Məhkəmə qərarları › İş №1(103)-66/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-66/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-66/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 İlham oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) 24 may 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı il tarixdə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs faktiki saxlanıldığı və tutulduğu 01 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə Ağa adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq hər bükümə görə 20 manat gəlir əldə etmək müqabilində Ağa adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 01 may 2021-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Şəki restoranının yaxınlığında ağacın altına şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda 5,296 qram narkotik vasitə heroin və külli miqdarda 5,479 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlayıb ünvan 2 ünvana qədər daşımış, həmin tarixdə saat 23:30 radələrində qeyd edilən ünvanda piyada hərəkət edərkən onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 127 №-li binada yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən bir ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 5,479 qram olan, ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-cu il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmü ədalətsiz, heç bir sübuta əsaslanmayan hallara istinad edilməklə, prossesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İstər ibtidai araşdırma orqanı, istərsə də məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırılmasına, həqiqətin müəyyən edilməsinə nail olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-600/2022 saylı cinayət işi üzrə ibtidai istintaq zamanı toplamış materialları məhkəmə araşdırması zamanı kifayət qədər ətraflı və diqqətlə araşdırmış, araşdırma zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham birmənalı olaraq öz əksini tapmamış, ittiham tərəfinin sübut kimi təqdim etdiyi və təqsirləndirilən şəxsin guya cinayət əməllərini sübuta yetirməli olan heç bir hal onun əməllərində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş heç bir maddənin tərkibi sübuta yetirilə bilməmişdir. Məhkəmədə ifadə verən, təqsirləndirilən şəxsin guya əməliyyat hərəkətlərində iştirak etdiyini bildirən Nizami RPİ-nin CAŞ-nin əməkdaşlarının ifadələri ilə ibtidai istintaq zamanı verdikləri ifadələr uyğunsuzluq təşkil etmişdir. Belə ki, şahid qismində ifadə verən polis əməkdaşları Şahid2 və Şahid1 təqsirləndirilən Təqsirləndirilən şəxs saxlayarkən əməliyyatda iştirak etdiklərini bildirsələr də, əməlliyyatın hansı şəraitdə, havanın və ümumiyyətlə əməliyyat zamanı saatın təxmini vaxtlarını qeyd edə bilməmiş, qeyd etdikləri hallar isə istintaq materialları ilə uyğun gəlməmişdir. Əməliyyat şəraitini qiymətləndirməli olan polis əməkdaşları təqsirləndirilən şəxsi aydın, sakit havada tutduqlarını, təqsirləndirlən şəxsin qaçmağa imkanı olmadığını bildirsələr də iş üzrə şahid qismində dindirilmiş Nuriyev Ramil ifadəsində təqsirləndirilən şəxsin saxlanılma vaxtını saat 19:30 radələri göstərmiş və ifadəsində qeyd etmişdir ki, o mülki geyimli şəxslərdən qaçmağa çalışmış, bu zaman hava yağışlı olduğundan ayağı sürüşərək yıxılmışdır. İfadələr tamamilə ziddiyətlidir, Milli Hidrometeorologiya Xidmətindən xx.xx.2021-ci il tarixinə vermiş olduğu hava haqqında məlumatda da həmin gün Bakı şəhərində havanın tutqun və yağmurlu olması öz təsdiqini tapmışdır. “MediaPost" saytının https://www/youtube.comwaych?v Yh7hGif5XdU linkində xx.xx.2021-ci il tarixinə hava haqqında məlumatlar göstərilmişdir. Şahid qismində ifadə yerən X8 məhkəmə istintaqına gətirilə bilməmiş, onun ifadəsi ilə digər şahid ifadələri arasında kəskin ziddiyyətlər aşkar edilmiş, istintaq zamanı təqsirləndirlən şəxslə iş üzrə yeganə bitərəf şahid hesab edilə biləcək həmin şəxslə üzləşdirmə keçilrilməmişdir. Onun ifadəsi ittaham yönümlü olmaqla bərabər, həm də reallıqdan uzaq, törədilməkdə ittiham edilən cinayəti törədə biləcək şəxsin əməli ilə məntiqi əlaqəyə sığmamaqdadır. Belə ki, şahid Ramil Nuriyev təqsirləndirilən şəxsi narkotik satışı ilə məşqul olan şəxs kimi tanıdığını bildirmiş. Ağaların istintaqa məlum olmayan, məlum olması üçün heç bir addım atılmayan “AĞA” adlı şəxdən narkotik sifariş etdiyini, o narkotiki Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının yaxınlığında ağacın altına bilmədiyi şəxs tərəfindən qoyulacaq narkotiki ona satacağını vəd etmişdir. Bütün əməllərin arxasında bir məqsəd, məntiq dayanır. Sual olunur ki, axı hansı narko tacir ona narkotik göndəriləcək yer barədə əvvəlcədən narkotik satacağı şəxsə məlumat verir?! İbtidai istintaqda mövcud olan ziddiyyətlər bunlarla bitmir. Şahid qismində ifadə verən X8 xx.xx.2021-ci il tarixində özünə məxsus mobil telefon vasitəsi ilə təqsirləndirilən şəxsə məxsus mobil telefon vasitəsi ilə onunla əlaqə saxladığını, ona narkotik sifariş etdiyini bildirmişdir. Halbuki, istintaq materialları ilə sübuta yetirilir ki, həmin tarixdən 1 gün əvvəl Təqsirləndirilən şəxs Nizami RPİ-nin əməkdaşları tərəfindən həbs edilmiş, telefonu da ondan alınmışdır. Bu halda da bir çox suallar yaranır ki, Ağaların xx.xx.2021-ci il tarixində saat 19:30 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığına şahidlik edən X8 necə bir gün sonra ona narkotik sifariş verib mobil telefonla?! Polis əməkdaşlarında təqsirləndirilən şəxsin narkotik vasitə əldə edəcəyi barədə əməliyyat məlumatı vardısa niyə onun həmin vasitəni götürdükdən sonra kimə çatdıracağını, satıb ya əlbirlik etdiyini müəyyən etmək üçün əlavə əməliyyat tədbirləri görməmişlər?! “Ağa” adlı şəxs ilə təqsirləndirilən şəxsin cinayət əlaqəsinə dair hər hansı bir dolayıda olsa sübutu mövcuddurmu?! Bu istiqamətdə hansısa istintaq hərəkətləri aparılmışdırmı?” Bir halı da qeyd etmək istəyir ki, istintaq materialları daxilində də ziddiyətlər təşkil edir. Belə ki. istintaq zamanı bir halda təqsirləndirilən şəxsə guya "Şuşa" restoranının yanına atılacaq narkotikləri “Ağa” adlı şəxsin deyecəyi yerə çatdıracağını göstərməklə ona guya onun bilinməyən şəxslə əlbirlik etmək görünüşü verildiyi halda, eyni yerə atılacaq narkotik vasitəni şahid qismində göstərilən Ramil Nuriyevə satacağını vəd etmiş kimi göstərməklə ona narkotik vasitələrin satışı ilə məşqul olma görüntüsü vermişdir. Əgər bu Ağa adlı şəxsin deyecəyi ünvanlara çatdırmaq üçün idisə Ağalar niyə onu satırdı?! Yox əyər satış məqsədi ilə alınırdısa Ağalar qabaqcadan kiminlə əlbir olub? Bundan başqa Təqsirləndirilən şəxs saxlanılarkən video çəkiliş ilə həyata keçirilən şəxsi axtarış zamanı ona müdafiəçi təqdim edilməmiş, müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Təqsirləndirilən şəxs kimi cəlb olunması, tutulması və s. kimi prosessual hərəkətlər edilərkən bu prosessual hərəkətləri rəsmiləşdirilməsi üçün edilən sənədləşdirmələrin hər birində təqsirləndirilənin müdafiə hüququnun təmin olunması məqsədi ilə dəvət olunan vəkilin imzaları olsa da təqsirləndirilənin şəxsin baxışı zamandı vəkilin iştirakı təmin edilməmişdir. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək şahid qismində ifadə verən X3 məhkəmə istintaqına gətirilə bilməməsini, onun ifadəsi ilə digər şahid ifadələri arasında kəskin ziddiyyətlər aşkar edilməsini, istintaq zamanı təqsirləndirilən şəxslə iş üzrə yeganə bitərəf şahid hesab edilə biləcək həmin şəxslə üzləşdirmə keçirilməməsini, X8 xx.xx.2021-ci il tarixində özünə məxsus mobil telefon vasitəsi ilə təqsirləndirilən şəxsə məxsus mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayıb narkotik sifariş etdiyini bildirməsini, istintaq materialları ilə həmin tarixdən 1 gün əvvəl Təqsirləndirilən şəxs Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmasının və telefonu ondan alınmasının sübuta yetirilməsini, birinci instansiya məhkəməsində ifadə verən şahidlərin də ibtidai istintaq zamanı verdikləri ifadələr arasında ziddiyyətli məqamların olmasını bildirib apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X5 Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmasının cinayət işinin materialları ilə tam sübuta yetirilməsini, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkuma ədalətli cəza təyin etməsini qeyd edərək, məhkəmə kollegiyasından müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirlən şəxsin müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamasına, polis əməkdaşlarının təzyiqləri nəticəsində etirafedici ifadələr verdiyinə, birinci instansiya məhkəməsi tərəfindən ziddiyyətli şahid ifadələrinə istinad edilməklə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması ilə sübutların toplanılmasına istinad edib təqsirləndirlən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs qismində dindililmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, aprel ayının 19-da narkotik satan şəxsin evində tutlmuş və polis bölməsinə gətirilmişdir. Sonra o, polislərlə 1400 manat verməklə buraxılmağı üçün razılığa gəlmişdir. Həmin pulun da 400 manatını vermiş, aprel ayının 20-si buraxılmışdır. Lakin 1000 manatını verə bilməmişdir. Ona görə də may ayının 1-də onu yenidən polislər tutmuşlar və onu döymüşlər, təzyiq altında ifadəyə imza etməyə məcbur etmişdirlər. Buna görə də Bakı şəhər Nizami rayon prokuroru da döyüldüyünə görə barəsində ev dustaqlığına buarxılmağı barədə məhkəməyə təqdimat vermiş və o, ev dustaqlığına buraxılmışdır. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik satan şəxsin adı Xəyalə idi. Xəyalənin evi Neftçilər metrosunun yanında yerləşirdi. Döyülməyi ilə bağlı prokurorluğa müraciət etmiş və ekspertizadan keçmişdir. Müraciəti nəticəsində polislərin biri Xaçmaz rayonuna göndərilmiş, digəri də sərəncama götürülmüşdür. O, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Telefona gəlmiş smslərin satışla əlaqəsi yoxdur, o narkomanla narkoman arasında olan yazışmalardır. Ondan narkotik satan şəxsə smslər getmişdir. ***-***-**-** mobil nömrəsi başqa bir narkomanın nömrəsidir. “Həmin narkoman sənə niyə yazıb ki, brat 1 alınar 50 manata?” sualına cavab olaraq bildirmişdir ki, yəni 50 manat o qoyur, 30 manat özü pulu götürür, patını o vəziyyətdən cıxmaq üçün istifadə edirlər. ***-***-**-** mobil nömrəsi bu həmin o narkoman olan adamın nömrəsidi. “3 dənə cola götür gəl Sabunçuda məktəbin yanına nəyə görə yazıb sənə” sualına cavab olaraq bildirmişdir ki: - “həmin adam vəziyyətdən çıxmaq üçün yazıb Sabunçuda yaşayır”. Narkotik satan şəxlsə əlaqəni o qurduğuna görə həmin adam ona yazmışdır. “29 aprel 2021-ci il tarixdə saat 19:38-də ***-***-**-** nömrəsi sənə yazıbdıki, 1 dənə cola 0,5 patı alınar? Sizdə həmin dəqiqə ona cavab yazırsınız ki, brat 1 dənə kola alınar belə tez necə cavab yaza bildiz?” sualına cavab olaraq bildirmişdir ki: - həmin vaxt Xəyalənin yanında idi, o soruşmuş, dərhal da cavab yazmışdır. O, ittiham aktında təsvir olunan hadisəni qəbul etmir. Xəyalənin soyadını bilmir. Bükümlər olduğunu bilməmişdir. Birinci instansiyası məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə qəbul edir, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən Nizami RPİ-nə aparılmış, orada xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşlarının təsir və təzyiqi ilə guya üzərində iki büküm, şəffaf sellofana bükülmüş ağ kristal halında olan maddənin psixotrop maddə olan metafetamin olduğunu etiraf etmiş, digər bükümdə olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirmiş, çantanın içərisində qara rəngli kiçik ölçülü elektron tərəzi, narkotik vasitəni qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə boru və Samsung J3 markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Əslində isə onda narkotik vasitə, psixotrop maddə və tərəzi olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə qəbul etmiş, 1 may 2021-ci il tarixdə o sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Ağa adlı şəxslə əlaqə yaradaraq 5 qram heroin və 7 qram metamfetamin sifariş vermişdir. O ümumilikdə Ağa adlı şəxsə 250 manat pul verməli imiş.Tanış olduğu Ağa adlı şəxs istədiyi narkotik vasitələri, Nərimanov rayonu ərazisində yerləşən Şəki restoranının yaxınlığında ağacın altına qoydurmuş, o, isə həmin narkotik vasitələri götürərək ünvan 3 ünvanın qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs orada olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər və onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları əlində olan qəhvəyi rəngli əl çantasının içərisinə baxış keçirən zaman iki büküm, şəffaf selafana bükülmüş ağ kristal halında olan maddənin psixotrop maddə olan metafetamin olduğunu, digər bükümdə olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirmiş və çantanın içərisində qara rəngli kiçik ölçülü elektron tərəzi, narkotik vasitəni qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə boru və Samsung J3 markalı mobil telefon aşkar edilərək götürülmüşdür. O polis əməkdaşlarına həmin narkotik vasitəni iranlı Ağa adlı şəxsin ona deyəcəyi ünvana qoyacağını və gördüyü işin qarşılığında sonuncunun ona narkotik vasitələrin hər bükümünə görə 20 manat verdiyini bildirmişdir. Onun üzərimdən aşkar olunaraq götürülmüş narkotik vasitə olan metamfetamin və heroin polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. O və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışlar. O, bəzən Xəyalə adlı qadından öz istifadəsi üçün 1 və 2 qram heroin və metamfetain almışdır. Həmin narkotik vasitələri alarkən 20 manat ödəyirdi. (070) ******* saylı mobil nömrədən onun (070) ******* saylı mobil nömrəsinə daxil olmuş “brat 1 alınar 50 manata” məzmunlu SMS-lə bağlı bildirmişdir ki, o həmin narkotik vasitəni adını unutduğu şəxsdən öz istifadəsi üçün istəmişdir. Həmçinin (099) ******* saylı mobil nömrədən onun ********** saylı mobil nömrəsinə daxil olmuş “3 dene kola sabunçuya gelirem mektebin yanına” məzmunlu SMSlə bağlı bildirmişdir ki, orada kola kimi göstərilən narkotik vasitə heroini tanışı Ramil adlı şəxs birlikdə istifadə etmək üçün alıb onun yanına gəldiyini bildirmişdir. (099) ******* saylı mobil nömrədən onun (070) ******* saylı mobil nömrəsinə daxil olmuş “bral 1 dene kola, 0.5 patı alınar” məzmunlu mesajla bağlı bildirmişdir ki, tanışı Ramil adlı şəxslə birlikdə istifadə etmək üçün narkotik vasitə gətirməsi barədə ona SMS yazmışdır. Onun istifadəsində olan (070) ******* saylı mobil nömrədən (077) ******* saylı mobil nömrəyə daxil olmuş “bayaq 80 vermişəm” məzmunlu mesajla bağlı bildirmişdir ki, o tanışı Xəyalə adlı şəxsdən şəxsi istifadəsi üçün 1,5 qram metamfetamini alarkən 80 manat ödəmiş və onunla bağlı SMS yazmışdır. Onun istifadəsində olan (070) ******* saylı mobil nömrədən (077) ******* saylı mobil nömrəyə daxil olmuş “Xəyalə burdayam 1 qr patı, 1 qr kola” məzmunlu SMS-lə bağlı bildirmişdir ki, o həmin narkotik vasitələri Xəyalə adlı şəxsdən öz istifadəsi üçün istəmiş və buna görə Xəyaləyə 50 manat pul ödəmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində qeyd etdiyi birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin guya əməliyyat hərəkətlərində iştirak etdiyini bildirən Nizami RPİ CAŞ-nin əməkdaşlarının ifadələri ilə ibtidai istintaq zamanı verdikləri ifadələr uyğunsuzluq təşkil etməsi ilə bağlı dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 01 may 2021-ci il tarixdə saat 23:30 radələrində Nizami RPİ-nin NBM-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti ərazidə olarkən daxil olmuş əməliyyat məlumatı əsasında Nizami rayonu, Ə.Hacıyev küçəsi 46 ünvanında vətəndaş Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və satılmasında şübhəli şəxs kimi tərəflərindən saxlanılaraq RPİ-nə gətirilmişdir. RPİ-nin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən 2 ədəd şəffaf sellafona bükülmüş, bir bükümdə narkotik vasitə heroinə bənzər maddə, digər bükümdə isə psixotrop maddə metmfetaminə bənzər maddəni, elektron tərəzini, mobil telefonu, və narkotik vasitə qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə borunu təqdim etmiş və həmin narkotik vasitəni İran islam respublikasının vətəndaşı olan Ağa adlı şəxsdən onun deyəcəyi ünvanlara qoymaq üçün aldığını bildirmişdir. Həmçinin hər bükümə görə İran vətəndaşı Ağa adlı şəxsin ona 20 manat verəcəyini də qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər maddə və elektron tərəzi sübut əhəmiyyətinə malik olduğundan onlar tərəfindən zərfə qoyulub qablaşdırılmış və Nizami RPİ-nin 164 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmişdir. Bu barədə tərəfimizdən protokol tərtib edilərək imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 göstərmişdir ki, təxminən 2-3 ilə yaxındır ki narkotik vasitə istifadəçisidir. 6 aya yaxındır ki, Bakıxanov qəsəbəsində tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsdən dəfələrlə müxtəlif miqdarlarda heroin və metamfetamin almışdır. Şahid3 onu həmişə narkotik vasitə satıcısı kimi tanımışdır. Axırıncı dəfə xx.xx.2021-cı il tarixdə Ağalar adlı şəxlə ona məxsus olan (070) ***-**-** və (099) ***-**-** saylı mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs məxsus olan (070) ***-**-** və (099) ***-**-** saylı mobil telefon nömrələrinə zəng vuraraq narkotik vasitə olub-olmadığını soruşmuş, sonuncu da cavabında İran vətəndaşı Ağa adlı şəxsə Nərimanov rayonunda yerləşən Şəki restoranının yaxınlığında ağacın altına 10 qram narkotik vasitə attırdığını və götürüb gələcəyini bildirmiş, onlar Nizami rayonunda, Q.Qarayev prospektində, görüşməyə razılaşmışlar, telefonla danışarkən hər qramı 35 manatdan olmaqla 2 qram metamfetamin və qramı 30 manatdan olmaqla 1 qram da heroin sifariş etmiş, saat təxminən 19:30-20:00 radələrində Nizami rayonu, Q.Qarayev prospektində görüşəcəkləri barədə sövdələşmişlər. Saat təxminən 19:35 radələrində Nizami rayonunda Q.Qarayev metrosu yaxınlığından Ə.Hacıyev küçəsi istiqamətində gedərkən Təqsirləndirilən şəxs qaçdığını, lakin mülki şəxslər tərəfindən yaxalandığını görmüş, həmin şəxslərin polis əməkdaşları olduğunu anlamış və dərhal həmin ərazidən uzaqlaşmışdır. Həmin gün hava yağışlı olduğu üçün Təqsirləndirilən şəxs qaçarkən palçığa yıxıldığının və bu zaman polis əməkdaşları tərəfindən saxlanıldığının şahidi olmuşdur. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı ilə Şahid3 məhkəmə iclasında dindirilməsi üçün məcburi qaydada gətirilməsi qərar alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Şahid3 qeyd olunan ünvanda yaşamaması səbəbindən şəxsi müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətində şahid qismində dindirilmiş Şahid3 ifadəsində təqsirləndirilən şəxsin saxlanılma vaxtını saat 19:30 radələri göstərməsi və ifadəsində onun mülki geyimli şəxslərdən qaçmağa çalışması, bu zaman hava yağışlı olduğundan ayağı sürüşərək yıxılmasını qeyd etməsi, ifadələrin tamamilə ziddiyətli olması, Milli Hidrometeorologiya Xidmətindən xx.xx.2021-ci il tarixinə vermiş olduğu hava haqqında məlumatda da həmin gün Bakı şəhərində havanın tutqun və yağmurlu olmasının öz təsdiqini tapması, “MediaPost" saytının https://www/youtube.com-waych?v Yh7hGif5XdU linkində xx.xx.2021-ci il tarixinə hava haqqında məlumatlar göstərilməsinə dair dəlilinə münasibət bildirərək hesab edir ki, ifadə verərkən əməliyyat şəraitini qiymətləndirməli olan polis əməkdaşlarının təqsirləndirilən şəxsi aydın, sakit havada tutduqlarını, təqsirləndirilən şəxsin qaçmağa imkanın olmadığını bildirmələri daha sonra hava şəraitinin necə olmasını unudaraq fərqli ifadə vermələri cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirinin olub-olmamasının mahiyyəti üzrə araşdırılarkən mötəbər nəticəyə gəlinməsi üçün əsas deyil və hava şəraitinin yağışlı və ya aydın olmağı iş üzrə əhəmiyyətli olan faktiki hal deyil. İş materiallarında olan 02 may 2021-ci il tarixli “şəxsi axtarış və götürülmə haqqında” protokolla müəyyən edilmişdir ki, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən 02 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən olan qəhvəyi rəngli çantasını təqdim edərək içərisində olan 2 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitələri və elektron tərəzini çıxardıb, bükümdəkilərin heroin və metamfetamin olmasını, həmin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxsdən onun deyəcəyi ünvanlara qoymaq üçün aldığını və hər bükümə görə ona 20 manat verəcəyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş «Videogörüntüyə baxış keçirilməsi haqqında» 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən 2 ədəd şəffaf sellafona bükülmüş, bir bükümdə narkotik vasitə heroinə bənzər maddə, digər bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddəni, qara rəngli elektron tərəzini, 01 ədəd Samsung J3 markalı mobil telefonu və narkotik vasitə qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə borunu təqdim etmiş və həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam respublikasının vətəndaşı olan “Ağa” adlı şəxsdən Nərimanov rayonu ərazisində yerləşən Şəki restoranının yaxınlığında qoyduğunu, həmin yerdən götürdüyünü, elektron tərəzini iranlının deməsiylə narkotik vasitələri çəkilərə ayırmaqda istifadə etməsini, həmin şəxsin tapşırdığı yerlərə atdığını, özününü psixotrop maddə metamfetamin istifadəçisi olduğunu bildirir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin dəlillərində göstərilən digər xüsusatlar üzrə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübutlardan biri də «Telefon danşıqları cədvəlinə baxış keçirilməsi haqqında» 20 noyabr 2021-ci il tarixli protokoldur. Belə ki, iş materiallarında olan «Telefon danşıqları cədvəlinə baxış keçirilməsi haqqında» 20 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2021ci il tarixli AZF/LGL-32012/21 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilərkən «SMS_Tarixçəsi **********1630 ********* və **********1630_702001230 .pdf’ adlı fayllar açıldıqda ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və həmin mobil nömrədən çıxan, iş üçün əhəmiyyət kəsb edən SMS məzmunlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarix saat 02:49:28-də ***-***-**-** nömrəsindən “bayaq 80 vermisen”, xx.xx.2021-ci il tarix saat 14.18.53-də ***-***-**-** nömrəsindən “ Xeyele patini 1,5-60”, xx.xx.2021-ci il tarix saat 14.11.59-da ***-***-**-** nömrəsindən “ 2 gr kola, 1 5 pati” xx.xx.2021-ci il tarix saat 02.42.23-də ***-***-**-** nömrəsindən “Brat 1 alinar 50 manata?”, xx.xx.2021-ci il tarix saat 06.42.16-də ***-***-**-** nömrəsindən “3 dene kola sabunchuya gelirem mektebin yanina”, xx.xx.2021-ci il tarix saat 19.38.30-da 099- ***-**-** nömrəsindən “brat 1 dene kola 05 pt alinar” mesajları yazılması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 14.11.58də 077-31 1-17-57 saylı mobil nömrəyə “2 gr kola 1.5 pati”, xx.xx.2021-ci il tarixdə saat 14.18.42-də ***-***-**-** saylı mobil nömrəyə “Xeyele patini 1.5-60m”, xx.xx.2021-ci il tarixdə saat 14.36.07-də ***-***-**-** saylı mobil nömrəyə “Gender xeyale 110 verirem istiyirsen galcim yuxari”. xx.xx.2021 -ci il tarixdə saat 23.50.23-də ***-***-**-** saylı mobil nömrəyə “Xeyale burdayam 1 gr pati lgr kola”, xx.xx.2021-ci il tarixdə saat 06.42.17-də 099- ***-**-** saylı mobil nömrəyə “3 dene kola sabunchu”, xx.xx.2021-ci il tarixdə saat 19.38.31-də 099- ***-**-** saylı mobil nömrəyə “Brat 1 dene kola” mesajları göndərilməsi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Samsung J3” markalı mobil telefonla kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü həmin mobil telefona baxış keçirildi. Baxış zamanı “Samsung J3” markalı mobil telefonun ekranı sındığından baxış keçirilməsi mümkün olmamışdır. Həmin CD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Bundan əlavə iş materiallarında olan məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertiza üzrə 02 may 2021-ci il tarixli 6/1763 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,479 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqat aparılması mümkün deyil. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 05 noyabr 2021-ci il tarixli 4329 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs 02 may 2021-ci il tarixli şübhəli şəxs kimi ifadəsində, eləcə də 03 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində tərəfindən törədilmiş əməli etiraf etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş, hər iki ifadəsində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təzyiq və təsir olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən halları inkar etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün həmin ifadəni təsdiq etmir. Saxlanılan zaman üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmadığını, onun narkotik vasitələrin istifadəçisi olmasını, satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən istinad edilmiş bu dəlil birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi əməliyyataxtarış tədbirinin həyata keçirilməsi zamanı iştirak etmiş Bakı şəhəri Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2, Şahid1 və Şahid3 dolğun, ətraflı və biri-biri ilə, həmçinin Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu uzlaşan ifadələri, ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır və yuxarıda qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, ibtidai istintaq zamanı verdyi ifadəsi işin faktiki hallarına daha uyğun gəlir. Yuxarıda sadalanan sübutlardan görünür ki, məhkum edilmiş şəxs həqiqətən də narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələrdən qanunsuz dövriyyəsində iştirakçı olmaqla, bu proseslərdən məlumatlı olan şəxs olmuşdur. Digər tərəfdən şəxsin narkotik vasitələri istehlak etməsi onun narkotik vasitənin ayrı-ayrı növünü haradan, kimdən, nə zaman əldə edə biləcəyinə dair daha çox məlumatlı olmasına səbəb olur ki, bu da şəxsin narkotik vasitəni satış məqsədilə əldə etməsini daha da asanlaşdırır. Sadalanan hallar məhkum edilmiş şəxsin müdafiəçisinin “Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində narkotik vasitənin olmaması”, törədilmiş cinayətə aidiyyətinin olmasına dair heç bir sübutun olmaması ilə bağlı dəlilərini təkzib etməklə yanaşı, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə hər hansı təsirə məruz (polis əməkdaşları tərəfindən ona təzyiq olmasına münasibətdə) qalmadan sərbəst şəkildə ifadə verməsinə dəlalət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətinin Təqsirləndirilən şəxs saxlanılarkən video çəkiliş ilə həyata keçirilən şəxsi axtarış zamanı ona müdafiəçi təqdim edilməməsi, müdafiə hüququnun kobud şəkildə pozulması, onun təqsirləndirilən şəxs kimi cəlb olunması, tutulması və s. kimi prosessual hərəkətlər edilərkən bu prosessual hərəkətləri rəsmiləşdirilməsi üçün edilən sənədləşdirmələrin hər birində təqsirləndirilənin müdafiə hüququnun təmin olunması məqsədi ilə dəvət olunan vəkilin imzaları olsa da təqsirləndirilənin şəxsin üzərinə baxış keçirilərkən vəkilin iştirakının təmin edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunmuş şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs videoçəkiliş zamanı müdafiəçinin iştirak etməməsini qeyd etməsinə barədə dəlilinə münasibətdə qeyd olunan dəlillə razılaşmadığını qeyd edir. Belə ki, CPM-nin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Eyni zamanda CPM-nin 207.4-cü maddəsində müəyyən edilmişdir ki, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. CPM-nin 148.2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. CPM-nin 153.2.2-ci maddəsinə əsasən, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, bunu protokollaşdırmalı və şübhəli şəxsi tutulma protokolu ilə tanış etməlidilər. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə müdafiəçinin iştirakı təmin olunmalıdır (CPM-nin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə). Digər tərəfdən, CPM-nin 244.2-ci maddəsinin tələblərindən görünür ki, müdafiəçinin şəxsi axtarış və götürmədə iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin. Qanunun bu normasının tələbləri həmçinin belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Belə hallarda müdafiəçinin göstərilən istintaq hərəkətinin aparılmasında iştirak etməkdən imtina etmək hüququ isə yoxdur. Məsələyə bu cür hüquqi mövqedən həmçinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da yanaşmışdır. Həmin Qərara görə, CPM-nin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bununla yanaşı qeyd olunmalıdır ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası iş materiallarında olan 02 may 2021-ci il tarixli Təqsirləndirilən şəxs verdiyi axtarış və götürmənin müdafiəçinin iştirakı olmadan keçirilməsinə dair ərizəsini də nəzərə alaraq Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin videoçəkiliş ilə baxışın keçirilməsində, müdafiəçinin polis idarəsində bu haqda tərtib olunmuş protokolu imzalanmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görmür. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni hər bir məhkum edilmiş şəxsin törədilmiş cinayətdə iştirak dərəcəsini və xarakterini, habelə cinayət törətdikdən sonrakı davranışlarını, hər birinin şəxsiyyətini, o cümlədən, təqsirli şəxslər barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı halları, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin 09 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmidşir. Bakı Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən bir ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hökmdə sadalanan yüngülləşdirici hal ilə (ilk dəfə cinayət törətməsini və ailəli olmasını) yanaşı, təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair 24 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs faktiki saxlanıldığı və tutulduğu 01 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar