvvəlində Xaçmaz rayonu Nabran qəsəbəsində “New Life” reabilitasiya mərkəzinə kömək etmək üçün getmiş, həmin vaxtdan başlayaraq iki ay əmək haqqı almadan “New Life” reabilitasiya mərkəzində sınaq müddəti ilə, əvəzi ödənilmədən köməkçi işləmişdir. Köməkçi kimi onu işi ondan ibarət olmuşdur ki, narkomaniyadan sağalmış şəxs kimi reabilitasiya mərkəzində müalicə edilən xəstələrə öz təcrübələrindən faydalanmaq, həmin xəstəlikdən sağalmaq üçün digər məsləhətlər vermək olmuşdur. İki ay ərzində reabilitasiya mərkəzində köməkçi işlədikdən sonra, reabilitasiya mərkəzinin məsləhətçi-konsultantı kimi işə başlamış və aylıq 300 manat məvacib almışdır. Xaçmaz rayonu Nabran qəsəbəsində “New Life” reabilitasiya mərkəzdə məsləhətçi- konsultant işləyərkən, orada ondan başqa Oruc, Famil, Kamran, Rəşid və Rufan adlı şəxslər işləmişlər və ona aylıq əmək haqqını Oruc vermişdir. Oruc habelə reabilitasiya mərkəzin proqram rəhbəri olmuş, 2021-ci ilin aprel ayının sonlarınadək “New Life” reabilitasiya mərkəzinin yerləşdiyi yer Xaçmaz rayonu Nabran qəsəbədən pandemioloji vəziyyətlə bağlı Novxanı qəsəbəsi AF Hotel adlanan otelə köçürülmüş, həmin oteldə 01 gün qaldıqdan sonra növbəti gün Quba rayonu ərazisinə köçürülərək təxminən 5-6 gün müddətdə orada qalmış, yekunda, təxminən may ayında bütün heyyət və xəstələr yenidən ‘‘Novxanı’’ ərazisinə gətirilərək xalq artisti Şahid13 məxsus Bakı şəhəri Binəqədi rayonu Novxanı bağlar massivdə üçmərtəbəli fərdi yaşayış evində yerləşdirilmişlər. Həmin evin həyəti və hovuzu olmuş, ev üç mərtəbəli olaraq zirzəmisi və avtomobil qarajda olmuş, birinci mərtəbədə mətbəx, hamam otağı, işçilərin “konsultanskiy” adlanan otağı və yemək zalı, zirzəmidə siqaret çəkilən yer, məhsulların anbarı, sanitar qovşağı, hamam otağı, ikinci mərtəbədə 4 ədəd yataq otağı, bir sanitar qovşağı olmuş, yataq otaqlarının üçündə 8, digərində 3 ədəd çarpayı olub ümumi 27 ədəd çarpayı olmuşdur. Evin üçüncü mərtəbəsində ümumi zal olmuş, reabilitasiya ilə bağlı bütün məşğələlər həyata keçirilmişdir. Reabilitasiya mərkəzində təqribən 10-12 nəfər işçi çalışmış, Orucəli proqram rəhbəri, Qənbər, Sərxan, İsrafil, Famil, Urfan, Elgiz, Elçin, Kamran, Cəlal, Fərhad, Kənan və özü rebilitasiya mərkəzində məsləhətçi-konsultant işləmişlər. Reabilitasiya mərkəzində 3-4 nəfərlik qrup olmuş, həmin qrup xəstələrə 3 gün ərzində nəzarət etdikdən sonra, 3 gündən sonra növbəti qrup gəlib nəzarət edib dərs keçmişdir. 03 sentyabr 2021-ci ildə onun doğum günü olmuş, doğum günü ilə bağlı reabilitasiya mərkəzində müalicə alanlara, eyni ilə məsləhətçi və digər işçilərə qonaqlıq vermişdir. Qonaqlıq vermək məqsədi ilə bir baş quzu kəsdirmiş və reabilitasiya mərkəzində kabab edərək yemişlər. Həmin gün növbədə olduğundan növbəti gün növbəni digər işçilərə təhvil verməli olmuş, lakin doğum günü ilə bağlı sentyabrın 3-də axşam saatları reabilitasiya mərkəzdən çıxfb proqram rəhbəri X68 markalı avtomobili ilə yaşadığı evə gəlmişdir. Sentyabrın 4-də saat 15-16 radələrində reabilitasiya mərkəzin proqram rəhbəri Oruc ilə görüşərək onun “Chevrolet Chruz” markalı avtomobilini avtomobil təmirçisi yanına qoymaqla reabilitasiya mərkəzinin məsləhətçikonsultantı Elgizə məxsus “Passat” markalı avtomobillə reabilitasiya mərkəzinə getmişlər. Reabilitasiya mərkəzinə Orucla birlikdə gedərkən orada müalicə olunan şəxsləri, eyni ilə Zərərçəkmiş şəxs1 görmüş və onunla salamlaşmış, reabilitasiya mərkəzinə daxil olarkən hazırda adını xatırlamadığı şəxs ona mərkəzdə müalicə alan Zərərçəkmiş şəxs1la mərkəzin məsləhətçisi Qənbərin mübahisə edib dalaşdıqlarını demişdir. Həmin vaxt Hüseyndən nə məsələ olduğunu soruşduqda, Hüseyn “evə getmək istəyirdim, ona görə Qənbərlə aramızda mübahisəmiz, söz-söhbətimiz olmuşdur” demiş, Hüseynə “əgər evə getmək istəyirsənsə, get sənin qarşını heç kim almır” demiş, təxmini 40 dəqiqə ərzində reabilitasiya mərkəzində olduqdan sonra yaşadığı evinə tək geri qayıtmışdır. Bundan sonra, sentyabrın 5-də səhər saat 11 radələrində reabilitasiya mərkəzində məsləhətçi-konsultant işləyən Famil 050 ***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə zəng edərək reabilitasiya mərkəzində müalicə alan Hüseynin səhhətinin pisləşdiyini demiş, həmin vaxt əvvəldən tanıdığı “AF” aquaparkda işləyən Rəşidə hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib reabilitasiya mərkəzinə təcili həkim aparmasını xahiş etmişdir. Rəşid həmin vaxt işlədiyi yerin həkimini reabilitasiya mərkəzinə aparmış və az sonra ona zəng edərək Hüseynin səhhətinin yaxşı olmadığını, həkim məsləhətinə əsasən xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. Rəşid həmin vaxt təcili-tibbi yardım çağrılmasını desə də, təcili-tibbi yardımın gec gələcəyini demiş və Rəşiddən Hüseyni özünün xəstəxanaya aparıb çatdırmasını xahiş etmişdir. Rəşid Hüseyni Sumqayıtdakı Travmatologiya xəstəxanasına aparmış, həmin vaxtdan sonra Rəşid onun mobil nömrəsinə zəng edib Hüseynin öldüyünü bildirmiş, həmin vaxt xəstəxanaya getmək üçün evindən çıxıb Sumqayıt şəhərinə getmiş, Sumqayıt şəhərinə çatarkən polis əməkdaşları yanındakı Oruca zəng edib reabilitasiya mərkəzinə getməli olduqlarını demişlər. Təkrar reabilitasiya mərkəzinə getmişlər. Orada polis əməkdaşları onları sorğu-sual etdikdən sonra axşam saatlarında Binəqədi rayon prokurorluğuna dəvət olunduğuna görə prokurorluğa getmiş, prokurorluqdan çıxdıqdan sonra isə Binəqədi rayon polis idarəsinin 43- cü polis bölməsinə dəvət olunduğundan polis bölməsinə getmişdir. Hal-hazırda bu ifadəni təsdiq etmir və məhkəmə verdiyi ifadələri həqiqətə uyğun ifadələr kimi qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs5 elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotikdən əziyyət çəkmiş bu reabilitasiya mərkəzində 9 ay müalicə almışdır. Müalicəsi əvvəl yaxşı nəticə versə də, sonra yenə narkotikdən istifadə etməyə başlamış, 17 avqust 2021-ci ildə müalicəni qurtardığından evinə buraxılmış, mərkəzin qaydasına görə sağalan xəstələr bir müddət 3 gün evdə, 3 gün isə mərkəzdə olurlar. Bu vaxtar ödənişsiz volontyor kimi mərkəzdə fəaliyyətə başlamışdır. xx.xx.2021-ci ildə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 döyülmələrini, Zərərçəkmiş şəxs1 qandalla qolundan asıldığını görməmişdir. Özü və digər xəstələr ikinci və üçüncü mərtəbələrdə olmuş, zərərçəkmişlərin üzərində olmuş hadisələr zirzəmidə baş vermişdir. 05 sentyabr 2021-ci ildə səhər saat 12 radələrində Fərhad adlı digər müalicə alan onu oyatmış və həyacan içində Hüseynin öldüyünü, onun xəstəxanaya aparıldığını demişdir. Sonra mərkəzin rəhbərlərinin göstərişi ilə müalicə alanlar 2-ci villaya köçürülmüş, eşitdiyindən Hüseyn narkotikdən ölmüş, lakin mərkəzdə müalicə alanlara narkotik vasitə verməmişdir. Həmçinin hasar qapısında hamının üzərinə baxış keçirirdilər ki, heç kəs narkotik vasitə gətirməsin. İbtidai istintaqda dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Təqsirləndirilən şəxs5 ifadəsində göstərmişdir ki, 2011-ci ildən narkotik vasitə qəbul etməyə başlamış, ilk əvvəllər marixuana qəbul etməyə başlasa da, sonra “kakos”, “patı(şüşə)” narkotik vasitələri çəkməklə qəbul etmişdir. 2020-ci ilin sentyabr-oktyabr-noyabr aylarında, evdən ayrı Nərimanov rayonu X50 yaxınlığındakı “Neptun” Super Marketin olduğu binada xatırlamadığı mənzildə yaşamışdır. 17 noyabr 2020-ci ildə atası Ağamalı ona həmin evin sahiblərinin gələcəyini və aşağı düşüb evin kirayə haqqını onlara verməyini ona tapşırmışdır. Aşağı düşdükdən sonra adını sonradan öyrəndiyi Elgiz və tanımadığı iki nəfər onu avtomobilə əyləşdirərək Xaçmaz rayonu Nabran qəsəbəsinə aparmışlar. Orada fəaliyyət göstərən reabilitasiya mərkəzində təxminən 27-34 nəfər xəstə müalicə almış, reabilitasiya mərkəzində ‘’12 addım’’ adlanan proqram vasitəsilə narkotik vasitə istifadəçiləri müalicə edilmiş, mərkəzdə proqram rəhbəri və bütün işlərə rəhbərliyi Orucəli keçirmişdir. Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Famil və Elvüsal rəhbərlik edərək idarə etmişdir. Bura gəldikdə reabilitasiya mərkəzində müalicə prinsipi və qrafiki ona aydın olmuşdur. 5 ay orada müalicəsini bitirmişdir ki, 2021-ci ilin aprel ayının sonları polis təqibinə görə Nabrandakı evdən çıxmışlar və Novxanı qəbəsində “AF” Hoteldə iki gün qalmışlar. Daha sonra, Quba rayonunda 7-8 gün qaldıqdan sonra Novxanı qəsəbəsində Şahid13 məxsus evə köçmüşlər, mərkəz orada fəaliyyət göstərməyə başlamış, narkomaniyadan əziyyət çəkən şəxslər və özü müalicələrini davam etməyə başlamışlar. 17 avqust 2021-ci ildə müalicəsini başa vurmuşdur. Sonra mərkəzdə bir az daha qalmaq qərarına gəlmiş və pul müqabilində olmadan orada müalicə alan şəxslərə növbəli nəzarət etməyə başlamış, 04 sentyabr 2021-ci ildə saat 12 radələrində Famil, İsrafil və Fərhadla reabilitasiya mərkəzinə gedib növbəni Qənbər, Orucəli, Elvüsaldan təhvil almışlar. Təxminən saat 15 radələrində Famil ilk öncə Kamranı zirzəmiyə çağırmış, Famil ona, Kamran, Fuad, Hüseyn və digərlərinin üsyan qaldıraraq qaçmaq istədiklərini demiş, bu səbəbdən Familin göstərişi ilə ilk Kamran zirzəmiyə çağırılmış, həmin vaxt Fərhadla ikinci mərtəbədə olmuşdur ki, rezidentlər arasında sakitçiliyi qorusun. Dəqiq sıra yadında olmamış, lakin Hüseyn, Fuad və Cahangir aşağı çağırılmış, Famil həmin şəxslərin əlini skoç vasitəsilə arxadan bağlamış, Cahangir qaçmaq məsələsində aidiyyəti olmadığından sərbəst buraxılmışdır. Həmin ərəfədə Muradın da başqa məsələ ilə bağlı qolu skoç vasitəsi ilə Famil tərəfindən bağlanmış, Famil mobil telefonu ilə məlumat verdikdən qısa müddət sonra Orucəli, Elvüsal və Qənbər birlikdə həmin evə gəlmişlər. Həmin şəxslər Hüseyn, Fuad, Kamran və Muradı boru, əlayaq və kəmərlə döyməyə başlamışlar. Daha sonra Hüseyn birinci mərtəbədə olan pilləkənanın taxta tirindən Familin göstərişi ilə dəmir qandal vasitəsi ilə ayağı yerdən üzülmüş olaraq asılmışdır. Hüseynin konkret kimlər tərəfindən asılmağını görməmiş, həmin gün saat 22 radələrində Murad, Fuad və Kamranın qolu Familin göstərişi ilə müalicə alan Tural tərəfindən açılmış, lakin Hüseyn asılı vəziyyətdə qalmış, Hüseyn ona və ətrafda olan hamıdan əlinin açılmasını xahiş etmişdir. Hətta, Hüseyn su belə istəmiş və buna dözməyərək Hüseynə su vermiş, Hüseyn gecə boyu həmin yerdə asılı vəziyyətdə qalmışdır. Famil heç kimə Hüseynin asılı olduğu yerdən endirilməsinə icazə verməmişdir. Növbədə olan zaman Famil rəhbər şəxs olmuş və onun sözündən heç kim çıxa bilməmişdir. Gecə boyu növbədə olmuş və yatmamış, gecə Hüseyn ondan və növbədə olanlardan qollarının açılmasını xahiş etmiş, 05 sentyabr 2021-ci ildə saat 06 radələrində yatmağa getmiş, səhər saat 12 radələrində Fərhad oyatmış, həyacan içində Hüseynin vəziyyətinin ölümcül olduğunu, onun Cavidan və Vlad tərəfindən xəstəxanaya aparıldığını demişdir. Daha sonra isə mərkəzin rəhbərlərinin göstərişi ilə müalicə alanlar 2-ci evə köçürülmüşdür. Hazırda həmin ifadəsini tam təsdiq etmir və səhkəmə baxışında verdiyi ifadəsi həqiqətə uyğundur. Birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs4 elan edilmiş ittihamda özünü təqsirli bilməyib ifadəsində bildirmişdir ki, digər təqsirləndirilən şəxsləri müalicə aldığı “New Life” reabilitasiya mərkəzindən tanıyır. Zərərçəkmişləri və mərhum Zərərçəkmiş şəxs1 həmin mərkəzdən tanımış, bunların heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. ünvan 14 ünvanda 5 saylı yataqxanada anası Şahid15 və qardaşı İlqar Həsənovla birgə yaşayır. 2011-ci ildə Nizami rayonunda 62 saylı tam orta məktəbi bitirmiş, 2011-ci ildə həqiqi hərbi xidmətdə olmuş, Hərbi xidmətdə olarkən erməni terrorçuları tərəfindən açılan atəş nəticədə postda olarkən güllə yarası almış, buna görə də həqiqi hərbi xidməti başa vurmadan tərxis olunmuşdur. Döyüşlərdə aldığı xəsarətlərə görə ona ikinci qrup əlil statusu verilmiş, həmin vaxtdan etibarən prezident təqaüdü təyin olunmuşdur. 2016-cı ildən narkomaniya xəstəliyindən əziyyət çəkmiş, təxminən 3-4 dəfə Maştağa qəsəbəsində Respublika Narkoloji Mərkəzində müalicədə olmuş, lakin hər dəfə müalicədən sonra yenə narkotik vasitə istifadə etməkdə davam etmiş, 2020-ci ilin avqust ayında qardaşı İlqar “New Life” reabilitasiya mərkəzinin reklamını görmüş və reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi Abşeron rayonu Atyalı qəsəbədə fərdi yaşayış evinə getmiş, Həmin ev üç mərtəbə və zirzəmidən ibarət olmuş, “New Life” reabilitasiya mərkəzində “12 addım proqramı” vasitəsi ilə narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsləri müalicə etmişlər və həmin müalicəni keçən şəxslərin özləri də əvvəllər narkomaniyadan əziyyət çəkib sağalan şəxslər olmuşdur. Mərkəzin özünə məxsus qaydaları olmuşdur. Belə ki, mərkəzə ilk dəfə müalicə olunmağa gələn şəxslər “novicok” adlandırılmış, təlim keçən şəxslər “personal və ya konsultant”, müalicə olunub sağalmış, personal olmaq istəyən şəxs “volontyor” adlandırılmış, Mərkəzdə yemək, yatmaq, siqaret çəkmək, idman və gün ərzində digər hərəkətlər müəyyən qrafiklə tənzimlənmiş, bütün hərəkətləri “konsultant”-dan icazə almaq tələb olmuş, “personal” gün ərzində onların fəaliyyətinə nəzarət edən şəxs olmuş, müalicə alan şəxslər icazələri ondan almışlar. Mərkəzdə rejim aşağıdakı kimi olmuş, həftənin hər günü səhər tezdən saat 08:00-da, altı bazar günləri saat 09:00-da yuxudan oyanmış və gün ərzində səhər idmanı, ev təmizliyi, yazı vərdişi, günorta yeməyi, axşamlar narkomaniyadan azad olmaq üçün söhbətlər etmişlər. Başqa, gündə 3-4 ay müalicə qəbul edən şəxslərdən ikisi yeməkxana naryadı təyin edilmiş, həmin şəxslər yeməkləri hazırlamış, qabları yumalı olmuş, evin hər mərtəbəsində dəhlizdə, otaqlarda, zalda video müşahidə kameraları quraşdırılmış, həmin kameralar evdə monitorda əks olunmuş, monitor evin birinci mərtəbəsində personal otaqda quraşdırılmış və xəstələrin fəaliyyətinə personal nəzarət etmişdir. Həftənin 6-cı günləri saat 11 radələrində kino saatı olmuş, müalicə daha çox psixoloji cəhətdən keçirilmiş, onlar heç bir dərman preparatı qəbul etməmiş, amma təzə gələn şəxslərə “lomka”dan çıxması üçün “tramadol” adlı dərman preparatı, eləcə də yatmaqdan əziyyət çəkənlər üçün “turuksal” adlı dərman verilmişdir. Orada olduğu vaxtlarda heç vaxt döyülməmiş, digər müalicə alanların döyülməsini görməmişdir. İlk olaraq 2020-ci ilin sentyabr ayında Qusar rayonda “New Life” reabilitasiya mərkəzində reabilitasiya almış, təxminən həmin ilin sentyabr ayının sonunda Qusar rayonda ev balaca olduğundan Nabran şəhərinə köçmüşlər və Nabran şəhərində ev geniş olduğundan orada fəaliyyəti davam etdirmişlər. 2021-ci ilin aprel ayında Nabran şəhərindən Novxanı qəsəbəsindəki fərdi yaşayış evinə köçmüşlər və həmin ev müğənni Şahid13 məxsus olmuş, fərdi yaşayış evini Orucəli və Elvüsal kirayə götürmüş, Novxanı qəsəbəyə köçən vaxtı artıq volontyor olmuş, Novxanı qəsəbəsində olan vaxtı onlar rəhbər kimi Orucəli və Vüsalı tanımışdır. Novxanı yaşayış massivində xəstələrinin sayı çox olduğundan iki ev kirayəyə götürülmüş, hadisənin baş verdiyi evdə Vlad, Cavidan, Cahangir, Arzu, Bədir, Fuad, mərhum Hüseyn, Elnur, Vüsal adlı şəxslər, Tacəddin, Mirhəbib, Kaman, Rüstəm və Tofiq, Heyyət, Natiq, Murad, Kamran, Yusuf, Elxan, Nurlan yaşamışlar. Personal kimi Orucəli, Elvüsal, Famil, Fərhad, İsrafil, Elgiz, Elçin, Kənan, Kamran, Ürfan, Cəlal, “volontyor” kimi Kənan, Cəlal, Sərxan işləmiş, 04 sentyabr 2021-ci ildə onlar saat 11:30-da Elvüsal və Orucəli növbəni Famil və Fərhada təhvil vermiş, İsrafil və Sərxan “volontyor” kimi onlarla növbəyə çıxmışlar. Elvüsal və Orucəli işdən çıxıb «Elit» ticarət mərkəzin yanında maşın təmiri sexinə getmişlər. Orucəlinin maşını təmirdə olmuş, lakin orada olduqları zaman Famil Orucəliyə zəng edib xəstələrdən bəzilərin qaçmaq fikrinin olması barədə məlumat vermiş və onlar saat 15 radələrində yenə mərkəzə gəlmişlər. Mərkəzə daxil olanda Elvüsal Cavanşirlə, Orucəli Famillə söhbət etmişlər. Görmüşdür ki, Fuad,Hüseyn və Cahangirin əl-qolu skoçla bağlı idi. Sonradan bilmişdir ki, onların əllərini Turanla Vlad bağlamış, Əl-qolu bağlı şəxslərlə söhbət etmişdir ki, mərkəzdən qaçmaq olmaz, müalicə almaq lazımdır. Orada xəstələri qaçmağa sövq edən Hüseynə şlankla 4-5 dəfə zərbə vurmuş, digər təqsirləndirilənlərin zərərçəkmişləri döyməsini görməmiş, təxmini az müddət sonra Orucəli və Elvüsal mərkəzdən evlərinə çıxıb getmişlər. Hüseynin pilləkana bağlanmasını görməmişdir. Növbəti gün Elvüsal zəng edib Hüseynin rəhmətə getməsini bildirmişdir. Şoka düşərək həmin gün yenə narkotik qəbul etmişdir. Müstəntiqə ifadə verərkən narkotikin təsiri altında olmuş və verdiyi ifadəni dərk etmədən vermişdir. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Anası Şahid15 müxtəlif instansiyalara yazdığı şikayəti elan edilmiş, şikayətdə anası göstərmişdir ki, xx.xx.2021-ci ildə mərkəzdə narkomaniyadan müalicə alan Hüseyn adlı şəxs vəfat etmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs3 onun oğlunu yanına çağıraraq təklif etmişdir ki, Hüseynin ölümünü öz üzərinə götürsün, onlar isə yığışıb onu qurtaracaqlar, lakin oğlu buna razı olmamış, Olan məlumata görə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə keçən gecə növbədə olan Famil, Fərhad, Sərxan və İsrafil Hüseyni möhkəm döyərək onu asmışlar. Anası Şahid15 şikayətində göstərdiyi hallar həqiqətə uyğun deyil. Onu Təqsirləndirilən şəxs3 və ya digər şəxslər Hüseynin ölümünü üzərinə götürməyi təklif etməmişlər, belə hal olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Təqsirləndirilən şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ilinin avqust ayında “Lider tv”-də adını xatırlamadığı hansısa verilişdə “New Life” reabilitasiya mərkəzinin reklamını görmüş, həmin verilişdə Təqsirləndirilən şəxs1 çıxış etmiş və narkomaniyadan müalicəyə zəmanət vermişdir. Ailə üzvlərin təkidi ilə müalicə olunma qərarına gəlmiş, müalicə üçün aylıq 1500 manat tələb edilmiş və pulu Kapital bankdan kredit götürüb müalicə olunmağa başlamışdır. Aylıq olaraq ailəsi tərəfindən, yəni anası tərəfindən 1500 manat ödəniş edilmiş, orada qalmaq və yemək xərcləri “New Life” reabilitasiya mərkəzi tərəfindən qarşılanmış, onlara nəzarət edən personal üç gün növbədə olmuş və üç gün növbədə qaldıqdan sonra üç gün öz evlərində istirahət etmişlər. Gün ərzində evin qapısı bağlı olmaqla açar yalnız personalda olmuşdur. Personal adətən açarı boğazından asılı saxlamış, “novicok”-lar yalnız personalın icazəsi ilə həyətə çıxa bilmişlər. Həmin vaxtı stajorlar da personal ilə birgə həyətdə ümumi nəzarəti həyata keçirmişlər. Onlar həftənin hər günü səhər tezdən saat 08:00da, altı bazar günləri saat 09:00-da yuxudan oyanmışlar, gün ərzində səhər idmanı, ev təmizliyi, yazı vərdişi, günorta yeməyi, axşam narkomaniyadan azad olmaq üçün söhbətlər etmişlər. Bundan başqa, gündə 3-4 ay müalicə qəbul edən şəxslərdən ikisi yeməkxana naryadı təyin edilmişdir. Həmin şəxslər yeməkləri hazırlamış, qabları yumalı olmuşlar. Evin hər bir mərtəbəsində dəhlizdə və otaqlarda, zalda video müşahidə kameraları quraşdırılmış və kameralar evdə monitorda əks olunmuş, monitor evin birinci mərtəbəsində personal otağında quraşdırılmış və xəstələrin fəaliyyətinə personal nəzarət etmişdir. Həftənin 6-cı günləri saat 11 radələrində kino saatı olmuş, müalicə daha çox psixoloji cəhətdən keçirilmiş, onlar heç bir dərman preparatı qəbul etməmiş, Amma təzə gələnlərə “lomka”dan çıxması üçün “tramadol” adlı dərmanı, eləcədə yatmaqdan əziyyət çəkənlər üçün “turuksal” adlı dərman verilmiş, orada olduğu vaxtda heç vaxt döyülməmiş, amma idman vaxtları tempi artırmağa personaldan bəziləri əllərindəki şlankla asta vuraraq onları həvəsləndirməyə çalışmışlar. Təxmini həmin ilin sentyabr ayının sonunda Qusar rayonundakı bütün xəstələr ev balaca olduğu üçün Nabran şəhərinə köçmüşlər, 2021-ci ilin aprel ayında Nabran şəhərindən Novxanı qəsəbəsindəki fərdi yaşayış evinə köçmüşlər və ev müğənni Şahid13 məxsus olmuş, fərdi yaşayış evini Orucəli və Elvüsal kirayə götürmüş, Novxanı qəsəbəsində köçən vaxtı artıq volontyor olmuş, Novxanı qəsəbəsində olan vaxtı onlar rəhbər kimi Orucəli və Vüsalı tanımışdır. Novxanı yaşayış massivində xəstələrinin sayı çox olduğu üçün iki ev kirayəyə götürülmüşdür. 04 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saat 11:30-da növbəni Famil və Fərhada təhvil vermişlər. Elvüsal və Orucəli işdən evə gedərkən saat 14 radələri olmuş, həmin vaxt Famil Orucəliyə zəng edərək xəstələrdən bəzilərinin qaçmaq fikrinin olması barədə məlumat vermiş, onlar həmin gün saat 15 radələrində yenə evə gəlmişlər. Elgizin “volkswagen” markalı avtomobillə gəlmişlər və avtomobili Elvüsal idarə etmiş, evə çatanda qapını Fərhad açmış və mənzilə daxil olub zirzəmiyə düşən vaxtı Hüseyni, Fuad, Kamranı əl və ayaqları bağlı vəziyyətdə yerdə görmüş, onların yanında Famil, Fərhad, İsrafil və Sərxan olmuş, X14 Hüseynin Fuad və Kamran ilə birgə qaçmağa hazırlaşmağı barədə məlumat verdiyini demiş, onlar üçü gələndə Famil, Fərhad, İsrafil və Sərxan tərəfindən Hüseyn, Fuad və Kamran döyülmüşlər. Elvüsal sillə ilə Hüseynin üzündən vurub qaçmaq istəməsinin səbəbini soruşmuş, Hüseyn qaçmaq istəmədiyini demişdir. Bundan sonra əlinə şlanq alaraq təxminən 20 dəfə yanlarına və qarnına ardıcıl zərbələr endirmiş, ondan sonra Orucəli 10-15 dəfə Hüseynin bədəninə zərbələr endirmiş, Hüseyni döymək üçün nazik, plastmasdan olan su borularından və qalın su şlanqından istifadə etmişlər. Hamı bir-birinin əlindən boru və şlaqı alıb Hüseynə zərbələr endirmişlər. Kiminsə əlində şlanq və ya boru olmayanda təpik və yumruq ilə Hüseynə zərbələr endirmişlər. Hüseyni özü, Elvüsal və Orucəli, Famil, Fərhad, İsrafil və Sərxan birgə döymüşlər. Onlar onu döyəndə Hüseyn “buraxmaqlarını, qaçmaq istəmədiyini” deyib yalvarmış, onlar onun səhvini başa salmaq üçün döymüşlər. Başçı Hüseyn olduğundan yalnız onu döymüşlər, digər iki şəxsi, Fuad və Kamranı döyməmişlər. Elvüsal, Fərhad və Famil dəmir qandallarıdan istifadə edərək Hüseyni əlindən evin birinci mərtəbəsinin pilləkanların taxta dirəyindən pilləkana tərəf asmış, Fuad və Kamranı sərbəst buraxmışlar. Sonra özü, Elvüsal və Orucəli evdən çıxıb getmişlər. Səhərisi Elvüsal zəng edib Hüseynin ölməsi barədə məlumat vermiş, Famil, Fərhad, İsrafil və Sərxan, Elvüsal və Orucəli Yasamal rayonunda görüşmüş və hadisə barəsində məlumat vermək qərarına gəlmişlər. Hal-hazırda həmin ifadəsini təsdiq etmir. Belə ki, həmin ifadəsini prokurorluqda verdiyi zaman narkotik vasitənin təsiri altında olmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X16 ölümünə rəhmət diləyir. Hüseynin ölümünə heç bir aidiyyatı yoxdur. Hüseynin narkotik vasitələrinin istifadəsindən rəhmətə getməsi onu çox təəccübləndirir. Mərkəzə heç kəs narkotik vasitə keçirə bilməz, həmçinin ittihamda göstərildiyi kimi Hüseyn demək olar ki, bir gün asılı vəziyyətdə qaldığı halda necə həmin vasitələrdən istifadə edə bilər. Özü haqqında bildirmək istəyir ki, onun özü də narkotik vasitə istifadəçisi olmuş, asılılıqdan qurtarmaq üçün 2018-ci ildə Maştağa qəsəbəsində «Yeni Nəsil» reabilitasiya mərkəzində müalicə keçmiş və həmin mərkəz fəaliyyətini dayandırdıqdan sonra Nabranda fəaliyyətlərini davam etdirmiş, mərkəzin fəaliyyəti 1953-cü ildə Amerikada kəşf edilən 12 addım proqram əsasında qurulmuş, yəni narkotik vasitələrdən asılılıq bir xəstəlikdir və xəstəlikdən yaxa qurtarmaq üçün narkotikdən asılı şəxs həmişə öz üzərində işləməlidir. 280 növ asılılıqdan üçü narkomaniya, alkoqolizm və qumarla bağlıdır. «New Life» reabilitasiya mərkəzi sonda Quba rayonunda fəaliyyət göstərmiş və oradan Novxanı qəsəbəsindəki “Aqua Park” a köçmüş, orada xərclər çox olduğu üçün yenidən Qubada ev tutub 4-5 gün qaldıqdan sonra Novxanıda 2 şəxsi evi icarəyə götürərək, bütün mebel və avadanlığı əldə edib həmin evlərə quraşdırdıqdan sonra bu evlərdə fəaliyyətlərini davam etdirmişlər. Tarixini dəqiq xatırlamadığı bir vaxtda Rafik Mamedov onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, bundan sonra onlar Yasamal rayonu ərazisindəki “Da Vinçi” klinikasının yaxınlığında görüşmüşlər. Həmin vaxt Rafik Mamedova mərkəzdə hansı formada müalicə aparıldığı ilə bağlı məlumat vermiş, Rafik Mamedov oğlu ilə bağlı razılıq verdikdən sonra, mərhum Zərərçəkmiş şəxs1 gətirmişlər və artıq Hüseyn orada müalicə alaraq sağalmağa başlamışdır. 01 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 növbəyə gəlmiş, 03 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs2 öz ad günü ilə əlaqədar onun avtomobilini götürüb getmiş, bir qoyun alıb hər iki evə ad günü münasibətilə paylamışdır. Onlar isə növbədə qalmış və 04 sentyabr 2021-ci ildə növbəni Famil, İsrafil, Fərhad və Turana təhvil verərək mərkəzdən çıxmışlar. Təqsirləndirilən şəxs2 onun avtomobilini ustaya vermiş, onlar Elgizin avtomobili ilə hərəkət etmişlər. Ustanın işi uzandığından yenə mərkəzə gəlmişlər. Mərkəzə gələndə uşaqlar mərkəzdə narahatçılıq olduğunu bildirmiş, Elvüsalla “konsultantskiy” otağa qalxmış, mərkəzdə nə problem olduğunu soruşmuş, kimlərin narahatlıqları olduqlarını öyrənmiş və Cahangir, Fuad və Kamrandan naharatçılıqların nə olduqları ilə bağlı danışmış və problemli və böyüdüləcək bir şey olmadığından, 15-20 dəqiqə orada qaldıqdan sonra mərkəzdən Təqsirləndirilən şəxs4lə çıxmış, Elvüsal onlardan qabaq mərkəzdən çıxıb getmişdir. 05 sentyabr 2021-ci ildə Fərhad zəng edib Hüseynin özünü pis hiss etdyini demiş, tez Elvüsalla danışmış, Elvüsal mərkəzə həkim göndərmiş, öz növbəsində evdən çıxıb mərkəzə getmiş, 20 Yanvar metrosu yanında Rafik Mamedova zəng edib oğlunun özünü pis hiss etdiyini demiş, bir müddət sonra mərkəzdəki uşaqlar yenidən ona zəng edib Hüseyni xəstəxanaya apardıqlarını demişlər. X69 zəng edib oğlunun vəziyyətinin pis olduğunu və onu xəstəxanaya apardıqlarını, tez bir zamanda bilet alaraq Azərbaycana qayıtmalı olduğunu demişdir. Xırdalanı keçdikdən sonra uşaqlar ona yenidən zəng edərək Hüseynin artıq rəhmətə getdiyini bildirmişlər. Binəqədi RPİ-dən zəng edərək onu mərkəzə çağırmışlar, mərkəzə getmiş, polislər tərəfindən sorğu-sual edildikdən sonra bölməyə, oradan prokurorluğa getmiş, 2-3 saat prokurorluqda olduqdan sonra mülki maşınla bir nəfər onları yenidən polis bölməsinə gətirmiş, 3 gün bölmədə qaldıqdan sonra onu Müvəqqəti saxlama yerinə, oradan isə Bakı istintaq təcridxanasına aparmışlar. 03 sentyabr 2021-ci ildə mərkəzdə növbədə olmuş,həmin gün Elvüsalın ad günü olmuş, ad gününü qeyd etdikdən sonra səhər növbəni təhvil verib Qənbərlə birlikdə evə getmişlər. Özünə məxsus avtomobili Elit ticarət mərkəzinin yanında ustada təmirdə olmuş,maşın hazır olmadığı üçün mərkəzə getmişlər, yarım saat sonra mərkəzdən çıxıb maşını götürmüşlər. Ustadan maşını götürüb bərbərə getmişlər. Bərbərdə Elvüsalla rastlaşıb Dəniz Mall-a getmişlər. Sərxan zəng vurub bildirdi ki, Hüseynin vəziyyəti pisdir. Elvüsala zəng vurub bildirməyi Sərxana demiş, özü isə Hüseynin atasına zəng vuraraq Hüseynin vəziyyəti barədə məlumat vermiş, atası demişdir ki, nə lazımdır kömək edin, gələndə sizinlə görüşər. Sumqayıta xəstəxanaya gedərkən yolda ona prokurorluqdan zəng vurub Hüseynin rəhmətə getdiyini və onlardan geri mərkəzə qayıtmalarını tələb etmişlər. Onlar oradan mərkəzə qayıtmış, sonra onları prokurorluğa çağırıb sorğu -sual etmişlər. Bir nəfər əməliyyatçı onları gəlib bölməyə aparmış, bir gecə bölmədə qaldıqdan sonra səhəri gün qollarına qandal vurub əvvəlcə Familgilin məhləsinə, oradan Qənbərgilin məhləsinə aparıb bölməyə qaytarmışlar. 3 gün bölmədə qalmışlar. Zərərçəkmişin hüquqi varisinə bildirir ki, nə Hüseynlə, nə də onunla heç bir qərəzçiliyi yoxdur, onun acısını başa düşür. Bildirir ki, oğlu Hüseyn narkotikdən rəhmətə getmiş, atasını və onları işə salmışdır. «Nyu-Layf» X18da kanalın qırağında yerləşmiş, 3 mərtəbəli villa, Mərkəzi heç kəs təsis etməmiş, vergi ödəyicisi kimi qeydiyyatda olmamış, özü Maştağada müalicə almış, onlar özləri mərkəzdə sağalmış, bu yolla digərlərini müalicə etmişlər. Onlar heç kəsi məcbur müalicəyə cəlb etməmişlər. Mərkəz Nabranda olanda polislər gəlib demişlər boşaltmaq lazımdır, onlar oradan çıxıb Bakı şhərinə «AF» otelə gəlmişlər. 3-4 gün orada qalmışlar, otelin pulunu onlar özləri ödəmişlər. Oradan Qubaya gedərək, bir həftə orada qalmışlar. Bundan sonra 2021-ci il may ayının ortalarında Novxanıda villanı taparaq kirayə tutub, həmin evə lazımı avadanlıqlar alıb həmin evə köçmüşlər. Bu barədə valideynləri çağırıb məlumat vermişlər ki, bundan sonra burada olacaqlar. Mərkəzdə reabilitasiya olanlar 06 aylıq kurs keçir, kursun aylığı 1.500 manat olmuş, Mərkəzdə imkansız adamları təmənnasız müalicə etmişlər. Müalicə üçün aylıq ödənişləri reabilitasiya olanın qohumları personaldan bayırda olanlara, ya mərkəzdə keçirilən iclaslarda ödəyirlər. Narkotikdən asılılığın özü bir xəstəlikdir, onun tibbi müalicəsi yoxdur, onun özü də narkomaniyadan tibbi müalicə almış, heç bir faydası olmamış, 1953-cü ildən Amerikada, 1992-ci ildən Rusiyada reabilitasiya mərkəzləri fəaliyyət göstərir, 12 addım proqramla müalicə metodları tətbiq edilir. Reabilitasiya mərkəzini digər təqsirləndirilən şəxslərlə bir yerdə tapıb bir yerdə getmişlər, onların arasında rəhbər olmamışdır. Qəmbər də onlarla Nabrandakı mərkəzdə bir yerdə işləmişdir. Digər təqsirləndirilən şəxslər onun kimi mərkəzdə müalicə alaraq sağalmışlar. Mərkəzdə dərslər bir gündən bir olmaqla 12 addım proqramı iləə həyata keçirilmiş, dərsi kim boş olurdu keçirdi. Uşaqlar dərslərdə yığışıb yazılar yazır, bir-birinə xəstəlik tarixçələrini danışır, bu bəladan qurtulmaq yollarını arayırlar. Həmin vaxt kimin sualı olurdusa suallarını vermiş, onlar çalışıb suallarla bağlı məlumat vermişlər. Onlar reabilitasiya keçənlərdə artıq sağlam fikrin qayıtdığını müşahidə etmiş, səhər hamı birlikdə idmana gedir və sonra yazı yazır, səhər yeməyi, ondan sonra yenə yazı yazır, günorta yeməyi yedikdən sonra basseynə gedirlər. Mərkəzdə heç bir cəza tədbiri nəzərdə tutulmamışdır. Mərhum Hüseyn narkotikdən əziyyət çəkmiş, onun Hüseynlə heç bir problemi olmamış, Hüseynin Elvüsal və digərləri ilə münasibəti yaxşı olmuş, növbəyə Elvüsal və Qəmbərlə çıxır, bunların Hüseynlə hər hansı bir problemi olsaydı onun məlumatı olardı. Mərkəzdə isə döyülmə halları olmamış, hadisə vaxtı özü evində olmuş, Hüseynin kim tərəfindən döyülməsini görməmişdir. Hüseynin vəziyyətinin pis olmasını və xəstəxanaya aparılmasını ona Sərxan zəng edib bildirmişdir. İbtidai araşdırma zamanı dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Xətai rayonu İ.Məmmədov küçəsi ev 15K ünvanında anası X23 ilə birlikdə yaşayır. X45 2018-ci ildə ürək çatışmazlığından ölmüş, bacısı Səbinə Mənsimova ailəlidir, ailəsi ilə Bakı şəhəri Nərimanov rayonunda yaşayır. 2005-ci ildən 2018-ci ilədək 13 il narkotik vasitələrin müxtəlif növlərindən istifadə edib aludəçisi olmuş, əvvəllər marixuana çəksə də, sonra daha ağır narkotiklərə keçərək “patı”, ‘‘kokain’’ və “kokos” kimi narkotiklərdən istifadə etmiş, əvvəllər müxtəlif vaxtlarda adlarını xatırlamadığı müalicə mərkəzlərində müalicə olunsa da, narkotik vasitələrindən imtina edə bilməmiş, lakin 2018-ci ilin aprel ayında anasının məsləhəti ilə “anonim narkomanlar 12 addım” adlı narkomaniyaya qarşı mübarizə lahiyəsi tərəfindən yaradılmış “Güclü nəsil” adlı mərkəzə gedərək müalicə olunmuşdur. Həmin mərkəz Maştağa kəndində yerləşmiş və mərkəzin rəhbəri Yaşar adlı şəxs olsa da, onu əvvəllər görməmiş, hər bir şeyi Ayaz adlı şəxs idarə etmişdir. Həmin Mərkəzdə müalicə olunarkən polis əməkdaşları tərəfindən mərkəzin fəaliyyəti dayandırılmış, lakin bunun səbəbini bilməmişdir. 7 ay müalicə olunmuş, 2018-ci ilin oktyabr ayında narkotik vasitələrdən asılılığı bitmişdir. Sonra reabilitasiya mərkəzi fəaliyyətini Xaçmaz rayonu Nabran qəsəbəsində davam etdirmiş, həmin vaxt Ayaz mərkəzin adını ölkədə “Güclü nəsil” kimi tanıdıqlarını və polislərin onlara fəaliyyət göstərməyə imkan verməyəcəklərini demiş, polis işçilərinin adlarını bilməmələrindən mərkəzin adını dəyişib “New Life” adlanmağı təklif etmiş, 2018-ci ilin oktyabr ayından Mərkəz “New Life” adı ilə fəaliyyət göstərməyə başlamışdır. Müalicə olunub qurtardıqdan və narkotik vasitələrdən asılılığı bitdikdən sonra “Güclü nəsil” reabilitasiya mərkəzində qalıb “stajirovka” kimi işləməyə başlamış, həmin vaxt reabilitasiya mərkəzi Nabran qəsəbəsində yerləşmişdir. Daha sonra “volontyar” siravi işçi, “konsultant” məsləhətçi kimi işləmiş, “volontyor” kimi 200 manat, “konsultant” kimi 400-500 manat əmək haqqı almış, əmək haqqını hər ay Ayaz adlı şəxs bir başa onun özünə vermişdir. 2021-ci ilin mart ayında Xaçmaz rayon polis əməkdaşları tərəfindən reabilitasiya mərkəzinin fəaliyyəti dayandırılmış, Onlar həmin gün müalicə olunan şəxslərlə təxminən 30 nəfərlə Novxanı qəsəbəsindəki ‘‘AF Hotel’’ adlanan otelə getmişlər. Burada 01 gün qalandan sonra Quba rayonunda 2 mərtəbəli evə köçmüşlər. Təxminən 45 gün qaldıqdan sonra yenidən Novxanı qəsəbəsinə qayıtmışlar. Təqsirləndirilən şəxs3 Binəqədi rayonu ərazisinə gələrək kirayə ev axtarmış və “Novxanı” bağlar massivində üçmərtəbəli fərdi yaşayış evini tapmış, evin sahibi Şahid13 olmuş, 07 aprel 2021-ci ildə Şahid13 ilə Təqsirləndirilən şəxs3 arasında notariat qaydada icarə müqaviləsi bağlanmış, Müqaviləyə görə hər ay Şahid13 nağd qaydada 3000 manat verilmişdir. 2021ci ilin may ayında bütün müalicə olunan şəxslər həmin evə köçürülmüş, həmin vaxtdan reabilitasiya mərkəzinin adı “New Life” kimi fəaliyyət göstərmiş, reabilitasiya mərkəzinə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə rəhbərlik etmiş, həmin evin həyəti və hovuzu olmuş, ev üç mərtəbəli olmaqla zirzəmisi və avtomobil qarajı da olmuşdur. Birinci mərtəbədə mətbəx, hamam otağı, işçilərin “konsultanskiy” adlanan otağı və yemək zalı, zirzəmidə siqaret çəkilən yer, məhsulların anbarı, sanitar qovşağı və hamam otağı, ikinci mərtəbədə dörd ədəd yataq otağı və bir sanitar qovşağı olmuş, yataq otaqların üçündə 8, digərində isə 3 ədəd çarpayı olmaqla ümumi 27 ədəd çarpayı olmuş, evin üçüncü mərtəbəsində ümumi zal olmuş, reabilitasiya ilə bağlı olan bütün məşğələlər burada keçirilmiş, reabilitasiya mərkəzində 12 nəfər işləmiş və 24 nəfər müalicə olunan şəxs olmuşdur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 mərkəzə rəhbərlik etmiş, Qənbər, Sərxan, İsrafil, Urfan, Elgiz, Elçin, Kamran, Cəlal, Fərhad, Rəşid və Kənan isə “volontyor” və “stajor” kimi fəaliyyət göstərmişlər. Onlar 03 qrupa bölünmüş, növbəliklə işə çıxmışlar. Müalicə edilən şəxslərin sayı çox olduğundan 2021-ci ilin iyul ayında “Novxanı” bağ evləri massivində Təqsirləndirilən şəxs3 əlavə ikinci ev tapmış, həmin evin sahibinin kim olduğunu bilməmiş, ev üçmərtəbəli olmaqla, evin həyəti, hovuzu olmuş, zirzəmisi və avtomobil qarajı olmuş, birinci mərtəbədə mətbəx, hamam otağı, işçilərin “konsultanskiy” adlanan otağı və yemək zalı, zirzəmidə siqaret çəkilən yer, məhsulların anbarı, sanitar qovşağı və hamam otağı, ikinci mərtəbədə 4 ədəd yataq otağı və bir sanitar qovşağı olmuş, yataq otaqlarının ikisində 8, birində 5 ədəd çarpayı və digərində 2 yataqdan ibarət 2 ədəd çarpayı, ümumi 23 ədəd çarpayıda 25 nəfərlik yataq yeri olmuşdur. Evin üçüncü mərtəbəsində ümumi zal olmuş, ilk əvvəl fəaliyyət göstərdikləri bina 1-ci daha sonrakı bina 2-ci bina adlandırmışlar. Zərərçəkmiş şəxs1 reabilitasiya mərkəzinə təxmini 2 ay əvvəl gəlmiş, onunla münasibəti normal olmuş, hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Hüseyn sakit və tərbiyəli bir oğlan olmuş, heç kəslə mübahisə və münaqişəsi olmamış, Hüseyn reabilitasiya mərkəzinə gətirildikdə vəziyyəti pis olmuş, lakin görülən tədbirlərin nəticəsində bir qədər düzəlmişdir. 04 sentyabr 2021-ci ildə səhər saat 11:00-da Təqsirləndirilən şəxs2 1-ci binada Təqsirləndirilən şəxs3, Fərhad, Sərxan və Qənbərə növbəni təhvil verib evə getmişlər. Həmin gün saat 16-17 radələrində Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə zəng edib Qənbərlə müalicə edilən Zərərçəkmiş şəxs1 arasında dava-dalaş, narazılığın olduğunu bildirmişdir. dərhal 1-ci reabilitasiya mərkəzinə gəlmiş, Təqsirləndirilən şəxs3 ona Qənbərlə Zərərçəkmiş şəxs1 arasında dava-dalaş olduğunu demişdir. Belə ki, Qənbər Hüseynə tapşırıq vermiş, lakin Hüseyn icra etməmiş, hansı tapşırıq verildiyini Təqsirləndirilən şəxs3 deməmiş, Qənbərlə Hüseynin arasında dava olarkən sonuncu əlinə bıçaq götürüb Qənbərin üzərinə getmiş, Qənbər yerdən rezin materialdan boru ilə Hüseyni vurub döymüş, birinci mərtəbədən zirzəmiyə düşərkən Hüseynlə qarşılaşmış, ondan nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 rus dillində bildiyindən onunla rus dilində danışmışdır. Hüseyn ona “səhv etmişəm. İstəməzdim belə olsun. Bağışla” demiş, Hüseynə bağışla deməsinə ehtiyac olmadığı bildirib demişdir ki, birdən bıçaqla Qənbərə xəsarət yetirərdin. Sonra mərkəzi tərk edib yaşadığı evə getmiş, müvəqqəti kirayə tutduğu evə gedib qalmış, kirayə tutduğu ev Bakı şəhəri Tbilisi prospektində yerləşmiş, həmin evdə bəzən dostları ilə oturub yeyib- içib qalmış, 05 sentyabr 2021-ci ildə 09:30-10:00 radələrində Təqsirləndirilən şəxs3 mobil telefonundan mobil telefonuna zəng edib Zərərçəkmiş şəxs1 səhhətinin pis olduğunu bildirmişdir. Təxminən 20 dəqiqə sonra mərkəzə çatmış, həmin vaxt Hüseyni tanışı taksi fəaliyyəti ilə məşğul Rəşid adlı şəxs Sumqayıt şəhərində adını bilmədiyi xəstəxanaya aparmış, Elvüsal ilə mərkəzdən çıxıb Sumqayıt xəstəxanasına getmiş, yolda olarkən Rəşidin xatırlamadığı mobil telefonuna zəng edib Hüseynin vəziyyətini soruşmuş, Rəşid həkimlərin Hüseynin nəbzinin döyündüyünü, təziqin düşmədiyini dediklərini bildirmiş, təxminən 5 dəqiqə sonra bir daha Rəşidə zəng edib Hüseynin səhhətini soruşmuş, Rəşid ona xəstəxanadan çöldə olduğunu, hələ xəbərinin olmadığını demişdir. Təxminən 2-3 dəqiqə sonra Rəşid zəng edərək Hüseynin öldüyünü bildirmişdir. Mərkəz heç bir dövlət qeydiyyatdan keçirilməmiş, fəaliyyət göstərməyi üçün heç bir lisenziya olmamış, Mərkəzdə heç bir tibbi müalicə aparılmadığından mərkəzin fəaliyyət göstərməsi üçün heç bir lisenziyaya ehtiyac olmamış, mərkəzdə müalicə edilən hər bir kəsdən hər ay orta hesabla 1000-1500 manat alınmış, pul nağd qaydada müalicə olunan şəxsin valideynlərindən alınmışdır. Həmin pulun bir hissəsi mərkəzdə müalicə edilən şəxslərin qidalarına və kommunal xərclər üçün xərclənmişdir. Pulun müəyyən hissəsi Mərkəzdə işləyən işçilərə əmək haqqı kimi verilmişdir Əmək haqqı işgüzarlığına görə 300-650 manat civarında olmuş, bütün xərcləri ödədikdən sonra təxminən 5000 manat qalmışdır. Həmin məbləğ Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və onun arasında bərabər bölünmüşdür. Müalicə üçün mərkəzə daxil olan və müalicəsi qurtarmış şəxslərin qeydiyyatı dəftərdə aparılmış və dəftər mərkəzdə olmuşdur. “New Life” reabilitasiya mərkəzin fəaliyyəti və məqsədi narkotik vasitələrdən, spirtli içkilərdən və digər asılıllığı olan hər hansı şəxsin müalicə olunaraq cəmiyyətə qayıtması olmuşdur. Reabilitasiya mərkəzində müşahidə kamerası olmuş, lakin videogörüntülər yaddaşa köçürülməmiş, kameralarına növbədə olan şəxs cavabdeh olmuş, kameranın yaddaş qurğusu məkrəzin binasına baxış zamanı polis əməkdaşları tərəfindən götürülmüşdür Zərərçəkmiş şəxs1 döyülməsində iştirak etməmiş, Hüseyni Qənbər döymüş, kimsənin döyülməsində və fiziki təsir olunmasında iştirak etməmişdir. Reabilitasiya mərkəzinə giriş-çıxış sərbəst olmuş, mərkəzdə işləməyini təsdiq edən sənəd olmamış, müalicə olunan şəxslər narkotiklarla təmin edilməmiş, onlara mühazirələr oxunmuş, dərslər keçirilib maarifləndirilmişlər. Müalicə olunan şəxslərin əl-ayaqlarının skoç və qandalla bağlanaraq plastik boru ilə döyülmələrini görməmiş, reabilitasiya mərkəzində nizam intizamı pozan şəxslərə onlar tərəfindən və işçilərin tapşırığı ilə müəyyən söz və cümlələr dəfələrlə, yəni 50-100 dəfə yazdırılmış, ya baş verən hadisənin səbəbini izahlı yazıb onlara təqdim etmişlər. Mülaicə olunan şəxslər mərkəzdə ayrılmış çarpayıda yatmış, həmin şəxslərə işçilər, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və özü tərəfindən mühazirələr oxunmuş, konkret hər hansı ədəbiyyata istinad etməmişlər, mərkəzdə həkim olmamışdır. Mərkəzdə müalicə olunan şəxslərə sıyıq, kolbasa və yumurta, yağ, şor, pendir, suplar, salatlar, vermişil toyuq, ət, toyuğun döş əti, meyvə və meyvə şirələri verilmiş, müalicə olunan şəxslərə gəldiyi vaxt növbədə olan şəxslər tərəfindən onlara çarpayı ayrılmış və növbədəki şəxslər nəzarət etmişlər. Müalicə olunan şəxslərdən mərkəzdən heç kim qaçmamış, lakin mərkəzdən getmək istəyən şəxslərlə söhbətlər aparılaraq fikirlərindən döndərilmişlər. Mərkəzdə mühafizəçi olmamışdır. Reabilitasiya mərkəzində müalicə olunan şəxslər evdən çölə sərbəst çıxıb gəlmişlər. İstintaqdakı ifadələri təsdiq etmir, məhkəmə verdiyi ifadəsi isə həqiqətə uyğundur. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 04 sentyabr 2021-ci ildə “New Life” Reabilitasiya Mərkəzinə gəlib Təqsirləndirilən şəxs1 növbəni qəbul etmiş, onunla növbəyə İsrafil, Fərhad və Turan gəlmişlər. Həyətdə olarkən su borusu partlamış, Elvüsal ilə əlaqə saxlayaraq hadisə barədə məlumat vermişdir. Elvüsalın «Azərsu» SC-də tanışları var. Elvüsal demişdir ki, maşınları xarab olmuş, ustadadır, gəlirlər. Bir müddət sonra Elvüsalla Orucəli mərkəzə gəlib 30 dəqiqə sonra çıxıb getmişlər. Günorta vaxtı reablitasiya edilənlərə dərs keçmiş və təlimin davamını Fərhada tapşırıb yatmağa getmiş, Zərərçəkmiş şəxs1 həmin vaxt hamamda olmuş, Təqsirləndirilən şəxs5 yazı yazmış, Sərxanın bu məsələyə heç bir aidiyyatı yoxdur. Növbəti gün səhər Fərhad gəlib demişdir ki, Zərərçəkmiş şəxs1 özünü pis hiss edir. Məsləhət görmüşdür ki, Hüseyni hovuza salsınlar, lakin Fərhad demişdir ki, Hüseynin vəziyyəti pisdir. Qaraja enib digər yoldaşlarla birlikdə Hüseyni yerə uzadaraq süni nəfəs vermiş və ürək masajı etmişdir. Hüseynin vəziyyəti barədə dərhal Elvüsala məlumat vermiş və sonuncu tanışları Rəşidə zəng edib həkim gətirməsini xahiş etmiş, Rəşid bir xanım həkim gətirmiş, həkim Hüseynin nəbzini yoxlamış, ürəyinə qulaq asmış və Hüseynin vəziyyətinin ağır olduğunu deyərək təcili xəstəxanaya aparmasını demiş, həmin dəqiqə Hüseyni maşınla xəstəxanaya göndərmişlər. Hüseynin bu vəziyyətə düşməsindən məlumatı yoxdur. Bütün gecəni yatmış və heç nə görməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X46 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 oğlu olmuş, oğlu Hüseyn 1992-ci ildə dünyaya gəlmiş, orta təhsili Qazaxıstanın Uralski şəhərində aldıqdan sonra, həmin şəhərdə olan Aqrar Universitetinin Ekonom fakülətisinə qəbul olmaqla ali təhsil almışdır. 2017-ci ildə oğlu Hüseyn Bakı şəhərinə gəlib iş qurmuş, oğlu Hüseynin konkret nə vaxt narkotik vasitə qəbul etməsini bilməmiş, bu hal ona Hüseynin toy ərəfəsində məlum olmuşdur. Qohum-əqrəbalardan Hüseynin narkotik vasitə qəbul etdiyini eşitmiş, lakin ilk öncə buna inanmamış, sonradan Hüseynlə arvadı Leyla arasında onun narkotik vasitə qəbul etməsi ilə bağlı narazıçılıqlar yaranmağa başlamış, Həmin vaxt özü Qazaxıstanda olmuşdur. 2021-ci ilin iyun ayında Hüseynlə mobil telefonla əlaqə saxlayarkən sonuncu ona bildirmişdir ki, artıq müalicəyə başlamış, təxmini 2021-ci ilin iyun ayının axırları Hüseyni narkotikadan uzaqlaşdırma üçün müalicə mərkəzinə göndərməkdən ötrü Qazaxıstandan Bakı şəhərinə gəlmişdir. İnternet vasitəsi ilə tapdığı Nizami rayon Şirin Mirzəyev 108-də “X52- Məsləhət Kabineti”də həkim işləyən Asif Kəngərli ilə görüşmüş, X70 mütləq reabilitasiya mərkəzlərində müalicəyə ehtiyacının olduğunu deyib reabilitasiya mərkəzlərinin siyahısını təqdim etmiş, siyahıdakı altı mərkəzin adlarını tanımadığından Asif Kəngərliyə reabilitasiya mərkəzlərdən hansının yaxşı olduğunu soruşmuş, həkim ona “New Life” Reabilitasiya Mərkəzinin digərlərindən daha yaxşı olduğunu bildirmişdir. Siyahıda olan digər reabilitasiya mərkəzlərinin adlarını hazırda xatırlamır. Siyahıda olan «New Life» (Yeni Həyat) Reabilitasiya Mərkəzinin qarşısında onun rəhbəri Oruc adlı şəxsin adı və mobil nömrəsi yazılmışdır. Evə gedərək “Whatsapp” proqramı ilə Orucəliyə mesaj yazaraq onunla əlaqə saxlamış, təxminən 03-04 iyul 2021-ci ildə hazırda məhkəmədə gördüyü təqsirləndirilən şəxslərdən Orucəli və Elvüsal və adını xatırlamadığı daha bir nəfərlə Yasamal rayonunda “Davinci” Hospitalın yanında görüşmüş, görüşdə ona məlum olmuşdur ki, mərkəzdə Amerikanın “12 addım” proqramı əsasında qeyri-tibbi üsullarla müalicə aparılır, Orucəli və Elvüsal ona özlərinin narkotikdən əziyyət çəkdiklərini, lakin bu üsulla müalicə alaraq sağaldıqlarını bildirmişlər. Hüseynin “12 addım proqramı” ilə müalicə olunacağını, psixoloji metodlardan istifadə edəcəklərini, qaldığı yerdə idmanla məşğul olacağını və psixiologiya ilə bağlı müxtəlif dərslər keçiləcəyini bildirmişlər. Hüseynin 6 ay çölə çıxmamaq şərti ilə mərkəzdə qalacağını, hər ay 1500 manat ödənilməli olduğunu, əlavə isə 50-60 manat aylıq siqaret, diş məcunu, bir sözlə şəxsi ehtiyacları üçün pul lazım olacağını bildirmişlər. Onlara Hüseynin reabilitasiya mərkəzində müalicə almaq istəmədiyini dedikdə, onlar ona Hüseyni aldadıb mərkəzə gətirə biləcəklərini bildirmişlər. Hüseyni mərkəzə aparmaq müqabilində Orucəli əlavə olaraq 600 manat verilməli olduğunu demişdir. Bütün bu şərtlərlə razılaşmış və 09 iyul 2021-ci ildə oğlu Hüseynin ad gününü keçirdikdən bir gün sonra saat 18 radələrində Orucəli Hüseynin istifadəsində olmuş mobil nömrəyə zəng edib özünü İnterpolun əməkdaşı kimi təqdim edərək Hüseynin Qazaxıstanda hansısa bir məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdir. Bu yolla Hüseyni aldadıb mərkəzə aparmışlar. Həmin gün axşam radələrində Bakıxanov qəsəbəsi Fətəliyev 35 ünvanda Nərmin marketin qarşısında «New Life» Reabilitasiya Mərkəzinin işçisi kimi özünü təqdim edən və hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs3lə görüşmüş, ona müalicə pulu kimi 1500 manat, şəxsi ehtiyacları ilə bağlı 100 manat, Hüseynin gətirilməsi ilə bağlı 600 manat, cəmi 2200 manat vermiş, Famil ona Hüseynin şəxsi əşyaları təqdim etmiş, Hüseyn üçün pal-paltar lazım olduğunu demiş, növbəti gün səhər Hüseyn üçün paltar götürərək Novxanı qəsəbəsinə gedib mərkəzin olduğu yeri güclə olsa da tapıb Orucəli və Elvüsala vermişdir. Təxminən 13-14 iyul 2021-ci ildə Qazaxıstana getmişdir. Bundan sonra mütəmadi olaraq Orucəli və Elvüsalla telefonla əlaqə saxlayaraq, Hüseynin vəziyyəti ilə maraqlanmış, onlar ona Hüseynin səhhətinin yaxşı olduğunu, onun sağalmağa doğru getdiyini bildirmişlər. Elvüsal 01 avqust 2021-ci ildə “Whatsapp” proqramı ilə onunla əlaqə saxlayaraq, Hüseynin şəxsi ehtiyacları üçün əlavə 100 manata ehtiyacların olduğunu bildirdikdə, 02 avqust 2021-ci ildə Hüseynin şəxsi ehtiyaclarına siqaret, diş məcunu və sair Qazaxıstanın “ATF” Bankından "Zolotaya Korona" pul köçürmələri sistemi ilə Təqsirləndirilən şəxs2 adına 100 ABŞ dolları köçürmüş, daha sonra 11 avqust 2021-ci ildə Hüseynin müalicə alması üçün aylıq ödəniş, eləcə də şəxsi ehtiyacları üçün “ATF” Bankından "Zolotaya Korona" pul köçürmələri sistemi ilə Təqsirləndirilən şəxs2 adına 1000 ABŞ dolları göndərmişdir. Hüseynlə 10 iyul 2021-ci ildən, yəni müalicə aldığı vaxtdan cəmi iki dəfə “***-***-**-**” mobil nömrə ilə “Whatsapp” proqramı ilə telefon əlaqəsi saxlamış və telefonda danışarkən Hüseyn hər şeyin qaydasında olduğunu desə də, lakin səs tonundan Hüseynin ona nəsə demək istəməsini hiss etmişdir. Sonradan ona məlum olmuşdur ki, Hüseyn onunla telefonla danışarkən törətdikləri qanunsuz hərəkətlərlə bağlı hər hansı söz deməsin deyə yanında personaldan kimsə dayanmış, 05 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs2 ona zəng edərək “Hüseynin 4-5 nəfərlə mərkəzdən qaçmaq istədiyini, bu səbəblə onların qaçmağına icazə verməyib qaçan şəxsləri, eləcə də Hüseyni bağladıqlarını, Hüseynin səhətinin pisləşdiyini, Sumqayıtda hansısa klinikaya apardıqlarını” bildirmiş, bu xəbərdən narahatçılıq hissi keçirmiş, Elvüsal və Orucəli ilə bir neçə dəfə telefonla əlaqə saxlamış, onlar isə gah telefonun zənginə cavab verməmiş, gahda ki zəngə cavab verib danışa bilmədikləri ilə müxtəlif bəhanələr gətirib oğlu barədə dəqiq məlumat verməmişlər. Müstəntiq zəng edib oğlunun rəhmətə getdiyini demiş, qaynı və qardaşına Hüseynlə maraqlanmalarını tapşıraraq 07 sentyabr 2021-ci ildə Bakı şəhərinə gəlmiş və oğluna qarşı həqiqətən fiziki zor olduğunu oğlunun meyitinə baxarkən müşahidə etmişdir. Oğlunun bədəni başdan-ayağa xəsarətlər olmuş, qolu biləyindən sınmış, dərisi sıyrılmışdır. Təqsirləndirilən şəxslərin hamısına ən ağır cəza təyin edilsin. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, qardaşı Şahid43 27 avqust 2021-ci ildə Binəqədi rayonu Novxanı qəsəbəsində “NEW LİFE” Reabilitasiya Mərkəzinə narkomaniyadan müalicə olunmağa yerləşdirilmiş, səbəbi 2020-ci ildən narkotik vasitə qəbul etməyə başlamış və ilk əvvəllər marixuana qəbul etməyə başlasa da, daha sonra qardaşı “kakos” adlanan narkotik vasitələri çəkmişdir. “NEW LİFE” Reabilitasiya Mərkəzində onunla birlikdə 27-34 nəfər müalicə almış, reabilitasiya mərkəzində “12 addım” adlanan proqramla narkotik vasitə istifadəçiləri müalicə olunmuş, bildiyi qədər mərkəzdə bütün işlərə rəhbərliyi Orucəli keçirmiş, hadisə günədək cəmi 5 gün mərkəzdə qaldığından çox adamları tanımamış, mərkəzin fəaliyyət qaydasını yeni öyrənmiş, 4 sentyabr 2021-ci ildə onu heç kəs aşağı, yəni qaraja aparmamış, Famil, Sərxan, Fərhad, İsrafil adlı şəxslər onu döyməmiş, başındakı xəsarət təxminən üç il əvvəl Şahin adlı şəxslə savaşdığı zaman sonuncu tərəfindən ona yetirilmişdir. Reabilitasiya mərkəzindən qaçmaq istəməmiş və bunun üçün digər xəstələrlə, o cümlədən mərhum Zərərçəkmiş şəxs1la mərkəzdən qaçmaq planları qurmamış və onun narazılığı olmamışdır. Müalicələri mühazirələrdən, xəstələrin bir-biri ilə narkotikdən asılılığa düşmə səbəbləri barədə söhbətləri, yazı yazmaları vasitəsi ilə keçirilmişdir. Onlara vaxtlı-vaxtında yemək verilmiş və həyətə çıxmağa təmiz hava qəbul etməyə şərait yaradılmışdır. Familin göstərişi ilə İsrafil, Fərhad və Sərxan adlı personal dəmir qandalla, sonra qandalın üzərində skotç yapışdırıcı ilə əlləri və ayaqlarını bağlamamışlar və yerə uzatmamışlar, ayaq və əllərini bir-birinə bağlamamışlar. Familin Fuadı, Muradı və Hüseyni aşağı endirib döymələrini görməmiş, göstərişi ilə Hüseyni Sərxan və İsrafil qarajdan birinci mərtəbəyə qalxan pilləkənin taxta tirindən qandalla asmağını görməmiş, bilməmişdir. 05 sentyabr 2021-ci ildə saat 10:00-da səhər yeməyindən sonra Hüseynin vəziyyətinin pis olduğunu eşidib onun xəstəxanaya aparıldığını bilmiş, Hüseyn xəstəxanaya apardıqdan sonra onları mərkəzin 2-ci evinə aparmışlar, müalicə alanlarla birlikdə 2-ci evə getmişlər. 6 sentyabr 2021-ci ildə saat 04 radələrində isə onu mərkəzdən buraxmışlar. Müalicə üçün “New Life” Reabilitasiya Mərkəzə pul ödəyib ödəməməsindən məlumatı yoxdur. Digər xəstələrin aldıqları müalicəyə görə ödəniş edibetməmələrindən xəbəri yoxdur. İstintaq zamanı verdiyi ifadəsi ona elan edilmiş, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Abşeron rayonu Saray bağları 5-ci dayanacaq, xatırlamadığı ünvanda ailə üzvləri, yəni atası Oruc Əliyev, anası Kifayət Əliyeva ilə birlikdə yaşayır. 2020-ci ildən narkotik vasitə qəbul etməyə başlamış, ilk əvvəllər marixuana qəbul etməyə başlasa da, daha sonra “kakos” adlanan narkotik vasitələri çəkməklə qəbul etmişdir. 27 avqust 2021-ci ildə “NEW LİFE” X6 rayonu Novxanı qəsəbəsində Şahid13 məxsus evində müalicə almağa başlamış, başladığı ilk vaxtlardan 27- 34 nəfər xəstə müalicə almış və reabilitasiya mərkəzində “12 addım” adlanan proqramla narkotik vasitə istifadəçiləri müalicə olunmuş, mərkəzdə proqram rəhbəri və bütün işlərə rəhbərliyi Orucəli keçirmiş, Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Famil və Elvüsal rəhbərlik edib idarə etmişlər. Bura gəldikdə reabilitasiya mərkəzdə müalicə prinsipi və qrafiki aydın olmuşdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir, belə ki, təqsirləndirilən şəxslərdən acıqlı olduğu zaman ifadə vermiş, bu səbəbdən məhkəmədə verdiyi ifadəsini düzgün ifadə kimi qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 04 sentyabr 2021-ci ildə saat 14:00 radələrində bütün müalicə alan şəxslərə yat komandası verilmiş və personaldan Famil, Sərxan, Fərhad və İsrafil yatdığı otağa daxil olaraq onu aşağı, yəni qaraja (ərzaqların saxlanıldığı zirzəmi kimi olan yer) endirmişlər. Zirzəmidə tək, eyni ilə Famil, Sərxan, Fərhad, İsrafil olmuşlar. İlk öncə Famil reabilitasiya mərkəzindən qaçmaq istədiyini bəhanə edib əli ilə onun üz nahiyəsinə zərbə endirmiş, ona müqavimət göstərərkən Famil, Sərxan, Fərhad, İsrafil əl-ayaqla onun bədənin müxtəlif nahiyələrinə zərbə endirib müqavimətini qırmışlar. Familin göstərişi ilə İsrafil, Fərhad və Sərxan dəmir qandalla və sonra qandalın üzərində skotç yapışdırıcı ilə əllərini və ayaqlarını bağlamışlar və yerə uzatmışlar. Sonra isə ayaq və əllərini birbirinə bağlamış, yerdə olarkən onun bədəninin müxtəlif yerlərinə Famil, Sərxan və İsrafil zərbələr endirmişlər. Həmin ərəfədə Famil müalicə alanlardan Fuadı da aşağı endirmiş, Famil Fuada mərkəzdən qaçmaq istədiyini bəhanə edərək əli ilə zərbələr endirmişdir. Fuad da Famil, Sərxan, İsrafil tərəfindən döyülüb müqaviməti qırılmış, onun da əl-ayaqlarını skotç yapışdırıcı ilə bağlayıb yanına uzatmışlar. Sonra müalicə alan şəxslərdən Muradı aşağı endirməklə onu da döymüşlər və eyni qaydada əl-ayaqlarını bağlamışlar və yerə uzatmışlar. Sonra müalicə alan şəxslərdən Hüseyni aşağı endirmişlər. Hüseynə ilk Famil əli ilə zərbə endirmiş və orada olan Fərhad, Sərxan, İsrafil Hüseynin müqavimətini qıraraq onu yerə uzadıb əl və ayaqlarını bağlamağa başlamışlar. Həmin vaxt qaraja mərkəzin rəhbəri Orucəli, Elvüsal və Qənbər gəlmiş, onlar yerdə bağlı şəkildə olanda Qənbər əlinə plastmas boru alaraq ilk öncə onun baş, ayaq, kürək və qarın nahiyələrinə zərbələr endirmiş, Qənbər əlindəki plastmas boru ilə Fuad, Murad, Hüseynin bədənlərini müxtəlif nahiyələrinə zərbələr endirmiş və zərbə vuraraq onlara qarşı nalayiq ifadələr işlətmişdir. Qaçmaq planını onunla Hüseyn qurduğu bəhanə edib onları daha çox döymüşlər. Həmin vaxt Qənbər, Famil, İsrafil onu və Hüseyni daha çox döymüşlər, Orucəli əlində şlankla Fuada zərbələr endirmiş, döyülmə prosesi 2 saat davam etmiş, saat 16 radələrində Familin göstərişi ilə Hüseyn Sərxan və İsrafil tərəfindən qarajdan birinci mərtəbəyə qalxan pilləkənin taxta tirindən qandalla asılmış, özü, Murad, Fuad qarajda bağlı vəziyyətdə qalmışlar. Qənbər, Orucəli və Elvüsal mərkəzdən çıxıb getmişlər. Mərkəzdən çıxıb getməmişdən qabaq Orucəli növbədəki şəxslərə onların və Hüseynin bir gün bağlı vəziyyətdə qalmaqlarına göstəriş vermişdir. 05 sentyabr 2021-ci ilin təxminən 01 radələrinə kimi onlar bağlı vəziyyətdə qalmışlar, həmin vaxt onlara yemək və su verilməmişdir. 05 sentyabr 2021-ci ilin 01 radələrində Familin göstərişi ilə müalicə alanlardan Turan onun, Murad və Fuadın əl-ayaqlarını açmış, Hüseyn pilləkənin taxta tirindən bağlı vəziyyətdə qalmış, Hüseyn bağlı vəziyyətdə su istəsə də, heç kəs ona su verməmiş, onların əllərini açdıqdan sonra 3-cü mərtəbəyə qaldırmışlar və Famil onlara yazı cəzası vermiş, yəni, eyni məzmunlu cümlələri yatmadan səhəri kimi yazmalı olmuşlar. Gecə boyu onlar yazı cəzasını yerinə yetirmişlər, lakin Hüseyn bağlı vəziyyətdə qalmış, Hüseyn gecə boyu ah-nalə çəkib su istəsə, əllərinin açılmağını xahiş etsə də onun əllərini heç kəs açmamışdır. Murad, Fuad, özü və Hüseyn döyülərkən müalicə alan şəxslərdən Cahangir Qənbər tərəfindən aşağı endirilib döyülmüş, lakin Cahangirin əl-ayaqları bağlanmamış və döyüldükdən sonra yuxarı müalicə alan şəxslərin arasına qatılmışdır. 05 sentyabr 2021-ci ildə saat 10:00-da səhər yeməyi yeyərkən, kiminsə Hüseynin qolunun açıldığını dediyini eşitmiş, daha sonra Hüseyn yenidən taxta tirə bağlanmış, lakin, onu kimin bağladığını bilməmiş, çünki, rezidentlərə nə iləsə bağlı maraqlanmağı, nəyəsə baxmağı qadağan etmişlər. Yeməyi yedikdən sonra onlar 3-cü mərtəbəyə qalxmışlar və sonra Hüseynin vəziyyətinin pis olduğunu bilmişlər. Hüseyni xəstəxanaya apardıqdan sonra müalicə alanlar mərkəzin 2-ci evinə aparılmış, müalicə alanlarla birlikdə 2-ci evə getmiş, 6 sentyabr 2021-ci ildə saat 04 radələrində onu mərkəzdən buraxmışlar. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hamısını müalicə aldığı “New Life” adlı yerdən tanıyır. Ailəsi atası Muxtar, böyük qardaşı Ceyhun və özünün ailəsindən ibarət Bakı şəhərində birlikdə yaşayırlar. 2016-2018-ci illərdə “Gülüstan” yaşayış binasında resepşenda qeydiyyatçı işləmiş, ailəsində baş vermiş ölüm hadisələri ilə depressiyaya düşmüş, narkotik vasitələr qəbul etməyə başlamış, əsasən “kakos” və “patı (şüşə)” adlanan narkotiklərdən istifadə etmişdir. 2021-ci ilin aprel-may aylarında atası Muxtar və qardaşı Ceyhun onun müalicə almalı olduğunu bildirib onu həmin vaxtlar Maştağada yerləşən narkoloji dispanserə aparmışlar. Lakin, həmin vaxt bədənində yüksək temperatur olduğundan Narkoloji dispanserin həkimləri pandemiya qaydalarına görə qəbul etməkdən imtina etmişlər. Növbəti günlərdə artıq internet vasitəsilə müalicə olunmağı ilə əlaqədər araşdırmalara başlamış və “instagram” sosial şəbəkəsində narkomaniyadan müalicəni aparan “New Life” (Yeni Həyat) reabilitasiya mərkəzi səhifəsi qarşısına çıxmışdır. Həmin mərkəzin əlaqə nömrələrinə qardaşı Ceyhun telefonla zəng edərək, Orucəli adlı şəxslə danışıb mərkəz haqqında ilkin məlumat almışdır. Orucəli qardaşına bildirmişdir ki, müalicə alınan onların nəzarətində olan evdə qalacağını, müalicə alaraq sağalmağı üçün hər cür şərait olacağını və bundan ötrü aylıq 1500 manat ödəniləcəyini bildirmiş, buna görə iyun ayının 26-da qardaşı Ceyhunla Novxanı qəsəbəsində “New Life” Reabilitasiya Mərkəzinə gələrək oranın üç mərtəbəli villa olduğunu, orada müalicə alanlar üçün yaxşı şərait yaradıldığının şahidi olmuşlar. Qardaşı həmin gündən etibarən Orucəli ilə razılaşaraq, 3 ay olmaqla hər ayın 26-da ona 1500 manat, cəmi 4500 manat pul vermişdir. Müalicə “12 addım” proqramı ilə həyata keçirilirdi. Həmin proqram mənəvi proqram idi. Proqramda qeyd edilən tədbirlər yazı yazmaqdan, gündəlik tapşırıqların yerinə yetirilməsindən və psixoloji leksiyalardan ibarət idi. Leksiyaları isə orada fəaliyyət göstərən personal həyata keçirirdi. Bura gəldikdə reabilitasiya mərkəzində müalicə prinsipi və qrafiki aydın olmuş, istirahət isə idman etməkdən, musiqi dinləməkdən, filmə baxmaqdan və qrup halında şəhərə çıxmaqdan ibarət idi. “New Life” Reabilitasiya Mərkəzində olduğu müddətdə ona və digər rezidentlərə qarşı kobud bir hərəkətin edilməsinin şahidi olmamışdır. Məhdudiyyətlərin olmasının əsas səbəbi kimi müalicə alan şəxslərin oradan çıxmaq istəməsi və yenə narkotiklə məşğul olmağa davam etmək istəməsi ilə əlaqələndirir. Məhdudiyyətlər olmadığı halda hətta müalicə alanların rahat olmaqlarına şərait yaradılsa da, müalicənin heç bir keyfiyyəti olmayacaq və narkomanlıq fəaliyyəti ilə məşğul olmağa davam ediləcəklər. Personalın xx.xx.2021-ci ildə qaçmaq istəyənlərlə bağlı məlumatı haradan bildikləri ona məlum olmamış, yadında qalan onlardan ibarətdir ki, Hüseyn, Kamran, Murad və Fuad qaçmaq istəyirdilər. Günorta istirahət vaxtı olan zaman rezidenlərdən biri onu çağırmış, birinci mərtəbəyə “kurilkaya” düşüb aşağıda söz-söhbətin davam etdiyini görmüşdür. Famigil bilirdilər ki, qaçmaq istəyir, ancaq məsələnin onunla bağlı olmadığını deyərək etiraz etmişdir. Qaçmaq istəyən Hüseyn, Kamran, Murad və Fuad da orada idilər. Oradakı qaçmaq istəyənlərə qarşı onun yanında nəsə etdiklərini görməmişdir. Onun əlləri Turan tərəfindən iplə bağlanmış, ancaq sonra Famil onunla söhbət etmiş və yenə qaçmaq istəmədiyini demiş, ona inandıqlarından Famil onu əllərinin ipini açıb buraxmış, yuxarı qalxaraq yatmağa getmiş, qalan hadisələrdən xəbəri olmamışdır. Aşağıda birinci dəfə olanda Orucəli, Elvüsal, Qənbər orada olmamış, onlar sonradan gəlmişlər. İlk dəfə aşağıda olarkən orada Famil, Turan və İsrafil olmuş, Sərxanın isə orada olub-olmaması yadına gəlmir. Bir gün sonra yuxarıda oturarkən Hüseynin rəhmətə getdiyini bilmiş, ancaq bu hadisənin harada, necə, nə vaxt olması ilə bağlı məlumatı olmamışdır. İstintaq zamanı ifadəni könüllü, sərbəst surətdə özü vermişdir. İstintaq zamanı verdiyi ifadə ona elan edilmiş, həmin ifadəsində göstərmişdir ki, New Life X4 qəsəbəsindəki binasında 26 iyun 2021-ci ildə müalicə almağa başlamış və mərkəz barədə məlumatı qardaşı Ceyhun instagram sosial şəbəkəsindən əldə etmiş, mərkəzə könüllü gedərək müalicə almışdır. Bildiyi kimi mərkəz Nabran qəsəbəsində, daha sonra Novxanı qəsəbəsində fəaliyyət göstərmiş, mərkəzin rəhbəri Orucəli və digər aparıcı şəxslər Famil və Elvüsal olmuşlar. Müalicə pulu aylıq 1500 manat olmuş, mərkəzdən çıxdıqdan sonra atası və qardaşı Ceyhun ona bildirmişlər ki, birinci aya 1500 manat, ikinci ay üçün 1500 manat, üçüncü ay üçün 1500 manat, ümumi olaraq 4500 manat pul ödənilmişdir. Pulların hansı sənədlə rəsmiləşdirilməsi barədə məlumatı olmamış, müalicə olunarkən özü və digər şəxslər narkotik vasitə qəbul etməmiş və mərkəzin yerləşdiyi evə heç kim narkotik vasitə gətirməmiş, müalicə aldığı zaman evin hər pəncərəsi dəmir barmaqlıqlarla örtülü olmuş və evin qapıları açarla bağlı olmaqla açarlar yalnız personalda saxlanılmışdır. Mərkəzdə müalicə aldığı müddət ərzində çölə çıxmağa icazə verilməmiş, evi tərk etməyə konkret mərkəzə rəhbərlik edən Orucəli, Famil, Elvüsal və mərkəzin işçiləri Qənbər və digərləri icazə verməmişlər. İşgəncə aləti kimi istifadə olunan borular və digər ləvazimatların kim tərəfindən haradan əldə olunması barədə məlumatı olmamış, qaydaları oranın rəhbəri Orucəli və digər əsas şəxslər Famil və Elvüsal müəyyən etmiş, mərkəzə həkim narkoloq dəvət olunmamış, Hüseyn təxminən 2021-ci ilin iyul ayının ortalarında mərkəzin birinci evinə gəlmiş, mülayim, dava-dalaş etməyən insan olmuş, heç kimlə mübahisəsi olmamışdır. Onunla münasibəti yaxşı olmuş, hətta bir-birinin paltarını geyinmişlər. Hüseyn müalicə aldığı vaxtdan övladı və ailəsi üçün darıxdığından mərkəzdən qaçmaq istəmişdir. Hüseyn döyülərək, ac susuz qalaraq vəfat etmiş və onun döyülməsində əsas fəal iştirakçı Qənbər, digər döyənlər isə Orucəli, Elvüsal, Famil olmuşdur. Hüseyn digər şəxslərlə birlikdə mərkəzdən qaçmaq istəməsi səbəbindən döyülmüş, əzab əziyyətə məruz qalmışdır. Özünün də qaçmaq niyyəti olduğunu bəhanə edib Qənbər onu döymüşdür. Əvvəlki ifadəsində qeyd etdiyi kimi hadisədən əvvəl mərkəzə daxil olduğu günün səhəri 27 iyun 2021-ci ildə mərkəzdən qaçmaq istədiyi üçün sol və sağ qollarını çarpayı dəmiri ilə kəsmiş, həmin vaxt ona çölə çıxmağa icazə verilmədiyi üçün bu hərəkəti etmiş, yəni ona qarşı hər hansı fiziki zorakılıq faktı olmadan bunu etmiş, lakin özünə xəsarət yetirdikdən sonra Qənbər, Elvüsal, Orucəli və Famil tərəfindən döyülmüşdür. 04 sentyabr 2021-ci ildə saat 14:30-da «yat» komandası ilə bağlı 2-ci mərtəbədə yerində olan vaxt Qəmbər həmin mərtəbəyə qalxıb onu yanına çağırmış, dəhlizdə sifətinə sillə vuraraq aşağı mərtəbəyə düşürəndə təpiklə arxa və belindən vurmuşdur. Bundan sonra zirzəmində personal sayılan Famil, Sərxan, İsrafil, Fərhad, Orucəli və Elvüsarı görmüş, qolları skoçlanmış və qandallanmış vəziyyətdə döyülərək yerdə uzadılmış Kamran, Fuad, Mupad və Hüseyni görmüşdür. Zirzəmidə Qəmbər plastik boru ilə onu yerə yıxıb kürək, çiyin və qol nahiyyələrindən vurmağa başlamış, sonra onu ayağa qaldırıb dizi ilə qarnından zərbələr endirmiş və sonra yenə də sifətinə bir-neçə dəfə sillə ilə vurmuşdur. Qəmbər onu döyə-döyə kinayə ilə soruşurdu ki, «kimlərə isə qoşulub qaçmaq isməmisən?», cavabında bildirmişdir ki, qaçmaq isməməmiş, qaçmaq istəyən şəxslərdən xəbəri olmamışdır. Bundan sonra Famil demişdir ki, «bunu buraxın getsin». Bundan sonra yuxarı qalxıb yatağında uzanmış, lakin ağrılardan yata bilməmiş, axşam saatlarında Murab, Fuad və Kamranı aşağıdan buraxmış, Hüseyni zirzəmində pilləkanın kənarından asılı vəziyyətdə saxlamışlar. Növbəti gün səhər saatlarında bilmişdir ki, Hüseynin vəziyyəti pis olduğunan xəstəxanaya aparmışlar. Sonra onları mərkəzin novxanıda olandigər evinə aparmışlar. Oradan isə hər kəsi evinə buraxmışlar. İfadəni təqsirləndirilən şəxslər onu bağladıqlarına görə, həm ailə üzvlərinə və həm də personala qarşı acıqlı olduğundan vermiş, hazırda məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Təqsirləndirilənlərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Barışıq əldə edilməsinə dair notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim etmişdir. Ərizəsində göstərmişdir ki, ona dəymiş ziyan ödənilmiş, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin əleyhinə verdiyi ifadəsi incikliyi ilə bağlı olmuşdur. Orucəli, Elvüsal, Famil ona təkrar çoxsaylı mətnləri yazmağa məcbur etmişlər. İstintaq zamanı verdiyi ifadəsini narkotik sərxoşluğu halında verdiyindən, həmin ifadələri təsdiq etmir. Hazırda, yəni məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Qəmbər hadisə baş verən gün növbədə olmamış, ona qarşı heç kəs təziq etməmiş və onu döyməmişdir. Elvüsal da növbədə olmamış, laki onu hadisə günü günorta görmüşdür. Elvüsal həmin vaxt mərkəzə gəlmiş, bir qədər durub getmişdir. Bundan əvvəl Elvüsalın ad günü olmuş, həmin gün növbədə Famillə Fərhad olmuş, lakin Orucəli olmamışdır. İstintaqda barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş və bədənində xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlərin təqsirləndirilən şəxslər tərəfindən yetirildiyini bildirmişdir. Səbəbi də o omuşdur ki, onlardan incikli olmuşdur. Həqiqətdə həmin xəsarətləri özü-özünə yetirmiş, narkotik istifadə etmək istəmiş, istəyi təmin olunmadığı üçün özünə xəsarət yetirmişdir. Hadisə günü ona xəsarətləri Şahid6 yetirmiş, dünyasını dəyişmiş, Hüseynin döyülməsini görməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu Mürşüdoba kəndində ailə üzvləri - atası Yaşar Həsənov, anası Həsənov Afət, arvadı Həsənova Şəfa və 4 yaşlı oğlu Yaşarda bir yaşayır. Təqsirləndirilən şəxsləri tanıyır, onların heç biri ilə düşmənçiliyi, ədavəti yoxdur. 2016-cı ilin aprel ayında erməni silahlı birləşmələri ilə ordumuz arasında baş vermiş döyüşlərdə yaralanmış, həmin döyüşlərdən sonra, ayağından xəsarət aldığı üçün 4 dəfə cərrahi əməliyyat keçirmiş, yaralanmağı və müharibə şəraitinə görə depressiv vəziyyətə düşmüş, narkotik vasitə qəbul etməyə başlamış, ilk əvvəllər marixuana qəbul etməyə başlasa da, sonra “kakos” və “patı(şüşə)” adlanan narkotik vasitələri qəbul etmişdir. 11 il narkotik istifadəçisi olmuş və Xaçmazda narkotiklə tutulduqdan sonra “New Life” adlı yer məsləhət görülmüş, vəziyyətin çıxılmaz olduğunu görüb atasının təklifi ilə 20 may 2021-ci ildə “NEW LİFE” X1 rayonu Novxanı qəsəbəsində Şahid13 məxsus evinə gəlib şərtlərlə tanış olmuş, sağalmaq üçün qalmışdır. Təzə gələn xəstələr bir müddət “zolotoy” adlandırılır, digər xəstələrə nisbətən sərbəst olurlar, ondan sonra “novicok” olmaqla bütün qaydalara tabe olmalıdır. 12 gün “zolotoy” olmuş, sonradan digərlərinə qoşulmuş, yaşamağa başladığı həmin evdə ilk vaxtlardan təxminən 27-34 nəfər xəstə müalicə almışdır. Reabilitasiya mərkəzində “12 addım” adlanan proqram ilə narkotik vasitə istifadəçiləri müalicə olunmuş, mərkəzdə proqram rəhbəri və bütün işlərə rəhbərliyi Orucəli keçirmişdir. Onun Reabilitasiya mərkəzində olduğu təxminən 01 ay olduğu vaxt ailəsi və oğlu üçün darıxmış, mərkəzin ərazisindən çıxaraq oradan uzaqlaşmış, çıxdıqdan sonra darıxma hissinin ailəsi üçün deyildə narkotik qəbulu üçün olduğu anlamış və atasına zəng edib oradan çıxdıqını deyib mərkəzdəki personala zəng etməsini və gəlib aparmalarını istəmiş, oradan qaçmaqla bağlı planı olmamış, mərkəzə yeni daxil olmuş rezidentlər, məhdudiyyətlərə və evdən kənar olduqlarına görə darıxdılar. Bü cür olan halda təzə gələnlərin getmək və oradan çıxmaq istəməsi reallıqdır. Bu məsələ şişirdilərək bu vəziyyətə gəlib çıxmıq, hadisə günü 4 ayın rezidenti olmuş, yatdığı zaman onu çağıraraq aşağı düşməsini istəmişlər. Düşdükdən sonra aşağıda Famil və digərləri ondan qaçmaq istəməsinə dair maraqlanmış, lakin “əgər qaçmaq istəsəydim birinci ayımda qaçardım” sözünü deyib onun qaçmaq planının olmadığını demişdir. Famillə söhbət etdikdən sonra Famil yuxarı qaldıraraq “qruppavoy”da əyləşdirib tapşırıq vermiş, tapşırıqı yazmağa başlamışdır. İstintaqda ifadəsini könüllü və sərbəst surətdə özü vermiş, sonda öz imzası ilə təsdiq etmişdir. İstintaq zamanı verdiyi ifadəsi ona elan edilmiş, ifadəsində göstərmişdir ki, 20 may 2021-ci ildə “NEW LİFE” X1 rayonu Novxanı qəsəbəsində Şahid13 məxsus evində müalicə almağa başlamış, yaşamağa başladığı həmin evdə ilk vaxtlardan 27-34 nəfər xəstə müalicə almışdır. Həmin reabilitasiya mərkəzində “12 addım” proqramla narkotik vasitə istifadəçiləri müalicə olunmuşdur. Mərkəzdə proqram rəhbəri və bütün işlərə rəhbərliyi Orucəli keçirmişdir. Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Famil və Elvüsal rəhbərlik edib idarə etmişlər. 04 sentyabr 2021-ci ildə saat 15:30 radələrində bütün müalicə alan şəxslərə “yat komandası” verilmiş, bu zaman rezidentlərdən kimsə, səhv eləmirsə Sərxan onu Familin çağırdığını demiş, nə baş verdiyini anlamaq üçün zirzəmiyə enmiş, zirzəmidə Famil, İsrafil, Sərxan və Fərhad olmuş, Famil ilk olaraq əlində olan şlankla qaçmaq istədiyini bəhanə edib onun baş nahiyəsinə vurmağa başlamış, Familə artıq 4 ayının olduğu və mərkəzdən qaçmaq istəmədiyini demək istədikdə buna macal verməmiş, bir neçə gün əvvəl Kamran onun yanına gəlib mərkəzdən necə qaça biləcəyini ona deyəndə, Kamrana qaçmaq istəmədəyini, qaçmağa cəhd göstərməyin mənasız olduğunu bildirmişdir. Bundan sonra, Famil hansı səbəbdən bu məsələni danışmadığını demiş və bu məsələni onlara demədiyinə görə onu cəzalandırmış, qısa müddət sonra Hüseyn, sonra Murad və Kamran aşağı zirzəmiyə gəlmişlər və Famil tərəfindən döyülmüşlər. Bu zaman Familin qorxusundan İsrafil, Sərxan və Fərhad onun bədən nahiyəsinə bir neçə əl-qol ilə zərbələri vurmuşlar. Familin göstərişi ilə müalicə alan şəxslərdən rezidentlərin əlaltısı Turan və Sərxan onun, Kamranın, Hüseynin, Muradın qollarını və eyni ilə ayaqlarını arxadan skotç yapışdırıcısı ilə, eləcə də zajim adlanan plastik qandalla bağlamış və onları döyməkdə davam etmişlər. Qısa müddət sonra Orucəli, Qənbər və Elvüsal mərkəzə gəlmişlər. Bundan sonra Qənbər şlankla və əl-ayaq zərbələri və kəmərlə onun bədəninə vurmuş, Orucəli və Elvüsal isə qorxutmaq üçün bir neçə əl zərbələri ilə onların üzlərinə vurmuşlar. Hüseyni daha çox döymüşlər və Hüseyn vurulduqca qışqırmış, qışqırdığına görə daha da döyülmüşlər. Qərara gəlinmişdir ki, Hüseyn bu qaçışı təşkil etmişdir. Həmin vaxt Kamran Hüseyni, Hüseyn Kamranı günahlandırmış, onun və əsas Hüseynin döyülməyində Qənbər xüsusi fəallıq göstərmiş, müxtəlif vasitələrlə - remen, şlank və əl-ayaq zərbələri ilə qəddarcasına onları döymüşlər. Sonra Qənbər, Orucəli, Famil, Elvüsal mərkəzdən getmişlər. Kamran və Murad bağlı vəziyyətdə qarajda qalmışlar. Hüseyn isə Familin göstərişi əsasında qarajdan birinci mərtəbəyə pilləkənın taxta tirindən qandalla asılmışdır. Zirzəmidə yerdə bağlı vəziyyətdə olduğu üçün Hüseynin kim tərəfindən aparılıb asıldığını görməmiş, onlar döyülən vaxt rezidentlərdən Cahangir aşağı endirilmiş və qaçışda əli olduğundan Qənbər tərəfindən döyülmüş, lakin onun qaçmaq niyyətinin olmadığına inandıqlarından sərbəst buraxmışlar. Onu, Kamranı və Muradı bağlı saat 22 radələrinədək saxlamışlar, əllərini Famil və Turan açmış, lakin Hüseyn gecə boyu dəmir qandalla bağlı qalmışdır. 05 sentyabr 2021-ci ildə saat 10:00-da səhər yeməyi yeyərkən kiminsə Hüseynin qolu açıldığını dediyini eşitmiş, Hüseyn yenidən taxta tirə bağlanmış, lakin, kimin bağladığını bilməmişdir. Rezidentlərə nə iləsə bağlı maraqlanmağı və nəyəsə baxmağı qadağan etmişlər. Yeməyi yedikdən sonra onlar 3-cü mərtəbəyə qalxmış, Hüseynin vəziyyətinin pis olduğunu demişlər. Hüseyni xəstəxanaya apardıqdan sonra müalicə alanları mərkəzin 2- ci evinə aparmışlar. Müalicə alanlarla birlikdə 2-ci evə getmiş, 06 sentyabr 2021-ci ildə saat 04 radələrində onu mərkəzdən evə buraxmışlar. Təqsirləndirilən şəxslər onu bağladıqlarına görə və həm saatlarla yazı yazdırdıqlarına görə onlara qarşı acıqlı olduğu üçün qərəzli ifadə vermişdir. Hazırda məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Barışıq əldə etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmişdir. Həmin ərizəsində göstərmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Ziyan dedikdə onu nəzərdə tutmuşdur ki, ona Orucəli, Elvüsal və Famil çoxlu, yəni bir mətni 100 dəfə təkrar yazdırmışlar, ona görə onlardan incikliyi olduğundan istintaq zamanı həqiqətə uyğun olmayan ifadələr vermiş və həmin ifadələri verərkən narkotik sərxoşluğu altında olduğundan, nə danışdığını bilməmiş, istintaqda barəsində məhkəmətibbi ekspertizası keçirilərək bədənində xəsarətlər aşkar edilmiş, həmin xəsarətlərin Elvüsal, Orucəli, Famil, Qəmbər və Sərxan tərəfindən yetirildiyini desə də, həmin ifadəsindən imtina edir və bildirir ki, xəsarətləri özü-özünə yetirmiş, Təqsirləndirilən şəxs2 hadisə günü günorta saatlarında mərkəzdə görmüş, sonuncu həmin gün səhər və gecə mərkəzdə olmamışdır. Elvüsalın ad günü olmuş, ad gününü mərkəzdə qeyd etdikdən sonra çıxıb getmişdir. Qəmbər orada hadisə günü olmamış, təqsirləndirilən şəxslərin heç biri ona şiddət göstərməmişdir. Onun həqiqətən mərkəzdən qaçmaq fikri olmuş və hətta atasına zəng edib demiş, atası buna icazə verməmişdir. Mərkəzə onu elə atası gətirmişdir. Təqsirləndirilən şəxs3 hadisə günü növbədə olub-olmamasını xatırlamır. Orada 5 ay reablitasiya keçmiş, heç kəsdən şikayət-tələbi yoxdur. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır, onlarla münasibətləri normaldır, ədavəti və düşmənçiliyi yoxdur. Mərhum Zərərçəkmiş şəxs1 və digər zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 lə münasibəti normal olmuş, Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi ev 12, mənzil 16-də anası ilə birlikdə yaşayır. Təqribən 10 ildir narkotik vasitə istifadəçisi olmuş, əvvəllər marixuana, sonra daha ağır narkotiklərə keçərək “patı”, ‘‘kokain’’ və “kokos” kimi adlanan narkotiklərdən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 uşaqlıq vaxtlarından qonşusu kimi tanımış, “New Life” mərkəzinə Orucəli hadisədən 07 ay əvvəl gətirmişdir. Orucəli onu həmin mərkəzə müalicə üçün gətirmiş, mərkəzin rəhbəridə özü olmuş, Orucəli onu həmin mərkəzə özü maşınla aparmış, onu tam sağaldacağına əmin etmiş, ondan pul almamış, köhnə tanış qonşu kimi onu pulsuz müalicə etdirmiş, mərkəz əvvəl Xaçmaz rayonu Nabran qəsəbəsində fəaliyyət göstərdiyindən ilk əvvəl orada olmuş, təxminən keçən ilin aprel ayının axırlarında pandemioloji vəziyyətlə bağlı Novxanı’ ərazisində AF Hotel adlanan otelə köçmüşlər, 01 gün qaldıqdan sonra Quba rayonuna köçürülərək təxminən 5-6 gün müddətində burada qalmışlar, yekunda təxminən may ayında bütün heyyət və xəstələr yenidən ‘‘Novxanı’’ ərazisinə gətirilərək Bakı şəhəri Binəqədi rayonu Novxanı bağlar massivində üçmərtəbəli fərdi yaşayış evində yerləşmişlər. Reabilitasiya mərkəzdə təqribən 10- 12 nəfər işçi və təxminən 28 nəfər müalicə olunan olmuş, müalicəni 7-ci ayı olmaqla artıq “stajor” sayılır, personala aid edilmiş, personaldan Orucəli rəhbər, Vüsal mühasib olmuş, Qənbər, Sərxan, İsrafil, Famil, Urfan, Elgiz, Elçin, Kamran, Cəlal, Fərhad və Kənan personal kimi işləmişlər. Personaldan ibarət 3-4 nəfərlik qrup 3 gün müddətinə mərkəzə gəlib növbədə qalmışlar. Bu müddətdə onlar müalicə alanlara nəzarət edib dərslər keçmişlər. Mərkəzdə hər şey icazə ilə baş vermiş, yəni icazə olmadan gedib siqaret çəkmək, çörək yemək, yatmaq və ya bir mərtəbədən digərinə düşmək qadağan olmuş, bu qaydalar pozulduqda müxtəlif növ cəzalara məruz qalınmış, məsələn əgər kiminsə kiminləsə münasibəti korlansa, onların qolları bir-birinə skoçla bağlanmış, nə isə özbaşınalıq etdikdə yazılar olmuş, yəni hansısa müxtəlif yazını 500 dəfə yazmaq lazım olmuşdur. 04 sentyabr 2021-ci ildə nahar fasiləsindən sonra növbə rəisi olan Familin göstərişi ilə ‘‘konsultanski’’ adlanan yerə girərək orada kameraları müşahidə etmişdir. Bu vaxt “Yat komandası” verildiyindən müalicə alanlar gündüz yuxusuna getməlidir. “Konsultanski” otaqında oturduğu vaxt “rezident”lərdən, yəni müalicə alanlardan biri Fərhad otağa daxil olaraq 4-5 nəfər qaçmaq istədiyini bildirib vərəqdə həmin şəxslərin yazılmış adlarını Familə təqdim etmişdir. Həmin şəxslərin adları Hüseyn, Fuad, Kamran və Cahangir olmuşlar. Həmin şəxslərin bir-bir “kurilkaya” gətirilməsinə dair göstərişi Famil vermiş, onlarla Famil söhbət etmiş, sonra isə həmin şəxsləri döymüş, Famil “kurilkaya” endirilən şəxsləri şapalaqla vurmuş, Famillə yanaşı İsrafil vurmuşdur. Sərxan 1-2 dəfə yumruqla vurmuş, bu şəxslərin döyülməsinə səbəb onların mərkəzdən qaçmaq planı olmuş, 01 saatdan sonra Orucəli, Elvüsal və Qənbər mərkəzə gəlmişlər. Onlar müalicə olunan şəxslərin döyülməsində iştirak etmişlər. Zərərçəkmiş şəxs1 asıldığı qandal barəsində bildirir ki, həmin qandal “konsultanski” otaqda şkafın siyirməsində olmuş, Famil siyirmədən qandalı götürüb kurilkaya aparmış, lakin, “konsultanski” otağının içində olduğundan Hüseynin qollarına qandal vurulmağını görməmişdir. Orucəli, Elvüsal və Qənbər 1 saat mərkəzdə qaldıqdan sonra çıxıb getmişlər. Ondan sonra Famil Fuad, Kamran və Cahangiri buraxmış, lakin Hüseyn əli qandallı pilləkəndən asılı qalmış, Növbəti gün “konsul- tanski” otaqda kameradan baxdıqda Hüseyinin pilləkənə əli-qolu bağlı olduğunu, özündən getdiyini görmüş və bunu Familə demiş, Familin göstərişi ilə Hüseynin əl-qolu açılmış, yerdəki matrasa uzadılmış və Famil kiməsə həkim kimi zəng edib çağırmış, bir yoldaş gəlib Hüseynin nəbzini yoxlamış, süni işıqla göz bəbəyinə baxmış və Hüseynin təcili xəstəxanaya aparılmasını bildirmişdir. Famil tərəfindən hadisə yerinə çağırılmış, sürücü işləyən Rəşid əminin Hyundai Sonata markalı avtomobilinə mindirib Sumqayıt şəhər travmatologiya xəstəxanasına aparmışlar. Həmin vaxt avtomaşında özü, Tural və Cavidan olmuş, avtomobildə nəbzinin vurmağına baxmayaraq, xəstəxanaya çatdıqda Hüseyn artıq keçinmiş, Hüseynin meyitini götürüb oradan Binəqədi rayon meyitxanasına gətirmişlər. Zərərçəkmiş şəxsləri, o cümlədən Hüseyni döyməkdə ən böyük fəallığı İsrafil və mərkəzə gələn Qənbər göstərmişlər, bu ikisi zərərçəkmiş şəxsləri su borusu, kəmərlə, əlləri və ayaqları ilə döyüb onlara çoxsaylı zərbələr endirmişlər. Orucəlinin əlində qısa bir su borusu görmüş, Orucəli həmin boru ilə bir neçə dəfə Hüseyni vurmuşdur. Mərkəzdə olduğu 07 ay ərzində müalicə olanların döyülməsini və işgəncə verilməsini görməmiş, lakin mərkəzdə çox ciddi qayda-qanun olmuş, hər şey “volontyorların” icazəsi ilə olmalıdır. Darvaza qapısının açarı isə Famildə olmuş, yalnız o müalicə olunanları mərkəzdən kənara buraxa bilər. Mərkəzin təliminə uyğun onları gəzintiyə çıxarır, mərkəzin həyətində hovuzda üzməyə icazə verirdilər. Zərərçəkmişlərin çağırılıb döyülməsi ardıcıllığına dair bildirir ki, birinci aşağı Kamran çağırılıb döyülmüş, ardınca Fuad çağırılaraq eyni qaydada döyülmüşdür. Kamran və Fuad döyüldükdən sonra hər ikisi yerə uzadılaraq, əlləri ayaqları skoçla bağlanmışdır. Sonra Cahangir çağırılmış, lakin hadisə barəsində xəbəri olmadığını bildirmiş və bununla bağlı yüngül formada əlləri bağlanmadan döyülmüşdür. Nə baş verdiyinə baxmaq məqsədilə aşağı düşmüş, zirzəmiyə endikdə Cahangir heç nə bilmədiyini və heç nə etmədiyini bildirmiş, Famil isə Cahangiri buraxıb ‘‘bunu buraxın getsin’’ demiş, yenidən yuxarı qalxaraq ‘‘konsultanskiy’’ adlanan otağa daxil olmuş, bu zaman kameradan Hüseynin zirzəmidə olduğunu görmüş, Famil Hüseynlə söhbət etdiyi vaxt qəfildən Hüseynin üzündən şillə zərbəsi endirmişdir. Hüseyni döyüb əllərini qandalladıqdan sonra Kamran və Fuadın yanına uzatmışlar. Famil Hüseyni döyərkən plastmas borudan istifadə etmiş, ümumi zərərçəkmişlərin döyülmə prosesi təxminən 01 saat çəkmiş, Qənbərin əlindəki plastmas boru ilə ardıcıl və aramsız zərərçəkmişlərə endirdiyi zərbələrdən borunun ucu qırılmış, Bununla proses yekunlaşmış, Kamran, Fuad və Cahangir otaqlarına buraxılmış, Hüseyn qandalla pilləkənə bağlanmışdır. Axşam saat 21:00-da yatmış, sabah saat 04:00-da yenidən növbəyə çıxmış, 05 sentyabr 2021-ci ildə səhər saat 04:00-da birinci mərtəbə Tural və ikinci mərtəbədə özü növbəyə başlamış, arabir aşağı düşüb çıxarkən Hüseynin hələ də asılı qaldığı yerdə olmasını, onun su istəməsini və onu Famillə görüşdürməyini xahiş etdiyini görmüş, səhərə yaxın saat 10:00 radələrində ‘‘Konsultanskiy’’ə qalxaraq monitoru müşahidə etdikdə Hüseynin artıq asılı olduğu yerdən çıxıb pilləkəndə oturduğunu görmüş və Fərhada bu barədə dedikdə yanında Famil olmuş, Fərhad onunla gələrək Hüseyndən buradan necə çıxdığını soruşduqda onun vəziyyətinin pis olduğu bilinmiş, artıq özündə olmamış, ağzına gələni danışaraq ‘‘imana gəl’’ desə də Fərhad onu yanlış başa düşüb nalayaqi ifadə işlətmiş və bağlamağını tələb etmişdir. Cavabında isə Fərhada onu bağlaya bilməyəcəyini, Hüseynin ağır çəkili olduğunu demiş, Fərhad onun əllərini yenidən barmaqların arasından salaraq bağlamağını tələb etdikdə, bağladıqdan sonra yenidən kamera otağına qalxıb kameradan ətrafı müşahidə edib Familə Hüseynin vəziyyətinin pis olduğunu təkidlə bildirsə də heç bir reaksiya verməmişdir. Təxminən 20 dəqiqə sonra mütəmadi baxdığı müşahidə kamerasında Hüseynin bağlandığı yerdən arxaya doğru hərəkətsiz sallandığını görmüş, cəld qaçıb Hüseynin yanına gəldikdə, onu huşsuz görüb Familgilə bu haqda bildirmişdir. Fərhad, Famil, İsrafil və xatırlamadığı bir neçə nəfər Hüseynin yanına gəlib onun əllərini açmış, üzünə su tökərək ayıltmağa çalışmışlar. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır. “New Life” (Yeni Həyat) reabilitasiya mərkəzində narkotik asılılığından müalicə almış, təxminən 2010-cu ildən narkotik vasitə istifadəçisi olmuş, marixuana, sonra, yəni təxminən 3 ildir daha ağır narkotiklərə keçərək “patı və “kokos" kimi narkotiklərdən istifadə etmişdir. 2021-ci ilin may ayında növbəti dəfə Maştağı qəsəbəsində Respublika Narkoloji Mərkəzində müalicə aldıqdan sonra qardaşı Elgün ona Vüsal adlı şəxslə bir reabilitasiya mərkəzi tapdığını və müalicəsini davam etdirməyini təklif etmiş, Elgünlə razılaşdıqdan sonra, onu Binəqədi rayonu Novxanı qəsəbəsinə yerləşməklə, həyətyanı sahəsi olan 3 mərtəbəli bir bağ evinə gətirmişdir. Həmin reabilitasiya mərkəzinə Orucəli rəhbərlik etmiş və ‘'12 addım" adlanan proqramla narkomaniyadan xilas olunmasını vəd vermiş, Həmin mərkəzdə 3 ay, 16 may 2021-ci ildən müalicəsinə başlamış, müalicə haqqını valideyinləri 3 ay ödəmiş, sonra pul ödəyə bilmədiklərindən Orucəli pulsuz reabilitasiya almasını öhdəsinə götürdüyü üçün, mərkəzdə qalmaqda davam etmiş, mərkəzdə təmizlik işlərinə baxmış, 04 sentyabr 2021-ci ildə yuxarı mərtəbədə olduğundan aşağı mərtəbədə nə baş verdiyini bilməmiş, kiminsə qaçmaq istəməsini, qaçmaq istəyənlərə qarşı fiziki zor tətbiq olunmasını görməmiş və bilməmişdir. 05 sentyabr 2021-ci ildə Hüseynin keçindiyini bilməmiş, asıllıqdan qurtarmış, təqsirləndirilənlərə qarşı şikayəti və tələbi yoxdur. Şahid8 məhkəmədə verdiyi ifadəsi ilə istintaqda verdiyi ifadəsi ziddiyyətli olduğundan, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, aylıq mərkəzə 1500 manat ödəmişlər və reabilitasiya mərkəzin adı “New life” olmuş, təqribi 10-12 nəfər işçi olmuş, mərkəzin ümumi rəhbəri Orucəli olmuş, Elvüsal və Famil rəhbərlərindən olmuşlar. Mərkəzdə təmizlik işlərinə baxmışdır. 04 sentyabr 2021-ci ildə nahar fasilədən sonra xəstələrə “yat komandası” verilmiş və hər kəs yatmalı olmuş, “yat komandası”ndan sonra yataq otağına gedib yatmışdır. Saat 17 radələrində yuxudan oyandıqda Kamran, Murad və Fuadın yatdıqları otaqlarda çarpayıya skoçla bağlı vəziyyətdə, Hüseynin isə pilləkənlərdə eyni ilə skoçla bağlı olmasını görmüşdür. Hər dördünün bədənin müxtəlif yerlərində - qollarında, ayaqlarında və kürəylərində xəsarət izlərini görmüş, hər dörd şəxsin bu vəziyyətdə olmaları sual doğurduğundan, həmin vaxt növbədə olan Qənbər izah etmişdir ki, həmin şəxslər qaçmaq istədiklərindən onun, İsrafil, Fərhad, Famil və Sərxan Kamranı, Muradı, Fuadın və Hüseyni bu vəziyyətə salmışlar. Cahangirin ayaqlarında xəsarət olmasını görmüşdür. 05 sentyabr 2021-ci ildə saat 10:00 radələrində onun şahidi olmuşdur ki, Hüseynin vəziyyəti pisləşdiyindən, zirzəmidəki matras üzərinə uzadılmış, Famil tərəfindən hadisə yerinə çağırılmış, sürücü işləyən Rəşid öz “Hyundai Sonata" markalı avtomobilinə mindirilib Hüseyni Sumqayıt Travmatologiya Xəstəxanasına aparmış, lakin Hüçeyn yolda ölmüşdür. Çıxmağa icazəsi olmadığından evdə qalmışdır. Hüseyn reabilitasiya mərkəzinin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qaldığı və qolları bağlı vəziyyətdə səhərə qədər pilləkəndən asılı vəziyyətdə qaldığından, həmin hadisə nəticəsində aldığı xəsarətlər və məruz qaldığı işgəncələr nəticəsində ölmüşdür. Hüseyn, Murad, Kamran, Fuad, Cahangir adlı rezidentlərlə birlikdə mərkəzdən qaçış planını qurmuş, lakin rezidentlərin biri bu barədə personala məlumat verdiyindən, onların həmin planının qarşısı alınmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir. Belə ki, zərərçəkmişlərin yataq otağında əli-qolu skoçla bağlı vəziyyətdə yataqlarda görməmiş, həmçinin Zərərçəkmiş şəxs1 əli bağlı vəziyyətində pilləkandan asılı vəziyyətdə görməmişdir. Məhkəmədəki ifadəsini həqiqi ifadə kimi qiymətləndirilməsini xahiş edir. Məhkəmədə dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Zərərçəkmişlərdən yalnız mərhum Zərərçəkmiş şəxs1 görmüşdür. AF oteldə həkim işləyir və ixtisasca həkim-qinekoloqdur. Buna baxmayaraq oteldə ümumi həkim kimi fəaliyyət göstərir. Otelin meneceri Sevinc xanımın həyat yoldaşı Rəşid 05 sentyabr 2021-ci ildə saat 10 radələrində ona zəng edərək mərkəzdə bir xəstənin olduğunu bildirərək, ona baxmaq lazım olduğunu bildirmişdir. Rəşid xəstənin ürək nahiyyəsinin ağrıdığını, ona ilkin tibbi yardım göstərməyin vacibliyini demiş, dərhal həkim olduğundan ilkin tibbi yardım üçün dərman preparatlarını özü ilə götürərək Rəşidin idarə etdiyi avtomobillə tanımadığı ünvandakı 3 mərtəbəli evə aparmışdır. Evin həyətinə daxil olduqda evin qarajda ərzaq saxlanılan yerdə matras üzərində Zərərçəkmiş şəxs1 uzanıqlı hüşsuz olduğunu görmüş, Hüseynin sol göz nahiyyəsində və sol qulaq nahiyəsində, qarnın alt nahiyəsində hematomalar müşahidə olunmuş, Hüseyni görən kimi dərhal onun nəbzinin yoxlamış və nəbzinin vurduğunu hiss etmişdir. Burun nahiyəsinə naşatir spirti iylətmiş, lakin naşatir spirti iylətsə və ona ürək masajı etsə də özünə gəlməmişdir. Dərhal Hüseynin xəstəxanaya aparmaqlarını bildirmişdir. Həmin vaxt ətrafda olan şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs1 Rəşidin avtomobilinə əyləşdirilib xəstəxanaya aparılmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid11 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Vaxtı ilə narkotikdən asılı vəziyyətdə olmuş və Təqsirləndirilən şəxs1 işlətdiyi mərkəzdə müalicə almışdır. Hazırda sağlamdır, yoldaşının menecer olduğu “AF” HOTEL-də sürücü işləyir. 05 sentyabr 2021-ci ildə saat 10 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edib müalicə alan şəxslərdən bir nəfərin ürəyinin getdiyini, tez həkim gətirməyini xahiş etmişdir. Dərhal “AF” HOTEL-in həkimi Natəvan xanıma müraciət edib onu idarə etdiyi “HYUNDAİ SONATA" markalı **-OL-*** nömrə nişanlı avtomobillə mərkəzin birinci evinə aparmış, Evin birinci mərtəbəsində pilləkənın yanında döşəmə üzərində Zərərçəkmiş şəxs1 hüşsuz halda matrasda uzandığını görmüş, Hüseynin ətrafında Famil, Vlad, Cavidan və tanımadığı digər şəxslər olmuşlar. Elvüsal, Orucəli və Qənbər orada olmamışlar. Natəvan xanım dərhal Hüseyni müayinə edib nəbzini aparatla ölçmüş, nəbzin vurulduğunu müəyyən etmiş, Hüseynin ayılması üçün burnuna naşatır spirti sürtmüş, lakin Hüseyn özünə gəlmədiyi üçün dərhal xəstəxanaya aparılmasını demişdir. Sonra Vlad, Cavidan və Turalla Hüseyni avtomobilə yerləşdirib Sumqayıt Travmatologiya xəstəxanasına aparmış və xəstəxanada Hüseyni növbətçi həkim müayinə edərək artıq öldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onu ilk dəfə 05 sentyabr 2021-ci ildə görmüş, həmin vaxt Hüseynin üz nahiyəsində göyərtilər olduğunu görmüşdür. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid17 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. 2009-2010-cu illərdə narkotik vasitələr qəbul etmiş, bu səbəbdən yaxınları onu 2019-cu ilin iyun ayından oktyabr ayına qədər Maştağada “Silnoye Pokoleniye" adlanan reabilitasiya mərkəzində 5 ay 15 gün müalicə etdirmiş, 2019-cu ilin oktyabr ayında müalicəni davam etdirmək üçün Moskva şəhərində yerləşən reabilitasiya mərkəzlərindən birinə yerləşdirmiş, lakin şərtlər onu qane etmədiyi üçün orada 8 gün qaldıqdan sonra Bakıya qayıtmışdır. Qayıtdıqdan sonra X60 işlətdiyi “Silnoye Pokoleniye" adlanan reabilitasiya mərkəzində məsləhətçi kimi fəaliyyətə başlamışdır. Fəaliyyəti müalicə olunanlarla müalicə edənlərin arasındakı münasibətləri, müalicə prosesini izləməkdən ibarət olmuş, 3-4 ay stajor kimi işləmişdir. Lakin sonradan həmin mərkəzi Təqsirləndirilən şəxs1 özü götürüb eyni qayda ilə işlətməyə başlamış, Təqsirləndirilən şəxs1la Maştağada müalicə olunarkən, tanış olmuş və birlikdə müalicə olunmuşlar. Orucəli ilə müalicə olunduğu vaxtlardan münasibəti həmişə yaxşı olmuş, Orucəli sonradan Novxanıda iki ev icarəyə götürərək narkomaniya, alkoqolizm, iqromaniyadan əziyyət çəkənlərin sosial reabilitasiyasını keçirmişdir. 2021-ci ilin mart ayında Orucəli onu özünün rəhbərlik etdiyi «New Life» reabilitasiya mərkəzində işləməyə dəvət etmiş, təklifini qəbul etmişdir. 2021-ci ilin mart ayından orada “volontyor” yəni, könüllü kimi işə başlamışdır. Həmin reabilitasiya mərkəzində “12 addım” adlanan proqramla narkotik vasitə istifadəçiləri müalicə edilmişlər. Mərkəzdə proqram rəhbəri bütün işlərə rəhbərliyi Orucəli keçirmişdir. Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Famil və Elvüsal da rəhbərlik edərək idarə etmişdir. Ona aylıq maaş verməmişlər, sadəcə vaxtaşırı ya Orucəli, ya da Elvüsal ona ayrı-ayrı məbləğlərdə pul vermişlər. Zərərçəkmiş şəxs1i reabilitasiya mərkəzinə gəldiyi gündən tanımış, onunla münasibəti normal olmuş, hər hansı düşmənçilik və ya ədavəti olmamış, Hüseyn sakit və tərbiyəli bir oğlan olmuş, heç kəslə mübahisə və ya münaqişəsi olmamış, Hüseyn onun işlədiyi evdə deyil, digər evdə müalicə edilmişdir. 2021-ci il sentyabr ayın 5-də səhər saat 11-12 radələrində Hüseynin atası Rafiq “whatsapp” proqramı ilə ona zəng edən zaman öz şəxsi yaşadığı evində olmuşdur. X85 “Vüsalgilə zəng etdiyini, lakin telefonuna cavab vermədiklərini” deyərək ondan oğlu Hüseyni hansı xəstəxanaya apardığını soruşmuş, onun heç nədən məlumatının olmadığını bildirmiş, daha sonra Vüsala zəng edərək Hüseynin atasının zəng etdiyini deyib məsələ ilə bağlı maraqlanmışdır. Vüsal ona özünün artıq Rafiqə Hüseynin Sumqayıt Travmatologiya Xəstəxanasında aparılmasını və Zərərçəkmiş şəxs1 artıq öldüyünü bildirməsini demişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahild Şahid18 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. 2010-cu ildən narkotik vasitələrin istifadəsinə başlamış, ilk əvvəllər heroini toz halında iyləməklə başlamış, lakin arada narkotiklərin istifadəsini dayandırmışdır. Təxminən 7-8 il öncə “kakos” deyilən narkotik vasitəni iynə ilə inyeksiya şəklində vurmuş, sonra "patı” adlanan narkotik vasitələri istifadə etmişdir. Narkotik qəbul etdikdə aqressiv olur, hətta balta ilə anasına hücum çəkir. xx.xx.2020-ci ildən “New Life” Reabilitasiya mərkəzinin Xaçmaz rayonu Nabran qəsəbədə olan binasında müalicə almağa başlamış, həmin reabilitasiya mərkəzində “12 addım” adlanan proqram ilə narkotik vasitə istifadəçiləri müalicə olunmuşlar. Mərkəzin 2-ci evində müalicə almış, orada müalicə edilənlərə mühazirə oxumaqla, hər biri öz həyatı barədə yazılı məlumat verməklə reabilitasiya olunmüş, özünün narkotik vasitələri istifadə etdiyi dövrdəki hərəkətlərindən yazdıqca dərk etməyə başlamışdır ki, hansı uçuruma düşmüş, yavaş-yavaş sağalmışdır. Mərkəzdə onların həyətdə gəzməyi, idmanla məşğul olması üçün şərəit yaradılmış, lakin personalın icazəsi olmadan siqaret çəkmək, çörək yemək, yatmaq və ya bir mərtəbədən digərinə düşmək qadağan olmuş, həmin hərəkətlər verilmiş qrafikə uyğun olaraq və ya icazə almaqla yerinə yetirilmişdir. Gün ərzində onlara 3 dəfə yemək verilmiş, yeməklər keyfiyyətli və tamlı olmuş, mərkəzdə qaydaları pozanlara qarşı fiziki zor tətbiq edilməmiş, lakin bir-biri ilə mübahisə edən stajorların qolları bir-birinə qalın iplə bağlanmaqla onların barışmalarına nail olunmuşdur. Bundan başqa, qaydalar pozulduqda məcburi əlyazmalar verilmiş, yəni hansısa müxtəlif yazını bir neçə dəfə yazmaq lazım olmuşdur. Onun müalicəsini qohumları ödəmiş, məbləğlə maraqlanmamışdır. 01 dekabr 2020-ci ildən 01 iyun 2021-ci ilədək müalicəsi pullu olmuş, ondan sonra isə pulsuz olaraq müalicə almış, psixoloji dərslərini bitirmədiyindən mərkəzdə qalaraq tapşırıqlarına davam etmiş, 15 avqust 2021-ci ildə müalicəsi başa çatmış, 15 avqust 2021-ci ildə müalicəsini bitirdikdən sonra evə getmiş, həmin gün evə və cəmiyyətə adaptasiya olmaqla çətinlik çəkdiyindən və yenidən narkotik istifadəyə qayıtmaq qorxusu yarandığından, Orucəliyə zəng edib “sıxıldığını” bildirmiş, Orucəli ona mərkəzə gələrək könüllü şəkildə heç bir pul müqabili olmadan orada işləməyi, 3 gündən bir növbəyə çıxmağı təklif etmişdir. Orucəli ilə razılaşıb mərkəzə qayıtmış, iki dəfə 03 gün mərkəzdə növbədə olmuş, lakin, hadisə baş verən zaman öz evində olmuşdur. 06 sentyabr 2021-ci ildə onunla mərkəzdə müalicə alaraq çıxan Rufan və Elçinlə şəhərdə görüşən zaman ona işlədiyi mərkəzdə Zərərçəkmiş şəxs1 adlı şəxsin ölməsini eşitmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X57 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır. Onun ünvan 19 0.17 ha bağ sahəsində zirzəmili 2 mərtəbəli mansardlı fərdi yaşayış evi var. Həmin evi ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Torpaq sahəsinin ətrafı mişar daşından hazırlanmış təxminən 2 metr hündürlüyündə hasarla tikilmiş, giriş hissəsində dəmir darvaza qoyulmuş, darvazanın hündürlüyü təxminən 4 metrdir, həyətdə su hovuzu quraşdırılmışdır. Həmin ev ümumilikdə 5 otaqdan ibarətdir, zirzəmi və 1-ci mərtəbədəki pəncərələrə özü dəmir tor (reşotka) çəkdirmiş, lakin 2-ci mərtəbə və mansardda pəncərələrə dəmir torları evi kirayəyə verdiyi Vüsal ondan xəbərsiz çəkdirmiş, bunu hadisədən sonra evə gedəndə görmüşdür. Ona evi icarəyə götürməklə əlaqədar Musa adlı makler müraciət etmiş, Musanın vasitəsilə Elvüsalı tanımışdır. Evi Elvüsala aylıq kirayə haqqı 2.500 manata vermiş, Elvüsalın deməsindən həmin evdə ailə üzvləri ilə yaşamalıdır. Evi Elvüsala xx.xx.2021-ci ildə kirayə vermiş, bu barədə heç bir müqavilə bağlamamışdır. Evin torpaq sahəsinə rəsmi sənədi onda var, lakin evə dair sənədlər olmadığı üçün vergini ödəyə bilməmişdir. 2021-ci ilin 3 ayına, yəni iyun, iyul və avqust aylarına görə ona cəmi 7500 manat ödənilmişdir. Birinci dəfə Vüsala evi təhvil verdiyi zaman evinin həyətində ona 3500 manat vermiş, 2-ci dəfə Bakı şəhərində yerləşən Göz institutunun yanında Vüsal ona 1500 manat vermiş, 3-cü dəfə Təhsil Nazirliyinin yanında Vüsalın göndərdiyi ona 2500 manat vermişdir. Elvüsalgilin icarəyə götürdüyü həmin evdə nə işlə məşğul olmalarını bilməmiş, evə yalnız bir dəfə evi kirayə verərkən gəlmiş, kənar şəxs görməmiş, yalnız məftildə paltarların asıldığını görmüşdür. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid1 Camalladin oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, onlarla bir yerdə «New Life» Reabilitasiya mərkəzində müalicə almış, ondan sonra işləmiş, təqsirləndirilən şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmişin hüquqi varisi Rafiq Məmmədovu tanımır, lakin onun mərhum oğlu Zərərçəkmiş şəxs1 tanımışdır. Zərərçəkmiş digər şəxsləri, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 mərkəzdə narkomaniyadan müalicə alan şəxslər kimi tanımışdır. Bildirir ki, 4-5 il bundan əvvəl narkotik vasitəsi heroindən istifadə etmiş və bu maddəyə qarşı asılılığı yaranmışdır. Bu asılılıqdan qurtarmaq məqsədilə müxtəlif mərkəzlərdə müalicə almış, lakin faydası olmamışdır. New Life adlı Reabilitasiya mərkəzində 23 iyun 2020-ci ildən müalicə almış, əvvəl mərkəzin rəhbərləri Ənvər və Ayaz adlı şəxslər olmuş, lakin sonradan mərkəzin rəhbəri Təqsirləndirilən şəxs1 olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 də mərkəzin rəhbərlərindən olmuşlar. Mərkəz ayrıayrı vaxtlarda Qusar və Quba rayonlarında fəaliyyət göstərmiş, 2021-ci ilin may ayından isə Novxanı qəsəbəsində Şahid13 məxsus evə köçmüş və mərkəz orada fəaliyyət göstərməyə başlamışdır. 2020ci ilin dekabr ayında müalicəsini başa vurub “volontyor” kimi, yəni könüllü orada işləməyə başlamışdır. Mərkəzdə işləyərkən hər hansı məbləğdə pul, yəni əmək haqqı Orucəlidən və digər şəxslərdən almamışdır. Mərkəzdə “volontyor” kimi qalıb işləməyinə səbəb cəmiyyətə yavaş-yavaş adaptasiya olmağı olmuşdur. Müalicə alan şəxslərə nəzarət etmək üçün növbəli mərkəzdə qalmışdır. 04 sentyabr 2021-ci ildə mərkəzdə baş verən hadisəni xatırlamır. Maştağada olan psixi xəstəxanada müalicə alıb hafizəsi pozulmuş və hadisələri xatırlamır. Zərərçəkmiş şəxs1 və digər zərərçəkmiş şəxslərin döyülməsini, Hüseynin halının pisləşməsini xatırlamır. Həmin vaxt kiməsə fiziki zor tətbiq etməmiş və hadisələrdə iştirak etməmişdir. İstintaq zamanı müstəntqin kompyüterdə çap etdyi protokolu oxumadan imzalamışdır. Həmin ifadəsi ona elan edildi. Protokolda qeyd olunmuşdur ki, 04 sentyabr 2021-ci ildə saat 12 radələrdə Famil, İsrafil və Sərxanla reabilitasiya mərkəzinə gedib növbəni Qənbər, Orucəli, Elvüsaldan təhvil almışlar. Həmin gün saat 11-12 radələrində mərkəzdə müalicə alan şəxslər-Arzu və Mustafa ona yaxınlaşıb axşam kinoya baxarkən 11 nəfər müalicə alandan mərkəzdən qaçmaq planı qurduğunu bildirmişlər. Bu cür məsələyə qarışmadığı üçün hər iki şəxsi Təqsirləndirilən şəxs3 yanına göndərmişdir. Arzu Familin olduğu otağa daxil olaraq ona məsələ ilə bağlı məlumat vermiş və müalicə alan şəxslərdən Hüseyn, Kamran, Fuad və Muradın adını Familə bildirmişdir. Famil bununla bağlı Orucəli və Elvüsala mobil telefonla məlumat vermişdir. Daha sonra özü, Famil, Sərxan, İsrafil evin qarajına enmişlər. İlk öncə Famil Zərərçəkmiş şəxs1 qaraja çağırmış, Hüseyn qaraja gələn kimi Famil onun üz nahiyəsindən şillə vuraraq qaçmaq niyyətinin olub-olmamasını soruşmuş, daha sonra isə Fuad aşağı enmiş, Famil Fuada təpiklə zərbə endirmişdir. Sonra Kamran aşağı enmiş, xatırlamadığı kimsə Fuadın əlini arxadan skoçla və Hüseynin əlini qandalla bağlamışdır. Bu vaxt Orucəli, Elvüsal, Qənbər mərkəzə gəlmişlər. Gələn kimi Qənbər əlini su şlanqını və ağ nazik boru ilə Hüseyni, Fuadı və Kamranı vurmağa başlamışdır. Qənbər həmin şəxslərin bədəninin müxtəlif nahiyələrinə çoxlu zərbələr endirmiş, orada hər kəs Fuad, Hüseyn, Kamranı vurmağa başlamışlar. Orucəli, Elvüsal, Famil Qənbərə qoşulub hər üç şəxsə zərbələr endirmişlər. Sərxan və İsrafil isə kənarda qalmamaq üçün Orucəligildən çəkinərək məcbur qalıb bir neçə şillə həmin şəxslərə vurmuş, lakin yenə bunu Orucəligildən təsirlənərək etmiş və həmin şəxslərin döyülməsində aktiv iştirak etməmişdir. Sonra qaraja Cahangir endirilmiş, Cahangir ilk öncə Elvüsal tərəfindən şillə zərbəsi ilə döyülmüş, dərhal sonra Cahangir Qənbər tərəfindən şlanq və şillətəpiklə döyülmüşdür. Sonra Cahangir orada Orucəli, Elvüsal, Famil tərəfindən döyülmüş, özü də məcburən bir-iki şillə vurmuşdur. Cahangirdən sonra müalicə alan şəxslərdən Murad aşağı endirilərək bu qaydada döyülmüş, araşdırmadan Hüseynin qaçmaq istəyən şəxslərə başçılıq etdiyi əsas gətirilərək onun döyülməyi daha uzun və ağır olmuşdur. Döyməkdə əsas Qənbər, digər şəxslər Orucəli, Famil və Elvüsal olmuş, özü, Sərxan, İsrafil həmin şəxslərin qorxusundan məcbur qalıb döyməkdə iştirak etsələr də, orada aktiv rol almamışlar. Sonrakı proseslərdə Fuad, Murad, Kamranın əlləri arxadan bağlı qalmış və Hüseyn qarajdan birinci mərtəbəyə çıxan taxta pilləkənanın taxta tirindən dəmir qandalla bağlanmış, Hüseyn ya Familin, ya Orucun göstərişi ilə Qənbər təhqiramiz ifadələr işlədilməklə qandallanmışdır. Hüseyn qandallanan vaxt saat 16 radələri olmuşdur. Hüseyn pilləkəndən bağlı şəkildə qalmış, Orucəli, Elvüsal, Qənbər isə çıxıb getmişlər. Mərkəzin rəhbəri Orucəli və digər əsas işçilər Elvüsal və Famildən icazəsiz qandalın açılması mümkün olmamışdır. Bunu həmin şəxslərdən icazəsiz edən olsa, bu adam da işgəncəyə məruz qala bilər. Gecə boyu Hüseyn bağlı qalmış və ona su və yaxud yeməyin verilməsi qadağan edilmişdir. Həmin gün axşam radələrində Murad, Fuad və Kamranın qolu Familin göstərişi ilə müalicə alan Tural tərəfindən açılmış, Hüseyn asılı vəziyyətdə olarkən qadağan olmasına baxmayaraq ona gizli iki dəfə su vermişdir. Hüseyn gecə boyu həmin yerdə asılı vəziyyətdə qalmış, Famil heç kimə Hüseynin asılı olduğu yerdən endirilməsinə icazə verməmiş, çünki növbədə olarkən Famil rəhbər şəxs olmuş və onun sözündən heç kim çıxa bilməmiş, həmin gün saat 00 radələrində yatmış və 05 sentyabr 2021-ci ildə saat 09 radələrində yuxudan oyanmış, Hüseynin hələ bağlı olduğunu görmüş, bir müddət sonra Hüseynin qolunun özü-özlüyündə açıldığını görmüş, Vlada Hüseyni yenə qandalla bağlamasını bildirmiş, Vlad onu bağlayarkən Hüseyn qəflətən yerə oturmuş və gülməyə başlamış, Hüseyndən hansı səbəbə güldüyünü soruşduqda Hüseyn ona “limana çatdım, ağ mələfə gördüm sevindim” sözünü demiş və huşunu itirmişdir. Dərhal bu barədə Familə xəbər vermişdir. Sonra Vlad, Tural, Arzu, Famil və digər uşaqlar Hüseyni qaraja endirib matrasın üzərinə uzandırmışlar, ona ürək masajı, süni nəfəs olunmasına baxmayaraq Hüseyn özünə gəlməmişdir. Qısa müddət sonra mərkəzdə əvvəl işləmiş Rəşid və yanında adını bilmədiyi xanım həkim mərkəzə gəlmişlər. Hüseyn həkim tərəfindən müayinə olunarkən nəbzinin vurduğunu, vəziyyətinin pis olduğunu, dərhal xəstəxanaya aparılmalı olduğunu demiş, Hüseyn Rəşidə məxsus avtomobillə xəstəxanaya aparılmış, avtomobildə Tural və Cavidan olmuşdur. Sonra Hüseynin ölməsi xəbəri gəlmiş, bu vaxt Familin göstərişi ilə müalicə alan şəxsləri mərkəzin Novxanı qəsəbəsində olan digər evə köçürmüşdür. Hadisə baş verən evin kameralarının yaddaş qurğusunu İsrafil götürərək öz avtomobilinə atmış, Famil isə əynini geyinərək dərhal mərkəzdən uzaqlaşmışdır. Özü hazırlaşaraq İsrafilin avtomobili ilə Badamdar qəsəbəsində Qurd Qapısı restoranına getmiş, onlarla birlikdə Qənbər də həmin restorana gəlmiş, İçəri daxil olanda restoranda Orucəli, Elvüsal, Famil olmuşdur. Restoranda əyləşərkən X53 ölümü ilə bağlı hər şeyi boynuna almağı, maddi durumunun çətin olduğunu, həbs olunacağı halda ona maddi yardım göstərə biləcəklərini qeyd etmiş və cinayəti boynuna almağı təklif etmişdir. Qənbər də həmin vaxt Elvüsal ilə razılaşmış, lakin bundan sonra isə restorandan uzaqlaşmışlar. Hal-hazırda həmin protokolda qeyd olunan halları xatırlamır və təsdiq etmir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid49 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən 4 nəfərini-Orucəli, Elvüsal, Qənbər və Famili tanıyır, digər təqsirləndirilən Təqsirləndirilən şəxs5 isə tanımır. Şahid21 doğma qardaşıdır. qardaşı 6-7 il olar narkotik vasitə istifadə etmiş, qardaşını müalicə etdirmək üçün narkoloji mərkəzə müraciət etmiş, oradan Kənan adlı şəxs ona bildirmişdir ki, onlarda məcburi müalicə yoxdur və bunun üçün Reablitasiya mərkəzinə müraciət etmək lazımdır, onlarda məcburi müalicə edirlər. Kənan Reablitasiya mərkəzinin rəhbərlərindən biri Təqsirləndirilən şəxs1 telefon nömrəsini vermişdir. Təqsirləndirilən şəxs1la danışmış və qardaşını aldadıb Masazırda yerləşən mərkəzə aparmışdır. Qardaşı həmin mərkəzdə 3 ay müalicə olunmuş, müalicəsi üçün hər ay 1500 manat olmaqla 3 aya 4.500 manat ödəmiş, hər ay ona 500-600 manatlıq ərzaq və siqaret üçün 70-80 manat göndərmiş, təxminən 05 sentyabr 2021-ci ildə axşam vaxtı qardaşı ona tanımadığı bir nömrədən zəng edib bildirmişdir ki, taksi ilə məhəlləyə gəlmiş, çıxıb taksinin pulunu ödəsin. Küçəyə çıxıb taksinin pulunu ödəyərək qardaşı Bədiri evinə aparmışdır. Bədir pis gündolmuş və bildirmişdir ki, mərkəzdə bir nəfər adam ölmüş, ona isə zülm vermşlər. Qardaşının bədəni kəsik-kəsik idi. Bədir ağlayaraq demişdir ki, “sən məni hara gətirmisən”, mərkəzdən qaçmaq istədiyinə görə Orucəli, Elvüsal, Famil və Qəmbər onu döyüblər. Bədir bu 04 nəfərin adını çəkmiş, lakin Sərxanın adını çəkməmiş, Bədir onu döyən şəxslərin tualetdəki boru ilə döymələrini demiş, hətta dəmir çarpayının boltlarını özünə qəsd etsəu üçün udmuş, onu qardaşı ilə müstəntiq dindirmiş, müstəntiqə məhkəmədə verdiyi kimi ifadə vermişdir. Müstəntiqin qardaşını zərərçəkmiş kimi tanımamasının səbəbini bilmir. Özləri heç yerə şikayət etməmişlər. Hazırda qardaşının yerini bilmir. Qardaşı mərkəzdə olarkən bir neçə dəfə öz arvadı danışmış, 2 dəfə qardaşı ilə danışmış, lakin qardaşı qorxusundan bir söz deməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hamsını tanıyır. 2021-ci ilin iyul ayından Bakı şəhəri Novaxnı qəsəbəsində “New Life” reablitasiya mərkəzinin 2-ci evində müalicə almış, Zərərçəkmiş şəxslərin adını eşitsə də onlar mərkəzin başqa binasında olduqları üçün tanımamışdır. Narkoman olmuş və ailəsi onu müalicə etdirmək üçün 2021-ci ilin iyul ayında bu mərkəzə yerləşdirilmişdir. Bacısı Xəyalə mərkəzə hər aya 1500 manat ödəmiş, bundan əlavə ona ləvazimatları almağa 500 manat əlavə ödəmişdir. Mərkəzin rəhbərləri kimi Orucəli, Famil və Elvüsalı tanımışdır. Mərkəzə yerləşdirildiyi ilk gündən oradakı qaydalar xoşuna gəlməmiş, bura sanki ABŞ-nın Kubada olan Quantanamada əsir düşərgəsinə oxşamış, bəlkə ondan da pis idi, müalicə almaq istəməyib elə ilk gün evinə qayıtmış, lakin mərkəzin əməkdaşları, yəni personalı olan Elgiz, Cəlal və Fərhad onun arxasınca evinə gəlib onu mərkəzə qaytardılar, orada Elgiz onu döydü, ağzını-burnunu qanatdı. Həmin günün gecəsi Famil mərkəzə gəlib onu əl-ayağı ilə döymüş, ona işgəncələr vermişdir ki, bir daha mərkəzdən çıxıb getmək barədə düşünməsin. İşgəncələr ondan ibarətdir kürəyinə 4 ədəd stul yükləyib hərəkət etmək, əsassız yerə 500 mətn yazmağı məcbur edirdilər. Bu qaydalarla barışmayaraq başqa müalicə alan Vüqar adlı şəxslə mərkəzdən qaçmağa razılaşmışlar, bunu haradansa personaldan olan Kamran bilmiş və onu binanın zirzəmisinə çağırıb əllərini pilləkənlərə qandallamışlar, yerə yalnız ayaqlarının barmaqları dəyirdi. Personaldan olan Kamran, Qənbər və Cəlal onu döymüşlər, Qənbər onu şlanqla, digərləri isə əl-ayaqları ilə döymüşlər ki, bir daha qaçmağa cəhd etməsin, döyürdülər huşunu itirmiş, özünə gələndən sonra susuzluqdan ətrafındakılardan su istəmiş, lakin qorxudan heç kəs ona su verməmiş, asılı vəziyyətdə gecəyə kimi qalmış, gecə isə bu binaya Famil gəlmiş və onu yumruqlarla vurmuşdur. Onu təkrarən şlanqla Qənbər döymüş, onu qəddarcasına döyən Qənbər olmuşdur. İki gündən sonra onu pilləkənlərdən açaraq yatmağa göndərmişlər. Bir dəfə 2021-ci ilin avgust ayının axırlarında həyətdə hovuzun yanında olarkən, personaldan Elçin adlı şəxs onu itələyib suya salmış, hovuz kənarında Elvüsal, Qənbər və Elgiz onun başını hovuza salıb saxlamış, bağulduğu görüb çıxarmışlar, işgəncə təxminən yarım saat çəkmiş, artıq intihar qərarına gəlmiş və psixikası tam pozulmuşdur. Onu qurtaran Zərərçəkmiş şəxs1 birinci binada işgəncələrdən ölməsi olmuşdur. Belə ki, 05 sentyabr 2021-ci ildə birinci binadan onların olduğu binaya 20 nəfərə yaxın müalicə edilən şəxsləri gətirmişlər. Onların sözlərindən bilmişdir ki, Zərərçəkmiş şəxs1 Mərkəzdən qaçmaq istədiyi üçün onu əllərindən qandallarla pilləkənlərdən asıb ona qarşı törədilən işgəncələri Hüseyinədə etmişlər. Konkret kimin bu sözləri deməsini xatırlamır, birinci binadan gələnlərin çoxunu heç tanımamışdır. Amma bildiyi qədər Hüseynə işgəncə verənlər Qənbər, Famil və Orucəli olmuşlar. 06 sentyabr 2021-ci ildə onların hamısını mərkəzdən evə buraxmışlar. İstintaqda verdiyi ifadələrini təsdiq edir. Yalnız bir dəfə bacısı ilə telefonla danışmış, lakin danışarkən kimsə yanında dayanmışdır ki, bacısına artıq söz deməsin. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid16 öz ifadəsində göstərmişdir ki, məhkəmə zalında gördüyü təqsirləndirlən şəxsləri tanıyır. 20 yaşından narkotiklərə qurşanmış, əsasən heroin və metamfetamin istifadə etmiş, Azərbaycanda və Rusiyanın UFA şəhərində müalicə kursları keçib narkotiklərdən aslılıqdan qurtarmış və Bakıya qayıtmışdır. Başkırtarstandan olan mütəxəssislər Azərbaycanda, Xaçmaz rayonu Nabran qəsəbəsində reablitasiya mərkəzi açıb fəaliyyət göstərmiş, onu məsləhətçi kimi işləməyə dəvət etmiş, sonra Orucəligilin dəvəti ilə “New Life” mərkəzdə məsləhətçi kimi işləmiş və maaş almışdır, ilk əvvəl maaşı 500 manat olmuş, lakin son aylar 1000 manat olmuşdur. Hadisə olan gün evində olmuş, heç bir şey görməmiş, ümumiyyətlə mərkəzin hər iki ünvanında mühazirələr oxumuş, dərslər keçmiş, lakin kimə qarşı işgəncə və ya döymə faktı ilə rastlaşmamışdır. Reablitasiya olunanlardan kiminsə mərkəzi tərk etmək istəməsini bildikdə onlarla söhbət edib səhvlərini başa salmaqla izah etmişdir ki, mərkəzi tərk etdikdə yenə narkotik maddələrə qurşanacaqlar. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid26 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. Hadisə olan binada deyil, “New Life” mərkəzinin ikinci binasında olmuş, mərkəz Nabranda olarkən narkomaniyadan müalicə olunmağa getmişdir. Orada sərbəst hərəkət etmiş, istədiyi vaxt mərkəzdən kənara, mağazaya hamama getmişdir. Mərkəzin rəhbəri Orucəli olmuş, Qənbəri elə Nabrandalı mərkəzdən tanımış, onunla birlikdə müalicə almışdır. Mərkəzə onu uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs1 dəvət etmiş və dəvəti ilə öncə Nabrana getmiş, sonra Novxanıda, mərkəzdə işləmiş, 2021-ci ilin iyun ayında narkomaniyadan aslılıqdan qurtarmış və sağalmışdır. Mərkəzin rəhbərliyini Orucəli ilə yanaşı Elvüsal və Famil də həyata keçirmişlər. Müalicəsini tamamladıqdan sonra mərkəzdə könüllü işləmiş, maaş alaraq ayda 300 manatı ona Elvüsal vermişdir. 04 sentyabr 2021-ci ildə mərkəzin ikinci binasında növbətçi olmuş, onunla orada Elgiz və Elçin könüllülər idilər. 05 sentyabr 2021-ci ildə məlumat almışdır ki, birinci binada peredozdan müalicə alan Zərərçəkmiş şəxs1 keçinmiş, döyülməsini ikinci binaya birinci binadan gələn şəxslərdən eşitmiş, lakin özü müalicə olunanlara qarşı fiziki zor tətbiq edilməsinin şahidi olmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır, heç biri ilə ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5lə mərkəzdə birlikdə müalicə almışlar. Zərərçəkmişin hüquqi varisini tanımır, Zərərçəkmiş şəxs1 və digər zərərçəkmiş şəxsləri tanımamış, 2-ci mərkəzdə müalicə aldığı üçün həmin şəxsləri tanımamışdır. Özü narkotik vasitənin istifadəçisi olmuş və qardaşı mərkəzi taparaq onu həmin mərkəzə yerləşdirmiş və mərkəzdə 6 ay müalicə alıb sağalmış, mərkəzin rəhbərləri Orucəli, Elvüsal və Famil olmuş, mərkəzdə qaldığı yerdə müalicə olunanlara təziq edilməsini, kiminsə döyülməsini görməmişdir. Qaldığı yerdə normal şərait olmuş, kiminsə mərkəzdən qaçmasına görə cəzalandırılmasını görməmişdir. Onun olduğu mərkəzdə personaldan Elgizi də tanıyır. Hadisə günü 5 sentyabrda birinci mərkəzdən 40-a yaxın müalicə olunanlar onların mərkəzinə gətirilmiş, onların digər mərkəzdən mərkəzə gəlməsinə dair hərə bir söz demişdir. Bilmişdir ki, birinci mərkəzdə hadisə baş vermişdir. Həmin vaxt mərkəzin rəhbərləri elan etmişlər ki, hamı çıxıb öz evinə getsin. Özü mərkəzdən çıxaraq evinə getmişdir. Həmin mərkəzdə müalicə ödənişli olmuşdur. Pulu mərkəzə qardaşı ödəmiş və məbləğini bilir. Ona istintaqda verdiyi ifadəsi elan edilmiş, həmin ifadə protokoluna çəkilmiş imzalar və qeyd ona məxsusdur. İfadəsində göstərilmişdir ki, 05 sentyabr 2021-ci ildə saat 12 radələrdə mərkəzin işçisi Elgiz onu, Əlini, Mehmanı və Seyranı yuxudan oyadıb mərkəzin yerləşdiyi digər binada bir nəfərin öldüyünü bildirmişdir. Daha sonra ifadə vermək üçün Binəqədi rayon prokurorluğuna dəvət edilib bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 tanımamış, baş vermiş hadisə barədə məlumatı olmamış, Zərərçəkmiş şəxs1 kimin hansı şəraitdə öldürməsinin şahidi olmamış, oradakı xəstələrdən Qənbərin Zərərçəkmiş şəxs1 möhkəm döydüyünü və sonuncunun aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. Hal-hazırda məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur və həmin ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid20 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilənlərin hamısını tanıyır. Bu gün bu şəxslərin sayəsində buradadır. narkotik vasitələrin istifadəçisi olmuş, mərkəzə müalicə olunmaq üçün gəlmiş və “12 addım” proqramı ilə müalicə edilmişdir. Mərkəzin 2-ci evində qalmış, hadisə baş verən evdə olmamış, mərhum Zərərçəkmiş şəxs1 tanımış, digər zərərçəkmişləri tanımamışdır. Mərkəzə yerləşdirildiyi ilk vaxtlar Hüseyn qaçmaq istəmiş, lakin bunu etməmişdir. Mərkəzdə müalicə ödənişli olmuş, lakin məbləğini evdəkilər bilmişlər. Mərkəzdə könüllü qalmış, məqsədi sağalmaq olmuşdur. Mərkəzin işçiləri- Orucəli, Elvüsal və Famil maksimum dərəcədə onlara kömək etmiş, narkotik asılılığından qurtarsınlar. Onlar ailə üzvüləri ilə əlaqə saxlayırlar, qidalanmanı mərkəz özü təmin etmiş, təqsirləndirilən şəxslərin, o cümlədən Qənbərin kimisə döyməsini görməmiş, mərkəzin rəhbəri kimi Orucəlini tanımış, Elvüsalla Famili isə konsultant kimi tanımışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır. Əvvəllər narkotik vasitə heroindən istifadə etdiyi üçün “New Life” X7dakı yerində müalicə almış, mərkəzin rəhbəri Təqsirləndirilən şəxs1 olmuş, Təqsirləndirilən şəxs2la bir yerdə müalicə almış, Təqsirləndirilən şəxs3 başqa mərkəzdə müalicə almışdır. Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs5 onun tələbələri olmuşdur. 2021-ci ilin may ayının əvvəllərindən sonra mərkəz Novxanı qəsəbəsində olan ayrı iki binada fəaliyyət göstərmişdir. Hadisə baş verən binada deyil, ikinci binada personal kimi işləmiş, işinə görə 500-600 manat maaş almış, hadisə olan müddətə qədər 4.000 manata yaxın maaş almışdır. İşi ondan ibarət idi ki, işlədiyi mərkəzin binasında 03 gün növbədə olmuş, 6 gün evində istirahət etmiş, növbədə növbə rəisi kimi mərkəzdə reabilitasiya keçən şəxslərə mühazirələr oxumuş, qaydalara nəzarət etmişdir. 05 sentyabr 2021-ci ildə saat 11 radələrində birinci evdə müalicə alan şəxslər ikinci evə köçürülmüşlər. Lakin onların köçürülməsinin səbəbini bilməmiş, yalnız prokurorluqda bilmişdir ki, birinci mərkəzdə müalicə alan Zərərçəkmiş şəxs1 döyülüb dünyasını dəyişmiş, heç vaxt kiməsə qarşı fiziki zor və psixi təziqlər etməmişdir. Şahid22 adlı müalicə alan şəxsə qarşı heç vaxt fiziki zor tətbiq etməmişdir. Digər təqsirləndirilən şəxslərin kiməsə qarşı fiziki zor və psixi təsir göstərmələrinin şahidi olmamış, heç kəsə təziq göstərməmişdir ki, prokurorluqda Təqsirləndirilən şəxs4 əleyhinə ifadə versinlər ki, Qənbər Zərərçəkmiş şəxs1 döyüb öldürmüşdür. Mərkəzin fəaliyyəti müalicə alanların ödənişləri hesabına keçirilmiş, avadanlıq, qida, kommunal və icarə xərcləri ödənilmiş, müalicə olunanların qohumları öz vəsaitləri hesabına şəxsi ləvazimatlarını əldə etmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid28 öz ifadəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır, mərhum Zərərçəkmiş şəxs1, digər zərərçəkmiş şəxsləri tanımamışdır. Narkomaniyadan əziyyət çəkdiyindən, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə kimi “New Life” reabilitasiya mərkəzində müalicə olunaraq sağalmışdır. Həmin mərkəzin rəhbəri Təqsirləndirilən şəxs1 olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mərkəzin konsultantları olmuş, hazırda başqa mərkəzdə konsultant çalışır. “New Life” X4da olan 2-ci binasında personal olmuşdur. Mərkəzdə 12 addım proqramı ilə narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsləri müalicə etmişlər. Müalicəni keçən şəxslərin özləri əvvəllər narkomaniyadan əziyyət çəkib sağalan şəxslərdir. Mərkəzdə müalicə olunarkən ailə üzvüləri hər ay mərkəzə aylıq 1500 manat ödəniş etmişlər. Mərkəzdə qalmaq və yemək xərcləri mərkəz tərəfindən qarşılanmış, bu mərkəzdə kiminsə personal tərəfindən, mərkəzin rəhbərliyi tərəfindən insidilməsini görməmiş, ilk vaxtlar özü mərkəzi tərk etmək istəmiş, lakin personalın onunla edilən söhbətlərdən sonra səhvini başa düşərək fikrindən yayınmışdır. xx.xx.2021-ci ildə 1-ci binadan onların binasına təxminən 25 nəfər müalicə olunanlar gəlib bildirmişlər ki, mərkəz bağlanıb, elə həmin gün onların hamısı evlərinə buraxılmış, yalnız prokurorluqda bilmişdir ki, mərkəzin 1-ci evində ölüm hdisəsi olmuş, Zərərçəkmiş şəxs1 ona olan təzyiqlərdən rəhmətə getmişdir. Lakin ona qarşı kimlər tərəfindən təzyiq olunmasını bilməmiş, Sərxan və Qənbərlə Nabranda bir yerdə müalicə almışlar, lakin onların kiməsə qarşı təzyiq və fiziki zor göstərməsindən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid34 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2000-ci ildən narkotik vasitə istifadəçisi olmuş, ilk marixuana çəkməyə başlasa da, sonradan daha ağır narkotik vasitə “heroin” və psixotrop maddə “patı” adlanan “metafetamindən” qəbul etmişdir. 21 dekabr 2020ci ildə «New Life» X7 qəsəbəsindəki 3 mərtəbəli binasında müalicə almağa başlamış, müalicə almağa başlayarkən mərkəzin rəhbəri Orucəli, işçiləri Famil, Elgiz, Kənan, Urfan və Elvüsal olmuşlar. Mərkəzdə olan şəxslər “12 addım proqramı” ilə müalicə olunmuş, xəstələrə mühazirələr oxunmuş, hər biri öz həyatından danışaraq pis vərdişlərdən qurtarmaq yollarını aramışlar. Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 Nabrandan tanımış, onlarla birlikdə reabilitasiya kursu keçmişdir. Sərxan və Qənbər müalicə olunduqdan sonra mərkəzdə işləmişlər. Mərkəz Novxanı qəsəbəsində olan iki binada fəaliyyətini davam etmiş, hadisə baş vermiş binada deyil, digər ikinci evdə olmuşdur. Müalicə müddəti 7-8 sentyabr 2021-ci ildə bitməli, lakin 05 sentyabr 2021-ci ildə birinci evdə müalicə alan şəxs ikinci evə gətirilmiş, gələn şəxslərdən bilmişdir ki, birinci evdə hadisə baş vermiş, müalicə alan Zərərçəkmiş şəxs1 rəhmətə getmişdir. Həmin gün müalicə olunanları evə buraxmışlar. Artıq istintaq zamanı bilmişdir ki, Zərərçəkmiş şəxs1 qarşı işgəncə tətbiq edildiyindən ölmüşdür. Təqsirləndirilən şəxslərin müalicə alanlara qarşı fiziki zor və ya psixi təziq etmələrindən xəbəri və şahidi olmamış, şəxsən ona qarşı belə hallar baş verməmişdir. Mərkəzdə müalicə olunması məqsədilə yaxınları müalicəsinə hər ay pul ödəmişlər. Ödənişi özü etmədiyindən, ödənilən məbləğ barədə dəqiq məlumatı yoxdur. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid31 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır, münasibətləri yaxşı olmuşdur. Özü haqqında onu bildirir ki, 13 yaşından narkoman olmuş, yaxınları onu müalicə etdirməyə çox çalışmış, lakin nəticəsi olmamış, nəhayət 2021-ci ilin may ayında qohumları onu Novxanı qəsəbəsində “New Life” (Yeni-Həyat) reabilitasiya mərkəzinə yerləşdirmişlər. Orada onları Oruc kimi tanıdığı Orucəli qarşılamış, birlikdə çay içib özünün həmin mərkəzdə narkomanlıqdan sağaldığını bildirmiş, Orucəli ona qalacağı yerdə yemək verildiyini, şəraitin yaxşı olmasını demiş, müalicəni dərslərlə sağaldacağını demiş, şəraitlə tanış olaraq orada qalmışdır. Həmin reabilitasiya mərkəzində “12 addım" adlanan proqram ilə narkomanlar, qumar asılılığı olanlar və alkoqolizmdən əziyyət çəkənlər müalicə olunmuşlar. Mərkəzdə onunla 25-30 nəfər müalicə almış, sağalıb gedənlər və yeni gələnlər olmuşdur. Mərkəzdə proqram rəhbəri və bütün işlərə rəhbərliyi Orucəli keçirmiş, Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs2 rəhbər heyətindən olmuşlar. Sonralarda mərkəz Bakı şəhərində Novxanı qəsəbəsində 2 binayə yerləşmiş, hər iki bina bütün lazım ləvazimatlarla təmin edilmiş, hər gün 03 dəfə müalcə ounanlara yemək verilmiş, konsultantlar tərəfindən mühazirələr oxunmuş, yazılar verilmiş, kimisə personalın döyməsi, işgəncəyə məruz qalmasını görməmiş, ona qarşı belə hallar olmamış, mərkəzdə tam sağalaraq narkomaniyadan qurtulmuşdur. Hadisə barədə bildirir ki, hadisə baş verən evdə deyil, digər evdə reabilitasiya olunmuş, birinci evdə baş verən hadisədən xəbəri yoxdur, mərhum Zərərçəkmiş şəxs1 və digər zərərçəkmişləri tanımamış, sonunculara qarşı törədilmiş qanunsuz hərəkətlər barədə məlumatı olmamışdır. Yalnız hadisə olan günü birinci evdə müalicə olunan şəxslər onların qaldığı binayə gətirilmiş, orada olan söhbətlərdən bilmişdir ki, Zərərçəkmiş şəxs1 adlı müalicə alan şəxs mərkəzdə rəhmətə getmişdir. Yalnız istintaq zamanı bilmişdir ki, Hüseynə qarşı fiziki zor tətbiq edilmişdir. Bütün müalicə olunanları 05 sentyabr 2021-ci il tarixdə evə buraxmışlar. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid57 oxşar məzmunlu ifadə verərək, öz ifadələrində ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş qardaşı Şahid31 məhkəmə baxış iclasında verdiyi ifadəsində göstərilən xüsusatları eyni ilə bir daha olduğu kimi məhkəmə baxış iclasında verdiyi ifadəsində təsdiq etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs1, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tanımışdır. Cəlilabad rayonu Alar kəndində valideynləri və ailəsi ilə birlikdə yaşayır, təqribən 8 il narkotik vasitə istifadəçisi olmuş və əvvəllər marixuana istifadə etmiş, lakin sonra daha ağır narkotiklərə keçərək heroindən istifadə etmişdir. 2021-ciilin may ayında atası Sultanağa Bakı şəhərində narkotik aludəçisi şəxslərin müalicə almalarına “Yeni Həyat” adlanan reabilitasiya mərkəzinin olmasını öyrənərək həmin mərkəzə yerləşdirməyi qərara almış, atası onu mərkəzə deyil, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid parkına gətirib orada Urfan və Elgiz adlı şəxslər onu qarşılayaraq mərkəzə aparmışlar. Həmin mərkəzin binası 3 mərtəbəli olmaqla müğənni Şahid13 məxsus olmuş, elə hadisə həmin evdə olmuşdur. Evin zirzəmisi və qarajı olmuş, birinci mərtəbədə mətbəx, hamam otağı, personalın konsultasiya otağı, məhsulların anbarı,2-ci mərtəbədə 4 yataq otağı və sanitar qovşağı olmuş, yataq otaqlarının üçündə, hər birində 8 nəfər, 4-cü otaqda 3 nəfər rezident, yəni müalicə oanlarvə hər kəsin çarpayısı olmuş, bundan savayı volontyorların öz otağı olmuşdur. Binanın 3-cü mərtəbəsi zal olmaqla məşğələlər və leksiyalar keçirilmiş,. reablitasiya mərkəzinin rəhbərləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmaqla onlara 12-13 nəfər mərkəzdə müalicə alıb qurtarmış və mərkəzə işləməyə qalmış personal vardı. Personal 4 növbəyə bölünməklə növbə ilə mərkəzdə çalışmışdır. Personaldan Famil, Fərhad, İsrafil, Sərxan, Elgiz, Elçin və Kənan, Qəmbər, Kamran, Cəlal və Urfan olmuşlar. onların soyadlarını bilmir. Daxili qaydalara uyğun hər kəs mərkəzin qaydalarına riayət etməli, özbaşına digər mərtəbəyə və çölə çıxmamalı, yemək üçün ayrılmış vaxtlarda yemək yeyə bilər. Qaydaları pozanlar cəzalandırılır. Məsələn, rezidentlərdən kimsə digəri ilə mübahisə etdikdə onların qollarını personal bir-birinə bağlayır. Digər cəza növü yazılar omuş, yəni cəzalandırılan müxtəlif yazını 500 dəfə yazmalı. Cəza növün biri şəxsin dəmir stula skoçlanıb bir neçə gün həmin stulda oturmağa məcbur edilir. Həmin şəxsə su və yeməkdə verilmir. Digər cəza növü cəzalandırılan şəxs qarşısına düyü və qarabaşaq tökülməklə onun bir-birindən ayrılması tapşırığı verilir. Daha bir cəza növü ondan olmuşdur ki, “fanta” içki qabının qapağına doldurulmuş suyu mərtəbələrə aparmaqla dağıdılmamasına nail olmaqdan ibarət idi. Mərkəzdə olan yazı lövhəsi cəza alan şəxsin kürəynə bağlanaraq, həmin şəxs bütün gündə lövhə ilə hərəkət etməyə məcbur edilir, lakin mərkəzdən qaçmağa cəhd edən və ya qaçıb yenidən mərkəzə qaytarılmış şəxslər personal tərəfindən rezin boruları ilə döyülür, əlləri skoçla bağlanığ zirzəmidə yerə bağlanır, bəzi hallarda isə qolları qandala bağlanaraq asılı vəziyyətdə saxlanılırlar. Bu cəzaları Orucəli, Vüsal, Qəmbər, Fərhad İsrafil və Famil tətbiq etmişlər. Bunlar arasında ən qəddarı Qəmbər olmuş, Zərərçəkmiş şəxs1 sakit və tərbiyəli adam kimi tanımış, Onun heç kəslə ədavəti olmamışdır. Digər zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mədəni-sakit uşaqlardır. 04 sentyabr 2021-ci ildə nahar fasilədən sonra yatmağa getmiş, yerində uzandığı vaxt növbədə olan Təqsirləndirilən şəxs3 digər yataq otağında qalan Muradı, Fuadı, Kamranı və Hüseyni qaldıraraq aşağı endirmiş, aşağı mərtəbədə Familgilin qışqırtı səslərini, Murad, Hüseyn və Fuad və Kamranın döyüldükləri üçün qışqırıq səslərini eşitmişdir. Rezident Cahangiri yataq otağından aşağı Famil çağırmış, bir azdan Cahangirin də qışqırıq səslərini eşidərək anlamışdır ki, onu da döyürlər. Həmin ərəfədə mərkəzə gəlmiş Famil, Orucəli, Vüsal və Qənbər rezidentlərin üzərinə qışqırıb söyməklə onların döyülməsinə qoşulmuşlar. Ən çox qışqırıb söyən Qənbər olmuş, saat 16:30 radələrində Famil yataq otaqları olan mərtəbəyə gəlib onları aşağı siqaret çəkməyə aparmış, həmin vaxt pilləkanlara əlləri qandallanmaqla asılmış Hüseyni görmüş, 1-ci mərtəbədə əlləri skoç yapışqanla bağlanan Fuad, Muradı və Kamranı görmüşdür. Həmin gün axşam saat 22 radələrində Fuad, Murad və Kamranın əlləri açılmış və onlar hamı ilə birlikdə axşam yeməyini yemişlər. Lakin Hüseyn səhərə ac və susuz, qolları qandalla bağlanmaqla pilləkənlərdə asılı qalmış, hətta yatmağa getdikdən sonra Hüseyni səhərə qədər ağrıdan sızıldamasını eşitmişdir. 05 sentyabr 2021-ci ildə səhər yeməyində olarkən hansı səbəbdən Hüseynin qolu açılmış və Hüseyn yerə oturduqdan bir az sonra Famil və Fərhad onun qollarının açıldığını görərək Hüseynin vəziyyətin pis olmasına baxmadan yenidən qollarını pilləkanlara bağlamışlar. Rezidentlər isə məşğələlərdə olarkən, yəni təxminən bir saatdan sonra aşağıdan səs-küy gəldiyi, daha sonra Orucəlinin “tez aparaq bunu” dediyini eşitmişdir. Bir az sonra personaldan olan Sərxan onların olduğu mərtəbəyə gələrək Hüseynin xəstəxanaya aparıldığını, hamının mərkəzin digər binasına getməli oluğunu demişdir. Sərxanla İsrafilin dərhal evdə olan kamera yaddaşlarını söküb çıxardıqlarını görmüş, İsrafilin köhnə “Hyundai” markalı avtomobilə əyləşmiş və ikinci evə getmişdir. Rezidentlər birlikdə digər evə gəldikdən bir neçə saat sonra, saat 15 radələrində Urfan “hamını evə buraxırlar” demiş və bir-bir orada müalicə alan şəxslərin valideynlərinə zəng edilib məlumat verilmiş, mərkəzdən çıxdıqdan sonra atası ilə söhbət edərkən atası ilk üç aya Təqsirləndirilən şəxs2 1500 manat, sonuncu ay üçün 800 manat, cəmi 04 ay üçün 5.300 manat məbləğində pul vəsaiti ödədiyini və bunun üçün heç bir qəbz almadığını bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid48 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Digər təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsləri tanımır. Orucəlini tanımağın səbəbi oğlu Heyyətin narkoman olması və oğlunu müalicə etdirmək istəyi olmuşdur. 2021-ci ilin avqust ayında Bakı şəhəri Novxanı qəsəbəsində «Yeni Həyat» mərkəzin olmasından xəbəri olmuş, oğlunu müalicə etdirməyə həmin mərkəzə aparmış, orada mərkəzin rəhbəri Orucəli ilə tanış olmuş, Orucəli ona aylıq ödənişin 1.500 manat olmasını demiş, lakin Orucəliyə imkanı çatmadığını bildrib həmin məbləği xatırladığı kimi 900-1.000 manata endirmiş, oğlunu mərkəzə təhvil verib evinə qayıtmış, lakin oğlu həmin mərkəzdə cəmi 18 gün qalmış, 04 sentyabr 2021-ci ildə oğlunun qaldığı mərkəzdə ölüm hadisəsi olduğundan, oğlu mərkəzdən evinə qayıtmışdır. Oğlu oradan qayıtdıqdan sonra bildirmişdir ki, mərkəzdə yazı yazır, idmanla məşğul olur, orada narkotik qəbul etmir, oğlu ona qarşı fiziki zor və təziq olması barədə bir söz deməmiş, belə şikayəti olmamışdır. Onun maddi imkanı olmadığından, Orucəliyə xatırladığı qədər 700-800 manat pulu dayısı oğlundan alıb vermişdir. Oğlu mərkəzdə olan zaman dayısı oğlu ilə bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid40 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, onlardan Təqsirləndirilən şəxs5 oğludur. Sərxanı narkomaniya xəstəliyindən müalicə olunmaq üçün “New Life” reabilitasiya mərkəzinə yerləşdirmişlər. Bu qərarı əri ilə birlikdə vermişlər. Əri “lider” TV-də yayımlanan Asif Kəngərlinin verilişindən belə mərkəzin olmasından məlumat almışdır. Buna baxmayaraq, oğlunu mərkəzə yerləşdirməmişdən əvvəl Təqsirləndirilən şəxs2la görüşmüş, ondan müalicə metodları ilə maraqlanmış, mərkəzdə müalicə olunanlara qarşı fiziki zor tətbiq olunması ilə maraqlanmışdır. Elvüsal onu tam əmin etmişdir ki, mərkəzdə heç kəsə qarşı zor tətbiq olunmur, yalnız 12 addım proqramı vasitəsi ilə reablitasiya aparılır. Mərkəzdə 9 ay müalicə almış, buna görə hər ay mərkəzə 1.500 manat ödəmiş, onun kiməsə qarşı zor tətbiq etməsindən xəbəri yoxdur. Zərərçəkmiş şəxs1 barədə məlumatı yoxdur. Sərxanın tutulması və cəlb olunması ona aydın deyil. Birinci instansiya məhkəməsində əlavə dindirilmiş Şahid40 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs5 2018-ci ildə narkotik vasitə istifadə etməyi barədə məlumatı olmuş, oğlu Sərxan 17 noyabr 2020-ci ildən 17 avqust 2021-ci ilə kimi Reabilitasiya mərkəzdə müalicə almışdır. Sərxan 2021-ci ilin aprel ayının sonlarına yaxın Nabran qəsəbəsində müalicədə olmuş, daha sonra isə reabilitasiya Novxanı qəsəbəsinə köçdüyündən müalicə orada davam etmiş, Sərxanın müalicəsi bitənə kimi onunla yalnız arada bir mobil telefonla əlaqə saxlamış və üzünü belə görməmişdir. Əsasən Şahid24 məxsus ***-***-**-**, Orucəliyə məxsus ***-***-**-** mobil nömrələrlə əlaqə saxlamışdır. Hər ayın təxminən 17-18-ci günlərində mərkəzin proqram rəhbəri Orucəlinin **********84473901 nömrəli kart hesabına 1500 manat köçürmüşdür. Ümumilikdə Sərxanın müalicəsi üçün 13500 manat, Nabrana aparılmasına 500 manat ödənilmiş, ilk pulu əlbəəl versə də, sonra pulları yuxarıda qeyd etdiyi hesaba “MilliÖn” ödəmə terminalı və digər terminallarla ödəmiş, bəzi halda valideyn iclasları keçirilərkən aylıq müalicə haqqını Orucəlinin özünə şəxsən vermiş, Sərxan mərkəzdə müalicə aldıqdan sonra onu mərkəzə göndərmiş cəmiyyətə formalaşması üçün müəyyən adaptasiya dövrü keçsin. Sərxanı həmin mərkəzdə işləməsi üçün göndərməmişdir. 05 sentyabr 2021-ci ildə Sərxan həyacan və qorxu içərisində evə gələrək mərkəzdə hansısa xəstənin ölməsini, özünün həmin vaxt yatılı vəziyyətdə olmasını qeyd etmişdir. Sonradan mərkəzdə müalicə alan xəstələrdən birinin döyülərək ölməsini öyrənmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid55 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Digər təqsirləndirilən şəxsləri və zərərçəkmişləri tanımır. Qardaşı Ağababa narkomaniyadan əziyyət çəkmiş və atası ilə qərara gəlmişlər ki, Ağababanı müalicə edilməsi üçün “New Life” reabilitasiya mərkəzinə yerləşdirsinlər. xx.xx.2020-ci ildə Ağababanı əvvəl rayonda olan mərkəzə təhvil vermişlər, mərkəz sonra Bakı şəhəri Novxanı qəsəbəsinə yerləşdirilmişdir. Qardaşı həmin mərkəzdə sağalmışdır. Artıq narkomaniyadan asılı deyil. Qardaşı mərkəzdə olarkən, onunla mütəmadi olaraq telefon əlaqəsi saxlamış, heç vaxt ona qarşı pis rəftardan şikayət etməmiş, hər ay Elvüsala qardaşının müalicəsi üçün 1.500 manat pul ödəmişlər və müalicə altı aya yaxın çəkmişdir. Qardaşı Ağababa evə qayıtdıqdan sonra demişdir ki, mərkəzdə ölüm hadisəsi olmuş, lakin bu barədə ətraflı məlumat verməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid10 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, yalnız Təqsirləndirilən şəxs5 tanımır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təxminən 2019-cu ildən etibarən narkotik vasitə qəbul etmiş və buna görə də atası Heybət onu Novxanı kəndində dəniz kənarında yerləşən 03 mərtəbəli “New Life” reabilitasiya mərkəzinə aparmış, atası onu həmin reabilitasiya mərkəzində Eigiz adlı şəxsə təhvil verərək getmişdir. Mərkəzdə tanıdığı Orucəli özünü mərkəzin rəhbəri kimi təqdim etmiş və onun müavini Elvüsal olmuşdur. Bundan əlavə mərkəzdə Qənbər, Famil və Elgiz nəzarətedici funksiyanı həyata keçirmişlər. Burada müalicə “12 addım” proqramı vasitəsi ilə mühazirələr oxumaq və yazılar yazmaqla keçirilmişdir. Mərhum Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4lə bir mərkəzdə eyni vaxtda olmuşdur. Hadisə baş verən 04 sentyabr 2021-ci ildə Hüseyni və digər zərərçəkmiş şəxsləri yataq otağından aşağı çağırıb apardıqları zaman yatmış, heç nə görməmiş və xəbəri olmamış, kiməsə qarşı fiziki zor tətbiq edilməsini görməmiş, özünə qarşı da heç kim fiziki zor tətbiq etməmişdir. Yalnız xx.xx.2021-ci ildə yuxudan oyandıqdan sonra bilmişdir ki, Hüseyni xəstəxanaya aparıblar və elə həmin gün onların hamısını evlərinə buraxmışlar. Hüseynin döyülməsi və əl-qolunun bağlanmasını görməmiş, istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, hadisə baş verəndə günorta fasiləsində yatmışdır. Yuxudan durduqdan sonra Hüseynin harda olduğunu digər uşaqlardan soruşmuş, Hüseynlə bir otaqda qaldığı üçün münasibətləri yaxşı olmuşdur. Hüseynin harda olduğunu soruşduqda, Hüseynin halı pisləşdiyindən xəstəxanaya apardıqlarını bildirmişlər. Təxmini 30 dəqiqədən sonra, Hüseyn qaçmaq üçün Murad, Fuad və adını xatırlamadığı təzəgələn bir nəfərlə plan qurmasını, planları da gecə yatanda açarı nəzarətçidən alıb qaçmaq olmasını öyrənmiş, nəzarətçi Qənbər plandan xəbər tutduğundan Hüseyni yanına çağırıb döymüş, bütün bunları Hüseyn xəstəxanaya aparıldıqdan sonra bilmiş, Qənbərin döyməsi nəticəsində Hüseyn ölmüş, Qənbərin tək olmamasını, yanında başqa adamların olmasını eşitmiş, bu ifadəsini təsdiq edir. Həqiqətən Hüseynin yataq otağından aparılmasını və ona fiziki zor tətbiq edilməsini görməmişdir. Digərlərindən eşitmişdir ki, Hüseyni döyüb öldürmüşlər. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, mərhum Zərərçəkmiş şəxs1 və digər zərərçəkmişləri də tanımış, “New Life” reabilitasiya mərkəzində narkomaniyadan müalicə almış, həmin vaxt sadaladığı şəxslərlə ünsiyyəti yaranmış, onların heç biri ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Müalicəni ilk vaxtlar Nabranda, son 4 ay Novxanıda keçmiş, mərhum Hüseynin olduğu mərkəzdə olmuşdur. Hadisəni görməsə də bilmişdir ki, Hüseyn yatıb yuxudan oyanmamış, Hüseyn sakit təbiətli adam olmuş, narkotik qəbul etdiyinə görə mərkəzə yerləşdirilmiş, Hüseynin döyülməsini görməmişdir. Təqsirləndirilən şəxslər tərəfindən, o cümlədən Qəmbər Həsənov tərəfindən özünə və digər müalicə olunanlara qarşı heç bir şiddət görməmişdir. Mərkəzdə şərait yaxşı olmuş, onlar baseyndə çimir, yazı yazır, onlara mühazirələr oxuyurdular. Müəyyən edilən vaxtlarda ailəsi ilə telefon əlaqəsi saxlayır, müalicə olunanların mərkəzdən getmələrinə heç bir maneə olmamışdır. Təqsirləndirilən şəxs2 hadisədən bir gün əvvəl növbədən çıxdığı üçün onu hadisə günü mərkəzdə görməmişdir. Hadisə günü növbədə Famil və Fərhad olmuş, Orucəli mərkəzdə olmamışdır. İstintaqda verdiyi ifadəsi ona elan edilmiş, həmin ifadəni verdikdə ona qarşı heç bir təziq olmamış, ifadəsində göstərmişdir ki, 04 sentyabr 2021ci ildə aşağıda kiminsə döyüldüyünü eşitmiş, yüksək səslə insan çığırtıları gəlmişdir. Həmin vaxt növbədə Famil, Fərhad, adını bilmədiyi bir şəxs də olmuşdur. Daha sonra orada işləyən Famil ona “Hüseyn özünü pilləkandan yerə atıb və xəsarət alıb" demişdir. Növbəti gün mərkəzin Novxanıda olan başqa bir müalicə evinə getmiş, orada təxminən 07 saat qaldıqdan sonra çıxıb evinə Yevlaxa getmişdir. Həmin ifadəsini qismən təsdiq edir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid51 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır, digər təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsləri tanımır. Onun oğlu X15 narkomaniyadan əziyyət çəkdiyindən 10 avqust 2021-ci ildə «NEW LİFE» X4 qəsəbəsində yerləşən binasına müalicə almaq üçün yerləşdirmişdir. Müalicə almağı ilə bağlı əlbəəl şəkildə Təqsirləndirilən şəxs1 400 manat vermişdir. 05 sentyabr 2021-ci ildə oğlu evə gələrək bildirmişdir ki, mərkəzdə ölüm hadisəsi olduğundan, müalicə alanları evə buraxmışlar. Oğlunun deməsinə görə ölüm haqqında onun heç bir məlumatı olmamış, oğlu ilə telefon əlaqəsi saxlayarkən oğlu heç bir şikayət etməmişdir. Oğluna qarşı heç bir işgəncə olmamış, oğlu ona bununla bağlı heç bir şikayət etməmişdir. İstintaq vaxtı ifadəsində bildirmişdir ki, oğlunun müalicəsinə Orucəliyə 1.500 manat ödəmiş, Həqiqət ödəniş məbləği 1.500 olduğundan belə ifadə vermiş, lakin Orucəli ona güzəşt edərək 400 manat almış, yəni oğlu həmin mərkəzdə bir aya yaxın müddətdə olmuş və həmin müddətə görə Orucəliyə 400 manat ödəmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid53n Xəlil qızı öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 tanıyır, digər təqsirləndirilənləri və zərərçəkmişləri tanımır. İş ondadır ki, oğlu Ziya Dadaşov narkomaniyadan əziyyət çəkdiyi üçün onu sağaltmaq məqsədilə kiçik oğlu Tofiq sosial şəbəkə vasitəsi ilə «NEW LİFE» reabilitasiya mərkəzi adlı qurum haqqında məlumat əldə etmiş, həmin mərkəzin rəhbəri Oruc və işçisi Vüsal adlı şəxslərlə əlaqə saxlamışdır. Ziyanın həmin mərkəzə yerləşdirmək haqqında qərara gəlmiş və Ziya özü də bu xəstəlikdən sağalmaq üçün mərkəzdə müalicə almaq üçün könüllü razılıq vermişdir. 1 sentyabr 2021-ci ildə taksi ilə Ziya Dadaşovu X4 qəsəbəsində fəaliyyət göstərdiyi binasına aparmışdır. Ziyanın müalicə almasına 1500 manatı Ziya müalicə almamışdan 2 gün əvvəl kiçik oğlu Tofiq Masazır dairəsi adlanan yerdə Oruc adlı şəxsə vermişdir. 05 sentyabr 2021-ci ildə Ziya evə gəlib demişdir ki, mərkəzdə ölüm hadisəsi baş vermiş vəhamını evə buraxmışlar. Ziyanın ölüm hadisədən məlumatı olmamışdır. Qaldığı 04 gün də Ziya ona zorakı hərəkətin edilməsini deməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid41 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, digər təqsirləndirilən şəxsləri və zərərçəkmişləri tanımır. Narkotik asılılığından əziyyət çəkən qardaşı Mirhəbib Quliyevi 14 may 2021-ci ildə New Life X6 rayonu Novxanı qəsəbəsindəki binasına müalicə olunmasına yerləşdirmişlər. Müalicə pulu ilk aylıq 1500 manat bacısı X61 rayonu Digah qəsəbəsində şəxsən vermiş, Mirhəbibin mərkəzə aparılmasına 150 manatı mərkəzin kart hesabına şəxsən “MilliÖn” ödəmə terminalı vasitəsi ödəmişdir. 13 iyun 2021-ci ildə Mirhəbibin müalicəsi üçün ikinci aylıq 1500 manatı mərkəzin kart hesabına özü “MilliÖn” ödəmə terminalı ilə ödəmiş, təxminən 13-14 iyul 2021-ci il də Mirhəbibin müalicəsinə üçüncü aylıq 1500 manatı mərkəzin Fərhada həmin vaxt kirayədə qaldığı Xətai rayonu Əhmədli qəsəbəsindən gəlib şəxsən ondan götürmüşdür. Təxminən 17 avqust 2021-ci ildə Mirhəbibin müalicəsi üçün dördüncü aylıq 1500 manatı həmin vaxt kirayədə qaldığı Xətai rayonu Əhmədli qəsəbəsində mərkəzin rəhbər işçilərindən Vüsala şəxsən vermişdir. Cəmi mərkəzin rəhbərliyinə 6150 manat ödəmiş, Qardaşı Mirhəbib 05 sentyabr 2021-ci ildə evə gəlib mərkəzdə Hüseyn adlı şəxsin döyülüb öldürüldüyünü demişdir. Qardaşı Mirhəbib həmin hadisənin təsiri altında olub bildirmişdir ki, Hüseyni döyə-döyə öldürmüşlər. Hətta Hüseynə sonuncu su istədiyi üçün suyu verə bilməmişdir. Hüseynin döyülməsini şəxsən görməsə də, onun qışqırıq səslərini eşitmişdir. Qardaşı ona qarşı hər hansı bir fiziki zor və təziq olunmasından şikayət etməmişdir. Qardaşı ilə telefonla danışmış, lakin yanında başqası olduğundan onlara hər şeyi danışa bilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hamısını tanıyır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Əvvəllər narkoman olmuş, bu səbəbdən könüllü 20 aprel 2021-ci ildən «New Life» Reabilitasiya mərkəzin Nabran qəsəbəsindəki binasında müalicə almağa başlamış, mərkəzin proqram rəhbəri Orucəli, işçilər Famil, Elgiz, Kənan, Urfan və Elvüsal olmuşdur. Mərkəzdə “12 addım proqramı” ilə müalicə olunmuşlar. Son vaxtlar mərkəz Novxanı qəsəbəsi 2 ayrı binalarda fəaliyyət göstərmişdir. Hadisə baş verdiyi binada olduğundan, həm təqsirləndirilən və həm də zərərçəkmiş şəxsləri tanımışdır. Mərhum Zərərçəkmiş şəxs1la münasibəti yaxşı olmuş, lakin döyülməsindən məlumatı olmamışdır. Ona qarşı heç bir təziq olmamış, həmin mərkəzdə 4 ay 5 gün qaldığı müddətdə kiməsə qarşı işgəncə verilməsinin şahidi olmamış, aylıq ödənişini valideynləri ödədiyindən ödəniş məbləği barədə məlumatı yoxdur. Mərkəzdə heç kəsdə narkotik vasitəsi olmamış, kiməsə narkotik verilməsinin şahidi olmamışdır. Mərkəzdə baş vermiş hadisə günü orada olmuş, növbədə personaldan Famil və Fərhad olmuş, Sərxan onlara kömək etmişdir. Orucəlini, Elvüsalı və Qəmbəri hadisə günü mərkəzdə görməmişdir. Bu şəxslərin kiməsə işgəncə verməsini görməmişdir. Elvüsalın hadisədən 1-2 gün əvvəl ad günü olmuş, ad gününün mərkəzdə qeyd etdikdən sonra Elvüsal çıxıb evinə getmişdir. İstintaqda verdiyi ifadəsində göstərmişdir ki, 04 sentyabr 2021-ci ildə saat 11-12 radələrində mərkəzdə müalicə alan Mustafa mərkəzdə işləyən Famil adlı şəxsə yaxınlaşaraq axşam kinoya baxarkən, 11 nəfər müalicə alanların mərkəzdən qaçmaq planı qurduğunu bildirmiş, həmin vaxt onların yanında olduğundan, bu xüsusat ona məlum olmuşdur. Müalicə alan şəxslərdən Hüseyn, Kamran, Fuad və Muradın adını Familə bildirmişdir. Famil bununla bağlı Orucəli və Elvüsala mobil telefonla məlumat vermişdir. Daha sonra saat 14:15 radələrində Famil, Fərhad, Sərxan, İsrafil evin qarajına enmişlər. İlk öncə Famil müalicə alan şəxslərdən Kamranı qaraja çağırıb Kamranın üzünə bir dəfə şillə zərbəsi endirmiş və onun qaçmaq istəməsini dilə gətirmişdir. Daha sonra Famil Hüseyni qaraja çağırıb onun üz nahiyəsinə iki-üç dəfə şillə zərbəsi endirmişdir. Famil ona və Fərhada göstəriş verib evin ikinci mərtəbəsinə qalxıb müalicə alan şəxslərə nəzarət etməyi, onların qaraja boylanmasının qarşısını almağı bildirmiş, Fərhadla evin ikinci mərtəbəsinə qalxaraq müalicə alan şəxsləri sakitləşdirməyə, nizam intizamın pozulmamasına nəzarət etməyə başlamış, yuxarıda olarkən Famil müalicə alan şəxslərdən Fuad, Murad və Cahangiri qaraja çağırmışdır. Qısa müddət sonra evin ikinci mərtəbəsindən boylananda qaraja Qənbər, Orucəli və Elvüsalın gəldiyini görmüş, sonra daha çox səs-küy qopmağa başlamış, müalicə alan şəxslərin döyülməsi onların səssədasından məlum olmuş, təxminən döyülmə 01 saata yaxın davam etmiş, sonradan kimlərin döyülməsi dəqiq aydın olmuşdur. Müalicə alan şəxslərdən-Hüseyn, Fuad, Kamran, Murad, Cahangirin Qənbər, Orucəli, Famil və Elvüsal tərəfindən döyülmələrini öyrənmiş, daha sonra Qənbər, Orucəli və Elvüsal mərkəzdən çıxıb getmişlər. Hüseyn qarajdan birinci mərtəbəyə qalxan pilləkanın taxta tirindən asılmış, lakin Hüseynin konkret kim tərəfindən asıldığını görməmiş, hadisədən sonra evin ikinci mərtəbəsindən qaraja düşərkən Hüseynin artıq asıldığını görmüşdür. təxminən saat 20 radələrində Kamran, Fuad, Muradın əlləri açılmış və onlar yuxarı qalxmışlar. Cahangir döyüldükdən sonra bağlanılmamış və buraxılmış, konkret həmin şəxslərin əllərinin kim tərəfindən açılması ona məlum olmamışdır. Hüseyn qeyd etdiyi taxta tirdən qandalla bağlı qalmışdır. 05 sentyabr 2021-ci ildə səhər saat 08 radələrində yuxudan oyanmış, müalicə alan şəxslər idman edib yemək yemişlər. Saat 10 radələrində müalicə alan şəxslərin hamısı siqaret çəkməyə qaraja enmiş və Hüseynin yenə bağlı olduğunu görmüşlər. Hüseyn kömək istəmiş və ona su verilməsini xahiş etmişdir. Hüseyn sayaqlayıb xəyallarında “ağ təyyarə” gördüyünü bildirmiş, lakin icazələri olmadığı üçün onlar, yəni müalicə alan şəxslər ona su verə bilməmişlər. Onlar yuxarı qalxmış və qısa müddət sonra Familin “Arzu Arzu” deyə səsləndiyini eşitmiş, Vladlen, Cavidan aşağı qaraja düşərkən Familin, Bədirin və Fərhadın Hüseyni qaldırıraq açmaq istədiklərini görüb onlara kömək etmişdir. Hüseynin əlini açaraq qarajda matrasın üzərinə uzandırmışlar. Bədirin Hüseynə süni nəfəs edib ürək masajı etsə də Hüseynin huşu özünə gəlməmişdir. Evin yuxarı mərtəbələrində müalicə alan şəxslər tərəfindən səs-küy eşidildiyi üçün, yuxarı qalxıb onları sakitləşdirməyə başlamışdır. Daha sonra isə tanıdığı Rəşid öz avtomobili ilə yanında tanımadığı həkimlə mərkəzə gəlmiş və həmin həkim Hüseyni müayinə etmiş və Hüseyn özünə gəlmədiyindən X77 avtomobili ilə Hüseyni xəstəxanaya aparmışlar. Hüseynin sonra vəfat etmə xəbərini eşitmişdir. Birinci evdə müalicə alan şəxsləri ikinci evə köçürmüş, yarım saat sonra mərkəzdən birinci özü çıxıb evə getmişdir. Özündə olmadan müstəntiqə ifadə verdiyindən təsdiq etmir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid44 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 tanıyır, digərlərini və zərərçəkmişləri tanımır. X8 narkomaniyadan əziyyət çəkdiyi üçün onu 2021-ci ilin may ayının əvvəllərində “NEW LİFE” X4 qəsəbəsində fəaliyyət göstərdiyi binasına müalicə almaq üçün yerləşdirmişdir. Maddi durumu yaxşı olmadığından aylıq haqqı kimi Orucəli ilə 700 manat ödəyəcəyinə razılıq əldə etmiş, Fərid təxminən 2021-ci ilin avqust ayına kimi mərkəzdə müalicə almış, həmin vaxt maddi vəziyyəti ilə bağlı Fəridi oradan çıxardıb evinə gətirmişdir. Fərid həmin mərkəzdə 3 ay müalicə ala bilmişdir. Cəmi Oruca 2100 manat vermişdir. Həmin mərkəzdə ölüm hadisəsinin baş verdiyini digər valideynlərdən öyrənmiş, hadisə baş verərkən oğlu Fərid mərkəzdə olmamışdır. Fəridin hadisə ilə bağlı məlumatı olmamış, oğluna heç bir fiziki zor tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid33 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs3 tanıyır, onlarla birlikdə mərkəzdə 10 gün müddətində müalicə almışdır. 2018-ci il tarixdən narkotik vasitə istifadə etmiş, “New Life” Reabilitasiya mərkəzin Nabran qəsəbəsindəki binasında 20 aprel 2021-ci ildən müalicə almağa başlamış, mərkəzin rəhbəri Təqsirləndirilən şəxs1 olmuş, pul məsələsinə Elvüsal nəzarət etmiş, mərkəzin Elgiz, Famil, Qənbər, Fərhad, Elçin, Urfan və Kamran adlı digər işçiləri olmuşdur. 2021-ci ilin may ayın əvvəlində mərkəz Binəqədi rayonu Novxanı qəsəbəsinə köçmüş, əvvəl mərkəzin hadisə olan binasında olmuş, lakin sonra mərkəzin ikinci evində müalicəsini davam etdirmişdir. 05 sentyabr 2021-ci ildə saat 13 radələrində mərkəzin birinci evində olan şəxslər mərkəzin ikinci evinə gətirilmişdir. Gələn şəxslərdən kimsə ona rezident Hüseynin döyülüb öldüyünü bildirmişdir. Orucəlidən Hüseynin döyülmədən deyil, narkotik zəhərlənməsindən ölməsini eşitmişdir. Həmin gün onların hamısını evlərinə buraxmışlar. Mərkəzin aylıq müalicəsi 1500 manat olmuş, həmin pulu atası Rauf ödəmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid38 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanıyır. Mərhum Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs4 tanımır. Bu şəxslərin heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. 2019-cu ildən narkotik vasitə istifadə etməyə başlamış, 2021-ci ilin may ayının ortalarında X4 qəsəbəsindəki 2-ci binasında könüllü müalicə almağa başlamış, həmin evin pəncərələri dəmir barmaqlıqlar ilə bağlı şəkildə olmuş, eləcə də evin qapısı bağlı olmaqla açar işçilərdə olmuş, hər hansı müalicə alanın çölə çıxmasına icazə verilməmişdir. Mərkəzin proqram rəhbəri Orucəli, işçiləri Famil, Elgiz, Kənan, Urfan, Elvüsal, Qənbər, Kamran və Cəlal olmuş, mərkəzdə olanlar “12 addım proqramı” ilə müalicə edilmiş, 05 sentyabr 2021-ci ildə saat 15 radələrində birinci evdə müalicə alanların hamısının müalicə aldığı ikinci evə yığıldığını görmüş, nə baş verdiyini soruşduqda, müalicə alan şəxslərdən kimsə demişdir ki, birinci evdə müalicə alan Hüseyn Qənbər və digərləri tərəfindən döyülüb öldürülmüş, şəxsən hadisəni görməmiş, təqsirləndirilənlər və personaldan digər şəxslərin kimisə döyməsini görməmişdir. Ona qarşı kimsə fiziki zor tətbiq etməmiş, axşam vaxtı müalicə alanların hamısını hissə-hissə evlərinə buraxmışlar. Onun aylıq müalicə pulu konkret olaraq nə qədər olmasını bilməsə də, atası Elxan tərəfindən mərkəzin rəhbərliyinə pulun ödənilməsini bilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid29 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 tanıyır. Mərhum Zərərçəkmiş şəxs1 tanımır. Hadisə baş verən günü mərkəzin 2-ci binasında olmuş, hadisəni görməmişdir. xx.xx.2021-ci ildə 1-ci binada olan bütün şəxsləri onun qaldığı 2-ci binaya gətirmişlər. Bilmişdir ki, 1-ci binada müalicə alan Zərərçəkmiş şəxs1 rəhmətə getmişdir. Onun nədən rəhmətə getməsindən məlumatı yoxdur. Təqsirləndirilənlərin kmisə döyməsinin şahidi olmamış, təqsirləndirilən şəxslər ona qarşı heç vaxt zorakı hərəkətlər etməmişlər. hadisədən sonra ifadə müstəntiqə verərək göstərmişdir ki, həmin tarixdə digər fərdi yaşayış evindən qaldıqları evə 20 nəfərdən artıq xəstə gəlmişdir. Həmin xəstələr Hüseyn adlı xəstənin personal tərəfindən döyülərək öldürüldüyünü bildirmişlər. Personallar ən çox Qənbər adlı şəxsin adını çəkib onun Hüseyni öldürdüyünü bildirmişlər. Hüseynin döyülməsini Vlad, Cavidan və Tural görmüşlər. Adıçəkilən şəxslərin verdiyi məlumata görə Qənbər və digər personal şəxslər Hüseyn rezin boru, təpik, yumruq zərbələri ilə döyüb öldürülmüşdür. Hüseynlə birlikdə 3 nəfər şəxs də döyülmüşdür. Lakin onların adları ona məlum deyil. Bu ifadəsini təsdiq etmir, ifadəni müstəntiq kompyuterdə yazıb ona imza etdirmişdir. Məhkəmədəki ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid23 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilələri və zərərçəkmiş şəxsləri, o cümlədən mərhum Zərərçəkmiş şəxs1 tanıyır, onların heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. “NEW LİFE” Reabilitasiya Mərkəzində 7 ay müalicə almış, əvvəl Nabranda, sonra isə Novxanıdakı binasında olmuşdur. Novxanıda hadisə olan binada deyil, digər binada olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü ilə bağlı olan hadisəni görməmişdir. Təqsirləndirilən şəxslər ona qarşı fiziki zor və işgəncə tətbiq etməmişlər. Onların Hüseyni və ya digər müalicə alanları döyməsini görməmişdir. 28 may 2021-ci ildə müalicəsini başa vurmuş, bundan sonra, mərkəzin Novxanı qəsəbəsindəki ikinci evində “volontyor” kimi fəaliyyət göstərmiş, lakin bu fəaliyyəti ilə bağlı heç bir maaş almamışdır. 05 sentyabr 2021-ci ildə səhər radələrində 1-ci evdə müalicə alanları müalicə aldığı evə köçürülmüş, onlardan bilmişdir ki, 1-ci evdə müalicə alan Hüseyn adlı şəxs döyülərək öldürülmüşdür. Daha sonra isə müalicə alan şəxsləri həmin evdən etap-etap evlərinə buraxmışlar. Onu 06 sentyabr 2021-ci ildə saat 04 radələrində evinə buraxmışlar. Müalicə pulu 1000-1500 manat olmuş, müalicə pulunu qardaşı Valid Orucəli və ya Elvüsala vermiş, müalicə pulu aylıq 1500 manat təşkil etmiş, cəmi onlara 10500 manat verilmişdir. İstintaq zamanı barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş, bədənində xəsarətlər aşkar edilmiş, xəsarətlərin təqsirləndirilən şəxslər tərəfindən yetirildiyini demişdir. Həqiqətdə isə xəsarətləri özü-özünə yetirmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid47 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, Qəmbər Həsənov haqqında eşitmiş, Təqsirləndirilən şəxs5 ümumiyyətlə tanımamışdır. Onun qardaşı Şahid8 narkomaniyadan əziyyət çəkdiyindən, onu NEW LİFE” Reabilitasiya Mərkəzinə müalicəyə yerləşdirmişlər. Buna kimi qardaşı narkoloji mərkəzdə müalicə almış, lakin müalicəsi heç bir nəticə vermədiyindən, qərara almışdır ki, qardaşını reabilitasiya mərkəzinə yerləşdirsin. Qardaşını 17 may 2021-ci ildə Mərkəzə yerləşdirmiş, qardaşı mərkəzin Novxanıda olan binasında müalicə almışdır. Qardaşının müalicəsinə hər ay 1.500 manatı Təqsirləndirilən şəxs2 ödəmiş, ümumilikdə, həmin mərkəzin rəhbərliyinə 6000 manat ödəmişdir. Qardaşı Elnurla telefonla əlaqə saxladıqda sonuncu heç bir şikayət etməmiş, ona qarşı hər hansı təziq olduğunu deməmiş, 06 sentyabr 2021-ci ildə Elnur evlərinə qayıdıb tanımadığı nömrədən onun mobil nömrəsinə zəng edilərək mərkəzdən çıxdığını, mərkəzdə Hüseyn adlı şəxsin öldüyünü bildirmiş, lakin Hüseynin ölümünün səbəbi haqqında ona bir söz deməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş qaşid Şahid3 ifadəsində göstərmişdir ki, 9 ildir narkotik vasitə istifadəçisidir. Əvvəllər marixuana çəksə də, sonradan daha ağır narkotiklərə keçərək “patı” və “kokos” kimi adlanan narkotiklərdən istifadə etmişdir. 08 mart 2021-ci ildə “New Life” Reabilitasiya Mərkəzinə yerləşdirmişdir. Həmin zaman mərkəz Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşmişdir. Orucəli və Vüsal adlı şəxslər tərəfindən idarə olunmuşdur. mərkəzə gəldikdə Orucəli və Vüsal onu qarşılayaraq onların özlərinin də narkoman olduqlarını bildirmiş, ona bu xəstəlikdən sağalmağa kömək göstərəcəklərini demişlər. Gəldikdən sonra ona mərkəzin rejimlə işlədiyi məlum olmuşdur. Mərkəz “12 addım” proqramı ilə fəaliyyət göstərmişdir. 04 sentyabr 2021-ci il də “yat komandası”ndan sonra gecə növbətçisi çıxaraq “noviçok”lara nəzarət etmiş və 05 sentyabr 2021-ci ildə səhər saat 09:00-a kimi bu vəzifəni icra etmiş, daha sonra “qalx” komandası verərək yatmağa getmiş və saat 14:00-a kimi yatmışdır. Həmin vaxt evdə təqribən 27-29 rezident və 3 nəfər personal olmuşdur. Personallardan evdə Qənbər, Orucəli və Vüsal, “volontyor” Taleh olmuş, oyandıqdan sonra rezident yoldaşı Həbib ona Hüseyngilin qaçmaq istədiyini, hazırda aşağıda olduğunu bildirmiş, ikinci mərtəbədən zirzəmiyə düşərək yerdə Hüseyn, Murad, Fuad və Kamranın üzü aşağı, ağzı üstə uzandığı, Cahangirin orada olduğunu görmüşdür. Personallardan orada Qənbər, Famil, Sərxan, İsrafil, Fərhad, Orucəli və Vüsal olmuşlar. Qənbərin ağ rəngli su şlanqı ilə Hüseynin kürəyindən vurduğunu görmüş, daha sonra Qənbər Hüseynin əllərini açaraq ayaq üstə qaldırıb yenidən pilləkənə bağlamış, Murad, Fuad və Kamran isə axşama kimi qolları bağlı vəziyyətdə yerdə qalmışlar. Cahangirin isə məsələyə aidiyyəti olmadığı müəyyən edildiyindən, sərbəst buraxılmışdır. Orucəli, Qənbər və Vüsal çıxıb getmişlər. Saat təqribən 15 radələri olmuş, üsyançılar yerdə qalmış, digərləri öz həyatına davam etmişdir. Saat 20 radələrində aşağı siqaret çəkməyə düşmüş, Hüseyn ondan bir stəkan su istəmiş, özbaşına suyu verə bilmədiyindən personal Fərhaddan icazə istəmiş, Fərhad icazə vermiş, bir stəkan su götürüb Hüseynə içizdirmiş və yenidən yuxarı qayıtmışdır. Saat 22 radələrində personal Murad, Fuad və Kamranı açaraq buraxmışlar. Qayıtdıqdan sonra Kamran, Fuad və Murad yazı cəzasına başlamış, Hüseyn bağlı vəziyyətdə qalmış, Hüseyn üzrxahlıq eləyərək açılmağını xahiş etmiş, lakin yenə onun əllərini açan olmamış, səhəri, yəni 05 sentyabr 2021-ci ildə saat 08:30 radələrində oyanaraq aşağı düşmüş və Hüseynin bütün gecə bağlı qaldığını görmüşdür. Bu zaman onun vəziyyəti ağır olmuş, lakin yenə onu açmağını xahiş etmişdir. Bir müddət sonra rezident Vladın personal Familə Hüseynin huşunu itirdiyini bildirməsini eşitmiş, Hüseyni aşağı salındıqdan sonra ona su verilmiş, ürəyi masaj olunmuş, lakin yenə özünə gəlməmişdir. Bunu gördüyündən personaldan kimsə sürücü işləyən Rəşid əmini yığaraq hadisə yerinə çağırmış, gəldikdən sonra Tural və X79 “Hyundai Sonata” markalı avtomobilinə mindirərək Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparmışlar. Avtomobildə nəbzinin vurmağına baxmayaraq xəstəxanaya çatdıqda Hüseyn artıq keçinmiş, Hüseynin meyitini götürüb Binəqədi rayon meyitxanasına gətirmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “New Life” Reabilitasiya Mərkəzinin 08 mart 2021-ci ildə Nabran qəsəbəsində binasında müalicə almış, 2021-ci ilin may ayın əvvəlindən Novxanı qəsəbəsində müalicə almağa başlamış, yalnız Nabran və Novxanı qəsəbələrində ünvanlarını bilmiş, onun müalicə pulu aylıq 1500 manat olmuş, həmin pul hər ay anası Svetlana xanım tərəfindən mərkəzin işçilərin kart hesabına ödənilmişdir. 08 mart 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək müalicə pulu cəmi 9000 manat təşkil etmiş və ödənilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Yevlax rayonu Əcəmi kəndində həyat yoldaşı Zibeydə, bacısı Bahar, anası Ruxsalə, atası Əsəd və 3 övladı Şəhruz, Əsəd, Şölə ilə birlikdə yaşayır. 2014-ci ildə CM-nin 144-cü maddəsi ilə təqsirli bilinib Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 9 il müddətə azadlıqdan məhrum edilmişdir. 2015-ci ildə Gəncədə cəzaçəkmə müəssəsində olarkən "marixuana" narkotik maddə istifadə etməyə başlamış, sonra “kakos" adlanan narkotik maddə istifadə etməyə başlamışdır. 2018-ci ildə azadlığa buraxılmışdır. 2018-ci ildən 2021-ci ilədək narkotik vastə istifadə etməmiş, 2021-ci ilin yanvar ayından yenidən "marixuana" istifadə etməyə başlamış, 2021-ci ilin aprel ayında ailəsinin təkidi ilə narkomaniya xəstəliyinə qarşı müalicə olunmaq qərarına gəlmişdir. xx.xx.2021-ci ildə Bakı şəhərinə getmiş və “New Life” reabilitasiya mərkəzində müalicə olunmağa başlamış, Orucəli rəhbəri olmuş, Vüsal, Əhməd, Elgiz və Fərhad adlı şəxslər işçi kimi işləmişlər. Orada Vüsal, Kənan, Zərərçəkmiş şəxs1, Murad, İlqar adlı digər xəstələr olmuş, 30-35 nəfərə yaxın şəxs müalicə almışdır. Reabilitasiya mərkəzində "12 addım" proqram ilə narkotik vasitə istifadəçiləri müalicə olunmuş, Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Famil, Rufan və Vüsal rəhbərlik edib idarə etmişlər. Ora getdikdən sonra reabilitasiya mərkəzində müalicə prinsipi və qrafiki ona aydın olmuş, müalicə pulunun nə qədər olması barədə heç bir məlumatı olmamış, çünki bütün pulları ailəsi ödəmişdir. 4 sentyabr 2021-ci ildə aşağıda kim döyüldüyünü eşitmiş, çünki yüksək səslə insan çığırtıları gəlmiş, növbədə Famil, Fərhad və adını bilmədiyi başqa bir şəxs də olmuş, orada işləyən Famil ona “Hüseyn özünü pilləkandan yerə atıb xəsarət allmış" demiş, 04 sentyabr 2021-ci ildə onların Novxanıdakı başqa bir müalicə evinə getmiş, onu Kamran, Elgiz, Rufan qarşılamış və “burada da qala bilərsiniz, sizi Hüseyinin özünü pilləkəndən atmasına görə oradan çıxardıq" sözlərini demiş, orada təxminən 7 saat qaldıqdan sonra çıxıb Yevlaxa gəlmiş, Reabilitasiya mərkəzində müalicə olunan şəxslərin, nizam-intizamı pozduqları halda plastik boru ilə döyülməsi, qolları yapışqan lentlə və əl-qol bağlama ilə bağlanmasının şahidi olmamış, ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Müalicə aldığı zaman evin hər pəncərəsi dəmir barmaqlıqlarla örtülü olmuş və evin qapıları açarla bağlı olmaqla açarlar yalnız personalda saxlanılmışdır. Mərhum Zərərçəkmiş şəxs1 2021-ci ilin iyun ayında onunla eyni binada müalicə almağa başlamışdır. Mərkəzin fəaliyyət göstərdiyi evin hər tərəfi video müşahidə kameraları ilə təchiz olunmuş və bununla müalicə alan şəxslərə nəzarət edilmişdir. Nəzarəti növbədə qalan şəxslər və personal həyata keçirmişdir. Yeni müalicə alan şəxslərə ‘‘lomka”dan çıxmaq üçün yuxu dərmanları, eləcə də “tramadol” adlanan dərman preparatı verilmiş, gəldiyi gün tramadol qəbul etmiş, həmin dərmanı ona Orucəli vermişdir. Hüseyn tez-tez nizam-intizamı pozduğuna görə orada olan işçilər tərəfindən bəzən döyülmüşdür. Mərkəzdə qaydaları oranın rəhbəri Orucəli və digər əsas şəxslər olan Famil və Elvüsal müəyyən etmişlər. Həmin Mərkəzə həkim narkoloq dəvət olunmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid6 Gürşad oğlu öz ifadəsində göstərmişdir ki, 2014-cü ildən narkotik vasitə aludəçisi olmuş, narkotikdən istifadə ilə bağlı əvvəllər 01 saylı narkoloji dispanserdə müalicədə olmaqda qeydiyyatda olmuşdur. 22 sentyabr 2020-ci ildə atasının xalası oğlu Səmyəddin Allahverdiyev narkomaniyadan müalicə edilməsi üçün Xaçmaz rayonu Nabran qəsəbəsindəki “New life” reabilitasiya mərkəzinə aparmışdır. Orada təxminən 7-8 ay qaldıqdan sonra narkotik vasitədən istifadədən azad olub könüllü yaşadığı evə qayıtmışdır. Yenidən narkotik vasitədən istifadə etdiyinə görə 2021-ci ilin iyul ayının ortalarında öz istəyi ilə təkrar mərkəzə müraciət etmişdir. Mərkəzdə işləyən işçilər-Oruc, Famil, Vüsal, Elgiz, Elçin, Cəlal, Urfan, Fərhad, Kənan, Qənbər, Kamran olmuşlar. Həmin şəxslər iş fəaliyyətlərinə görə aylıq maaş almışlar. Onların maaşını mərkəzdə, qalan xəstələrin ödədiyi aylıq ödənişlərə görə verilmişdir. Belə ki, mərkəzdə qalan hər xəstə aylıq olaraq 1000-1500 manat ödəmişdir. Xəstələr içərisində elə şəxslər də olmuşdur ki, maddi imkanları olmadıqları üçün ödəniş etmədən qalmışlar. Xəstələr etdikləri ödəniş müqabildə gündəlik yeməklə təmin olunmuş, işçilər tərəfindən narkotiklə mübarizə ilə bağlı dərslər keçilmiş, idmanla məşğul olmuşlar. Mərkəzdə xəstələrin oradan qaçmaması üçün, villanın giriş qapısı daim bağlı olmuş, lakin xəstələrin yatdıqları otaqlar açıq olmuş, xəstələrin hamısı eyni vaxtda yemək yeyib, eyni vaxtda yuxudan durub və yatmışlar. 04 sentyabr 2021-ci ildə günorta saatlarında mərhum Zərərçəkmiş şəxs1 mərkəzdən qaçmaq üçün digər xəstələr-Fuad, Murad, Cahangir, Kamranla plan qurmuşlar. Hər həftənin şənbə günü mərkəzdə təmizlik işləri olmuş, Hüseynin planı ondan ibarət olmuşdur ki, təmizlikdən sonra axşam hamı kinoya baxarkən villanın açarını oğurlayıb qaçsınlar. Bu barədə həmin gün növbədəki işçilər Famil və Fərhad, “könüllülər” statuslu İsrafil və Sərxan öyrənmişlər. Famil, Fərhad, İsrafil və Sərxan qaçış planı qurmuş Hüseyni, Fuadı, Muradı Cahangiri və Kamranı villanın zirzəmisinə aparıb döymüşlər. Bu hadisə baş verəndə yatılı olmuş, yuxudan oyanandan sonra hadisə barədə məlumat alıb zirzəmiyə düşəndə Fuad, Kamran və Hüseyni qolları arxadan skoçla biri-birinə bağlanan vəziyyətdə görmüş, onların xarici görünüşündən döyüldüklərini bilmiş, lakin onları kimin konkret döyməsini və qollarını bağlamasını görməmişdir. Sonra Qənbər, Vüsal adlı işçi və mərkəzin müdiri Orucəli gəlmiş, Qənbər belindəki kəməri açaraq yerdə ağzı üstə uzanıqlı vəziyyətdə olan Hüseynin bədəninin müxtəlif nahiyələrinə kəmərlə vurmağa başlamışdır. Daha sonra rezin boru ilə bədəninin müxtəlif nahiyələrinə möhkəm zərbələrlə vurmağa davam etmişdir. Qənbər Hüseyni döyə-döyə “Atan-anana yazığın gəlmir?, sənin üçün bu qədər pul xərcləyirlər, sən isə sağalmaq isəmirsən” sözlərini demişdir. Qənbərin Hüseyni döyməsinə dözə bilməmiş zirzəmidən çıxıb otağına qalxmış, Həmin vaxt Cahagiri zirzəmiyə gətirmişlər. Qənbər Hüseyni döyərkən otaqda Kamran, Cahangir, Fuad, Murad, Orucəli, Vüsal, Famil, Fərhad, İsrafil, Sərxan və bir neçə adlarını unutduğu xəstələr olmuşdur. Bir müddətdən sonra Qənbər, Orucəli və Vüsal çıxıb getmişlər. Saat 22:30 radələrdə işçilərdən biri ona Murad, Fuad, Cahangir, Kamranın qollarını açmağını, Hüseynin qollarını açmamağı, bağlı qalmasını bildirmiş, zirzəmiyə düşüb adları qeyd olunan şəxslərin qolarını açmış, onlar otaqlarına çıxmışlar. Hüseyn isə əlləri skoçla pilləkənə bağlı qalmışdır. Bundan sonra gecə bir neçə dəfə Hüseynin istəyi ilə ona su vermişdir. 05 sentyabr 2021-ci ildə saat 09:00 radələrində otağa gedib yatmış, saat 11 radələrində yuxudan oyananda Hüseynin vəziyyətinin pisləşdiyini xəstələrdən öyrənmiş, bundan sonra əvvəllər orada işləmiş Rəşid adlı şəxsin avtomobili ilə Cavidan, Vladlen Hüseyni Sumqayıt şəhərindəki xəstəxanaya aparmışlar. Hüseyni xəstəxanaya aparanda sağ olmuş və daxil olduqdan sonra həkimlər Hüseynin öldüyünü bildirmişlər. X62 hadisə baş verən günü döyməsini görmüşdür. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid9 öz ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ildən narkotik vasitə istifadə etməyə başlamış, ilk olaraq marixuana çəkməyə başlasa da, sonradan daha ağır tərkibli narkotik vasitə “heroin” və psixotrop maddə “patı” kimi adlanan metamfetamin qəbul etmiş, 05 iyul 2021-ci ildə “NEW LİFE” X4 qəsəbəsində 3 mərtəbəli binasında könüllü müalicə almağa başlamış, evin pəncərələri dəmir barmaqla bağlı olmuş, evin qapısı bağlı olmaqla, açar işçilərdə olmuş, hər hansı müalicə alan çölə çıxmasına icazə verilməmiş, müalicə başlayarkən mərkəzin proqram rəhbəri Orucəli, işçiləri Famil, Elgiz, Kənan, Urfan, Elvüsal adlı şəxslər olmuş, 04 sentyabr 2021-ci ildə saat 14:30 radələrində müalicə alan şəxslərin yatmaq vaxtı olmuş, ona görə hamı yataq otağına göndərilmişdir. Təxminən yarım saat sonra mərkəzin işçilərindən Sərxan və İsrafil müalicə alan şəxslərdən mərhum Hüseyni, Kamranı, Muradı, Cahangiri və Fuadı sıra ilə evin qarajına çağırmışlar. Bir müddət keçdikdən sonra isə aşağı çağırılan müalicə alan şəxslərin səs-küylərini eşitməyə başlamış, onlar mərkəzin qarajında döyülmüşlər. Lakin yataq otağında olduğundan, döyülməklərinin şahidi olmamış, Qənbərgilin gəlməsini öyrənsə də, üzünü görməmişdir. Həmin gün mərkəzdə növbədə Famil, Fərhad, Sərxan və İsrafil olmuş, ir müddət adlarını qeyd etdiyi şəxslər aşağıda döyülmüşlər. Döyülməklərini onların ah-naləsindən anlamışdır. Bir müddət keçdikdən sonra onlar aşağı düşəndə Hüseynin pilləkəndən dəmir qandalla əllərindən bağlı olduğunu, eləcə də Kamran, Murad və Fuadın əllərinin arxadan qandalla bağlı qarajda olduqlarını görmüş, həmin şəxslərin üz-gözlərindən döyülməkləri hiss olunmuş, Hüseyn digərlərinə nisbətən daha çox döyülənə oxşamışdır. Həmin gün saat 22 radələrində Kamran, Murad və Fuadın qolları açılmış, lakin, Hüseyn isə bütün gecəni pilləkənin taxta tirindən qandalla asılı qalmışdır. 05 sentyabr 2021-ci ildə saat 10 radələrində Hüseynin naməlum qolunda olan qandal açılmış, həmin vaxt onlar səhər yeməyində olmuşlar, Hüseynin Fərhada “gedirəm limana kəfənim ordadı” sözlərini dediyini eşitmişdir. Qısa müddət sonra Hüseynin vəziyyəti pisləşməsinə görə səs-küy yaranmış, növbədə olan şəxslər Hüseynin qolunu açıb yardım göstəməyə çalışsalar da Hüseynin huşunu özünə gətirə bilməmişlər. Hətta adını bilmədiyi xanım həkim də mərkəzə gəlmişdir. Sonra Hüseyn avtomobilə əyləşdirilərək xəstəxanaya aparılmış, bir müddət sonra Hüseynin ölüm xəbərini eşitmişdir. Hüseynin ölməsi məlum olduqdan sonra müalicə alan şəxslər mərkəzin ikinci evinə köçürülmüş və müalicə alan şəxslər sıra ilə evlərinə buraxılmış, 06 sentyabr 2021-ci ildə saat 04 radələrində onu da öz evinə buraxmışlar. Mərkəzdə müalicə pulu aylıq 1500 manat olmuş, həmin pul hər ay dayısı Rəsul Hüseynov tərəfindən əlbəəl mərkəzin maliyyə məsələlərinə nəzarət edən Vüsal kimi tanıdığı, əsl adı indi məlum olan Təqsirləndirilən şəxs2 verilmişdir. 05 iyul 2021-ci ildən 05 sentyabr 2021-ci il tarixədək onun müalicə pulu ümumilikdə 3000 manat təşkil etmiş və ödənilmişdir. Zərərçəkmiş şəxs1 döyülməsində iştirak etməmiş, həmçinin bunun şahidi belə olmamışdır. Zərərçəkmiş şəxs1 uzun müddətli döyülməklə işgəncələrə məruz qalması nəticəsində vəziyyəti pisləşmiş və Zərərçəkmiş şəxs1 mərkəzdən qaçmaq istəməsi səbəbindən fiziki zorakılığa məruz qalmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2007-ci ildə Məlahət adlı şəxsdən notarial alqı-satqı yolu ilə Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivindən 0.06 ha torpaq sahəsi almış, 2011-ci ildə həmin sahədə zirzəmili 2 mərtəbəli mansardlı fərdi yaşayış evi tikib qurtarmış və xx.xx.2011-ci ildə həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, habelə həmin sahədə tikdiyi 946a nömrəli fərdi yaşayış evinə texniki pasport əldə etmişdir. Torpaq sahəsinin ətrafı mişar daşından hazırlanıb hasarla tikilmiş, giriş hissədə dəmir darvaza qoyulmuş, həyətdə su hovuzu quraşdırılmış, ev ümumilikdə 5 otaqdan ibarətdir, bütün pəncərələrə özü dəmir tor (reşotka) çəkdirmiş, video müşahidə kameraları bütün həyətə, hovuza və darvazadan küçənin hər iki tərəfinə baxmış, lakin evin içində video müşahidə kameraları olmamışdır. 06 may 2021-ci ildə adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 hazırda xatırlamadığı nömrədən onun mobil nömrəsinə zəng edib Novxanıdakı evinin kirayə verilməsi ilə bağlı zəng etdiyini bildirmişdir. Ona telefonda aylıq kirayə haqqının 4000 manat olmaqla evi kirayəyə verdiyini dedikdə, 01 illik kirayə qalacağını deyib kirayə haqqının qiymətini aşağı salmağını xahiş etmişdir. Ona cavabında bildirmişdir ki, görüşüb qiymət barədə razılaşarıq. xx.xx.2021-ci ildə elə Novxanıdakı 946a saylı bağ evində Təqsirləndirilən şəxs3 ilə görüşmüş, yanında bir nəfər də olmuş, lakin onun adının nə olduğunu bilməmişdir. Famillə yekun kirayə haqqın aylıq 3083 manatdan hesablanmaqla illik cəmi 37.000 manata razılaşmışlar, bu barədə həmin gün Abşeron rayonu 2 saylı notariat ofisində Təqsirləndirilən şəxs3 ilə arasında kirayə müqaviləsi bağlanılmışdır. Famil ona əvvəlcədən demişdir ki, həmin evdə özü və ailə üzvləri, qardaşları və onların ailə üzvləri yaşayacaqlar. Onun dediklərinə inandıqdan sonra müqavilə imzalamış, Təqsirləndirilən şəxs3 onunla danışdığı illik haqdan beh kimi 10000 manat vermişdir. 2021-ci ilin 3 ayına, yəni iyun, iyul və avqust aylarına görə Famil ona 3000 manatdan olmaqla, cəmi 9000 manat vermişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə 9 küçəsi, 5 saylı yataqxanada oğlu İlqar Həsənovla birgə yaşayır. Təqsirləndirilən şəxs4 onun böyük oğludur. Hərbi xidməti başa vurduqdan sonra Qənbər narkotik vasitəsi istifadə etməyə başlamışdır. 2020-ci ilinin avqust ayında 15-ində uşaqlıq dostu Kamran adlı şəxsin təklifi ilə Qənbər “New Life” reabilitasiya mərkəzində müalicə almağa başlamışdır. 04 aprel 2021-ci ildə Qənbərin müalicəsi başa çatmış və evinə qayıtmışdır. Müalicə olduqdan sonra 06 aprel 2021-ci ildə Qənbər həmin mərkəzin Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində işləməyə başlamışdır. “New Life” reabilitasiya mərkəzin rəhbəri Orucəli adlı şəxs olmuş, sonra isə oranın işçiləri Vüsal və Famil adlı şəxsləri tanımışdır. 01 sentyabr 2021-ci ildə səhər radələrində Qənbər yaşadığı evdən çıxaraq işlədiyi “New Life” reabilitasiya mərkəzinə getmişdir. Qənbər orada işlədiyi müddət 3 gün növbədə qalaraq müalicə olunan şəxslərə nəzarət etmişdir. Qənbər 3 gün növbədə olduqdan sonra 04 sentyabr 2021-ci ildə evə gəlməli olmuş, lakin həmin gün saat 13-14 radələrində Qənbər evə gəlmədiyi üçün onun mobil nömrəsinə zəng edib harada olmasını soruşmuş, Qənbər ona evə gəlmək istəyərkən Familin onu yenidən mərkəzə çağırdığını, müalicə alan şəxslərdən Hüseynin üsyan qaldırdığını, bir az gec gələcəyini bildirmişdir. Həmin gün saat 18 radələrində Qənbər yaşadığı evə gəlmiş və günorta vaxtı mərkəzdə problem olduğundan Orucəli və Elvüsalla mərkəzə qayıtdığını bildirmişdir. 05 sentyabr 2021-ci ildə səhər saat 06 radələrində işə getmişdir. Həmin gün Qənbərə saat 11 radələrində zəng gəlmiş və Qənbər yuxudan qalxaraq işlədiyi mərkəzə yollanmışdır. Qənbər isə saat 20 radələrində yaşadığı evə gəlmişdir. Qənbər ona “mərkəzdə ölüm hadisənin olduğunu” demiş və həmin vaxt Qənbər çox pis halda olmuşdur. Ondan ölümlə əlaqəsinin olub-olmamasını soruşduqda, Qənbər ölən şəxsin 05 sentyabr 2021-ci ildə öldüyünü, bu səbəbdən orada olmadığınjan ölümlə əlaqəsinin olmadığını bildirmiş, Qənbər ona Familin “özünün iki az yaşlı uşağının olduğunu, bu səbəbdən cinayəti boynuna götürməyini, maddi cəhətdən zəif olduğundan çöldə qalacağı təqdirdə özünə və onlara kömək edə bilməyəcəyini” bildirdiyini demiş, bu sözdən əsəbləşib Familin hansı səbəbdən bu cür danışdığını Qənbərə demiş, Familin mobil nömrəsinə zəng etmiş və telefonda Familin harada olmağını, onların yanına gələcəyini demiş, müxtəlif bəhanələr gətirərək olduğu yeri deməmiş, onun telefonuna zəng etsə də Famil zəngə cavab verməmiş, sonuncu zəngdə Famil telefona cavab verərək yaşadığı evə gələcəyini demiş, bir müddət sonra Famil, Orucəli və Elvüsal yaşadığı yataqxananın həyətinə gəlmiş, Qənbər onlarla həyətdə görüşmüş, həyətdə olarkən Famil bir daha “tutula biləcəyini, lakin anasının ağır xəstəliyi olduğunu, Qənbər çöldə olduğu halda onun üçün heç nə edə bilməyəcəyini, lakin Qənbər tutulsa Bakıxanov qəsəbəsində bir otaqlı evini satıb Qənbəri azadlığa buraxa biləcəyini” bildirmişdir. Sonra Vüsal kimi tanıdığı, şəxsiyyəti ona məlum olan Elvüsal “qrup halında getsələr, hər birilərinə 14 il azadlıqdan məhrum olacaqları, lakin Qənbər tək tutulsa, onu azadlığa çıxara biləcəklərini” demişdir. Onlara “yataqxanada olan otağı satıb pulunu onlara verəcəyini, həmin pullp övladını xilas edə biləcəyini” desə də, onlar həmin pulla azadlığa çıxarılmasının mümkünsüz olduğunu bildirmiş və xeyli söhbətdən sonra onlar çıxıb getmişlər. 06 sentyabr 2021-ci ildə saat 08:30 radələrində Qənbərin evdə paltarlarını geyinib hazırlaşaraq evdən çıxmaq istədiyini görmüş, Qənbərdən hara getməsini soruşduqda, ona Familin həyətdə olduğunu demiş, dərhal Qənbərlə birlikdə yataqxananın həyətinə enmiş, həyətdə Famil, Orucəli, Elvüsal və mülki geyimdə adını bilmədiyi, ilk dəfə gördüyü polis əməkdaşının olmasını görmüş, Familə məxsus avtomobilə əyləşmişdir. Avomobilin sükan arxasında Famil, ön sağ oturacaqda polis əməkdaşı, arxa oturacaqda Elvüsal, Qənbər və özü əyləşmiş, avtomobildə olarkən Qənbər öz istifadəsində olan mobil telefon ilə Familin bacısı oğlu “Baboş” adlı şəxsə zəng edərək “dünən izahatını hansı formada deyəcəyini” soruşub təkrar etməyini xahiş etmişdir. Qənbər ona 05 sentyabr 2021-ci ildə Familin bacısı oğlu “Baboş” adlı şəxslə danışdığını, Baboşun ona mərhum Hüseynin evin açarlarını Qənbərdən almağa əlində bıçaqla onun üstünə gəlib ondan almaq istəyərkən, şlanqla Qənbərin onu vurduğunu və bu səbəbdən Hüseynin vəfat etdiyini bildirib belə izahat verməsini demiş, telefonda olarkən Baboş adlı şəxs yenidən Qənbərə belə izahat verməsini bildirmiş, telefonda Qənbər Baboşun dedikləri sözləri təkrarlamış, yalan izahat verməsini bir daha bildirmişdir. Sonra Binəqədi rayon prokurorluğuna gəlmiş, Qənbəri Binəqədi rayon prokurorluğun inzibati binasına aparmışdır. Qənbər izahat verdikdən sonra, onu həmin günü 43-cü polis bölməsinə aparmışlar. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X64 verdiyi ifadəsində göstərmişdir ki, 1986-cı ildən Səhiyyə Nazirliyinin MTE və PA birliyinin eksperti vəzifəsində işləyir. 2017-ci ildən Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Binəqədi rayon şöbəsinin eksperti kimi işləyir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan və sidik nümunələrində məhkəmə-kimyəvi müayinə zamanı heroin və metodon adlı narkotik maddələrin aşkar olunması, eyni ilə meyitin daxili müayinəsi zamanı meyitdən götürülmüş məhkəmə-histoloji analizlərin nəticələrində ölümünə səbəb ola biləcək xəstəlik və travma əlamətləri aşkar olunmamasını nəzərə alaraq, Hüseynin ölümünə səbəb heroin və metodon adlı narkotik maddələrlə kəskin zəhərlənmə olmuş, narkotik zəhərlənmənin Hüseynin ölümə səbəb olduğu üçün rəydə kəskin sözü yazılmışdır. Mərhum Zərərçəkmiş şəxs1 heroin və metodon narkotik maddələri qəbul etdikdən sonra, vaxtında tibbi müdaxilə edilsə idi, həyatını xilası etmək mümkün ola bilərdi. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid19 öz ifadəsində göstərmişdir ki, o, 2013cü ildən narkotik vasitə qəbul etməyə başlamışdır. İlk əvvəllər marixuana qəbul etməyə başlasa da, daha sonra isə “kakos”, “patı(şüşə)” adlanan narkotik vasitələri çəkməklə qəbul etmişdir. 2017-ci ildən ailə həyatı qurmasına baxmayaraq yenə narkotik vasitəsi qəbul etmiş və bu onun ailə həyatında problemlərə səbəb olmuşdur. Bu səbəbdən müalicə alaraq sağalmaq istəsə də, bununla bağlı çalışsa da, narkotiki atmaq mümkün olmamış, 27 sentyabr 2020-ci ildən “New Life” X5 rayonu Nabran qəsəbəsində yerləşən binasında müalicə almağa başlamışdır. Həmin reabilitasiya mərkəzini atası Bilal narkoloq Asif Kəngərlidən öyrənmişdir. Sonra həmin mərkəzin rəhbərləri ilə danışaraq mərkəzdə müalicə olunaraq sağalmağına nail olmuşdur. yaşamağa başladığı həmin evdə ilk vaxtlardan təxminən 30-35 nəfər xəstə müalicə almış, həmin reabilitasiya mərkəzində "12 addım” adlanan proqram ilə narkotik vasitə istifadəçiləri müalicə edilmiş, mərkəzdə proqram rəhbəri və bütün işlərə rəhbərliyi Orucəli həyata keçirmişdir. Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Famil və Elvüsal da rəhbərlik edərək idarə etmişdir. 2021-ci ilin aprel ayının sonları polis təqibinə görə mərkəzdə müalicə alan şəxslər Nabranda olan evdən çıxmış və Novxanı qəbəsindəki AF Hoteldə bir gün qalmışlar. Daha sonra isə Quba rayonunda 7-8 gün qaldıqdan sonra müalicə alan şəxslər 08 may 2021-ci ildə Novxanı qəsəbəsində Şahid13 məxsus evə köçmüşlər, mərkəz orada fəaliyyət göstərməyə başlamışdır. Narkomaniyadan əziyyət çəkən şəxslər və özü müalicələrini orada davam etməyə başlamışdır. Müalicə pulu 1500 manat olmuş, mərkəzdən müalicə alıb çıxdıqdan sonra atası Bilal ona aylıq 1500 manat, ümumi 10500 manat pul ödənildiyini bildirmişdir. Pulların hansı sənəddə rəsmiləşdirilməsi barədə məlumatı olmamışdır. Müalicə pulları çox vaxt Orucəli və Elvüsal götürmüşlər. 10 may 2021-ci ildə müalicəsini başa vurmuşdur. Rəhbərliyi həyata keçirən Orucəli, Famil, Elvüsal onun volontyor kimi mərkəzdə qalmağını tövsiyə etmiş, bu müddətdən sonra orada qalıb işləyəciyini demiş, bununla razılaşmış və orada ilkin olaraq təmannasız qalıb işləmək istəmişdir. Pul müqabilində olmadan orada müalicə alan şəxslərə növbəli şəkildə nəzarət etməyə başlamışdır. 03 gün mərkəzin fəaliyyət göstərdiyi evdə növbədə qalıb müalicə alan şəxslərə nəzarət etmiş, digər 3 gün evdə olmuşdur. Mərkəz ikinci evdə fəaliyyət göstədikdən sonra 3 gün birinci evdə, 3 gün mərkəzin ikinci evində, digər 3 gün isə öz şəxsi evində olmuşdur. 03 sentyabr 2021-ci ildə mərkəzin ikinci evindən növbədən çıxmış və şəxsi evinə getmişdir. 05 sentyabr 2021-ci ildə yaşadığı evdə olarkən, mərkəzin işçisi Ürfan ona zəng edərək Şahid13 evində müalicədə Hüseyn öldüyünü demiş, hadisə olarkən növbədə Famil, İsrafil, Sərxan, Fərhad olmuşlar. Mərkəzin rəhbəri Orucəli və digər aparıcı şəxslər Famil və Elvüsal olmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid21 öz ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir narkotik vasitə heroin və metamfetamini çəkməklə istifadə etmişdir. Narkotik vasitə istifadəçisi kimi heç bir tibb müəssisəsində müalicə olunmamışdır. 2021-ci ilin iyul ayının əvvəllərində bacısı Bakı şəhərində yaşadığından onlara getmişdir. Onun xəbəri olmadan yeznəsi Maarif narkotik vasitə istifadəçilərinin reabilitasiya mərkəzi ilə maraqlanaraq anası ilə danışmış, aylıq 1500 manat ödəməklə onu aparıb yerləşdirməyi planlaşdırmışlar. İyul ayının 14-də yeznəsi ona maşın almaq üçün Novxanı kəndinə getməyi təklif etmiş, etiraz etməyərək onunla razılaşmışdır. Saat 17 radələrində Novxanı kəndində yol kənarında bir yerdə dayanmış, Maariflə birlikdə yolun əks tərəfinə keçmiş, əvvəl tanımadığı bir həyət evinə daxil olmuş, orada hazırda xatırlamadığı bir nəfər oğlan qarşılamışdır. Ev 3 mərtəbəli olmaqla, həyətində müxtəlif ağaclar və su hovuzu olmuşdur. Birlikdə birinci mərtəbədəki ofisə keçmişdir. Bir neçə dəqiqə maşınla bağlı söhbətdən sonra Maarif maşından sənədlərini götürmək adı ilə çıxmış, özü isə otaqda gözləmişdir. Bir qədər keçmiş sonradan adını bildiyi Orucəli 3-4 nəfərlə içəri daxil olaraq ona “sən bizimləsən, burda qalıb müalicə olassan” demiş, onların bu fikri ilə razlaşmadıqda, onu dartışdıraraq təzyiq göstərmişlər. Daha sonra evin ikinci mərtəbəsinə qaldırıb girişdə sağ tərəfdəki otaqda çarpayısını göstərmiş, paltar verib əynini dəyişməyi tapşırmışlar. Həmin otaqda 8 ədəd çarpayı olmuşdur. Orada adını bilmədiyi ondan əvvəl müalicə edilən bir nəfər oğlanı onun üstünə nəzarətçi kimi tapşırmışlar. Yaşamağa başladığı həmin evdə ilk vaxtlardan təxminən 30 nəfər xəstə müalicə almışdır. Həmin reabilitasiya mərkəzində “12 addım" adlanan proqram ilə narkotik vasitə istifadəçiləri müalicə olunmuşdur. Mərkəzdə proqram rəhbəri və bütün işlərə rəhbərliyi Orucəli keçirmiş, 2021-ci ilin sentyabr ayının 5-də səhər yeməyini yeyərkən, zirzəmidən ‘‘taqqıltı” səsi gəlmişdir. Növbədəki qrup rəhbəri Famil uşaqlara məşğələlərin keçirilməsinə 3-cü mərtəbəyə qalxmaları demiş, Rüstəm adlı oğlanla yeməkxana naryadı olduğundan orada qalmış, baş qarışıq olduğundan aşağı düşən vaxt “kurilka”da Hüseyni arxası üstə çarpayıda uzadıldığı, ağzına bağlanmış skoçun çənəsinə doğru açıldığını görmüş, Famil Hüseynə köməklik etməyə çalışmış, bıçaq gətirib skoçu kəsmiş, Hüseyn nəfəs almaqda çətinlik çəkmiş, qazaxlı olduğundan yerlisi kimi süni nəfəs vermiş, lakin vəziyyəti ağır olduğu üçün Familə təcili həkim çağırmağı tapşırmışdır. Famil Orucəli ilə danışıb Hüseynin vəziyyəti barədə məlumat vermişdir. 30-40 dəqiqədən sonra 40-45 yaşlarında sarı saçlı tibb işçisi gələrək Hüseyni müayinə etmiş və Familə xəstənin vəziyyəti çox pis olmasını, tez xəstəxanaya aparılmasını demiş, bir saatdan sonra Hüseyni maşınla xəstəxanaya aparmışlar. Famil həyəcanlı telefonla danışaraq tez-tez siqaret çəkmişdir. Günorta saatlarında üç-üç Novxanıda 2-3 km aralıda olan başqa həyət evinə aparmışlar. Həmin evdə 35-40 nəfər müalicə edilən cavan uşaqlar olmuş, həmin gün gecə saatlarda xəstələri buraxmış və yaşadığı evə getmişdir. Hüseyn və digərlərini qaçmaq istədikləri üçün, “skoç”la əl və ayaqları arxadan bağlanmışdır. Famil bu barədə Orucəliyə demiş, sonuncu Vüsal və Qənbərlə gələrək Hüseyngili döymüşlər. Hüseyn 3 gün ərzində ac-susuz asılmış vəziyyətdə saxlanıldığından, 05 sentyabrdə ölmüşdür. Zərərçəkmiş şəxs1 həmin evdə yaşamaq istəməmiş və qaçmaq istəmişdir. Buna görə Hüseyni fikrindən yayındıraraq, cəzalandırmaq, eləcə də digər rezidentləri də qorxutmaq məqsədilə döyüb işgəncələrə məruz qoymuşlar. Həmin hadisə Familin növbəsində baş vermiş, adlarını çəkdiyi şəxslər Hüseynin əl-ayaqlarını bağlayaraq döymüşlər. Həmin evin bütün pəncərələri dəmir barmaqlıqlarla bağlanmış, qapılar da daim açarla bağlı vəziyyətdə saxlanılmış, binanın ayrıca mühafizəsi olmasa da, binadan çıxışın qarşısının alınmasına konsultantlar özləri nəzarət etmişdir. həmin evdə saxlanıldığı 2 ay müddətində evə getmək istəsə də, ona bir dəfə də olsun binadan nəinki yaşadığı evə, heç həmin evin həyətinə də çıxmağa icazə verilməmişdir. Konkret həmin evə gəldiyi ilk günlərdə onu evi tərk etməyə əsasən Orucəli, Famil və Vüsal icazə verməmiş və sonrakı dövrlərdə çıxmağın mümkünsüz olduğunu görüb evi tərk etməyə cəhd etməmiş, qaldığı binanın içəri otaqlarına və həyətə görüntü üçün müşahidə videokameraları quraşdırılmış və həmin görüntülərə konsultant otağında “konsultant’lar və mərkəzə rəhbərlik edənlər baxmışlar. Dərsləri keçən və nəzarət edən konsultantların heç birinin tibb təhsili olmamış, “12 addım” adlanan proqramın gündəlik kitabından başqa heç bir kitabdan istifadə olunmamışdır. Onunla birlikdə Fərid, Kamran, Nicat, Mirhəbib, Nurlan, Gəncəli Vüsal, Yasamallı Vüsal, Vladlen, Cavidan, Arzu, Tacəddin, İlqar, Mustafa, Fuad, Murad, Bəbir, usta Tofiq, noviçok Murad, Rüstəm, Heyət, Xaçmazlı Vüsal və Elnur adlı şəxslər müalicə almış, ağrılar əsasən təzə gələn xəstələrdə olmuş və təzə gəlmiş şəxslərə ağrılar olanda “tramadol” adlanan narkotik tərkibli həblər verilmişdir. Xəstəni sakitləşdirməyə evin bir tərəfinə qandal, ya skoçla bağlanmış, yeni gələndə Orucəli ona 7-8 gün dərman həbindən vermişdir. Həmin evdə 14-15 gün qalan vaxt narazılıq edib getmək istədiyini bildirdikdə, Orucəli qandalla qollarından pilləkanın balyansına bağlamış, ayaqları yerə çatmayacaq dərəcədə asılı vəziyyətdə 1 həftə qalmış, Orucəli, Famil və Vüsal istifadə etdiyi alətlər su xəttinin çəkilişi üçün istifadə olunan 40 mm diametrlik plasmas ağ rəngli borular və qara rəngli rezin borular olmuşdur. Boruları kimin, haradan və necə əldə etməsini bilməmiş, Orucəli elə şərait yaratmış və nəzarət qurmuşlar ki, orada saxlanılanlar qorxduqlarından birlik yaratmağa cəhd etməmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, əvvəllər marixuana istifadə etsə də sonra daha ağır narkotiklərə keçərək “patı”, ‘‘kokain’’ və “kokos” kimi narkotiklərdən istifadə etmişdir. Vəziyyəti get-gedə pisləşdiyi üçün valideynlərinin təkidi ilə narkomaniya xəstəliyindən xilas olmaqdan ötrü müalicə olunmaq qərarına gəlmişdir. 08 avqust 2020ci ildə reabilitasiya mərkəzinin adını bilmədiyi, lakin üzdən tanıdığı əməkdaşları yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsindəki evinə gələrək onu Qusar rayonundakı reabilitasiya mərkəzinə aparmışlar. Orucəli və Vüsal adlı şəxslər qarşılamış, Orucəli uzun müddət narkotik vasitələrin yüngül və ağır formada olmaqla aktiv istifadəçisi olmuş, “12 addım’’ adlanan proqram ilə narkomaniyadan xilas olmuşdur. Orucəli narkomaniyadan sağaldıqdan sonra “konsultant” kimi fəaliyyət göstərmiş, sonradan proqram rəhbəri olmuşdur. 2020-ci ilin sentyabr ayında mərkəz Xaçmaz rayonu Nabran qəsəbəsində fəaliyyət göstərməyə başlamış, həmin vaxt reabilitasiya mərkəzinin adının “New life” olduğunu bilmişdir. 2021-ci ilin aprel ayının 10-da narkomaniya xəstəliyindən müalicəsini bitirmişdir. Bundan sonra, Orucəli və Vüsalın təkidi ilə volontyor kimi reabilitasiya mərkəzində təcrübə toplamağa başlamışdır. Bir müddət qaldıqdan sonra müəyyən səbəblərdən reabilitasiya mərkəzi Binəqədi rayonu Novxanı qəsəbəsindəki “AF Hotel” adlanan otelə köçürülmüşdür. 01 gün qaldıqdan sonra Quba rayonu ərazisinə köçürülərək təxminən 5-6 gün müddətində burada qalmışlar. Yekunda, yəni təxminən may ayında bütün heyyət və xəstələr yenidən ‘‘Novxanı’’ ərazisinə gətirilib Gülüstan adlı şəxsə məxsus Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən üçmərtəbəli fərdi yaşayış evinə yerləşdirilmişdir. Bura gəldikdə reabilitasiya mərkəzində müalicə prinsipi və qrafiki ona aydın olmuş, “kiçik konsultant” qismində fəaliyyət göstərmiş, yəni narkomaniya xəstəliyindən sağalmış şəxs kimi öz təcrübəsini narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərlə bölüşmüş və onlara psixoloji yardımlar göstərmiş, Vüsal adlı mühasib aylıq 600 manat əmək haqqı ona vermişdir. Zərərçəkmiş şəxs1 narkomaniya xəstəlikdən əziyyət çəkdiyindən, X71 mərkəzinin 01 nömrəli adlanan evində müalicə almışdır. Hüseyn sakit və tərbiyəli bir oğlan olmuş, heç kəslə mübahisə və münaqişəsi olmamış, Hüseyn reabilitasiya mərkəzinə gətirildikdə onun vəziyyəti pis olmuş, lakin görülən tədbirlər nəticəsində bir az düzəlmiş, Hüseyn reabilitasiya mərkəzinə gəldikdə artıq kiçik konsultant vəzifəsini icra etmiş və tutduğu vəzifə ilə bağlı bir neçə dəfə fərdi qaydada Zərərçəkmiş şəxs1la narkomaniya mövzusunda söhbətlər aparmışdır. Zərərçəkmiş şəxs1 mərkəzdə özünü narahat hiss etmiş, qısılmış və tezlikdə ailəsinə qovuşmaq və azyaşlı övladını görmək istəmişdir. Hüseynə müalicə prosesinin müddətinin olmasını, bütün prosedurlara dözməsini bildirmişdir. Aparılmış fərdi söhbətlər nəticəsində Zərərçəkmiş şəxs1 davranışları dəyişmiş, özünə inam yaranmış, özünü sakit və adekvat aparmağa başlamış, verilən tapşırıqları vaxtında vicdanla yerinə yetirmiş, açıq şəkildə Hüseynin sağalmaq istəyinin olması görünmüşdür. 04 sentyabr 2021-ci ildə saat 11:00-da mərkəzin 2 nömrəli evinə gəlib Elgiz Kənanla növbəni təhvil almış, Araz adlı volontyor növbədə qaldığı müddətdə köməklik etmiş, növbəni təhvil aldıqdan sonra təyin edilmiş qrafik üzrə tədbirlərə başlanılmışdır. 05 sentyabr 2021-ci ildə səhər saatlarında Zərərçəkmiş şəxs1 vəfat etməsi barədə xəbər gəlmişdir. Əvvəlcə Zərərçəkmiş şəxs1 ürək dayanmasından öldüyünü eşitmiş, bir az sonra onun reabilitasiya mərkəzinin əməkdaşı Qənbər və digərləri tərəfindən döyülüb aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid30 öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ev 54 mənzil 48-də anası ilə yaşayır. Hazırda Kooperasiya Universitetinin Maliyyə lakultəsinin 4-cü kurs tələbəsidir, hərbi xidmətdə olmamış və subaydır. Atası Mübariz xırda ticarətlə məşğul olur, anası isə evdar qadındır. Təqribən 2019-cu ildən narkotik istifadəçisi olmuş, “kakos, “patı (şüşə) narkotik vasitələri istifadə etmiş, nadir halda marixuana da istifadə etmişdir. 2021-ci ilin yanvar ayının 5-də atası Mübariz onu Nabrandakı “Yeni Həyat (New Life) reabilitasiya mərkəzinə yerləşmişdir. Atası və özü də narkotik vasitə aludəçiliyindən xilas olmasına mərkəzdə qalmağa razılıq vermiş, müalicə olunmaq qərarına gəlmiş, həmin vaxtlar mərkəzdə Orucəli, Famil və Vüsal adlı şəxslər reabilitasiya işlərinə nəzarət etmiş və xəstələrə müalicə olunmasına onlar kömək etmişlər. Reabilitasiya mərkəzində “12 addım” adlanan proqram ilə narkotik istifadəçiləri müalicə olunmuşdur. Nabran qəsəbəsində 5 ay müalicə olunmuş, may ayının 1də pandemioloji vəziyyətlə bağlı hansısa səbəbdən Nabrandakı evindən çıxaraq, “Novxanı” ərazisində yerləşən “AF Hotel” adlanan otelə köçürülmüş, burada 01 gün qaldıqdan sonra Quba rayonuna köçürülərək təxminən 5-6 gün müddətində qalmışlar. Yekunda təxminən may ayının 8 və ya 9-da heyyət və xəstələr yenidən “Novxanı” ərazisinə gətirilib Novxanı qəsəbəsi “Murad market"in yaxınlığında üçmərtəbəli fərdi yaşayış evinə yerləşdirilmiş, həmin evə gəldikdən sonra, artıq evdə müalicə kursu keçən Famil, Vüsal, Orucəli kimi tanıdığı personal heyyəti reabilitasiya mərkəzinə rəhbərlik etmiş, Orucəli ümumi proqram rəhbəri olmuş, Vüsal və Famil maliyyə işlərinə rəhbərlik etmişlər. Bundan başqa mərkəzdə kurs keçən personal heyyəti isə növbətçilik üzrə işləmiş, gündəlik olaraq minimal 2 nəfər mərkəzdə müalicə alanlarla məşğul olmuşdur. 05 sentyabr 2021-ci ildə nahar fasiləsindən sonra Elgiz mərkəzə gəlib hamını toplantıya yığaraq xəstələrə mərkəzin problemləri olduğundan valideynlərinə xəbər edəcəyini və xəstələrin buradan gedəcəklərini bildirmişdir. Lakin dəqiq nə problem olduğunu bildirməmiş, toplantıdan sonra Elgizdən nə baş verdiyini soruşduqda ona maliyyə problemi olduğunu demişdir. Həmin gün axşam saatlarında bütün xəstələr evə getmişlər. Növbəti gün proqramı keçən insanların yığışdığı “Koala Park”ın yaxınlığındakı ofisə getmiş və müxtəlif insanlardan “Yeni həyat”ın digər mərkəzində xəstələrdən birinin döyülüb öldürüldüyünü eşitmişdir. Bunu dəqiqləşdirmək üçün mobil telefonla Elgizə zəng etmiş və Elgiz telefonda “Qənbər orada müalicə alan Hüseyni döyüb və xəstə də ölübdür” sözünü demiş, buna görə də, hər iki mərkəz artıq bağlanmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid32 ifadəsində göstərmişdir ki, 2015-ci ilin aprel ayının 21-də qardaşı Azər Məmmədov öldürülmüşdür. Qardaşının qətlinə görə Sənan Quliyev həbs olunmuş və ömürlük cəza almışdır. Qardaşının qətlindən sonra spirtli içki aludəçisi olmuş, əsəbləri korlanmışdır. Bir növ ayılıb qardaşını xatırlamaq istəməmişdir. 2021-ci ilin iyul ayının 11-də öz istəyi ilə, könüllü Novxanı qəsəbəsində olan “New Life” (Yeni Həyat) reabilitasiya mərkəzində müalicəyə başlamış, reabilitasiya mərkəzində ‘'12 addım” proqramla narkomanlar və qumar asılılığı olanlar və alkoqolizmdən əziyyət çəkənlər müalicə edilmişdir. Müalicə üçün bir aylıq 1500 manat ödənilmiş, pulu anası personaldan kiminsə plastik kart hesabına ödəmişdir. Mərkəzdə proqram rəhbəri və bütün işlərə rəhbərliyi Orucəli həyata keçirmişdir. Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Famil və Elvüsal rəhbərlik edərək idarə etmişlər. Konsultantlardan onunla məşğul olan Ürfan, Kamran, Elgiz, Sərxan, İsrafil, Fərhad, Qənbər, Vüsal və Orucəli ona həmin proqramı keçərək müalicə etmişlər. Valideynləri gətirdikləri şəxslər evi onların icazəsi olmadan tərk etmək hüququ olmamış, nəzarətçilər də evi tərk etməmələrinə nəzarət etmişlər. Mərkəzdə icazə olmadan gedib siqaret çəkmək, çörək yemək, yatmaq və ya bir mərtəbədən digərinə düşmək qadağan olmuş, həmin hərəkətləri verilmiş qrafikə uyğun və ya icazə almaqla yerinə yetirilmiş, qaydalar pozulduqda isə müxtəlif növ cəzalara məruz qalınmışdır. Məsələn, əgər kimsə kiminləsə münasibəti korlansa, onların qollarını bir-birinə qalın iplə bağlanmışdır. Qaydalar pozulduqda məcburi əlyazmalar verilmiş, yəni hansısa müxtəlif yazını bir neçə dəfə yazmaq lazım olmuşdur. 04 sentyabr 2021-ci ildə evdə olarkən, axşam saat 20-21 radələrində rezidentlərdən eşitmişdir ki, mərkəzin yaxınlığında digər evdə qətl hadisəsi baş vermişdir. Qətlə yetirilən şəxsin adının Hüseyn olmasını eşitmişdir. Onun mərkəzin volontyoru Qənbər tərəfindən döyülməsini eşitmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid35 da Şahid34 mərkəzin fəaliyyəti, Zərərçəkmiş şəxs1 və digərlərinə qarşı törədilmiş əməl ilə bağlı ifadəsində göstərdiyi xüsusatları təsdiq edib göstərmişdir ki, Surxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi bina 29 mənzil 54də arvadı Naibə Musayevə, anası Məleykə Musayevə, övladı İslam Musayevlə birlikdə yaşayır. 2000ci ildən narkotik vasitə istifadə etməyə başlamışdır. İlkin olaraq marixuana çəkməyə başlasa da, sonradan daha ağır tərkibli narkotik vasitə “heroin” və psixotrop maddə “patı” kimi adlanan “metamfetamin” qəbul etmiş, 25 noyabr 2020-ci ildə X71 mərkəzi adlı müəssisənin Nabran qəsəbəsində 3 mərtəbəli binasında müalicə almağa başlamışdır. 5 ay orada müalicəsini bitirmişdir ki, 2021-ci ilin aprel ayının sonları polis təqibinə görə Nabranda olan evdən çıxmış və Novxanı qəbəsində AF Hoteldə iki gün qalmışdır. Sonra Quba rayonunda 5-6 gün qaldıqdan sonra mərkəz Novxanı qəsəbəsində Şahid13 məxsus evə köçüb mərkəz fəaliyyət göstərməyə başlamışdır. Mərkəzdə müalicə pulu aylıq 1500 manat olmuş və hər ay bacı Səidə tərəfindən mərkəzin maliyyə məsələlərinə nəzarət edən Orucəli və ya Təqsirləndirilən şəxs2 verilmiş, 25 noyabr 2020-ci ildən 25 iyun 2021-ci il tarixədək onun müalicəsi ümumilikdə 10500 manat təşkil etmiş və ödənilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid36 öz ifadəsində göstərmişdir ki, 2015-ci ildən narkotik vasitə istifadə etməyə başlamışdır. İlk olaraq marixuana çəkməyə başlasa da, sonradan daha ağır tərkibli narkotik vasitə “heroin” və psixotrop maddə “patı” kimi adlanan “metanfetomin” və digər psixotrop maddə qəbul etmiş, 03-04 avqust 2021-ci ildə X18 qəsəbəsində 3 mərtəbəli binasında könüllü müalicə almağa başlamış, evin pəncərələri dəmir barmaqlıqla bağlı olmuş, evin qapısı bağlı olmaqla açar işçilərdə olmuş, hər hansı müalicə alan şəxsin çölə çıxmasına icazə verilməmiş, müalicə almağa başlayan zaman mərkəzin proqram rəhbəri Orucəli, işçiləri Famil, Elgiz, Kənan, Urfan, Elvüsal adlı şəxslər olmuşdur. Mərkəzdə şəxslər “12 addım proqramı” ilə müalicə edilmişlər. Proqram həm mərkəzdə və bu qəbildən olan digər reabilitasiya mərkəzlərində də tədbiq olunmuş, yaşamağa başladığı həmin evdə ilk vaxtlardan təxminən 28-30 nəfər xəstə müalicə almışdır. 05 sentyabr 2021-ci ildə saat 15 radələrində birinci evdə müalicə alan şəxslərin hamısının evə yığıldığını görmüş, nə baş verdiyini soruşduqda müalicə alanlardan birinci evdə müalicə alan Hüseyn adlı şəxsin Qənbər və digərləri tərəfindən döyülüb öldürüldüyü öyrənmiş, ikinci evdə müalicə aldığı üçün Hüseynin konkret kimlər tərəfindən döyülməyinin şahidi olmamış, həmin gün axşam radələrdə müalicə alan şəxslərin hamısını hissə-hissə evlərinə buraxmışlar.Mərkəzdə təxminən 03- 04 avqust 2021-ci ildə mərkəzin Binəqədi rayonu Novxanı qəsəbəsində olan inzibati binasında müalicə almağa başlamışdır. Mərkəzin yalnız Novxanı qəsəbəsində olan ünvanlarını bilmiş və müalicə pulu aylıq 1500 manat olmuş, pulu nənəsi Səkinə tərəfindən əlbəəl mərkəzin rəhbəri Oruc kimi tanıdığı və əsl adı məlum olan Təqsirləndirilən şəxs1 verilmişdir. Onun müalicə pulu ümumilikdə 1500 manat təşkil etmiş və ödənilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid37 Aydın oğlu öz ifadəsində göstərmişdir ki, təxminən 1-2 ilə yaxın müddət olar kazino mərc oyunlarının aludəçisi olmuş, aludəçilik onda Gürcüstanda tibb təhsili alarkən yaranmağa başlamış, ölkəsinə qayıtdıqda internetlə kazino mərc oyunlarını oynamağa başlamışdır. Özünün razılığı əsasında 02 avqust 2021-ci ildə həmin “New Life” X4 qəsəbəsindəki ikinci evində müalicə almağa başlamışdır. Həmin evin pəncərələri dəmir barmaqlıqlarla bağlı olmuş, evin qapısı bağlı olmaqla açar işçilərdə olmuş, hər hansı müalicə alan şəxsin çölə çıxmasına icazə verilməmişdir. Müalicə almağa başlayakən mərkəzin proqram rəhbəri Orucəli, işçiləri Famil, Elgiz, Kənan, Qənbər, Urfan, Elçin, Cəlal, Fərhad, Elvüsal adlı şəxslər və digərləri olmuşdur. Mərkəzdə olan şəxslər “12 addım proqramı” ilə müalicə olunmuş, 05 sentyabr 2021-ci ildə səhər radələrində Araz, Elgiz, Kənan, Elçin reabilitasiya mərkəzinin yerləşədiyi 2-ci bağ evində növbədə olmuş, həmin gün birinci evdə müalicə alan şəxslər ikinci evə yerləşdirilmişdir. Nə baş verdiyini digər evdə müalicə alan şəxslərdən soruşduqda onlar 01-ci evdə müalicə alan Zərərçəkmiş şəxs1 döyülüb vəziyyətinin pis olduğunu demişlər. 05 sentyabr 2021-ci ildən 06 sentyabr 2021-ci ilədək səhər radələrinə kimi bütün xəstələr şəxsi yaşadıqları evə buraxılmışlar. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 ilk döyülüb səhhəti pisləşərək xəstəxanaya aparılarkən yolda ölmüş anası mühasib kimi Təqsirləndirilən şəxs2la tanışlığı olduğundan, yəni əvvəl Təqsirləndirilən şəxs2 Sosial Müdafiə Nazirliyində işləyərkən mühasib kimi iş əlaqələri olduğundan orada müalicə almağı ilə bağlı hər hansı məbləğdə pul tələb edilməmiş və valideynləri heç bir məbləğdə pulu mərkəzin işçilərinə verməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid39 öz ifadəsində göstərmişdir ki, təxminən 2 il narkotik vatisə istifadəçisi olmuş, təxminən 2021-ci ilin aprel ayın sonunda qardaşı Şahid59 onu Xaçmaz rayonu Nabran qəsəbəsi “New Life” adlı Reabilitasiya Mərkəzinə yerləşdirmişdir. Həmin vaxtdan Mərkəzdə onun müalicəsi başlamış, müalicə tədbirləri kimi onun narkotik vasitə nə cür başladığı, həyatı, narkotik vasitələri istifadə etdiyi müddətdə nələri itirdiyini gündəlik yazı yazdırmışlar. Həmin yazını ona yazdırmaqda məqsədləri narkotik vasitə qəbul etməyi ilə onu utandırıb və bu vasitələ narkotik vasitəni qəbul etməkdə tərgizdirmək istəmişlər. Mərkəzin rəhbəri kimi Təqsirləndirilən şəxs1 tanımış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mərkəzdə müəllim işləmiş, Təqsirləndirilən şəxs4 isə mərkəzdə müəllim köməkçisi çalışmışdır. Mərkəzdə həkim narkoloq fəaliyyət göstərməmişdir. Aylıq müalicə xərci 1500 manat olmuş, təxminən 2021-ci ilin may ayının sonlarında reabilitasiya mərkəzi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağlar massivində olan bağ evlərindən birinə köçürülmüşdür. Bundan başqa, Mərkəzin digər bir filialı Binəqədi ravonu Novxanı bağlar massivində başqa evlərdən birində yerləşdirilmişdir. Onun müalicə aldığı mərkəzlə digər mərkəz arasında təxminən 5 km məsafə olmuşdur. Həmin mərkəzdən bayıra çıxmağa icazə verilməmiş, mərkəzdə çölə çıxmaq istəyən və tabe olmayan şəxslərə mərkəzin işçiləri tərəfindən şillə vurmaqla, badalaq verib yerə yıxmaqla və qollarını qandalla çarpayıya bağlamaqla və sair kimi hərəkətlərlə çölə çıxmaq istəyən şəxslərin qarşısı alınmışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində digər reabilitasiya mərkəzində olan şəxslər mərhələli müalicə aldığı mərkəzə köçürülməyə başlanılmış, Həmin müddətdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iş yerlərinə gəlməmişlər. Orada yeganə qalmış müəllim Urfan adlı şəxsdən səbəbi soruşduqda digər mərkəzdə müalicə alan Zərərçəkmiş şəxs1 çölə çıxma istədiyi vaxt Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən döyüldüyünü və nəticədə Zərərçəkmiş şəxs1 vəfat etdiyini və qeyd edilən şəxslərin də tutulduğunu bildirmişdir. Nəticədə, Urfan bu səbəbdən digər mərkəzdə olan şəxslərin bura köçürüldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid42 öz ifadəsində bildirmişdir ki, təxminən iki ilə yaxın müddətdə oğlu Elxan Abaszadə narkotik vasitə istifadəçisidir. 2021-ci il avqust ayında Elxan müalicə olunmaq üçün “NEW LİFE” reabilitasiya mərkəzi haqqında məlumat əldə etdiyini və mərkəzdə müalicə almaq istəyinin olduğunu bildirmişdir. Həmin mərkəzlə maraqlanaraq mərkəzin rəhbəri kimi tanıdığı Orucəli adlı şəxslə əlaqə saxlayaraq mərkəzlə bağlı maraqlanmış, Elxanın mərkəzdə müalicə almasına razı olmuş, təxminən 2021-ci ilin avqust ayının sonlarında Elxanı həmin mərkəzə yola salmışdır. Həmin vaxt mərkəzin işçiləri Oruc və Qənbər adlı şəxslər Elxanı onun könüllü istəyi ilə mərkəzin yerləşdiyi Novxanı qəsəbəsinə aparmışlar. Qısa müddət sonra mərkəzin Vüsal kimi tanıdığı işçisi onun Q.Qarayev metrosu yaxınlığında işlədiyi gözləllik salonuna gəlib oğlunun müalicəsi ilə 1500 manatı Vüsala vermişdir. 05 sentyabr 2021-ci ildə oğlu Elxan onun mobil telefonuna zəng edib reabilitasiya mərkəzində adam sayının çox olduğunu və başqa reabilitasiya mərkəzinə köçürüldüklərini bildirmiş, bir gün sonra Elxanı reabilitasiya mərkəzindən gedib götürmüşdür. Reabilitasiya mərkəzində ölüm hadisəsi olması ona məlum olmuş, lakin Elxanın dediyinə əsasən, hadisənin şahidi olmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid43 ifadəsində bildirmişdir ki, 2016-cı ildən qardaşı Zərərçəkmiş şəxs4 narkotik vasitə istifadəçisi olmasından məlumatlı olmuş, 2017-ci ildə Kamran “Bərpa Plyus” Reabilitasiya Mərkəzində müalicə alsa da, sağalmaba cəhd göstərsə də, mümkün olmamışdır. Kamranın sağalması üçün əsgər yoldaşı olmuş Urfan adlı şəxs ona “NEW LİFE” adlı Reabilitasiya Mərkəzini məsləhət bilmişdir. Urfan özü də həmin mərkəzdə müalicə alıb sağalmışdır. Urfan vasitəsilə mərkəzin rəhbəri Orucla əlaqə saxlamış, mərkəzdəki müalicə prosedura ilə ətraflı məlumat verilmişdir. Kamranı mərkəzdə müalicə etdirmək qərarına gəlmiş, Kamranın özünün razılığı ilə 25 avqust 2021-ci ildə “NEW LİFE” adlı X1 rayonu Novxanı qəsəbəsində fəaliyyət göstərən 03 mərtəbəli binasında müalicə almağa başlamışdır. Qardaşının aylıq müalicə haqqı 1500 manat olmuş, həmin pulu 25 avqust 2021-ci ildə mərkəzin ikinci evində mərkəzin işçisi Vüsal kimi tanıdığı hazırda şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs2 şəxsən özü vermişdir. Daha sonra 05 sentyabr 2021-ci ildə mərkəzdə hansısa problemlərin olduğu məlum olmuş və mərkəzə gedib Kamranı götürüb evə gətirmiş, evə gəldikdən sonra Kamran ona Hüseyn adlı şəxsin döyülməklə öldürüldüyünü demiş, Kamranın qolunda xəsarətin olduğunu görmüş, lakin Kamran mərkəzdə döyülməsi barədə heçnə deməmişdir. Baş verən döyülmə ilə bağlı ona və valideynlərinə heç bir söz deməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid45 öz ifadəsində göstərmişdir ki, oğlu X40 4-5 ilə yaxın müddət narkotik vasitə aludəçisi olmuş, Yusifin bu bəladan qurtulmasına onu müalicə etdirməyə çalışsa da, buna nail olmamışdır. Yusif könüllü təxminən 2021-ci ilin iyun ayının sonlarında “NEW LİFE” X4 qəsəbəsində olan binasında müalicə almağa başlamışdır. Maddi durumu yaxşı olmadığından, aylıq müalicə haqqını 1000 manata danışmışdır. Oruc və digər işçilər bunu qəbul etmişlər. Tarixi dəqiq xatırlamırsa, Yusifin müalicə haqqı kimi 1000 manatı Novxanı qəsəbəsinə gedib Oruca vermişdir Ümumilikdə Oruca 3000 manat vermişdir. 6 sentyabr 2021-ci ildə saat 03 radələrində Yusif tanımadığı mobil nömrə ilə ona zəng edib mərkəzdə müalicə alan şəxslərdən birinin öldüyünü, polis əməkdaşları gəldiyini, çöldə qaldığından onu gəlib gətirməyini bildirmişdir. Şəxsi avtomobili ilə Novxanı qəsəbəsinə gedib Yusifi götürüb evə gətirmişdir. Evə gələndə Yusif ona Hüseyn adlı müalicə alan şəxsin döyülərək öldürüldüyünü bildirmiş, Lakin, Yusif ona hadisənin şahidi olmadığını və kimlər tərəfindən törədilməsini bilmədiyini demişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid46 verdiyi ifadəsində göstərmişdir ki, oğlu X30 2021-ci ilin əvvəllərində narkotik vasitəsi istifadə etməyi barədə məlumatı olmuş, lakin konkret hansı narkotik vasitədən istifadə etməsi, narkotik vasitəni haradan əldə etməsi ona məlum olmamışdır. 15 iyun 2021-ci il ildə Vüsal Alıyev NEW LİFE X1 rayonu Novxanı qəsəbəsindəki binasında müalicə olunmağa başlamışdır. Vüsalın ilk ayı üçün müalicə haqqını, yəni 1500 manatı Oruca vermiş, sonra Gəncə şəhərinə qayıtmışdır. Daha sonra oğlu Vüsalı görməmiş və ayda bir dəfə telefonla danışmışdır. 15 iyul 2021-ci ildə Vüsalın ikinci aylıq müalicə haqqı 1500 manatı “MilliÖn” ödəmə sistemi ilə Orucəlinin kart hesabına göndərmişdir. Vüsalın üçüncü aylıq müalicə haqqı 1500 manatı da 15 avqust 2021-ci ildə “MilliÖn” ödəmə sistemi ilə Orucəlinin kart hesabına göndərmiş və cəmi 4500 manat ödəmişdir. hadisədən sonra 06 sentyabr 2021-ci ildə Vüsal Gəncə şəhərinə yaşadığı evə qayıtmışdır. Vüsal evə qayıdandan sonra, həmin mərkəzdə müalicə aldığı müddət ərzində ona qarşı hər hansı bir zorakılıq olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid50 öz ifadəsində bildirmişdir ki, qardaşı Şahid5 narkotik vasitə istifadəçisidir. 2021-ci il ilin mayında qardaşı Mustafa narkomaniyadan xilas olmaq üçün “New life" X7daki inzibati binasına getmişdir. Qardaşı müalicə almaq üçün özü təşəbbüskarlıq göstərmişdir. Mərkəzin işçisi Vüsal ona "xxxx" ASC-ə məxsus bankda Oruc adlı şəxsin hesabını vermiş, mərkəzin aylıq ödənişi 1500 manat hər ay hesaba göndərmiş, 1500 manatı göndərdikdən sonra ödəniş qəbzinin fotoşəkillərini çəkib “whatsapp" mobil tətbiqi proqramı vasitəsi ilə Vüsalin mobil nömrəsinə göndərmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid52 verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Qarayev küçəsi ev 25-də fərdi yaşayış evində bacısı X48 və onun oğlu X58 ilə birlikdə yaşayırlar. Təxminən 2018-ci ildə Sabir Tağıyevin narkotik vasitə qəbul etməyini hiss etmişdir. Sabir ilk əvvəllər marixuana istifadə etsə də sonralar ağır tərkibli yəni, “patı” adlanan metamfetamin və “kakos” adlanan narkotik vasitə istifadə etmişdir. 11 avqust 2021-ci ildə Sabir “NEW LİFE” reabilitasiya mərkəzinin ikinci evində müalicə almağa başlamış, Sabirin müalicə haqqı 1500 manat aylıq pulu zərfin içində 22 avqust 2021-ci ildə mərkəzin rəhbərliyi, yəni Oruc, Elgiz, Famil adlı şəxslərin və adını tanımadığı digərlərinin Nərimanov rayonundakı “Piano” hoteldə keçirdiyi valideyn iclasında adları qeyd olunan şəxslərə təqdim etmişdir. 05 sentyabr 2021-ci ildə bacısı oğlu Sabir Tağıyev onun telefonuna zəng edərək reabilitasiya mərkəzindən çıxaraq evə gələcəyini bildirmişdir. Evə gəldikdən sonra Sabir ona mərkəzin birinci evində müalicə alan şəxslərdən Hüseyn adlı şəxsin döyülüb öldüyünü demiş, lakin Sabir mərkəzin ikinci evində müalicə aldığından hadisə şahidi olmamış və ona qarşı fiziki zorakılığın göstərilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid54 öz ifadəsində göstərmişdir ki, oğlu X12 bir ilə yaxın narkotik vasitə istifadə etməsindən məlumatı olmuşdur. 2021-ci ilin may ayında sosial şəbəkə vasitəsi ilə “NEW LİFE” reabilitasiya mərkəzi qurum haqqında məlumat əldə edərək, mərkəzin rəhbəri Orucla əlaqə saxlamış, Sahibi həmin mərkəzə yerləşdirmək haqqında qərara gəlmiş və Sahib özü də bu xəstəlikdən sağalmaq üçün həmin mərkəzdə müalicə almaqdan ötrü könüllü razılıq vermişdir. Təxminən 2021-ci ilin iyun ayında Sahib reabilitasiya mərkəzin Novxanı qəsəbəsində fəaliyyət göstərdiyi binasında müalicə almağa başlamış, maddi durumu zəif olduğundan, müalicə haqqı ilk ayı üçün 300 manat, ikinci ay üçün 500 manat, üçüncü ay üçün 500 manatı Oruca vermişdir. Cəmi müalicə pulu ilə bağlı 1300 manat vermişdir. 06 sentyabr 2021-ci ildə saat 03 radələrində mərkəzin işçilərindən adını xatırlamadığı şəxs ona zəng edib müalicə alan şəxsləri, eləcə də Sahibi mərkəzdən buraxdıqlarını bildirmiş, həmin gecə Sahibi gətirib evə ötürmüşlər. Sahibin ona dediklərinə əsasən məlum olmuşdur ki, reabilitasiya mərkəzində ölüm hadisəsi olmuş, lakin Sahib hadisənin şahidi olmamış və ümumiyyətlə baş evdə müalicə almamışdır. Evərinə gəldikdən sonra Sahib X71 mərkəzində ona qarşı hər hansı fiziki zorakılığın göstərilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahij Şahid55 ifadəsində göstərmişdir ki, qardaşı Şahid29 xx.xx.1990-cı ildə anadan olmuş, İqtisadiyyat Universitetinin Maliyyə fakültəsini bitirmiş, qardaşı 23-24 yaşlardan narkotik vasitə istifadəçisi olmuşdur. 03 aprel 2021-ci ildə Ağababa mərkəzin Xaçmaz rayonu Nabran qəsəbəsindəki binasında müalicə almağa başlamışdır. 2021- ci il may ayının əvvəllərindən mərkəz Binəqədi rayonu Novxanı qəsəbəsində fəaliyyət göstərməyə başlamış və qardaşı digər xəstələr kimi həmin binaya köçürülmüşdür. Qardaşının aylıq müalicə haqqı 1500 manat olmuş, həmin pulu atası aylıq mərkəzin işçisi Elvüsala təqdim etmişdir. Atası cəmi 6 ay müalicə haqqı 9000 manat ödəmişdir. 2021-ci ilin sentyabr ayı üçün 1500 manat olan müalicə haqqını ayın əvvəli ödəmişdir. 06 sentyabr 2021-ci ildə saat gecə radələrində qardaşı Ağababa onun nömrəsinə zəng edib Binəqədi rayon prokurorluğuna çağırdıqlarını demiş, gecə vaxtı Binəqədi rayon prokurorluğuna gedib Ağababanı oradan götürmüşdür. Sonradan mərkəzin birinci evində hansısa müalicə alan şəxsin ölməsini eşitmiş və bununla bağlı Ağababa prokurorluqda ifadə vermişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid56 öz ifadəsində göstərmişdir ki, ünvan 17 ünvanda arvadı X24 və oğlu Şahid30 ilə birlikdə yaşayır. 1993-cü ildən hazırki dövrə kimi kişi ayaqqabılarının satışı ilə məşğul olur. X63 Universitetini bitirmişdir. Oğlunun 2020- ci ildə narkotik vasitəsi istifadə etməyi barədə məlumatı olmuş, onun narkotikadan istifadə etməsindən narahatçılıq keçirərək, müalicə etdirmək qərarına gəlmişdir. 05 yanvar 2021-cidən oğlu Elşad “New Life” X7 qəsəbəsindəki binasında müalicə almağa başlamışdır. 2021-ci ilin may ayın əvvəllərindən mərkəz Binəqədi rayonu Novxanı qəsəbəsində fəaliyyət göstərməyə başlamış, oğlunun müalicə pulu ilə bağlı aylıq 1500 manat hər ayın əvvəlində Bakı şəhərinin müxtəlif ərazilərində Orucəli və mərkəzin işçisi Elvüsala əlbəəl vermişdir. Ümumilikdə onlara 6 ay müalicə haqqı 9000 manat vermişdir. Oğlu 6 ay müalicə olunduqdan sonra, oğlunun müalicəsi davam etmiş, lakin bununla bağlı mərkəzin rəhbərliyinə hər hansı məbləğdə pul verməmişdir. Belə ki, rəhbərliyi həyata keçirən şəxslər özləri Elşadın qalmasını məsləhət bilmişlər. 05 sentyabr 2021-ci ildə Elşad mərkəzdən evə buraxılmış, həmin gün mərkəzdə müalicə alan xəstələrdən birinin döyülərək ölməsini öyrənib bilmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid58 ifadəsində göstərmişdir ki, ünvan 18 ünvanda oğlu Şahid32 ilə birlikdə yaşayır. Ayxan İqtisad Universitetini bitirib bakalavr təhsili almışdır. Ayxan 2021-ci ilin yay aylarında mütəmadi spirtli içki qəbul etməyə başlamışdır. 10-11 iyul 2021-ci ildən Ayxan “NEW LİFE” reabilitasiya mərkəzininin Binəqədi rayonu Novxanı qəsəbəsindəki binasında müalicə almağa başlamışdır. Həmin mərkəzin rəhbəri Orucəli, işçilərindən Elvüsal və Elgizi tanımışdır. Oğlunun iyul ayı üçün aylıq müalicə haqqı olan 1500 manatı, ikinci ayı üçün 1000 manatı valideyn iclası zamanı Orucəli və ya digər işçilərin əyləşdiyi masaya konvertin içində qoymuş, cəmi müalicəsi ilə 2500 manat ödəmişdir. 06 sentyabr 2021-ci ildə səhər Ayxan onun mobil nömrəsinə zəng edib mərkəzdən çıxdığını və harada olmasını soruşmuşdur. Ayxana Şamaxı rayonunda olduğunu deyib rayona gəlməsini demiş, sonra mərkəzinin birinci evdə hansısa müalicə alan şəxsin döyülərək ölməsini öyrənmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid59 öz ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayının sonlarında qardaşı Rufanı Xaçmaz rayonu Nabran qəsəbəsində “New Life” adlı Reabilitasiya Mərkəzinə yerləşdirmiş, həmin vaxtdan mərkəzdə qardaşı Rufanın müalicəsi başlanmış, Mərkəzin rəhbəri kimi Orucədi Əliheydərovu tanımış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin mərkəzdə müəllim olmuşlar. Adlarını qeyd etdiyi şəxslər müalicə alanlara dərs keçmişlər. Belə ki, bütün bunların hamısını qardaşı Şahid39 müalicəsi qurtardıqdan sonra ona bildirmişdir. Həmin müalicənin pulunu hər ay Orucəli Əliheydorovun bank kartına göndərmiş, və aylıq müalicə pulu 1500 manat olmuş, təxminən 2021-ci ilin may ayının sonlarında reabilitasiya mərkəzi Bakı Novxanı bağlar massivində bağ evlərindən birinə köçürülmüş və bayıra çıxmağa icazə verməmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası ibtidai istintaq zamanı və məhkəmədə toplanmış və iş üzrə məhkəmələrdə tədqiq edilmiş çoxsaylı mötəbər sübutları şərh etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan hadisənin baş verdiyi “NEW LİFE” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a saylı bağ evinə baxış keçirilməsi barədə 05 sentyabr 2021-ci il tarixli protokola əsasən, hadisə yeri olan fərdi yaşayış evi üç mərtəbədən ibarət, dəmir materialdan qapısı və dəmir barmaqlıqlarla əhatələnmiş pəncərələri olmuş, evin həyətində 3x5 m ölçüsündə su ilə doldurulmuş hovuz olmuşdur. Ev yataq otaqları, zirzəmi, mətbəx, sanitar qovşaq, məşğələ, hamam otaqlarından ibarət olmaqla, içərisində yaşamaq üçün yataq dəstləri, məişət ləvazimatları və ərzaqlar, narkomaniya mövzusunda müxtəlif dərsliklər, divar yazıları, əlyazmalar, dərman preparatları, işgəncə metodu kimi istifadə edilən predmetlər aşkar olunmuşdur. İş materiallarında olan “NEW LİFE” Reabilitasiya Mərkəzinin fəaliyyət göstərdiyi ikinci evə, yəni ünvan 19 bağ evinə baxış keçirilməsi haqqında 06 sentyabr 2021-ci il tarixli protokola əsasən, fərdi yaşayış evi üç mərtəbədən ibarət olmaqla, dəmir materialdan qapısı olmuş, evin həyətində su ilə doldurulmuş hovuz olmuşdur. Ev yataq otaqları, zirzəmi, mətbəx, sanitar qovşaq, məşğələ, hamam otaqlarından ibarət olmaqla içərisində yaşamaq üçün yataq dəstləri, məişət ləvazimatları və ərzaqlar, narkomaniya mövzusunda müxtəlif dərsliklər, divar yazıları, əlyazmalar, dərman preparatları və işgəncə metodu kimi istifadə edilən predmetlər aşkar olunmuşdur. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 21 sentyabr 2021-ci ildə Bakı İstintaq Təcridxanasında zərərçəkmiş şəxsin hüquqi varisi X32 3 (üç) nəfər eyni cinsdən və tanınmalı olan şəxsoərdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə tanınmaya təqdim olunarkən, zərərçəkmiş şəxsin hüquqi varisi Rafik Mamedov öz ifadəsində göstərdiyi xüsusatları bir daha olduğu göstərməklə yanaşı, tanınma zamanı təqsirləndirilən şəxslərin hər birini ayrı-ayrılıqda tanımaqla, əyani tanıyaraq əli ilə göstərməklə təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş Şahid15 könüllü istintaqa təqdim etdiyi təqsirləndirilən Təqsirləndirilən şəxs4 məxsus istifadəsində olmuş bir ədəd qara rəngli “9999” saylı ekran kodlu “Samsung Galaxy A20s” markalı mobil telefona 07 yanvar 2022-ci il tarixli protokol əsasında baxış keçirilərkən, bu mobil telefonun “Qalereya” adlanan bölməsində müalicə alan çoxsaylı şəxslərə qarşı cəza tədbirlərinin tədbiq edilməsi ilə əlaqədar müəyyən edilmiş videogörüntülərdən fotoşəkillər çəkilməklə, cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş “NEW LİFE” Reabilitasiya Mərkəzinin fəaliyyət göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a saylı və ünvan 19 ünvanlarda olan bağ evlərinə 05-06 sentyabr 2021-ci il tarixlərdə keçirilmiş baxışlar zamanı maddi sübut əhəmiyyətinə malik olan götürülmüş əşyalar “New Life” Reabilitasiya Mərkəzinin fəaliyyət göstərdiyi dövrdə müalicə alan şəxslərə qarşı işgəncə metodu kimi əlləri və ayaqlarını bağlamaq üçün istifadə edilən çoxlu sayda ağ rəngli Neylon Kabel bağları, yəni sığac qandal qismində istifadəsi nəzərdə tutulan sığac, “New Life” Reabilitasiya Mərkəzinin fəaliyyət göstərdiyi dövrdə müalicə alan şəxslərə qarşı işgəncə metodu kimi istifadə edilən sınan vəziyyətdə qara rəngli dəmir dəyənək, “New Life” Reabilitasiya Mərkəzinin fəaliyyət göstərdiyi dövr ərzində müalicə alan şəxslərin mərkəzdən qaçmaqlarının qarşısını almaqdan ötrü növbədə qalan şəxslərin daima biri-biriləri ilə əlaqə saxlamalarını təmin edən, “Blofeng” markalı 03 ədəd səyyar radio vasitəsi (ratsiya) və 02 ədəd şarj aləti “New Life” Reabilitasiya Mərkəzinin fəaliyyət göstərdiyi dövr ərzində müalicə alan şəxslərə qarşı işgəncə metodu kimi istifadə edilən, 72 sm uzunluğunda və açıq qəhvəyi rəngli taxta maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan sənədlərə əsasən, istintaq zamanı “***-***-**-**”, “***-***-**-**”, “***-***- **-**”,“***-***-**-**”, “055-452-7010”, “***-***-**-**”, “***-***-**-**”, “***-***-**-** və ***-***-**-**” mobil nömrələrində müəyyən müddət ərzində mövcud olan abunəçilərə dair əhatə dairəsinə baxış keçirilərkən, cinayət işi üzrə əhəmiyyət kəsb edən xüsusatlar müəyyən edilmiş: Belə ki, 4 sentyabr 2021-ci ildə saat 15:33-də “***-***-**-**” nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “***- ***-**-**” nömrəyə zəng edilib danışıq keçirilərkən onun əhatə dairəsi ünvan 20 ünvanı göstərmiş; 4 sentyabr 2021-ci ildə saat 16:07-də “***-***-**-**” nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “***-***-**-**” nömrəyə zəng edilib danışıq keçirilərkən sonuncunun əhatə dairəsi Abşeron rayonu Novxanı kəndini göstərmiş; 04 sentyabr 2021-ci ildə saat 15:39-da “***-***-**-**” nömrədən Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “***-***-**-**” nömrəyə zəng edilib danışıq keçirilərkən sonuncunun əhatə dairəsi ünvan 20 ünvanı göstərmiş, 4 sentyabr 2021- ci ildə saat 14:23 və 14:34də Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “***-***-**-**” nömrədən Təqsirləndirilən şəxs1 “***- ***-**-**” nömrəsinə zəng edilib danışıq keçirilərkən, eləcə də həmin gün ərzində çıxan və gələn zənglərə baxış keçirilərkən Təqsirləndirilən şəxs3 əhatə dairəsi Novxanı qəsəbəni göstərmiş; 4 sentyabr 2021-ci ildə saat 14:04-də “9622” saylı “X55”ndan Təqsirləndirilən şəxs5 istifadəsində olmuş “***-***-**-**” nömrəyə SMS mətni göndərilərkən, sonuncunun əhatə dairəsi Novxanı qəsəbəsini göstərmiş, 04 sentyabr 2021-ci ildə saat 15:32-də “070220-91-64” nömrədən X3 istifadəsində olan “***-***-**-**” nömrəyə zəng edilib danışıq keçirilən zaman, eləcə də həmin gün ərzində çıxan və gələn zənglərə baxış keçirələrkən İsrafil Hüseynovun əhatə dairəsi ünvan 20 ünvanını göstərmiş və aşkar olunan xüsusatlar adları qeyd olunan şəxslərin hadisə zamanı Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanıqda olmaqlarını, Təqsirləndirilən şəxs3 mobil telefon vasitəsilə 04 sentyabr 2021-ci ildə saat 14:23-də müalicə alan şəxslərin qaçmaq planlarının olması barədə Təqsirləndirilən şəxs1 məlumat verməsini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş 05 sentyabr 2021-ci il tarixli qərarla təyin olunmuş məhkəmətibbi ekspertizasının 167 saylı 21 sentyabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 meyitində sol əlin İİİ barmağın daraq sümüyü başının qəlpə şəkilli qopması, sağ və sol ənsə-təpə nahiyələrin dərialtı qansızmaları, sağ budun, sol bud, döş qəfəsinin sağ və sol yarısının arxa səthin, qarnın ön səthin qançır hematomaları, üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağın və boyun nahiyəsinin sıyrıqları aşkar edilmişdir. Həmin xəsarətlər həyati olub ölümdən 1-2 gün əvvəl, bərk küt əşyanın (əşyalar) təsirindən əmələ gəlmişlər, dərəcələrinə görə İİİ daraq sümüyü başının sınığı sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malikdir, sağ və sol ənsə-təpə nahiyələrin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançır hematomaları sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, qançırlar və sıyrıqlar ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir, xəsarətlər ölümlə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq həmin xəsarətlər insan bədəninin hissələri (yumruq, təpik və s) və uzunsov formalı bərk küt əşya ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu heroin və metadon ilə kəskin zəhərlənmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən, mərhumun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 4-6 saat əvvəl baş vermiş, xəsarət yetirilərkən xəsarət yetirən şəxs (şəxslər) onunla müxtəlif vəziyyətlərdə (üzbəüz, arxa, yan tərəfdən və s) ola bilər. Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlərin işgəncə vermə xarakterli olub-olmamasının təyini məhkəmə-tibbi ekspertinin səlahiyyətlərinə aid deyil. Zərərçəkmiş şəxs1 meyitindəki xəsarətlərin xarakterinə və lokalizasiyasına görə, həmin xəsarətlər onun öz boyu hündürlüyündən yıxılıb yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Onun meyitindən götürülmüş qan və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş 19 oktyabr 2021-ci il tarixli qərarla təyin olunmuş məhkəmətibbi ekspertizasının 34\167 nömrəli 30 oktyabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, miqdarı tədqiqatın texniki səbəbdən aparılması mümkün olmadığdan mərhum Zərərçəkmiş şəxs1 təxminən nə vaxt və hansı dozada narkotik vasitə (heroin və metadon) istifadə etməsini müəyyən etmək mümkün olmamışdır. Konkret şəxs üçün narkotik vasitənin hansı dozada ölümə səbəb ola bilməsini müəyyən etmək mümkün deyildir. Belə ki, hər bir istifadəçi üçün letal doza individualdır. Hər bir narkotik vasitə insan orqanizmi üçün təhlükəlidir. Heroin və müalicə məqsədi üçün seçilmiş dozadan artıq qəbul edilmiş metadon insan orqanizmi üçün yüksək təhlükə kəsb edən preparatlardır. Narkomaniyaya düçar xəstələrdə qeyd olunan heroin və metadon onlar tərəfindən venadaxili, əzələdaxili və perolal yolla qəbul edilir. Mərhum Zərərçəkmiş şəxs1 meyitin bədənində inyeksion yolla narkotik vasitə yeridilməsinə xarakterik olan inyeksiya izi və ya izlər (nöqtə şəkilli yaracıqlar) aşkar olunmadı. Əksər hallarda heroinin 01 dozasının perolal qəbulu zamanı eyforiya müddəti 05 saat ərzində, metadonun 01 dozasının peroral qəbulu zamanı aktiv təsiri 24-36 saat əzrində davam edir. Lakin istifadə növü dəyişdirildikdə, yəni vena daxili qəbulunda maddələrin aktiv təsiri güclənir, daha intensiv olur, orqanizmdə parçalanma müddəti azalır. Qəbul edilmiş heroin və metadonun insan orqanizmdə qalma müddəti individualdır. Mərhumun meyitindən götürülmüş qanda və sidikdə aşkar olunmuş heroin və metadonun nə zaman qəbul etdiyini təyin etmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda və sidikdə heroin və metadonun aşkar olunması ona dəlalət edir ki, həmin maddələri sağlığında qəbul etmişdir. Məhkəmədə tədqiq edilmiş 08 sentyabr 2021-ci il tarixli qərarla təyin olunmuş məhkəmətibbi ekspertizasının 316 nömrəli 13 sentyabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 aşkar edilmiş xəsarətlər- sol əlin arxa səthi və sağ bazunun çoxsaylı qançır və sıyrıqları bərk küt əşyanın (əşyalar) təsirindən əmələ gəlmişlər və törənmə müddətləri xx.xx.2021-ci il tarixə və şəraitə uyğun gəlmiş, dərəcəsinə görə bazu oynağında ağrı hesabına funksiya pozğunluğu ilə müşayiət olunan qançır və sıyrıqlar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, digər xəsarətlər zərərvurmayanp aid olduqlarından dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixli qərarla təyin olunmuş məhkəmətibbi ekspertizasının 596 saylı 11 sentyabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-təpə nahiyəsinin hematoma bətk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti müayinədən 5-6 gün əvvəl, qançırların xarakterinə görə, sağ bilək nahiyəsinin qançırları ilgəyəbənzər əşyanın və döş qəfəs nahiyyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənərək, yetirilmə müddəti müayindən 4-5 gün əvvələ, alın və sol sağrı nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti müayindən 6-8 gün əvvələ, sol bazu, sol baldır və bel nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti müayindən 10-12 gün əvvələ uyğun gəlir. Həmin xəsarətlərdən təpə nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə, eyni zamanda ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından, həmin xəsarətlərin dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş 06 sentyabr 2021-ci il tarixli qərarla təyin olunmuş məhkəmətibbi ekspertizasının 2806\K nömrəli 20 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilaminin qrupuna aid amfetamin və tiryək qrupuna ai olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli qərarla təyin edilən məhkəməkimyəvi ekspertizasının 2951\K saylı 30 sentyabr 2021-ci il tarixli rəyi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 götürülmüş qanda tiryək qrupuna aid olan alkoloid aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli qərarla təyin edilən məhkəməkimyəvi ekspertizanın 2951A\K saylı 1 oktyabr 2021-ci il tarixli rəyi ilə Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümünələri tərkibdə fenilalkilaminin qrupuna aid amfetamin aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli qərarla təyin edilən məhkəməkimyəvi ekspertinın 2951B\K saylı 16 oktyabr 2021-ci il tarixli rəyi ilə Təqsirləndirilən şəxs3 götürülmüş sidik nümünəsinin tərkibdə fenilalkilaminin qrupuna aid amfetamin aşkar edilmişdir. Məhkəmə baxış iclasında tədqiq olunmuş 08 sentyabr 2021-ci il tarixli qərarla təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 2807A\K nömrəli 20 sentyabr 2021-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs3 götürülmüş qan və sidik nümünələrin tərkibində fenilalkilaminin qrupuna aid olan amfetamin və tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və Təqsirləndirilən şəxs4 barəsində 14 dekabr 2021-ci il tarixli qərarla təyin edilmiş kompleks məhkəmə-psixiatrik, psixoloji və narkoloji ekspertizasının 109 nömrəli 17 yanvar 2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 qərarın təsviri hissəsində göstərilən hadisələri törədərkən, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğuqdan, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmə iqtidarındadır. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onda hazırda psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs4 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İnadkarlıq, başqaların hiss və yaşantılara qarşı biganəlik, kobudluq, hirslik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixoloji xüsusiyyətləri vardır. Qərarın təsviri hissəsində göstərilən hadisəni törədərkən, onun psixi-emosional vəziyyətində əhəmiyyət kəsb edən hər hansı mümkün dəyişikliklər yaranmamışdır. Ona ittiham olunan cinayət əməllərini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Opioidlərə qarşı dayanıqlı remissiya qeyd edilsə də, onda epizodik kannobiodilərdən və perqabalin preparatlardan qeyri-tibbi məqsədlərlə istifadə etməsi halları qeyd olunur və onun məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmədə tədqiq edilmiş və Təqsirləndirilən şəxs2 barəsində 14 dekabr 2021-ci il tarixli qərarla təyin edilmiş kompleks məhkəmə-psixiatrik, psixoloji və narkoloji ekspertizasının 109 nömrəli 17 yanvar 2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən hadisələri törədərkən, öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olduğuqdan, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmə iqtidarındadır. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onda halhazırda psixi xəstəlik aşkar edilmir. Eksperimental psixoloji müayinə zamanı onun ekstraversiya və intraversiya şkalasında ekstravert olduğu müəyyən edilir (Ayzenkin şəxsiyyət sorğusu testi). Ünsiyyətçillik, məsuliy- yətsizlik,hövsələsizlik,eqoizm, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsin- də göstərilən hadisə zamanı onun psixi-emosional vəziyyətində iş üşün əhəmiyyət kəsb edən hər hansı mümkün dəyişiklik yaranmamışdır. Cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Elvsal Hüseynovdan hazırda narkotiklərdən asılılıq və xroniki alkoqolizm əlamətləri aşkarlanmır. Onun narkomaniya xəstəliyindən və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 14 dekabr 2021-ci il tarixli qərarla təyin edilmiş kompleks məhkəmə-psixiatrik, psixoloji və narkoloji ekspertizasının 111 nömrəli 17 yanvar 2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən hadisələri törədərkən, öz hərəkətinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olduğuqdan, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmə iqtidarındadır. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onda hal-hazırda psixi xəstəlik aşkar edilmir. Onun inadkarlıq, məsuliyyətsizlik, özünümüdafiə etməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Baş vermiş hadisə zamanı onun psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir mümkün dəyişiklik yaranmamışdır. İttiham olunan cinayət əməllərini törədərkən fizioloji affekt halında olmamış, ondan narkotiklərdən asılılıq və xroniki alkoqolizm əlamətləri aşkarlanmadığından, narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində 14 dekabr 2021-ci il tarixli qərarla təyin edilmiş kompleks məhkəmə-psixiatrik, psixoloji və narkoloji ekspertizasının 112 nömrəli 17 yanvar 2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən cinayət hadisələri törədərkən, hərəkətinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olduğuqdan, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmə iqtidarında olduğundan, məcburi müalicəyə ehtiyacı yoxdur. Onda hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. İnadkarlıq, məsuliyyətsizlik, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə istintaq orqanına ifadə verməkdən imtina etdiyindən, habelə aparılan müayinə zamanı ittiham olunduğu əməli necə törətməsini təsvir etmədiyindən və bu barədə hər hansı bir məlumat verməkdən yayındığından onun hadisə zamanı keçirdiyi psixiemosianal vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Hazırki emosional durumu norma səviyyəsindədir. Hadisə vaxtı və hazırda fizioloji affekt vəziyyətdə olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 hal-hazırda parkotikların aslılıq və xroniki alkoqolizm əlamətləri aşkarlanmdığından, onun narkomaniyadan və xoroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs5 barəsində 29 aprel 2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 2204 nömrəli 30 aprel 2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs5 opioidlər və psixostimulyatorların birgə qəbul edilməsi onda nəticəsində yaranan asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar edildiyindən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən daxil olmuş 02/7-40 saylı 11 aprel 2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, “New Life” reabilitasiya mərkəzinin 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021- ci il tarixədək dövrü əhatə edən müddətdə gəliri 146.470,00 manat, əmək haqqı ilə bağlı xərcləri 16.800,00 manat, bağ evlərinin icarəsi ilə bağlı xərcləri 26.500,00 manat, 43 nəfər şəxsə münasibətdə 2021-ci il üçün müəyyən olunmuş yaşayış minumumun məbləği aylıq olaraq 207 manat hesablanmaqla, ümumilikdə 22.149,00 manat təşkil etmişdir. İfadələrə əsasən, müəyyən edilmiş xərclər gəlirdən çıxıldıqdan sonra, qalan məbləğ cəmi 81.021,00 manat olmuşdur. İş materialında olan və məhkəmədə tədqiq edilmiş sənədlərə görə “NEW LİFE” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanında olan liyeva Gülüstan Həsən qızına məxsus bağ evinə baxış zamanı aşkar olunmuş çoxlu sayda NEW LİFE Reabilistasiya Mərkəzinə məxsus vizitkartlar, üzərində “Elşad 01 ay, Elşad 02 ay, Elşad 06 ay” sözləri yazılmış 03 ədəd açıqca, bir ədəd N23122 saylı bir ədəd satış çeki; müştəri Təqsirləndirilən şəxs2 adı qeyd olunmuş bir ədəd qəbz, 6 vərəqdən ibarət 02 iyun 2021-ci il tarixli təhvil-təslim aktı, məlumat vərəqəsi, nisyə alqı-satqı müqaviləsi, nisyə satış müqaviləsi, təhvil-təsilm aktı zəmanət talonu, Azərbaycan və rus dilində olan, narkomaniya ilə mübarizə haqqında mətnləri özündə əks etdirən 3 ədəd A4 vərəqi, üzərində müxtəlif məbləğləri, müxtəlif tarixləri əks etdirən əlyazma olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif meyvə və tərəvəz məhsullarının adlarını əks etdirən əlyazma olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif rəqəmləri əks etdirən əlyazma olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif adları əks etdirən əlyazma olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif meyvələr, tərəvəz məhsullarını və məişət ləvazimatlarının adlarını əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, cədvəl formasında müxtəlif şəxslərin adları, adların qarşısında tarixləri, rəqəmləri əks etdirən kompüter vasitəsilə yazılmış iki ədəd A4 vərəq, üzərində müxtəlif şəxslərin adlarını əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, Azərbaycan dilində olan, narkomaniya ilə mübarizə haqqında mətnləri özündə əks etdirən 01 ədəd A4 vərəqi, narkomaniya ilə mübarizə mövzusunda keçirilən tədrislə bağlı olan 4 ədəd kiçik, 01 ədəd böyük dəftərlər, məzmunu rus dilində, üzərində “tolka seqodnya” yazısı olan, məzmunu rus dilində, üzərində “narkotics anonymous” yazısı olan məzmunu rus dilində, üzərində “İ.S.Turqenev/sobranie soçineniy” yazısı olan, məzmunu rus dilində üzərində “Rustam İbraqimbekov/solneçnoe spletenie” yazısı olan, məzmunu azərbaycan dilində, üzərində “İslam və digər dinlərə ümumi baxış” yazısı olan 5 ədəd kitab məzmunu rus dilində, üzərində “Kukovodstvo krabotepo ŞaqamvAnonimnıx Narkomanox” yazısı olan jurnal,çoxsayda ağ rəngli Neylon Kabel bağları yazısı olan sığaclar(qandal kimi istifadəsi nəzərdə tutulan),müxtəlif məhsulların alınması və ödənilmiş pullara dair yazıları özündə əks etdirən bir ədəd dəftər, komputer (bir ədəd “Sony” markalı sistem bloku, klaviatura, siçan, ekran), bundan başqa “NEW LİFE” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 559 ünvanında olan X47 məxsus bağ evinə baxış zamanı aşkar olunmuş 01 ədəd domofon, 01 ədəd “Xiaomi” markalı mobil telefon, 01 ədəd “iPhone” markalı mobil telefon, üzərində “Fenzepin (phenzepin)” sözləri yazılmış bir ədəd listin içərisində olan bir ədəd dərman həbi, 15 manat pul əksinazı, üzərində Əliheydərov Oruc və X71 mərkəzi yazılı çoxlu sayda vizitkartlar, üzərində rezident, personal və stajorların adlı siyahısı olan bir ədəd əlyazma, üzərində “New Life” reabilitasiya mərkəzi sözü yazılı çoxlu sayda vizitkartlar, üzərində Elşad sözü yazılmış içində müxtəlif yazılarla göy rəngli açıqca, iki ədəd şəffaf rəngli istifadə edioməmiş skoç yapışıdırıcılar, sınmış vəziyyətdə qara rəngli dəmir dəyənək 72 sm uzunluqda açıq qəhvəyi rəngli taxta, uzunluğu 9 metr olan, xaki rəngli, parça materialdan toxuma kəmər, uzunluğu altı metr olan, qırmızı rəngli ip (kəndir), istifadə olunmuş şəffaf rəngli skotç yapışıdırıcıları və məzmunu Azərbaycan dilində olan, MedCenter tərəfindən verilmiş Təqsirləndirilən şəxs3 “Psixoloq” kursunu bitirməsi ilə bağlı təltif olunmasına dair 31 yanvar 2021-ci il tarixli sertifikat, məzmunu rus dilində olan, Təqsirləndirilən şəxs3 psixoloq kursunu bitirməsi ilə bağlı, 000490 saylı Sertifikat, məzmunu rus dilindəki, Təqsirləndirilən şəxs1 psixoloq kursunu bitirməsinə dair iki ədəd sertifikat, üzərində “Document Frame” yazısı olan A4, “Blofeng” markalı 03 ədəd səyyar radio vasitəsi (ratsiya) və 02 ədəd şarj aləti, bundan əlavə mərhum Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı əynində olmuş ağ zolaqlı, tünd göy rəngli, yaxası düyməli, qısa qol yay köynək, qara rəngli idman şalvarı, ağ rəngli trusi, paltarlar üzərində aşkar edilmiş 3 ədəd əlyazma, eləcə də təqsirləndirilən Qənöər Həsənovun anası Şahid15 tərəfindən könüllü təqdim edilmiş “Samsung Galaxy A20s” markalı mobil telefon xüsusiyyətlərinə və əlamətlərinə, aşkar edildiyi yerə və üzərində hadisənin izlərinin saxladığına görə əhəmiyyət kəsb etdiyindən maddi sübutlar kimi tanınmış və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılır. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, aşağıda göstərilən əmlakların xüsusi müsadirəsi zəruri və məqsədə müvafiq hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş **********60 nömrəli 14 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 adına Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Rafiq İsgəndərov küçəsi ev 2-də olan 41 nömrəli mənzilin bir hissəsi qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətdədir. İbtidai araşdırma zamanı qeyd edilən mülkün üzərinə həbs qoyulmamışdır ( c.6, i.v. 226). Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi idarəsinin Qeydiyyat-imtahan idarəsindən istintaqa daxil olmuş 123434-1221 saylı 21 oktyabr 2021ci il tarixli məktubdan müəyyən edilir ki, “Chevrolet Cruze” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 avqust 2021-ci ildən ünvan 21 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 adında qeydiyyatdadır. İbtidai araşdırma zamanı qeyd edilən nəqliyyat vasitəsinin üzərinə İstintaq tərəfindən həbs qoyulmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma orqanı tərəfindən mülk və nəqliyyat vasitənin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etməsi ilə bağlı həmin mülk və nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı və onlar dövlət nəfinə müsadirə edilməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin hər birinin əməlinin tövsifi ilə əlaqədar aşağıdakıları xüsusi ilə qeyd etməyi zəruri və məqsədi müvafiq hesab etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində 04 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 qarşı fiziki zorakılıq göstərdiyini, lakin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 qarşı fiziki zorakılıq göstərmədiyini, eləcə də onların azadlıq hüququnu məhdudlaşdırmadığını bildirmişdir. İbtidai araşdırma zamanı şübhəli şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 04 sentyabr 2021-ci ildə saat 15 radələrində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, eləcə də digər hər hansı şəxsə qarşı fiziki zorakılıq göstərmədiyini, hər hansı şəxsin azadlıq hüququnu məhdudlaşdırmadığını göstərmişdir. btidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 şahid kimi verdiyi ifadəsində 04 sentyabr 2021-ci ildə saat 15 radələrində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, habelə digər hər hansı şəxsə qarşı fiziki zorakılıq göstərmədiyini, hər hansı şəxsin azadlıq hüququnu məhdudlaşdırmadığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 iş üzrə istər şübhəli və istərsə də təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməməklə Azərbaycan Respublikası CPM-in 91.5.10-cu maddəsində göstərilən hüququndan istifadə etməklə ifadə verməkdən imtina etmiş və özünün müdafiəsi üçün hər hansı dəlil gətirməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs5 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində 04 sentyabr 2021-ci ildə saat 12 radələrində Famil, İsrafil və Fərhad reabilitasiya mərkəzinə gedib növbəni Qənbər, Orucəli və Elvüsaldan təhvil almışlar. Saat 15 radələrində Famil ilk əvvəl Kamranı zirzəmiyə çağırmış və ona Kamran, Fuad, Hüseyn və digərlərinin üsyan qaldıraraq qaçmaq istədiklərini demiş, bu səbəbdən Familin göstərişi ilə əvvəl Kamran zirzəmiyə çağırılmış, həmin vaxt Fərhadla ikinci mərtəbədə olmuşdur ki, rezidentlər arasında sakitçiliyi qorusun. Dəqiq sıra yadında olmamış, lakin Hüseyn, Fuad və Cahangir çağırılmış və Famil həmin şəxslərin əlini skoçla arxadan bağlamışdır. Cahangir qaçmaq məsələsində aidiyyəti olmadığından sərbəst buraxılmışdır. Həmin ərəfədə Muradın başqa məsələ ilə bağlı qolu skotçla Famil tərəfindən bağlanmışdır. Famil mobil telefonla məlumat verdikdən qısa müddət sonra Orucəli, Elvüsal və Qənbər birlikdə həmin evə gəlmişlər. Bundan sonra isə həmin şəxslər Hüseyn, Fuad, Kamran və Muradı boru, əl-ayaq və kəmərlə döyməyə başlamışlar. Daha sonra isə Hüseyn birinci mərtəbədə olan pilləkənlanın taxta tirindən Familin göstərişi ilə dəmir qandalla ayağı yerdən üzülmüş asılmışdır. Hüseynin konkret kimlər tərəfindən asılmağını görməmişdir. Həmin gün saat 22 radələrində Murad, Fuad və Kamranın qolu Familin göstərişi ilə müalicə alan Tural tərəfindən açılmış, lakin Hüseyn asılı vəziyyətdə qalmışdır. Hüseyn ona və ətrafda olan hamıdan əlinin açılmasını xahiş etmişdir. Hətta su istəmiş və buna dözməyərək Hüseynə su vermişdir. Hüseyn gecə boyu həmin yerdə asılı vəziyyətdə qalmış, Famil heç kimə Hüseynin asılı olduğu yerdən endirilməsinə icazə verməmişdir. Çünki növbədə olarkən Famil rəhbər şəxs olmuş və sözündən heç kim çıxa bilməmişdir. Gecə boyu növbədə olmuş və yatmamış, gecə Hüseyn ondan və növbədə olanlardan qollarının açılmasını xahiş etmişdir. 05 sentyabr 2021-ci ildə saat 06 radələrində yatmağa getmiş, səhər saat 12 radələrində Fərhad onu oyadıb həyacan içində Hüseynin vəziyyətinin ölümcül olduğunu, Cavidan və Vlad tərəfindən xəstəxanaya aparıldığını demişdir. Daha sonra, Mərkəzin rəhbərlərinin göstərişi ilə müalicə alanlar 2-ci evə köçürülmüşlər. Bundan əlavə, toplanmış sübutlarla təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli olmaları aşağıdakılarla sübuta yerilmişdir. Belə ki, ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “New Life” Reabilitasiya Mərkəzinin vergi uçotuna dayanmadan və xüsusi lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları özlərinin ifadələri ilə yanaşı, çoxsaylı digər sübutlarla təsdiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxslər reabilitasiyaya cəlb olunan şəxslərin Mərkəzə könüllü yaxın qohumları və ya özləri tərəfindən daxil olmalarını, onlardan aylıq vəsait aldıqlarını və həmin vəsaiti daxili xərclərə və əmək haqqına yönəltdikləri və vergi ödənişlərini etmədiklərini göstərmişlər. İbtidai istintaqda və məhkəmədə ifadə vermiş zərərçəkmiş Şahid32 hüquqi varisi R.Məmmədov, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, habelə şahid qismində dindirilmiş mərkəzdə reabilitasiya alan şəxslər və yaxın qohumları hər ay təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Elsuvar Hüseynov və Təqsirləndirilən şəxs3 reabilitasiya keçən şəxslərə görə aylıq pul məbləğlərini ödədiklərini, bunun əvəzinə qəbz almadıqlarını və Reabilitasiya Mərkəzi ilə heç bir müqavilələri olmadıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsiin 192-ci maddəsində - qanunsuz sahibkarlıq cinayətinin obyekti sahibkarlıq fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər, dövlətin və ayrı-ayrı təşkilatların və ya vətəndaşların qanunla qorunan mənafeləridir. Təhlil olunan cinayət obyektiv cəhətdən maddi tərkiblidir. Qanunsuz sahibkarlıq təqsirkarın elə fəaliyyətidir ki, bu fəaliyyət qanunvericiliyə əməl edilməklə həyata keçirildikdə, normal sahibkarlıq fəaliyyəti olar. Lakin şəxs normativ aktların tələblərinə məhəl qoymadan fəaliyyətlə məşğul olduğundan əməli kriminal hesab edilir. Qanunsuz sahibkarlıq cinayət əməlinin subyektiv cəhəti birbaşa və yaxud dolayı qəsd ilə ifadə olunur. Təqsirkar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu dərk edir, bununla vətəndaşlara, təşkilatlara və yaxud dövlətə xeyli ziyan vuracağını, habelə xeyli miqdarda gəlir əldə edəcəyini qabaqcadan görür və bunu arzu edir və ya buna şüurlu surətdə yol verir. Həmin cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxsdir. Qanunsuz sahibkarlığın obyektiv cəhətinə daxil olan birinci kriminal əməlin digər tərkib hissəsi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan ibarət hərəkətsizlikdir. Belə hərəkətsizlik o halda olacaqdır ki, şəxs normativ aktlarla müəyyən edilmiş qaydalara görə dövlət qeydiyyatına alınmaq üçün müvafiq orqana müraciət etməli olduqda bunu etmir. Təhlil edilən əməlin törədilməsinin digər üsulunun-xüsusi razılıq(lisenziya) tələb edildikdə, belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma əməlin ikinci tərkib hissəsi hərəkətsizlikdən ibarətdir. Bu hərəkətsizlik isə qanunvericiliklə xüsusi razılığın alınmamasında ifadə olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.4 və 16.1.2-ci maddələrindən görünür ki, həmin Məcəlləyə uyğun müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəməli olan şəxs, yəni vergi ödəyicisi kimi vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almalıdır. Eyni ilə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 7-ci maddələrinin tələbinə əsasən, sahibkar əsasən sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etməli və qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəməli, həmçinin qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almalı, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş qanunvericiyə uyğun formada hesabatlar verməlidir. Bundan əlavə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü bəndinə və həmin Qanunun lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dair 01 nömrəli əlavəsinə əsasən, özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinə aiddir. Habelə, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında keçirilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 276 nömrəli 13 avqust 2014cü il tarixli qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4-cü bəndinə əsasən, narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınaraq, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator) həkim-narkoloq tərəfindən tətbiq edilir. Ev şəraitdə müalicə edilən xəstə barədə tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalarına daxil edilməlidir. Xəstənin qəbul etdiyi müalicə kursundan sonra aparılan psixoloji reabilitasiya və psixoloji korreksiya kursu onun fərdi tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” 176-VQ saylı 15 mat 2016-cı il tarixli Qanunun tətbiqi barədə Azerbaycan Respublikası Prezidentinin Fərmanının 2.3.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan əksər növləri, o cümlədən özəl tibb fəaliyyəti üzrə lisenziya verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Həmin qanunun 6.3.1-ci maddəsinə əsasən, lisenziya və icazə verən orqan lisenziyanı və icazəni, onun dublikatını və əlavəsini verir, lisenziyanı və icazəni yenidən rəsmiləşdirir, dayandırır, bərpa və ləğv edir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X29” publik hüquqi şəxsin 08\15258 saylı 04 oktyabr 2021-ci il tarixli məktubuna əsasən, “X71 mərkəzi” tibb mərkəzin hər hansı özəl tibb fəaliyyəti ilə məşğul olmağa lisenziyanın verilməsi İlə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən daxil olmuş 11061\2021 saylı 10 noyabr 2021-ci il tarixli məktuba görə “Lisenziyalar və icazələr barədə” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbinə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “X71 mərkəzi” adlı müəssisəyə, habelə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2və Təqsirləndirilən şəxs3 adına fiziki və yaxud hüquqi şəxs kimi lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. Qanunsuz sahibkarlıq cinayəti vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurulduğu, xeyli miqdarda gəlir əldə edildiyi andan başa çatmış hesab olunur. Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeydinə əsasən, xeyli miqdar ziyan dedikdə-əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Vurulmuş ziyan dövlətə, təşkilatlara və ya vətəndaşlara dəymiş əmlak itkisində, ayrı-ayrı şəxslərin sağlamlığına dəymiş zərərdə, əldən çıxmış mənfəətdə ifadə oluna bilər. Əldə edilmiş gəlir dedikdə-təqsirkarın qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi vəsait, əmlak və pulla ifadə oluna bilən digər maddi dəyərlərin məcmusu başa düşülməlidir. Belə gəlirin tərkibi və hesablanma qaydası həmin maddədə nəzərdə tutulmadığından, miqdarı müəyyən edilərkən, vergi qanunvericiliyə görə vergi qoyulan obyektlərin müəyyən edilməsi qaydalarından istifadə edilə bilər. İş üzrə “New Life” Reabilitasiya Mərkəzinin yerləşdiyi iki ayrı evə baxış zamanı həmin evlərdən mərkəzdə müalicə alan şəxslərin ödədiyi məbləğlərə, xərclərə və gəlirlərə, işçilərin maaşlarına dair hər hansı rəsmi və ya qeyri-rəsmi sənəd, qəbzlər və dəftərçə aşkar edilməmiş, habelə həmin sənədlərin istintaqla müəyyən olunmaqla cinayət işinin icraat materiallarına əlavə edilməsi mümkün olmamışdır. Həmçinin, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər, eləcə də iş üzrə maraqlı şəxslər tərəfindən mərkəzin gəlirlərinə və xərclərinə dair hər hansı sənəd istintaqa təqdim edilməmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən daxil olmuş 02/7-40 nömrəli 11 aprel 2022-ci il tarixli məktuba və məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki,“New Life” reabilitasiya mərkəzinin 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək dövrü əhatə edən müddətdə, gəliri 146.470,00 manat, əmək haqqı ilə bağlı xərcləri 16.800,00 manat, bağ evlərinin icarəsi ilə bağlı xərcləri 26.500,00 manat, 43 nəfər şəxsə münasibətdə 2021-ci il üçün müəyyən edilmiş yaşayış minumumun məbləği aylıq olaraq 207 manat hesablanmaqla yanaşı ümumilikdə 22.149,00 manat təşkil etmişdir. İbtidai araşdırma zamanı müəyyən edilmiş xərclər gəlirdən çıxıldıqdan sonra, qalan məbləğ cəmi 81.021,00 manat təşkil etmişdir. Eyni zamanda, “New Life” reabilitasiya mərkəzin faktiki rəhbərliyini həyata keçirmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 7 may 2021- ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək dövrdə qabaqcadan əlbir bir qrup şəxs halında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla cinayəti törətmələri çoxsaylı şahid ifadələri, əldə edilmiş gəlirə dair mütəxəssis rəyi, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X29” publik hüquqi şəxsindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən istintaq orqanına daxil olmuş cavab məktubları və digər çoxsaylı və mötəbər istintaq materialları ilə sübuta yetirilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən, toplanmış sübutlarla təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli olmaları aşağıdakılarla sübuta yerilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133-cü maddəsində nəzərdə tutulmuş əzab vermə cinayət əməllərinin obyektiv cəhəti dedikdə - əzab vermənin üsulları, yəni mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər, şəxsə verilən əzabın məzmunu, yəni güclü fiziki ağrı və yaxud psixi iztirablar vermə və belə əməllərin Cinayət Məcəlləsinin 126 və 127-ci maddələri ilə göstərilən nəticələrə səbəb olmaması başa düşülür. Təhlil edilən normanın dispozisiyasına əsasən, əzab vermə zərərçəkmiş şəxsi mütəmadi döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrılar və ya psixi iztirablar verməni ehtiva edir. Əzab vermənin üsullarından biri mütəmadi olaraq döymədir. Burada mütəmadilik döymənin üç və daha artıq dəfə törədilməsini göstərir. Bu zaman ayrıayrı döymə aktları bir-biri ilə daxili vəhdət təşkil etməli və təqsirkarın müəyyən ardıcıllıqla birləşmiş davranışını yaratmalıdır. Əzab vermənin üsulu kimi sair zorakı hərəkətlər dedikdə-şəxsi uzun müddət qidadan, sudan, istilikdən, sığınacaqdan məhrum etmə və ya sağlamlığı üçün zərərli şəraitdə saxlama, habelə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmə, yəni çimdikləmə, kəsibdoğrama, küt və yaxud iti batıcı alətlə çoxlu, lakin kiçik ölçülü xəsarətlər yetirməklə, termiki faktorlarla təsir etmək və buna oxşar digər hərəkətlər başa düşülməlidir. Nəzərə almaq lazımdır ki, zərərçəkmiş şəxsə intensiv və davamlı təsir göstərən və bu zaman güclü fiziki ağrı və yaxud psixi iztirablar verən tək-tək zorakı hərəkətlərdə, yəni dırnağını çəkmə, qızdırılmış metalla və yaxud elektrik cərəyanı ilə yandırma, saçını yolma, soyuq suya salma, pis qoxulu və zəhərli qazlarda tənəffüs etməyə məcbur etmək və sair bu kimi hərəkətlər əzab vermə kimi qiymətləndirilə bilər. Birinci instansiya məhkəməsi adları sadalanan təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 uzun müddət qidadan və sudan məhrum edilməklə onların təbii ehtiyaclarının görülməsinə icazə verilmədən şəraitsiz yerlərdə saxlanılmaları, onlara qarşı törədilmiş intensiv və davamlı təsir göstərən və bu zaman güclü fiziki ağrı və yaxud psixi iztirablar verən tək-tək zorakı hərəkətlər əzab vermə kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, habelə mərkəzin stajoru olmuş Təqsirləndirilən şəxs5 tərəfindən əzab vermə cinayəti törədilməklə mərhum Zərərçəkmiş şəxs1 sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır dərəcəli, həmçinin sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də dərəcələri təyin olunmayan Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül dərəcəli, habelə dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül dərəcəli, eləcə də dərəcələri təyin olunmayan Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül dərəcəli xəsarətlər yetirilmişdir. Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, habelə mərkəzin işçisi olmuş təqsirləndirilən Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında, iki və daha çox şəxsə qarşı, köməksiz vəziyyətdə olan şəxsə qarşı və işgəncə verməklə mərhum Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır dərəcəli, eləcə də Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül dərəcəli və dərəcəsi təyin olunmayan, Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül dərəcəli və dərəcəsi təyin olunmayan, Zərərçəkmiş şəxs4 sağlamlığa yüngül dərəcəli xəsarət yetirilməklə, onların hər birinin əməli CM-in 133-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2-ci maddəsi əzab vermənin törədilməsini ağırlaşdıran tərkib əlamətləri kimi iki və ya daha çox şəxsə qarşı törədilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi və işgəncə verməklə törədilməsi nəzərdə tutulmuşdur. İki və ya daha çox şəxsə qarşı əzab vermə CM-in 133.2.1-ci maddəsi ilə o halda tövsif edilir ki, təqsirkarın iki və ya daha çox şəxsə qarşı əzab verməyə yönələn hərəkətləri vahid qəsdlə əhatə olunsun və bunlar bir qayda olaraq eyni vaxtda həyata keçirilsin. Əməlin iki və yaxud daha çox şəxsə qarşı əzab vermə əlaməti üzrə tövsif edilməsi üçün əzab vermə hərəkətləri müxtəlif vaxtlarda, yəni birinci və sonrakı hərəkətlər arasında müəyyən vaxt fasiləsi keçməklə törədilə bilər. Bu halda bütün əzab vermə hərəkətləri təqsirkarın vahid niyyətilə əhatə olunmalıdır. Belə niyyət təqsirkarda birinci əzab vermə hərəkəti törədilməzdən qabaq yaranmalıdır. Qabaqcadan əlbir olan bir qrup şəxsin əzab vermə əməlin törədilməsi barədə əvvəlcədən, yəni cinayət törədilənədək razılığa gələn iki və ya daha çox şəxsin iştirakı ilə keçirilir və bu halda qrupun hər bir üzvü cinayətin icraçısı qismində çıxış edir. Köməksiz vəziyyətdə şəxsə qarşı əzab vermə əməlin bütün halları onunla xarakterizə edilir ki, zərər- çəkmiş öz iradəsinə zidd və ya öz iradəsi əleyhinə düşdüyü vəziyyətdə müqavimət göstərmək imkanını tam və ya qismən itirir. Təqsirkar şəxs belə vəziyyətindən istifadə edib zərərçəkmişə əzab verir. İş materialında olan sənədlərə görə, 04 sentyabr 2021-ci ildə “New Life” qondarma reabilitasiya mərkəzi qanunsuz fəaliyyət göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanda müalicə alan şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmaq planını qurmalarına dair məlumat əldə edən mərkəzin faktiki rəhbərləri-Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də mərkəzin işçiləri-Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Şahid1 və İsrafil Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 sıra ilə evin ikinci mərtəbəsindən zirzəmisinə gətirib ilk öncə əl-qolları dəmir qandal və skoç-yapışdırıcı lentlərlə bağlanılıb köməksiz vəziyyətə salmaqla döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda uzun müddət ac-susuz saxlamaqla, təbii ehtiyaclarını görmələrinə şərait yaratmadan və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab vermişlər. Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və mərkəzin stajoru Sərxan Təqsirləndirilən şəxs5 törətdikləri Cinayət Məcəlləsinin 145.3-cü maddəsində nəzərdə tutulmuş qanunsuz azadlıqdan məhrum etmə cinayət əməlinin təhlilini apararkən, ilk növbədə qeyd edilməlidir ki, qanunsuz azadlıqdan məhrum etmə adam oğurluğu ilə oxşar cinayət olsa da, bəzi əlamətlərinə görə ondan fərqlənir. Belə ki, maddənin dispozisiyasında «adam oğurluğu ilə bağlı olmayan» ifadəsi həmin cinayət tərkibləri arasındakı fərqin sərhədini müəyyən edir. CM-in 145-ci maddəsi ilə cinayətin əsas obyektini hər kəsin Konstitusiyasının 28-ci maddəsi ilə təsbit edilən azadlıq hüququ təşkil edir. Əlavə obyekt kimi şəxsiyyətin həyatı və sağlamlığının təhlükəsizliyi ilə bağlı ictimai münasibətlər çıxış edir. Həmin cinayətdən zərərçəkmiş şəxs qismində yaşından, psixi vəziyyətindən və sair asılı olmayaraq istənilən şəxs çıxış edə bilər. Cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Şəxs başqasını onun iradəsi əleyhinə qanunsuz azadlıqdan məhrum etdiyini dərk edir və əməli törətməyi arzu edir. Cinayətin motivi müxtəlif ola bilər, lakin motiv əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Bu cinayətin subyekti cinayət törədənədək 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Qanunsuz azadlıqdan məhrum etmə cinayəti obyektiv cəhətdən insanı sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək, Azərbaycan ərazisindən kənara getmək azadlığından qanunsuz məhrum etmədə ifadə edilir. Şəxsin azadlıq hüququnun məhdudlaşdırılması qanuna uyğun tutulma, həbsə alma və digər cinayətprosessual məcburiyyət tədbirləri və ya azadlıqdan məhrum etmə yolu ilə həyata keçirilə bilər. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs1 oğlu 10 iyul 2021-ci ildə, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2 20 may 2021-ci ildə, Zərərçəkmiş şəxs4 27 avqust 2021-ci ildə, Zərərçəkmiş şəxs3 26 iyun 2021-ci ildə “New Life” qondarma reabilitasiya mərkəzi qanunsuz fəaliyyət göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanındakı, Şahid13 məxsus bağ evində müalicə almağa başlamışlar. Zərərçəkmiş şəxs2 10 iyun 2021-ci ildə artıq mərkəzdə qalmaq istəməyib müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmağa mərkəzdən qaçarkən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci ildə eyni məqsədlə mərkəzdən getmək istəyərkən, qabaqcadan əlbir bir qrup şəxs halında birləşmiş və mərkəzin faktiki rəhbərləri-Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcədə mərkəzin işçiləri- Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Şahid1 və İsrafil Hüseynov tərəfindən geri qaytarılıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilməklə məcburi qaydada arzu etmədikləri Binəqədi rayonu Novxanı bağ massivi 946a ünvanındakı dəmir qapısı açarla bağlı olan və pəncərələri dəmir məhəccərlərlə əhatələnmiş üç mərtəbəli bağ evində saxlanılmışlar. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 müalicə aldığı müddətdə mərkəzdən getmək istəyi onlarda yaransa da, sonuncular yalnız 04 sentyabr 2021-ci ildə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3lə birlikdə mərkəzdən qaçmaq planı həyata keçirmək istəmişlər. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 azadlıq hüququ 10 iyun 2021-ci ildən, Zərərçəkmiş şəxs3 azadlıq hüququ 28 iyun 2021-ci ildən, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 azadlıq hüququ isə 04 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırılmışdır. Qanunsuz azadlıqdan məhrum etmənin üsulları fiziki zor tətbiq etmə və yaxud belə zor tətbiq etməklə hədələmə, aldatma, etibardan sui-istifadə etmə və sair ola bilər. Fiziki zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin iradəsini qırmaq üçün onun özünə tətbiq oluna bilər. Qanunsuz azadlıqdan məhrum etmə cinayət əməli üzrə zərərçəkmiş şəxs bir halda olduğu evdə, mənzildə, bağ evində, nəqliyyat vasitəsində və sair öz arzusuna zidd olmaqla saxlanılır, digər halda isə məcburi qaydada arzu etmədiyi yerə salınır. Hazırki cinayət əməli zərərçəkmiş şəxlərin azadlıqdan məhrum edildiyini bildiyi andan başa çatmış sayılır. Beləliklə də, 04 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, habelə mərkəzin işçiləri olmuş təqsrləndirilən Təqsirləndirilən şəxs5 və qeyriləri tərəfindən zərərçəkmiş şəxslər-mərhum Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 silah qismində istifadə olunan boru və eləcə də əl-ayaq zərbələri ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə, onlar qanunsuz olaraq azadlıqdan məhrum edilmişlər. İş üzrə toplanmış mötəbər sübutlarla təsdiq edilmişdir ki, məhkum Zərərçəkmiş şəxs1 ölümü sonuncunun ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidinin sintetik analoqu olan heroin və metadonla kəskin zəhərlənməsi nəticəsində baş vermişdir. Lakin təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan sonuncunun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətləri əlamətinə malik olduqlarından dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlərin yetirilməsi cəmi ağır nəticələrə səbəb olmuşdur. Zərərçəkmiş şəxs1 qəsdən azadlığı məhdudlaşdırılıb biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli xəsarət yetirilərməsinə hüquqi qiymət verilərkən, həyat və sağlamlıq üçün zor tətbiq etmə hərəkətləri nəticəsində faktiki olaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır, az ağır və ya yüngül zərər vurularsa, əməl Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə nəzərdə tutulmuş həyat və sağlamlıq üçün zor tətbiq etmə hərəkətləri «digər ağır nəticələr» əlaməti üzrə tövsif edilməlidir. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmədə tədqiq edilmiş sübutlara əsaslanaraq hesab etmişdir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməlləri Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməlləri bu Məcəllənin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə tövsif edilməlidir. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndilən şəxslərin cinayət əməlləri onların hər birinin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, ifadələrin hadisə yerində yoxlanılması zamanı verdikləri ifadələri, ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və sonuncunun nümayəndəsinin ifadələri ilə, ibtidai istintaq və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, keçirilmiş ekspertiza rəyləri ilə, istintaq hərəkətləri protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər biri özlərini Cinayət Məcəlləsinin 192.1-ci maddəsi təqsirli bilməmələrini, qanunsuz sahibkarlıq nəticəsində xeyli miqdar olan 81021 manat gəlir əldə etməmələri, xərclərinin ittihamda göstərilmiş məbləğlərdən daha çox olmaqla gəlirin xeyli miqdardan aşağı olması; Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, habelə əlavə təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında, iki və ya daha çox şəxsə və köməksiz vəziyyətdə olan şəxslərə qarşı, işgəncə verməklə, adam oğurluğu ilə bağlı olmayan zərərçəkmişin ölümünə və digər ağır nəticələrə səbəb olmamaları, bu səbəbdən Cinayət Məcəlləsinin 133 və 145.3-cü maddələri ilə cinayət əməlləri törətməmələri barədə hər birinin məhkəmədə verdikləri ifadələrində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı mötəbər subutlarla təkzib edildiyini, təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin məhkəmədə mövqelərini təsdiq edən sübutları, rəsmi sənədləri və maliyyə arayışlarını təqdim etməmişlər. Eyni zamanda, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 zərərçəkmiş şəxslərə qarşı işgəncə verməklə törədilən əzab vermə cinayətlərini inkar etmələri, ağır nəticələrə səbəb olmaqla zərərçəkmişlərin qanunsuz azadlıqdan məhrum etmələrini inkar etmələri məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla tamamilə təkzib edilməklə, toplanmış sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 04 sentyabr 2021- ci ildə saat 12 radələrində Famil, İsrafil və Fərhad reabilitasiya mərkəzinə gedib növbəni Qənbər, Orucəli və Elvüsaldan təhvil almışlar. Saat 15 radələrində Famil ilk öncə Kamranı zirzəmiyə çağırmış. Famil ona, Kamran, Fuad, Hüseyn və digərlərin üsyan qaldıraraq qaçmaq istədiklərini demiş, bu səbəbdən Familin göstərişi ilə ilk Kamran zirzəmiyə çağırılmış, sonra Hüseyn, Fuad və Cahangir aşağı çağırılmış, Famil həmin şəxslərin əlini skoçt vasitəsi ilə arxadan bağlamış, Cahangir qaçmaq məsələsində aidiyyəti olmadığını bildirdiyindən Famil sərbəst onu buraxmış, həmin ərəfədə Muradın başqa məsələ ilə bağlı qolu skotçla Famil tərəfindən bağlanmış, Familin zəngindən sonra Orucəli, Elvüsal və Qənbər birlikdə həmin evə gələrək Hüseyn, Fuad, Kamran və Muradı boru, əl-ayaq və kəmərlə döyməyə başlamış, daha sonra isə Hüseyn birinci mərtəbədə olan pilləkənanın taxta tirindən Familin göstərişi ilə dəmir qandalla ayağı yerdən üzülmüş asılmış, həmin gün saat 22 radələrində Murad, Fuad və Kamranın qolu Familin göstərişi ilə açılmış, lakin Hüseyn isə asılı vəziyyətdə qalmış, Hüseyn ona və ətrafda olan hamıdan əlinin açılmasını xahiş etmiş, hətta Hüseyn su belə istəmiş və buna dözmədən Hüseynə su vermişdir. Hüseyn gecə boyu həmin yerdə asılı vəziyyətdə qalmış, Famil heç kimə Hüseynin asılı olduğu yerdən endirməsinə icazə verməmişdir. Növbədə olarkən Famil rəhbər şəxs olduğundan, sözündən heç kim çıxa bilməmiş, gecə növbədə olmuş və yatmamışdır. Gecə Hüseyn ondan və növbədə olanlardan qollarının açılmasını xahiş etmiş, 05 sentyabr 2021-ci ildə saat 06 radələrində yatmağa getmiş, səhər saat 12 radələrində Fərhad onu oyatmış və həyacanlı ona Hüseynin vəziyyətinin ölümcül olduğu, Cavidan və Vlad tərəfindən xəstəxanaya aparıldığını demişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs4 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 04 sentyabr 2021-ci ildə günorta vaxtı mərkəzə daxil olduqdan sonra Elvüsal Cavanşirlə,Orucəli isə Famillə söhbət etmişlər. Görmüşdür ki, Fuad, Hüseyn və Cahangirin əl-qolu skoçla bağlıdır. Sonradan bilmişdir ki, onların əllərini Turanla Vlad bağlamış, əl-qolu bağlı şəxslərlə söhbət etmişdir ki, mərkəzdən qaçmaq olmaz, müalicə lazımdır. Orada xəstələri qaçmağa sövq edən Hüseynə şlankla 4-5 dəfə vurmuşdur. Məhkəmədə tədqiq edilmiş və istintaqda müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs4 göstərmişdir ki, 04 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saat 11:30-da növbəni Famil və Fərhada təhvil vermişlər. Elvüsal və Orucəli işdən çıxıb evə gedən vaxtı saat 14 radələri olmuş, həmin vaxt Famil Orucəliyə zəng edib xəstələrdən bəzilərin qaçmaq fikri olması barədə məlumat vermiş, onlar həmin gün saat 15 radələrində yenidən evə gəlmişlər. Onlar evə Elgizə məxsus qırmızı rəngli “Volkswagen” markalı avtomobil ilə gəlmişlər və avtomobili Elvüsal idarə etmişdir. Evə çatanda qapını Fərhad açmış və mənzilə daxil olub zirzəmiyə düşən vaxtı Hüseyni, Fuadı, Kamranı əl və ayaqları bağlı vəziyyətdə yerdə görmüş, onların yanında Famil, Fərhad, İsrafil və Sərxan olmuş, X14 Hüseynin Fuad və Kamranla qaçmağa hazırlaşmağı barədə məlumat verdiyini demişdir. Onlar üçü gələndə Famil, Fərhad, İsrafil və Sərxan tərəfindən Hüseyn, Fuad, Kamran döyülmüşlər. Elvüsal sillə ilə Hüseynin üzündən vurub qaçmaq istəməsinin səbəbini soruşmuş, Hüseyn qaçmaq istəmədiyini demişdir. Bundan sonra əlinə şlanq alaraq təxminən 20 dəfə yanlarına və qarnına ardıcıl zərbələr endirmiş, sonra Orucəli də 10-15 dəfə Hüseynin bədən nahiyyəsinə zərbələr endirmiş, Hüseyni döymək üçün nazik və plasmas materialardan olan su borularından və qalın su şlanqından istifadə etmişlər. Hamı bir-birinin əlindən boru və şlanqı alaraq Hüseynə zərbələr endirmişlər. Kiminsə əlində şlanq və ya boru olmadıqda təpik və yumruqla Hüseynə zərbələr endirmişlər. Hüseyni özü Elvüsal Orucəli, Famil, Fərhad, İsrafil və Sərxan birgə döymüşlər. Onlar onu döyəndə Hüseyn “onu buraxmaq- larını, qaçmaq istəmədiyini” deyərək yalvarmış, lakin onlar onun səhvini başa salmaq üçün döymüşlər. Başçı Hüseyn olduğu üçün yalnız onu döymüşlər, digər iki şəxsi, yəni Fuad və Kamranı döyməmişlər. Bundan sonra Elvüsal, Fərhad və Famil dəmir qandallarıdan istifadə edərək Hüseyni əlindən evin birinci mərtəbəsinin pilləkanların taxta dirəyindən üzü pilləkana tərəf asmışlar, Fuad və Kamranı isə sərbəst buraxmışlar. Özü, Elvüsal və Orucəli evdən çıxıb getmişlər. Səhəri gün Elvüsal ona zəng edib Hüseynin ölməsi barədə məlumat vermiş, Famil, Fərhad, İsrafil və Sərxan, Elvüsal və Orucəli bakı şəhəri Yasamal rayonu ərazisində görüşmüşlər və hadisə barəsində məlumat vermək qərarına gəlmişlər. İstintaq zaman ifadə vermiş və məhkəmədə ifadələritədqiq edilmiş zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrində 04 sentyabr 2021-ci ildə saat 14:00 radələrində Famil, Sərxan, Fərhad və İsrafil onları qaraja (ərzaqların saxlanıldığı zirzəmi kimi işlədilən yer) endirmələrini, əl-ayaq ilə onların bədəninin müxtəlif yerlərinə zərbə endirərək müqavimətlərini qırmalarını, sonra Familin göstərişi əsasında İsrafil, Fərhad və Sərxan ilk əvvəl dəmir qandalla, sonra qandalın üzərində skoç yapışdırıcı ilə əlləri və ayaqları bağlamları və yerə uzatdıqlarını, həmin vaxt qaraja mərkəzin rəhbəri Orucəli, Elvüsal, Qənbərin daxil olmalarını, onlar yerdə bağlı olanda Qənbər əlinə plastmas boru almaqla onların baş, ayaq, kürək və qarın nahiyələrinə zərbələr endirməsini, həmin vaxt Qənbər, Famil və İsrafilin Hüseyni daha çox döymələrini, döyülmə prosesi təxminən 02 saat davam etdiyini, saat 16 radələrində Familin göstərişi ilə Hüseynin Sərxan və İsrafil tərəfindən qarajdan birinci mərtəbəyə qalxan pilləkənin taxta tirindən qandalla asıldığını, 05 sentyabr 2021-ci ilin təxminən 01 radələrinə kimi onlar bağlı vəziyyətdə qalmışlar və həmin vaxt onlara yemək və su verilməmişdir. 05 sentyabr 2021-ci ildə saat 01 radələrində Familin göstərişi ilə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 əlayaqlarını açıldığını, Hüsen isə pilləkənin taxta tirindən bağlı vəziyyətdə qalmışdır. Qeyd olunanlardan görünür ki, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri onların barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmədə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 04 sentyabr 2021-ci ildə nahar fasiləsindən sonra növbə rəisi olan Familin göstərişi ilə ‘‘konsultanski’’ adlanan yerə girib orada kameraları müşahidə etmişdir. Bu vaxt “Yat komandası” verildiyindən müalicə alanlar gündüz yuxusuna getməli idilər. “Konsultanski” otaqında oturduğu zaman “rezident”lərdən, yəni müalicə alanlardan biri Fərhad otağa gəlib 4-5 nəfərin qaçmaq istədiyini bildirib vərəqdə həmin şəxslərin yazılmış adlarını Familə vermişdir. Onların adları Hüseyn, Fuad, Kamran və Cahangir olmuşdur. Həmin şəxslərin bir-bir “kurilkaya” gətirilməsinə dair göstərişi Famil vermiş, həmin şəxslərlə Famil söhbət etmiş, sonra onları döymüşdür. Famil “kurilkaya” endirilən şəxsləri şapalaqla vurmuş, Famillə yanaşı İsrafil də vurmuşdur. Sərxan 1-2 dəfə yumruqla vurmuşdur. Bu şəxslərin döyülməsinə səbəb onların mərkəzdən qaçmaq planı olmuş, 01 saatdan sonra Orucəli, Elvüsal və Qənbər mərkəzə gələrək, müalicə olunan şəxslərin döyülməsində iştirak etmişlər. Zərərçəkmiş şəxs1 asıldığı qandal “konsultanski” otaqda şkaf siyirməsində olmuş, Famil siyirmədən qandalı götürüb kurilkaya aparmış, lakin “konsultanski” otağının içində olduğu üçün, Hüseynin qollarına qandal vurulmağını görməmişdir. Orucəli, Elvüsal və Qənbər 01 saat mərkəzdə qaldıqdan sonra çıxıb getmişlər. Sonra isə Famil Fuad, Kamran və Cahangiri buraxmış, lakin Hüseyn əli qandallı pilləkəndən asılı qalmışdır. Ertəsi “konsultanski” otaqda kameradan baxdıqda Hüseyinin pilləkənə əli-qolu bağlı olduğunu, özündən getdiyini görüb Familə demişdir. Familin göstərişi ilə Hüseynin əl-qolu açılmış, yerdəki matrasa uzadılmış, Famil kiməsə həkim çağırtmış, həkim Hüseynin nəbzini yoxlamış, süni işıqla göz bəbəyinə baxmış və təcili xəstəxanaya aparılmasını bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 4 sentyabr 2021-ci ildə nahar fasiləsindən sonra yatmağa getmiş, yerində uzandığı vaxt növbədəki Təqsirləndirilən şəxs3 digər yataq otağında qalan Muradı, Fuadı, Kamranı, Hüseyni qaldırıb aşağı endirmiş, aşağı mərtəbədə Familgilin qışqırtı səsləri, Murad, Hüseyn, Fuad və Kamranın döyüldüklərindən qışqırıq səsləri eşitmiş, bu vaxt rezident olan Cahangiri yataq otağından aşağı Famil çağırmış, bir azdan Cahangirin də qışqırıq səslərini eşidərək anlamışdır ki, onu da döyürlər. Həmin vaxt mərkəzə gəlmiş Famil, Orucəli, Vüsal və Qənbər rezidentlərin üzərinə qışqırıb söyərək onların döyülməsinə qoşulmuşlar. Ən çox qışqırıb söyən Qənbər olmuş, saat 16:30 radələrində Famil yataq otaqları olan mərtəbəyə gələrək, onları aşağı siqaret çəkməyə aparmış, pilləkanlara əlləri qandallanmaqla asılan Hüseyni görmüş, 1-ci mərtəbədə əlləri skoç yapışqanla bağlanmış Fuadı, Muradı və Kamranı görmüşdür. Axşam saat 22 radələrində Fuad, Murad və Kamranın əlləri açılmış, onlar hamı ilə axşam yeməyini yemiş, lakin Hüseyn səhərə kimi ac və susuz, qolları qandalla bağlanmaqla pilləkənlərdə asılı qalmışdır. Hətta yatmağa getdikdən sonra da Hüseyni səhərə kimi ağrıdan sızıldamasını eşitmişdir. 05 sentyabr 2021-ci ildə səhər yeməyində olarkən hansısa səbəbdən Hüseynin qolu açılmış, Hüseyn yerə oturduqdan bir az sonra Famil və Fərhad onun qollarının açıldığını görüb Hüseynin vəziyyətinin pis olmasına baxmadan yenidən qollarını pilləkanlara bağlamışlar Özü və digər rezidentlər məşğələlərdə olarkən, təxminən bir saatdan sonra aşağıdan səs-küy gəldiyini, sonra Orucəlinin “tez aparaq bunu” dediyini eşitmiş, bir az sonra personaldan Sərxan onların olduğu mərtəbəyə gəlib Hüseynin xəstəxanaya aparıldığını, hamının mərkəzin digər binasına getməli oluğunu demiş, sonra Sərxanla İsrafilin dərhal evdə olan kamera yaddaşlarını söküb çıxartdıqlarını görmüşdür. Məhəmədə dindirilmiş Şahid41 ifadəsində göstərmişdir ki, qardaşı Mirhəbib 05 sentyabr 2021-ci ildə evə gəlib mərkəzdə Hüseyn adlı şəxsin döyülərək öldürüldüyünü demişdir. Qardaşı hadisənin təsiri altında olmuş, ona demişdir ki, Hüseyni döyə-döyə öldürmüşlər. Hətta Hüseynə su istədiyindən suyu verə bilməmiş, döyülməsini görməsə də, qışqırıq səslərini eşitmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci ildə səhər yeməyini yeyərkən zirzəmidən ‘‘taqqıltı” səsi gəlmiş, növbədə olan qrup rəhbəri Famil uşaqlara məşğələlərin keçirilməsi üçün 3-cü mərtəbəyə qalxmalarını tapşırmış, Rüstəm adlı oğlanla yeməkxana naryadı olduğundan orada qalmışdır. Baş qarışıq olduğundan aşağı düşən vaxt “kurilka”da Hüseyni arxası üstə çarpayıda uzadıldığını və ağzına bağlanmış skoçun çənəsinə doğru açıldığını görmüşdür. Famil Hüseynə köməklik etməyə çalışmış, bıçaq gətirib skoçu kəsmişdir. Hüseyn nəfəs almaqda çətinlik çəkmiş, qazaxlı olduğundan yerlisi kimi süni nəfəs vermiş, lakin vəziyyəti ağır olduğundan Familə təcili həkim çağırmağı tapşırmış, Famil Orucəli ilə danışıb Hüseynin vəziyyətinə dair məlumat vermiş, 30-40 dəqiqədən sonra 40-45 yaşlarında sarı saçlı tibb işçisi gələrək Hüseyni müayinə edib Familə xəstənin vəziyyəti çox pis olmasını, tez xəstəxanaya aparılmasını demiş, bir saatdan sonra Hüseyni xəstəxanaya aparmışlar. Famil həyəcanlı halda telefonla danışaraq tez-tez siqaret çəkmişdir. Məhkəmədə dindirilmiş Şahid49 verdiyi ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci ildə axşam vaxtı qardaşı ona tanımadığı bir nömrədən zəng edərək bildirmişdir ki, taksi ilə məhəlləyə gəlmiş, çıxıb taksinin pulunu ödəsin. Küçəyə çıxıb taksinin pulunu ödəyib qardaşı Bədiri evinə aparmış, Bədir pis gündə olaraq bildirmişdir ki, mərkəzdə bir nəfər adam ölmüş, ona zülm vermşlər. Qardaşının bədəni kəsik-kəsik olmuş, Bədir ağlayıb demişdir ki, “sən məni hara gətirmisən”, həmin mərkəzdən qaçmaq istədiyinə görə Orucəli, Elvüsal, Famil və Qəmbər onu döyüblər. Bədir bu dörd nəfərin adını çəkmiş, lakin Sərxanın adını çəkməmişdir. Bədir onu döyən şəxslərin onu tualetdəki boru ilə döymələrini bildirmiş, hətta dəmir çarpayının boltlarını udmuşdur ki, özünə qəsd etsin. Məhkəmədə dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin heç birini tanımır. Zərərçəkmiş şəxslərdən yalnız mərhum Zərərçəkmiş şəxs1 görmüşdür. AF otelində həkim işləyir. İxtisasca həkim-qinekoloqdur. Buna baxmayaraq oteldə ümumi həkim kimi fəaliyyət göstərir. Otelin meneceri Sevinc xanımın həyat yoldaşı Rəşid 05 sentyabr 2021-ci ildə saat 10 radələrində ona zəng edərək, mərkəzdə bir xəstənin olduğunu bildirərək ona baxmaq lazım olduğunu demişdir. Rəşid xəstənin ürək nahiyəsinin ağrıdığını, ilkin tibbi yardım göstərməyin vacibliyini demişdir. Dərhal həkim olduğu üçün, ilkin tibbi yardım üçün olan dərman preparatlarını özü ilə götürərək Rəşidin idarə etdiyi avtomobillə tanımadığı ünvanda olan 3 mərtəbəli evə aparmış, evin həyətinə daxil olduqda qarajında, ərzaq saxlanılan yerdə matrasın üzərində Zərərçəkmiş şəxs1 uzanıqlı, hüşsuz olduğunu görmüş, Hüseynin sol göz və sol qulaq nahiyələrində, qarnının alt nahiyyəsində hemotomalar müşahidə olunmuşdur. Hüseyni görən kimi dərhal onun nəbzinin yoxlamış və onun nəbzinin vurduğunu hiss etmiş, onun burun nahiyəsinə naşatir spirti iylətmiş, lakin naşatir spirti iylətsə də və ona ürək masajı etsə də özünə gəlməmiş, dərhal Hüseynin xəstəxanaya aparmaqlarını bildirmişdir. Həmin vaxt ətrafdakı şəxslərin köməkliyi ilə Hüseyn Rəşidin avtomobilinə əyləşdirilmiş və xəstəxanaya aparılmışdır. Zərər çəkmiş şəxslər mərkəzə qohumları tərəfindən yerləşdirilsə də, onların konstitision hüququ olan azadlıq hüquqları təqsirləndirilən şəxslər tərəfindən pozulub zərərçəkmiş şəxslərin mərkəzi tərk etmək istəməsi onların hüquqları olduğu halda, onlara qarşı fiziki zor tətbiq edilmiş, azadlıqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmədə müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs5 asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs5 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Göstərilənlərdən əlavə, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə cinayət əməllərini törətməkdə təqsirləri özlərinin ibtidai istintaqda və məhkəmədə verdikləri qismən etirafedici ifadələri ilə yanaşı; ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş çoxsaylı şahid ifadələri ilə; baxış, götürmə, axtarış, müayinə, üzləşdirmə və başqa istintaq hərəkətlərin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş başqa mötəbər sənədlərlə subuta yetirilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi cinayət işinin bütün istintaq materiallarını hərtərəfli, tam, obyektiv tədqiq etməklə mötəbər və mümkün sübutlara əsaslanaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda gəlir əldə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olaraq aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda gəlir əldə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, qabaqcadan əlbir bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirməklə işgəncə ilə müşayiət edilən əzab vermiş, qabaqcadan əlbir bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən; Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs3 Məmmədqulu oğlu qabaqcadan əlbir bir qrup şəxs qismində xeyli miqdarda gəlir əldə etməklə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyata (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, eyni ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkar şəxsdən asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd edilən əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli; Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olaraq aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində isə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur; Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olaraq aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir bir qrup şəxs halında təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah kimi istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən; Zərərçəkmiş şəxs4 yüngül dərəcəli; Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara qiymət verməklə hesab etmişdir ki, toplanmış sübutlar mötəbər və mümkün olmaqla təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləri toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 özlərini təqsirli bilməmələri və onlara bəraət verilməsi barədə özlərinin ifadələrində və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillərin özlərinin ibtidai istintaqda və məhkəmədə faktiki olaraq mahiyyəti üzrə verdikləri etirafedici ifadələri ilə yanaşı; ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər, zərəçəkmiş şəxsin hüquq varisinin, çoxsaylı şahidlərin ifadələri ilə; məhkəmə baxışında onunla şahidlərin arasında keçirilmiş çarpaz dindirmələrlə; digər təqsirləndirilən şəxslərin bir-birinə qarşı və şahidlərin onlara qarşı verdikləri ifşaedici ifadələri ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan edilib tədqiq olunmuş digər çoxsaylı mötəbər sübutlarla tam təkzib edildiyini nəzərə alaraq, təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələrində irəli sürdüyü dəlilləri yalnız özlərini müdafiə etmə xarakterli və məsuliyyətdən yayınmaq məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə əsasən, şübhəli şəxs və ya təqsirləndirilən şəxs ifadə və izahat vermək, özünə və yaxın qohumlarına qarşı ifadə və izahat verməmək və ya ifadə(izahat) verməkdən imtina etmək, onun haqqında irəli sürülən ittihama dair ifadə və izahat vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə bilavasitə ona dəlalət edir ki, şübhəli və ya təqsirləndirilən şəxslər istədiyi kimi öz müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdirlər, yəni ifadə və izahat vermək və ya ifadə və izahat verməkdən imtina etmək və hər hansı bir məzmunda ifadə vermək onların vəzifələri deyil, hüququdur. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 verdikləri ifadələrini toplanmış çoxsaylı digər mötəbər sübutlarla əlaqəli tədqiq etməklə hesab edir ki, onların ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə təqsirli bilindikləri maddələrlə nəzərdə tutulmuş cinayətləri törətmələrinə şübhə yarada biləcək hər hansı hal müəyyən edilməmiş, onların verdikləri və mötəbər sübutlara əsaslanmayan ifadələri ittihamı təkzib edən sübutlar kimi qəbul edilə bilmədiyindən, həmin ifadələrində özlərinin müdafiəsi üçün irəli sürdükləri dəlillərə istinad edib qurduqları müdafiələri təqsirli bilindikləri cinayətləri törətmələrini istisna etmədiyi və işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən, həmin hissədə özlərinin ifadələrində irəli sürdükləri dəlillər yalnız cinayət məsuliyyətindən yayınma kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət işi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Aparılmış yoxlama prosesində cinayət təqibi üzrə toplanmış sübutlar ayrı-ayrılıqda təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlləri Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 cinayət əməlləri Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs4 əməlləri Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri və Təqsirləndirilən şəxs5 əməlləri Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə düzgün tövsif edildiyindən və onlar həmin cinayət əməllərini törətməkdə təqsirli olduqlarından qanunun tələblərinə uyğun cəzalandırılmalıdırlar. Beləliklə də, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla və tədqiq olunan sübutların toplusuna məcmusu halında qiymət verməklə hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə cinayət əməlləri törətmələri toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq edilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 192.1,133.2.1,133.2.3,133.2.4,133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 192.1,133.2.1,133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs4 barəsində Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3,133.2.4, 133.2.6 və 145.3-cü maddələri və Təqsirləndirilən şəxs5 barəsində Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə bəraət hökmünün çıxarılması barədə onların müdafiəçiləri və özləri tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən, toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini nəzərə alaraq hesab edir ki, verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər toplanmış sübutlara əsaslanmadığından və onların subyektiv mülahizələri kimi qiymətləndirilməklə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 əməllərinin Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 192.1,133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməllərinin Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4,133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs4 əməllərinin Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri və Təqsirləndirilən şəxs5 əməllərinin Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə tövsif edilməsi və onların həmin maddələrlə təqsirli bilinmələri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hər birinin əməlinin tövsif edilməsi və ya onlara bəraət verilməsi barədə hər hansı əsas tapmır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, onların hər birinə həmin maddə ilə cəza təyin edilməməlidir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlər 07 may 2021ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində həmin təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrində göstərilir ki, cinayətin törədildiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz - böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət əməlini törətdikdə, hər bir cinayətə görə müddətlər müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15-ci maddəsinə görə təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid olduğundan, həmin Məcəllənin 75.1, 75.1.1 və 75.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayəti törətməkdə təqsirli bilinib hər birinə cəza təyin edilməməlidir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü həmin hissədə dəyişdirilməli, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 192.1-ci maddəsinə münasibətdə cəza təyin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin Qərarı 13 dekabr 2023-cü il tarixdə qəbul olunmaqla qüvvəyə minmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə bəraət verilməsi barədə verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini və cinayət işinin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq, barələrində bəraət hökmü çıxarılması barədə apellyasiya şikayətləri təmin edilməməlidir. Digər tərəfdən, məhkəmə kollegiyası cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslərə daha ağır ittiham verilməsi üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə verilmiş apellyasiya şikayətinin dəlillərini də əsassız hesab etməklə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına, ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və yaxud məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılmasına işin ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikasının Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və həmin cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Azərbaycan Respublikiasının Konstituisya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli qərarına əsasən, Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına əsasən, məhkəmə baxışında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi əvvəlki ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair müvafiq protest olduğu halda, işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 əməlini Cinayət Məcəlləsinin 192.1, 133.2.1,133.2.3,133.2.4,133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərini Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməllərini Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 əməllərini Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri və Təqsirləndirilən şəxs5 əməllərini Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə tövsif etməklə, təqsirləndirilən şəxslərin hər birinə ayrı-ayrılıqda təqsirli bilindikləri maddələrinin sanksiyasının həddində müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmalarını məqsədə müvafiq və zəruri hesab etmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 133.2.1,133.2.3,133.2.4,133.2.6 və 145.3-cü maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirli bilindikləri maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalət prinsipinə uyğun cəza təyin edilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizələrini məhkəməyə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Təqsirləndiridlən Təqsirləndirilən şəxs2 1-ci dərəcəli dövlət qulluqçusu olaraq fəxri fərmanlarla mükafatlandırılmışdır. Təqsirləndirilən şəxs4 2012-ci ildə əsgər yoldaşının silahından açılmış atəş nəticəsində yaralanmış, döş qəfəsin sağ yarısından dəlib keçən sağ əlinin 2-ci barmağını dəlib keçən güllə yarası almış və İİ dərəcəli əlildir. Məhkəmədə tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 109 nömrəli 17 yanvar 2022ci il tarixli rəyinə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs4 epizodik kannobiodilərindən və perqabalin preparatlardan qeyri-tibbi məqsədlərlə istifadə etməsi nəticəsində məcburi müalicəyə ehtiyacı vardır. Lakin, onun 2-ci dərəcəli əlil olması nəzərə alınaraq, ona narkomaniya xəstəliyindən müalicəyə ehtiyacı olan şəxs kimi ona tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini hazırda cəza çəkdiyi müəssisənin tibbi xidmətin tövsiyəsti əsasında tətbiq edilməsini mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi cəza məsələsini müzakirə edərkən hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs3 himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqların olması, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslərə barışdıqları təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər–Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təyin ediləcək cəza məsələsini müzakirə edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə görə törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətləri törətməkdə hər birinin iştirakçılıq dərəcəsini, onların şəxsiyyətini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, ədalət prinsipini və sosial ədalətin bərpasını, islah olunmalarını, onlar və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini və ailələlərinin həyat şəraitinə təsirini nəzərə almışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər– Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təyin olunacaq cəzanın növünun və həddinin müəyyən edilməsi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cəzanın ədalətli olması, yəni cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayəti törətməkdə hər birinin iştirakçılıq dərəcəsini, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması mühüm əhəmiyyət kəsb edir. Göstərilən Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin olunarkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə uyğun olaraq, yəni məhkumdan əvəz çıxmaq və yaxud ondan qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda isə, «ədalət prinsipi» zərərçəkmiş şəxsə qarşı qayğının və diqqətin, təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza hökmlə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayəti törətməkdə təqsirli hesab olunan şəxsə tətbiq edilir və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və yaxud onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və onlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təyin olunan cəza CM-nin 8-ci maddəsinə əsasən, cinayətin xarakterinə və törədilməsi şəraitinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «İnsan Hüquqlarının və X19 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər bir kəs hüquq və vəzifələri müəyyən edilərkən və ona qarşı ittiham irəli sürülərkən, qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə əsasən, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmamış, məhkumları islah etmək, onları tərbiyələndirmək, həmçinin yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə də, birinci instansiya məhkəməsi törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəzalarıını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, hər birinin şəxsiyyətini, habelə hər birinə təyin olunacaq cəzanın islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab etmişdir ki, hər birinə təqsirli bilindiyi maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edə bilər. Nəticədə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər–Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən, hər birinin barəsində cəza təyin etmənin ümumi prinsiplərini özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq normalarına əməl etmiş və «Məhkəmələr tərəfindən cinayət cəzaların təyin olunması təcrübəsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 nömrəli 25 iyun 2003-cü il tarixli Qərarının tövsiyyələrini nəzərə almaqla, hər birinə qanunvericiliyin tələblərinə uyğun ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qanunvericiliyinin tələblərinə uyğun cəzanın təyin edilməsi ilə bağlı gəldiyi nəticə toplanmış və tədqiq olunmuş subutlara əsaslanır. Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları Cinayət Məcəlləsinin 192.1-ci maddəsi həmin Məcəllənin 15.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər; Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər və Cinayət Məcəlləsinin 145.3-cü maddəsi həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, ağır cinayətlər sırasına aiddir və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər azadlıqdan məhrum etmə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Eyni ilə təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 onların hər birinə təyin edilən azadlıqdan məhrum etmə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti məhkəmə tərəfindən onlara təyin edilmiş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə onlara azadlıqdan məhrum etmə cəza təyin etdikdə, cəzaçəkmə müddətinin əvvəlini onların tutulduğu andan, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 08 sentyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəzasının əvvəli 07 sentyabr 2021ci ildən, Təqsirləndirilən şəxs4 cəzasının əvvəli 06 sentyabr 2021-ci ildən və Təqsirləndirilən şəxs5 cəzasının əvvəli 29 aprel 2022-ci ildən hesablamalıdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi müsadirə olunmalı olan əmlak məsələsini də müzakirə edərkən nəzərə almışdır ki, Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Qanunun 99-1.2-ci maddəsinə əsasən, məhkəmələr hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsinin tələblərinə əsasən, məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrinin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) birbaşa məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmamış, bir hissəsi Təqsirləndirilən şəxs2 adına qeydiyyatdan keçmiş və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Rafiq İsgəndərov küçəsi ev 02, 41 saylı mənzilin və Təqsirləndirilən şəxs1 adına rəsmi qeydiyyatda olan “Chevrolet Cruze” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq dövlət nəfinə müsadirə edilməlidir. Digər tərəfdən, birinci instansiya məhkəməsi maddi sübut məsələsini müzakirə edərək hesab etmişdir ki, cinayət işi üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan “NEW LİFE” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 946a nömrəli ünvanda yerləşən Şahid13 məxsus bağ evinə baxış zamanı aşkar olunmuş çoxlu sayda “NEW LİFE” Reabilistasiya Mərkəzinə məxsus vizitkartlar, üzərində Elşad 1 ay, Elşad 2 ay, Elşad 6 ay sözləri yazılmış 3 ədəd açıqca, bir ədəd N23122 saylı bir ədəd satış çeki, müştəri Təqsirləndirilən şəxs2 adı qeyd edilmiş bir ədəd qəbz, 06 vərəqdən ibarət 02 iyun 2021-ci il tarixli təhvil-təslim aktı, məlumat vərəqəsi, nisyə alqı-satqı müqaviləsi, nisyə satış müqaviləsi, təhvil-təsilm aktı, zəmanət talonu, Azərbaycan və rus dilində olan, narkomaniya ilə mübarizə barədə mətnləri özündə əks etdirən 3 ədəd A4 vərəqi, üzərində müxtəlif məbləğləri, müxtəlif tarixləri əks etdirən əlyazma olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif meyvə və tərəvəz məhsullarının adlarını əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif rəqəmləri əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif adları əks etdirən əlyazma olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif meyvə, tərəvəz məhsulları və məişət ləvazimatlarının adlarını əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, cədvəl formasında müxtəlif şəxslərin adları və adların qarşısında tarixləri, rəqəmləri əks etdirən kompüter vasitəsilə yazılmış iki ədəd A4 vərəqi, üzərində müxtəlif şəxslərin adlarını əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, Azərbaycan dilində olan narkomaniya ilə mübarizə barədə mətnləri özündə əks etdirən 01 ədəd A4 vərəqi, narkomaniya ilə mübarizə mövzusunda keçirilən tədrislə bağlı olan 04 ədəd kiçik, 01 ədəd böyük dəftərlər, məzmunu rus dildə, üzərində “tolka seqodnya” yazısı olan, məzmunu rus dilində, üzərində “narkotics anonymous” yazılı məzmunu rus dildə, üzərində “İ.S.Turqenev/sobranie soçineniy” yazılı məzmunu rus dildə, üzərində “Rustam İbraqimbekov/solneçnoe spletenie” yazısı olan və məzmunu azərbaycan dilində, üzərində “İslam və digər dinlərə ümumi baxış” yazısı olan 05 ədəd kitab, məzmunu rus dilində üzərində “Kukovodstvo k rabote po Şaqam v Anonimnıx Narkomanox” yazılı jurnal və çoxlu sayda ağ rəngli Neylon Kabel bağları yazılı sığaclar (qandal kimi istifadəsi nəzərdə tutulan), müxtəlif məhsulların alınmasına və ödənilmiş pullara dair yazıları özündə əks etdirən bir ədəd dəftər, komputer (bir ədəd “Sony” markalı sistem bloku, klaviatura, siçan, ekran), bundan başqa “NEW LİFE” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi 559 ünvanında olan X47 məxsus bağ evinə baxış zamanı aşkar olunmuş 01 ədəd domofon, 01 ədəd Xiaomi markalı mobil telefon, 01 ədəd “iPhone” markalı mobil telefon, üzərində “Fenzepin (phenzepin)” sözləri yazılmış bir ədəd listin içindəki bir ədəd dərman həbi, 15 AZN pul əksinazı, üzərində Əliheydərov Oruc və “New life” reabilitasiya mərkəzi yazılı çoxlu sayda vizitkartlar, üzərində rezident, personal və stajorların adlı siyahısı olan bir ədəd əlyazma, üzərində X71 mərkəzi sözü yazılı çoxlu sayda vizitkartlar, üzərində Elşad sözü yazılmış, içində müxtəlif yazılar olan, göy rəngli açıqca, iki ədəd şəffaf rəngli istifadə edilməmiş skotç yapışıdırıcıları, sınmış vəziyətdə qara rəngli dəmir dəyənək 72 sm uzunluğunda, açıq qəhvəyi rəngli taxta uzunluğu 9 metr, xaki rəngli, parça materialdan toxuma kəmər, uzunluğu altı metr, qırmızı rəngli ip(kəndir), istifadə edilmiş şəffaf rəngli skotç yapışıdırıcıları, məzmunu Azərbaycan dilində olan, MedCenter tərəfindən verilmiş Təqsirləndirilən şəxs3 “Psixoloq” kursunu bitirməsi ilə bağlı təltif edilməsinə dair 31 yanvar 2021-ci il tarixli sertifikat, məzmunu rus dilində, Təqsirləndirilən şəxs3 psixoloq kursunu bitirməsinə dair 000490 saylı Sertifikat, məzmunu rus dilində Təqsirləndirilən şəxs1 psixoloq kursunu bitirməsinə dair iki ədəd sertifikat, üzərində “Document Frame” yazılı A4, “Blofeng” markalı 3 ədəd səyyar radio vasitəsi (ratsiya) və 2 ədəd şarj aləti, bundan əlavə mərhum Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı əynindəki ağ zolaqlı tünd göy rəngli və yaxası düyməli, qısa qol yay köynək, qara rəngli idman şalvarı, ağ rəngli trusi, paltarlar üzərində aşkar olunmuş 3 ədəd əlyazma, eləcə də Təqsirləndirilən şəxs4 anası Şahid15 tərəfindən könüllü olaraq təqdim olunmuş “Samsung Galaxy A20s” markalı mobil telefon Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin 28 aprel 2022-ci il tarixli qərarı ilə hazrki cinayət işindən ayrılmış cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə ekspertiza xərcləri olan 317 (üç yüz on yeddi manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tutulub Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 192.1,133.2.1,133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Həmin Məcəllənin 192.1,133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri, Təqsirləndirilən şəxs4 həmin Məcəllənin 133.2.1, 133.2.3,133.2.4,133.2.6 və 145.3-cü maddələri və Təqsirləndirilən şəxs5 həmin Məcəllənin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını ağırlaşdıran halın olmamasını, lakin cəzalarını yüngülləşdirən halların olmasını, şəxsiyyətlərini, təyin ediləcək cəzanın hər birinin islah edilməsinə və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, verilmiş apellyasiya şikayətləri toplanmış sübutlarla ziddiyyət təşkil etdiyindən və cinayət işinin faktiki hallarına uyğun olmadığından təmin edilməməli və məhkəmənin 08 avqust 2023-cü il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8, Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi5, təqsirləndirilən Təqsirləndirilən şəxs4 və müdafiəçiləri - Müdafiəçi10 və Müdafiəçi9 tərəfindən birlikdə verilmiş, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1; zərərçəkmiş şəxsin hüquqi varisi X46, onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli; birinci instansiya məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə dəyişdirilməli; Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, onların hər birinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəza təyin edilməməli və məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, təqsirləndirilən şəxslərin hər birinin cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 01 ay müddətinə endirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-cü maddəsinin tələblərinə əsasən, məhkuma təyin olunmuş cəzanın törədilmiş cinayət əməlinin ağırlığına və yaxud məhkumun şəxsiyyətinə uyğun olmaması məhkəmə hökmünün dəyişdirilməsi üçün əsasdır. Göstərilən Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və ya yüngüllüyünə görə açıqaydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.1-ci maddəsinə əsasən, təyin edilən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab etdikdə və ya cəzanı yüngülləşdirdikdə, apellyasiya məhkəməsi məhkəmə hökmünü dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8, təqsirləndirilən Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi5, təqsirləndirilən Təqsirləndirilən şəxs4 və müdafiəçiləri-Müdafiəçi10 və Müdafiəçi9 tərəfindən birlikdə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1; zərərçəkmiş şəxsin hüquqi varisi X46 və nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü təqsrləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə dəyişdirilsin. Təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respub- likası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublika- sının Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respub- likası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsrləndirilən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə ona təyin olunmuş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə, onun üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin olunmuş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə, üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 təqsirli bilindiy Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin olunmuş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə, onun üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar